Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-156/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 İlham oğlunun sədrliyi və məruzəsi ilə, Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 5 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs İbtidai istintaq orqanı tərəfindən ittiham elan olunmuşdur ona görə ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və şəraitdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqa məlum olmayan “Həsən” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli təmiz çəkisi 666,325 qram külli miqdarda narkotik vasitə tiryək, 341,739 qram narkotik vasitə qurudulmuş marixuana, 507.457 qram külli miqdarda psixotrop maddə metamfetamin, 51.058 qram külli miqdarda psixotrop maddə alfapirrolidinovalerofenon, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 15,2 qram təşkil edən 38 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında 380 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricli dərman həbləri və tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsir maddəsinin miqdarı 0,150 qram təşkil edən 01 ədəd kapsulu İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və həmin narkotik vasitələr, psixotrop maddələr və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş və bu məqsədlə şəxsiyyəti istintaqla araşdırılan həmin “Həsən” adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni keçirdikdən sonra o, təmiz çəkisi 666,325 qram külli miqdarda narkotik vasitə tiryək, 341,739 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 507,457 qram külli miqdarda psixotrop maddə metamfetamin, 51,058 qram külli miqdarda psixotrop maddə alfapirrolidinovalerofenon, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 15,2 qram təşkil edən 38 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında 380 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricli dərman həbləri və tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsir maddəsinin miqdarı 0.150 qram təşkil edən 01 ədəd kapsulu Bakı şəhəri, Səbail rayonu, Şixov adlanan ərazidə gizlədilmiş yerdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz əldə edib qeyd edilən çəkilərdə narkotik vasitə qurudulmuş marixuananın 1,739 qramını bir ədəd bükümdə, psixotrop maddə metamfetaminin 2,407 qramını bir ədəd bükümdə və tərkibində güclü təsir edən maddə preqabalinin təsir maddəsinin miqdarı 0,150 qram təşkil edən 01 ədəd kapsulu bir ədəd sellofan bükümdə qablaşdırıb üzərində, narkotik vasitə qurudulmuş marixuananın qalan 340 qramını üç ədəd bağlamalarda, psixotrop maddə metamfetaminin qalan 505,05 qramını iki ədəd bükümlərdə, 666,325 qram narkotik vasitə tiryəki iki ədəd bükümlərdə, 51,058 qram psixotrop maddə alfa-pirrolidinovalerofenonu bir ədəd bükümdə, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 15,2 qram təşkil edən 380 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricli dərman həblərini 38 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında olmaqla bir ədəd ağ rəngli sintetik torbada qablaşdıraraq yaşadığı ünvan 2 ünvanda yerləşən evinə daşıyaraq evin yataq otağında yerləşən çarpayının üzərindəki döşəyin altında gizlədərək saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 24 may 2022-ci il tarixdə, saat 23:20-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi, dalan 5 ünvanında yerləşən “Bolmart” marketin qarşısında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş, orada xidməti otaqların birində 25 may 2022-ci il tarixdə saat 01:05-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümün içərisindən bir ədəd sellofan bükümdə 1,739 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd sellofan bükümdə 2,407 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsir maddəsinin miqdarı 0,150 qram təşkil edən 01 ədəd kapsul aşkar olunaraq götürülmüş, həmin tarixdə saat 03:32-dən etibarən yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə özünün icazəsi və razılığı ilə baxış keçirilən zaman yataq otağındakı çarpayının üzərində olan döşəyin altında gizlədərək saxladığı bir ədəd ağ rəngli sintetik torbanın içərisində üç ədəd bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 20 qr, 50 qr, 270 qr, ümumi təmiz çəkisi 340 qr olan həm öz aralarında, həm də Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana ilə tərkibləri eyni olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 140,050 qr, 365 qr, ümumi təmiz çəkisi 505,05 qr olan külli miqdarda həm öz aralarında, həm də Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamletaminlə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, iki ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 161, 325 qr, 505 qr, ümumi təmiz çəkisi 666,325 qr olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd bükümdə 51,058 qr çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə alfa-pirrolidinovalerofenon, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 15,2 qram təşkil edən 38 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında olmaqla külli miqdarda 380 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricli dərman həbləri və səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər X14 və X2 ibarət tərkibdə) 06 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (alt) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edimiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı hissədə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 24 may 2022-ci il tarixdən hesablanması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi hökm edilmişdir. Hökmdə maddi sübut və məhkəmə məsrəfləri həll edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd etmişdir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3cü və 240.1-ci maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü işin halları tam və hərtərəfli araşdırılmadan, onlara düzgün qiymət verilmədən çıxarıldığından əsassızdır. Bakı Ağır Cinayətlər Məhkəməsi onun əməlinə uyğun olmayan ağır cəza təyin etmişdir. Bu da onun təqsirləndirilən şəxs olaraq vəziyyətinin pisləşməsinə səbəb olmuşdur. İttiham aktında göstərilən miqdarda nakotik vasitələr ona məxsus olmamışdır. Onu həbs edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları özləri ilə gətirib yaşadığı mənzilə əlavə olaraq yerləşdirdikləri narkotik maddələrlə birlikdə ümumi miqdar göstərilmişdir. Barəsində çıxarılmış hökmlə razı deyil. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmünün məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamaqla əsassız olaraq Təqsirləndirilən şəxs CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə olan ittihama bəraət verildiyi, onun törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyi, xarakteri və şəxsiyyəti nəzərə alınmadan təqsirli bilindiyi CM-nin 234.4.1, 234.4.3 və 240.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edildiyi hissədə ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinməklə ona cinayət qanunvericiliyin tələbləri nəzərə alınmaqla ayriayrılıqda və cinayətlərin məcmusu üzrə daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmədə Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ziddiyyətli ifadələr vermişdir. Məhkəmə hansı səbəbdən Təqsirləndirilən şəxs ibtidai istintaqda, eləcə də məhkəmədə verdiyi ifadələrini ona CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verərkən sübut kimi qəbul etməməsini və buna əsaslandırılmış hüquqi qiymət vermədən belə bir nəticəyə gəlməsinin motivlərini ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində göstərməmiş və bununla da məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə ibtidai istintaq orqanının təqdim etdiyi sübutları cinayət prosessual qanunvericiliyinin tələblərinə müvafiq qaydada araşdırsa da, əməlin hüquqi tövsifi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Məhkəmə bir sübutun qəbul, ittihamın əsaslandırılması üçün göstərilmiş digər sübutların rədd edilməsinin motivlərini göstərmədən, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin verdiyi səmimi və etirafedici ifadəsinə, eləcə də şahidlərin ibtidai istintaq zamanı verdikləri obyektiv ifadələrinə və məhkəmə iclasında tədqiq edilmiş subutlara əsaslanmadan qərar qəbul etmişdir. Beləliklə də, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış və bu da ictimai təhlükəli əmələ hüquqi qiymət verilməsinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir edən hal olmuşdur. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə yanaşı CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və sair sənədlərlə kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, məhkəmə qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirməyərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən yalnız təqsirləndirilən şəxsin məhkəmədə özünümüdafiə xarakteri daşıyan ziddiyyətli və hadisənin obyektiv səhnəsinə uyğun olmayan mövqeyinə əsaslanmışdır. Göstərilənlərdən aydın görünür ki, məhkəmə CM-nin 32.5, 206.3.2-ci maddəsinə münasibətdə ittiham tərəfinin biri digəri ilə ayrılmaz əlaqə təşkil edən və baş vermiş hadisənin bünövrəsini təşkil edən sübutlar əsasında gəldiyi nəticəyə heç bir qanuni və hüquqi əsas olmadan yalnız təqsirləndirilən şəxsin mövqeyi baxımından hüquqi qiymət vermiş, nəticədə obyektiv gerçəkliyi əks etdirməyən və cinayət işinin halları ilə uyğun gəlməyən əsassız hökm çıxarmışdır. Birinci instansiya məhkəməsi hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb edən və yuxarıda qeyd edilən kompleks halları nəzərə almadan, yalnız ümumi ifadələrdən istifadə etməklə Təqsirləndirilən şəxs CM-nin 32.5, 206.3.2-ci maddəsinə münasibətdə ittihamın təsdiq olunmadığı qənaətinə gəlmişdir ki, bu da cinayət prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir və məhkəmənin həmin hallara əsaslanmaqla gəldiyi qənaət qanunsuzdur. Məhkəmə, məhkəmə baxış zamanı iş üzrə toplanmış sübutlara obyektiv qiymət verməyərək, müəyyən etdiyi hallar sübutlara deyil, yalnız mülahizəyə əsaslanmaqla işin faktiki hallarına uyğun olmamış, heç bir əsaslandırma aparmadan, hər-hansı sübutlara əsaslanmadan və cinayət işinin materiallarında olan sənədləri təkzib edən dəlillləri gətirmədən Təqsirləndirilən şəxs CM-nin 32.5, 206.3.2-ci maddəsinə münasibətdə bəraət vermişdir. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutları tam və hərtərəfli araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmiş və iş üzrə artıq formalaşmış təcrübədən fərqli olan nəticəyə gəlmişdir. Hazırki iş üzrə məhkəmə sübutlara qeyri-obyektiv və birtərəfli qiymət verərək cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının tələblərini pozmuş, nəticədə Təqsirləndirilən şəxs törətdiyi CM-nin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinə görə cinayət məsuliyyətindən kənarda qalmışdır. Göründüyü kimi, məhkəmənin həmin hökmündə Təqsirləndirilən şəxs CM-nin 32.5, 206.3.2-ci maddəsinə münasibətdə gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, mübahisələndirilən hökmdə şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olmuş, məhkəmə cinayət qanunun normasını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticələr isə işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin xarakterini və ictimai təhlükəliliyini, satış məqsədi ilə əldə etdiyi külli miqdarda narkotik vasitələrin, külli miqdarda psixotrop maddələrin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin miqdarını (666,325 qram tiryək, 341,739 qram qurudulmuş marixuana, 507,457 qram metamfetamin, 51,058 qram alfapirrolidinovalerofenon, metadonun təsir maddəsinin ümumi miqdarı 15,2 qram təşkil edən 380 ədəd dərman həbləri və preqabalinin təsir maddəsinin miqdarı 0,150 qram təşkil edən 01 ədəd kapsulu) nəzərə almadan ona CM-nin 234.4.1, 234.4.3 və 240.1-ci maddəsi ilə formalaşmış məhkəmə təcrübəsinə uyğun olmayan aşağı həddə cəza təyin etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza təyin etməklə həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması istiqamətində çəkindirici (preventiv) rol oynayan cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərindən kənara çıxmışdır. Beləliklə də, məhkəmə cinayət qanunu normasını düzgün tətbiq etməmiş, Təqsirləndirilən şəxs təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 təqsirləndirilən şəxsin ibtidai istintaqdakı ifadəsində 15 ildən çoxdur narkotik vasitə aludəçisi olması və həmin maddələri müxtəlif şəxslərdən almasını qeyd etməsini, birinci instansiya məhkəməsinin CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə bağlı mövqeyi ilə razı olmalarını, təqsirləndirilən şəxsin qeyd olunan maddələrlə təqsiri sübuta yetirilmədiyindən bəraət verildiyini, sonuncunun heç vaxt narkotik vasitə satışı ilə məşğul olmadığını, həmin maddələri ancaq öz şəxsi istifadəsi üçün əldə etdiyini, ibtidai araşdırma orqanının Həsən adlı şəxsin İran İslam Respublikası vətəndaşı olmasını sonuncunun telefonunda İran nömrələrinin olması ilə əlaqələndirməsini, lakin sonuncunun telefonunda çoxsaylı Azərbaycan nömrələrinin də olduğunu, təqsirləndirilən şəxsin Həsən adlı şəxsin İran İslam Respublikası vətəndaşı olmasını bilmədiyini, çünkü sonuncunun Azərbaycanı yaxşı tanıdığını, Həsən adlı şəxslə təqsirləndirilən şəxs arasında Həsənin iranlı olması barədə heç bir danışıq olmadığını, digər tərəfdən, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olmaqla əsas fəaliyyət növünün mobil telefon aksesuarlarının satışı olduğunu, onun bank kartına müxtəlif xırda məbləğlərdə pullar göndərilməklə bu məbləğlərin narkotik vasitə üçün göndərilməsinin ağlabatan olmadığını, hətta bir sıra hallarda təqsirləndirilən şəxsin öz kartları arasında pul transferi etdiyini bildirib apellyasiya protestinin təmin edilməməsini, apellyasiya şikayətinin təmin olunmasını və təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs onun narkotik vasitə satışından əldə olunan pula ehtiyacının olmamasını, uzun müddət narkotik vasitə aludəçisi olmasını və böyük məbləğlər sərf edərək həmin maddələri öz şəxsi istifadəsi üçün əldə etməsini, tutularkən üzərində ittiham edildiyi qədər narkotik vasitə olmamasını, onun heç vaxt narkotik vasitə satmamasını, iş materiallarındakı smslərə əsasən guya onun özünə məxsus olan bir nömrəsindən digər nömrəsinə mesaj göndərməsini, bunun da onun özü-özünə narkotik vasitə satmasını göstərməsini, smslərdə ona səhv mal gəlməsi ilə bağlı sms olsa da həmin sms-in iş materiallarına əlavə edilməməsini, ittihamda onun bank kartına 5-7 manat məbləğində çoxlu pullar göndərilməsinin göstərilməsini, onun narkotik vasitə əldə edəndə ən az 300-400 manat pul verməsini, 10-15 manata narkotik vasitə olmamasını bildirib apellyasiya protestinin təmin edilməməsini, apellyasiya şikayətinin təmin olunmasını və təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif olunmamasını, ona CMnin 32.5, 206.3.2-ci maddələri ilə bəraət verilməsi hissəsində məhkəmənin haqlı olmamasını, belə ki, onun əvvəlcədən Həsən adlı İran İslam Respublikasının vətəndaşı ilə sonuncunun Azərbaycan Respublikasının sərhədindən keçirtdiyi narkotik vasitəni Şıxov ərazisindən götürüb satışını realizə etməsinə dair razılığının olmasını , bunun da CM-də nəzərdə tutulmuş köməkçinin funksiyalarına tam uyğun olmasını bildirib apellyasiya şikayətinin təmin edilməməsini, apellyasiya protestinin təmin edilərək məhkəmədən Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, X3 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinərək ona cinayət qanunvericiliyin tələbləri nəzərə alınmaqla ayrı-ayrılıqda və cinayətlərin məcmusu üzrə daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə məhkum olunmasına dair 06 oktyabr 2022-ci il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin maddələr ilə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 353.2.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Həsən” adlı İran İslam Respublikası vətəndaşı tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli təmiz çəkisi 666,325 qram külli miqdarda narkotik vasitə tiryək, 341,739 qram narkotik vasitə qurudulmuş marixuana, 507,457 qram külli miqdarda psixotrop maddə metamfetamin, 51,058 qram külli miqdarda psixotrop maddə alfa-pirrolidinovalerofenon, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 15,2 qram təşkil edən 38 ədəd üzərlərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında 380 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricli dərman həbləri və tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsir maddəsinin miqdarı 0,150 qram təşkil edən 01 ədəd kapsulun İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və həmin narkotik vasitələr, psixotrop maddələr və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş və bu məqsədlə şəxsiyyəti istintaqla araşdırılan həmin “Həsən” adlı şəxs İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni keçirdikdən sonra o, təmiz çəkisi 666,325 qram külli miqdarda narkotik vasitə tiryək, 341,739 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 507,457 qram külli miqdarda psixotrop maddə metamfetamin, 51,058 qram külli miqdarda psixotrop maddə alfa-pirrolidinovalerofenon, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 15,2 qram təşkil edən 38 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında 380 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricli dərman həbləri və tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsir maddəsinin miqdarı 0,150 qram təşkil edən 01 ədəd kapsulu Bakı şəhəri, Səbail rayonu, Şixov adlanan ərazidə gizlədilmiş yerdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz əldə edib qeyd edilən çəkilərdə narkotik vasitə qurudulmuş marixuananın 1,739 qramını bir ədəd bükümdə, psixotrop maddə metamfetaminin 2,407 qramını bir ədəd bükümdə və tərkibində güclü təsir edən maddə preqabalinin təsir maddəsinin miqdarı 0,150 qram təşkil edən 01 ədəd kapsulu bir ədəd sellofan bükümdə qablaşdırıb üzərində, narkotik vasitə qurudulmuş marixuananın qalan 340 qramını üç ədəd bağlamada, psixotrop maddə metamfetaminin qalan 505,05 qramını iki ədəd bükümdə, 666,325 qram narkotik vasitə tiryəki iki ədəd bükümdə, 51,058 qram psixotrop maddə alfa-pirrolidinovalerofenonu bir ədəd bükümdə, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 15,2 qram təşkil edən 380 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricli dərman həblərini 38 ədəd üzərlərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında olmaqla bir ədəd ağ rəngli sintetik torbada qablaşdıraraq yaşadığı ünvan 2 ünvanda yerləşən evinə daşıyaraq evin yataq otağında yerləşən çarpayının üzərindəki döşəyin altında gizlədərək saxlamış, bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsinə əsasən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin göstərilən maddəsinin təşkilatçının, təhrikçinin, köməkçinin əməllərinin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməsinə dair tələbi adıçəkilən cinayət iştirakçılarının birləşməsinin qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini təşkil etməməsindən və onların əməllərinin hüquqi tövsifinin icraçının törətdiyi cinayət ilə şərtləndirilməsindən irəli gəlir. Yəni təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Təşkilatçı da məhz həmin cinayəti təşkil etmiş, təhrikçi həmin cinayətə icraçını təhrik etmiş, köməkçi isə həmin cinayətdə icraçıya kömək etmiş şəxs hesab olunurlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.1-ci maddələri ilə təqsirli bilməsi ilə razılaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Həsən” adlı İran İslam Respublikası vətəndaşı tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli təmiz çəkisi 666,325 qram külli miqdarda narkotik vasitə tiryək, 341,739 qram narkotik vasitə qurudulmuş marixuana, 507,457 qram külli miqdarda psixotrop maddə metamfetamin, 51,058 qram külli miqdarda psixotrop maddə alfa-pirrolidinovalerofenon, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 15,2 qram təşkil edən 38 ədəd üzərlərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında 380 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricli dərman həbləri və tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsir maddəsinin miqdarı 0,150 qram təşkil edən 01 ədəd kapsulun İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və həmin narkotik vasitələr, psixotrop maddələr və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etməsi sübut olunduğundan Təqsirləndirilən şəxs əməli həmçinin qaçaqmalçılıq cinayətinə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli olması qənaətinə gələrkən Azərbaycan Respublikası CPM-nin 353.2.2-ci maddəsinə əsasən, aşağıdakı sübutlara əsaslanır:
1. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri;
2. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində verdiyi ifadənin özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bildiyi hissəsi;
3. İbtidai istintaq və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4, Şahid2 və Şahid1 ifadələri;
4. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid3 ifadəsi;
5. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid5 Sergeyeviçin ifadəsi;
6. Birinci instansiya məhkəməsinə tədqiq olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında 25 may 2022-ci il tarixli protokol;
7. Birinci instansiya məhkəməsinə tədqiq olunmuş baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 25 may 2022-ci il tarixli protokol;
8. Birinci instansiya məhkəməsinə tədqiq olunmuş kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 25 may 2022-ci il tarixli 7/532 nömrəli rəyi;
9. Birinci instansiya məhkəməsinə tədqiq olunmuş kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 25 may 2022-ci il tarixli 6/2952 nömrəli rəyi;
10. Birinci instansiya məhkəməsinə tədqiq olunmuş mobil telefon aparatlarına baxış keçirilməsi haqqında 15 iyun 2022-ci il tarixli protokol;
11. Birinci instansiya məhkəməsinə tədqiq olunmuş telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında 05 iyul 2022-ci il tarixli protokol;
12. Birinci instansiya məhkəməsinə tədqiq olunmuş bank məlumatlarına baxış keçirilməsi haqqında 15 iyul 2022-ci il tarixli protokol;
13. Birinci instansiya məhkəməsinə tədqiq olunmuş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 iyun 2022-ci il tarixli 3183 nömrəli rəyi;
14. Birinci instansiya məhkəməsinə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 11 iyun 2022-ci il tarixli 5284 nömrəli məktubu. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrindən görünür ki, təxminən iki-üç ay olar ki, adını “Həsən” kimi bildiyi İran İslam Respublikasının vətəndaşı olan bir nəfər şəxslə təsadüf nəticəsində internetdə sosial şəbəkədə tanış olmuşdur. Həmin şəxslə bir müddət internet vasitəsilə əlaqə saxlamışlar, arada söhbət edən zaman o, həmin şəxsə bildirmişdir ki, ara-bir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Söhbət zamanı “Həsən” bilmişdir ki, onun maddi durumu zəifdir və ailəsini dolandırmaq üçün pula ehtiyacı var. Ona görə də ona təklif etmişdir ki, göndərəcəyi narkotik vasitələri deyilən yerdən götürüb özündə saxlasın və bildirilən zaman deyiləcək ünvana qoysun. Həmin şəxs də bunun müqabilində ona müəyyən məbləğdə pul verəcək. O da pula ehtiyacı olduğu üçün “Həsən”-in təklifini qəbul etmişdir. Beləliklə də, "Həsən”-lə növbəti danışıqları zamanı sonuncu şəxs ona bildirmişdir ki, qeyd etdiyi narkotik maddələri gizlədilmiş Şixov ərazisinə qoydurub və ona dəqiq ünvanı bildirəcək. Bundan sonra o, təxminən 10-15 gün əvvəl həmin şəxsin dediyi kimi həmin əraziyə yollanmış və “Həsən”-in ona dediyi kimi gizlədilmiş yerdən içi dolu torbanı götürmüş və “Həsən”-ə bu barədə xəbər vermişdir. Göndərilən bağlamada bir neçə çeşiddə ayrıca olaraq qablaşdırılmış vəziyyətdə olan narkotik maddələr və dərman həbləri var imiş. Özü ara-bir düşəndə narkotik vasitə olan marixuanadan siqaret kimi çəkməklə qəbul etdiyindən həmin bağlamada olan narkotik vasitə qurudulmuş marixuanadan, o cümlədən də bir müddət əvvəl 2-3 dəfə “şüşə” adlanan maddədən yandırıb nəfəsinə çəkməklə qəbul etdiyindən bir qədər də həmin maddədən özü üçün ayırıb götürmüş və üzərində saxlamışdır. Yerdə qalan maddələri isə yaşadığı evə aparıb orada gizlətmişdir. Qeyd etmişdir ki, elə həmin ərəfədə evi təmir etdiyinə görə ailəsi, yəni həyat yoldaşı ilə üç uşağı qayınatasıgilin evində qalırmış. Onlar hazırda da həmin ünvanda yaşayırmışlar. O isə gürcü millətindən olan Yevstafı adlı ev ustası olan tanışı ilə birlikdə həmin evdə yaşayırmış. Yevstafı təxminən 5-6 gün olar ki, evin təmiri ilə bağlı ona ayırdığı otaqda qalaraq evin təmiri ilə məşğul olurmuş. O isə qeyd etdiyi narkotik maddələri evdə özünün qaldığı otaqda, çarpayının üzərində olan döşəyin alt hissəsində gizlədərək saxlamışdır. Otağın qapısını da açarla bağlayıb açarı özündə saxlayırmış. Odur ki, həmin maddələr barədə heç kimin məlumatı yox imiş. Qeyd etmişdir ki, “Həsən”-in göndərmiş olduğu maddələrdən təxminən 4-5 dəfə dediyi növdə olan maddələri ayıraraq qablaşdırıb Zabrat qəsəbəsi ərazisinə qoymuşdur. 24 may 2022-ci il tarixdə, saat 23 radələrində o, ünvan 4 ünvanda yerləşən “Bolmart market”in yanında idarə eldiyi “Kia Rio” markalı **-RY-*** nömrə nişanlı avtomobilin qarşısında dayanan zaman ona mülki geyimdə olan bir neçə şəxs yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını və onu həmin polis idarəsinin inzibati idarəsinə dəvət etmişlər. O, etiraz etməmiş və onlar idarə etdiyi avtomobillə birlikdə deyilən idarəyə çatanda o, dövlət hesabına vəkillə təmin olunmuşdur. Bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, buna etiraz etməmişdir. Beləliklə də onu saxlayan polis əməkdaşlarının və dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərinə şəxsi axtarış keçirilmiş və bu vaxt ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsin. Bu təklifdən sonra o, üzərində “nəşə” və “şüşə” kimi tanıdığı maddələr olduğunu bildirib əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü və üzərində olan nağd pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan başqa, şalvarın sağ kiçik cibindən özünə məxsus olan mobil telefonu, sol yan cibindən isə idarə etdiyi maşının açarını, bir ədəd “Kapital Bank” tərəfindən verilmiş plastik bank kartını, şalvarın arxa sol cibindən özünə məxsus olan bir ədəd "Samsung” və bir ədəd "İphone” markalı mobil telefon aparatlarını və şalvarın arxa sağ cibindən yaşadığı mənzilə aid olan açarları çıxarıb təqdim etmişdir. Təqdim etdiyi büküm açıldıqda içərisində iki ədəd sellofan büküm, bir ədəd ağ rəngdə dərman həbi və beş ədəd kağız kəsiyi aşkar edilmişdir. Təqdim edilmiş bükümlər ayrılıqda açılaraq içərilərinə baxış keçirilən zaman məlum olmuşdur ki, bükümün birinin içərisində qurudulmuş yaşıl ot şəklində spesifik iyli maddə, yəni qurudulmuş marixuana, digər bükümdə ağ kristal şəkildə olan maddə kütlələri, yəni "şüşə” kimi tanıdığı metamfetamin adlı maddə aşkar edilmişdir. Bundan başqa, aşkar edilmiş beş ədəd kağız kəsiyi barədə sorğu edilən zaman o, bildirmişdir ki, həmin kağıza marixuananı dolduraraq siqaret kimi burub çəkmək məqsədi ilə üstündə saxlamış, ağ rəngli dərman həbinin isə narkotik tərkibli dərman olmadığını bildirmişdir. Həmin həbi baş ağrı dərmanı kimi üstündə saxlamışdır. Həmin dərman həbini "Həsən” göndərdiyi torbanın içərisində tapmışdır. "Həsən”-in özündən soruşanda ona demişdir ki, adi baş ağrı dərmanıdır. Təsadüfən həmin torbaya düşüb. Bundan sonra təqdim etdiyi içərisində marixuana və metamfetamin maddələri olan ayrıca iki ədəd bükümlər, kağız kəsikləri və bir ədəd dərman həbi bir ədəd kağız paketdə qablaşdırılmış və möhürlənmişdir. Zərfin üstündə bütün iştirakçılar imza etmişlər. Mobil telefonlar, o cümlədən aşkar edilmiş bir ədəd plastik bank kartı sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, açarlarla nağd pul isə özünə geri qaytarılmışdır. Üzərindən aşkar edilmiş maddələr barədə sorğu edilərkən o, bildirmişdir ki, həmin kütlələri təxminən iki-üç aydır ki, internet vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı "Həsən” adlı şəxsin vasiləsi ilə 10-15 gün bundan əvvəl Şixov deyilən ərazidən götürmüş və həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq yerlərini "Həsən” adlı şəxsə göndərəcəyi işin müqabilində həmin şəxs ona müəyyən məbləğdə pul ödəyəcəkmiş. Daha sonra bildirmişdir ki. həmçinin də yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən fərdi evdə də narkotik vasitələr saxlayır və həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra idarə etdiyi avtomaşına baxış keçiriləcəyi bildirilmişdir və o, buna etiraz etməmişdir. Yuxarıda sadaladığı tərkibdə taksi fəaliyyəti üçün icarəyə götürüb etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı **-RY-*** nömrə nişanlı avtomaşına keçirilən baxış zamanı maşının salonundan iki ədəd plastik kart və ona məxsus olan xarici pasport aşkar edilmişdir. Avtomaşından qanunsuz maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra onlar həmin tərkibdə onun yaşadığı ünvan 5 ünvana yollanmışlar. Həmin evə videoçəkilişdən istifadə olunmaqla baxış keçirilmişdir. Həmin evdə yuxarıda qeyd etdiyi kimi Yevstafı adlı tanışı var imiş. İlk əvvəl ona qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, özündə olan açarla evin özünə aid olan yataq otağının qapısını açaraq içəri daxil olmuşdur və orada yerləşən çarpayının üzərində olan döşəyin altında gizlətdiyi içərisində narkotik maddələr olan bir ədəd torbanı çıxarıb təqdim etmişdir. Torbanın içərisində “nəşə”, “tiryək”, “şüşə” adlı maddələr olduğunu bildirmişdir. Həmin torbanın içərisində baxış keçirilən zaman oradan səkkiz ədəd iri bükümlər, 38 ədəd “list” dərman həbləri və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Bükümlər ayrılıqda açılan zaman üç ədəd bükümün içərisində qurudulmuş marixuana, iki ədəd bükümdə tiryək maddəsi, iki ədəd bükümdə “şüşə” kimi adlandırılan metamfetamin adlı maddə, bir ədəd ağ rəngli toz şəkilində olan adını bilmədiyi maddə aşkar edilmişdir. Aşkar edilmiş dərman həblərinə baxış keçirilən zaman məlum olmuşdur ki, həblərin qablaşdırıldığı “lisf’-lərin üzərində "metadon 40” sözü yazılıb və hər “list”-də 10 ədəd həb vardır. Elektron tərəzini isə narkotik maddələrin çəkisini müəyyən etmək məqsədi ilə istifadə etdiyini bildirmişdir. Daha sonra aşkarlanmış kütlələr, dərman həbləri və elektron tərəzi qablaşdırılmış və möhürlənmişdir. Üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra evin digər hissələrinə baxış keçirilmiş və əlavə heç bir qanunsuz maddə və predmet aşkar edilməmişdir. O, həmin maddələr barədə sorğu edilən zaman bir daha bildirmişdir ki, təqdim etdiyi kütlələri internet vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Həsən” adlı şəxsin vasitəsi ilə 10-15 gün əvvəl Səbail rayonu Şixov qəsəbəsindən götürmüş və həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq yerlərini İran İslam Respublikası vətəndaşı “Həsən” adlı şəxsə göndərəcəkimiş. Həmin şəxs də öz növbəsində bunun müqabilində ona pul verəcəkmiş. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, tutulmamışdan təxminən iki-üç ay əvvəl təsadüfən sosial şəbəkələrdən birində adını “Həsən” kimi bildiyi və özünü iranlı kimi təqdim etmiş şəxslə tanış olmuş və onlar bir müddət internet vasitəsilə əlaqə saxlamışlar. Söhbət əsnasında Həsən ona özünün arabir qurudulmuş marixuanadan istifadə etdiyini bildirmişdir. Yəni, guya özünü səmimi təqdim edib narkotik vasitə istifadəçisi olduğunu demişdir. Tanışlıqları davam etdiyi müddətdə Həsən onun maddi durumunun zəif olduğunu, 3 azyaşlı uşağı da olmaqla ailəsini dolandırmaqda çətinlik çəkdiyini bilmiş, özü və ailəsinin ağır maddi vəziyyəti barədə ətraflı məlumatlandıqdan sonra ona dolanışığını asanlaşdırmaq üçün o qədər də ağır olmayan bir iş təklif edəcəyini bildirmişdir. Sonradan bu təklifi tədricən açıqlayıb demişdir ki, ona narkotik vasitələr göndərə bilər və göndərəcəyi narkotik vasitələri deyilən yerdən götürüb özündə saxlayaraq sonradan ona deyilən vaxtda deyiləcək ünvanlara qoyması müqabilində ona müəyyən məbləğdə pul verə bilər. Əvvəlcə bu təklifdən çox qorxmuş, tutula biləcəyindən ehtiyatlanmış, bir qərara gələ bilməmişdir. Amma hədsiz maddi sıxıntısı nəhayət onu Həsənin təklifi ilə razılaşmağa vadar etmiş, Həsənin təklifini qəbul etmişdir. Tutulmamışdan təxminən 10-15 gün əvvəl Həsənlə növbəti danışıqları zamanı sonuncu ona Şixov ərazisində narkotik maddələr gizlədildiyini deyərək dəqiq ünvanı ona bildirmişdir. Danışığa əsasən belə olmuşdur ki, Həsən narkotik maddələrin qoyulduğu yerin şəklini telefonla ona göndərmiş, o da həmin şəkil əsasında hərəkət etməli olmuşdur. Həsənin dediyi ünvana yollanaraq ona yerləşmə koordinatı və şəkli atılmış yerdən gizlədilmiş torbanı götürmüş və bu barədə Həsənə məlumat vermişdir. Həmin torbada bir neçə çeşiddə ayrıca olaraq qablaşdırılmış narkotik maddələr və dərman həbləri olmuşdur. O, özü də arabir marixuanadan və metamfetamindən istifadə etdiyi üçün həmin maddələrdən bir qədər özü üçün ayırıb götürərək üzərində saxlamış, yerdə qalan maddələri isə yaşadığı evə aparıb orada gizlətmişdir. Bir məsələni də dəqiq olaraq bildirir ki, əslində torbanın içərisində aşkar etdikləri Həsənin ona göndərməli olduğu narkotik vasitələr olmamışdır. Yəni, danışıqlarına görə Həsən oraya çox az miqdarda «mal» qoymalı idi. Aparıb torbanın içərisinə baxandan sonra başa düşmüşdür ki, Həsən özü səhv salıb və başqa kiməsə çatmalı olan torbanı səhvən onun üçün qoyub. Yalan danışmağı özünə sığışdırmadığı üçün sonradan zəng vurub bu barədə Həsənə demiş, sonuncu da həqiqətən səhv saldığını bildirmiş, amma həmin «malları» deyəcəyi yerlərə çatdırmalı olmasını tapşırmış, o da razılaşmışdır. Həmin ərəfədə evdə təmir işləri görüldüyünə görə həyat yoldaşı və üç uşağı qaynatasıgilin evində olmuş, o isə gürcü millətindən olan Yevstafı adlı usta ilə birlikdə öz evində qalmışdır. Belə ki, Yevstafı təxminən 5-6 gün olardı ki, ona ayırdığı otaqda qalaraq evin təmiri ilə məşğul olmuşdur. O, narkotik maddələri özünün qaldığı otaqdakı çarpayıdakı döşəyin alt hissəsində gizlədərək saxlamış və otağın qapısını da açarla bağlayaraq açarı özündə saxlamışdır. Yəni, həmin maddələr barədə heç kimin məlumatı olmamışdır. O, təxminən 4-5 dəfə Həsənin dediyi növdən olan maddələri ayıraraq qablaşdırmaqla sonuncunun dediyi kimi Zabrat qəsəbəsi ərazisinə qoymuşdur. 24 may 2022-ci il tarixdə saat 23 radələrində o, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi, dalan 5 ünvanda yerləşən “Bolmart market”in yanında idarə eldiyi “Kia Rio” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında dayanan zaman bir neçə mülki geyimli şəxs ona olan yaxınlaşmışdır. Həmin şəxslər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını deyərək onu həmin polis idarəsinə dəvət edib aparmışlar. Polis idarəsində dövlət hesabına vəkillə təmin olunmuş və bundan sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Beləliklə, onu saxlayan polis əməkdaşlarının və dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, o da üzərində “nəşə” və “şüşə” kimi tanınan maddələr olduğunu etiraf edərək əynindəki cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü və üzərində olan nağd pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan başqa, o, şalvarının sağ yan cibindən özünə məxsus mobil telefonu, sol yan cibindən isə idarə etdiyi avtomobilin açarını, bir ədəd “Kapital Bank” tərəfindən verilmiş plastik bank kartını, şalvarının arxa sol cibindən özünə məxsus bir ədəd “Samsung” və bir ədəd “İphone” markalı mobil telefonları və şalvarın arxa sağ cibindən yaşadığı mənzilin açarlarını çıxarıb təqdim etmişdir. Təqdim etdiyi büküm açıldıqda onun içərisindən iki ədəd sellofan büküm, bir ədəd ağ rəngdə dərman həbi və beş ədəd kağız kəsiyi aşkar edilmişdir. Bükümlər hər biri ayrayrılıqda açılaraq içərisinə baxış keçirilən zaman onlardan birinin içərisindən marixuana, digər bükümdən metamfetamin aşkar edilmişdir. O, üstündən aşkar edilmiş beş ədəd kağız kəsiyi və dərman həbi ilə bağlı sorğu edilən zaman həmin kağız kəsiklərini marixuananı onların içinə dolduraraq burub çəkmək məqsədi ilə üstündə saxladığını, dərman həbini n isə narkotik tərkibli olmadığını, baş ağrı dərmanı olduğunu, bildirmişdir. Belə ki, o, həmin dərman həbini Həsənin göndərdiyi torbanın içərisindən tapmış, sonuncudan həmin dərmanın nə olduğunu soruşduqda Həsən onun adi baş ağrı dərmanı olduğunu, təsadüfən həmin torbaya düşdüyünü bildirmişdir. Bundan sonra içərisində marixuana və metamfetamin olan iki ədəd büküm, kağız kəsikləri və dərman həbi bir ədəd kağız paketdə qablaşdırımış və zərfin üstü möhürlənərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Mobil telefonlar və bank kartı götürülmüş, pul və açarlar isə onun özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş maddələr barədə sorğu edilərkən o, həmin maddələri təxminən iki-üç ay əvvəl internet vasitəsi ilə tanış olduğu, iranlı kimi bildiyi Həsən adlı şəxsin vasitəsilə 10-15 gün əvvəl Şıxov ərazisindən götürdüyünü, onları müəyyən ünvanlara qoyaraq yerlərini Həsənə göndərməli olduğunu, müqabilində həmin şəxsin ona müəyyən məbləğdə pul ödəyəcəyini bildirmişdir. Bundan başqa, o, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəki fərdi evində də narkotik vasitələr olduğunu etiraf etmiş və həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra onun idarə etdiyi avtomobilə baxış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Taksi fəaliyyəti üçün icarəyə götürüb etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonundan iki ədəd plastik kart və ona məxsus xarici pasport aşkar edilmiş, heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 5 ünvana yollanmışlar və videoçəkilişdən istifadə olunmaqla həmin evə baxış keçirilmişdir. Həmin vaxt usta tanışı Yevstafı evdə olmuşdur. Baxış zamanı o özündə olan açarla yataq otağının qapısını açaraq və orada çarpayıdakı döşəyin altında gizlətdiyi içərisində narkotik maddələr olan bir ədəd torbanı çıxarıb təqdim etmişdir. Həmin torbanın içərisində baxış keçirilən zaman oradan 8 ədəd iri bükümlər, 38 ədəd dərman həbləri və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Bükümlərin hər biri açılaraq içinə baxış keçirilmiş, üç ədəd bükümün içərisindən qurudulmuş marixuana, iki ədəd bükümdən tiryək, iki ədəd bükümdən “şüşə” kimi adlandırılan metamfetamin, bir ədəd ağ rəngli toz şəkilində olan adını bilmədiyi maddə aşkar edilmişdir. Aşkar edilmiş dərman həblərinə baxış keçirilən zaman həblərin qablaşdırıldığı listlərin üzərində “metadon 40” sözünün yazıldığıı və hər listdə 10 ədəd həb olduğu məlum olmuşdur. Sorğu zamanı elektron tərəzini narkotik maddələrin çəkisini müəyyən etmək məqsədi ilə istifadə etdiyini bildirmişdir. Aşkar olunmuş kütlələr, dərman həbləri və elektron tərəzi qablaşdırılarmış, qablaşdırmanın üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra evin digər hissələrinə də baxış keçirilmiş, lakin əlavə heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Aşkar olunmuş maddələr barədə sorğu edilən zaman bir daha bildirmişdir ki, təqdim etdiyi kütlələri internet vasitəsi ilə tanış olduğu, iranlı kimi bildiyi Həsən adlı şəxsin vasitəsi ilə 10-15 gün əvvəl Şixov ərazisindən götürmüşdür, onları Həsənin dediyi ünvanlara qoyaraq şəkillərini Həsənə göndərməli olmuşdur. Bu qaydada narkotik vasitələri satmaqda göstərəcəyi köməyin müqabilində Həsən ona pul ödəməyi vəd etmişdir. Amma tutulduğu üçün Həsəndən hər hansı məbləğdə pul almamışdır. Həsən özü ona zəng etdikdən təxminən bir saat sonra təkrar ona dönüb Şıxov ərazisinə qoyulmuş həmin torba barədə məlumat vermiş və şəklini göndərmişdir. Yəni, Həsən tərəfindən narkotik vasitələrin oraya yerləşdirilməsi cəmi ən uzağı bir saat ərzində baş vermişdir. Həmin aşkar olunmuş narkotik vasitələrin haradan, nə vaxt, kim tərəfindən oraya gətirilib qoyulması barədə heç bir məlumatı yoxdur. Onunla telefonda danışan şəxsin isə həqiqətən İranda, yaxud başqa ölkədə olmasını bilmir. Təmiz Azərbaycan dilində danışan bu şəxsin başqa millətdən ola bilməsini də bilmir. Ona görə də qaçaqmalçılıq cinayətinə onun heç bir aidiyyətinin olmadığı fikrindədir. Məhkəmədən bütün bu halların, ağır maddi vəziyyətə düşməsi səbəbindən bu əməli etməyə razılaşmasının, himayəsində 3 azyaşlı uşaqlarının olmasının, ailəsinin yeganə qazanc gətirəni olmasının, heç vaxt başqa cinayət əməli törətməməsinin nəzərə alınmasını xahiş edir. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid4 göstərdi ki, 24 may 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatda bu şəxsin qaçaqmalçılıqla məşğul olması barədə heç bir məqam olmamışdır. Bu məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün rəhbərliyə raportla məruzə edilmiş, əməliyyataxtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupunun rəhbəri, Baş İdarənin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid1 isə qrupunun üzvləri qismində təyin edilmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 24 may 2022-ci il tarixdə saat 23:20-də Sabunçu qəsəbəsi, Şəhər şosesi, dalan 5 ünvanında yerləşən “Bolmart market”in qarşısında idarə etdiyi “Kia Rio” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmışdır. Onlar xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxsə təqdim etmişlər, ondan da özünü təqdim etməsini xahiş etdikdə həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığı bildirilmişdir. Həmin vaxt saxlanılmış şəxsin üzərinə şəxsi axtarış aparılması üçün şərait olmadığından o, idarə etdiyi avtomobillə birlikdə Baş İdarəyə gətirilmişdir. Baş İdarədə həmin şəxsin hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunmuş və onun şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə əməliyyat qrupunun üzvlərinin və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “nəşə” və “şüşə” kimi tanınan maddələr olduğunu deyərək əynindəki şalvarın sağ cibindən bir ədəd sellofan bükümü və nağd pulu, şalvarın sol yan cibindən avtomobil açarını və bir ədəd plastik bank kartını, şalvarın arxa sağ cibindən mənzil açarını, şalvarın sağ yan kiçik cibindən bir ədəd sarı rəngli “Nokia” markalı mobil telefonu, şalvarın arxa sol cibindən isə bir ədəd “İphone” və bir ədəd “Samsung” markalı mobil telefon aparatlarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirildikdə onun içərisindən iki ədəd sellofan büküm, bir ədəd ağ rəngli dərman həbi və beş ədəd kağız kəsiyi aşkar edilmişdir. Sellofan bükümlərin içərisinə ayrı-ayrılıqda baxş keçirildikdə bükümlərdən birinin içərisindən qurudulmuş ota bənzər yaşıl rəngli spesifik iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, digər bükümün içərisindən isə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş kağız parçalarının içərisinə marixuana doldurub çəkdiyi üçün onları üzərində saxladığını, ağ rəngli dərman həbinin isə narkotik tərkibli olmadığını, adi dərman olduğunu bildirmişdir. Qeyd olunan maddələr, kağız kəsikləri və dərman həbi ekspertiza tədqiqatı üçün qablaşdırılaraq götürülmüşdür. Həmçinin mobil telefonlar və plastik bank kartı sübut əhəmiyyəti kəsb edə biləcəkləri üçün götürülmüş, nağd pul, mənzil və avtomobil açarları isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş maddələrdən başqa, yaşadığı evdə də narkotik maddələr olduğunu, həmin maddələri 10-15 gün əvvəl sosial şəbəkədə tanış olduğu Həsən adlı İran İslam Respublikasının vətəndaşının ona dediyi yerdən, yəni Şixov adlanan ərazidən götürüb yaşadığı evə apararaq orada saxladığını, ona sonradan deyiləcək çəki və çeşidlərdə müəyyən ünvanlara qoyulması müqabilində Həsən adlı şəxsin ona müəyyən məbləğdə pul verəcəyini, bu qaydada həmin şəxsin dediyi kimi artıq buna qədər narkotik maddələrin müəyyən ünvanlara qoyulmasını təşkil edərək həmin yerlərin fotoşəklini çəkərək Həsənə göndərdiyini, yerdə qalan maddələri də məhz bu məqsədlə üzərində və yaşadığı evdə saxladığını bildirmişdir. Qeyd edilənlər barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılarkən Baş İdarəyə gətirildiyi “Kia Rio” markalı avtomobilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salon hissəsindən nəqliyyat vasitəsinə aid olan sənədlər, texniki şəhadətnaməsi ilə etibarnamə, Təqsirləndirilən şəxs məxsus olan sürücülük vəsiqəsi, xarici pasport və iki ədəd plastik bank kartı aşkar edilmişdir. Qeyd olunan sənədlər və plastik bank kartları istintaq əhəmiyyəti kəsb edə biləcəkləri üçün götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin avtomobili icarə əsasında idarə edərək taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Avtomobilə baxış keçirilməsi haqqında protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 5 ünvana baxış keçirilməsi məqsədi ilə eyni tərkibdə həmin ünvana yollanmışlar. Həmin vaxt qeyd edilən ünvanda Djikiya Yevstafıy adlı şəxs olmuşdur. Orada videoçəkilişdən istifadə edilməklə ünvana baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evdə saxladığı dövriyyəsi qadağan edilmiş maddələri təqdim etməsi təklif edilmiş, sonuncu da üzərində olan açarla özünə aid yataq otağının qapısını açıb otağa daxil olmuş və orada yerləşən çarpayının üzərində olan döşəyin altından bir ədəd ağ rəngli sellofan torbanı götürüb təqdim edərək həmin torbanın içərisində “nəşə”, “tiryək” və “şüşə” adlanan narkotik maddələr olduğunu bildirmişdir. Həmin torba açıldıqda onun içərisindən səkkiz ədəd sellofan bağlama, 38 ədəd dərman həblərinin qablaşdırıldığı konvalyutlar və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin sellofan bağlamalara ayrılıqda baxış keçirildikdə üç ədəd bağlamanın içərisindən qurudulmuş ot şəkilli, spesifik iyli yaşıl rəngli maddə, iki ədəd bağlamanın içərisində tünd qəhvəyi rəngli, spesifik iyli, narkotik vasitə tiryəkə bənzər maddə, iki ədəd bağlamanın içərisində kristal şəkilli, ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə, bir ədəd bağlamada isə ağ rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Dərman həblərinə keçirilən baxış zamanı qeyd olunan 38 ədəd dərman konvalyutlarının üzərində “Methadone 40” sözlərinin yazıldığı məlum olmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş elektron tərəzinin vasitəsilə narkotik maddələrin çəkisini müəyyən etdiyini bildirmişdir. Bundan sonra mənzilə baxış davam etdirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı maddə və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bir daha həmin maddələri Həsən adlı iranlının qoydurduğu yerdən götürdüyünü, onları deyilən çəkilərdə müəyyən edilmiş yerlərə yerləşdirmək məqsədi ilə saxladığını bildirmişdir. Həmin evdə aşkarlanmış maddələr qablaşdırılaraq götürülmüş və qeyd edilənlər barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar olunmuş maddələrin haradan və nə vaxt, kimlər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilməsinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs həmin maddələrin Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinə hər hansı aidiyyətinin olması barədə heç bir məlumat əldə olunmamışdır. İbtidai istintaq və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid1, eləcə də ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid3 da Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid5 Sergeyeviçin ifadəsində göstərmişdir ki, o, ev ustasıdır, Təqsirləndirilən şəxs təxminən 10 ildir ki tanıyır, sonuncu taksi fəaliyyəti ilə məşğul olmuşdur. Yaqub saxlanılmamışdan təxminən bir həftə əvvəl evində malyar işlərinin görülməsi üçün ona müraciət edərək evin boş olduğunu, özündən başqa evdə heç kimin yaşamadığını bildirmişdir. O, razılaşaraq həmin işi götürmüşdür. Özünün yaşadığı ev uzaqda yerləşdiyi üçün hər gün Yaqubun evinin yerləşdiyi Maştağa qəsəbəsinə gedibgəlmək həm vaxt baxımından, həm də maddi cəhətdən ona narahatçılıq yaratdığından o, Yaqubdan təmir işləri bitənə kimi onun evində qalmasına icazə istəmiş, sonuncu da razılaşmışdır. O, Yaqubun evində təxminən 5-6 gün işləmişdir. Həmin müddətdə Yaqub arabir gecələr evə gəlmiş, deməsinə görə ailəsi ilə birlikdə başqa ünvanda yaşamışdır. Yaqubun evi ümumilikdə 3 otaqdan, yəni iki yataq otağı və bir zaldan ibarət olmuşdur. Yataq otaqlarından birinin qapısı həmişə açarla bağlı olmuşdur. Yaqubun deməsinə görə o, zalın və dəhlizin təmirini başa çatdırandan sonra yataq otaqlarına keçməli olmuşdur. 2022-ci il mayın 24-dən 25-nə keçən gecə o, evdə tək olmuş və həmin vaxt qapı döyülmüşdür. Qapını açanda ona məlum olmuşdur ki, polis əməkdaşları Yaqubu saxlamışlar və onlar həmin evə baxış keçirmək üçün gəlmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini istəmişlər, o da özünü təqdim etmişdir. o, polis əməkdaşlarına həmin evdə müvəqqəti yaşadığını itib dilində şifahi olaraq bildirdiyi üçün ona tərcüməçi təyin edilmişdir. Budan sonra ona məlum olmuşdur ki, Yaqubu narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlamışlar və sonuncunun evdə də həmin maddələrdən saxlamasına şübhələr var. Ondan bu barədə məlumatının olubolmadığını soruşmuşlar, o da bu işdən uzaq olduğunu, bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, Yaqubun və vəkilin iştirakı videoçəkilişlə həmin evə baxış keçirilməyə başlanılmışdır. Çəkiliş vaxtı orada iştirak edən şəxslər bir-bir özlərini təqdim etmişlər, sonra isə Yaquba həmin maddələrin olduğu yeri göstərməsini təklif etmişlər. Yaqub üzərində olan açarla özünün yataq otağının qapısını açaraq içəri daxil olmuş və orada çarpayının üzərində olan döşəyin alt hissəsindən bir ədəd ağ rəngli torbanı çıxarıb təqdim edərək həmin torbanın içərisində “nəşə”, “tiryək” və “şüşə” olduğunu bildirmişdir. Polis əməkdaşı həmin torbanı boşaldaraq içərisinə baxış keçirdikdə həmin torbanın içərisindən səkkiz ədəd sellofan bağlama, 38 “Üst” dərman həbləri və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Daha sonra həmin sellofan bağlamalar bir-bir açılaraq içərisinə baxış keçirildikdə üç ədəd bağlamanın içərisində yaşıl rəngli qurudulmuş ot şəkilli, spesifik iyli maddə, iki ədəd bağlamanın içərisində qəhvəyi rəngli, spesifik iyli maddə, iki ədəd bağlamanın içərisində kristal şəkilli, ağ rəngli maddə, bir ədəd bağlamanın içərisindən isə ağ rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Dərman həblərinə baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan 38 dərman listlərinin üzərində “Metadon” sözləri yazılmışdır. Bundan sonra həmin evə baxış davam etdirilmiş, lakin başqa hır hansı qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş elektron tərəzinin vasitəsilə narkotik maddələrin çəkisini müəyyən etdiyini, həmin maddələri İran İslam Respublikasının vətəndaşı olan Həsən adlı şəxsin vasitəsilə əldə edərək pul müqabilində deyilən çəkilərdə olan müəyyən edilmiş yerlərə yerləşdirmək məqsədi ilə saxladığını bildirmişdir. Polis əməkdaşları Yaqubdan bu işlə nə vaxtdan məşğul olduğunu soruşduqda sonuncu artıq iki-üç dəfə belə etdiyini bildirmişdir. Aşkar olunmuş maddələr qablaşdırılaraq götürülmüş, baş verənlər barədə protokol tərtib edilmiş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, Yaqubun nə işlə məşğul olmasından tam məlumatsız olmuşdur. İş materiallarına əlavə edilmiş və birinci instansiya məhkəməsinə tədqiq olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında 25 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması etimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində “nəşə” və “şüşə” kimi tanıdığı maddələr olduğunu bildirib əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri İran İslam Respublikasının vətəndaşı olan Həsən adlı şəxsdən aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və birinci instansiya məhkəməsinə tədqiq olunmuş baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 25 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə sonuncunun razılığı və iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs mənzildə gizlədib saxladığı narkotik vasitələri, psixotrop maddələri və narkotik tərkibli dərman həblərini təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs evin yataq otağındakı çarpayıdakı döşəyin altından ağ rəngli torbanın içərisində 01 ədəd ağ rəngli sintetik torbanı təqdim etmişdir. Həmin torbanın içindən 08 ədəd sellofan bağlama, 38 ədəd konvalyutda dərman həbləri və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Baxış zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və birinci instansiya məhkəməsinə tədqiq olunmuş kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 25 may 2022-ci il tarixli 7/532 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki sellofan torbacığın içərisindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,739 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı...” yazısı və imzalar olan ağ rəngli sintetik bağlamadakı 03 ədəd sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 20 qram; 2) 50 qram; 3) 270 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, ümumi çəkisi 341,739 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Bir ədəd elektron tərəzinin və 05 ədəd kağız kəsiyinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 341,539 qram təşkil etmişdir. İş materiallarına əlavə edilmiş və birinci instansiya məhkəməsinə tədqiq olunmuş kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 25 may 2022-ci il tarixli 6/2952 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan paketdə bir ədəd bükümdə təmiz çəkisi 2,407 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd ağ rəngli dərman kapsulunun əsas təsiredici maddəsi preqabalindir və həmin kapsulun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,150 qram təşkil edir, 5 ədəd kağız kəsiyinin səthində narkotik vasitələrə, psixotrop maddələrə məxsus izlər aşkar edilməmişdir. Üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı...” sözləri olan kağız yapışdırılmış bir ədəd torbada iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 140,050 qram, 365 qram - ümumi təmiz çəkisi 505,05 qram olan ağ rəngli kristallik hissəciklərdən barət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. İki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 161,325 qram, 505 qram ümumi təmiz çəkisi 666,325 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryəkdir. Bir ədəd bükümdə təmiz çəkisi 51,058 qram olan ağ rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış alfapirrolidinovalerofenon (a-PVP) maddəsidir, 38 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında 380 ədəd açıq-qəhvəyi rəngli, “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 15,2 qram təşkil edir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. Kağız paketdəki və torbadakı metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 507,457 qramdır. Tiryək Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri’in Siyahısına (Siyahı l), metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in Siyahısına (Siyahı İİ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin Siyahısına (Siyahı İ), alfa pirrolidinovalerofenon (a- PVP) “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin Siyahısına (Siyahı İ), preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Ekspert tədqiqatından sonra tiryəkin qalıq çəkisi 666,225 qram, metamfetaminin qalıq çəkisi 2,357 və 504,950 qram, alfapirrolidinovalerofenon (a-PVP) qalıq çəkisi 51,008 qram, preqabalin kapsulunun qalığı 1/2 hissə, metadon həblərinin qalığı 378 ədəd təşkil etmişdir. İş materiallarına əlavə edilmiş və birinci instansiya məhkəməsinə tədqiq olunmuş mobil telefon aparatlarına baxış keçirilməsi haqqında 15 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İphone”, 01 ədəd “Nokia” və 01 ədəd “Samsung” markalı mobil telefon aparatlarına baxış keçirilmiş, bir ədəd ağ rəngli “İphone” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, o cümlədən də adı “Emir Gohum” kimi qeyd olunmuş +**********27 saylı, adı “Magsud Emircan” kimi qeyd olunmuş +**********47 saylı, adı “X62” kimi qeyd olunmuş +**********70 saylı, adı “X40” kimi qeyd olunmuş +**********27 saylı, adı “İbo Raman” kimi qeyd olunmuş +**********828 saylı, adı “Vasif Ramani” kimi qeyd olunmuş +**********21 saylı, adı “Veli Suraxanı” kimi qeyd olunmuş +**********82 saylı, adı “İbo Ukrin” kimi qeyd olunmuş +**********74 saylı və adı “Zeka Hsn” kimi qeyd olunmuş +**********03 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrəli kontaktlar, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan 055244-44-66 saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma mobil telefon tətbiqinin “söhbətlər” bölməsinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konkret olaraq isə yuxarıda adı “İbo Ukrin” kimi qeyd olunmuş +**********74 saylı İran İslam Respublikasına məxsus olan nömrənin istifadəçisi ilə dialoq pəncərəsində həmin istifadəçinin 24 may 2022-ci il tarixdə saat 22:50-də Təqsirləndirilən şəxs “...setivi aç da işim var səninlə tez” səsli mesaj, həmin tarixdə saat 23:07-də “Zank vur gardas” mətnli yazılı, həmin tarixdə saat 23:10-da “raz gəlmirsən mən camaat deyim amanatı götürsün də., niyə bu cür edirsən..niyə?”, 25 may 2022-ci il-tarixdə saat 14:48-də “salam əleykum necəsən qardaş..salamatçılıqdır? nə xəbər qardaş bunu sən götürəyəcəksən niyə mənə əvvəlcədən demirsən gətirmə qoydurma..qısa məni niyə burdan bura zərərər salırsan? mənim nəyim var? Çörək pulum yoxdur..zəng də vurmursan..zəng vururam telefonumu açmırsan...Allah sənin xeyrini versin..köməyin olsun..get işivi gücüvü gör..səni işindən eləmiyim..çox sağol səni... ” səsli mesaj yollaması məlum olmuşdur. Bundan başqa, həmin mobil telefon cihazının daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “WhatsApp Business” ani mesajlaşma ünsiyyət mobil telefon tətibiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konkret olaraq isə yuxarıda adı “Zeka Hsn” kimi qeyd olunmuş +**********03 saylı İran İslam Respublikasına məxsus olan nömrənin istifadəçisi ilə dialoq pəncərəsində həmin istifadəçinin 24 may 2022-ci il tarixdə saat 03:29-da Təqsirləndirilən şəxs “salam qardaş necəsən axşamın xeyir.. Yaqub sənə qurban olum neyləyə bildin? Ney nədin? danışa bildin?yerbəyer elə qalmasın..ertədən gəl onu yerbəyer edək qalmasın...” səsli mesaj, həmin tarixdə saat 12:39-da “Salam necəsən qardaş yaxşısan? Qardaş bəs hardasan sən? Telefonu da açmırsan? Nə oldu sənə sən ki belə eləməzdin? Hər zaman zəng edəndə açardın.. Olmaya bir iş-miş var?sənə qurban Allah eləməsin sənin başıva bir iş gəlsin...onda məni gərək rəsmən basdıralar...yəni mənim güvəndiyim bir Nahid idi..bir sən.,sənin başıva iş gəldisə mən batdım...” mətnli yazılı mesaja cavab olaraq Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:21də “qardaş sən bax dənə gör bunları necə pul edirsən...necə edək kimə edək ki pul olsun amma hava qaralandan sonra günorta yox” mətnli cavab məktubu, həmin tarixdə saat 22:32də həmin istifadəçi Təqsirləndirilən şəxs “salam qardaş necəsən yaxşısan? Qadan alım gedib çatdın ora? … dənə ünvandı çox deyil...onları ataq..yammda oturub...qardaş canı çörək pulum yoxdu məcbur oldum bunlar xırda olsa da ünvanla ataq qadan alım sənin...bir də o qardaşdan nə xəbər? onu danış qalmasın..bunlar məni darıxdırır, deyir malınızı götürüb edərlər..daha bizlik deyil malınız aralıqda itib eləsə..ürəyim sənə qurban Yaqub” səsli mesaj yollaması məlum olmuşdur. Həmin mobil telefon cihazının daxili yaddaşına keçirilən baxış zamanı fotogörüntülər olan bölməsində Təqsirləndirilən şəxs tərəfindən dövriyyəsi qadağan edilmiş maddələrin gizlədilərək yerləşdirildiyi yerlərin fotogörüntüləri və konkret olaraq gizlədilmiş maddənin qoyulduğu yerin xüsusi işarələrlə çəkilmiş fotogörüntüləri müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və birinci instansiya məhkəməsinə tədqiq olunmuş telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında 05 iyul 2022-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı GSM nömrənin istifadəçisi Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “Menem reshad 35 manat göndərim karta 05 alınar?? Javab yazdaaa”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisi Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “Salama brat yjgdim yatmısan deyesen oyanan kimi mene zeng ele o meseleni hell eliyek vacibdi bilirsen gozledim seheri ama acmırsan teli ozun yjg mene daldabdal” sözlərini yazmış, cavab olaraq Təqsirləndirilən şəxs ona “X53 X27 Onnan Goruwum. X41” , daha sonra müxtəlif vaxtlarda “X54 11 X48 X55 X63 Gelim,?, X42 X6 Qaqa”, xx.xx.2022-ci il tarixdə “Ay ASKA senin emanetini goturmushemaa, mendedi, seni gozduyurema, helem daydaya bidene shey gelib tebiet smert, Sen ozun harda qaldin seni gozduyurem axi... **********821056... qaqash bir qramm istirdinde sen? cunki demishem hazirdi gozduyurler pul neqededi sende?... qaqi salam necesen men seher terefdeyem emanet goturub yigacam sene biryerde gorusheriy tel sonecey ozum yigacam seni... ayda qaqa men deyirem axi mene zeng gelmiwdi beyax yaxshiki indi baxdim yene bashim qarishib sobete fikrimnen cixib, emanetin mendedi, ustunnen cekmishiy biraz, catim kende sene deyecem gel qaqa...Qaqa goturmuwem pativu.. menim ozumun iwim var ona gore iliwib qalmiwam hemde patinin ustunnen cekmiwdiy ona gorede bele alindi Yeke oğlansan sen gor neler fikirlesirsen gelib puluvuda, goturersen pativida qardawim”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda “X28 X56 X57 X49, Ucunnende İstiyir. Kofe, goyerti, Padpress, X64 X29 “No Problem.., Mene patini 30 verir... Birazdan olacag. Gor veziyet ne yerdediki tural da qirir bu oda buna ele qiymet deyir ki Baha, Bide gelmesin...İndi hal hazırda aparatin qabagindadi vurur opshi 50manat olmalidi 30bir. 20de bir” mətnli qısa mesajlar yazmış, həmin şəxs də ona xx.xx.2022-ci il tarixdə “Ya getir indi pulu ver yada goturduylerivi gozdiyirem indi gel ver,.. Getir ya zibilleri ver yada pulu indi bizim seynen berk söhbetimiz olucey yoxsa bilesen zarafat elemirem... Pulu ya da zibilleri getirirsen indi yoxsa yox??????” mətnli qısa mesaj yazmış, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda “X43 Oyatdim Yuxudan indi Oda Gelir, X21 Gelecem... X10 X44 X34 X17, X45 Biraz Ucun, X50 Yerden Gotureriy, X24 Dedi Gelirem... X65 X58 X25 Axwam Gelecey, X30 X51 X31, X66 X11 X59 X52 X32,.. X18 Nese Varda, X69 X7, X46 X67 X35 Kayfulla Adamsane, Tezdennen Gorushmushuy indi X60 X36 indi X61 X68 Elememishem, X37 X38?... pati varindi biraz mendede kakos var, men emelli bashdi pati lomkasindayam. belede birazdan goturecem patida kakosda ikisaata gelib cixacag o” mətnli, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda “Qaqa o ushag cixib harasa gelir mende evlerindeye gelsin emaneti goturub gelirem...qaqash sebirli ol gelirem senin qadanalaram, men hele bele shey gormemishem, bu gun ancag her shey tersine gedir, o ushag catir kakosu yoxaydu indi goturub gelir, mende naxadu goruwdum onan gelirem...”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “X39 X22, 1dene Pati 3 Qrammda Kakos, X23 X12 X19 Atdelni, X13 X47 Qardashimsan” mətnli qısa mesaj yazmışdır. İş materiallarına əlavə edilmiş və birinci instansiya məhkəməsinə tədqiq olunmuş bank məlumatlarına baxış keçirilməsi haqqında 15 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına olan 5374 3951 5195 8635 nömrəli plastik kart üzrə elektron hesaba xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində terminallardan və digər sistemlə köçürmələrdən istifadə etməklə ayrı-ayrı vaxtlarda 34.65, 11.53, 30,15, 20, 50, 50, 177, 70, 60, 500, 200, 33.17, 10.16, 5, 70, 20, 100, 100, 71, 20, 20, 35, 10, 30, 50, 70, 50, 33, 17, 50, 10, 30, 50, 45, 30, 19, 17, 5, 20, 20, 35, 35, 105, 6, 210, 6, 101, 32, 30, 20, 9, 10, 51, 20, 5, 60, 20, 20, 10, 50, 90, 50, 5, 20, 15, 50, 50, 10, 10, 90, 80, 25, 10, 10, 6, 2, 3,5, 15, 10, 5, 2, 50, 7, 5, 80, 50, 28, 7, 5, 10, 4, 205, 110, 100, 50, 45, 40, 30, 25, 25, 20, 20, 15, 15, 15, 14, 13, 6, 49, 29, 5, 65, 10, 80, 50, 175, 60, 20, 15, 140, 31, 30, 140, 10, 60, 40, 40, 30, 30, 24, 20, 20, 100, 50, 40, 30, 22, 20, 20, 20, 60, 30, 10, 40, 30, 30, 20, 20, 16, 10, 9, 30, 20, 15, 14, 10, 55, 20, 95, 50, 40, 40, 30, 30, 27, 65, 40, 30, 30, 20, 20, 18, 15, 10, 10, 15, 10, 7, 95, 90, 43, 40, 40, 34, 20, 6, 80, 70, 61, 60, 50, 50, 50, 40, 40, 32, 20, 20, 10, 70, 50, 40, 40, 34, 30, 30, 20, 10, 95, 5, 3, 180, 130, 25, 25, 19, 18, 12, 100, 30, 30, 30, 30, 30, 29, 29, 26, 25, 25, 21, 20, 12, 10, 5, 2, 210, 41, 40, 130, 90, 40, 40, 26, 25, 20, 20, 18, 115, 77, 43, 35, 25, 25, 50, 50, 32, 30, 22, 21, 49, 20, 11, 349, 70, 60, 30, 10, 100, 30, 10, 5, 25, 16, 10, 8, 7, 47, 25, 25, 21, 21, 15, 5, 50, 30, 30, 7 manat məbləğində pul mədaxil edilmişdir. İş materiallarına əlavə edilmiş və birinci instansiya məhkəməsinə tədqiq olunmuş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 iyun 2022-ci il tarixli 3183 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. İş materiallarına əlavə edilmiş və birinci instansiya məhkəməsinə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 11 iyun 2022-ci il tarixli 5284 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli olması qənaətinə gələrkən Azərbaycan Respublikası CPM-nin 353.2.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü qaçaqmalçılıq əməlinin törədilməsində təqsirli bilməməsinə tənqidi yanaşaraq qeyd edir ki, bu ifadə məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə Təqsirləndirilən şəxs maraqlarına əsaslanan və sonuncunun cinayət məsuliyyətindən azad olunmasına yönələn dəlillərdən ibarətdir və mümkün, mötəbər sübut kimi hökmün əsasını təşkil edə bilməz. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə baxışında hərtərəfli araşdırılmışdır, sonuncunun ibtidai istintaqdakı etirafedici ifadələri, birinci instansiya məhkəməsində qismən etirafedici ifadəsi, şahidlərin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri ifadələr, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid3 və Şahid5 Sergeyeviçin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər mötəbər sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası CPM-nin 353.2.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinə münasibətdə əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda törədilməsi Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran haldır, sonuncunun əməlində məsuliyyətini yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 353.2.4 və 353.2.5-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.1-ci maddələrinə münasibətdə əsaslı olsa da, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsinə münasibətdə düzgün tövsif olunmamışdır və sonuncunun əməli qaçaqmalçılıq əməlinə münasibətdə həmin Məcəllənin 32.5, 206.2-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və şəraitdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətini törədilməsinə kömək etməsi sübut olunmamışdır Eyni zamanda, cinayət işinin materialları ilə “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi də müəyyən edilməmişdir. Əksinə, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı vermiş olduğu ifadələrindən görünür ki, o, cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətləri edən şəxs kimi İran İslam Respublikası vətandaşı “Həsən” adlı şəxsi və qeyrilərini göstərmiş, qaçaqmalçılıq cinayətinin obyektiv tərəfinin bilavasitə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə dair sübutlar iş materiallarına əlavə edilməmiş, müvafiq istintaq hərəkətləri həyata keçirilməmiş, sadəcə olaraq Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Həsən” adlı şəxs və qeyriləri ilə əlbir olaraq narkotik vasitəni, psixotrop maddəni gömrük sərhəddindən kənar və ondan gizli olaraq keçirməyə köməklik etməsi qeyd edilməklə kifayətlənilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, “qeyrilərinin” cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etməsinin və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmasının sübut olunmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməsi qanuni olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilmiş cinayətdə köməkçilik o zaman mövcud olmuş olur ki, cinayətin (qaçaqmalçılıq cinayətinin) obyektiv cəhətini təşkil edən hərəkət və ya hərəkətsizlik birdən artıq şəxs tərəfindən icra olunsun. Hazırki halda mübahisələndirilən qaçaqmalçılıq cinayətini obyektiv tərəfinin, yəni külli miqdarda narkotik vasitənin, psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində ən azı iki şəxsin bir yerdə həyata keçirilməsi cinayət işi materialları ilə öz təsdiqini tapmır, belə ki, buna dair sübutlar istintaq orqanı tərəfindən əldə edilməmiş və məhkəməyə təqdim olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs əməlində CM-nin 32.5, 206.3.2-ci maddəsinin olmasının sübuta yetməməsi və əməlində CM-nin 32.5, 206.2-ci maddəsinin tərkibinin olması qənaətinə gəlir. Həmçinin, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya baxışında etdiyi yazılı müraciətinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs əməllərində satış məqsədi sübut olunduğundan onun əməllərinin Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunması üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin tərkibi bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər satış məqsədi olmadan külli miqdarda törədildikdə yaranır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. AR CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyatı, o cümlədən cəzanı yüngülləşdirən və ağılaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq ədalətli cəza təyin olunmalıdır. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətində və apellyasiya protestində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.1-ci maddələri ilə təyin edilmiş cəzanın ədalətli olmaması barədə dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qeyd olunan maddələrlə ədalətli cəza təyin edilmişdir və həmin hissədə cəzanın dəyişdirilməsinə əsas yoxdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasının cəzanı yüngülləşdirilən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 05 iyul 2018-ci il, 12 iyul 2010-cu il və 08 sentyabr 2011-ci il təvəllüdlü üç azyaşlı uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır . Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzadan azad edilməsi üçün əsaslar və sonuncu barəsində əlavə cəza tətbiq olunması üçün zərurət yoxdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012ci il 07 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə görə, xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə müvafiq olaraq, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 341,539 qram təşkil edən qurudulmuş marixuana, 666,225 qram təşkil edən tiryək, 507,307 qram təşkil edən metamfetamin, 51,008 qram təşkil edən alfapirrolidinovalerofenon (a-PVP), qalıq 378 ədəd metadon həbləri, 1/2 hissə preqabalin kapsulu və və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, avtomobilinə və yaşadığı evə baxış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 03 ədəd DVD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd ədəd disk və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “İphone” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 159 (bir yüz əlli doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin verdiyi Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 iyun 2022-ci il tarixli 3183 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 347, 349-353, 356, 397.1, 397.2, 398.2, 398.1.2, 399.1.2, 401 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, 240.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 24 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 341,539 qram təşkil edən qurudulmuş marixuana, 666,225 qram tiryək, 507,307 qram metamfetamin, 51,008 qram alfa-pirrolidinovalerofenon (a-PVP), 378 ədəd metadon həbləri, 1/2 hissə preqabalin kapsulu və və 01 ədəd elektron tərəzi məhv edilsin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 01 ədəd “İphone” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, avtomobilinə və yaşadığı evə baxış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 03 ədəd DVD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd ədəd disk və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 159 (bir yüz əlli doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Sədrlik edən: Fərid Əyyubov
Hakimlər: Emin Mehdiyev
Elmar Rəhimov