Məhkəmə qərarları › İş №1(103)-1565/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1565/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1565/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbrahimli İbrahim Adil oğlu və X7 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Qafarova Elminaz Nazir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X4, Müdafiəçi, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2024-cü il tarixli, 1(101)-1200/2024 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X2 qızı (sədrlik edən), X10 və X3 ibarət tərkibdə) 06 may 2024-cü il tarixli, 1(101)-1200/2024 nömrəli hökmünə əsasən xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 16 avqust 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hal hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 15 il azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq ona qəti olaraq 15 (on beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 17 iyul 2023-cü il tarixdən 19 iyul 2023-cü il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 15 (on beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 avqust 2023-cü il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, təqsirkar üçün aşkar surətdə 14 yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətdə olmasından istifadə edib onu rüsvay edəcəyi hədəsi ilə qeyritəbii yolla cinsi əlaqədə olaraq seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, 2023-cü ilin aprel ayının ortalarında xx xxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə “Lalafo.az” saytında tanış olmuş, Zərərçəkmiş şəxs “İphone” markalı mobil telefonu satmaq adı ilə ilkin ödəniş kimi 74 manat pul almış, mobil telefonu və ya aldığı ilkin ödənişi geri qaytaracağına inandırıb 2023-cü ilin may ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən tarixdə sonuncunun yaşadığı Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən “Rahat” marketin yaxınlığından öz motosikleti ilə götürərək yaşadığı ünvan 3 ünvanında yerləşən yaşayış binasının damma aparmış, orada Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olmağa məcbur etmiş, zərərçəkmiş şəxs etiraz etdikdə onu rüsvay edəcəyini bildirib köməksiz vəziyyətdə olmasından istifadə edərək zor tətbiq etmə hədəsi ilə sonuncu ilə arxa keçəcək nahiyəsi vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq təqsirkar üçün aşkar surətdə 14 yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri edərək cinsi ehtirasını pozğun formada təmin etmişdir. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları və sübutların təsviri Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2024-cü il tarixli, 1(101)-1200/2024 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmədə son ifadəsi ilə göstərmişdir ki, Təqsirləndirilən şəxs onun övladı Zərərçəkmiş şəxs ilə çinsi əlaqədə olmamışdır. Ona qarşı qəzəbli olduğuna görə əvvəllər belə bir ifadə vermişdir. Verilmiş ekspert rəyindən də göründüyü kimi zərərçəkmiş Zərərçəkmiş şəxs İdməddin oğlunun Təqsirləndirilən şəxs əməlindən konkret zərər çəkdiyi müəyyən edilməmişdir. Buna baxmayaraq məhkəmə hökmündə qeyd etmişdir ki, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterili digər zorakılıq hərəkətləri etmə yetkinlik yaşına çatmayan şəxs barəsində törədilməsi üzrə cinayət məsuliyyəti isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətlərinə yol verməməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Əvvəla təqsirləndirilən şəxs ümumiyyətlə zərərçəkmiş şəxsin onun evini tanımaması müstəntiq tərəfindən hadisə yerinə baxış istintaq hərəkətinin “səhnələşdirilməsi" və zərərçəkmiş şəxsin həmin yerə aparılması barədə ifadəsi zərərçəkmiş şəxs tərəfindən təkzih edilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs ibtidai istintaq dövrümdə verdiyi ifadəsini təkzib edərək təqsirləndirilən şəxsin onun barəsində seksual xarakterli zorakılıq hərəkətlərinə yol vermədiyini bildirsə də həqiqətən Təqsirləndirilən şəxs evi yerləşən binanın damına çıxması halını etiraf etmişdir. Digər tərəfdən Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsindən Zərərçəkmiş şəxsın istifadəsində olan telefon nömrəsinə “Whatsapp” tətbiqi vasitəsilə daxil olmuş smslərdən görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə "Bilirsen ki seni çox istirem", "sen menim üreyimsen cox istirem seni", daha sonra anasına "oğluvun da seninde həyatında olmaq isteyirem" məzmunda mesajlar yazmışdır. Məhkəmə həmçinin zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə pulla görüşməyi təklif etməsi və bu təklifdən sonra yalnız zərərçəkmiş şəxsə "düzgün yol göstərməsi" məqsədilə onunla görüşməsi barədə sonuncunun ifadələrini həqiqətə uyğun hesab etmir. Belə ki. zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə telefonun qiyməti kimi müəyyənləşdirilmiş məbləğin əsas hissəsini ödədikdən belə təklif irəli sürməsi "ağlabatan " hesab edilməməlidir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində göstərilən əsaslarla hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X9 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2024-cü il tarixli, 1(101)-1200/2024 nömrəli hökmünü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, “Lalafo.az” saytında tərəfindən 250 manat müqabilində mobil telefon satışa qoyulmuş, telefonu satacağı zərərçəkmiş şəxs dayısının yoldaşının şəklini, şəxsiyyət vəsiqəsini ona ataraq qadın olduğunu bildirmişdir. Mobil telefonun alınması üçün zərərçəkmiş şəxs tərəfindən ilkin ödəniş təqdim edilmiş, qalan pul vəsaitinin hissə-hissə ödənilə biləcəyi barədə aralarında razılıq əldə edilmişdir. Pulun tam hissəsinin ödənilməsindən sonra telefonu zərərçəkmiş şəxsə verməyi nəzərdə tutmuş, zərərçəkmiş şəxs telefonun pulunu ona iki gün ərzində verəcəyini bildirmişdir. Telefona görə ilkin ödənişi ona görə əldə etmişdir ki, Bahəddin sonuncuya dayısının arvadının şəxsiyyət vəsiqəsini göndərmişdir. Lakin Bahəddinin dayısının arvadının adını bilməmiş, onun yaşının 30-dan çox olduğunu güman etmişdir. Həmin saytdan başqa, “whats app” mobil tətbiqi vasitəsilə də Bahəddinlə danışmışdır. Bahəddin ödənişi gecikdirdiyinə görə ondan şübhələnməyə başlamış, sonradan onunla danışan şəxsin oğlan olduğunu bilmişdir. Bahədinin oğlan olduğunu bildikdən sonra ondan valideynlərinin olub-olmamasını soruşmuşdur. Zərərçəkmiş şəxsi ilk dəfə məktəbin yanında ona 20 dollar pul verərkən görmüşdür. Bahəddin onun yaşadığı evdə olmamışdır.20 dollar verib getdikdən sonra Bahəddin telefon vasitəsilə danışıqlar zamanı ona 30 manat, 60 manat müqabilində görüşməyi təklif etsə də sonuncu ilə razılaşmamışdır. Bahəddinin başqa şəxslər tərəfindən əxlaqsız hərəkətlərə məruz qalması barədə zərərçəkmiş şəxsin anasına bildirmişdir. Zərərçəkmiş şəxsin anası onun nömrəsini uşaqla yazışarkən görüb ona yazmağa başlamışdır. Sonuncu barəsində polisə şikayət edildikdən sonra Polis Bölməsindən çağırılmış, könüllü olaraq Polis Bölməsinə getmişdir. Bahəddinlə onun heç bir yaxın münasibəti olmamışdır. Polis bölməsində olarkən qarşısına narkotik vasitə qoyulmuş, 3 gün 10-cu Polis Bölməsində, 2 gün isə müvəqqəti saxlama yerində olarkən ona qarşı təzyiq olunmuşdur. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan X1 ifadə verərək göstərmişdir ki, elan saytında mobil telefon axtararkən Hikmətin sayta yerləşdirdiyi elan qarşısına çıxmış, telefonla bağlı Hikmətə mesaj yazmışdır. Hikmət ona ilkin olaraq 40 manat verməsini daha sonra məbləğin qalan hissəsini verməsini bildirmişdir. Hikmət bir müddət sonra ona pulu gecikdirdiyinə görə əlavə pul verməli olduğunu bildirmiş, bundan sonra Hikmətlə məktəbin yanında görüşərək ona 20 dollar məbləğində pul vermişdir. Hikmətlə bir müddət “Whats app” mobil tətbiqində yazışmağa başlamışdır. Hikmətlə görüşdükdən sonra sonuncu ondan kiminlə qaldığını soruşmuş, o da evdəkilər barədə ona məlumat vermişdir. Hikmətlə mobil telefonla bağlı danışmaq üçün getmiş və onların söhbət mövzusu yalnız mobil telefon olmuşdur. Pulunu ödədiyi təqdirdə mobil telefonun ona verilməməsini gördüyündən əslində bacıya malik olmasa da Hikməti aldatmaq məqsədilə ona şəkil göndərərək guya həmin şəxsin onun bacısı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ya telefonun pulunun hamısını verməsini ya da ki, evdəkilərin şəkilinin atılmasını ondan tələb etmişdir. O, dayısının yoldaşının şəklini Hikmətə atmış, lakin təqsirləndirilən şəxs ondan dayısının arvadının “lüt” şəkilinin göndərilməsini tələb etmişdir. Hikmətin evdəkilərin şəklinin göndərməsi məzmununda ona mütəmadi olaraq yazdığı mesajlar anası tərəfindən aşkar edilmişdir. İbtidai istintaq zamanı həm aralarında həyata keçirilən üzləşmə, həm də dindirilməsi zamanı Hikmətin onunla cinsi əlaqədə olduğunu bildirsə də Hikmət onunla cinsi əlaqədə olmamışdır. Həmin ifadəni verərkən yanında psixoloq olsa da anası olmamış, anasının otaqdan çıxmasını özü müstəntiqdən xahiş etmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir tələb və şikayəti yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadə verərək göstərmişdir ki, oğlunun mobil telefonla mütəmadı olaraq danışdığını gördükdən bir gün sonra mobil telefonunu alıb, yoxlamağa başlamış, telefonda Hikmətin yazdığı mesajları görmüşdür. Həmin mesajlar Hikmətlə Bahəddin arasında telefon alqı-satqısı həyata keçirməsi məzmununda olmuşdur. Hikmət eyni zamanda Bahəddinə bacısının, anasının, dayısı arvadının şəkillərinin göndərilməsini xahiş etmişdir. Oğlu Bahəddin ona Hikmətlə evin damına gedərək orada cinsi əlaqədə olduqlarını demişdir. Hal- hazırda isə anasından qorxduğu üçün ona o vaxt bu məzmunda məlumat verdiyini söyləmişdir. İşdə olan Məhkəmə-tibbi ekspertizasının 14 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində aşkar edilmiş dəyişikliklər onunla dəfələrlə cinsi əlaqədə olma hallarına uyğundur. Arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər istisna olmaqla, hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmadığı üçün müddət haqqında fikir söyləmək mümkün deyil. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarət və xəsarət izi aşkar olunmamışdır. İşdə olan 13 sentyabr 2023-cü il tarixli ambulator məhkəmə-psixatrik ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır. Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Zərərçəkmiş şəxs ona qarşı törədilən cinayətin ictimai təhlükəliliyini dərk edir. Bu iş üzrə yoxlanılan şəxs təqsirləndirilən şəxs qismində keçmədiyi üçün onun anlaqlı olub-olmaması, məcburi müalicəyə ehtiyacının olubolmaması barəsində qoyulmuş suallar ona şamil edilmir. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs ona qarşı cinayət törədilərkən psixi-emosional halında həyəcan yarana bilərdi. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla, o öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Cinayət işinin materiallarında olan 15 avqust 2023-cü il tarixli Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasındakı üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. İşdə olan “Whatsapp” proqramında yazılmış sms mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs sms yazışmalarında Zərərçəkmiş şəxs ilə mesajlaşarkən sonunsuya anasından xoşu gəldiyini, anası ilə tanış olmaq istədiyini, daha sonra yazışmalarında Bahəddinin anası Naibə olduğunu bilirərək Qanuni nümayəndə “oğluvun xxxx sahib çıx, oğluvun nəyi kimlərlə nələr etdiyini, nə özünü, nə uşağını biabır eləmə ay bala, biabır olmamaq üçün başqalarını oğlundan soruş, otur fikirləş ona görə, qızının şəkillərini, dayısı arvadının şəkillərini atır ona buna, oğlun kimlə gəldi gedir olur, ama istəmirəm biabır olasan, ondansa əl-ələ verib hər şeyi düzəltmək istəyirəm, oğluvunda, sənində həyatında olmaq istəyirəm” sözlərini yazmışdır. İşdə olan 5 oktyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, 5D nömrəli yaşayış binasının damıdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin evinə qonaq aparmaq məqsədilə həmin ünvana gətirmiş, evində qonaq olduğu üçün həmin dama çıxartmış və etirazlarına baxmayaraq binanın damında heç kim olmadığından əmin olduqdan zərərçəkmiş şəxsin etirazlarına baxmayaraq ayaqüstü yarım saata yaxın onunla cinsi əlaqədə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən 04 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə həmin cəza 4 il sınaq müddəti ilə şərti hesab edilmişdir. 17 iyul 2020-ci ildə cəza müddəti başa çatmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cu maddəsinə əsasən 17 iyul 2023-cü il tarixdən 19 iyul 2023-cü il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2024-cü il tarixli, 1(101)-1200/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin tövsifini müzakirə edərək ona bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixoloji təsir edilməsi barədə dəlillərini əsassız hesab edib qeyd edir ki, həmin psixoloji təsirin nədə ifadə olunmasını göstərməmişdir. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən digər hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, himayəsində azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2024-cü il tarixli, 1(101)-1200/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum olunmasına dair 06 may 2024-cü il tarixli, 1(101)-1200/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: İbrahim İbrahimli Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar