Məhkəmə qərarları › İş №1(103)-1578/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1578/2024

27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1578/2024 27.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-280/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-280/2023 nömrəli hökmünə əsasən, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4 maddələri ilə 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə 3(üç) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs4 4(dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-9/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs4 üzərində qəti olaraq 5(beş) il 3(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, ona 2(iki) il 9(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-9/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 4 (dörd) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, ona 2(iki) il 9(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 1(012)- 180/2022 saylı, xx.xx.2023-cü il tarixli hökmü nəzərə alınaraq az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs2 üzərində 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri 3(üç) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs1 4(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-180/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona 4 (dörd) il 3(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-in 69.3 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, ümumilikdə 10 ay 26 gün müddət təyin edilmiş cəzadan çıxılsın, üzərində qəti olaraq 3(üç) il 4(dörd) ay 4(dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, məhkəmə məsrəfləri və maddi sübut məsələləri də həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan məhkum edilmiş şəxs X3 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-280/2023 nömrəli hökmü ilə razı olmadığını qeyd edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi əməlindən peşiman olmasını, şikayətçilərin olmamasını, himayəsində xəstə yaşlı anasının olmasını, gənc olmasını nəzərə alınmamışdır, ona görə də ona köməklik göstərilib işinə düzgün baxılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)- 1578/2024 nömrəli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-280/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti hərəkətsiz saxlanılmış, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386-cı maddəsinin tələbinin yerinə yetirilməsi üçün 20(iyirmi) gün vaxt təyin edilməklə cinayət işi həmin məhkəməyə qaytarılmış, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 apellyasiya qaydasında şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi ilə bağlı birinci instansiya məhkəməsi qarşısında vəsatət qaldırmaq hüququnun olması izah edilmişdir. İş materiallarından görünür ki, təyin edilmiş müddət ərzində məhkum Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-280/2023 nömrəli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar həmin məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.4-cü maddəsinə əsasən bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.4 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)- 280/2023 nömrəli hökmündən məhkum Təqsirləndirilən şəxs3 tərəfindən apellyasiya şikayəti verilməmiş hesab edilsin və baxılmamış saxlanılsın. Qərardan bir ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar