Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-155/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Həsən Hüseyn oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs, Müdafiəçi – Müdafiəçi, Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi – Nümayəndə, Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin direktoru – Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-628/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi və zərərçəkmiş hüquqi şəxs tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-628/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə, xx.xx.1974-cü il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də operator vəzifəsində işləyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs CM-in 179.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 179.2.3-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs verilmiş ittihamdan CM-nin 179.2.4-cü maddəsinin xaric edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, mülki iddianın qismən təmin edilməsi, 2106.99 manatın Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-yə ödənilməsi hökm edilmişdir. Hökmlə, həmçinin məhkəmə məsrəfi məsələsi də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakım mənimsəməklə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla (VÖEN **********) müxtəlif növ masa örtükləri məhsullarının topdan satışı fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-dən əvvəlcə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yəni, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu vaxtda xx.xx.2020-ci il tarixli nömrəsiz qaimə ilə 14411 manat (on dörd min dörd yüz on bir manat) məbləğində, xx.xx.2020-ci il tarixli nömrəsiz qaimə ilə 2126 manat (iki min yüz iyirmi altı manat) məbləğində, xx.xx.2020-ci il tarixli nömrəsiz qaimə ilə 4640 manat (dörd min aiti yüz qırx manat) məbləğində, xx.xx.2020-ci il tarixli ********* nömrəli qaimə ilə 4994 manat (dörd min doqquz yüz doxsan dörd manat) məbləğində, xx.xx.2020-ci il tarixli ********* nömrəli qaimə ilə 8535 manat (səkkiz min beş yüz otuz beş manat) məbləğində müxtəlif növ masa örtükləri məhsullarını müştərilərinə satmaq adı ilə əldə edib vahid niyyətlə talamaq məqsədilə cinayətkar niyyətini davam etdirərək sonradan həmin MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli rəsmi əmək müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixədək satış ekspeditoru vəzifəsində işlədiyi dövrdə müştərilərdən sifarişlərin qəbul olunması, şirkətə aid məhsulların müştərilərə çatdırılmasına maddi məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını vahid niyyətlə davamlı olaraq mənimsəməklə talamaq məqsədilə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021- ci tarixədək yenə Cəmiyyətin ünvan 2 ünvanında yerləşən anbarından xx.xx.2020-ci il tarixli ********* nömrəli qaimə ilə 13610 manat (on üç min altı yüz on manat), xx.xx.2021-ci il tarixli ********* nömrəlim qaimə ilə 18158 (on səkkiz min yüz əlli səkkiz) manat, xx.xx.2021- ci il tarixli ********* nömrəli qaimə ilə 4232 manat (dörd min iki yüz otuz iki manat), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 8218 manat (səkkiz min iki yüz on səkkiz manat), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 7140 manat (yeddi min yüz qırx manat), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 9610 (doqquz min altı yüz on manat), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 6301 manat (altı min üç yüz bir manat), xx.xx.2021-ci il tarixli ********* nömrəli 5960 manat (beş min doqquz yüz altmış manat), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 13922,13 manat (on üç min doqquz yüz iyirmi iki manat on üç qəpik), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 15204 80 (on bes min iki vüz dörd manat səksən aəDİkV 05 12 2020-ci il tarixli ********* nömrəli qaimə ilə 16200,80 manat (on altı min iki yüz manat səksən qəpik), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 14525 manat (on dörd min beş yüz iyirmi beş manat), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 2750 manat (iki min yeddi yüz əlli manat), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 13922,13 manat (on üç min doqquz yüz iyirmi ıkı manat on üç qəpik), 06.1Ü.2Ü21-Ci ıl tarixli ********* nömrəli qaimə ilə isə satışdan əldə edilmiş 1370 manat (min üç yüz yetmiş manat) məbləğində pulu, yəni 15 ədəd maddi məsuliyyətinə götürdüyü 149790,33 manat (yüz qırx doqquz min yeddi yüz doxsan manat, otuz üç qəpik) dəyərində müxtəlif növ masa örtükləri məhsullarını Azərbaycan Respublikası ərazisində (Naxçıvan Muxtar Respublikası ərazisi və Qarabağ iqtisadi rayonu ərazisi istisna olmaqla) yerləşən ayrı-ayrı ticarət obyektlərinə satış məqsədilə təhvil verərək, ümumilikdə 20 ədəd qaimə-fakturaların əsasında cəmi 184496,33 manat (yüz səksən dörd min dörd yüz doxsan altı manat 33 qəpik) dəyərində masa örtükləri məhsullarının satışından əldə etdiyi 147724,17 manat (yüz qırx yeddi min yeddi yüz iyirmi dörd manat, on yeddi qəpik) dəyərində olan hissəsini nağd şəkildə Cəmiyyətin ünvan 2 ünvanında yerləşən kassasına ödəməsinə baxmayaraq, satışdan əldə etdiyi cəmi 38142,16 manat (otuz səkkiz min yüz qırx iki manat, on altı qəpik) pul vəsaitini təhvil aldıqdan sonra Cəmiyyətin ünvanı qeyd olunan kassasına təhvil verməyərək şəxsi ehtiyaclarına xərcləyib, ona etibar olunmuş özgəyə, yəni "xxxx" MMC-ə məxsus əmlakı öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə xeyli miqdarda ziyan vurub mənimsəməklə qəsdən talamışdır. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi–apellyasiya şikayəti verib hökmünü ləğv edib təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmdən zərərçəkmiş hüquqi şəxs–apellyasiya şikayəti verib hökmünü ləğv edib təqsirləndirilən şəxsin barəsində CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək, onun həmin maddənin sanksiyasının ən yuxarı həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmünü ləğv edib təqsirləndirilən şəxsin barəsində CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək, etdiyi təklifə uyğun hədlərdə əlavə cəza və azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs və müdafiəçisi verilmiş apellyasiya şikayətinin təmin edilməsini, hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək, apellyasiya protestinin və zərərçəkmiş hüquqi şəxsin apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, verilmiş apellyasiya protesti və zərərçəkmiş hüquqi şəxsin apellyasiya şikayəti qismən təmin edilməli, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Birinci instansiya məhkəməsində icraat zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 1989-cu il tarixdən tanımışdır. Eldəniz onun Şəki şəhərində qonşusu olmuşdur. Daha sonra Eldəniz Bakı şəhərinə köçərək "xxxx" MMC adlı şirkət qurmuşdur. Həmin şirkət plastik masa örtükləri satmaqla məşğul olmuşdur. O fərdi sahibkar kimi Sədərək ticarət mərkəzində fəaliyyət göstərmiş, "xxxx" MMC-dən və digər şirkətlərdən müxtəlif masa örtüklərini nisyə alaraq Sədərək ticarət mərkəzində və müxtəlif rayonlarda satışını həyata keçirmiş, hissə-hissə olmaqla pulunu MMC-yə ödəmişdir. 2020- ci ildə pandemiya səbəbindən karantin saatlarında çıxış icazəsi olmamış, buna görə də işləyə bilməmişdir. Zərərçəkmiş şəxs ona təklif etmişdir ki, onu əmək müqaviləsi əsasında ekspeditor vəzifəsinə götürsün, adı portala əlavə edildikdən sonra karantin saatlarında sərbəst hərəkət edə bilsin, o da razılaşmışdır. 2020-ci ilin iyun ayında onunla "xxxx" MMC arasında satıcı ekspeditor vəzifəsinə götürülməsi ilə bağlı əmək müqaviləsi bağlanmışdır. O rəsmi əməki müqaviləsi bağladığı dövrədək, yəni 2017-ci ildən 2020-ci ilin iyun ayınadək dəfələrlə fərdi sahibkar kimi "xxxx" MMC-dən nisyə mal götürmüş, daha sonra isə həmin malları daha baha sataraq gəlir əldə etmiş, həmçinin "xxxx" MMC-nin borcunu qaytarmışdır. Rəsmi əmək müqaviləsi bağladıqdan sonra "xxxx" MMC-nin mallarını Naxçıvan MR və Qarabağ ərazisi istisna olmaqla bütün ölkə üzrə satışını həyata keçirmişdir. O, 260 manat maaş almış, həmin pulu kart vasitəsi ilə almışdır və MMC-dən malları Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 26 ünvanında yerləşən anbardan təhvil alıb rayonlarda müştərilərə çatdırmışdır. Bəzən isə onlar malları sifariş əsasında özləri göndərmişlər. O, 2021-ci ilin oktyabr ayında həmin işdən çıxmışdır. "xxxx" MMC-də işlədiyi dövrdə həmin MMC-nin 38142,16 manat məbləğində əmlakını mənimsəməmişdir. İş prosesində MMC ilə onun arasında və həmçinin digər işçilər arasında borc məsələləri yaranmışdır. Belə ki, Zərərçəkmiş şəxs malların satışını həyata keçirməsi ilə bağlı benzin pulu, bonus və s kimi sözlər versə də bunlara əməl etməmişdir. O, bəzən əldə etdiyi pulu nağd şəkildə Zərərçəkmiş şəxs vermişdir və həmçinin bəzi vaxtlarda pullar müştərilər tərəfindən birbaşa Yavər adlı işçinin kartına ödənilmişdir. Onun satışdan yığılmış pul vəsaitini təhvil vermək öhdəliyi olmamışdır. O sadəcə malları müştərilərə təhvil vermişdir. Həmin sənədlər mövcuddur. O, bəzən anbardan mal götürən zaman qaimələrə qol çəkib götürmüşdür, bir çox hallarda isə həmin sənədlərə mal götürəndən uzun müddət keçdikdən sonra imza etmişdir. Həmin malları o, daxili qaimələr əsasında müştərilərə təhvil verdikcə imzalatdırmaqla təhvil vermişdir. O, qəbzlərlə tanış olmuşdur. Həmin imzalar ona məxsusdur. Satışdan müştərilər tərəfindən əldə edilmiş pulları da gətirib orada işləyən Eldənizə vermişdir və ya həmin pullar kart vasitəsilə özləri Yavərin kartına göndərmişlər. Kassa mədaxil və məxaric orderləri olmamışdır. O, 1370 manatı mənimsəməmişdir. Belə ki, Zərərçəkmiş şəxsla aralarında olan danışığa əsasən həmin məbləği müştəri onun arvadının adına olan karta atmış, 1370 manatın 160 manatını o, MMC-nin ona bonuslarla əlaqədar verəcəyi olduğu üçün şəxsi xərcinə ödəmiş, qalan pulu yəni 1224 manat pulu isə ödəniş terminalından Yavərin kartına göndərmişdir. Digər məsələ ilə bağlı isə bildirmişdir ki, o, Sədərək Ticarət Mərkəzində öz hesabına mağaza işlətmişdir. Həmin mağazanın "xxxx" MMC-nə aidiyyəti olmamışdır. O, həmin mağazanı sonradan Mətin adlı sahibkara mallar ilə birlikdə təhvil vermişdir. Mətinin mallara görə hal-hazıradək ona borcu vardır. Mağazanı Mətinə təhvil verdikdən sonra "xxxx" MMC-də işə düzəlmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 1 ədəd CD diskdə əks olunmuş səs yazısının ona məxsus olmasını bildirmişdir. O, həmin səs yazısında bildirmək istəmişdir ki, onun şirkətə hər hansı borcu yaranacağı təqdirdə həmin borcu ödəyəcəkdir. Həmin vaxtı nə qədər borcunun olması dəqiqləşməmişdir. Həmin vaxtı ona konkret olaraq nə qədər ödəməli olmağı da heç kim tərəfindən deyilməmişdir. Onun MMC-də işlədiyi müddət ərzində işi yalnız malları ekspeditor kimi qəbul edib müştərilərə təhvil verməkdən ibarət olmuşdur. Onun MMC-nə pul vəsaiti vermək vəzifəsi olmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə əlyazma ilə yazdığı izahatı audit X7 ona diktə edərək yazdırmış, həmçinin eyni məzmunlu izahatı yazaraq poçtla göndərməli olması barədə ona bildirdiyindən o da həmin məzmunda izahatı yazaraq poçtla göndərmişdir. Verilmiş mülki iddianı qəbul etmir. Zərərçəkmiş şəxs arayışda göstərdiyi 147000 manat ödənişi əmək müqaviləsi bağladığı dövrdən sonra ödəmişdir. Hesab edir ki, şirkətə cüzi məbləğdə borcu var, onuda ödəməyə hazırdır. Əmək müqaviləsi bağlamamışdan əvvəl götürdüyü malların Sədərək ticarət mərkəzində satışını həyata keçirmiş, pandemiya səbəbindən işləyə bilmədiyindən mallarla birlikdə mağazanı işlətməsi üçün Mətinə vermiş, Mətinlə razılaşmışlarki malların pulunu sonradan hissə hissə ona ödəsin. MMC ilə əmək müqaviləsi bağlandıqdan sonra götürdüyü malların ödənişlərini vaxtlı-vaxtında qaytarmışdır, az məbləğdə ödəniş etməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı zərərçəkmiş və mülki cavabdeh hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci il tarixdə vergi orqanında qeydiyyata alınmaqla tərəfindən təsis edilmiş və həmin Cəmiyyətin yeganə qanuni təmsilçisi o, olmuşdur. Qeyd etmişdir ki, Cəmiyyətin hüquqi ünvan kimi ünvan 3 ünvan Cəmiyyətdə hazırda anbardar işləyən və onun dostu olan Şahid3 yaşadığı mənzilin ünvanıdır. Belə ki, 2017-ci ildə Cəmiyyət tərəfindən təsis edilən zaman, onun xahişi ilə Cəmiyyəti Yavərin yaşadığı mənzildə qeydiyyata aldırmışlar, yəni hüquqi ünvanı həmin ünvan kimi göstərilmişdir. Cəmiyyətin faktiki ünvanı və anbarı Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev 26 ünvanında yerləşir. "xxxx" MMC şirkətinin əsasən fəaliyyəti dünyanın müəyyən ölkələrindən qeyri-qida məhsullarını yəni, müxtəlif növ masa örtüklərini ölkə ərazisinə ixrac etməklə topdan və pərakəndə satışını həyata keçirməkdən ibarət olmuşdur. Cəmiyyətdə ekspeditor, mühasib və anbardar ştatları mövcuddur. Qeyd etmişdir ki, Cəmiyyət kiçik bir müəssisə olduğundan orada cəmi 8 işçi fəaliyyət göstərmişdir. Direktoru olduğu ‘AZİMPLASTEX” MMC-də ekspeditorlar yalnız isti yəni topdan satışla işləyir və anbardan götürdükləri malların satışını nağd və ya nisyə qaydada satışını həyata keçirirlər. Belə ki, ekspeditorlar Cəmiyyətin anbarından malları qaimə əsasında üzərinə götürürlər və qeyd olunan malları öz dislokasiyalarına aid olan ticarət subyektlərinə qaima-faktura əsasında satışını nağd və nisyə qaydada həyata keçirirlər. Cəmiyyətdə xəzinədar olmadığından ekspeditorlar satış nöqtələrindən yığılan pulları Cəmiyyətin anbarında anbardara və yaxud həmin ünvanda ona əlbəəl verirlər və həmin pul vəsaitləri tərəfindən xəzinəyə mədaxil edilərək ekspeditorların hesabından çıxılır. Bildirmişdir ki, işə qəbul olunan əməkdaşlarla müvafiq əmək müqavilələri bağlanılır. Ekspeditorlar maddi məsul şəxslər olduğuna görə əmək müqavilələri bağlanarkən müqavilələrində maddi məsuliyyət haqqında müddəa da göstərilir və satış üçün götürdükləri məhsullar üzrə tam məsul cavabdeh şəxs olurlar. "xxxx" MMC-nin sabiq ekspeditoru Təqsirləndirilən şəxs təxminən 2013-cü il tarixdən tanımışdır. Ola bilər Çingiz onu əvvəllər tanımışdır, belə ki, onlar hər ikisi Şəki şəhərində doğulmuşlar. Onlar əvvəllər fiziki şəxs kimi fəaliyyət göstərdiyindən qardaşı Cavanşir Yusifov ondan mal almış və Çingiz isə həmin vaxt Cavanşirin sürücüsü olmuşdur. Çingiz 2017-ci ilədək qardaşı Cavanşirin sürücüsü kimi işləmiş, o dövrədək Çingiz gəlib MMCdən mallar götürsə də mallara görə cavabdeh şəxs qardaşı olmuşdur və həmin ildə Çingiz işdən aralanaraq Sədərək Ticarət Mərkəzində kirayə mağaza götürmüşdür və ara sıra onun şirkətindən mal almışdır. Çingiz 2022-ci ilin yanvar ayının əvvəllərindən yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-dən mal götürmüş və öz müştərilərinə satmışdır. Belə ki, Çingiz götürdüyü malların bir miqdarını satıb pulunu ona təhvil vermiş, o da görmüşdür ki, Çingiz şirkətin mallarını sata bilir. Çingizlə əmək müqaviləsi bağlananadək Çingiz malları götürüb satsa da, ödənişi tam ödəməmişdir və Çingiz bildirmişdir ki, həmin pulu ödəyəcək. Həmin vaxtlar Çingiz "xxxx" MMC-dən götürdüyü malları kimə satdığını o, bilməmişdir. Çingiz xx.xx.2020-ci il tarixdə artıq işlətdiyi mağazanı da bağladığını, əlavə heç yanda işləmədiyini bildirərək, Cəmiyyətə ekspeditor vəzifəsinə düzəlmək istədiyini xahiş etmişdir və həmin tarixdən əmək müqaviləsi bağlanaraq qeyd olunan vəzifəni icra etməyə başlamışdır. Bildirmişdir ki, "xxxx" MMC topdan satış həyata keçirdiyi üçün Azərbaycan Respublikası ərazisində müqavilə bağlayıb mal satdığı konkret satış nöqtələri yoxdur. Ekspeditorlar özləri satış nöqtələrini, yəni müştəriləri müəyyən edir və tələbə uyğun olaraq gəlib "xxxx" MMC-nin anbarından mal götürərək aparıb həmin malı müəyyən etdikləri müştərilərə satırlar və əldə etdikləri pulu gətirib təhvil verirlər. Çingizin də ərazisi Naxçıvan MR və Qarabağ ərazisi istisna olmaqla bütün Respublika ərazisi olmuşdur. "xxxx" MMC-nin sabiq ekspeditoru Təqsirləndirilən şəxs öhdəliyində yaranmış çatışmazlıqlarla bağlı göstərmişdir ki, 2021-ci ilin təxminən mart ayında Çingizin anbardan satış üçün götürdüyü mallarla onların müqabilində ödədiyi pul vəsaitləri arasında xeyli fərqlə yarandığından o, bu barədə Çingizdən soruşmuşdur. Çingiz isə ölkənin rayonlarında olan ticarət subyeklərinə mallar verdiyini və həmin malların müqabilində pul vəsaitlərinin ticarət subyektləri tərəfindən hələ də verilmədiyini bildirmişdir. Lakin o, bundan şübhələnib həmin mart ayında regionda olan Çingizin mal satdığı ticarət subyeklərinə getdikdə, mağaza sahibləri Çingizdən aldıqları malların müqabilində pul vəsaitlərini özünə ödədiklərini və heç bir məbləğdə borclarının olmadığını bildirmişilər. Bundan sonra isə Çingizin anbardan götürdüyi malların pullarının bir hissəsini Cəmiyyətə ödəmədiyini başa düşmüşdür. Həmçinin xx.xx.2021-ci il tarixdə Çingiz Quba rayonunda olan Zaur adlı müştəriyə 1370 manat dəyərində mal göndərdiyini bildirmiş və həmin pulun müştəri tərəfindən ödənmədiyi bildirilsə də, Çingiz həmin pul vəsaitinin hələ də özünə ödənilməməsini bildirmişdir. Qeyd olunan məsələnin aydınlaşdırılması məqsədi ilə xx.xx.2021-ci il tarixdə onun göstərişi əsasında Cəmiyyətin iki işçisi, Şahin və Füzuli adlı şəxslər Quba şəhərinə ezam edilmişdir və müştəri ilə aparılan danışıqlar zamanı müəyyən olunmuşdur ki, 1370 manat məbləğində pul xx.xx.2021-ci il tarixdə Çingizin xahişi ilə həyat yoldaşı Samirə Lətifovaya məxsus kart hesabına göndərilmişdir. Bundan əlavə Çingizin pul vəsaitlərini Cəmiyyətə təhvil vermədiyini, həmçinin müxtəlif bəhanələr gətirdiyini, o cümlədən götürdüyü malların bir qismini Sədərək Ticarət Mərkəzində Mətin adlı bir sahibkara verdiyini və həmin pulu Mətindən aldıqdan sonra Cəmiyyətə ödəyəcəyini bildirdiyindən, qeyd olunan məsələni aydınlaşdırmaq üçün xx.xx.2021-ci il tarixdə həmin sahibkarla əlaqə saxlanılaraq Çingizin həqiqətən də malların bir hissəsini verdiyini və Mətinin həmin pulun Çingizə ödənilmədiyi soruşulduqda, Mətin Çingizdən ümumillikdə 21500 manat dəyərində mal aldığını və qeyd olunan məbləğin 19887 manatını müxtəlif vaxtlarda Çingizin özünə ödədiyini bildirmişdir. Qeyd olunan məsələləri aydınlaşdırmaq üçün Çingizlə əlaqə saxlasalar da Çingiz Cəmiyyətə gəlməmiş və ödəmədiyi pul vəsaitləri tələb edilsə də, müxtəlif bəhanələr gətirərək, həmin pulları qaytarmaqdan yayınmışdır. Bundan əlavə qeyd etmişdir ki, 2021-ci ilin yanvar ayında Cəmiyyətə dəvət olunan sərbəst auditor olan Nəcəf müəllim tərəfindən Təqsirləndirilən şəxs fəaliyyətinin audit yoxlaması aparılmış və həmin vaxt Çingizin fəaliyyətinə aid bütün mühasibatlıq sənədləri auditora təqdim edilmişdir. Auditin nəticəsi olaraq isə, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cəmiyyətin anbarından götürdüyü malların müqabilində öhdəliyində 38142,16 manat çatışmazlıq müəyyən edilmişdir. Audit zamanı Çingiz izahatında törətdiyi əməli etiraf etmiş, əlində guya auditə təqdim edilməli sənədlər olmasını bildirsə də, heç vaxt həmin sənədləri təqdim etməmişdir. İzahatı da bildiyi qədərilə audit materiallarına əlavə edilmişdir. Ekspeditor Təqsirləndirilən şəxs Cəmiyyətdə işlədiyi müddət ərzində anbardan öhdəsinə qəbul etdiyi malları "xxxx" MMC-nin faktiki ünvanında, yəni Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev 26 ünvanında yerləşən anbarından qəbul etmişdir. "xxxx" MMC-də xəzinədar olmadığından, ekspeditor Təqsirləndirilən şəxs anbarından qəbul etdiyi malların satışından əldə etdiyi pul vəsaitlərini Cəmiyyətin faktiki ünvanında, yəni Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev 26 ünvanında yerləşən anbarında bir çox vaxt ona, müəyyən vaxtlarda isə Cəmiyyətin anbardarı olan Şahid3 ödəmişdir. xx.xx.2021-ci il tarixli, ********* nömrəli qaimədə göstərilən 1370 manatlıq malı təhvil alan şəxs Şahid1 olmuşdur. Şahid1 rəhbəri olduğu şirkətin işçisi, ekspeditorudur. Çingiz ona zəng edərək Quba şəhərindəki müştərisinə 1370 manatlıq mal lazım olduğunu və həmin müştəriyə mal göndərilməsini xahiş etmişdir. O da Şahinə bildirmişdir ki, Çingizin Quba şəhərində olan müştərisinə həmin 1370 manat dəyərində malı aparıb versin. Şahin mal təhvil aldıqdan sonra Quba rayonunda olan satıcıya vermişdir. Lakin malın satışından əldə edilmiş 1370 manat məbləğində pulu satıcı Çingizin xahişi ilə Çingizin arvadının bank kartı hesabına göndərmişdir. Pulun göndərilməsi ilə bağlı qaimə fakturanın şəkli cinayət işi materiallarına əlavə edilmişdir.Ona təqdim olunan 340 vərəqdə, 9 ədəd qaimə kitabçaları və 1 ədəd dəftərlə tanış olmuşdur. Bildirmişdir ki, həmin qaimə fakturaların "xxxx" MMC-nə heç bir aidiyyəti yoxdur. Həmin qaimə fakturaların "xxxx" MMC ilə əlaqəsini göstərən əsaslı, təsdiqedici heç bir funksiyası yoxdur. Belə ki, həmin qaimə fakturalarda "xxxx" MMC-nin adı, MMC-nə aidiyyətini göstərən hər hansı möhür, imza belə yoxdur. Hətta həmin qaimə fakturalarda göstərilən malların satışı ilə "xxxx" MMC məşğul olmur. Məsələn, qaimə fakturada fartuk, zərci, ağ fartuk kimi mallar nələrdir o, bilməmişdir. "xxxx" MMC sadəcə sellofan masa örtüklərin satışı ilə məşğuldur, rəsmi qaimə-fakturalarda satıcı və alıcının imzaları, "xxxx" MMC-nin satdığı malların dəqiq adları qeyd olunur, məsələn “3D Printed TD”, “Şəffaf 0.20 50m” və s. Həmin adlar sellofan örtüklərin xüsusiyyətlərini, yəni örtüyün ölçüsünü, üzərində 3D rəsm olmasını və s. xüsusiyyətləri göstərir. Bir daha bildirmişdir ki, həmin qaimə fakturaların heç bir hüquqi əsası yoxdur, "xxxx" MMC-nə heç bir aidiyyəti yoxdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, "xxxx" MMC-nin Çingizə heç bir borcu yoxdur və Çingizə qarşı heç bir qanunsuz əməl törədilməmişdir. İstintaq materaillarına əlavə edilmiş masa örtükləri nümunələri MMC-yə məxsus deyil.Çingiz Qubada müştəriyə satılan malın pulunu yəni 1370 manat pulu tam və ya qismən heç vaxt geri ödəməmişdir. Belə ki, Çingizin 440 manat borcu olmuşdur, Çingiz qızının universitetə daxil olması ilə əlaqədar ondan borc pul istəmiş və o, Çingizə bildirmişdir ki, malın pulundan 440 manat çıxsın. 784 manat pulu isə Çingiz süpürgə almışdır və ona bu barədə bildirməmişdir. Çingiz həmin bu borclarını ödəmək üçün Yavərin bank kartına 1224 manat göndərmişdir. Yavər də həmin pulu ona vermişdir. Çingizin MMC-yə etdiyi ödənişlərin hansı vaxt götürdüyü malların puluna görə etməsini ayırmaq mümkün deyil, belə ki, biz onun etdiyi ödənişləri Təqsirləndirilən şəxs MMC-yə olan ümumi borc məbləğindən silirik. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2020-ci il tarixdən rəsmi əmək müqaviləsi əsasında "xxxx" MMC-də ekspeditor vəzifəsində işləyir. O, 450 manat əməkhaqqını kart vasitəsilə alır. İşlədiyi MMC-nin direktoru qardaşı Zərərçəkmiş şəxsdur. Ekspeditor kimi onun vəzifələri Cəmiyyətin məhsullarını Bakı şəhərində və rayonlarda satmaqdan ibarətdir. Cəmiyyətin fəaliyyəti dünyanın müxtəlif ölkələrindən masa örtüklərini ölkə ərazisinə idxal etməklə topdan və pərakəndə satışını həyata keçirməkdən ibarət olmuşdur. Cəmiyyətin rəhbərliyi tərəfindən işə qəbul olunan əməkdaşlarla müvafiq əmək müqavilələri bağlanılır. "xxxx" MMC-də Cəmiyyətin anbarından məhsullar qaimə əsasında verilir. Belə ki, anbardan məhsul götürmək istəyən ekspeditor Cəmiyyətin anbarına yaxınlaşır və nə qədər mal sifariş vermək istədiyini anbardara söyləyir. Bundan sonra ambardar tərəfindən ekspeditorun sifariş etdiyi mallara dair iki qaimə tərtib edilir. Anbardan ekspeditora verilən mallara dair qaimədə “təhvil aldı” qrafası ekspeditor, “təhvil verdi” qrafasını anbardar imzalayır və həmin qaimənin bir nüsxəsini ekspeditor götürür, digər nüsxəsini isə anbardar özündə saxlayır. Hər ayın sonu isə qaimələr mühasibatlığa təhvil verilir. Cəmiyyətdə xəzinədar olmadığından, həmçinin ofisi anbarda yerləşdiyindən ekspeditorlar sifariş verdiyi malları satıb pulunu aldıqdan sonra həmin pul vəsaitlərini bir çox vaxt direktor Zərərçəkmiş şəxs, bəzi hallarda isə anbardara əlbəəl ödəyirlər. Təqsirləndirilən şəxs Cəmiyyətdə işlədiyi müddət ərzində tanımışdır. "xxxx" MMC-nin sabiq ekspeditoru Təqsirləndirilən şəxs öhdəliyində yaranmış çatışmazlıqla bağlı göstərmişdir ki, 2021-ci ilin təxminən mart ayında Çingizin anbardan satış üçün götürdüyü mallarla onların müqabilində ödədiyi pul vəsaitləri arasında xeyli fərqlər yaranmışdır və bu hal Cəmiyyət rəhbəri Zərərçəkmiş şəxs şübhələr yaratmışdır. Qardaşı Eldəniz ona bildirmişdir ki, Çingiz müxtəlif müştərilərə müxtəlif məbləğlərdə mallar satmış və həmin pulları geri qaytarmamışdır. Bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Quba rayonunda olan müştəriyə 1370 manat dəyərində mal verdiyini, həmin malın pulunun qaytarılmadığını bildirmiş, onu və qardaşı oğlu Füzulini qeyd olunan məsələnin aydınlaşdırılması məqsədi ilə xx.xx.2021-ci il tarixdə Quba şəhərinə ezam etmiş və müştəri ilə aparılan danışıqlar zamanı müəyyən olunmuşdur ki, 1370 manat məbləğində pul xx.xx.2021-ci il tarixdə Çingizin deməsinə əsasən həyat yoldaşı Samirə Lətifovaya məxsus kart hesabına göndərilmişdir. Bildirmişdir ki, həmin malı xx.xx.2021-ci il tarixli, ********* nömrəli qaimə ilə o, anbardan götürmüşdür. Belə ki, Eldəniz də ona bildirmişdir ki, Çingizin Quba şəhərində olan müştərisinə həmin 1370 manat dəyərində malı aparıb versin. O, malı təhvil aldıqdan sonra Quba rayonunda olan satıcıya vermişdir. Lakin malın satışından əldə edilmiş 1370 manat məbləğində pulu satıcı Çingizin arvadının bank kartı hesabına göndərmişdir. Pulun göndərilməsi ilə bağlı qaimə fakturanın şəkli cinayət işi materiallarına əlavə edilmişdir. Bundan əlavə Çingiz götürdüyü malların bir qismini Sədərək Ticarət Mərkəzində bir sahibkara verdiyini və həmin pulu ondan aldıqdan sonra Cəmiyyətə ödəyəcəyini bildirdiyindən, qeyd olunan məsələni aydınlaşdırmaq üçün qardaşı Eldəniz xx.xx.2021-ci il tarixdə həmin sahibkarla əlaqə saxlamış və Çingizin həqiqətən də malların bir hissəsini verdiyini və pulu ödəmədiyini soruşulduqda, Mətin Çingizdən ümumillikdə 21500 manat dəyərində mal aldığını və qeyd olunan məbləği 19887 manatını müxtəlif vaxtlarda Çingizin özünə ödədiyini bildirmişdir. Sabiq ekspeditor Təqsirləndirilən şəxs Cəmiyyətdə işlədiyi müddət ərzində anbardan öhdəsinə qəbul etdiyi malları "xxxx" MMC-nin faktiki ünvanında, yəni Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev 26 ünvanında yerləşən anbarından qəbul etmişdir. "xxxx" MMC-də xəzinədar olmadığından, ekspeditor Təqsirləndirilən şəxs anbarından qəbul etdiyi malların satışından əldə etdiyi pul vəsaitlərini bir çox vaxt Cəmiyyətin faktiki ünvanında yerləşən anbarında, yəni Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev 26 ünvanında direktor Zərərçəkmiş şəxs, bəzi hallarda isə anbardar Şahid3 ödəmişdir. Sonradan isə həmin pul vəsaitləri, Cəmiyyətdə xəzinədar olmadığı üçün Zərərçəkmiş şəxs tərəfindən ofisdə xəzinəyə mədaxil edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2020-ci il tarixdən rəsmi əmək müqaviləsi əsasında "xxxx" MMC-də anbardar vəzifəsində işləmişdir, "xxxx" MMC-də ondan başqa anbardar vəzifəsində heç kəs işləməmişdir. Cəmiyyətin anbarından məhsullar qaimə əsasında verilmişdir. Belə ki, anbardan məhsul götürmək istəyən ekspeditor Cəmiyyətin anbarına yaxınlaşmışdır və nə qədər mal sifariş vermək istədiyini ona söyləmişdir. Bundan sonra tərəfindən ekspeditorun sifariş etdiyi mallara dair iki qaimə tərtib edilmişdir. O da qaimədəki malları ekspeditorun avtomaşınına yüklətdirmişdir. Anbardan ekspeditora verilən mallara dair qaimədə “təhvil aldı” qrafası ekspeditor, “təhvil verdi” qrafasını o, imzalamışdır və həmin qaimənin bir nüsxəsini ekspeditora vermişdir, digər nüsxəsini isə özündə saxlamışdır. Hər ayın sonu isə qaimələri mühasibatlığa təhvil vermişdir. Anbardan verilən malların uçotu kompyuter proqramı vasitəsilə aparıldığından, anbardan malların məxarici zamanı əlavə olaraq hər hansı bir qeydiyyat aparmamışdır, bu barədə hər hansı bir sənəd tərtib etməmişdir, sadəcə olaraq anbar qaimələrinin bir nüsxəsini özündə saxlamışdır. Cəmiyyətdə xəzinədar olmadığından, həmçinin ofisi anbarda yerləşdiyindən ekspeditorlar sifariş verdiyi malları satıb pulunu aldıqdan sonra həmin pul vəsaitlərini bir çox vaxt direktor Zərərçəkmiş şəxs, bəzi hallarda isə ona əlbəəl ödəmişlər. Sonradan isə həmin pul vəsaitləri, xəzinədar olmadığı üçün Zərərçəkmiş şəxs tərəfindən ofisdə xəzinəyə mədaxil edilmişdir və ekspeditorun hesabından çıxılmışdır. Qeyd etmişdir ki, işlədiyi dövr ərzində müəssisənin anbarına sənədsiz mal qəbul etməmişdir və müəssisənin anbarından hər hansı ekspeditora sənədsiz mal verməmişdir. Təqsirləndirilən şəxs Cəmiyyətdə işlədiyi müddət ərzində tanımışdır və onunla qohumluğu, qərəzliyi, düşmənçiliyi olmamışdır. "xxxx" MMC-nin sabiq ekspeditoru Təqsirləndirilən şəxs öhdəliyində yaranmış çatışmazlıqla bağlı göstərmişdir ki, 2021-ci ilin təxminən mart ayında Çingizin anbardan satış üçün götürdüyü malların müqabilində ödədiyi pul vəsaitləri arasında xeyli fərqlər yaranmışdır və bu hal Cəmiyyət rəhbəri Zərərçəkmiş şəxs şübhələr yaratmışdır. Bununla bağlı Çingizdən soruşulduqda, o, ölkənin rayonlarında olan ticarət subyeklərinə mallar verdiyini və həmin malların müqabilində pul vəsaitlərinin ticarət subyekləri tərəfindən hələ də verilmədiyini bildirmişdir. Lakin Eldəniz bundan şübhələnib həmin mart ayında regionda olan Çingizin mal satdığı ticarət subyektlərinə getmiş və mağaza sahibləri Çingizdən aldıqları malların müqabilində pul vəsaitlərinin Çingizin özünə ödədiklərini və heç bir məbləğdə borclarının olmadığını bildirmişlər. Bununla da Eldəniz Çingizin anbardan götürdüyü malların pullarının bir hissəsini Cəmiyyətə ödəmədiyini başa düşmüşdür. Həmçinin xx.xx.2021-ci il tarixdə Çingiz Quba rayonunda olan müştəriyə 1370 manat dəyərində mal göndərdiyini bildirmiş və həmin pulun müştəri tərəfindən ödənmədiyi Çingizə bildirilsə də, o, həmin pul vəsaitinin hələdə ödənilməməsini söyləmişdir. Qeyd olunan məsələnin aydınlaşdırılması məqsədi ilə xx.xx.2021- ci il tarixdə Eldənizin göstərişinə əsasən Cəmiyyətin iki işçisi Quba şəhərinə ezam edilmişdir və müştəri ilə aparılan danışıqlar zamanı müəyyən olunmuşdur ki, 1370 manat məbləğində pul xx.xx.2021-ci il tarixdə Çingizin xahişi ilə onun həyat yoldaşı Samirə Lətifovaya məxsus kart hesabına göndərilmişdir. Bundan əlavə götürdüyü malların bir qismini Sədərək Ticarət Mərkəzində bir sahibkara verdiyini və həmin pulu aldıqdan sonra Cəmiyyətə ödəyəcəyini bildirdiyindən, qeyd olunan məsələni aydınlaşdırmaq üçün xx.xx.2021-ci il tarixdə həmin sahibkarla əlaqə saxlanılaraq Çingizin həqiqətən də malların bir hissəsini ona verdiyini və ödəmədiyini soruşulduqda, o Çingizdən ümumillikdə 21500 manat dəyərində mal aldığını və qeyd olunan məbləği 19887 manatını müxtəlif vaxtlarda Çingizin özünə ödədiyini bildirmişdir. Bundan sonra, Cəmiyyət rəhbərliyi tərəfindən Çingizlə əlaqə saxlanılmış, qeyd olunan məsələlərə aydınlıq gətirməsi bildirilsə də, həmçinin çatışmayan pul vəsaitləri ondan tələb edilsə də, Çingiz danışıqlara gəlməmiş, həmçinin heç bir səbəb gətirmədən, öhdəsində olan çatışmayan pul vəsaitlərini Cəmiyyətə ödəməkdən yayınmışdır. Sabiq ekspeditor Təqsirləndirilən şəxs Cəmiyyətdə işlədiyi müddət ərzində anbardan öhdəsinə qəbul etdiyi malları "xxxx" MMC-nin faktiki ünvanında, yəni Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev 26 ünvanında yerləşən anbarından qəbul etmişdir. "xxxx" MMCdə xəzinədar olmadığından, ekspeditor Təqsirləndirilən şəxs anbarından qəbul etdiyi malların satışından əldə etdiyi pul vəsaitlərini bir çox vaxt Cəmiyyətin faktiki ünvanında yerləşən anbarında, yəni Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev 26 ünvanında direktor Zərərçəkmiş şəxs, bəzi hallarda isə ona əlbəəl ödəmişdir. Sonradan isə həmin pul vəsaitləri, Cəmiyyətdə xəzinədar olmadığı üçün Zərərçəkmiş şəxs tərəfindən ofisdə xəzinəyə mədaxil edilmişdir. Cəmiyyətin mühasibi Elxandır. Anbardan mal götürüləndən sonra təhvil-təslim aktı tərəfindən tərtib olunmuşdur və həmin aktları imzalandıqdan sonra o, həmin aktları Cəmiyyətin vahid kompüter sisteminə daxil etmişdir və mühasib Elxanın, həmçinin təsisçi də həmin məlumatları görə bilmişdir. Çingiz onun bank kartına 1224 manat göndərmiş, o da həmin pulu Eldənizə vermişdir. Eldənizin deməsinə görə Çingiz ona olan şəxsi borcunu ödəmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2019-cu ildən işlədiyi Sədərək Ticarət Mərkəzində ticarətçi kimi tanımışdır. O, Sədərək TM-də plastik masa örtükləri satır və Çingizi tanıyanda da orada masa örtükləri satışı ilə məşğul olmuş və orada obyekt icarəyə götürmüşdür. Çingiz də qonşuluqda obyekt işlətmiş və masa örtükləri satmışdır. Bildirmişdir ki, təxminən 2020-ci ilin əvvəllərində Çingiz işlədiyi biznesi satdığını ona demiş və işlətdiyi obyekti içindəki mallarla birlikdə satdığını bildirmişdir. O da Çingizin obyektini almaq üçün razılaşmışdır. Lakin, Çingiz ona bildirmişdir ki, həmin obyekti içindəki mallarla birlikdə almalıdır və içində təxminən 21 min manat dəyərində mal vardır. O da bildirmişdir ki, malı satdıqca pulunu verəcəkdir və malı satdıqca pulunu yəni təxminən 20 min manata yaxın pulu Çingizə ödəmişdir. Çingizin orada qoyduğu mal elə 20 min manat dəyərində olması aydınlaşdığı üçün heç bir borcu qalmadığı barədə razılaşmışlar. Bildirmişdir ki, Çingiz ona həmin obyekti təhvil verdikdən sonra ona hər hansı bir mal satmamışdır. Təxminən 2021-ci ilin sonlarında Eldəniz Yusifli adlı sahibkar Sədərək Ticarət Mərkəzinə onun işlədiyi yerə gəlmiş və ona bildirmişdir ki, Çingiz şirkətində işləmiş və verilmiş Eldənizin şirkətinə məxsus malı mənimsəmişdir. O, bilmişdir ki, Çingiz Eldənizə demişdir ki, guya onun Çingizə 20 min manat verəcəyi vardır və o, həmin pulu Çingizə verdikdən sonra Eldənizə verəcəkdir. Bu barədə Eldəniz ona bildirdikdə o, Eldənizə demişdir ki, onun Çingizə heç bir borcu yoxdur, Çingizə verdiyi pulu dəqiq olaraq hesablayıb bildirmişdir ki, 19887 manat pulu Çingizə vermişdir və onun artıq heç bir borcu yoxdur. Eldəniz də bildirmişdir ki, Çingiz neçə müddətdir ki, aldadır ki, Mətinin verəcəyi vardır, pulu alan kimi aparıb Eldənizin şirkətindən mənimsədiyi pulun əvəzi kimi verəcəkdir. O, həm də bildirmişdir ki, Çingiz ona obyekti satdıqdan sonra onun Çingizdən heç bir xəbəri olmamışdır, yəni harada nə işləməsindən xəbəri olmamışdır. Eldəniz ona dedikdən sonra bilmişdir ki, Çingiz Eldənizin şirkətində ekspeditor işləmişdir. Çingiz Eldənizin şirkətində işlədiyi müddətdə ona hər hansı miqdarda mal satmamışdır. Onun "xxxx" MMC-nin sabiq ekspeditor Təqsirləndirilən şəxs öhdəliyində xeyli miqdarda çatışmazlıq aşkar edilməsi barədə Eldəniz Yusifli ona bu barədə dedikdə xəbəri olmuşdur. Bildirmişdir ki, Çingizə olan borcunu Çingizin özünə ödəmişdir. Həmin borc da Çingizin işlətdiyi biznesi alan zaman yaranmışdır. Həmin biznesi alan zaman da oradakı malları o, Çingizin malı bilib almışdır. Onun oradakı malların "xxxx" MMC-nə və ya digər kiməsə məxsus olması barədə məlumatı olmamışdır. Çingizə pulu ödəyib Çingizin malı kimi almışdır. Çingiz bir neçə dəfə ona zəng edib borcunu tələb etsə də, o, Çingizə borcunun qalmadığını bildirmişdir. Çingiz yalandan Eldənizə bildirmişdir ki, guya onun Çingizə borcu vardır və ondan pulu alıb Eldənizə verəcəkdir. Bildirmişdir ki, Çingizi doğru insan kimi tanımır və düşünür ki, Çingiz həqiqətən də Eldənizi aldatmış və şirkətinin əmlakını mənimsəmişdir (cild 2, i.v.106-109); İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə evlənmişdir. Çingiz uzun müddət masa örtüklərinin satışı ilə məşğul olmuşdur. Çingiz əvvəllər Sədərək Ticarət Mərkəzində obyekt götürərək işlətmiş, orada da masa örtükləri satmış, daha sonra isə "Azimplastex” MMC-də satış ekspeditoru vəzifəsində işləmişdir. Çingizin həmin MMC-nin rəhbərliyi ilə anlaşmazlığı olduğu üçün işdən ayrılmışdır. O, Çingizin işdən çıxmasının səbəblərini dəqiqliyi ilə bilmir, Çingizin işi ilə yaxından maraqlanmamış və həmçinin Çingizin bir yerdə işlədiyi şəxsləri də tanımamışdır. "xxxx" MMC-nin sabiq ekspeditor Təqsirləndirilən şəxs öhdəliyində xeyli miqdarda çatışmazlıq aşkar edilməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs “Azimplastex" MMC-də işlədiyi dövrdə həmin MMC-dən mal əldə edib Quba şəhərində satdığı şəxsin malların satılmasından əldə edilmiş 1370 manat məbləğində pulu xx.xx.2021-ci il tarixdə Çingizin xahişi ilə ona məxsus kart hesabına göndərilməsi ilə bağlı bildirmişdir ki, həmin kart hesabı onun olsa da, kartın özü əri Təqsirləndirilən şəxs olmuş və kartı Çingiz işlətmişdir. Onun həmin kart hesabına 1370 manat məbləğində pul köçürülməsindən xəbəri olmamışdır. Həmin pulu köçürən şəxsi də tanımır. Həmin pulun taleyi barədə də məlumatı yoxdur(cild 2, i.v.117-119); Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş ekspert X8 verilmiş suallara cavab olaraq göstərmişdir ki, hazırki iş üzrə 01 il əvvəl rəy vermişdir, ümumiyyətlə eksert qarşısında qoyulmuş suallar əsasında rəy verilir, ekspertiza rəyində istinad etdiyi auditor rəyi və sənədlər olmuşdur, həmin sənədlər mövcud deyilsə işdə texniki səhv ola bilər, qoyulmuş suallar əsasında olan dövrə rəy verilibdir. Tam maddi məsuliyyət haqqında müqaviləyə istinad etmişdirsə deməli elə bir müqavilə olmuşdur. Tədqiqat aparılarkən əmək müqaviləsi, kassa-mədaxil orderləri, aktlar və arayışlar əsasında rəy verilmişdir. Onlar mühasibatlıq ekspertizası apararkən sənədlərin həqiqiliyinə baxmırlar. Quba epizodu var idi, dənədi olmadığından həmin epizoda qiymət verilməmişdir. Əmək müqaviləsi rəy verilməsi üçün vacibdir. Onlar yenidən yoxlama aparmamış, auditin sübutlarına qiymət vermişdir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş audit X7 verilmiş suallara cavab olaraq göstərmişdir ki, 1999-cu ildən audit kimi fəaliyyət göstərir, auditorlar palatası sədrinin elmi metodik şurasının sədridir. Bu işdə rəy verilməsi zamanı ciddi çətinlik sənədlərin olmaması olmuşdur. O, Çingizi dəvət etmiş, özü ilə danışmış, izahatı alınmış, onun izahatı əsasında rəy vermişdr, həmin izahatı Çingiz ona yazılı da göndərmişdir. O malların alınmasını etiraf etmişdir, o, sənədlərin olmamasını rəydə də göstərmişdir. 147000 manat pulu qaytarmağını MMC arayış əsasında qeyd etmişdir. İnsafla dedilər ki qaytarmışıq, Çingiz də demişdir ki, onun borcu var. Sənədlər olmasa belə rəy vermək olar, amma onun verdiyi rəy məhkəmə üçün əsas ola bilməz. Onun rəyi cinayət olubolmamasını təsdiq etmir. Bunu hüquq mühafizə orqanı müəyyən etməlidir. Çingiz sənəd təqdim etməsə idi, o rəy verə bilməzdi. Çingiz malı götürdüyünü, zərərçəkmiş Eldəniz də pulu təhvil aldığını etiraf etmişdir, o da izahat və etiraflara əsasən rəy vermişdir, o rəyində çatışmamazlıq sözü göstərməmişdir, 38142 manat rəqəmini ona təqdim edilən sənədlərə əsasən çıxarmış, arayış, quba epizodu əsasında həmin rəqəmi hesablamışdır. Həmin kassamədaxil orderlərində pulu verən şəxsin imzasının olması şərt deyil, kassa-mədaxil orderləri iki hissə olur, kəsilərək birtərəfi verilir. Kassa mədaxil orderlərini görməmiş, zərərçəkmiş demişdir ki, 147000 almışdır, təqsirləndirilən şəxs isə ancaq izahat vermiş, sənəd verməmişdir. 38142 manatın əskiklik olmasını o deyə bilməz, borc, əskiklik, oğurluq, tələf olma və s. bunlar fərqli şeylərdir. 147000 manat ilə bağlı zərərçəkmiş arayış verməsə idi o, həmin rəqəmi verə bilməz, yəni rəy verə bilməzdi, belə olan halda o rəy vermək mümkün olmadığını bildirəcəkdi, bu işdə isə etiraf olduğundan rəy vermişdir. 184496 manat mal götürülməsini təsdiq edən 2 dövr var, müqavilə olana qədər və müqavilədən əvvəlki dövr. X4 mal götürüb, ona bu kifayət edir. Quba epizodu olan 1370 manat ilə bağlı o, kapital bankın qəbzini görmüşdür, lakin qaimə Təqsirləndirilən şəxs adına olmamışdır. Onun rəyi şəxsin cinayət məsuliyyətinə cəlb edilməli olmasını təsdiqləmir, malın götürülməsini qaimələr təsdiq edir. Sənədlər tam təqdim edilsə idi onda dəqiq qiymət vermək olardı. Bu rəy bir növ rəydən imtinadır, o rəyində demir ki, 38000 borc var və ya çatışmamazlıq var, elə ifadəni rəydə yazmamışdır, bildirmişdir ki, təqdim edilən sənədlər əsasında 38142 manatla bağlı məsələyə hüquqi qiymət verilməlidir. Əmək müqaviləsi və tam maddi məsuliyyət müqaviləsi olmasa da rəy vermək olar, amma qiymət vermək məhkəmənin səlahiyyətindədir. Cinayət işinin materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır (cild 1, i.v. 01); TNM AUDİT MMC-nin 19 yanvar 2022-ci il tarixli audit rəyindən görünür ki, araşdırma nəticəsində aşağıdakılar aşkar olundu: "xxxx" MMC (VÖEN **********) ilə vətəndaş Təqsirləndirilən şəxs (şəxsiyyət vəsiqəsi AZE 0*******, FİN 4E7FEVJ Şəki ŞRPŞ QVŞV BÖLMƏSİ, xx.xx.2021) arasında maliyyə təsərrüfat əməliyyatları satış məqsədləri ilə "AZİMPLASTEX” MMC-dən vətəndaş Təqsirləndirilən şəxs mal verilməsindən və malların dəyərinin ödənilməsi ilə bağlı əməliyyatlardan ibarət olmuşdur. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Auditorlar Palatasına təqdim olunmuş xx.xx.2021-ci il tarixli arayışda qeyd olunur ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək vətəndaş Təqsirləndirilən şəxs 189956.33 manat dəyərində mal verilmişdir (Maddi-məsul şəxs və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində) . Bu məbləğdən 147724.17 manat "xxxx" MMC-nin kassasına vurulmaqla və malların geri qaytarılması yolu ilə ödənilmiş, qalan 42232.16 manat məbləğ isə "xxxx" MMC-yə ödənilməmişdir. Həmin arayışda və "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Auditorlar Palatasına təqdim olunmuş xx.xx.2021-ci il tarixli digər arayışda "xxxx" MMC tərəfindən vətəndaş Təqsirləndirilən şəxs müraciətlər edilməsinə baxmayaraq bu məsələnin həlli ilə bağlı heç bir konstruktiv addım atılmadığı göstərilmişdir. Bundan başqa, digər bir N 00001469 reyestrdə 1370 manat (Şahid1) göstərilmişdir ki, həmin malın dəyərinin vətəndaş Təqsirləndirilən şəxs həyat yoldaşı olması qeyd olunan X3 məxsus olan bank kartına ("KAPİTALBANK" - № 5 ***7706) Million ödəmə sistemilə köçürülməsi göstərilir. Beləliklə, müvafiq səlahiyyətllərə malik hüquq mühafizə orqanı tərəfindən əməliyyat axtarış tədbirləri həyata keçirilməklə bütövlükdə təsnifləşdirilməsini və "xxxx" MMC-nin vətəndaş Təqsirləndirilən şəxs borclu olması qeyd edilən 38142,16 manat(184 496,33 manat çıxılsin 147724.17 manat üstəgəl 1370 manat) məbləğin hüquqi əsaslılığına hüquqi qiymət verilməsi zəruri hesab olunmuşdur. (cild 1, i.v.11-14); xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs ilə əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə xitam verilmişdir (cild 1, i.v. 26); əmək müqaviləsinin bağlanması ilə bağlı 4EFEBJ000100 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə "xxxx" MMC arasında satış ekspeditoru vəzifəsinə qəbul edilməsi ilə bağlı əmək müqaviləsi bağlanmışdır(cild 1, i.v.27); əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 4EFEBJ000100 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs ilə "xxxx" MMC arasında ekspeditor vəzifəsinə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinə dəyişiklik edilmişdir(cild 1, i.v.28); Malların yerdəyişməsi adlı 00001469 nömrəli, xx.xx.2021-ci il tarixli qaimədən görünür ki, 1370 manat dəyərində malların götürülməsi ilə bağlı qaimənin aşağı hissəsində “Təhvil aldı” qrafasında Şahid1 yazılaraq imza edilmişdir(cild 1, i.v.41); Təqsirləndirilən şəxs 22 dekabr 2022-ci il və 24 dekabr 2022-ci il tarixli izahatlarından görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 189956,33 manat dəyərində malın götürülməsini və şirkətə 147724.17 manat pul və ya mal qaytarılmasını etiraf etmişdir(cild 1, i.v.46-66); Baxış keçirilməsi haqqında 25 iyun 2022-ci l tarixli protokoldan görünür ki, "xxxx" MMCnin ünvan 8 ünvanında yerləşən MMC-nin anbar və ofisinə baxış keçirilmiş, fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir(cild 1, i.v.88-93); Azimplastex MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixinə "xxxx" MMC-yə heç bir borcu olmamışdır(cild 1, i.v.189); məhkəmə-mühasibatlıq ekspertizasının 26 sentyabr 2022-ci il tarixli 9/5810 nömrəli rəyindən görünür ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli auditor rəyini tədqiq edərək qeyd olunan sənədlərin düzgünlüyü nəzərə alınmaqla Təqsirləndirilən şəxs hesabı üzrə 38.142, 16 manat çatışmazlıq müəyyən edilmiş, həmçinin qeyd olunmuşdur ki, "xxxx" MMCnin hesabında yaranmış çatışmazlığa görə maddi məsuliyyət məsələsi hüquqi xarakter olduğundan istintaq orqanı tərəfindən qiymət verilməlidir (cild 1, i.v. 191-198); zərərçəkmiş şəxs və nümayəndəsi qismində tanıma barədə 11 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC zərərçəkmiş şəxs qismində, Zərərçəkmiş şəxs "xxxx" MMCnin, yəni zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır(cild 1, i.v.208); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur(cild 1, i.v. 241); Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur(cild 1, i.v.244); 27 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2001-ci il təvəllüdlü, 2005-ci il təvəllüdlü və 2008-ci il təvəllüdlü 3 övladı vardır (cild 1, i.v.245); Kompakt diskə baxış keçirilməsi haqqında 14 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, diskə baxış zamanı “19 noyabr 2021” adlı faylı açdıqda Təqsirləndirilən şəxs Əhməd oğlunun aşağıdakı məzmunda danışığının əks olunduğu müəyyən edilmişdir: Təqsirləndirilən şəxs - Mən firmanın pulunu otkaz eləmirəm qardaş, firmaya borcum var, bugün də başımla cavabdehəm ki, firmanın pulunu mən ödəyəcəm, mən firmanın pulunu ödəyəcəm, qanun nəyi deyirsə onu ödəyəcəm, amma Eldəniz səninlə mənim başqa bir söhbətim olacaq, sağlıq olsun. Ödəyəcəm, niyə də ödəmirəm ki, qardaş. Qanun onu mənə əgər deyirsə mən firma yoxdu? mən firmanın işçisiyəmsə, ödəmək hansı yolu varsa, mülki məcəllə, prosessual məcəllə, əmək məcəlləsi, hamısını qoyduq ortaya, baş üstə, canla başla, niyə ödəmirəm ki? Qardaşım canla-başla hə. Amma amma? Sən nağarasan mənə o maraqlıdı? heç maraqlı da deyil əşi özün bilərsən? Nə isə gecən xeyrə qalsın. Daha danışmayaq. Oldu görüşərik qardaşım, Allah canını sağ eləsin (cild 2, i.v.03); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3- cü və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 2, i.v.4); xx.xx.2023-cü il tarixli Yevlax rayonunda tərtib edilmiş aktdan görünür ki, ekspeditor Təqsirləndirilən şəxs oğu, satış nümayəndələri si İsmayılov Vüqar, Ömərov Şahin, Rzayev İlkin, Quliyev Tural, Tahirov Anar tərəfindən Təqsirləndirilən şəxs onlara təhvil verdiyi masa örtüyünün çeşidləri, kodları və adları göstərilməklə iştirakçılar tərəfindən təsdiq edilmiş, masa örtüklərinin nümunələri iş materiallarına əlavə edilmişdir(cild 2, i.v.49- 70); Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi qəbzdən görünür ki, 7.11.2021ci il tarixdə 1224 manat Şahid3 kart hesabına ödənilmişdir(cild 2, i.v.93); Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 05 may 2023-cü il tarixi qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cild 2, i.v.94-95); Məhkəmə-xətşünaslıq ekspertizasının 18 may 2023-cü il tarixli 4/801 nömrəli rəyində göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli 8 nömrəli “Əmək müqaviləsi”nin (kontraktı) 3-cü vərəqində “İşçi” qrafasında olan imza və 6-cı vərəqinin aşağı hissəsində “İmzası:" qrafasında olan imza; xx.xx.2020-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2020-ci il tarixli ********* nömrəli, xx.xx.2020-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2020-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimələrin aşağı hissələrində “Təhvil aldı Çingiz” qrafalarında olan imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur (cild 2, i.v.120-123); 25 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 2, i.v. 124-126); Sübutların qiymətləndirilməsi haqqında 25 may 2023-cü il tarixli qərardan görünür ki, cinayət işində olan istintaq sənədləri, istintaq hərəkətlərinin protokolları və onlara əlavələr, audit aktı, məhkəmə-mühasibatlıq ekspertizasının və məhkəmə-xətşünaslıq ekspertizasının rəyi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 2, i.v.128-145); Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını vahid niyyətlə mənimsəməklə talamışdır. Birinci instansiya məhkəməsi isə hökmündə Təqsirləndirilən şəxs verilmiş ittihamdan CM-nin 179.2.4-cü maddəsini xaric etmiş və bunu onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, cinayəti törətməməsi barədə ifadə vermiş, ona verilmiş ittihamda təsbit edilmiş xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində yaranmış çatışmazlıq təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında rəsmi əmək müqaviləsinin bağlandığı dövrdən əvvəl olduğundan ittihama daxil edilə bilməz, ittihamda göstərilmiş 1370 manat məbləğində pul mənimsəmə epizodu məhkəmə istintaqı zamanı təsdiqini tapmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifində yanlışlığa yol vermiş və işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlmişdir. Belə ki, zərərçəkmiş və mülki cavabdeh hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadə və izahatlarında, həmçinin apellyasiya şikayətində göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci il tarixdə vergi orqanında qeydiyyata alınmaqla tərəfindən təsis edilmiş və həmin Cəmiyyətin yeganə qanuni təmsilçisi o, olmuşdur. Cəmiyyətin faktiki ünvanı və anbarı Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev 26 ünvanında yerləşir. “AZİMPLASTEX" MMC şirkətinin əsasən fəaliyyəti dünyanın müəyyən ölkələrindən müxtəlif növ sellofan masa örtüklərini ölkə ərazisinə ixrac etməklə topdan satışını həyata keçirməkdən ibarət olmuşdur. Direktoru olduğu ‘AZİMPLASTEX” MMC-də ekspeditorlar cəmiyyətin anbarından malları qaimə əsasında üzərinə götürürlər və qeyd olunan malları öz dislokasiyalarına aid olan ticarət subyektlərinə qaima-faktura əsasında satışını nağd və nisyə qaydada həyata keçirirlər. Cəmiyyətdə xəzinədar olmadığından ekspeditorlar satış nöqtələrindən yığılan pulları Cəmiyyətin anbarında anbardara və yaxud həmin ünvanda ona əlbəəl verirlər və həmin pul vəsaitləri tərəfindən xəzinəyə mədaxil edilərək ekspeditorların hesabından çıxılır. "xxxx" MMC-nin sabiq ekspeditoru Təqsirləndirilən şəxs təxminən 2013-cü il tarixdən tanımışdır. Çingiz 2017-ci ilədək qardaşı Cavanşirin sürücüsü kimi işləmiş, o dövrədək Çingiz gəlib MMC-dən mallar götürsə də, mallara görə cavabdeh şəxs qardaşı olmuşdur və həmin ildə Çingiz işdən aralanaraq Sədərək Ticarət Mərkəzində kirayə mağaza götürmüşdür və ara-sıra onun şirkətindən mal almışdır. Çingiz xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-dən mal götürmüş və öz müştərilərinə satmışdır. Belə ki, Çingiz götürdüyü malların bir miqdarını satıb pulunu ona təhvil vermiş, o da görmüşdür ki, Çingiz şirkətin mallarını sata bilir. Çingizlə əmək müqaviləsi bağlananadək Çingiz malları götürüb satsa da, ödənişi tam ödəməmişdir. Çingiz xx.xx.2020-ci il tarixdə artıq işlətdiyi mağazanı da bağladığını, əlavə heç yanda işləmədiyini bildirərək, Cəmiyyətə ekspeditor vəzifəsinə düzəlmək istədiyini xahiş etmiş və həmin tarixdən əmək müqaviləsi bağlanaraq qeyd olunan vəzifəni icra etməyə başlamışdır. Bildirmişdir ki,"xxxx" MMC topdan satış həyata keçirdiyi üçün Azərbaycan Respublikası ərazisində müqavilə bağlayıb mal satdığı konkret satış nöqtələri yoxdur. Ekspeditorlar özləri satış nöqtələrini, yəni müştəriləri müəyyən edir və sifarişə uyğun olaraq gəlib "xxxx" MMCnin anbarından mal götürərək aparıb həmin malı müəyyən etdikləri müştərilərə satırlar və əldə etdikləri pulu gətirib təhvil verirlər. Çingizin də ərazisi Naxçıvan MR və Qarabağ ərazisi istisna olmaqla bütün Respublika ərazisi olmuşdur. "xxxx" MMC-nin sabiq ekspeditoru Təqsirləndirilən şəxs öhdəliyində yaranmış çatışmazlıqlarla bağlı göstərmişdir ki, 2021-ci ilin təxminən mart ayında Çingizin anbardan satış üçün götürdüyü mallarla onların müqabilində ödədiyi pul vəsaitləri arasında xeyli fərqlə yarandığından o, bu barədə Çingizdən soruşmuşdur. Çingiz isə ölkənin rayonlarında olan ticarət subyeklərinə mallar verdiyini və həmin malların müqabilində pul vəsaitlərinin ticarət subyektləri tərəfindən hələ də verilmədiyini bildirmişdir. Lakin o, bundan şübhələnib həmin mart ayında regionda olan Çingizin mal satdığı ticarət subyeklərinə getdikdə, mağaza sahibləri Çingizdən aldıqları malların müqabilində pul vəsaitlərini özünə ödədiklərini və heç bir məbləğdə borclarının olmadığını bildirmişilər. Bundan sonra isə Çingizin anbardan götürdüyi malların pullarının bir hissəsini Cəmiyyətə ödəmədiyini başa düşmüşdür. Həmçinin, xx.xx.2021-ci il tarixdə Çingiz Quba rayonunda olan Zaur adlı müştəriyə 1370 manat dəyərində mal göndərdiyini bildirmiş və həmin pulun müştəri tərəfindən ödənmədiyi bildirilsə də, Çingiz həmin pul vəsaitinin hələ də müştəri tərəfindən özünə ödənilməməsini bildirmişdir. Qeyd olunan məsələnin aydınlaşdırılması məqsədi ilə xx.xx.2021-ci il tarixdə onun göstərişi əsasında Cəmiyyətin iki işçisi, Şahin və Füzuli adlı şəxslər Quba şəhərinə ezam edilmişdir və müştəri ilə aparılan danışıqlar zamanı müəyyən olunmuşdur ki, 1370 manat məbləğində pul xx.xx.2021-ci il tarixdə Çingizin xahişi ilə həyat yoldaşı Samirə Lətifovaya məxsus kart hesabına göndərilmişdir. Bundan əlavə Çingizin pul vəsaitlərini Cəmiyyətə təhvil vermədiyini, həmçinin müxtəlif bəhanələr gətirdiyini, o cümlədən götürdüyü malların bir qismini Sədərək Ticarət Mərkəzində Mətin adlı bir sahibkara verdiyini və həmin pulu Mətindən aldıqdan sonra Cəmiyyətə ödəyəcəyini bildirdiyindən, qeyd olunan məsələni aydınlaşdırmaq üçün xx.xx.2021-ci il tarixdə həmin sahibkarla əlaqə saxlanılaraq Çingizin həqiqətən də malların bir hissəsini verdiyini və Mətinin həmin pulun Çingizə ödənilmədiyi soruşulduqda, Mətin Çingizdən ümumillikdə 21500 manat dəyərində mal aldığını və qeyd olunan məbləğin 19887 manatını müxtəlif vaxtlarda Çingizin özünə ödədiyini bildirmişdir. Qeyd olunan məsələləri aydınlaşdırmaq üçün Çingizlə əlaqə saxlasalar da, Çingiz Cəmiyyətə gəlməmiş və ödəmədiyi pul vəsaitləri tələb edilsə də, müxtəlif bəhanələr gətirərək, həmin pulları qaytarmaqdan yayınmışdır. Bundan əlavə qeyd etmişdir ki, 2021-ci ilin yanvar ayında Cəmiyyətə dəvət olunan sərbəst auditor olan Nəcəf müəllim tərəfindən Təqsirləndirilən şəxs fəaliyyətinin audit yoxlaması aparılmış və həmin vaxt Çingizin fəaliyyətinə aid bütün mühasibatlıq sənədləri auditora təqdim edilmişdir. Auditin nəticəsi olaraq isə, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cəmiyyətin anbarından götürdüyü malların müqabilində öhdəliyində 38142,16 manat çatışmazlıq müəyyən edilmişdir. Audit zamanı Çingiz izahatında törətdiyi əməli etiraf etmiş, əlində guya auditə təqdim edilməli sənədlər olmasını bildirsə də, heç vaxt həmin sənədləri təqdim etməmişdir. Ekspeditor Təqsirləndirilən şəxs Cəmiyyətdə işlədiyi müddət ərzində anbardan öhdəsinə qəbul etdiyi malları "xxxx" MMC-nin faktiki ünvanında, yəni Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev 26 ünvanında yerləşən anbarından qəbul etmişdir. “AZİMPLASTEX" MMC-də xəzinədar olmadığından, ekspeditor Təqsirləndirilən şəxs anbarından qəbul etdiyi malların satışından əldə etdiyi pul vəsaitlərini bir çox vaxt ona, müəyyən vaxtlarda isə Cəmiyyətin anbardan olan Şahid3 ödəmişdir. xx.xx.2021-ci il tarixli, ********* nömrəli qaimədə göstərilən 1370 manatlıq malı təhvil alan şəxs Şahid1 olmuşdur. Şahid1 rəhbəri olduğu şirkətin işçisi, ekspeditorudur. Çingiz ona zəng edərək Quba şəhərindəki müştərisinə 1370 manatlıq mal lazım olduğunu və həmin müştəriyə mal göndərilməsini xahiş etmişdir. O da Şahinə bildirmişdir ki, Çingizin Quba şəhərində olan müştərisinə həmin 1370 manat dəyərində malı aparıb versin. Şahin mal təhvil aldıqdan sonra Quba rayonunda olan satıcıya vermişdir. Lakin malın satışından əldə edilmiş 1370 manat məbləğində pulu satıcı Çingizin xahişi ilə Çingizin arvadının bank kartı hesabına göndərmişdir. Pulun göndərilməsi ilə bağlı qaimə fakturanın şəkli cinayət işi materiallarına əlavə edilmişdir. "xxxx" MMC-nin Çingizə heç bir borcu yoxdur və Çingizə qarşı heç bir qanunsuz əməl törədilməmişdir. Çingiz Qubada müştəriyə satılan malın pulunu yəni 1370 manat pulu tam və ya qismən heç vaxt geri ödəməmişdir. Belə ki, Çingizin 440 manat borcu olmuşdur, Çingiz qızının universitetə daxil olması ilə əlaqədar ondan borc pul istəmiş və o, Çingizə bildirmişdir ki, malın pulundan 440 manat çıxsın. 784 manat pulu isə Çingiz süpürgə almışdır və ona bu barədə bildirməmişdir. Çingiz həmin bu borclarını ödəmək üçün Yavərin bank kartına 1224 manat göndərmişdir. Yavər də həmin pulu ona vermişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015ci il tarixli qərarının təsviri hissəsində göstərilmişdir ki, mülkiyyət əleyhinə olan cinayətlər sırasında talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Hüquq ədəbiyyatında, qeyd edilmişdir ki, talamanın cinayətlərinin predmeti özgənin əmlakı, dələduzluq cinayətinin predmeti isə həm də əmlaka olan hüquqdur. Talamanın formaları əmlakın götürülməsi üsulundan asılıdır. Azərbaycan Respublikası CM-də talamanın 6 forması təsbit olunmuş, onlardan biri də mənimsəmədir. Bu cinayət tərkibinin özünəməxsusluğu ilk növbədə onun subyekti ilə müəyyən edilir. Belə subyektlər qismində əmlakın etibar edildiyi şəxslər çıxış edir. Xidməti vəzifələrinə, müqavilə münasibətlərinə, yaxud dövlət və ya ictimai təşkilatın tapşırığına əsasən əmlak barəsində sərəncam, idarəetmə, çatdırma və ya saxlama üzrə səlahiyyətləri həyata keçirən təqsirkarın özünün qanuni sahibliyində olan həmin əmlakı qanunsuz və əvəzsiz olaraq öz xeyrinə və ya başqa şəxslərin xeyrinə keçirməsini mənimsəmə və ya israf etmə kimi tövsif etmək lazımdır. Mənimsəmə və ya israf etmənin subyekti yalnız maddi məsul şəxslər ola bilər. Şəxs yalnız o halda maddi məsul şəxs olur ki, əmlakı mülkiyyətçidən və ya qanuni sahibdən kəmiyyətinə, keyfiyyətinə və çəkisinə görə lazimi qaydada, yəni əksər hallarda imza etməklə qanuni əsaslarla özünün hüquqauyğun sahibliyinə qəbul etmiş olsun. Özü də maddi məsul şəxs etibar edilmiş əmlak barəsində istənilən səlahiyyətləri deyil, yalnız sərəncam, idarəetmə, saxlama və çatdırma səlahiyyətlərini əldə edir. Həmin səlahiyyətlərin məcmusu çox nadir hallarda bir şəxsə məxsus olur, çox vaxt bu şəxs onladan birini və ya bir neçəsini alır. Əksər hallarda şəxs bu səlahiyyətlıri əmək münasibətləri əsasında alır, lakin əmlakın podrat, icarə, saxlama və s. mülki hüquq münasibətləri əsasında alınması da mümkündür. Həmin səlahiyyətlərin xüsusi tapşırıq üzrə alınması əmlakın mülkiyyətçisi və ya qanuni sahibi tərəfindən həmin əmlakın saxlanması, çatdırılması və ya ona sərəncam verilməsi haqqında, adətən maddi məsul olmayan şəxsə birdəfəlik tapşırıq verilməsindən ibarətdir. Məsələn, ekspeditor işə gəlmədiyinə görə vəzifəli şəxsin göstərişi ilə kəmiyyətinə, keyfiyyətinə və çəkisinə görə əmlakı və onun çatdıırlması üzrə səlahiyyətləri avtomaşının sürücüsü qəbul edir. Bu zaman şəxs əmlakın saxlanması üçün tam maddi məsuliyyət daşıyır. Maddi məsul şəxslər öz hüquqi statusuna görə həm vəzifəli, həm də vəzifəli olmayan şəxslər ola bilərlər. Beləliklə, əmlak təkcə maddi məsul şəxslərə deyil, həm də vəzifəli şəxslərə, habelə tutduqları vəzifə ilə əlaqədar olaraq həmin əmlak barəsində müəyyən səlahiyyətlərə malik olan kommersiya və ya başqa təşkilatlarda idarəetmə funksiyalarını həyata keçirən şəxslərə etibar edilmiş hesab edilir. Mənimsəmə dedikdə, etibar edilmiş əmlakı başqa etibar edilmiş əmlakdan ayırma və özündə saxlama yolu ilə qanunsuz və əvəzsiz olaraq öz xeyrinə və ya başqa şəxslərin xeyrinə keçirmə başa düşülür. Mənimsəmə maddi tərkibli cinayətdir. Cinayət o vaxt başa çatmış hesab edilir ki, əmlak təkcə götürülmüş olmasın, həm də təqsirkarın onun barəsində sərəncam verməyə real imkanı olsun. Dələduzluq cinayətindən həm də onunla fərqlənir ki, dələduzluq zamanı zərərçəkmiş əmlakı cinayətkara etibardan sui-istifadə etmə və ya aldatma təsiri altında verir, mənimsəmə və ya israf etmədə isə əmlak təqsirkara əmək və ya mülki-hüquq münasibətlərindən irəli gələn qanuni əsaslarla verilir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 21-ci bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, dələduzluq cinayəti özgə əmlakını məriimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxış edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi). Azərbaycan Respublikası CM-nin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1 -ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır.Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1 -ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs rəhbəri olduğu "xxxx" MMC-dən malı satıb pulunu həmin MMC- yə qaytarmaq şərtilə öhdəlik götürmüş, bu məqsədlə həmin MMC tərəfindən ona xx.xx.2020- ci il tarixdən xx.xx.2021 -ci il tarixədək cəmi 184496,33 manat dəyərində masa örtükləri məhsulları etibar olunmuş, lakin malın satışından əldə olunmuş 147724,17 manat MMC-nin xəzinəsinə qaytarılsa da, satışdan əldə etdiyi xeyli miqdarda cəmi 38142, 16 manat pulu qaytarmayaraq mənimsəmişdir. Lakin məhkəmə əsassız olaraq Təqsirləndirilən şəxs öhdəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yaranmış 34706 manat çatışmazlığı təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında rəsmi əmək müqaviləsinin bağlandığı dövrdən əvvəl olduğundan həmin çatışmazlığı sağlam ticarət münasibətlərindən doğan borc, eləcə də nisyə alqı-satqı müqaviləsinə uyğun öhdəlik kimi qiymətləndirmiş, həmin halı ittihamın əsasını təşkil edən hal kimi qəbul etməmişdir. Halbuki, Təqsirləndirilən şəxs istinad olunan CM-nin 179-cu maddəsinin dispozisiyasında özgə əmlakının talanmasının etibar olunmuş təqsirkar tərəfindən törədilməsinin cinayət məsuliyyəti yaratdığı göstərilmiş, talamanın konkret olaraq əmək və ya mülki-hüquq münasibətlər üzrə etibar olunmuş şəxs tərəfindən törədilməsi göstərilməmiş, təqsirləndirilən şəxsin əmlaka münasibətdə səlahiyyətləri olmuşdur. Həmçinin, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxsla zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs arasında heç bir mülki müqavilə, o cümlədən alqı-satqı müqaviləsi bağlanmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində də, ekspeditor vəzifəsinə uyğun faktiki hərəkətlər edərək malı həmin MMC-dən götürərək müştərilərə çatdırıb satmış, öhdəsində yuxarıda qeyd olunan çatışmazlıq yaranmışdır. Bundan başqa, məhkəmənin hökmündə Çingiz Əhmədovun 1370 manat pulu mənimsəməsi epizodunun ittihama hesablamaması dəlilinə münasibətdə qeyd edirəm ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı ifadəsində bu faktla bağlı göstərmişdir ki, Çingiz Qubada müştəriyə satılan malın pulunu yəni 1370 manat pulu tam və ya qismən heç vaxt geri ödəməmişdir. Belə ki, Çingizin 440 manat ona borcu olmuşdur, Çingiz qızının universitetə daxil olması ilə əlaqədar ondan borc pul istəmiş və o, Çingizə bildirmişdir ki, malın pulundan 440 manat çıxsın,784 manat pula isə Çingiz süpürgə almışdır və ona bu barədə bildirməmişdir. Çingiz həmin bu borclarını ödəmək üçün Yavərin bank kartına 1224 manat göndərmişdir. Yavər də həmin pulu ona vermişdir. Həmin məbləğ kassaya ödənilməli məbləğ olmamış, həmin ödənişlə Çingiz şəxsi istifadəsi üçün ona verdiyi borcu qaytarmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində 1370 manatı mənimsəmədiyini, həqiqətən Zərərçəkmiş şəxs tapşırığına əsasən həmin məbləğin müştəri tərəfindən arvadının adına olan karta atıldığını təsdiq etmiş, 1370 manatın 160 manatını Eldənizin deməsinə əsasən o, MMC-nin ona bonuslarla əlaqədar müəyyən qədər borcunun olduğu üçün şəxsi xərcinə ödədiyini, qalan 1224 manatı isə ödəniş terminalından MMC-nin anbardan Yavərin kartına göndərdiyini göstərmişdir. Göründüyü kimi, məhkəmə Çingiz Əhmədovun özünü müdafiə xarakteri daşıyan qeyridüzgün ifadəsini nəzərə almış, bu mənimsəmə faktına düzgün qiymət verməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı öz təqsirini inkar etməsi barədə dəlilə münasibət bildirərkən göstərilməlidir ki, təqsirləndirilən şəxs Çingiz Əhmədov törətdiyi cinayəti nəticəsində "xxxx" MMC-yə vurduğu xeyli miqdarda olan 38142,16 manat məbləğində maddi ziyanı ödəməməsi üçün uydurma ifadələr vermişdir. Lakin, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşmamış, CM-nin 179.2.4-cü maddəsini ittihamdan xaric edərkən onun prosessual hüququ olan özünü təqsirli bilməyərək cinayət törətməməsi barədə ifadələrinə əsaslanmışdır. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, təqsirləndirilən şəxsin xx.xx.2020-ci il tarixinədək əmək müqaviləsi üzrə işləməməsi onun mənimsəmə cinayətinin subyekti olmasını istisna etmədiyindən, təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinməli, mülki iddia qismən təmin edilərək, 38.142,16 manat pul Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayəthüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur(cild 1, i.v. 241); Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur(cild 1, i.v.244); 27 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2001-ci il təvəllüdlü, 2005-ci il təvəllüdlü və 2008-ci il təvəllüdlü 3 övladı vardır (cild 1, i.v.245). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti onun sabit kriminal meyilliliyinə dəlalət edir. Ona digər növdə cəzasının təyin edildiyi halda həmin cəza təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanaşı cəzanın məqsədini təmin etməyəcək (CM-nin 41.2). Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, 38.142,16 manat pul Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri 224 (iki yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, məhkəmənin həmin hökmünün ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 401.1.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi yalnız məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda, birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı tərəfindən vrilmiş apellyasiya protesti və zərərçəkmiş hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli hökmü ləğv edilməli və yeni hökm çıxarılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, mülki iddia qismən təmin edilməli, 38.142,16 (otuz səkkiz min yüz qırx iki manat on altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-yə ödənilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 42.2.4, 347, 349-350, 351-356, 397.1, 397.2, 398.1.2, 399.1.2, 401 və 407-ci maddələrini rəhbər tutaraq, Hökm etdi: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 179.2.3 maddəsi ilə təqsirli bilinməsinə dair 1(008)-628/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ləğv edilsin. Yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Mülki iddia qismən təmin edilsin, 38.142,16 (otuz səkkiz min yüz qırx iki manat on altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMCyə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası həmin hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Konvoy Taboruna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 02 aprel 2024-cü il tarixdən hesablansın. Apellyasiya protesti və apellyasiya şikayəti qalan hissələrdə təmin edilməsin. Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 224 (iki yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-155/2024
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-155/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver