Məhkəmə qərarları › İş №1(103)-1521/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1521/2022

15.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1521/2022 15.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əkbərovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımov Fəxri Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı X2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və X3 iştirakları ilə 1986-cı il fevralın 17-də Lənkəran rayonunun Portİliç şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 2010-cu il 07 iyun tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2019-cu il noyabrın 28-də cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, işləməmiş, Lənkəran rayonunun Göyşaban kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Hafis adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmadığı vaxtda və yerdə sonuncudan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4,392 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 2,324 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 2021-ci il sentyabrın 15-də Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində həmin tarixdə saat 21:45-də Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 7 ünvanının qarşısında saxlanaraq şöbəyə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli parça şalvarın sağ yan cibindən dörd ədəd bükümdə ayrıayrılıqda 2,214 qram, 0,879 qram, 0,906 qram və 0,483 qram olmaqla ümumi təmiz çəkisi 4,392 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanan narkotik vasitə heroin və dörd ədəd bükümdə ayrıayrılıqda 0,367 qram, 0,368 qram, 0,619 qram və 0,970 qram olmaqla ümumi təmiz çəkisi 2,324 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim İradə Həsənzadə, hakimlər Əhməd Quliyev və Azər Paşayev) 15 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il sentyabrın 15-dən hesablanması müəyyən edilmişdir. Məhkəmənin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib ona verilmiş ittihamın ümumi işin xarakteri ilə uyğunluq təşkil etmədiyini və hökmün qanunsuz və əsassız olduğunu, ona elan olunan ittihamın nə ibtidai istintaq zamanı toplanmış, nə də məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sübutlarla təsdiq edilmədiyini, həmçinin cinayət işi materiallarında qeyri mötəbər sübutlara istinad olduğunu, narkotik vasitə aludəçisi olduğunu lakin satışı ilə heç vaxt məşğul olmadığını qeyd edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli hökmünün ləğv edilməsini, əməlinin AR CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilməli, məhkum edilmiş şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində onun AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olmasının sübuta yetirilmədiyinə istinad edərək əməlinin AR CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 2021-ci il 16 sentyabr tarixli 6/4078 №-li və ambulator məcburi-narkoloji tibbi yoxlamanın 2021-ci il 22 oktyabr tarixli 2463 saylı rəyləri, səs yazıları, sms mətnləri və üzəri işarələnmiş fotoşəkillər, telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokol, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxs apellyasiya şikayətində iş materiallarında olan sübutlarla onun narkotik vasitə və psixotrop maddə satmasının təsdiq edilmədiyini göstərsə də, onun barəsində verilmiş məlumatın psixotrop maddənin satışı barədə olmadığını, həmçinin onun, narkotik vasitə və psixotrop maddənin satışı zamanı saxlanmadığını, habelə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib saxlamadığını qeyd etsə də məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddə külli miqdarda və həmçinin ayrı-ayrı bükümlərdə olmuşdur. Belə ki, o, narkotik vasitə və psixotrop maddənin satış məqsədi olmadan əldə etməsini bildirməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 08 oktyabr tarixli AZF/LGL-27264/21 №-li məktubundan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 18 dekabr tarixli protokollardan görünür ki, MMCdən daxil olan bir ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 2021-ci il iyunun 15-də +**********82 saylı mobil nömrədən «Yuska görüsən yenə belə elədin başa düşmədim? deyisən alınır prablem» və «yoxdu sora lox çıxır nəbilim vallah nəysə mən birdə bu barədə sənnən danışmıyacam» məzmunlu, 2021-ci il iyunun 16-da +**********35 saylı mobil nömrədən «falqa gətir patı çəkəy» məzmunlu, 2021-ci il iyunun 17-də saylı +**********48 mobil nömrədən «Qaqam 40 atiram 5de» məzmunlu, 2021-ci il iyunun 18-də +**********55 saylı mobil nömrədən «Ağa əziyyətdən keçib onun 2sini biryerdə 1inidə 05 05 iki dənə yarı elətdirərsəndə» məzmunlu, 2021-ci il iyunun 19-da +**********32 saylı mobil nömrədən «patı var biraz çəkəriy», «ilqar tema gözdüyürəm» və «götürüm çıxıram» məzmunlu, +**********48 saylı mobil nömrədən «Birdə salam necəsiz nə var nə yox neyniyə bildiz ağrıdan çıxmısız yoxsa?» məzmunlu, 2021-ci il iyunun 20-də +**********48 saylı mobil nömrədən «Vüsaləyə deyərsən Özümü lomkada saxlamışam ona görə siz bu neçə gündə bir dəfə marağlanmadızdə güya tema yoxuvuzdur? siz malı özüvüzdən çox istiyirmişsiz» məzmunlu, 2021-ci il iyunun 22-də +**********48 saylı mobil nömrədən «nə olarki heç olmasa bir dəfə də siz çağırın deyin elmiq gəl kola çəkəy» məzmunlu, 2021-ci il iyunun 23- də +**********25 saylı mobil nömrədən «Qaqa mene İqrm torpaq verersen pulun veribler. Yarida orucnan mene lazimdi, Birazda patpires hemiweki kimi» məzmunlu, 2021- ci il avqustun 11-də +**********88 saylı mobil nömrədən «Kola da qalmiyib İQluq?» məzmunlu, 2021-ci il avqustun 14-də +**********25 saylı mobil nömrədən «Ne olubki denen de» məzmunlu, +**********32 saylı mobil nömrədən «Sen gorusen hansi fikirlere dusursen? men oz hayimdayam Arvad olur orda ozum axtarisdayam Agri aci buyannan sen gor ne fikirlesirsen qaldi pravaya Mirad» məzmunlu, 2021-ci il avqustun 15-də +**********25 saylı mobil nömrədən «Men ona bir menada bele cox istinniliy gosteriremki oda onun yaxsi olmaginnan otrudu Tek Vusale yox elebir qiz yoxdurki kakos elesin men bilim ona yazigim gelmesin komeyliyimi gostermiyim Vusalede ozun gozel bilirsen ki Meni neqeder soyubde yenede men hecne dememisem menim haqqim yoxdurki Vusaleye Ureyim deyim? eybiyox elmeddin vaxt gelende ozum seni tapaçam Vusale men daha yoxam Amma sene and verirem Anavin canina kakosu eleme men Dua eliyecemki Allah onu sennen uzag elesin qaldi Sene Urey yazmağıma orda pis qebul olunasi hecne yoxdu Elmeddine ozun basasal men ozumu cox pis hiss eliyirem ozumu kesecem qan cixardmasam sakitlesmerem Anamda berk agriyir» məzmunlu, +**********61 saylı mobil nömrədən «Qaqa 120 verirem 4 torpağ 07 Pati duzeler?» məzmunlu, +**********35 saylı mobil nömrədən «Serxan vene basdadun?» məzmunlu, 2021-ci il avqustun 18-də +**********88 saylı mobil nömrədən «Qaqaw biraz cola lazimdi yarim, lomkadan oluruk cox pisdi veziyyet imka varsa el tut» və «Qaqa qurban sene 0.6 ele da onu iki neferik tek deyilem. nolar cox gozletme» məzmunlu, +**********53 saylı mobil nömrədən «Cavid 4 dene kola at mene Pencereden», «Gozduyen var yolasalim heq hesab eliyeriy», «Berk agriyan varda» məzmunlu, +**********30 saylı mobil nömrədən «Hikmet Salam nive menim dermanimi qaytarmirsan agriyiram sen ağrıyanda getirib qapidan verdim indi mene ehtiyacdi getir qaytar» məzmunlu, +**********35 saylı mobil nömrədən «Menim qabagimi bagliyisan varyoxun s*k*m tema goture bilmesem sencin yaxsi olmuyacag» məzmunlu, +**********49 saylı mobil nömrədən «Ala got ozuvu casdirma deyirem menim dermanimi catdir» məzmunlu, 2021-ci il avqustun 19-da +**********30 saylı mobil nömrədən «Dermanimi getirver» məzmunlu, 2021-ci il avqustun 22-də +**********85 saylı mobil nömrədən «Elmik bir dost var 05 p lazımdı var varsa deqiq bir vaxt de o vaxt Ancaq deqiq de gelenmiyesen de bilim deyim yoxdu burda nr problem yar ki» məzmunlu, 2021-ci il avqustun 23-də +**********85 saylı mobil nömrədən «Eli qqqaşımsan narmal şey gəti özum ucundu» məzmunlu, 2021-ci il avqustun 24-də +**********30 saylı mobil nömrədən «S*kd*re xayin qanciq bilsende» məzmunlu, + **********88 saylı mobil nömrədən «Neynirsen. 2 dene k., goturmek lazimdi. emele geler?», «50m emele gelmez brat?», «Yaxwi 60 duzelder dedim, hardasan yarim saata men gelim goruwek», «Mkr gelmiyeceksen yarim saata bir saata?», «Qaqa imkan varsa yarim cetde buna p.. ver qatib elemeye quzu keserem» məzmunlu, 2021-ci il avqustun 26- da +**********85 saylı mobil nömrədən «Qaqaş emanetin hazırdl elave 10 azn pat 0.5 kol 20 azn gene var ama nese desen deyim onlara bele ne deyim» məzmunlu, +**********35 saylı mobil nömrədən «QAQA QALMŞAM KOROĞLUDA BİLMİREM HARA GELİM?» məzmunlu sms mətnlərinin daxil olması; eləcə də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 2021-ci il iyunun 27-də +**********48 saylı mobil nömrədən «Salam Vüsalə inankı çox piş vəzziyyətdəyəm siz bu neçə gündə birdələdə məni axtarmadızda bu nömrə mənim di Elmiqdi bilirəm Səni bezdirirəm amma onuda deyim uje axrlarıdı daha məni görmüyəceysiz əgər ağrı acı varsa cıxın gəlin Xrdalana AAF parkın yanma» məzmunlu, +**********75 saylı mobil nömrədən «Qaqa salam necəsən Elmiqdi bu nömrədəyəm» məzmunlu, 2021-ci il iyulun 01-də +**********35 saylı mobil nömrədən «tapdım kola gələcəm indi» və «tapdım kola» məzmunlu, 2021-ci il iyulun 02-də +**********48 saylı mobil nömrədən «sən ağrıda deyilsəne Ceka mal verəcəy ora gedirsən» məzmunlu, +**********65 saylı mobil nömrədən «Elmiq gonderdim cekde, mendedi. Birdeki qaqa 2 dene yari ele ayri ayri olsun. İndi goruwende 10m da goturecem. Qaqa sen allah dunenki kimi olmasindb. Uwaqa dimiwem 1 saata goruwecem senen mehleye gelib mazq elemesin meni bu saatda» məzmunlu, 2021-ci il iyulun 03-də +**********37 saylı mobil nömrədən «Elməddin əgər kola götürəbilsən məmçin 2 qr götür puluda nəqədər eliyir denən fərqiyoxdu məndə patıvar kola özüm götürmədim zəyifiydi» məzmunlu, +**********61 saylı mobil nömrədən «Birdə salam Fariz kişi bəyağ deyəbilmədim sən canın düz bilərsən eliyə bilirsənsə kolanın pulun verərdin binəyə gedməliyəm pulumyoxdu yenədə verəbilirsənsə verərdin» məzmunlu, +**********37 saylı mobil nömrədən «məndə patıvar kol» məzmunlu, +**********65 saylı mobil nömrədən «Salam elmiq neynisen salamatciliqdi. Qaqa imkan varsa mene bidene yari vere bilersen? Hem istiyenlere verib 15m pul alardim hemde yarsin ozum goturerdim mende hecne yoxdu lomkaciliqdi. Sabah pul goturecem 40m birwey ederiy. imkan varsa yarim qrm verdin yoxdusa hec olmasa mencin biraz elemeye vererdin aqrida qalmiyim rahat iwderimi qaydasina salim sabah pulcun avara qalmiyay qoy. Qaqa mene he yox de bilim mene bidene xeber ele gozduyurem» məzmunlu, 2021-ci il iyulun 08-də +**********61 saylı mobil nömrədən «Fariz kişi mən ankalogiyanın həyətindəyəm 20 yanvarda pula ehtiyacvar necə eliyəy» məzmunlu, +**********55 saylı mobil nömrədən «Ağa açardmda ELMİQDİ» məzmunlu, 2021-ci il iyulun 10-da +**********35 saylı mobil nömrədən «ELİ SENE DEDİM AXİ OT İSTİYEN VAR» məzmunlu, 2021-ci il iyulun 11-də +**********23 saylı mobil nömrədən «Nece eliyey gorwey verim sene poxu?» məzmunlu, 2021-ci il iyulun 21-də +**********35 saylı mobil nömrədən « BRAT NE EDİRSEN ELE KOLA GETİR 35 VERECİY NÜJDE VAR BERKEDE 40 VEREY» məzmunlu, 2021-ci il avqustun 04-də +**********23 saylı mobil nömrədən «Cavabver vallah duz elemisen menim eseblerimi pozursan inan ki cox pisem bu terefdende lomka vapsem pisem 4 saatdi Mal tapavilmirem o İonikadan cixardiglarimda baxib sevinir» məzmunlu, 2021-ci il sentyabrın 03-də +**********07 saylı mobil nömrədən «Kola pati nin tozu yoxdu» məzmunlu məzmunlu sms mətnlərinin daxil olması aşkarlanmışdır Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, X5 ibtidai araşdırma zamanı verdiyi ilkin izahatda, şübhəli və təqsərləndirilən şəxslər qismindəki ifadələrdə internetdə tanış olduğu, narkotik maddələrin satışı ilə məşğul olan Hafis adlı İran İslam Respublikasının vətəndaşı ilə 2021ci il sentyabrın 15-də saat 19 radələrində Bakı metropolitenin «Koroğlu» stansiyasının yaxınlığında görüşərək sonuncudan əvvəlcədən razılaşdıqları kimi 300 manat pul əvəzində dörd ədəd bükümdə narkotik vasitə heroin və dörd ədəd bükümdə psixotrop maddə metamfetamin aldığını, 2021-ci il sentyabrın 15-də saat 21:45 radələrində ünvan 1 ünvanın qarşısında olarkən iki nəfər şəxsin ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etməklə narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olmasında şübhələnildiyini bildirərək onu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə gətirdiklərini, orada videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən səkkiz ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etməklə içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, bunları Bakı metropolitenin «Koroğlu» stansiyasının yaxınlığında İran İslam Respublikasının vətəndaşı Hafiz adlı şəxsdən iki saat əvvəl 300 manata öz şəxsi istifadəsi və satmaq üçün aldığını, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq və ya zorakılıq hərəkətlərinə yol verilmədiyini göstərmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş siyahıya görə 2 qram psixotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, yuxarıda sadalanan müvafiq ekspert rəyi və digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yənicinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyatı, o cümlədən cəzanı yüngülləşdirən və ağılaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəza ağır cəzadır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, narkotik vasitənin miqdarının az olmasını, bununla da ona təyin olunmuş cəzanın ağır olmasını müstəsna hal kimi nəzərə alaraq ona təyin edilmiş cəzanın maddənin sanksiyası həddində residiv nəzərə alınmadan azaldılması üçün AR CM-nin 65-ci maddəsinin 3-cü hissəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən Cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilməli, məhkum edilmiş şəxsə təyin edilmiş cəza AR CM-nin yüngülləşdirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsini rəhbər tutaraq Q Ə R A R A A L İ R : Apellyasiya şikayəti təmin olunmasın. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair 15 aprel 2022-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası həmin Məcəllənin 65-ci maddəsinin 3-cü hissəsi tətbiq edilməklə yüngülləşdirilərək 07 (yeddi) il müddətə endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili X6 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 20 saat üçün cəmi 120 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Kredo” hüquq məsləhətxanasının vəkili X4 dövlət büdcə vəsaiti hesabına 120 manat işlədiyi Bakı şəhəri “Kredo” hüquq məsləhətxanasının hesabına köçürülsün. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar