Məhkəmə qərarları › İş №1(103)-1560/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1560/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1560/2022 08.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsi ilə, Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X13, Məhkum - Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Müdafiəçi5 və X7 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2022-ci il tarixli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2022-ci il tarixli hökmü ilə (İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər X14 və X4 ibarət tərkibdə) 1979-cu il oktyabrın 19-da Salyan rayonunun Kürqaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmə əsasən ibtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci il sentyabrın 06-da istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 3,867 qram çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 2021-ci il sentyabrın 10-da saat 18 radələrində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzinin 4-cü sıra, 5-ci korpusundakı 44 saylı dərzi dükanında saxlanaraq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin inzibati binasına gətirilib orada inzibati otaqların birində saat 18:55 radələrində Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən beş ədəd şəffaf sellofana bükülməklə ayrı-ayrılıqda 0,810 qram, 0,741 qram, 0,719 qram, 0,865 qram və 0,732 qram, ümumilikdə 3,867 qram təmiz çəkidə qəhvəyi rəngli tozşəkilli tərkibindəki komponentlərə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2022-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs əməlində AR CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı qanunsuz və əsasız ittiham irəli sürmüş, Bakı Ağır Cinayətlər Məhkəməsi isə həmin ittihamı təsdiq etmək üçün qərəzli şəkildə təqsirləndirilən şəxsin, şahidlərin və əlavə şahidlərin ifadələrini redakda edərək, onların demədiyi halda, onların adından yalan məlumatları məhkəmə iclası protokollarına və məhkəmənin məlum hökmünə otuzdurmaqla qanunsuz və əsasız olaraq ittiham hökmü çıxarmışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs bildirmişdir ki, "10 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Sədərək" ticarət mərkəzi, 4-cü sıra, 5-ci korpusda yerləşən 44 saylı dərzi dükanında işləyərkən, 6 nəfərdən ibarət olan Qaradağ rayon polis əməkdaşları onun işlədiyi dərzi dükanına daxil olaraq həm dükanda, həmdə dükanda olan şəxslər üzərində axtarış aparmışlar, həmin vaxt dükanda 5-6 nəfər müştəri olmuş, dükanda paltar tikdirən Sahib Fətullayev adlı şəxsə məxsus siqaret kutusundan narkotik vastə aşkar edilmiş, həmçinin, Sahib Fətullayevin dayandığı yerdə döşəmənin üzərindən kağız parçaya bükülmüş narkotik vasitə aşkar edilərək götürülmüş, polis əməkdaşları Sahib Fətullayevin, həmçinin dükan sahibi olduğuna görədə onunda qollarına əl qandalı vuraraq Qaradağ RPİ-nin inzibati binasına aparılmiş, polis idarəsində polis əməkdaşları tərəfindən döyülərək fiziki və psixi təziqlərə məruz qalmış, əvvəlcədən hazırlanmış izahat və İfadələrə imza etməyə məcbur edilmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən məzmunda ifadəsinə, məhkəmə qərəzli olaraq "yerdə içərisində narkotik vasitə olan kağız büküm tapıldığından onu da polis İdarəsinə aparmışlar, idarədə şəxsi axtarış və götürmə aparılarkən" sözləri otuzdurmuşdur. Polis əməkdaşları Sahib Fətullayevin üzərindən çıxan narkotik vasitələrdən istifadə edərək Təqsirləndirilən şəxsda cinayət məsuliyyətinə cəlb etdiklərindən, X5 narkotik vasitə ilə tutmadıqlarını, onun məhkəmə prosesində şahid qismində iştirak etmədiklərini, ümumiyyətlə Sahib Fətullayevi tanımadıqlarını bildirdilər. Lakin, X3 AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 1 (101)-1963/2021 saylı hökmü müdafiə tərəfindən məhkəməyə təqdim edildikdən sonra, şahid qismində ifadə vermiş polis əməkdaşlarının məhkəməyə yalan ifadələr verdikləri tam təsdiqini tapdı. Həmçinin, Sahib Fətullayevin tutulmasında iştirak etmiş Şahid1 və Şahid3 14 dekabr 2021-ci il tarixli məhkəmə İclasında iştirak etmələri və verdikləri ifadələrin məhkəmə iclas protokolunda qeyd edilməsi onları tam şəkildə ifşa etdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, l(101)-1963/2021 saylı hökmü məhkəməyə təqdim edildikdən sonra, X8, X6 və Ədİlov Samir Əlisafa oğlunun əlavə şahid qismində məhkəməyə dəvət edilib dindirilmələri barədə müdafiə tərəfinin verdiyi vəsatət qismən təmin edilərək, Sahib Fətullayevdən başqa digər şəxslərin məhkəməyə əlavə şahid q srnində dəvət edilmələri təmin edilmişdir. X12 və Ədİlov Samir Əlisafa oğlu, Sahib Fətullayev və Təqsirləndirilən şəxs tutularkən, Təqsirləndirilən şəxs dərzi dükanında paltar düzəltdirən şəxslərdir və onlarda axtarışa məruz qalmışlar, lakin ibtidai istintaq orqanı onları şahid qismində dindirməmişdilər. Təqsirləndirilən şəxs, birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadə verərkən özünü tam təqsirsiz hesab etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi məhkəmə iclası protokoluna və məhkəmənin məlum hökmünə qərəzli şəkildə "məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə" ifadəsini otuzdurmuşdur. Təqsirləndirilən şəxs işlədiyi dərzi dükanında paltar düzəltdirən və üzərindən narkotik vasitə aşkar edilən X10, Bakı Ağır Cinayətlər məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 1(101)-1963/2021 saylı hökmü ilə 5 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya məhkəməsinin 03 mart 2022-ci il tarixli qərarının surətindən görünür ki, göstərilən hökm dəyişdirilərək X3 əməli AR CMnin234.1-ci maddəsinə tövsif edilməklə o, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Müdafiə tərəfindən birinci instansiya məhkəməsinə Sahib Fətullayev barəsində olan hökmü təqdim etdikdən sonra və polis əməkdaşlarının yalan ifadələr verdiyi ifşa edildikdən sonra, Bakı Ağır Cinayətlər Məhkəməsi Sahib Fətullayev barəsində olan hökmü Təqsirləndirilən şəxs əlehinə şərh etməyə çalışmış, həmçinin, Təqsirləndirilən şəxsla birlikdə axtarışa məruz qalmış əlavə şahidlərin verdiyi ifadələri də şübhə altına almağa çalışmışdır. Yalnız, belə qərəzli şərhlərdən sonra Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə cəza təyin etmək mümkün olardı. Əslində, məhkəmə Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarmalı idi. Qərəzli şəkildə Təqsirləndirilən şəxs istinad edilən narkotik vasitənin kimyəvi ekspertizası 11 sentyabr 2021-cİ il tarixə, ekspert rəyinin nömrəsi isə 6/3997 göstərilmişdir. 14 dekabr 2021-ci il tarixli, l(101)-1963/2021 saylı məhkəmə hökmündə isə X16 edilən narkotik vasitənin kimyəvi ekspertizasının tarixi isə 11 sentyabr 2021-ci il tarixə, ekspert rəyinin nömrəsi isə 6/3998 göstərilmişdir. Bütün bunlar göstərir ki, İstintaq orqanı, əməliyyatı keçirtmiş polis əməkdaşları və birinci instansiya məhkəməsi nə qədər gizlətməyə çalışsalarda, həmin narkotik vasitələrin Sahib Fətullayevə məxsus olmasını İnkar edə bilməzlər. Hətta, həmin narkotik vasitələr bir dəfiyə təqdim edilsəydi, şübhəsis ki, eyni tərkibli olmaları barədə obyektiv rəy əldə ediləcəydi və həmin narkotik vasitələri mütləq şəkildə Sahib Fətullayevə məxsus olması öz təsdiqini tapacağdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərəzi" rublik hüquqi şəxsinin ambulator məcburi narkoloji tibbi yoxlamasının Təqsirləndirilən şəxs münasibətdə tarixi 25 sentyabr 2021-ci il, ekspert rəyinin nömrəsi isə 3621 göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərəzi" rublik hüquqi şəxsinin ambulator məcburi narkoloji tibbi yoxlamasının Sahib Fətullayevə münasibətdə tarixi 25 sentyabr 2021-ci il, ekspert rəyinin nömrəsi isə 3622 göstərilmişdir. İttiham tərəfinin təqdim etdiyi qeyri-mötəbər "sübutlar" əsasında Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə qərəzli olaraq cəza təyin edilmiş, müdafiə tərəfinin təqdim etdiyi sübutlar isə məhkəmə tərəfindən nəzərə alınmamış və heç bir hüquqi qiymət verilməmişdir. Hökmdən cinayət-prossesual qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını öyrənib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək, göstərmişdir ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilmir. o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzi, 4-cü sıra, 5-ci korpus, 44 saylı dükanda dərzi işləməklə ailəsini dolandırır, narkotik vasitələrdən istifadə etmir, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən iş yerində saxlanan zaman üzərində narkotik olmamış, qeyd olunan vaxt yerindəcə baxış keçirilərkən onun işlətmədiyi tikiş maşınından yanında olan X9 adlı şəxsə aid narkotik vasitə aşkar edilmiş, onun üstündən isə narkotik çıxmamışdır. Yerdə içərisində narkotik vasitə olan kağız büküm tapıldığından onu da polis idarəsinə aparmışlar, idarədə şəxsi axtarış və götürmə aparılarkən ona qarşı tətbiq edilən təzyiq nəticəsində üzərindən guya aşkarlanan beş büküm narkotik vasitə heroinin ona məxsus olduğunu etiraf etmişdir. Apellyasiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək, göstərmişdir ki, 2021-ci il sentyabrın 10-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün əməliyyat qrupu yaradılmışdır. Onlar qeyd olunan tarixdə saat 18:00-da ticarət mərkəzinə gedib müşahidələr aparmağa başlamış və ticarət mərkəzinin 4-cü sırasında dayanan Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra adı çəkilən şəxsi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə dəvət etmişlər. Orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman sonuncuya daşınması qanunla qadağan edilən hər hansı əşya gəzdirməsi halında könüllü surətdə təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən beş ədəd şəffaf sellofan bükümü, arxa cibindən 16 manatı çıxarıb təqdim etməklə bükümlərdəki narkotik vasitə heroini bir həftə əvvəl Salyan rayonundakı çayxanada təsadüfən həmsöhbət olsa da adını bilmədiyi şəxsən öz şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Pul vəsaiti Təqsirləndirilən şəxs qaytarılmaqla aşkarlanan bükümlər zərfə qoyulub möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Tərtib olunan protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Sonuncuya qarşı heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir. Apellyasiya məhkəməsində şahid qismində dindirilmiş polis serjantları olmaqla Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin kiçik inspektorları Şahid2 və Şahid3 digər Şahid1 birinci instansiya məhkəməsində verdiyi ifadələrini təsdiq edərək iş üzrə digər şahid qismində dindirilən Şahid1 ifadəsinə oxşar ifadələr verdilər. Məhkumun müdafiəçisinin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iş üzrə bütün halları nəzərə almadan Təqsirləndirilən şəxs məhkum etməsinə dair göstərdiyi dəlilini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdırmış, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərinin onun tərəfindən törədilməsi şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspert rəyi və işin digər obyektiv halları ilə tam təsdiq olunmuş, həmin sübutlara əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi haqqında işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş və onun əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Həmin sübutlara əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, o cümlədən bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin 2021-ci il 10 sentyabr tarixli raportlarından, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarından və Ə186-069-21 №-li əməliyyat qrupunun təşkil olunması barədə əmrindən, 2021-ci il sentyabrın 10-da tərtib etdiyi protokoldan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2021-ci il 15 sentyabr tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu 2021-ci il sentyabrın 10-da saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzi, 4-cü sıra, 5-ci korpus, 44 saylı dərzi dükanında saxlanaraq idarəyə gətirilmiş, məhkəmə həmin qərarı qanuni hesab etmişdir. İş materiallarında olan «şəxsi axtarış və götürmə aparılması haqqında» 10 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ arxa cibindən 16 manat, sağ yan cibindən beş ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etməklə içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni bir həftə əvvəl Salyan rayonunda çayxanada təsadüfən tanış olduğu, adını bilmədiyi şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmiş, 16 manat məbləğində pul Təqsirləndirilən şəxs qaytarılmaqla bükümlər zərfə qablaşdırılıb götürülmüş, protokol ucadan və aydın səslə oxundu, heç bir irad, əlavə və düzəliş daxil olmamış, bir ədəd DVD disk cinayət işinə əlavə olunmuşdur İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 11 sentyabr tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması görüntülərini əks etdirən bir ədəd DVD diskinə baxış zamanı sonuncunun əynindəki qara rəngli şalvarın sağ arxa cibindən 16 manat, sağ yan cibindən beş ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etməklə içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni bir həftə əvvəl Salyan rayonunda çayxanada təsadüfən tanış olduğu, adını bilmədiyi şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün aldığını bildirməsi, 16 manat məbləğində pulun Təqsirləndirilən şəxs qaytarılmaqla bükümlərin zərfə qablaşdırılıb götürülməsi müəyyənləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 11 sentyabr tarixli 6/3997 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş beş büküm» yazısı olan zərfdəki beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,810 qram, 0,741 qram, 0,719 qram, 0,865 qram və 0,732 qram olmaqla ümumi təmiz çəkisi 3,867 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanan narkotik vasitə heroindir, narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalığı 3,667 qram təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 25 sentyabr tarixli 3621 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunmaqla hazırda abstitensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə apellyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs istintaq zamanı onun döyülərək xəsarət almasını qeyd etdiyindən bununla bağlı ehtimal olunan cinayət haqqında məlumatların yoxlanılması zərurəti yarandığından məhkum Təqsirləndirilən şəxs hansı tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olduğu və daxil olan zaman bədən xəsarətlərinin olub-olmamasına dair məlumatın verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu göndərilmişdir. Göndərilmiş sorğuya verilən 17 noyabr 2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinələrdən keçirilmişdir. Sorğu zamanı o, həbs olunan zaman xəsarət almadığını bildirmişdir. Bədəninə baxış keçirilən zaman xəsarət aşkar olunmamışdır. Məhkuma cəza təyin edilməsi ilə bağlı məsələləri müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların (himayəsində bir azyaşlı uşağının olmasını işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olduğunu, yaşayış yeri üzrə barəsində şikayət və ərizə daxil olmadığını) və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların olmamasını əsas götürərək məhkuma ittiham olunduğu maddənin sanksiyası həddində, onun şəxsiyyətinə və törətdiyi əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il sentyabrın 20-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Qarnizonu Hərbi Məhkəməsinin 1999- cu il 30 iyun tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 242-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2003-cü il iyulun 17-də «İkinci dünya müharibəsində faşizm üzərində qələbənin ildönümü münasibətilə amnistiya haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 2003-cü il 06 may tarixli Qərarına əsasən intizam xarakterli hərbi hissəyə göndərilmiş, 2004-cü il martın 18-də cəza müddəti bitmişdi. Göründüyü kimi birinci instansiya məhkəməsi "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 nömrəli qərarında qeyd olunmuş tələbləri nəzərə alaraq X1 ədalətli cəza təyin etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2022-ci il tarixli hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq hesab edir ki, hökm qanuni və əsaslıdır, hökm qəbul edilərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının tələbləri pozulmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407-ci maddələrini rəhbər tutaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “PRO BONO” vəkili X11 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 6 AZN hesab edilməklə 10 (on) saat üçün 60 (almış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından X7 işlədiyi “PRO BONO” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Yekun qərar qəbul edildiyi andan qüvvəyə minir. Yekun qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar