Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-154/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyaları məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protesti və təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2021-ci il, 1(101)-1417/2021 saylı hökmü ilə (hakim Ə.İ.Məmmədovun sədrliyi, hakimlər F.A.Qəribov və T.Q.Hüseynovdan ibarət tərkibdə) xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, lakin üzərində məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun həbsdə saxlanıldığı müddətin cəza müddətinə daxil edilməsi və cəzanın əvvəlinin onun tutulduğu vaxtdan, yəni 13 aprel 2021-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi-sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,443 qram təşkil edən psixotrop maddə metamfetaminin məhv edilməsi, 1 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməsi hökm edilmiş, iş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı qeyd edilmişdir. İşin halları: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 10,533 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 aprel 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 12:35-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 10,533 qram çəkidə eyni tərkibli psixotrop maddə metamfetamin əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 3 (üç) ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 3,719 qram, 3,374 qram və 3,440 qram olmaqla aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2021-ci il, 1(101)-1417/2021 saylı hökmündən Dövlət ittihamçısı1 apelyasiya protesti verərək Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsi və barəsində bəraət verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Apelyasiya protesti və apelyasiya şikayətinin dəlilləri, tərəflərin çıxışları: Apelyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmənin 20 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1ci maddəsinə tövsif edilməsi qanunsuz və əsassız olduğundan hökm ləğv edilməli və o, CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə işin faktiki hallarına uyğun olmayan, qanunsuz və əsassız nəticəyə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və heç kəsə satmamışdır. O, taksidə sərnişin kimi hərəkətdə olan zaman yol polisi içində onun olduğu taksi maşınını saxlamışdır. O da maşından düşmüşdür. “Banditizmin” əməkdaşları isə onu düşdüyü taksi maşınına zorla otuzduraraq özləri də həmin maşına minmişlər. Yol boyu polis əməkdaşları onu döyə-döyə “Banditizmə" aparmışlar. Orada ona demişlər ki, “sən külli miqdarda narkotiklə “içəri” getməlisən”. Sonra ona demişlər ki, “sən sifarişlə içəri getməlisən”. O, əvvəlcə bununla razılaşmamış və polislərə demişdir ki, “mənim narkotik vasitələrlə heç bir əlaqəm yoxdur". Sonra orada olan polislər ona işgəncə vermişlər. İşgəncələrin nəticəsində o, məcbur olub polislərin dedikləri kimi ifadə vermiş və ona aid olmayan narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. İttiham aktında yazılanların heç biri həqiqət deyildir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, bir neçə dəfə qurudulmuş marixuanadan istifadə etmişdir. Daha sonra metamfetaminin təsirinin daha güclü olduğunu eşidib ondan da istifadə etmək qərarına gəlmişdir. 12 aprel 2020-ci il tarixdə iş axtarmaq məqsədilə evdən çıxmış və gün ərzində iş tapa bilməmiş, bundan sonra tanımadığı şəxsdən 100 manat müqabilində 3 bükümdə təxminən 10 qram çəkidə metamfetamin almışdır. Növbəti gün, yəni 13 aprel 2020-ci il tarixdə yenə iş axtarmaq məqsədilə evdən çıxmış, bir müddət sonra mülki geyimdə polis əməkdaşları yaxınlaşaraq onu DİN-in BMCMİ-yə aparmışlar, orada videoçəkilişlə üzərinə baxış keçirilən zaman o, üzərindəki 3 büküm psixotrop maddəni könüllü olaraq çıxarıb təqdim etmişdir.Yuxarıda qeyd olunanlar həmçinin, iş üzrə şahid ifadələri və 13 aprel 2020-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol və həmin protokola əlavə edilmiş videoçəkiliş ilə də təsdiqini tapır. Həmçinin iş üzrə şahidlər Şahid1 və Şahid2 ifadələrində qeyd etmişlər ki, onlara daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, eləcə də satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək üzərində saxlaması və daşıması barədə olmuşdur. Təqsirləndirilən şəxs guya polis əməkdaşları tərəfindən işgəncə verilməsi ilə bağlı qeyd olunmalıdır ki, o, ibtidai istintaq dövründə bu barədə müstəntiqə, müdafiəçisinə, eyni zamanda heç bir orqana və ya vəzifəli şəxsə bildirməmiş və ya şikayət etməmişdir. Həmçinin hökmdə də məhkəmə belə qənaətə gəlmişdir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək heç vaxt narkotik vasitə və psixotrop maddələrdən istifadə etmədiyini, ibtidai istintaq zamanı təzyiq altında ifadə verməyə məcbur olduğunu bildirsə də, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaq zamanı vermiş olduğu ifadələrdən fərqli məzmunda ifadə verərək məsuliyyətdən yaxa qurtarmaq istəmiş, ibtidai istintaq zamanı zorakılığa məruz qaldığını, polis əməkdaşları tərəfindən döyüldüyünü, başqa sözlə, işgəncəyə məruz qaldığını bildirməmiş, qeyd edilənlərlə bağlı heç bir hüquq mühafizə orqanına, o cümlədən məhkəməyə müraciət etməmiş, ümumiyyətlə Təqsirləndirilən şəxs məhkəmə istintaqı başlananadək məhkəmə istintaqında vermiş olduğu ifadəsində göstərdiyi xüsusatlarla bağlı heç bir orqana müraciət etməmiş, istinad etdiyi pozulmuş hüquqlarının bərpasına yönəlmiş heç bir hərəkət etməmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 aprel 2021-ci il tarixli 6/1445 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş və üzərində: "şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən....” sözləri olan zərfdəki 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,719 qram, 3,374 qram, 3,440 qram, ümumi təmiz çəkisi 10,533 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03 may 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 1358 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal- hazırda müayinə zamanı Təqsirləndirilən şəxs Məhhərəm oğlu narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Hökmdə qeyd olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisinə gəldikdə məhkəmə belə hesab edir ki, 10,533 qram çəkidə psixotrop maddə metamfetamin həmin maddələrdən istifadə edən şəxsin bir neçə dəfəlik istifadə dozasını təşkil edir. Bu səbəbdən də Təqsirləndirilən şəxs qeyd edilən çəkidə psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün əldə etməsi daha ağlabatan və inandırıcıdır. Ancaq məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olmadığı halda hansı səbəbdən birdən-birə 10,533 qram çəkidə, yəni şəxsi istehlak miqdarından 70 dəfə artıq, həm də ayrı-ayrı bükümlərdə olmaqla psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamasını aydınlaşdırmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı əldə edilmiş və məhkəmə baxışı zamanı da tədqiq olunmuş yuxarıda şərh olunan sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Lakin buna baxmayaraq məhkəmə işin faktiki hallarına uyğun olmayan, özünün mülahizələrinə əsaslanan dəlillər gətirməklə Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Qeyd olunmalıdır ki, respublikamızada narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniya bəlasına qarşı mübarizə daim gücləndirilmiş, bununla əlaqədar bir neçə dövlət proqramı qəbul edilmişdir. Bu baxımdan məhkəmələr tərəfindən külli miqdarda narkotik vasitənin, həmçinin psixotrop maddənin satışı ilə məşğul olmada ittiham olunan bir şəxsin əməli CM-in daha yüngül maddəsi ilə tövsif edilərkən baxılan cinayət işinə məsuliyyətlə yanaşılmalı, mülahizələrə, şəxslərin əsassız fikirlərinə deyil, qanunamüvafiq şəkildə toplanmış sübutlara qanunda nəzərdə tutulmuş qaydada qiymət verilməklə əsaslanaraq müvafiq nəticəyə gəlinməlidir. Əks təqdirdə qəbul edilmiş qərarlar dövlətin bu sahədə apardığı siyasətin effektivliyinə zərbə endirmiş olur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmlə razılaşmır. Məhkəmə heç bir sübut olmadan onun üzərindən üç büküm, cəmi 10,53 qram metafetamin əldə edib saxlama, daşımada təqsirli bilmişdir. Halbuki onda heç bir psixotrop və narkotik vasitə olmamış və aşkarlanmamışdır. O, tutulduğu gün sevdiyi Elnarə adlı qızı gözəllik salonuna ötürmüşdür. «MC donalds»ın qabağında Şəki dairəsinə dönəndə işıqforda DYP maşını taksini saxlamışdır. Sürücü qapını açıb düşmüşdür. Sonra görmüşdür ki, onu döyürlər. Sonra onu maşının arxasında əyləşdirərək polis idarəsinə gətirmişlər. Orda ondan etiraf etməsini tələb etmişlər.O, Elnarə adlı sevdiyi qızın və sürücü Kənanın məhkəmədə dindirilməsi barədə məhkəmədə vəsatət versə də təmin edilməmişdir.Onu polisdə döyməklə təqsirini boynuna qoymuşlar.Döyüldüyünü məhkəmədə bildirsə də bu fakt məhkəmədə araşdırılmamışdır.Yalnız iki nəfər polis işçisi ifadəsi ilə onu təqsirli bilmişlər. Saxlanıldığı gün taksi sürücüsü ilə birlikdə olduğu ** UF *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 13 aprel 2021-ci il tarəxdə saat 12:00-dan etibarən Nərimanov rayonu, «MC donalds» kafesi (Təbriz küçəsi, 1959) qarşısından həmin gün ərzində hərəkət istiqaməti üzrə hərtərəfli məlumatı (saatı, dəqiqəsi və hərəkət koordinatları göstərilməklə) və hərəkətdə olması videogörüntülərinin təqdim edilməsi ilə bağlı müraciət etsə də müraciətinə cavabında təhlükəsizlik şəhər xidmətindən arxivlərin saxlanılma müddəti (bir ay) bitdiyindən göstərilən 13.04.2021-ci il tarixli arxiv görüntülərinin təqdim edilməsinin mümkün olmadığını bildirmişlər. Nə istintaq, nə də məhkəmə göstərdiyi hallar araşdırılmayıb. Bildirir ki, o, günahsızdır. Onun üstündə heç bir narkotik vasitə olmamışdır. Buna baxmayaraq onu təqsirli bilmişlər. Apelyasiya icraatında təqsirləndirilən şəxs və onun müdafiəçisi apelyasiya şikayətini müdafiə edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2021-ci il, 1(101)-1417/2021 saylı hökmünün ləğv edilməsi və təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində bəraət hökmü qəbul edilməsini xahiş etmişlər. Apelyasiya icraatında dövlət ittihamçısı apelyasiya protestini müdafiə edərək Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Proses iştirakçılarının ifadələri: Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, tutulduğu gün, yəni aprel ayının 13-ü 2020-ci il tarixdə evdən çıxaraq sevdiyi qızı gözəllik salonuna ötürmüşdür. Sonra isə taksi sifariş verərək taksiyə minib getmişdir. Taksi ilə hərəkət edərkən köhnə “Oazis” restoranının, indiki “Bravo” marketin yanında yol polisi içində onun olduğu taksi maşınını saxlamış və onu maşından düşürmüşlər. Mülki geyimdə “Banditizmin” əməkdaşları onu düşdüyü taksi maşınına zorla otuzduraraq özləri də həmin maşına minmişlər. Taksi şoferi isə maşından çöldə qalmışdır. Yol boyu polis əməkdaşları onu döyə-döyə “Banditizmə” aparmışlar. Orada ona demişlər ki, “sən külli miqdarda narkotiklə “içəri” getməlisən”. O da bildirmişdir ki, bu günə qədər nə narkotik vasitə satmış, nə də istifadə etmişdir. Sonra ona “sən sifarişlə içəri getməlisən” demişlər. Əvvəlcə bununla razılaşmamış, onlara “narkotik vasitələrlə heç bir əlaqəm yoxdur” demişdir. Sonra orada olan polislər ona işgəncə verməyə başlamışlar. Verilmiş işgəncələrə dözməyərək, ağrıların, işgəncələrin nəticəsində məcbur olub polislərin dedikləri kimi ifadə vermiş və ona aid olmayan narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. İttiham aktında yazılanların heç biri həqiqət deyil. Hətta verilmiş ittihamla razılaşmadığı üçün Bakı İstintaq Təcridxanasında özünü bir neçə dəfə öldürməyə cəhd etmiş və aclıq aksiyası keçirmişdir. Bundan sonra işi aparan müstəntiq təcridxanada yanına gəlib və əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif ediləcəyini bildirmiş, sakit olmasını, özünə xəsarət yetirməməsini demişdir. Bundan sonra ərizə yazmışdır ki, CM-nin 234.1-ci maddə ilə ona ittiham verilməsinə razıdır. Ondan sonra müstəntiqi görməmişdir. Verilmiş suallara cavabında təqsirləndirilən şəxs bildirmişdir ki, heç vaxt narkotikdən istifadə etməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş şəxslər, əməliyyat qrupunun üzvləri Şahid2 və Şahid1 ona işgəncə vermişlər. İşgəncə verilmək deyəndə yəni onunla insan kimi rəftar etməmiş, onu döymüşlər. Onu bədəninin hər yerindən vururmuşlar. Ona verilən işgəncələr barədə harasa, heç yerə müraciət olunmamış və şikayət ərizələri yazılmamışdır. Hadisə günü gündüz saat 1-ə qalmış sevdiyi Elnarə Quluzadə adlı qızla evdən çıxmış, onu yola salıb taksiyə oturmuşdur. Yolda maşını saxlayıb onu həbs etmişlər. X13 küçəsindən çıxmış, gəlib «MC Dondald»sın qarşısından taksiyə minmişlər. Ağa Neymətulla küçəsindən saat 1-ə qalmış çıxanda, gəlib dediyi yerə çatmağa hardasa 10 dəqiqəyə qədər vaxt lazım olardı. X6 telefonu ilə sifariş etmişdir. Həmin vaxta qədər taksi sürücüsünü o qədər də tanımamış, cəmi 1-2 dəfə onun xidmətindən istifadə etmişdir. Taksi sürücüsünün adının Elşən olduğunu bilir, lakin onun soyadını bilmir. Taksi sürücüsünün nömrəsini də bilmir, amma sevdiyi qızın telefonunda onun nömrəsi olmalı idi. Yol polisi onların maşınını saxlamış, saxladıqdan sonra taksi sürücüsü özü maşından düşüb yol polisinə yaxınlaşmışdır. Geri qayıdıb sənədlərini maşından götürmək istəyəndə polislər onu götürmüşlər. Taksi sürücüsünü götürənlər “Banditizmin” əməkdaşları olmuşdur. Daha sonra onu maşından düşürmüşlər. 4 nəfər şəxs onu maşının arxasına otuzdurmuşlar. Sonra taksi sürücüsünün “Opel” markalı maşınını sürüb onu aparmışlar. Taksi sürücüsü isə orda, yəni həmin yerdə qalmışdır. Maşını da əməliyyatçı idarə etmiş, iki polis arxada onunla oturmuş, ikisi də qabaqda oturmuşlar. O vaxtdan sonra taksi sürücüsünü heç vaxt görməmişdir. Polislər onları saxlayanda özlərini təqdim etməmişlər, üzərinə baxış keçirməmişlər. Ona maşında təzyiq göstərmiş, heç bir narkotik vasitə ilə məşğul olmadığını bildirsə də onu döyməyə başlamışlar. Polis idarəsində yerə yıxaraq dizlərinə vurub döyməyə başlamışlar. Bu söyləmiş olduğu hallarla bağlı hər hansı rəsmi orqana şikayət etməmişdir. Onu döymüş şəxslərdən birinci instansiya məhkəməsində dindirlən polis işçilərindən də olmuşdur. “Banditizmdə” onu 1(bir) gün saxlamışlar və səhəri günü məhkəməyə çıxarmışlar. Artıq məhkəməyə çıxan zaman sənədləri imzalamış, lakin imzalayanda oxumamışdır. İş materiallarında videogörüntülərdə etirafedici ifadə verməsinə səbəb odur ki, polislər ona elə danışmağı tələb etmişlər. Əvvəlcə bunu qəbul etməsə də, onu 3 dəfə toka vermişlər. O da məcbur olub danışmışdır. Həmçinin ona bildirmişlər ki, yazıb imza etsə, ona «satıcı» kimi yox, «istifadəçi» kimi ittiham veriləcək. O da həmin sənədlərə «istifadəçi» kimi yazıldığını güman edib imza etmişdir. İstintaqda ona vəkil verilmiş, lakin vəkillə təkbətək görüşüb söhbət etməmişdir.Vəkil istintaq müddətində təcridxanaya, onun yanına gəlməmişdir. Ondan təcridxanaya girən zaman bədənində xəsarət olub-olmamasını soruşmuşlar.Lakin orda heç bir xəsarəti olmadığını demişdir. Bunun səbəbi polislərin ona şikayət etməməsini demələri olmuşdur.Təcridxanada aclıq aksiyası keçirmiş və özünü öldürməyə cəhd etmiş, buna səbəb isə ona verilən ittiham ilə razılaşmaması olmuşdur. O, nə narkotik vasitə istifadəçisidir, nə də onların satışı ilə məşğuldur. Özünü öldürməyə cəhd edəndən bir həftə sonra müstəntiq yanına gəlmiş, təcridxana rəisi onu çağırıb müstəntiqin onunla görüşməyə gələcəyini, nə sözü varsa ona deməsini tapşırmış, özünə xəsarət yetirməməsini demişdir.Həm də Ombusmandan da 2(iki) nəfər onunla görüşməyə gəlmişdir. Onun polislər tərəfindən tutulub aparılmaqda məqsədlərinin nə olduğu, onlara nə etdiyi barədə məlumatlı deyil, əvvəl də avtonəqliyyat hadisəsi ilə bağlı məhkum olmuş və ona görə yenidən tutulması arzu edilmişdir. Apelyasiya icraatında əlavə şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, hadisənin olma gününü dəqiq xatırlamır, hadisə olan günədək artıq 2-3 gün idi ki, Təqsirləndirilən şəxs onlarda qalmışdır.O, hadisə günü gündüz saat 1(bir) üçün kosmetoloqa yazılmış, ora getməli olmuşdur. Saat 1-in yarısı namazını qılmış, daha sonra evdən Anarla birlikdə çıxmış, salona piyada getmişlər. Anar ondan ayrılandan sonra evə gedəcəyini söyləmiş və onu ötürdükdən sonra metro tərəfə getmiş, bu vaxt saat da təxmini günorta 2-yə işləmiş olardı. Evdə olduğu müddətdə Anar onun telefonu ilə taksi sifariş etmişdir.Anarın öz telefonunda ancaq “whatsapp” işlədiyindən taksiyə onun telefonu ilə yığmışdır. Həmin taksi sürücüsünü tanımır, Anarın taksini hansı xidmətdən sifariş verdiyini də bilmir. Sonrakı hadisə ilə bağlı heç bir məlumatı yoxdur. İşin faktiki hallarına dair hüquqi məsələlər: Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını öyrənib, apelyasiya protesti və apelyasiya şikayətinin dəlillərini müzakirə edib, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə dair apelyasiya protestinin dəlillərini müdafiə edən dövlət ittihamçısını, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2021-ci il, 1(101)-1417/2021 saylı hökmünün ləğv edilməsi və təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində bəraət hökmü qəbul edilməsi barədə təqsirləndirilən şəxsi və onun müdafiəçisinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda şərh olunanlara əsasən apelyasiya şikayəti təmin edilməməli, apelyasiya protesti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməli və yeni hökm çıxarılmalıdır. İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək apelyasiya icraatında verdiyi ifadə ilə oxşar, eyni məzmunlu ifadə vermişdir. İşdən görünür ki, ibtidai istintaqda təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə dindirilərkən özünü qismən təqsirli hesab edərək ifadələrində göstərmişdir ki, ... bir neçə dəfə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, narkotik vasitə qurudulmuş marixuananı siqaret giləsinin içərisinə doldurub siqaret kimi çəkməklə qəbul etmiş, əvvəllər istifadə etdiyim narkotik vasitəni Bakı şəhərində “Papanin” adlanan yerdən tanımadığı, adını bilmədiyi şəxslərdən almışdır. ... Sonradan psixotrop maddə olan metamfetamin daha yüksək təsiredici xassəyə malik olduğunu öyrənmiş və ondan istifadə etmək qərarına gəlmişdir. 12.04.2020-ci il tarixdə səhər saatlarında iş axtarmaq məqdəsilə bir neçə yerlərə getməyinə baxmayaraq iş tapa bilməmiş, bundan sonra axşam saatlarında yaşadığı ünvana getmək qərarına gəlmişdir. Axşam saatlarında yaşadığı evə getmək üçün “Drujba Kinoteatrı" adlanan yerin yaxınlığında ... bir nəfər şəxs ona yaxınlaşmış ... özündə istənilən növ maddənin olduğunu, lazım olsa onu sata biləcəyini demişdir. .... Həmin şəxs ... 03 ədəd bükümdə psixotrop maddə metamfetami ona uzadaraq onları ümumilikdə 100 manata sata biləcəyini demiş, onunla razılaşmış və üzərində olan 100 manat pulu ona verdib ondan 03 ədəd bükümü almışdır. Bundan sonra sağollaşıb avtobus gəldiyindən yaşadığı evə getmək üçün avtobusa minmişdir. Həmin gün evə getmiş və aldığı kütlələrdən istifadə etməmişdir. Həmçinin onları ailə üzvləri aşkar etməsin deyə mütəmadi olaraq üzərində saxlamışdır. 13.04.2021-ci il tarixdə restoranlarda ofisiant işi axtarmaq məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən restoranlara getmiş, bir neçə restoran və kafelərə getməyinə baxmayaraq iş tapa bilməmiş, buna baxmayaraq iş axtarmağa davam etmişdir. 13.04.2021-ci il tarixdə saat 12:35də iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuş, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demiş, bu zaman həmin şəxslər özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını, onun narkotik vasitələrin və psixotrop maddələrin üzərində saxlamağı və satışı ilə məşğul olmağı barədə onlarda məlumat olduğunu deyərək BMCMİ-nə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etməmiş və ifşa olduğunu bilib BMCMİ-nə gəlmişdir. Baş İdarəyə gəldikdən sonra onu təhqiqatçının xidməti iş otağına aparmışlar. Xidməti iş otağında olan zaman təhqiqatçı tərəfindən hüquqlarının müdafiə olunması məqsədi ilə Bakı şəhər Mərkəz vəkil Bürosunun vəkillərinin adlarının olduğu siyahını ona təqdim edilmiş, siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını demişdir. Bundan sonra təhqiqatçı vəkil Ramiz Mirzəyev dəvət etmiş, vəkil gəldikdən sonra təhqiqatçı ondan vəkilə etirazının olub-olmadığını soruşmuş, etirazının olmadığını bildirmişdir. Daha sonra ona hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Buna etiraz etmədən razılaşmış, daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman təhqiqatçı ilkin olaraq ona üzərində olan əşyalarını təqdim etməsini xahiş etmişdir. Üzərində psixotrop maddə metamfetamin olduğunu deyərək əynindəki qara rəngli gödəkcənin sol iç cibindən 03 ədəd bükümü, mobil telefonunu, siqaretini və pulunu təqdim etmişdir. Həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu demiş və bükümlər açılanda içərilərində ağ rəngli kristallar olması müşahidə edilmişdir. Bundan sonra həmin bükümlər qablaşdılaraq götürülmüş, mobil telefonum götürülsə də, siqareti və pulları özümə geri qaytarılmışdır. Sorğu zamanı həmin kütlələri tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını demiş, daha sonra üzərinə şəxsi axtarş keçirilməsinə baxmayaraq qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra videoçəkiliş dayandırılıb onunla bərabər digər iştirakçılara da həmin videoçəkiliş nümayiş etdirilmiş, sonda isə bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, eləcə də satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək üzərində saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat onun tərəfindən yoxlanılmış və bundan sonra rəsmiləşdirilərəq əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa ondan başqa digər əməliyyat müvəkkili Şahid2 da daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində olması barədə ona əlavə məlumat daxil olmuşdur. Sonra o, Şahid2la birlikdə Təqsirləndirilən şəxs olduğu yerə getmişdir. Həmin gün təxminən saat 12:00-13:00 radələrində onlar həmin yerdə olduqları vaxt xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar şəxsi görmüşlər və dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını demişlər. Həmin şəxs də özünü onlara təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə onlara məlumatın daxil olduğunu bildirib Təqsirləndirilən şəxs BMCMİ-yə dəvət etmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, qəbul etməsi və satışı ilə məşğul olmasında şübhəli olması ehtimal edildiyindən o, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə raportla rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil də dəvət edilmişdir. Baş İdarədə xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilmiş və üzərinə şəxsi axtarış aparılacağı, bu hərəkətin də video çəkilişlə aparılacağı bildirilmişdir.Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb masanın üstünə qoyulması təklif edilmişdir. Təqsirləndirilən şəxs da üzərində psixotrop maddə metamfetamin olduğunu onlara bildirmiş və əynində olan gödəkçənin cibindən içərisində psixotrop maddə metamfetamin olan 3 (üç) ədəd bükümü çıxararaq onlara təqdim etmişdir. Həmin bükümlər açıldıqda bükümlərin içərisində psixotrop maddə metamfetaminə oxşar kütlənin olması müşahidə edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərdə olan vasitəni bir gün əvvəl Bakı şəhərində yerləşən “Drujba” kinoteatrının yaxınlığından adını bilmədiyi şəxsdən öz istifadəsi üçün aldığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin həmin vaxt qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra 3 (üç) ədəd büküm qablaşdılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və orada iştirak edən iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 aprel 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 4-5) görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuş və onun ifşa olunması istiqamətində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 aprel 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 8) görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 12:35-də ünvan 2 ünvanının yaxınlığında saxlanılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 9 görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 17) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 25-26) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 3 (üç) ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1445 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 46-48) görünür ki, Tədqiqata təqdim edilmiş və üzərində: "şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən....” sözləri olan zərfdəki 3 (üç) ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 3,719 qram, 3,374 qram, 3,440 qram, ümumi təmiz çəkisi 10,533 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələriin” İ siyahısına daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi: 10,533 qram olmuş, tədqiqata sərf edildi: 0,090 qram, qalıq çəki: 10,443 qram təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 92-94) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkum olunmuşdur. Sonuncu dəfə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilindiyinə görə məhkum olunmuş və 19 fevral 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 aprel 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-441/2021 saylı qərarından (cild 1, iş vərəqə 103- 104) görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair 13 aprel 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 aprel 2021-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 108) görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası X1, anası X3, bacıları X4 və X2 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 aprel 2021-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 109) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 may 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 1358 nömrəli rəyindən (cild 1, iş vərəqə 126-127) görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs Məhhərəm oğlu narkomanoya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 129-135) görünür ki, Təqsirləndirilən şəxs Məhhərəm oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə yenidən ittihamın elan edilməsi, Təqsirləndirilən şəxs Məhhərəm oğlunun üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,443 qram təşkil edən psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİnin maddi sübutların saxlanılması kamerasına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş 1 (bir) videoçəkiliş diskinin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2021-ci il, 1(101)-1417/2021 saylı hökmündə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi onunla əsaslandırılmışdır ki, .... Təqsirləndirilən şəxs 13 aprel 2021-ci il tarixdə tutulanadək onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni, hüquq mühafizə orqanları Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv məlumata sahib olmamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmasını bildirsələr də, sonradan Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasının əməliyyat yolu ilə təsdiq edilmədiyini bildirmişlər. Başqa sözlə, 13 aprel 2021-ci il tarixədək əməliyyat və istintaq orqanında Təqsirləndirilən şəxs kiməsə dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddə satması barədə yoxlanılmış və dəqiq məlumat olmamışdır.Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən 3 (üç) bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin aşkarlanması özü-özlüyündə həmin şəxsin psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin maddəni satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. Birinci instansiya məhkəməsinin mövqeyinə görə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun psixotop maddələrin satışı ilə məşğul olması, psixotop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması, yazışması, bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrin və psixotop maddələrin satışı ilə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri və psixotop maddələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Əksinə cinayət işinin materiallarında olan 12 may 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd diskə baxış keçirilmiş və Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsində onun narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olması ilə bağlı danışıqların və yazışmaların aparılmasına dair məlumatlar müəyyən edilməmişdir. Müəyyən edilmiş sözügedən hal da ona dəlalət edir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Beləliklə birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi, habelə 13 aprel 2021-ci il tarixdə onun üzərindən külli miqdarda, yəni 10,533 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlmişdir ki, Anar Məhərrəmov onun üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamini satmaq məqsədi ilə deyil, əksinə öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə kollegiyası birinci instasiya məhkəməsinin əməlin hüquqi tövsifi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə birinci instansiya məhkəməsinin istintaqı zamanı verdiyi ifadəsi qeyrisəmimi, qeyri-obyektiv olmuş və istintaq materialları ilə kifayət qədər təkzib edildiyindən özünü müdafiə xarakterli kimi qiymətləndirilməli olduğu halda, işə baxan birinci instansiya məhkəməsi qeyd olunan hala tənqidi yanaşmamış, işdə olan sübutları əlaqəli qaydada qiymətləndirməmiş və təqsirləndirilən Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı psixotrop maddə metamfetaminin ümumilikdə 10,533 qram çəkidə, 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,719 qram, 3,374 qram və 3,440 qram olmaqla çəkilib xırda bağlamalara (ümumi olaraq 3 büküm) bükülməsinə, külli miqdar təşkil etməsinə də əhəmiyyət verilməmişdir. Məhkəmə kollegiyası apelyasiya protestinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini və onun psixotrop maddələrin satışı ilə məşğul olmasını müəyyən etməyin mümkün olmadığını qeyd etsə də iş üzrə şahidlər birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrində onlara daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, eləcə də satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək üzərində saxlaması və daşıması barədə olmasını təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli cinayət olmaqla, satış məqsədilə narkotik vasitə və ya psixotrop maddəni əldə edildiyi, saxlanıldığı, daşıdığı andan başa çatmış hesab edilməsini nəzərə almamış, işin faktiki hallarına uyğun olmayan, özünün mülahizələrinə əsaslanan dəlillər gətirməklə Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməklə düzgün nəticəyə gəlməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. İşin hallarından aydın müəyyən olunur ki, 13 aprel 2021-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 12:35-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 10,533 qram çəkidə eyni tərkibli psixotrop maddə metamfetamin əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,719 qram, 3,374 qram və 3,440 qram olmaqla aşkar edilərək götürülmüş, bununla da psixotrop maddələrin qanunsuz yayılmasının qarşısı alınmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə protokolu, o cümlədən iş üzrə keçirilmiş 14 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1445 nömrəli nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş metamfetamin 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,719 qram, 3,374 qram, 3,440 qram, ümumi təmiz çəkisi 10,533 qram olmaqla çəkilib xırda bükülülərdə olmuşdur ki, həmin xüsusat əldə edilmiş psixotrop maddənin məhz satış məqsədi ilə əldə edildiyini bir daha təsdiq edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci və 2-ci siyahı, narkotik vasitələr və psixotrop maddələr)» əsasən, metamfetamin psixotrop maddəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə eyni tərkibli ayrı-ayrılıqda təmiz çəkiləri 3,719 qram, 3,374 qram və 3,440 qram çəkidə, ümumilikdə 10,533 qram olmaqla külli miqdar təşkil edir. Eyni zamanda işdən göründüyü kimi, iş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, müayinə zamanı Təqsirləndirilən şəxs Məhhərəm oğlu narkomaniya xəstəliyindən əzab çəkmədiyi, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması müəyyən edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olmadığı halda 10,533 qram çəkidə, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq, həm də ayrı-ayrı bükümlərdə olmaqla psixotrop maddə metamfetamini əldə edib üzərində saxlaması digər sübutlarla birgə Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etdiyini bir daha təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Apelyasiya icraatında ifadəsində və apelyasiya şikayətində təqsirləndirilən Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək heç vaxt narkotik vasitə və psixotrop maddələrdən istifadə etmədiyini, ibtidai istintaq zamanı təzyiq altında ifadə verməyə məcbur olduğunu bildirmiş, apelyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsi və barəsində bəraət verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaq zamanı vermiş olduğu ifadələrdən fərqli məzmunda ifadə verərək məsuliyyətdən yaxa qurtarmaq istəmişdir. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının zorakılığına məruz qaldığını və törətmədiyi cinayəti təzyiq altında etiraf etdiyini bildirsə də, ibtidai istintaq zamanı zorakılığa məruz qaldığını, polis əməkdaşları tərəfindən döyüldüyünü, başqa sözlə, işgəncəyə məruz qaldığını bildirməmiş, qeyd edilənlərlə bağlı heç bir hüquq mühafizə orqanına, o cümlədən məhkəməyə müraciət etməmişdir. Təqsirləndirilən şəxs ona işgəncə, təzyiq olması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla bağlı heç bir aktiv hərəkət etməmişdir. Bundan başqa, Baş İdarədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onun müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs icazəsi və onun müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən 3 (üç) bükümdə olan psixotrop maddə metamfetamini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Həmçinin, o, onun üzərində şəxsi axtarış aparılan zaman və sonradan dəfələrlə ifadə verən zaman heç vaxt onun üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmasını, həmin maddənin növünü və çəkisini mübahisələndirməmişdir. Eyni zamanda, müdafiə tərəfinin təşəbbüsü ilə məhkəmə iclasında əlavə şahid qismində ifadə vermiş E.Quluzadə təqsirləndirilən Təqsirləndirilən şəxsla hadisə günü birlikdə olmalarını, sonradan hər kəs öz işi ilə bağlı getdiyini, Təqsirləndirilən şəxs telefonunda “whatsapp” işlədiyindən taksiyə onun telefonu ilə yığmasını, taksi sürücüsünü tanımamasını, sonrakı hadisə ilə bağlı heç bir məlumatı olmadığını bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığına məruz qaldığı və törətmədiyi cinayəti təzyiq altında etiraf etməsi, işin faktiki halları ilə öz təsdiqini tapmamış və Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi ilə qanunsuz olaraq eyni tərkibli ayrı-ayrılıqda təmiz çəkiləri 3,719 qram, 3,374 qram və 3,440 qram çəkidə, ümumilikdə 10,533 qram olmaqla külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında vermiş olduğu ifadəsini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə kollegiyası xatırladır ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri Cinayət Məcəlləsinin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və birinci instansiya məhkəməsi onun əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif etməklə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya protestinin dəlilləri ilə razılaşaraq belə hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə tövsif edərkən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmiş, nəticədə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, belə olduğu təqdirdə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2021-ci il, 1(101)-1417/2021 saylı hökmünü ləğv edilib iş üzrə yeni hökm çıxarılmalı, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və o, bu maddədə nəzərdə tutulmuş sanksiya çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə kollegiyası toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Apelyasiya protestinin təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə bağlı dəlilləri ilə razılaşaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsində qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamış, bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs əməli düzgün tövsif edilməmişdir. Birinci instansiya məhkəməsi yalnız təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi məqsədyönlü təkzib ifadələrini əsas götürmüş, onun ifadələrini cinayət işi üzrə toplanmış digər sübutlarla əlaqəli şəkildə təhlil etməmiş, sonda Təqsirləndirilən şəxs psixotrop maddələri satış məqsədilə əldə etməsinə dair ibtidai istintaq zamanı toplanmış kifayət qədər sübutların məcmusuna düzgün hüquqi qiymət verməyərək, təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadəsində göstərdiklərini sübut kimi qəbul etməklə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəsini məsuliyyətdən boyun qaçırmaq üçün verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin sözü gedən mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokollları və işdə digər istintaq sənədləri ilə tam təkzib edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmur və ona Azərbaycan Respublikası CM-nin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs şəxsiyyəti, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alınır Təqsirləndirilən Təqsirləndirilən şəxs cavan olması və yaşadığı yer üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edilir və qiymətləndirilir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halların isə olmaması, habelə təyin olunacaq cəzanın təsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanmasının müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı, həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 13 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan 03 may 2021-ci il tarixli, 1358 saylı məhkəmə narkoloji rəyinə əsasən məhkəmə hesab edir ki, o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,443 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə kollegiyası, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 398.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 399.1.2 və 399.1.4-cü maddələrinə əsasən, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Bu Məcəllənin 401.1.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası CPM-in 344, 346, 353, 398.1.2, 399.1.2, 401.1.2, 407-410-cu maddələrini rəhbər tutub, məhkəmə kollegiyası HÖKM ETDİ: Apelyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 13 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,443 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Faiq Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-154/2022
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-154/2022
22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver