Məhkəmə qərarları › İş №1(103)-1585/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1585/2021

01.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1585/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Müdafiəçi, Məhkum edilmiş Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Cəbrayıl rayonunun Balyand kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Cəbrayıl rayonunun Balyand ərazi dairəsi, Balyand kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2021ci il tarixli, 1(101)-1376/2021 nömrəli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamını müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və məhkum edilmiş şəxsin şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İstintaq orqanı tərəfindən elan olunmuş ittihama əsasən Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5,523 qram çəkidə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib 02 ədəd bükümə bölərək üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 23 aprel 2021-ci il tarixdə saat 19:00-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq adı çəkilən İdarəyə dəvət edilmiş və orada xidməti otaqların birində həmin tarixdə saat 20:58-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkcəsinin iç sol cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd sellofan bükümündə ayrıayrılıqda çəkiləri 2,710 qram və 2,813 qram olmaqla, ümumilikdə külli miqdarda təmiz çəkisi 5,523 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 1(101)-1376/2021 nömrəli hökmünə əsasən (hakimlər Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi ilə, X9 və X2 ibarət tərkibdə) Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı 23 aprel 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Hökmlə maddi sübutların taleyi da həll edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 1(101)-1376/2021 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində hökmün mətni təsvir edilməklə əlavə olaraq göstərilmişdir ki, hökmlə təyin edilmiş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun deyildir. Məhkəmənin hökmündə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən kifayət qədər çoxlu hallar, yəni onun Cəbrayıl rayonundan məcburi köçkün ailəsi olmasını, əvvəllər məhkum olmamasını, himayəsində 4 nəfər əmək qabiliyyəti olmayan ailə üzvü, o cümlədən iki azyaşlı qız övladının və İİ qrup əlil anasının olmasını, atasının vəfat etməsi və anasının 2-ci dərəcəli əlil olmaqla əmək qabiliyyətinin olmaması səbəbindən ailənin yeganə qazanc gətirəni olmasını, ailə vəziyyətlərinin çətin olması, daim ictimai faydalı əməklə məşğul olması sadalansa da, onun cəzasını ağırlaşdıran halların olmaması göstərilsə də, bu cəza təyinində nəzərə alınmamış, onun təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza nəzərdə tutulduğu halda, bunun səbəbi tam və ətraflı əsaslandırılmadan ona ağır cəza, yəni azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir ki, göstərilən cəza ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəzadır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 1(101)-1376/2021 nömrəli hökmündən Dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi özünü müdafiə kimi qiymətləndirilməli olduğu halda, məhkəmə qeyd olunan bu xususatı düzgün dəyəndirməməklə səhv mövqe sərgiləmiş və bu da təqsirləndirilən şəxsin barəsində əsassız ittiham hökmünün çıxarılması ilə nəticələnmişdir. İşdə olan şəxsi axtarış və götürmə barədə 23 aprel 2021-ci il protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 aprel 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat- axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 19:00-da saxlanılaraq həmin İdarəyə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli gödəkçəsinin iç sol cibində olan 02 ədəd şəffaf sellofan bükümü, əynində olan şalvarının sağ yan cibində olan “İphone" markalı mobil telefonu və şalvarının sol yan cibində olan 16 manat 50 qəpik pulu təqdim etmişdir. İş materiallarında olan 23 aprel 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərardan və iş üzrə polis əməkdaşlarının verdiyi ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat onun qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, daşıması və satışı ilə məşğul olması barədə olmuşdur. Həmin məlumat əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq idarəyə dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. İş materiallarına söykənərək qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini cibinə qoyaraq tutulma təhlükəsini dərk etdiyi halda küçəyə çıxması, ünvan 3 ünvanının yaxınlığında gəzdirməsi, psixotrop maddə metamfetamini şəxsi islehlak miqdarından dəfələrlə artıq miqdarda əldə etməsi faktı əməlin tövsifı zamanı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qeyd edilənlər Təqsirləndirilən şəxsyn tərəfindən psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə etməsini sübut edən amillərdəndir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi şəxsi istehlak miqdarından 36 dəfə artıq, yəni 5,523 qram olmuş, bu da onun məhz psixotrop maddə metamfetamini satması üçün əldə etməsi qənaətinə gəlməyə əsas verir. Bundan başqa, psixotrop maddəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onları satış məqsədilə əldə etməsi onun hər hansı istehlakçı ile razılıq əldə edib-etməməsi, psixotrop maddəni hazırlaması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Çünki psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etmiş Təqsirləndirilən şəxs istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq psixotrop maddə metamfetaminin külli miqdarda əldə edilməsi mümkündür və istisna olunmamışdır. Yuxarıda sadalanan halların məcmusundan görünür ki, məhkəmə əməlin tövsifində düzgün mövqe sərgiləməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin istər ibtidai istintaq, istər məhkəmə baxışı zamanı verdiyi ifadələri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə vermiş olduğu özünümüdafiə xarakterli ifadələrdir. Buna baxmayaraq, məhkəmə Təqsirləndirilən şəxs üzərindən külli miqdatda 5,523 qram psixotrop maddə metamfetaminin aşkar edilməsi kimi ciddi və əməlin tövsifinə təsir edən xüsusatları öz hökmündə müzakirə edərək hüquqi qiymət verməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BMCM-nin “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair" 23 aprel 2020-ci il tarixli qərarının məzmunundan və iş üzrə alınmış şahid ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması barədə məlumat daxil olmuşdur. Lakin şəxsin tutumasından sonra təqsirləndirilən şəxsin psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanlarına hər-hansı digər məlumatların daxil olmaması həmin şəxs tərəfindən psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə etməklə saxlamasını heç də inkar etmir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlu və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin təmin edilərək hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini, apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X10 apellyasiya protestinin təmin edilərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə barəsində yeni ittiham hökmünün çıxarılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 1(101)-1376/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsi barədə apellyasiya protestinin dəlillərini əsassız hesab edir və ümumiyyətlə Təqsirləndirilən şəxs oğlunun əməlinin hüquqi tövsifini müzakirə edərək və yoxlayaraq, əməllərinin tövsifinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər heç bir narkotik vasitədən istifadə etməsə də, “şüşə” kimi bilinən psixotrop maddə olan metamfetamin haqqında eşitmişdir. 23 aprel 2021-ci il tarixdə günorta vaxtı yaşadığı ünvan 1 ünvanında yerləşən evə gedən zaman yolun kənarında iki büküm sellofan paket görmüş və diqqətini çəkmişdir. Həmin paketləri götürən zaman onların içərisində “şüşə” olduğunu müəyyən etmiş və əynində olan gödəkcənin sol iç cibinə qoymuşdur ki, nə vaxtsa istifadə edər. Həmin günü, yəni, 23 aprel 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5-ci Şimal küçəsində olduğu zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü onlara təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “şüşə” adı ilə tanıdığı narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, o da buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmişdir. O, polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan gödəkcəsinin cibində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, gödəkcəsinin iç sol cibində olan 02 ədəd şəffaf sellofan bükümü, əynində olan şalvarının sağ yan cibində olan “İphone” markalı mobil telefonu və şalvarının sol yan cibində olan 16 manat 50 qəpik pulu çıxardıb təqdim etmişdir. O, təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində “şüşə” adı ilə tanıdığı narkotik vasitə aşkar olunmuş, lakin polis əməkdaşları həmin maddələrin psixotrop maddə metamfetaminə oxşar maddələr olduğunu bildirmişlər. Sorğu zamanı üzərindən aşkar edilmiş iki ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə olan metamfetamini 23 aprel 2021-ci il tarixdə günorta vaxtı yaşadığı ünvan 1 ünvanında yerləşən evin yaxınlığından təsadüfən tapdığını və həmin maddələri öz şəxsi istifadəsi üçün götürüb üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmet aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmış, qablaşmanın üzəri möhürlənmiş, o və digər iştirakçılar tərəfindən qablaşmanın üzəri imzalanmışdır. Üzərindən aşkar edilmiş 16 manat 50 qəpik pul özünə qaytarılmış, “İphone” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, yerdən taparaq üzərində gəzdirdiyi psixotrop maddə metamfetamini gələcəkdə şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. O, əvvəllər heç bir psixotrop maddə istifadə etməmiş, üzərində psixotrop maddə metamfetamin olmasından heç kimin məlumatı olmamışdır. "xxxx" MMC-ə məxsus ***-***- **-** nömrəsindən istifadə etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitələri satış məqsədi ilə saxlamamışdır. Himayəsində iki azyaşlı uşaq vardır, atası vəfat etmiş, anası isə 2-ci qrup əlildir, ailənin yeganə qazanc mənbəyi odur. Bütün bunları nəzərə alaraq, onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru xüsusi rütbəsini daşıyır. 23 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da daxil edilmişdir. 23 aprel 2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5-ci Şimal küçəsində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 19:00-da qeyd edilən yerdə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi görüb ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmiş, o da etiraz etmədən onlarla Baş İdarəyə getmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı X4 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin cibində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli gödəkcəsinin iç sol cibində olan iki ədəd şəffaf sellofan bükümü, əynində olan şalvarının sağ yan cibində olan “İphone” markalı mobil telefonu və şalvarının sol yan cibində olan pulu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd şəffaf sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmiş, lakin həmin bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərdə olan psixotrop maddə olan metamfetamini Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən yaşadığı nömrəsiz fərdi evin yaxınlığından təsadüfən tapdığını və həmin maddələri öz şəxsi istifadəsi üçün götürüb üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Zərfin üzəri o və digər iştirakçılar tərəfindən imzalanmış, eyni zamanda aşkar edilmiş pul Təqsirləndirilən şəxs özünə qaytarılmış, “İphone” markalı mobil telefon isə götürülmüş, Təqsirləndirilən şəxs tərəfindən psixotrop maddələrin satışı ilə də məşğul olması öz təsdiqini tapmamışdır. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olmamış, Əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərməmişdir. Birinci instansiya məhkəməsi əməlin tövsifinə münasibətdə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib saxlaması barədə sübut etmə predmetinin müəyyən edilməsi üçün, heç bir mötəbər sübutlar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlama və daşıması barədə verilən ittihama baxmayaraq bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübut aşkar olunmamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs oğlunun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunması, yəni onun narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə istintaq orqanının gəldiyi nəticələri əsassız və işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz satılması - narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Təqsirləndirilən şəxs oğlu cinayət işi üzrə ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı izahat və ifadələrində psixotrop maddəni öz istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. İstintaq orqanı işin bu halını təkzib edəcək hər hansı sübut əldə etməmişdir. İşin həqiqi hallarından göründüyü kimi polis əməkdaşları (əməliyyat müvəkkilləri) Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olmasını göstərsələr də, əslində həmin məlumatın mənbəyi cinayət işi üzrə qeyri-müəyyəndir, bununla bağlı cinayət işinin materiallarında hər hansı məlumat mövcud deyildir. Belə olan halda əməliyyat müvəkillərinin verdikləri həmin məlumatın cinayət işi üzrə satışa dəlalət edən sübut kimi təqdim edilməsi işin həqiqi hallarına uyğun olmamaqla polis əməkdaşlarının (əməliyyat müvəkkillərinin) ifadələrinə həmin hissədə şübhə ilə yanaşmağa kifayət qədər əsas verir. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət işi üzrə ibtidai istintaq zamanı bütün izahat və ifadələrində, bütün istintaq hərəkətləri zamanı psixotrop maddələri özünün şəxsi istifadəsi üçün əldə etdiyini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Psixotrop maddənin külli miqdarda olması şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyildir və bu hər bir halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə yanaşı və müqayisəli şəkildə qiymətləndirilməlidir. Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarındakı tövsiyyələrə də uyğundur. Beləliklə, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə düzgün olaraq müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs psixotrop maddələri satış məqsədi ilə əldə etməmişdir, bu barədə ittiham mötəbər sübutlar olmadan və ehtimallar üzərində qurulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilinib məhkum edildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarında olan 30.04.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 113) İş materiallarında olan Cəbrayıl rayon İHB-nın Balyand KİƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 130) İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X7 17 dekabr 1991-ci ildə vəfat etmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin görünür ki, Təqsirləndirilən şəxs himayəsində 16 noyabr 2016-cı il təvəllüdlü Fatimə və Xədicə iki azyaşlı qız övladları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 34 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs anası X1 müddətsiz olaraq İİ dərəcəli əlillik dərəcəsi verilmişdir və o, əmək qabiliyyətsizdir. Mübahisələndirilən hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı övladının olmasını, atasının vəfat etməsi və anasının 2-ci dərəcəli əlil olmaqla əmək qabiliyyətinin olmaması səbəbindən ailənin yeganə qazanc gətirəni olmasını, ailə vəziyyətlərinin çətin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının giriş hissəsində qeyd olunmuşdur ki, bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir. Plenumun həmin Qərarına əsasən məhkəmələr narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə diqqət yetirilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs oğlunun barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı kifayət qədər nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza ilə əvəz edilməsi və ya yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti və apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 1(101)-1376/2021 nömrəli hökmü isə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkum edilmiş şəxsin şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 1(101)-1376/2021 nömrəli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: İbrahim İbrahimli Hakimlər: Zəki Babayev Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar