Məhkəmə qərarları › İş №1(103)-1592/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1592/2021

04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1592/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Azərbaycan Respublikası Baş Prokurorluğu DİMİ-nin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X18 oğlunun, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, xx xxxxxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran savxozu, 2382-ci kvartal, ev 15-də qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 29/48-də yaşamış, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim X11, hakimlər X5 və X1 ibarət tərkibdə) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3- cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 01 aprel 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə Təqsirləndirilən şəxs2 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Hökmlə maddi sübutların taleyi də həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 oğlu ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmə, daşıma, saxlama və satma barədə öz tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə öz tərkib əlamətlərinə görə fərqlənən külli miqdarda - 8,630 (səkkiz tam, mində altı yüz otuz) qram və külli miqdarda - 96,514 (doxsan altı tam, mində beş yüz on dörd) qram olmaqla iki bükümdə cəmi 105,144 (yüz beş tam, mində yüz qırx dörd) qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini Biləsuvar rayonu ərazisində satış məqsədi ilə qanunsuz əldə edib daşıyaraq naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qrupun digər üzvü Təqsirləndirilən şəxs1 vermiş, sonuncu satış məqsədi ilə 8,630 (səkkiz tam, mində altı yüz otuz) qram heroini bölərək 18 ədəd bükümdə, 96,514 (doxsan altı tam, mində beş yüz on dörd) qram heroini isə bir ədəd bükümdə üzərində saxlamaqla qanunsuz olaraq Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində fəaliyyət göstərən “Nənəmin Təndiri” adlı obyektin yaxınlığına daşımışdır. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 aprel 2020-ci il tarixdə saat 18 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 qeyd edilən tarixdə orada saxlanılaraq adı çəkilən idarəyə dəvət edilmiş və xidməti otaqların birində şəxsi axtarış və götürmə aparılarkən o zaman əynində olmuş gödəkçəsinin sol yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda - 96,514 (doxsan altı tam, mində beş yüz on dörd) qram və həmin gödəkçənin sağ yan cibindən 18 ədəd bükümdə külli miqdarda - 8,630 (səkkiz tam, mində altı yüz otuz) qram olmaqla cəmi külli miqdarda -105,144 (yüz beş tam, mində yüz qırx dörd) qram narkotik vasitə heroin və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək müvafiq qaydada götürülmüşdür. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmündən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs1 əməlini Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddədə nəzərdə tutulan ən aşağı həddə cəzanın verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60, 65, 72-ci, Cinayət Məcəlləsinin 8.1, 9.2, 41.2, 58.3-ci və Cinayət Prosessual Məcəllləsinin 381.1, 399.1.3, 401.2.1, 401.2.4-cü maddələrinin məzmununa istinad edilməklə əsaslandırılmışdır. Hökmdən digər məhkum olunmuş şəxs və onun müdafiəçisi apellyasiya şikayəti, dövlət ittihamçısı apellyasiya protesti verməmişlər. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3 verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs1 oğlunun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Zəfər Ramazanov verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, hökmün Təqsirləndirilən şəxs1 aid hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 oğluna aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, öz ailə üzvləri ilə birlikdə Masallı rayonu, Qızılağac kəndində yerləşən evində yaşayır. İş üzrə keçən digər təqsirləndirilən şəxs, yəni Təqsirləndirilən şəxs1 təxminən 2018-ci ildən tanıyır. Belə ki, o, həmin dövrdə Bakı şəhərində Aydının evində təmir işləri ilə məşğul olmuş və münasibətləri yaranmışdır. Elə həmin vaxtdan sonra isə yaxın bir tanış kimi bir-birləri ilə mütəmadi olaraq əlaqə saxlamışlar. Hal-hazırda da Aydınla münasibətləri yaxşıdır və aralarında heç bir ədavət yoxdur. Onun özü heç vaxt narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmiş və onların satışı ilə məşğul olmamışdır. O, müxtəlif yerlərdə fəhləliklə məşğul olmaqla öz ailəsini dolandırmışdır. 2020ci ilin təxminən mart ayının əvvəllərində işlə əlaqədar o, Biləsuvar rayonuna getmişdir. Orada işlərini gördükdən sonra isə Masallı rayonuna qayıtmaq üçün taksilərin dayandığı yerə getmişdir. Orada yerləşən ərzaq dükanına daxil olub özünə siqareti almışdır. Həmin dükandan çıxdıqda həmin dükanın yanında olan ağacın altında bir ədəd sellofan torbanın olmasını görmüş və həmin sellofan torbanı götürüb yoxlayan zaman onun içərisində narkotik vasitə heroin olmasını görmüşdür. Heç vaxt narkotik vasitə istifadə etməsə də heroinin hansı formada olmasını təxminən bilir. Əvvəlcə o, həmin sellofan torbanı atmaq istəmiş, lakin sonra qərara almışdır ki, onu götürüb özündə saxlasın. Sonradan onun yadına düşmüşdür ki, Bakı şəhərində yaşayan tanışı Aydın həmin narkotik vasitə heroinin istifadəçisidir. Belə ki, Bakı şəhərində Aydının evinin təmirində işlədiyi üçün onunla münasibəti olmuş və onun narkotik vasitə istifadə etdiyini bilmişdir. Bundan sonra o, Aydınla telefon əlaqəsi saxlayaraq bu barədə ona bildirmişdir. Aydın həmin narkotik vasitə heroini haradan əldə etdiyini ondan soruşmuş və isə təsadüfən tapdığını bildirmişdir. Həmin söhbət zamanı Aydın həmin narkotik vasitə heroini Bakı şəhərinə gəlib ona verməsini xahiş etmişdir. O isə Aydına Bakı şəhərinə gələ bilməyəcəyini bildirmiş və özünün Biləsuvar rayonunda olmasını bildirərək ora gəlməsini demişdir. Bundan sonra Aydın onunla telefon əlaqəsi saxlayaraq 2020-ci ilin mart aylarının sonlarında Biləsuvar rayonuna onun yanına gəlmiş və həmin bir bükümdə olan heroini Aydına vermişdir. Bunun əvəzində Aydın ona 600 manat pul vermiş və əlavə olaraq 800 manat da verəcəyini bildirmişdir. Aydından həmin 600 manatı almış və yaşadığı rayona qayıtmışdır. Sonradan Aydınla əlaqə saxlamış və pul barədə maraqlanmışdır. Aydın yolların bağlı olduğunu bildirmiş və ona pulu kart vasitəsi ilə göndərəcəyini bildirmiş, o isə ona kredit kartının olmadığını bildirmişdir. Bundan sonra Aydın ona öz tanışlarından kart taparaq ona həmin kartın üzərində olan rəqəmləri söyləməyini və pulu həmin karta vuracağını bildirmişdir. Həmin dövrdə onun özünün öz tanışı Elsevərə 200 manat borcu olmuşdur. Buna görə də Elsəvərlə telefon əlaqəsi saxlayaraq Bakıdan pul göndəriləcəyini, kredit kartı tapmasını və pulun kredit kartına göndəriləcəyini bundan sonra isə kartdan pulu çıxarıb onun borcunu verəcəyini bildirmişdir. Elsəvər öz xalası oğlu Rəşadın kartının şəklini ona atmışdır. O isə həmin kartın şəklini Aydına atmış, lakin Aydın həmin karta pul köçürməmişdir. Bundan bir neçə gün sonra Aydınla əlaqə saxlamış, lakin onun nömrələrinə zəng çatmamışdır. 04 aprel 2020-ci il tarixdə saat təxminən 08 radələrində yaşadığı Masallı rayonu Qızılağac kəndində yerləşən fərdi evin qapısı döyülmüş və qapını açdıqda bir neçə nəfər mülki geyimli şəxslərin qapının qarşısında dayandıqlarını görmüşdür. Həmin şəxslər özlərinin polis əməkdaşları olmalarını bildirərək Aydının tutulduğunu və keçirilmiş tədbirlər nəticəsində Aydının narkotik vasitə heroini ondan aldığının müəyyən olunduğunu ona bildirmişlər. Həmin polis əməkdaşları onlarla birlikdə Bakı şəhərinə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyərək onlarla birlikdə həmin idarəyə getmişdir. Onu da bildirmək istəyir ki, o zaman o, Aydına verdiyi heroini öz qardaşı Musadan əldə etdiyini bildirmişdir. Belə ki, o zaman onun öz qardaşı Musa ilə münasibətləri pis olmuş və polis işçilərinin onu qardaşı Musanın xahişi ilə həbs etdiklərini zənn etmişdir. Əslində isə onun qardaşı Musa Əliyev hər-hansı bir narkotik vasitədən istifadə etmir və ona heç vaxt narkotik maddə verməmişdir. Buna görə də o, müstəntiqə hər şeyi olduğu kimi etiraf edərək, həmin heroini Biləsuvar rayonunda təsadüfən tapdığını, tanışı Aydının heroindən istifadə etdiyini bildiyinə görə həmin narkotik maddəni Aydına verib bu yolla bir az pul qazanmaq istədiyini və buna görə Aydının ona ilkin olaraq altı yüz manat pul verdiyini bildirmişdir. Bir daha bildirir ki, onun özü əvvəllər heç vaxt hər-hansı bir narkotik vasitədən istifadə etməmiş və onun satışı ilə məşğul olmamışdır. Fəhləliklə məşğul olmuşdur və Təqsirləndirilən şəxs1 sonuncunun evində 2018-ci ildə təmir işləri aparan zaman tanımışdır. Təqsirləndirilən şəxs1 verdiyi narkotik vasitə olan heroini o, Biləsuvarda yerləşən ərzaq dükanından çıxdıqda həmin dükanın yanında olan ağacın altından təsadüfən tapmışdır. Həmin hadisə 2020-ci ilin təxminən mart ayının əvvəllərində olmuşdur. Həmin narkotik vasitə olan heroini o, Aydlın Ərəbova 2020-ci ilin təxminən mart ayının sonlarında Biləsuvar rayonunda vermişdir. Həmin narkotik vasitə olan heroini tapdıqdan sonra o, həmin heroini təxminən iyirmi gündən artıq vaxt ərzində özündə qanunsuz saxlamaqda özünü təqsirli hesab edir. Həmin narkotik vasitə olan heroini tapıb özündə saxladığı barədə əvvəlcə o, heç kəsə deməmişdir. Lakin, sonradan yalnız Təqsirləndirilən şəxs1 bu barədə demişdir. Tapdığı həmin heroindən o, heç kəsə verməmiş və yaxud satmamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olduğu bildiyinə görə bu barədə ona məlumat vermişdir. Bundan sonra isə Aydın 2020-ci ilin mart aylarının sonlarında Biləsuvara gələrək bir bükümdə olan həmin heroini ondan götürmüşdür. İstintaq zamanı o, hadisə necə olmuşdursa hər şeyi müstəntiqə bildirmişdir. Törətdiyi həmin əmələ görə peşmandır. O, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə olan heroini ona verəcəyinə görə ondan qabaqcadan pul istəməmişdir. Onunla Biləsuvar rayonunda görüşüb heroini ona verən zaman Aydın həmin narkotikə görə ona min dörd yüz manat pul verəcəyini demiş və həmin görüş zamanı ona 600 manat pul vermiş, qalan 800 manat pulu isə ona sonra verəcəyini bildirmişdir. Bundan sonrakı dövrdə o, Təqsirləndirilən şəxs1la telefon əlaqəsi saxlayaraq qalan pulu da verməsini demiş, lakin Aydın imkanı olmadığını bildirərək bir müddət gözləməsini demişdir. Lakin, sonrakı dövrdə Aydın ona əlavə pul verməmişdir və yuxarıda göstərdiyi kimi 04 aprel 2020-ci il tarixdə yaşadığı Masallı rayonu Qızılağac kəndində olan zaman polis işçiləri onun özünü də həbs edərək Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Həmin iş üzrə həbs olunmazdan əvvəlki dövrdə onun özünün istifadəsində ***- ***-**-** nömrəli mobil telefon nömrəsi olmuşdur. Təqsirləndirilən şəxs1la və digər tanışları ilə o, həmin telefon nömrəsindən istifadə etməklə telefon əlaqəsi saxlamışdır. Bir daha bildirir ki, onun həmin narkotik vasitə olan heroini kiməsə satmaq fikri olmamışdır. Lakin, Aydın həmin narkotikə görə ona pul verəcəyini dediyinə görə, o zaman maddi çətinlikləri olduğuna görə onun təklifi ilə razılaşaraq ilkin ödəniş kimi ondan altı yüz manat pul götürmüşdür. Törətdiyi əmələ görə peşimandır və bu hərəkətləri o, maddi imkansızlıq ucbatından etmişdir. Himayəsində azyaşlı uşaqlarının olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun və Təqsirləndirilən şəxs2 hadisələrin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı barədə işin faktiki hallarına uyğun olan qismən etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut, telefon danışıqlarına və sms yazışmalarına dair məlumatlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, ibtidai istintaq zamanı iş üzrə Təqsirləndirilən şəxs1, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək 02 aprel 2020-ci il tarixli şübhəli şəxs qismində və 03 aprel 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, heroini əridərək iynə yolu ilə bədəninə vurmuşdur. Narkotik vasitə heroini müxtəlif şəxslərdən pulun müqabilində almış, son zamanlar narkotik vasitə heroini tapmaqda çətinlik çəkmişdir. Bu zaman yaşadığı məhəllədən qiyabi olaraq tanıdığı, bir neçə dəfə birlikdə narkotik vasit istifadə etdiyi Vüqardan narkotik vasitə heroini haradan tapdığını soruşmuş, Vüqar ona Naim adlı şəxsdən aldığını bildirmişdir. Ondan hansı formada aldığını soruşduqda Naim adlı şəxslə Vatsap proqramı vasitəsi ilə əlaqə saxladığını, Naimin dediyi kart hesabına pul köçürdüyünü, sonradan qəbzin şəklini Vatsap vasitəsi ilə Naimə atdığını və sonradan Naimin dediyi ünvandan narkotik vasitə heroini götürdüyünü bildirmiş, Vüqardan həmin şəxsin mobil nömrəsini istəmişdir. Vüqar Naim adlı şəxsin +**********13 mobil nömrəsini istifadə etdiyini və onunla sadəcə Vatsap vasitəsi ilə əlaqə saxlamağını bildirmişdir. Bundan bir neçə gün sonra 2020-ci ilin təxminən mart ayının ortalarında Naimə məxsus +**********13 mobil nömrəsinə istifadəsində olan +**********86 mobil nömrəsindən Vatsap proqramı vasitəsi ilə mesaj yazaraq nömrəsini Vüqardan aldığını və istifadə etmək üçün narkotik vasitə heroin istədiyini bildirmişdir. Naim Vüqarı tanıdığını söyləmiş və nə qədər narkotik vasitə heroin istədiyini soruşmuşdur. 600 manat pulun müqabilində nə qədər narkotik vasitə heroin alınırsa verməsini istəmişdir. Naim 600 manat pulun müqabilində 35 qram narkotik vasitə heroin verə biləcəyini bildirmişdir. Onlar razılaşmış və ondan narkoik vasitəni haradan alacağını və pulu harada verəcəyini bildirmişdir. Naim narkotik vasitə heroini Biləsuvar rayonuna gəlməyini həmin 600 manat pulu özü ilə gətirməyini və narkotik vasitəni onun dediyi ünvandan götürdükdən sonra pulu da həmin yerə qoymağını istəmişdir. Naimin dediyi kimi etmiş və 600 manat pulu götürüb Biləsuvara getmişdir. Ora çatdıqda Naim ünvanı izah eləməyə başlamış, bundan sonra ünvanın dəqiq şəklini də atmışdır. Dəqiq xatırlamadığı ünvanda adını dəqiq bilmədiyi ərzaq dükanının yanından Naimin dediyi 35 qram narkotik vasitə heroini tapmış və özü ilə gətirdiyi pulu narkotiki götürdüyü yerə qoymuşdur. Bundan sonra bu barədə Naimə bildirmiş və Bakıya qayıtmışdır. Həmin narkotiki şəxsi istifadəsi üçün almışdır. Lakin sonradan maddi vəziyyəti pisləşdiyi üçün həmin narkotik vasitə heroindən bir qədərini onunla birlikdə heroin istifadə edən tanışlarına satmaq qərarına gəlmişdir. İlkin aldığı heroini tanışlarına satdıqdan sonra bu işdə yaxşı gəlirin olduğunu görmüş və Naimdən mütəmadi olaraq narkotik vasitə heroin alaraq satmaq qərarına gəlmişdir. Bundan sonra Naimdən mütəmadi olaraq narkotik vasitə heorin almağa başlamışdır. Əsasən narkotik vasitə heroini Naimdən sifariş verir bəzən pulu əvvəlcədən bəzən isə narkotik vasitə heroini satdıqdan sonra vermişdir. Pulu Naimin atdığı “Unibank”-a məxsus kart hesabına və ya dediyi hesab nömrəsinə “Milli Ön” vasitəsi ilə göndərmişdir. Sonradan yenidən Biləsuvara gedərək Naimin dediyi ünvandan narkotik vasitə heroini götürmüşdür. Bəzən isə narkotik vasitənin pulunu götürdüyü yerə qoymuşdur. Naimdən aldığı narkotik vasitə heroini Bakıda qramı 30-35 manatdan qiyabi olaraq tanıdığı şəxslərə satmışdır. 30 mart 2020-ci il tarixdə yenidən Naimlə əlaqə saxlamış və ondan 100 qram narkotik vasitə heroin istəmişdir. Həmin heroinin müqabilində Naimə 1400 manat pul verməli olmuşdur. Naimə ilkin olaraq 600 manat pul verəcəyini və sonradan qalan 800 manatı da verəcəyini bildirmişdir. Onlar Naimlə razılaşmış və yenidən Biləsuvara gedərək Naimin dediyi ünvandan bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroini götürmüş və 600 manatı pulu heroini götürdüyü yerə qoymuşdur. Bundan sonra Bakıya qayıtmış və özündə olan elektron tərəzidə həmin heroini çəkmişdir. Təxminən 100 qramdan bir qədər çox gəlmişdir. Həmin heroini açaraq hər birində 0,5 qram olmaqla 18 ədəd xırda bükümlərə bölmüş və qalan narkotik vasitə heroini isə öz bükümündə saxlamışdır. Həmin heroini rahat satmaq məqsədi ilə bükümlərə bölmüşdür.01 aprel 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulah küçəsində fəaliyyət göstərən “Nənəmin Təndiri” adlı obyektin yaxınlığında piyada hərəkət edən zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları anket məlumatları barədə maraqlanmış və öz anket məlumatlarını onlara bildirmişdir. Bundan sonra barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmiş və narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həqiqətən də üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra onu Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Bakı şəhəri 03 saylı Vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Həmin siyahıdan istənilən vəkil tərəfindən hüquqularının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra X12 dövlət hesabına müdafiəçi qismində dəvət edilərək təqdim edilmişdir. Müdafiəçi dəvət edildikdən sonra polis əməkdaşı üzərində şəxsi axtarış və götürmə keçirəcəyini bildirmişdir. Şəxsi axtarış və götürmə videoçəkiliş əsasında keçirilmişdir. Polis əməkdaşı üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmamasını soruşmuşdur. Üzərində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümü, üzərimdə olan qara rəngli gödəkçənin sol iç cibindən on səkkiz ədəd bükümü, bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin təqdim etdiyi ümümi on doqquz bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümləri Vatsap ani mesajlaşma sistemində əlaqə saxladığı Naim adlı şəxsdən Biləsuvar rayonunda qoyduğu yerdən götürüb Bakı şəhərində müxtəlif şəxslərə qramını otuz-otuz beş manata satmışdır. Əldə etdiyi pulu isə Naim adlı şəxsə bank hesabı və ya million vasitəsi ilə göndərmişdir. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq bır ədəd “Samsung” markalı mobil telefon, bir ədəd özümə məxsus olan şəxsiyyət vəsiqəsi və iyirmi manat pul aşkar olunmuşdur. “Samsung” markalı mobil telefon və özünə məxsus olan şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyini bildirərək polis əməkdaşları tərəfindən götürülmüşdür. 20 manat pul isə özünə geri qaytarılmışdır. Üzərində olan qara rəngli gödəkçədən çıxarıb təqdim etdiyi on doqquz ədəd içində heroin olan bükümlər elektron tərəzidə çəkilmiş, ümumi çəkisi yüz doqquz qram olmuş, boş zərfə qoyulmuş, möhürlənmiş, üzərinə müvafiq qeydlər edilmişdir. Bundan sonra etirazı olmadığı üçün həmin zərf tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarış və götürmə barədə tərtib edilmiş protokolla tanış olmuş və bütün iştirak edən şəxslər kimi özü də həmin protokola imza etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 02 noyabr 2020-ci il tarixli əlavə ifadəsində bildirmişdir ki, mütəmadi olaraq narkotik vasitə heroin istifadə edir. Narkotik vasitə heroini müxtəlif şəxslərdən pulun müqabilində alırmış. Son zamanlar narkotik vasitə heroini tapmaqda çətinlik çəkirmiş. Bu zaman əvvəllər onun evində ustalıqla məşğul olan Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlamış və onda narkotik vasitə heroin olduğunu bildirmişdir. Vasif Bakı şəhərində olarkən onun evinin təmirində işlədiyi üçün onunla münasibəti olmuş və Vasif onun narkotik vasitə heroin istifadə etdiyini bilirmiş. Vasifdən həmin narkotik vasitə heroini haradan əldə etdiyini soruşmuş və Vasif ona narkotik vasitə heroini tapdığını bildirmişdir. Bundan sonra Vasifə həmin narkotik vasitə heroini Bakıya gətirməsini istəmişdir. Vasif ona Bakıya gələ bilməyəcəyini bildirmiş və ona Biləsuvara gəlməsini söyləmişdir. 2020-ci ilin mart aylarının sonlarında Biləsuvara getmiş və orada Vasiflə görüşüb narkotik vasitə heroini ondan götürmüşdür. Narkotik vasitə heroinin əvəzində Vasifə 600 manat pul vermiş və əlavə olaraq 800 manat da verəcəyini bildirmişdir. Vasif 600 manatı almış, sağollaşmışlar və o, Bakıya qayıtmışdır. Sonradan Vasif onunla bir neçə dəfə əlaqə saxlayaraq qalan 800 manat pulu da tələb etməyə başlamışdır. Pulu olmadığı üçün onun pulunu verə bilməmişdir. Bakıya qayıtdıqdan sonra özündə olan elektron tərəzidə həmin narkotik vasitə heroini çəkmişdir. Təxminən 100 qramdan bir qədər çox gəlmişdir. Həmin heroini açaraq hər birində 0,5 qram olmaqla 18 ədəd xırda bükümlərə bölmüş və qalan narkotik vasitə heroini isə öz bükümündə saxlamışdır. Həmin heroini rahat istifadə etmək məqsədi ilə bükümlərə bölmüşdür. 01 aprel 2020-ci il tarixdə saat Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və Baş İdarətə dəvət edilərək orada üzərinə keçirilən şəxsi axtarış zamanı həmin narkotik vasitə və tərəzi aşkar edilərək götürülmüşdür. Heç vaxt tutulmadığı üçün, polislə əlaqədar heç bir məsələsi olmadığı üçün tutulduğu gün narahatlıq və həyacan içərisində ilkin ifadələrində narkotik vasitə heroini “Naim” adlı şəxsdən əldə etdiyini və müxtəlif şəxslərə satmaq istədiyini bildirmiş, lakin əsl həqiqətdə aşkar edilən narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etdiyi bildirmişdir. İlkin tutulduqda Təqsirləndirilən şəxs2 şəxsiyyəti barədə məlumat vermək istəmədiyi üçün onun adını Naim kimi təqdim etmişdir. Lakin sonradan Vasif də tutulduğu üçün daha bu barədə yalan danışmağın mənasız olduğunu başa düşmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs1 11 noyabr 2020-ci il tarixli əlavə ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ona verdiyi narkotik vasitə heroin bir bükümdə olmuşdur. Həmin heroini Bakı şəhərinə gətirmiş və içərisini açdıqda içərisində iki bükümün olduğunu görmüşdür. Həmin bükümlərdən birinin çəkisi çox olmuşdur. Onu ayrıca saxlamışdır. Digər bükümü açaraq tərəzidə çəkib hər birində 0,5 qram olmaqla 18 ədəd xırda bükümlərə bölmüşdür. İlkin ifadələrində də Vasifdən narkotik vasitəni bir bükümdə aldığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, həmin şəxslərlə heç bir münasibəti olmamışdır. Həmin şəxsləri narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat tədbirləri keçirilərək onların yaxalanması zamanı görmüşdür. Belə ki, 01 aprel 2020-ci il tarixdə işlədiyi idarəyə Bakı şəhəri Xətai rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs1 adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri qanunsuz əldə edib üzərində saxlaması, gəzdirməsi və Bakı şəhərində satışını təşkil etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə onun tərəfindən raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1 müəyyən edilib ifşa olunması barədə idarə rəzbərliyinin təsdiqi ilə qərar qəbul edilmişdir. Həmin qərara əsasən Baş idarə əməkdaşlarından ibarət qrup yaradılmış, həmin əməliyyat qrupuna özü rəhbərlik etməklə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 həmin qrupa daxil edilmişlər. Sonra isə əməliyyat tədbirinin keçirilməsinə başlanılmışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə 01 aprel 2020-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1 həmin yerdə olması ehtimal olunduğu barədə alınmış əməliyyat məlumatı ilə bağlı onlar Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsində olan “Nənəmin Təndiri” adlanan obyektin yaxınlığına gedərək kənardan bir qədər müşahidə aparmışlar. Həmin gün saat 18-45 radələrində həmin obyektin yaxınlığında öz xarici görünüşcə əməliyyat məlumatında göstərilmiş Təqsirləndirilən şəxs1 oxşar bir nəfər şəxsin kənarda dayandığını görmüş və ona yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəsiqə göstərərək özlərini təqdim etmiş və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olmalarını bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olmasını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmasında şübhəli olduğunu izah etmiş və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra bu barədə rəhbərliyə məruzə olunmuş və rəhbərlik tərəfindən bununla bağlı araşdırmanın aparılması Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Nəcəf Aburşuya həvalə olunmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi dəvət olunaraq ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs1 hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və həmin müdafiəçi ilə tanış olub öz aralarında söhbət etmişlər. Sonra təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması barədə protokol tərtib edilmişdir. Sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli olduğuna görə videoçəkiliş aparılmaqla onun üstündə şəxsi axtarış aparılacağını və bunun nəticələri barədə protokol tərtib olunacağını bildirilmişdir. Təqsirləndirilən şəxs1 buna etiraz etməyərək onun üzərində təxminən yüz qram çəkidə narkotik vasitə heroin olduğunu etiraf etmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 üzərində nə kimi qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 o zaman əynində olan gödəkçəsinin bir cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni, o biri cibindən isə on səkkiz ədəd xırda sellofan bükümlərini təqdim etmiş və həmin bükümlərin içərisində də kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlələrin olduğu aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd elektron tərəzi də aşkar olunmuşdur. Sonra isə həmin bükümlər və elektron tərəzi ayrı-ayrılıqda qablaşdıralıraq möhurlənmiş, Təqsirləndirilən şəxs1 və onlar həmin bağlamaların üzərində imza etmişlər. Bu barədə təhqiqatçısı Nəcəf Aburşu tərəfindən protokol tərtib olunaraq onlara ucadan oxunmuş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs1 və sonuncunun müdafiəçisi şeç bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş cəmi 19 bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Biləsuvar rayon sakini «Naim» adlı şəxslə “Whatsapp” ani mesajlaşma sistemində əlaqə saxlayaraq Biləsuvar rayonundan satış məqsədi ilə götürdüyünü etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroinin satışını həyata keçirərək, heroinin bir qramını 30-35 manat qarşılığında adlarını xatırlamadığı müxtəlif şəxslərə satdığını bildirmişdir. Narkotikə görə pulu isə bank hesabı və ya «MilliÖn» ödəmə aparatı vasitəsi ilə həmin «Naim» adlı şəxsə göndərdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 özünün də narkotik vasitə olan heroindən istifadə etdiyini etiraf etmişdir. Bundan sonra isə müvafiq əməliyyat tapşırığına əsasən onlar tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı «Naim» adlı şəxsin Təqsirləndirilən şəxs1 tanışı olan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs2 Masallı rayonu, Qızılağac kəndində yaşadığı müəyyən edilmiş və daxil olmuş tapşırığın icrası ilə əlaqədar 03 aprel 2020-ci il tarixdə saat 20 radələrində o, əməliyyat qrupunun üzvüləri Şahid2 və Şahid3la birlikdə Masallı rayonuna getmişlər. Orada Təqsirləndirilən şəxs2 yaşadığı ünvanı dəqiqləşdirmiş və növbəti gün yəni 04 aprel 2020-ci il tarixdə saat 08 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı ünvana gedərək özlərini təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirərək onu istintaqa təqdim etmişlər. Şifahi qaydada apardıqları sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 tanıdığını həmin şəxsə bir bükümdə olmaqla təxminən yüz qram çəkidə narkotik vasitə olan heroin satdığını və bunun müqabilində Təqsirləndirilən şəxs1 ona ilk ödəniş kimi altı yüz manat pul verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 və həmçinin Təqsirləndirilən şəxs2 onlar tərəfindən saxlanılıb Baş idarəyə aparıldıqları və orada olduqları müddət ərzində şəxsən onun özü, yaxud digər polis əməkdaşları tərəfindən heç bir təsir və ya təzyiq göstərilməmişdir. Yuxarıda göstərdiyi kimi onlar tərəfindən saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılan zaman Təqsirləndirilən şəxs1 üzərində xeyli miqdarda narkotik vasitə olan heroin olduğunu etiraf etmişdir. Həmin narkotik vasitənin mənbəyi ilə bağlı Təqsirləndirilən şəxs1 heroini Biləsuvar rayon sakini «Naim» adlı şəxsdən əldə etdiyini demişdir. Daha sonra isə Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə olan heroini öz tanışı Təqsirləndirilən şəxs2 pul müqabilində əldə etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs1 onlar tərəfindən saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılan zaman və orada üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 üzərində təxminən yüz qram çəkidə narkotik vasitə olan heroin olduğunu etiraf etmiş və həmin həmin narkotik vasitəni könüllü olaraq onlara təqdim etmişdir. Həmin narkotik vasitənin mənbəyi ilə bağlı Təqsirləndirilən şəxs1 əvvəlcə həmin narkotik vasitəni «Naim» adlı şəxsdən əldə etdiyini bildirmiş, sonra isə hər şeyi etiraf edərək narkotik vasitə olan heroini Masallı rayon sakini Təqsirləndirilən şəxs2 pul müqabilində əldə etdiyini onlara bildirmişdir. Elan olunmaqla ona təqdim edilmiş cinayət işinin birinci cildinin 31-32-ci vərəqlərində olmaqla “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 aprel 2020-ci il tarixli protokol ona tanışdır və həmin protokolda «iştirak etdi-Müşviq Şükürov» qeydləri qarşısındakı imza ona məxsusdur. Həqiqətən həmin tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsində həmin idarənin təhqiqatçısı Nəcəf Aburşu tərəfindən onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış və baxış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 o zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofanda narkotik tərkibli maddə olan heroinə bənzər kütləni, daha sonra üzərində olan qara rəngli gödəkçənin sağ yan iç cibindən on səkkiz ədəd şəffaf sellofan bükümdə narkotik tərkibli maddə olan heroinə bənzər kütlələri və bir ədəd işlək vəziyyətdə olan elektron tərəzini təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd “Samsung” markalı mobil telefon, 20 manat pul, bir ədəd Təqsirləndirilən şəxs1 özünə məxsus olan şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Daha sonra içində heroinə oxşar maddə olan həmin on doqquz ədəd şəffaf sellofandakı bükümlər elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 109 qram olduğu müəyyən edilmişdir. Sonra həmin on doqquz ədəd büküm və elektron tərəzi qablaşdırılaraq möhürlənib götürülmüşdür. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Həmin protokol onlara ucadan oxunmuş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs1 və sonuncunun müdafiəçisi də heç bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Həmin protokolun doğruluğunu bir daha təsdiq edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 şahid X2 ifadəsinə uyğun eyni məzmunda ifadə verərək iş üzrə Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən şəraitdə yaxalanıb həmin idarədə müdafiəçinin iştirakı ilə sonuncunun üzərinə videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı sonuncunun üzərindən içərisində narkotik vasitə olan heroinə bənzər kütlələr olan cəmi on doqquz ədəd sellofan bükümləri və bir ədəd elektron tərəzinin aşkar edilərək qablaşdırılıb möhürlənib götürüldüyü, cinayət əməlinin əməlinin digər iştirakçısı Təqsirləndirilən şəxs2 yaşadığı Masallı rayonundan yuxarıda göstərilən şəraitdə yaxalanıb istintaqa təqdim olunduğunu və digər xüsusatları təsdiq etmişlər. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 02 aprel 2020-ci il tarixli qərardan görünür ki, həmin ********* saylı cinayət işi Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Tədqiqat idarəsinin müstəntiqi Z.S.Qurbanov tərəfindən Təqsirləndirilən şəxs1 qeyriləri ilə satış məqsədi və ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin əldə edilməsi, daşınması, saxlanılması, satılması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 aprel 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində saxlanılaraq həmin idarəyə dəvət edilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki gödəkçənin sol yan cibindən bir ədəd bükümdə külli miqdarda -96,514 qram çəkidə narkotik vasitə heroin və həmin gödəkçənin sağ yan cibindən 18 ədəd bükümdə ümumilikdə külli miqdarda-8,630 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülməsi ilə əlaqədar fakta görə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə başlanaraq istintaq aparılmışdır. (cild 1, iş vər. 01). İşdə olan raportun məzmunundan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin İİEƏTŞ-nin əməliyyat müvəkkili Şahid1, həmin İdarənin rəisinə raportla məruzə edərək 01 aprel 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatında Sabunçu rayonunda qeydiyyatda olmaqla Xətai rayonunda müvəqqəti yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlaması, gəzdirməsi və Bakı şəhərində satışını təşkil etməsi bildirilmiş, daxil olmuş məlumatı yoxlamaq məqsədilə BNMİ əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmasına, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə və əməliyyat məlumatında adı qeyd olunmuş şəxsin saxlanılaraq həmin idarəyə gətirilməsinə icazə verilməsini xahiş etmişdir. (cild 1, iş vər. 4). İşdə olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 aprel 2020-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd şəffaf sellofanda narkotik tərkibli maddə olan heroinə bənzər kütləni, daha sonra üzərində olan qara rəngli gödəkçənin sağ yan iç cibindən 18 (on səkkiz) ədəd şəffaf sellofan bükümdə narkotik tərkibli maddə olan heroinə bənzər kütlələri və 1 (bir) ədəd işlək vəziyyətdə olan elektron tərəzini təqdim etdi. Daha sonra sonuncunun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı 1 (bir) ədəd “Samsung” markalı, qara rəngli, mobil telefon, 20 manat pul, bir ədəd Təqsirləndirilən şəxs1 özünə məxsus olan şəxsiyyət vəsiqəsi aşkar olundu. Daha sonra içində heroinə oxşar maddə olan 19 ədəd şəffaf sellofandakı bükümlər elektron tərəzidə çəkildi və ümumi çəkisi 109 qram oldu. Həmin 19 ədəd büküm elektron tərəzidə çəkildikdən sonra zərfə yerləşdirildi, möhürləndi və üzərində müvafiq qeydlər aparılaraq götürüldü. Bundan başqa 1 ədəd Samsung markalı mobil telefon, bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi, bir ədəd şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 20 manat pul Təqsirləndirilən şəxs1 qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilmiş suallara cavab olaraq, üzərindən aşkar olunmuş 19 ədəd bükümdə heroinə bənzər kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri Biləsuvar rayon sakini Naim adlı şəxslə “WhatsApp” ani mesajlaşma sistemində əlaqə saxlayaraq, Biləsuvar rayonundan satış məqsədi ilə götürdüyünü, narkotik tərkibli maddə olan heroini sataraq pulunu bank hesabı və ya “MilliÖn” vasitəsi ilə Naim adlı şəxsə göndərdiyini, özünün də narkotik maddələrdən istifadə etdiyini, heroinin 1 qramını 30-35 azan pul qarşılığında müxtəlif şəxslərə satdığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı “Samsung Galaxy” markalı mobil telefonun videokamera funksiyasından istifadə edilməklə BNMİ-nin əməkdaşı Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır.(cild 01, iş vər 31-32) İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 02 aprel 2020-ci il tarixli 6/346 nömrəli rəyində aşağıdakılar göstərilmişdir ki, “Tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 7” möhür əksi və “Təqsirləndirilən şəxs1 üzərindən...” yazısı olan 01 ədəd kağız paketdəki 19 ədəd bükümdən 18 ədəd xırda bükümdə ümumi təmiz çəkisi 8,630 qram və 01 ədəd iri bükümdə təmiz çəkisi 96,514 qram, ümumilikdə təmiz çəkisi 105,144 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 18 ədəd xırda bükümdə ümumi təmiz çəkisi 8,630 qram olan heroinlər öz aralarında eynilik təşkil etməklə təmiz çəkisi 96,514 qram olan heroin kütləsindən kimyəvi tərkiblərinə görə fərqlidir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi - 105,144 qram, tədqiqata sərf edildi – 0,095 qram, qalıq – 105,049 qram.” (cild 01, iş vər 40-44) İşdə olan “Telefona baxış keçirilməsi haqqında” 03 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı “Galaxy S7 edge” modelli mobil telefona BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsində xidməti otaqda baxış keçirilmiş, telefon texniki cəhətdən sazdır, ekranında müəyyən cızıq əlamətləri vardır, telefonda olan məlumatlara baxış keçirilsə də iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilməmişdir. (cild , iş vər. 94). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayevə ünvanladığı məktubundan görünür ki, BMCMİ-də istintaq edilən ********** nömrəli cinayət işi üzrə, 02 aprel 2020-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq bildirilmişdir ki, BNMİnin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, 051-65-76-13 mobil nömrəsini istifadə edən “Naim” adlı şəxsin, xx xxxxxx 1987-ci il təvəllüdlü, Masallı rayonu Qızılağac kəndində yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 04 aprel 2020-ci il tarixdə saat dəqiqədə Masallı rayonu, Qızılağac kəndində saxlanılmışdır. (cild 01, iş vər 107) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 29 iyun 2020-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəl məhkum olunmamışdır. (cild 01, iş vər 198-199) İşdə olan “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 30 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 01 fevral 2020-ci il tarixdən 01 aprel 2020-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, məlumatlar Bakcell MMC-nin 27 iyul 2020-ci il tarixli 13506/20 nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD markalı diskdə təqdim edilmişdir. Həmin disk 2HP” markalı kompüter qurğusuna daxil edilməklə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə aparılmış danışıqlara aid 01 ədəd fayl vardır. Təqdim olunmuş məlumatlar 01 fevral 2020-ci il tarixdən 01 aprel 2020-ci il tarixədək olan müddəti əhatə etmişdir. Telefon danışıqlarına dair məlumata baxış keçirilərək müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs1 istifadəsində olmuşdur. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 məxsus ***- ***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə danışıqların aparılması aşkar edilmişdir. Lakin iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilməmişdir.(cild 01, iş vər 250) “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 07 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 01 fevral 2020-ci il tarixdən 01 aprel 2020-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, məlumatlar "xxxx" MMC-nin 04 avqust 2020-ci il tarixli 11178/20 nömrəli məktubuna əlavə edilmiş bir ədəd “CD” markalı diskdə təqdim olunmuşdur. Həmin disk “HP markalı kompüterin qurğusuna daxil edilməklə baxış keçirilərkən diskdə aparılmış danışıqlara dair 01 ədəd fayl var və faylın içərisində 04 ədəd əlavə fayl olduğu müəyyən edilmişdir. Təqdim edilmiş məlumatlar 01 fevral 2020-ci il tarixdən 01 aprel 2020-ci il tarixədək olan müddəti əhatə etmişdir. Telefon danışıqların dair məlumata baxış keçirilərkən müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs2 istifadəsində olmuşdur. Baxış keçirilən zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqlarının aparılması aşkar edilmişdir. Lakin iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilməmişdir. (cild 01, iş vər 253) İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayevə ünvanladığı məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələri ilə başlanılmış ********* saylı cinayət işi üzrə göndərilmiş 24 iyun 2020-ci il tarixli 007-6662-1220 saylı əməliyyat tapşırığına cavab olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 satış məqsədi ilə əldə etməsi. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə əlbir olaraq külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olmaları aşkar edilmişdir. Lakin, adları çəkilən şəxslərin digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. (cild 01, iş vər 255) “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 04 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 01 fevral 2020- ci il tarixdən 01 aprel 2020-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, məlumatlar Azerfon MMC-nin 01 sentyabr 2020-ci il tarixli 10895/20 nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD markalı diskdə təqdim edilmişdir. Həmin disk “HP” markalı kompüter qurğusuna daxil edilməklə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə aparılmış danışıqlara aid 01 ədəd fayl vardır. Təqdim olunmuş məlumatlar 01 fevral 2020-ci il tarixdən 01 aprel 2020-ci il tarixədək olan müddəti əhatə etmişdir. Telefon danışıqlarına dair məlumata baxış keçirilərkən müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs1 istifadəsində olmuşdur. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə danışıqların aparılması aşkar edilmişdir. Lakin iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilməmişdir.(cild 02, iş vər 19) “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 06 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 01 fevral 2020- ci il tarixdən 01 aprel 2020-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, məlumatlar "xxxx" MMC-nin 04 sentyabr 2020-ci il tarixli 10940/20 nömrəli məktubuna əlavə edilmiş bir ədəd “CD” markalı diskdə təqdim olunmuşdur. Həmin disk “HP markalı kompüterin qurğusuna daxil edilməklə baxış keçirilərkən diskdə aparılmış danışıqlara dair 01 ədəd fayl var və faylın içərisində 03 ədəd əlavə fayl olduğu müəyyən edilmişdir. Təqdim edilmiş məlumatlar 01 fevral 2020-ci il tarixdən 01 aprel 2020-ci il tarixədək olan müddəti əhatə etmişdir. Telefon danışıqların dair məlumata baxış keçirilərkən müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs2 istifadəsində olmuşdur. Baxış keçirilən zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqlarının aparılması aşkar edilmişdir. Lakin iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilməmişdir. (cild 02, iş vər 22) Cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizanın 04 may 2020-ci il tarixli 6/447 nömrəli rəyində aşağıdakılar göstərilmişdir ki, “Tədqiqata təqdim edilmiş, üzərində : “201900176 nömrəli cinayət işi. Elektron tərəzi” yazısı olan paketdəki, bir ədəd arxa tərəfində “500 g x 0,01 g” yazısı qeyd olunmuş elektron tərəzinin üzərində narkotik vasitə olan - heroinin izləri vardır. Təqdim edilmiş elektron tərəzinin üzərində narkotik vasitə heroin iz şəklində olduğu üçün vət. Təqsirləndirilən şəxs1 götürülmüş heroinlə (02 aprel 2020-ci il tarixli ekspert rəyi) eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı.” ( cild 02, iş vər 72-75) Cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 iyul 2020-ci il tarixli, 2071 nömrəli rəyində göstərilmişdir ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.”(cild 02, iş vər 76-77) İşdə olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 20 aprel 2020-ci il tarixli 5(005)- 321/2020 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin İİEƏTŞ—in əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi İslam Hümbətov tərəfindən təsdiq edilmiş 01 aprel 2020-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. (cild 01, iş vər 97) “Sübutların qiymətləndirilməsi haqqında” 17 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 03 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamın məzmununda əlavə və dəyişikliklər edilməklə, ona həmin maddələrlə yenidən ittiham elan edilməsi və barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs2 04 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamın məzmununda əlavə və dəyişikliklər edilməklə, ona həmin maddələrlə yenidən ittiham elan edilməsi və barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş qalıq çəkisi 105,049 qram çəkidə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi iş üzrə maddi sübut qismində tanınması və təqsirləndirilən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə cinayət işi üzrə 01 aprel 2020-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında" protokol və həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə, şahidlər Şahid1, Şahid3, Şahid2 ifadələri, Təqsirləndirilən şəxs2 ilə X13 arasında keçirilmiş üzləşdirmə, məhkəmə-kimyəvi ekspertizasının 02 aprel 2020-ci il tarixli 6/346 nömrəli və 04 may 2020-ci il tarixli 6/447 nömrəli rəyləri, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 iyul 2020-ci il tarixli, 2071 nömrəli və 10 avqust 2020-ci il tarixli, 2184 nömrəli rəyləri işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməklə, bütün sübutlar məcmusu ilə təsdiq edildiyindən cinayət prosesində sübut kimi qiymətləndirilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi X6 20 aprel 2020-ci il tarixli qərarına əsasən Əməliyyataxtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin HEƏTŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi islam Hümbətov tərəfindən təsdiq edilmiş 01 aprel 2020-ci il tarixli qərar qanunauyğun hesab edilməsi nəzərə alınması, cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq 105,144 qram çəkidə narkotik vasitə heroinin əldə edilməsi, saxlanması və qanunsuz olaraq satılması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılması, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan, Təqsirləndirilən şəxs2 isə məhkumluğu olan şəxs hesab edilməsi, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alınması, Təqsirləndirilən şəxs1 üzərində olan narkotik vasitə və elektron tərəzini könüllü olaraq polis əməkdaşlarına təqdim etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən narkotik vasitəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməsi, təqsirləndirilən şəxs X3 02 noyabr 2020-ci il tarixli əlavə ifadəsində və 11 noyabr 2020-ci il tarixli Təqsirləndirilən şəxs2 ilə aralarında keçirilmiş üzləşdirmə zamanı narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi ilə bağlı bildirdikləri sübut növü kimi qəbul edilməsi, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 satdığı narkotik vasitə heroinin miqdarı və narkotik xassəli olmasını dəqiq müəyyən edəcək ekspert rəyi olmadığı üçün həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilməsi, Təqsirləndirilən şəxs1 mütəmadi olaraq istifadə etdiyi və müxtəlif şəxslərə satdığı narkotik vasitə heroinin miqdarı və narkotik xassəli olmasını dəqiq müəyyən edəcək ekspert rəyi olmadığı üçün həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilməsi, şəxsi axtarış və götürmə aparılmasının videogörüntüsünün əks edildiyi 01 ədəd DVD disk maddi sübut kimi tanınsın və iş materiallarına əlavə olunması nəzərə alınması, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri gömrük sərhədlərindən daşınması ilə əlaqədar istintaq orqanında hər hansı sübut olmadığına görə onların əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan cinayətin, yəni qaçaqmalçılıq cinayətinin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün barələrində cinayət təqibinin başlanması rədd edilməsi, cinayət işinin istintaqı zamanı həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 götürülmüş "Samsung” markalı “Galaxy S7 edge” modelli mobil telefona baxış keçirilsə də, İş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilmədiyindən qeyd edilən mobil telefon Təqsirləndirilən şəxs1 müdafiəçisi X14 vasitəsi ilə onun ailə üzvlərinə qaytarılması, X8 Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında narkotik vasitələrin satışı ilə məşğul olması, həmçinin məlumatı olması barədə istintaq orqanında hər hansı sübut olmadığına görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 307-ci maddələrində nəzərdə tutulan cinayətin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün barəsində cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs2 04 aprel 2020-ci il tarixli şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində ifadələrində X9 barəsində bildirdikləri sübut kimi qəbul edilməsi, bütün sənədlərdə Təqsirləndirilən şəxs1 saxlanıldığı ünvan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində fəaliyyət göstərən “Nənəmin Təndiri” adlı obyektin yaxınlığı kimi oxunması, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərar alınmışdır. (cild 02, iş vər 103-123) Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***- **-** mobil telefon nömrəsinə daxil olan və çıxan smslərin məzmunu və zənglərə dair məlumatlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olmuş sms məlumatlarından görünən 06 fevral 2020-ci il tarixdə **********46 mobil telefon nömrəsindən “Suse verme 2dene yari verersen”, 11 fevral 2020ci il tarixdə **********46 nömrəsindən “Cxmamis yig soz deyirem 22indi verin elave 10suse 10tema gotur dostum yazib durar dursun vurum 20man olar”, 18 fevral 2020-ci il tarixdə **********46 nömrəsindən “Emim bizde gel cat yig aydin o vaxdan suse qret elmeliydine 3balaca das imkan olsa verersende”, 25 fevral 2020-ci il tarixdə **********18 nömrəsindən “Kiwi bagiwla bu vaxt narahat eledim. Kiwi mene 1 dene pati lazimdiye 80 manat var. Alinar indi gelim goruwey?” 25 fevral 2020-ci il tarixdə **********46 nömrəsindən “Pulu indi vururam 5dey ama temalari ozum gelib göturecem”, 06 mart 2020-ci il tarixdə **********15 nömrəsndən “Dayisi nenim ucun 2dene yari yeni. 1 qe,Birde dunen kimi pat 10 manat.opurem.allah canivi sag ele hormetin artiq olsun..sen hemise mene hormet eliyirsen”, 18 mart 2020-ci il tarixdə **********15 nömrəsindən “Dayisi utaniram demeye qardas cani.goturduyumun 2sini bir adam var ona verecem 65 man pul alacam 1nidie bir nefer 35 alaca. 100 bele duzelir 5di xiyar du rsun 135 de o verecek 235 15 ozum qoyuram kk nin pulu hazir olur. Qalir p onuda axsam yada sabah dagidib 60ivi haziredecem. allahaandosun. emele gelmire dayi gedim pullari alim gelim goturum tezden gedim gorusum.sennen onsuzda gorusurukde.deyirdim gelib goturerdim pulu hazir eliyen kimi hardasan getirib ve rerdim.imkan var emele geliir?” 27 mart 2020-ci i tarixdə **********77 nömrəsindən “20 lik pati var” , 29 mart 2020-ci il tarixdə **********8 nömrəsindən “Sabahin xeyr dayisi necesen?.dayisi evden cixsan cole menim ucun 2 dene yari pati haszirla goturde..cixmasan de men gelim..sen canin artiq qoyki adimiza laiq olsun..Tovuza pay gonderirem..opurem..” məzmunlu smsləri yazmış, ***-***-**-** saylı mobil nömrəsindən 01 fevral 2020-ci il tarixdə saat 01:35 dəqiqədə **********73 saylı mobil telefon nömrəsinə “Qaqas 22 manata brazilskiy kofe qelip,istemirsen.???tedzili xeber ver.”, həmin gün saat 11:16 dəqiqədə **********93 saylı mobil nömrəyə “Salam. Negasan? 22manata kola var. İstayirsan? Tez gavab de”, 03.02.2020-ci il tarixdə saat 11:58 dəqiqədə **********04 saylı mobil telefon nömrəsinə “Viwna lazimdi. 1list. Varundusa qatir”,06 fevral 2020-ci il tarixdə saat 19600 dəqiqədə **********6 mobil telefon nömrəsinə “Suse verme 2dene ya”, 21 fevral 2020-ci il tarixdə saat 23619 dəqiqədə **********06 mobil telefona nömrəsinə “10dana kola lazimdi. Naqd. Srocni.” məzmunlu smslər daxil olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən, o cümlədən narkotik vasitə heroinin külli miqdarda olmasını, 18 (on səkkizi) ədəd bükümlərdə olmasını, onun istifadəsində olmuş mobil telefon nömrəsinə göndərilmiş qısa “sms”lərin məzmununa əsasən istehlakçı ilə yazışmaların olmasını, elektron tərəzinin olmasını, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında mütəmadi olaraq qarşılıqlı telefon danışıqlarının aparılmasını nəzərə alaraq belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs1 oğlunun əməlinin tövsifinin dəyişdirilməsi üçün hallar müəyyən edilmədiyindən, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilə bilməz, bu barədə apellyasiya şikayətlərinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla Təqsirləndirilən şəxs1 oğlunun cinayət məsuliyyətini və cəzasını yüngülləşdirmək cəhdi daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən hallar kimi ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində bir uşağının olmasını, və faktiki olaraq tutulduqdan sonra verdiyi məlumatlarla digər şəxslərin cinayət əməllərinin açılmasına köməklik göstərməsini, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 oğlunun barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 oğluna aid hissədə onun müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: Həsən Əhmədov Rəşad Abdulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar