Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-153/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cavid Hüseyn Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 6 (altı) azyaşlı övladı olan, orta təhsilli, işləməyən, Goranboy Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 500 manat cərimə cəzasına məhkum edilmiş, Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 1 450 manat cərimə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, fərdi tikilidə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 1(001)-568/2022 saylı hökmündən birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim X10) 10 oktyabr 2022-ci il tarixli, 1(001)-568/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmiş, 05 fevral 2022-ci il tarixdən 07 fevral 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmış və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzasının əvvəlinin tutulduğu tarixdən, yəni 24 iyun 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılması, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmişdir. Hökmlə, həmçinin, maddi sübut və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs ilk dəfə 04 fevral 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Yasamal rayonu metronun “İnşaatçılar” stansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib, daşıyaraq üzərində saxlamış, 05 fevral 2022-ci il tarixdə saat 12:30-da Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən «Sirab» marketin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ 40-cı PB-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,365 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 22 iyun 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Rahat» marketin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 24 iyun 2022-ci il tarixdə saat 10:15-də Binəqədi RPİ 40-cı PB- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,508 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmündən birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısı apellyasiya protesti verib, mübahisələndirilən hökmü cinayət qanunun normasının düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı verdiyi apellyasiya protestini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, eləcə də müvafiq hökmlərin surətindən görünür ki, Bəkirov X5 rayon məhkəməsinin 24 may 2012-ci tarixli hökmü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən bir min beş yüz manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Kürdəmir rayon məhkəməsinin 12 fevral 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 67.1 və 68.2-ci maddələrinə əsasən beş il müddətə azadlıqdan məhrum etmə cəzasına və bir min dörd yüz əlli manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 07 iyun 2013-cü il tarixli qərarı ilə Kürdəmir rayon məhkəməsinin 12 fevral 2013-cü il tarixli hökmü dəyişdirilərək CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair müddəalar hökmdən xaric edilmiş, hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılmış, Yevlax rayon İcra bölməsinin 30 iyul 2013-cü il tarixli qərarına əsasən "Azərbaycan xalqının ümummilk lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətik amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013cü il tarixli qərarının 1.7 bəndi tətbiq edilməklə Goranboy rayon məhkəməsinin 24 may 2012-ci il tarixli hökmü ilə təyin olunmuş cərimə cəzasının çəkilməmiş qalan bir min dord yüz əlli manat hissəsindən azad edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 305-ci maddələri ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. X3 əvvəlki hökmlər üzrə təqsirli bilinib məhkum edildiyi CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 305-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əvvəlki hökm, yəni Kürdəmir rayon məhkəməsinin 12 fevral 2013-cü il tarixli hökmü ilə təyin olunmuş cəza üzrə məhkumluğun ödənilmə müddəti həmin hökmlə təyin olunmuş cəzanın çəkilməmiş hissəsinin birləşdirildiyi Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə hökmlərin məcmusu hesablanmalıdır. qaydasında təyin olunmuş qəti cəzanı çəkib qurtardığı 24 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Belə olan halda Bəkirov X6 rayon məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü ilə təqsirli bilindiyi qəsdən cinayət hesab olunan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törədən vaxt, yəni 04 fevral 2022-ci il tarixdə, o cümlədən 22 iyun 2022-ci il tarixdə üzərində əvvəlki hökmlər üzrə, yəni Kürdəmir rayon məhkəməsinin 12 fevral 2013-cü il tarixli hökmü üzrə və Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə yaranmış məhkumluqları ödənilməmiş və onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Lakin, məhkəmə Təqsirləndirilən şəxs əməlini onun əvvəllər məhkum olunduğu yuxarıda qeyd olunan hökmlərə nisbətdə düzgün qiymətləndirməyərək cinayət qanunu normasını düzgün tətbiq etməməklə hökmdə cinayətin residivinin növünü düzgün müəyyən etməmiş və sonuncuya CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddətinin maddədə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməməsi əsası ilə cəza təyin etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X7 apellyasiya protestinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmünü cinayət qanunun normasının düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında ayrı-ayrılıqda çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya protestinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəzanın təyin olunması əsasları, həddi və cəzanı ağırlaşdıran halların müəyyən olunması hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya protestindən də göründüyü kimi, dövlət ittihamçısı məhkum edilmiş şəxs tərəfindən törədilən cinayətlərin sübuta yetirilib-yetirilməməsini və cinayətin hüquqi tövsifini mübahisələndirməmişdir. Cinayət işinin materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək, mahiyyət etibarı ilə törətdiyi cinayətlərin halları haqda (baş vermə yeri, vaxtı, ardıcıllığı ilə bağlı) hökmün təsviri hissəsinə uyğun ifadələr vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və sonuncunun əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən apellyasiya protestində istinad edilmiş yuxarıda sadalanan dəlillərlə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi hökmündə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməllində Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını müəyyən etməklə səhvə yol vermişdir. Belə ki, cinayət işi materiallarından görünür ki, Bəkirov X5 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 500 manat cərimə cəzasına məhkum edilmiş, Kürdəmir rayon məhkəməsinin 12 fevral 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 67.1 və 68.2-ci maddələrinə əsasən beş il müddətə azadlıqdan məhrum etmə cəzasına və bir min dörd yüz əlli manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 07 iyun 2013-cü il tarixli qərarı ilə Kürdəmir rayon məhkəməsinin 12 fevral 2013-cü il tarixli hökmü dəyişdirilərək CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair müddəalar hökmdən xaric edilmiş, hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılmış, Yevlax rayon İcra bölməsinin 30 iyul 2013-cü il tarixli qərarına əsasən "Azərbaycan xalqının ümummilk lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətik amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli qərarının 1.7 bəndi tətbiq edilməklə Goranboy rayon məhkəməsinin 24 may 2012-ci il tarixli hökmü ilə təyin olunmuş cərimə cəzasının çəkilməmiş qalan bir min dord yüz əlli manat hissəsindən azad edilmişdir. Bundan başqa, o, Xəzər Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 305-ci maddələri ilə təqsirli bilinib 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən əvvəlki hökmlə (Kürdəmir rayon məhkəməsinin 12 fevral 2013-cü il tarixli hökmü) təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 ay 08 gün hissəsi həmin cəza ilə qismən birləşdirilərək ona qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş və sonuncu ona qəti olaraq təyin edilmiş 04 il müddətə azadlıqdan məhrum etmə cəzasını 24 aprel 2021-ci il tarixdə çəkib qurtarmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun '“Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin şərh olunması ilə bağlı” 25 may 2009-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Göründüyü kimi, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əvvəllər iki dəfə az ağır cinayətlər törətməkdə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, hökmlərin məcmusu üzrə təyin edilmiş cəzasını 24 aprel 2021-ci il tarixdə çəkib qurtarmış və 04 fevral 2022-ci il, eləcə də 22 iyun 2022-ci il tarixdə yeni cinayət törətmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin şərh olunması ilə bağlı” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu az ağır cinayətlərə münasibətdə məhkumluğunun ödənilmə müddətinin axımı müstəqil şəkildə hesablanmaqla sonuncunun cəzanı çəkib qurtardığı 24 aprel 2021-ci il tarixdən başlanmalıdır, belə olan halda sonuncunun 04 fevral 2022-ci il tarixdə yeni cinayət törətməsi və əvvəllər törətmiş olduğu hər bir cinayətə münasibətdə cəzanı çəkib qurtardığı gündən iki illik müddətinin keçməməsi nəzərə alındıqda Təqsirləndirilən şəxs əməlində cinayətlərin sadə residivinin deyil, təhlükəli residivinin olması müəyyən olunur. Lakin birinci instansiya məhkəməsi yuxarıda sadalanan halları nəzərə almayıb Təqsirləndirilən şəxs əməlinin cinayətlərin təhlükəli residivini deyil, sadə residivini yaratmasını müəyyən etməklə cinayət qanununun normalarını düzgün tətbiq etməmişdir. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-568/2022 saylı, 10 oktyabr 2022-ci il tarixli Hökmü məhkum edilmiş şəxsin cəzasını ağırlaşdıran halların müəyyən olunması hissəsində dəyişdirilməli və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi müəyyən olunmalıdır. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən hal kimi onun cinayəti qismən etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, himayəsində 6 (altı) azyaşlı övladının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə cinayətlərin residivini cəzanı ağırlaşdıran hal qismində nəzərə almış, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-568/2022 saylı, 10 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunmuş 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təhlükəli residivə deyil, sadə residivə münasibətdə tətbiq olunmuş cəzanın həddidir ki, bu isə öz növbəsində birinci instansiya məhkəməsi tərəfindən cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinin, eləcə də cəzanın təyin edilmənin ümumi normalarının pozulması kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-568/2022 saylı, 10 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının həddi, sonuncunun əməlində hökm üzrə müəyyən olunmuş cinayətlərin sadə residivinə nisbətən daha ağır ağırlaşdırıcı hal olan və özlüyündə şəxsə təyin oluna biləcək cəzanın minimum həddini daha yuxarı həddə müəyyən edən cinayətlərin təhlükəli residivinin müəyyən edilməsinə münasibətdə təyin olunmuş cəzanın həddi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunmuş cəzanın həddi artırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-568/2022 saylı, 10 oktyabr 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəzanın təyin olunması əsasları və sonuncunun cəzasını ağırlaşdıran halların müəyyən olunması hissələrində dəyişdirilməli, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olması müəyyən edilməli, hökmdən Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar xaric edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təyin edilmiş cəzanın müddəti artırılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 399.1.4 və 399.1.5 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 1(001)-568/2022 saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Həmin hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 02 (iki) il həddində müəyyən olunsun. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivinin olması müəyyən edilsin və hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar xaric edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X4 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov
Məhkəmə qərarları › İş №1(103)-153/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-153/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver