Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-16/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X6 və X12 ibarət tərkibdə, Məhkəmə iclas katibi - X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru X4, Məhkum - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Humsi oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi - X2 iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Naxçıvan MR, Babək rayonu, Sirab kəndində anadan olmuş, AzərbaycanRespublikasınınvətəndaşı, evli, alitəhsilli, əvvəllər məhkum olmamış, Naxçıvan şəhəri, Tolstoy küçəsi, ev 4-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz evdə yaşamış, barəsin də həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli, 1(101)-1026/2017 saylı hökmündən dövlət ittihamçısı X31 tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X17 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli, 1(101)-1026/2017 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 06 noyabr 2016-ci il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs 06 noyabr 2016-cı il tarixdən məhkəmə hökmünün çıxarıldığı 17 noyabr 2017-ci il tarixədək 1 (bir) il 11 (on bir) gün həbsdə saxlanılması nəzərə alınmış, ona təyin olunan azadlıqdan məhrum etmə cəzası həbsdə saxlanıldığı müddətlə əhatə olunmuş və Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı çəkmiş hesab edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmiş, iş üzrə maddi sübutlar - Bakı Şəhər Prokurorluğunda saxlanılan mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar (alt paltarı), bir ədəd reytuz, bir ədəd tuman, bir ədəd uzunqol jaket, bir ədəd qolsuz mayka, məhkum Təqsirləndirilən şəxs məxsus bir ədəd reytuz, bir ədəd uzun boğaz jaket, şahid X18 məxsus bir ədəd jaket, şahid X11 məxsus bir ədəd şalvar və bir ədəd uzun qol köynək, cinayətin aləti olan bir ədəd bıçaq və hopdurulmaqla qan nümunələri götürülmüş iki ədəd pambıq topası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi hökm edilmişdir. İstintaqın tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 126.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir ondan ötrü ki, o, 06 noyabr 2016-cı il tarixdə, saat 10 radələrində, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən nömrəsiz evin mətbəx otağında əri Zərərçəkmiş şəxs atasının evinə getmək istədiyini bildirdikdə, Zərərçəkmiş şəxs atasının evinə gedib ona xəyanət edəcəyini söylədikdə o, bu sözləri özünə təhqir kimi qəbul edərək, ondan boşanacağını, azyaşlı qızı Elifı də özü ilə aparacağını demiş, Zərərçəkmiş şəxs boşanacaqları təqdirdə qızını ona verməyəcəyini, onu rüsvay edəcəyini söyləməsi ilə aralarında baş vermiş mübahisə zamanı masanın üzərində olan məişət təyinatlı mətbəx bıçağını götürərək Zərərçəkmiş şəxs sağ qasıq nahiyəsinə bir ədəd zərbə vurmaqla sonuncuya bud arteriyası və venasının zədələnməsi və kəsilməsi ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan sağ qasıq nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası kimi xəsarəti yetirmiş, sonuncu həmin gün, saat 11 radələrində, xəstəxanaya aparılarkən aldığı xəsarətlə əlaqədar baş vermiş kəskin qanitirmə şokundan yolda ölmüşdür, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuş, həmin əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Həmin hökmdən narazı qalan dövlət ittihamçısı X31 apellyasiya protesti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli, 1(101)-1026/2017 saylı hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 126.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində göstərilən maddənin sanksiyası hədlərində cəza təyin edilərək cinayət və cinayət-prosessual qanunvericiliyə uyğun cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi, habelə maddi sübutların taleyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun həll edilməklə yeni hökmün çıxarılmasını xahiş etmişdir. Həmin hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi X17 da apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli, 1(101)- 1026/2017 saylı hökmünün əsassız olduğuna görə ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli, 1(103)-223/2018 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs haqqındakı 17 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən, dövlət ittihamçısının apellyasiya protesti və zərərçəkmişin hüquqi varisi Q.Babayevin apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu kassasiya protesti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 124.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasına təyin edilməsini xahiş etmişdir. Həmin qərardan narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi X17 və onun nümayəndəsi Hacıyev Bəxtiyar Yusif oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli, 1(103)-223/2018 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2018-ci il tarixli, 1(102)-606/2018 saylı qərarı ilə kassasiya protesti təmin edilmiş, kassasiya şikayəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 1(103)-1094/2018 saylı hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Soltan qızı haqqındakı 17.11.2017-ci il tarixli hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs Soltan qızı Azərbaycan Respublikası CM-nın 126.3-cü maddəsi ilə təqsirli bilinmiş, barəsində Azərbaycan Respublikası CM-nın 62-ci maddəsi tətbiq edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, məhkum Təqsirləndirilən şəxs Soltan qızının 06 noyabr 2016-cı il tarixdən 17 noyabr 2017-ci il tarixədək həbsdə saxlandığı 01 (bir) il 11(on bir) gün AR CMnın 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəza müddətinə hesablanması və üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 19 (on doqquz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nın 79-cu maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Soltan qızının 27.09.2014-cü il təvəllüdlü qızı - X27 14 (on dörd) yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınması, apellyasiya protestinin təmin olunması, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə maddi sübutlar - Bakı şəhər prokurorluğunda saxlanılan, mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar (alt paltarı), bir ədəd reytuz, bir ədəd tuman, bir ədəd uzunqol jaket, bir ədəd qolsuz mayka, məhkum Təqsirləndirilən şəxs məxsus bir ədəd reytuz, bir ədəd uzun boğaz jaket, şahid X18 məxsus bir ədəd jaket, şahid X11 məxsus bir ədəd şalvar və bir ədəd uzunqol köynək, cinayətin aləti olan bir ədəd bıçaq və hopdurulmaqla qan nümunələri götürülmüş iki ədəd pambıq topasının məhv edilməsi, hökmün təxirə salınması ilə bağlı məhkumun davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunması hökm edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədov Anar Ələsgər oğlu kassasiya protesti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 126.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli hökmü Təqsirləndirilən şəxs cəza təyin edilməsinə dair hissədə ləğv edilməsi və həmin hissədə işin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilməsini xahiş etmişdir. Həmin hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi X17 və onun nümayəndəsi Hüseynov Zaur Elbrus oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 1(103)-1094/2018 saylı hökmünün ləğv edilməsi və cinayət işi təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Həmin hökmdən narazı qalan məhkumun müdafiəçisi Müdafiəçi Humsi oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 1(103)-1094/2018 saylı hökmünü dəyişdirərək Təqsirləndirilən şəxs əməlinin AR CM-nın 124.1-ci maddəsinə tövsif etməklə yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2019cu il tarixli, 1(103)-402/19 saylı qərarı ilə müdafiəçinin kassasiya şikayəti təmin edilməmiş, kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti təmin edilmiş, Təqsirləndirilən şəxs məhkum edilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli hökmü ləğv edilmiş, cinayət işi cəza təyini hissəsində həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru X13 apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək apellyasiya protestinin və apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli, 1(101)-1026/2017 saylı hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 126.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində göstərilən maddənin sanksiyası hədlərində cəza təyin edilərək cinayət və cinayət-prosessual qanunvericiliyə uyğun cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi, habelə maddi sübutların taleyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun həll edilməklə yeni hökmün çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli, 1(101)-1026/2017 saylı hökmünün əsassız olduğuna görə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Humsi oğlu çıxış edərək apellyasiya şikayətinin və apellyasiya protestinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli, 1(101)- 1026/2017 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protesti və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli, 1(101)-1026/2017 saylı hökmü ləğv edilməli, iş üzrə yeni hökm çıxarılmalı, Təqsirləndirilən şəxs Soltan qızı AR CM-nın 126.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nın 126.3-cü maddəsi ilə irəli sürülən ittihamda özünü təqsirli bilməyərək baş vermiş cinayət hadisəsinin mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, o, atası Sultan Mirzəyev, anası Zeynəb Mirzəyeva, qardaşı Hünər Mirzəyev ilə birlikdə ünvan 1 ünvanında yerləşən həyət evində yaşamış, 2012-ci ildə Naxçıvan Dövlət Universitetinin “Filologiya” fakültəsini “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bitirmişdir. 2012-ci ilin oktyabr ayında anasının müəllimə yoldaşı olan Vəfa Babayevanın vasitəsi ilə sonuncunun qardaşı, baxılan iş üzrə mərhum Zərərçəkmiş şəxs ilə ailələrinin razılığı ilə tanış olmuşdur. 2013-cü ilin iyun ayında onlar ailəliklə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində olan evlərinə köçmüş və həmin vaxtdan Bakı şəhərində yaşamağa başlamışlar. 24 avqust 2013-cü il tarixdə, o, Şəmsi ilə ailə həyatı qurmuş və Şəmsinin atası Qnyaza məxsus Maştağa qəsəbəsindəki Südçülük sovxozunda yerləşən nömrəsiz evdə yaşamağa başlamışlar. Həmin vaxt Şəmsinin bacısı Vəfa Babayeva öz ailəsi ilə, hətta Şəmsinin atası Qnyaz, anası Tükəzban da həmin evdə yaşamışlar. Lakin yay aylarında Şəmsinin valideynləri Şahbuz rayonunun Badamlı kəndindəki evlərinə getmiş, orada yaşamış, soyuqlar başladıqda isə yenidən Bakıya qayıtmışlar. Şəmsi fəhləliklə məşğul olub pul qazanmış, o, özü isə işləməmiş, evdar qadın olmuş və bütün gün yaşadığı evdə olmuşdur. Ailə həyatı qurduqdan təqribən 2 ay sonra Şəmsi ilə onun münasibətləri pisləşməyə başlamışdır. Belə ki, Şəmsi ona ailə üzvləri ilə əlaqə saxlamağa imkan verməmiş, onunla kobud rəftar etmiş, heç yerə getməyə icazə verməmişdir. Şəmsinin özündən başqa, baldızı Vəfa da onların işlərinə çox qarışmış, problemlər yaratmış, kiçik bir hadisəni böyütmüş, ailədə yerli-yersiz münaqişə yaratmışdır. Get-gedə ailədaxili münaqişələri daha da şiddətlənməyə başlamış, münaqişə zamanı Şəmsi onu döymüş, saçından tutub dartmış, onu incitmiş, hətta onu əxlaqsız adlandırmışdır. 2014-cü ilin aprel ayında, yəni o, 4 aylıq hamilə olarkən baldızı yenə də onların işlərinə qarışdığı üçün ailədə mübahisə olmuş və Şəmsi həmin gün onu döymüşdür. Bütün bunlara o, dözə bilməmiş, atası Sultana zəng vurub gəlib onu öz evlərinə aparmasını xahiş etmişdir. Atası Sultan gəlib, heç bir sözsöhbət yaratmadan, sakitçiliklə onu öz evinə aparmışdır. Həmin vaxtdan sonra Şəmsi onunla maraqlanmamış, onu geri qaytarmaq üçün heç nə etməmişdir. 27 sentyabr 2014-cü il tarixdə, o, hələ atası evində olarkən qızı Elif dünyaya gəlmiş, o, hamiləliyini xəstəxanada başa çatdırmışdır. O, xəstəxanada olarkən həkim ona ərinin və baldızının uşağı görməyə gəldiklərini ona demişdir. O, dəhlizdə Şəmsi ilə Vəfanı görmüş, sonuncular uşaqla şəkil çəkdirdikdən sonra onunla salamlaşmadan çıxıb getmişlər. Şəmsinin laqeyd münasibəti ona çox pis təsir etmiş və o, buna görə stress keçirtmişdir. Buna görə hətta «Avrasiya» klinikasında nevropatoloq həkimin müayinəsində olmuş, həkim ona müalicə yazmış, 2014cü ilin noyabr ayınadək, o, atasının evində qalıb müalicə almışdır. 2014-cü ilin noyabr ayında Şəmsinin atası Qnyaz kişi və dayısı Ələkbər onun atasının yanına gəlmiş, Şəmsi ilə onun arasında heç bir problem olmayacağını, Vəfanın onun ailə məsələlərinə qarışmayacağını bildirmiş, hər şeyin yaxşı olacağını vəd etdikdən sonra o, özünün valideynlərinin təkidi ilə yenidən Şəmsigilin evinə qayıtmışdır. O, razılaşaraq Şəmsi ilə birlikdə yaşamağa davam etsə də, Şəmsi ilə münasibətlərindəki gərginliklər yenə də davam etmişdir. Həmin ərəfələrdə Şəmsinin mobil telefonunda olan mesajlardan Şəmsinin ona xəyanət etdiyini anlamış, bunu Şəmsiyə bildirmiş, lakin sonuncu bunu boynuna almamışdır. Şəmsi and içərək ona xəyanət etmədiyini bildirdiyindən, o, Şəmsiyə inanmışdır. Bütün bunlara baxmayaraq Şəmsi, nədənsə ona qarşı yaxşı münasibət göstərməmiş, hər xırda şeyə görə onunla mübahisə etmişdir. Hətta Şəmsi aralarında mübahisələr yarandıqda onu qabaqlamış, heç bir əsas olmadan onu xəyanət etməkdə günahlandırmış, ona atasının evinə gedəcəyi təqdirdə başqası ilə görüşüb ona xəyanət edəcəyini demişdir. Şəmsinin əsassız ittihamlarının qarşısında o, Şəmsiyə onu dünyalar qədər sevdiyini, ondan başqa heç bir kişi ilə münasibət qura bilməyəcəyini desə də, sonuncu ona inanmaq istəməmişdir. Şəmsinin ailə üzvləri isə, nədənsə onların aralarını qızışdırmaqda davam etmişlər. Şəmsi onunla birlikdə heç bir yerə getməmişdir. Hətta 2016-cı ilin sentyabr ayında atası onun yeganə qardaşı Hünər Mirzəyevin toy məclisinə Şəmsini və onun ailə üzvlərini dəvət etsə də, nə Şəmsi, nə də ki, sonuncunun ailə üzvləri onun qardaşının toyuna gəlməmişlər. Çox çətinliklə olmuş olsa da, qardaşının toyuna yalnız o, getmiş, lakin Şəmsinin ona pul verməməsi səbəbindən o, qardaşının toyuna heç bir hədiyyə almamış, qardaşının, onun yeni ailəsinin qarşısında gözükölgəli olmuşdur. Qeyri vaxtlarda o, atasıgilə getmək üçün Şəmsidən icazə istəsə də, sonuncu buna icazə verməmiş, atasıgilə gedəcəyi təqdirdə başqa kişilərlə ona xəyanət edəcəyini deyərək, onun şərəf və ləyaqətini alçaltmışdır. O, isə Şəmsiyə heç vaxt ona xəyanət etmədiyini və etməyəcəyini bildirsə də, Şəmsi onun dediklərinə əhəmiyyət verməmiş, daima ona şübhələrlə yanaşmışdır. Amma bunlara baxmayaraq, Şəmsi onun yalvarışlarının qarşısında maaş aldıqdan sonra onu atasının evinə aparacağına söz vermişdir. 05 noyabr 2016-cı il tarixdə isə, Şəmsinin əmək haqqısını aldığını bildiyindən o, həmin gün axşam Maştağa qəsəbəsində, hadisə baş vermiş evlərində olarkən bir-iki gün sonra onu atasının evinə aparmasını Şəmsidən xahiş etmişdir. Söz verməsinə baxmayaraq, Şəmsi yenə də onu atasının evinə gedib ona xəyanət edəcəyində günahlandırmağa və bu mövzuda onunla mübahisə etməyə başlamış, hətta əl və ayaq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə, əsasən başından vurmuş, lap sonda isə maaşını hələ almadığını bildirmişdir. Həmin gün, saat 24 radələrində onlar yataq otağında yatmış, qızları Elif də onlarla birlikdə eyni otaqda yatmışdır. 06 noyabr 2016-cı il tarixdə, saat 08 radələrində yuxudan oyandıqdan sonra o, Şəmsiyə ona atası evinə getməyə icazə verib-verməyəcəyini xatırlatdıqda, sonuncu yenə eyni mövzuda, yəni ona atasının evinə gedib ona xəyanət edəcəyini deyərək mübahisə etməyə başlamışdır. Şəmsinin səsinə qızları Elif də yuxudan oyanmış və yataq otağında oynamağa başlamışdır. O, səhər yeməyi hazırlamaq istəmiş, yatdıqları otaqda döşəmə üzərində süfrə açmış və aparıb süfrəyə pendir də qoymuşdur. Qış aylarında ancaq yataq otağı isti olduğundan, onlar yeməyi də həmin otaqda yemişlər. Lakin Şəmsi dayanmadan onunla mübahisə etdiyindən o, Şəmsini sakitləşməsini gözləmək üçün evin sağ tərəfindəki başqa yataq otağına gedib orada oturmuşdur. Lakin bir neçə dəqiqə oturduqdan sonra Şəmsinin sakitləşmədiyini görüb, uşağı ac qoymamaq üçün yemək hazırlamaqdan ötrü mətbəxə getmiş və çaydana su doldurub qaynaması üçün qaz sobasının üstünə qoymuşdur. Mətbəxə qayıtdıqdan sonra soyuducudan əncir cemi götürüb yataq otağına aparmaq istəyərkən Şəmsi də qışqıra-qışqıra mətbəxə daxil olmuş, eyni sözlərlə onu təhqir etməyə başlamışdır. O, hər şeydən bezdiyini, çıxıb birdəfəlik atasının evinə gedəcəyini Şəmsiyə dedikdə, sonuncu ona evdən gedəcəyi təqdirdə ona şər atacağı, başqa kişi ilə görüşdüyünü hamıya deyəcəyi ilə hədələmişdir. O isə Şəmsiyə onun atasının kənddən qayıdacağını gözlədiyini, onlar gəldikdən sonra bütün ailəni bir yerə yığıb ona şər atıldığını deyəcəyini və ondan sonra çıxıb gedəcəyini bildirmişdir. Belə ki, Şəmsinin valideynləri yay mövsümü ilə əlaqədar Badamlı kəndinə getmiş və hələlik geri qayıtmamışlar. Onun bu sözlərinin qarşılığında Şəmsi Elifi ona verməyəcəyini demiş, lakin o da Şəmsiyə qızını ona verməyəcəyini demiş və onların mübahisələri kəskinləşmişdir. Bu mübahisələrin gedişatında o, əncir cemini otağa apara bilməmiş, onu mətbəx mebelinin qarşısındakı iş masasının üzərinə qoymuş və uşağa yemək yedirdə bilməsi üçün iş masasının üzərində çörək doğramağa başlamışdır. Həmin vaxt Şəmsi arxadan əvvəlcə əli ilə, sonra isə masanın üzərindən nimçəni, yəni boşqabı götürüb dalbadal onun başından vurmağa başlamışdır. Şəmsi boyca ondan xeyli hündür olmuş, onu vurarkən o, onu vura bilməməsi üçün başını bir az da aşağı salmış, hətta əlindəki işini buraxıb Şəmsinin zərbələrinin birbaşa başına dəyməsinin qarşısını ala bilməsi üçün hər iki əlini başına qoymuşdur. Lakin Şəmsi onu arxadan vurmaqda davam etmiş, Şəmsinin nimçə (boşqab) zərbələri onun əllərinə dəymişdir. Bundan sonra, o, başı aşağı vəziyyətdə sol əli başını müdafiə edə-edə sağ əlini başından götürüb mətbəxdə iş masasının üzərində olan bıçağı əlinə götürmüş və özünü müdafiə etmək, Şəmsim qorxudub özündən kənarlaşdırmaq məqsədi ilə geriyə dönmədən, Şəmsinin konkret olaraq harada dayanmasını görmədən sağ əlindəki bıçağı geriyə fırlatmışdır. Həmin an bıçağın Şəmsiyə dəyib-dəymədiyini hiss etməmiş, bıçağın ona dəyə biləcəyini və hətta ağır nəticəyə səbəb ola biləcəyini ağlına belə gətirməmişdir. Lakin o, bıçağı geriyə fırlatdıqdan dərhal sonra Şəmsi dərhal qışqırmış və «uy, bıçaq mənə batdı» sözlərini demişdir. Şəmsinin bıçağın ona batmasını deməsi ilə sanki o, ayılmış, özünün əlində həqiqətdə bıçaq olduğunu görmüş, Şəmsinin dediklərinin gerçək ola biləcəyini fikirləşib bıçağı mətbəxə tullamış və Şəmsinin üzərinə yürümüşdür. İlk əvvəl o, Şəmsiyə inanmamış, onun zarafat etdiyini fikirləşmişdir. Belə ki, Şəmsidən qan gəlməmiş və sonuncu özü azacıq əyilməklə dəhlizə tərəf getmişdir. Şəmsi dəhlizdə yerdə yarı uzanmış vəziyyətdə oturmuş, lakin həmin vaxt Şəmsinin qasıq nahiyəsindən qan gəlməyə başladığını görərək təşvişə düşmüşdür. O, Şəmsinin yaralandığını başa düşüb qorxusundan tez əynində olan reytuzunu çıxardıb qanı kəsə bilməsi üçün Şəmsinin yarasını budunun yuxarısından sıxmış, əlinə nə keçdisə onun yarasına basmışdır. Bir anlığa qan kəsilmişdir. Bundan sonra Şəmsi ondan onu ayağa qaldırmağı istəmişdir. O, Şəmsini ayağa qaldırmış və həmin vaxt yenə də qan gəlməyə başlamışdır. Yaranın yerləşdiyi nahiyəyə görə qanı kəsmək mümkün olmamışdır. Odur ki, qan gəlməməsi üçün reytuzunu Şəmsinin yarasına basmışdır. Şəmsinin xəstəxanaya çatdırılması üçün özünün imkanları olmadığından o, hadisədən dərhal sonra özünün istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefondan anasının ***-***-**-** nömrəli mobil telefonuna zəng etmiş, anasının mobil telefonuna qardaşı Hünər cavab vermişdir. O, ağlaya-ağlaya qardaşına Şəmsini bıçaqla ehtiyatsızlıqdan vurduğunu deyib, təcili onlara gəlmələrini bildirmiş və qəndlə şərbət hazırlayaraq Şəmsiyə içirtmişdir. Bundan sonra tez-tez yolda olan atasıgillə telefon əlaqəsi saxlamış, tələsmələrini xahiş etmiş, qanı kəsə bilmədiyini onlara demişdir. Onlar isə tələsdiklərini, tezliklə çatacaqlarını bildirmiş, mümkün olan yardımları etməsini ona tapşırmışlar. Onların yaşadıqları Maştağadakı evin konkret ünvanı, şəhər daxili telefonu olmamış, o, ətrafı tanımamış, evlərinin harada yerləşməsini və təcili yardımı mobil telefonla yığmağın üsullarını bilməmişdir. Məhz belə səbəblərdən təcili yardıma zəng vura bilməmişdir. Şəmsinin bacısı Vəfaya zəng edib hadisə barədə ona məlumat vermək imkanı olmasına baxmayaraq, Vəfanın gəlib onu öldürə biləcəyindən qorxaraq ona zəng vurmamışdır. Həmçinin, Şəmsinin yaxınlıqda dayısıgil yaşamış, o, Şəmsinin dayısıgilə sonuncunun istəyi ilə məlumat verməmişdir. Belə ki, Şəmsi özü ona ürək-dirək vermiş, ona qorxmamağı tapşırmış, uşağa və qohumlara bildirməməyi istəmiş, qanın kəsəcəyini və hər şeyin yaxşı olacağını ona demişdir. Hadisələr baş verərkən qızı Elif yataq otağında olmuş, otağın qapısı bağlı olduğundan Elif oradan çıxa bilməmiş və hadisənin şahidi olmamışdır. Amma bütün çalışmalarına baxmayaraq qanı kəsə bilməmiş, atası və qardaşı Hünər isə yaşadıqları Biləcəridən təxminən 40-45 dəqiqə sonra gəlib çıxmışlar. Atasıgil gələn kimi atası və qardaşı Şəmsini qucaqlarına götürərək avtomobilə qoymuş, ona isə Şəmsinin şəxsiyyət vəsiqəsinə baxıb onun qan qrupunu öyrənməyi tapşırmışlar. O, sənədləri töküşdürüb Şəmsinin şəxsiyyət vəsiqəsini tapmış, baxıb onun qan qrupunun İİ qrup olduğunu öyrənmişdir. Həmin vaxt onun əli qanlı olduğundan baxdığı sənədlər də qana bulaşmışdır. Bundan sonra, o, uşağı da götürüb atasıgillə birlikdə xəstəxanaya getmişdir. O, getdikləri xəstəxanaları tanımamışdır. Şəmsi maşında asta-asta danışsa da, rəngi avazımağa başlamış, onu yuxu aparmaması üçün tez-tez danışdırmağa çalışmışdır. Lakin xəstəxanada həkimlər Şəmsini qəbul etdikdən bir neçə dəqiqə sonra Şəmsinin öldüyünü onlara demişlər. Hadisə barədə tibb işçiləri tərəfindən polis bölməsinə məlumat verilmiş, bundan sonra polis əməkdaşları xəstəxanaya gəlmiş, o, könüllü olaraq Şəmsini ehtiyatsızlıqdan vurduğunu onlara danışmışdır. Onun əri Zərərçəkmiş şəxs nəinki öldürmək, hətta ona xəsarət belə, yetirmək niyyəti olmamışdır. Şəmsi mətbəxdə boşqabla onun başına vurarkən sonuncu onun arxasında olmuş, başını aşağı salıb zərbələrdən yayınmaq istəmiş, sol əli başında olmaq şərti ilə sağ əli ilə Şəmsini qorxutmaq və özündən uzaqlaşdırmaq üçün masanın üzərində olan bıçağı götürüb geriyə dönmədən, Şəmsinin özünü görmədən geriyə doğru bir dəfə bıçaq atmış və həmin vaxt bıçaq təsadüfən Şəmsinin qasıq nahiyəsindən dəymişdir. Ona kömək etmək məqsədi ilə əlindən gələn bütün yardımları göstərmiş, xəstəxanaya çatdırılmasını təmin etmiş, lakin onun həyatını xilas edə bilməmişdir. Hadisə ərəfəsində işlətdiyi mətbəx bıçaqları xarab olduqlarından, qırıldıqlarından, istifadə üçün yararsız vəziyyətə düşdüklərindən o, hadisədən bir neçə gün əvvəl cehizlərinin içərisindən yeni bir mətbəx bıçağı çıxarıb istifadəyə başlamışdır. Həyat yoldaşı Şəmsini isə yenicə istifadə üçün götürdüyü həmin bıçaqla öldürmüşdür. O, heç vaxt əri Şəmsini öldürmək, var-yox bir qızlarını atasız böyütmək niyyətində olmamışdır. O, Şəmsini sevərək onunla ailə qurmuş, heç vaxt ona xəyanət etməmişdir. Şəmsi bir dəfə ölmüş, lakin o, həmin hadisədən sonra hər gün min dəfə ölmüşdür. O, ərini qəsdən vurmamış, ona qəsdən bədən xəsarəti yetirməmişdir. Ona, onun ailə üzvlərinə qarşı Şəmsinin ailə üzvləri tərəfindən irəli sürülmüş ağır ittihamlar böhtandan başqa bir şey deyildir. Hadisə vaxtı evlərində Şəmsi ilə ondan və otaqda balaca uşaqdan başqa heç kəs olmamış, onun atası, qardaşı və ya dayısı bu hadisənin ümumiyyətlə şahidi belə olmamışlar. Əksinə, atası və qardaşı əllərindən gələni etsələr də, Şəmsinin həyatını xilas edə bilməmişlər. Hadisədən sonra o, polis-prokurorluq əməkdaşları ilə birlikdə hadisə yerinə aparılmış ora baxış keçirilmiş, cinayətin aləti olmuş bıçaq və qanlı əşyalar götürülmüşdür. Baxış yekunlaşdırılarkən onlarla gedəcəyi bildirilmiş, odur ki, ona özü və balaca qızı uçun zəruri əşyaların, paltarların götürülməsi təklif olunmuşdur. O, özü və uşaq üçün lap zəruri olan bir-iki dəst paltar və uşağın əşyalarını götürmüşdür. Bundan başqa, o, evdən heç bir əşya götürməmiş, faktiki onun bütün cehiz və sair əşyaları hadisə baş vermiş evdədir. Baş vermiş hadisənin hər hansı əmlakla heç bir bağlılığı olmamışdır. Birinci instansiya məhkəməsində aparılmış icraat zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X17 ifadəsində göstərmişdir ki, onun Şəmsi adında bir oğlu, Vəfa adında bir qızı olmuşdur. Vəfa ailəli olmuş və ailəsi ilə Maştağa qəsəbəsində yaşamışdır. Oğlu Şəmsi isə 2013-cü ilin avqust ayında Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və birgə nikahdan onların Elif adlı qızları doğulmuşdur. Şəmsi və Günər ailə həyatı qurduqları ilk gündən onun Maştağa qəsəbəsində yerləşən evində yaşamağa başlamışlar. Hər yazyay mövsümü başladıqda o, arvadı Tükəzbanla birlikdə doğulub boya-başa çatdıqları Şahbuz rayonunun Badamlı kəndindəki evlərinə getmiş, qış mövsümündə isə Bakıya qayıdıb oğlu Şəmsi ilə birlikdə yaşamışlar. Günər gəlin gəldiyi ilk vaxtlardan Günərin atası Sultan və anası Zeynəb qızının ailəsinə müdaxilə etməyə başlamış, onun oğlunu öz əsarətləri altında saxlamaq istəmiş, buna görə də Şəmsi ilə Günər arasında problemlər yaranmağa başlamışdır. Günər onların evinə gəlin köçdüyü ilk vaxtlardan onun atası Sultan istədiyi vaxt gəlib qızını öz evinə aparmış, bir neçə gün qaldıqdan sonra geri qayıtmışdır. Bu vəziyyət Şəmsinin xoşuna gəlmədiyindən Günərlə aralarında tez-tez dava olmuşdur. Günər dörd aylıq hamilə olarkən Sultan onlara gəlib arvadı Zeynəbin infarkt keçirdiyini bəhanə edərək Günəri götürüb aparmış, onu geri qayıtmamış və sonuncu yeddi ay müddətində fasiləsiz olaraq atasının evində qalmışdır. Şəmsi isə Günərin ondan xəbərsiz getməsinə əsəbiləşərək Günəri bir daha geri qaytarmayacağını, necə gedibsə, elə də gəlməli olduğunu demişdir. Lakin Günərin qızı anadan olmuş, o, Günərin atası evində qalmasının düzgün olmadığını, belə davam edərsə, oğlunun ailəsinin dağılacağını fikirləşərək arvadı Tükəzbanı və qaynı Ələkbəri Günəri gətirmələri üçün Sultangilə göndərmişdir. Həmin vaxt Günər uşağı ilə birlikdə onun evinə qayıtmışdır. X34 öz mövqelərindən əl çəkməmiş, Şəmsinin ailəsinə hər yolla müdaxilə etmiş, Günərin onlarla bir evdə yaşamaq istəmədiyini demişlər. Günərin qardaşının toyu olarkən o, həmin toya dəvət olunsa da, öz qardaşının oğlunun toyunda iştirak etməsi ilə əlaqədar Günərin qardaşının toyuna getməmiş, həmin toyda iştirak etməsini oğlu Şəmsiyə tapşırmışdır. Şəmsinin isə həmin toya gedib-getmədiyini bilməmişdir. 2016-cı ilin mart ayından o, arvadı Tükəzbanla birlikdə Badamlı kəndində yerləşən evinə getmiş, Şəmsi və Günər isə Maştağa qəsəbəsində onun evində qalmışlar. 2016-cı ilin iyul ayında o, gözündən əməliyyatı olunmaq üçün Bakı şəhərinə qayıtmış, əməliyyatdan sonra Sultan qaynı Nazimlə birlikdə guya ona baş çəkməyə gəlmişlər. Sultan oğlu Şəmsinin Günəri boşamaq istədiyini eşitdiyindən yenə də qaynı Nazimlə birlikdə ona hədə-qorxu gəlməyə başlamış, Nazim Günərin ailəsində problem yaranacağı təqdirdə, özünün də bu məsələyə qarışacağını deməklə hədələmişdir. Sultan isə Şəmsinin qızını boşayacağı təqdirdə, oğlunun meyitinin evinə gələcəyini deməklə ona hədə-qorxu gəlmişdir. Həmin ərəfədə oğlu Şəmsi bir dəfə ona Günərin gecə yatdıqları yerdə onun venasını kəsdiyini bildirmişdir. O, bu barədə Günərdən soruşduqda, sonuncu zarafat etdiyini ona demişdir. Bu məsələni çox da ciddiyə almamışdır. 07 avqust 2016-cı il tarixdə kəndinə qayıdaraq orada yaşamış, bundan sonra Şəmsi ilə Günər arasında baş verənlərdən onun xəbəri olamışdır. Amma o, tez-tez Bakıda ailəli olan qızı Vəfa və oğlu Şəmsi ilə mobil telefonla əlaqə saxlamış, onların hər ikisi hər şeyin yaxşı olduğunu, Günər və onun ailəsi ilə heç bir problem olmadığını demişlər. Lakin 06 noyabr 2016-cı il tarixdə, saat 13 radələrində, Vəfa ağlayaağlaya ona zəng edərək Şəmsinin bıçaqlandığını demiş, amma əlavə heç nə deməyərək zəngi kəsmişdir. Bundan sonra, o, digər qohumlarına zəng etmiş, Şəmsinin həmin gün öz evində bıçaqlandığını öyrənmiş və həmin gün arvadı Tükəzbanla birlikdə təyyarə ilə Bakı şəhərinə gəlmişdir. O, saat 22 radələrində evinə çatdıqda, Şəmsinin meyitinin artıq yuyulub evə gətirildiyini görmüşdür. O, Şəmsinin meyitinə baxmamış, ancaq onu görən qohumları oğlunun sağ qasıq nahiyəsində bir ədəd bıçaq xəsarətinin olduğunu demişlər. hadisə ilə bağlı onun özü araşdırma aparmış və bu qənaətə gəlmişdir ki, onun oğlu Şəmsini Günər tək öldürməmiş, Günərin qardaşı və atası onun oğlunu, gecə, saat 5-də evin mətbəxində deyil, yataq otağında müəmmalı şəkildə öldürmüş, onu köməksiz vəziyyətdə qoymuş, öldükdən bir neçə sonra guya yardım edirmişlər kimi xəstəxanaya aparmışlar. Belə ki, oğlunun qanı yataq otağında yorğan-döşəkdə də olmuşdur. Hadisə Günərin atasıgilə getmək istəməsi üstündə olmamışdır. Hadisədən 15 gün əvvəl Günərin telefonuna mesaj gəlmiş, oğlu Şəmsi telefona baxıb kim olduğunu ondan soruşduqda, Günər bəhanə gətirərək xəbərinin olmadığını bildirmişdir. Qonşuların da ona deməsinə görə, Şəmsini Günər tək öldürməmişdir. Qonşuluqda yaşayan qaynı qızının, yəni Şəmsinin dayısı qızının isə deməsinə görə, sübh namazı vaxtı, saat 6:00 radələrində Günərin atasının «maşının açarını gətir» sözlərini dediyini eşitmişdir. “ABA” televiziya kanalı da hadisədən ayın 6-sı xəbərdar olmuşdur. Günər onun oğlunun ölməsini arzuladığından qonşulara, onlara, təcili yardıma tez xəbər verməmişdir. Hadisədən dərhal sonra Günər qohumları ilə birlikdə evin bütün əşyalarını maşınlara yığıb aparmışlar. Hadisə həm də əmlak üstündə olmuşdur. Onun oğlunun ölüm faktına görə cinayət işi düzgün istintaq olunmamış, Günər onun oğlunu təkbaşına və ehtiyatsızlıqdan öldürməmiş, onun oğlu Günər və onun qohumları - onun atası, qardaşı və dayısı Nazim tərəfindən müəmmalı şəkildə öldürülmüşdür. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs anası X5 və bacısı X25 zərər çəkmiş şəxsin hüquqi varisi Qnyaz Babayevlə oxşar məzmunlu ifadələr verib sonuncunun göstərdiyi xüsusatları bar daha təsdiq etmiş, hadisəni görmədiklərini bildirmişlər. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilən Təqsirləndirilən şəxs qardaşı X19 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə 2008-ci ildən Bakı şəhəri, Biləcəri qəsəbəsi, 5-ci yeni yaşayış massivi, ünvan 3 ünvanda yaşamışdır. Rəhmətlik Zərərçəkmiş şəxslə onun bacısı Təqsirləndirilən şəxs tanışları vasitəsi ilə bir-birini tanımış, ailə həyatı qurmuşlar. Günər Şəmsi ilə ailə həyatı quran gündən Maştağa qəsəbəsində yerləşən, hadisə baş vermiş evdə yaşamışlar. 06 noyabr 2016-cı il tarixdə, saat 10 radələrində, istirahət günü olduğundan o, atası Sultan, arvadı Xatirə və anası Zeynəb evdə olmuş, anası qovurma bişirməyə hazırlaşmışdır. Bu vaxt bacısı Günərin ***-***-**-** nömrəli mobil telefonundan anası Zeynəbin ***-***-**-** nömrəli mobil telefonuna zəng gəlmiş, anası qab yuduğundan telefona cavab vermək imkanı olmamış, odur ki, Günərin konturları getməməsi üçün o, Günərin zəngini kəsərək anasının telefonu ilə yenidən Günərə zəng etmişdir. Belə ki, Günərin əsasən danışıq üçün konturları olmamış, onu danışıq konturları ilə çalışıb onlar təmin etmişlər. O, geri zəng etdikdə Günər zəngi qəbul edib ona “əlimdən xata çıxdı, bıçaqla istəmədən Şəmsini vurdum, qan gedir, tez gəlin” sözlərini demişdir. O, danışığı dayandırmadan həyəcanlı vəziyyətdə Günərin dediklərini təkrarlamış, ondan sonra anası Zeynəb telefonu alıb Günərlə danışmış və onu sakitləşdirməyə çalışmışdır. O isə atası Sultanla dərhal atasının “Mersedes 270” markalı, Az-**-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşınına oturaraq bacardıqları qədər sürətlə Biləcəri qəsəbəsindən Maştağa qəsəbəsinə getməyə başlamışlar. Avtomaşını atası Sultan idarə etmiş, o isə qabaqda oturmuşdur. Yolda olarkən o, bir neçə dəfə özünün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu ilə Günərin mobil telefonu ilə əlaqə saxlamış, bacısına yaranı bərk sıxmasını və Şəmsiyə şərbət içirtməsini məsləhət görmüşdür. Həmin vaxt Günər mobil telefonla ancaq onunla əlaqə saxlamışdır. Onun dayısı Nazim həkim olduğundan onlar Maştağaya gedərkən yolda o, dayısının ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək hadisə barədə qısa məlumat vermiş və Şəmsini hansı xəstəxanaya aparmaları barədə ondan məsləhət almışdır. Yolda olarkən atası da eyni məqsədlə Nazimlə danışmışdır. Nazim isə ən yaxın Sabunçu xəstəxanasının olduğunu demiş, Şəmsini ora aparmalarını məsləhət görmüşdür. Təxminən 30 dəqiqə sonra, saat 10:30 radələrində, onlar Şəmsinin evinə çatmışlar. O, atası ilə birlikdə evə daxil olduqda Şəmsinin dəhlizdə yerdə uzanmasının, nəfəs alıb zarıldamasının, demək olar ki, huşsuz vəziyyətdə olmasının, Günərin isə paltarla onun sağ qasıq nahiyəsində olan yarasını tutmasının şahidi olmuşdur. Dəhlizdə yerə və yaraya qoyulmuş paltarlara xeyli qan bulaşmışdır. O, dərhal atası ilə köməkləşərək Şəmsini maşınlarının arxa oturacağına qoymuşlar. Həmin vaxt onun, atasının əlləri, üst başları, yəni paltarları Şəmsinin qanına bulaşmışdır. O, arxada Şəmsinin yanında, Günər qızı Eliflə qabaqda oturmuşlar. Atası Sultan isə sürətlə maşını idarə etmiş və təxminən 20 dəqiqə sonra Şəmsini Sabunçu xəstəxanasına çatdırmışdır. Yolda olarkən də Şəmsi zarımış, ancaq nəfəs almağa davam etmişdir. Evdə soruşmağa imkanları olmasa da, yolda hadisə barədə Günərdən soruşmuş, Günər Şəmsinin onu mətbəxdə döydüyünü, özünü qorumaq üçün əlinə ilk keçən bıçağı geriyə dönüb baxmadan onun arxasında dayanmış Şəmsiyə tərəf atdığını və həmin vaxt bıçağın təsadüfən Şəmsiyə dəydiyini danışmışdır. Atası idarə etdiyi “Mersedes 270” markalı, Az-**-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xəstəxananın həyətinə daxil olmuş, yaralı barədə dərhal məlumat verilmiş, Şəmsini həmin maşından birbaşa xəstəxana işçilərinin gətirdiyi xərəyə uzadaraq xəstəxana işçilərinə təhvil vermişlər. Həkimlər və tibb işçiləri onlara liftə minməyinə icazə vermədiklərindən onlar aşağıda gözləyəsi olmuşlar. Şəmsini həkimlərə təhvil verdikdən təxminən 10 dəqiqə sonra xəstəxanada işləyən həkimlərdən biri onlara yaxınlaşaraq Şəmsi ilə nə əlaqələrinin olduğunu soruşmuş, atası Şəmsinin qayınatası olduğunu dedikdən sonra həkim onlara Şəmsinin öldüyünü bildirmişdir. Bundan sonra, onlar məsləhətləşib polis şöbəsinə getməyi qərara almışlar. Elə həmin vaxt 14-cü polis bölməsinin əməkdaşları ora gəlib çıxmış, atası öz maşınında, Günər isə polis maşınında Şəmsinin evinə getmişlər. O, balaca Eliflə birlikdə özlərinin Biləcəridəki evlərinə getmiş və orada gözləməyə başlamışdır. Təxminən iki-üç saat sonra atası Sultan evə gələrək Günərin tutulduğunu onlara xəbər vermişdir. Onlar Şəmsinin evinə çatdıqda vəziyyəti görüb şoka düşmüş, ona görə Günərgilin qonşuluğunda yaşayan Şəmsinin dayısına heç nə deyə bilməmişlər. Onun Şəmsi ilə münasibəti normal olmuş, aralarında ədavət olmamışdır. Onunla Şəmsi arasında həmişə pərdə olmuş və o, bu münasibəti saxlamışdır. O, Şəmsini sonuncu dəfə hadisədən təxminən bir il əvvəl görmüş, Şəmsi onun toyunda da iştirak etməmişdir. O, Şəmsini heç vaxt hədələməmiş, nə onun özünün, nə atasının və nə də ki, dayısının Şəmsinin öldürülməsi hadisəsində rolu olmamış, hadisənin necə baş verməsindən xəbərsiz olmuşlar. Dayısı Nazimlə yalnız bir dəfə onun mobil telefonu ilə yolda olarkən danışmışlar. Dayısı Nazim hadisəni bilə-bilə heç xəstəxanaya da gəlməmişdir. Sonuncunun, atasının, onun Şəmsi ilə heç bir ədavəti olmamış, onların hadisə ilə heç bir əlaqələri olmamışdır. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilən Təqsirləndirilən şəxs atası X26 məhkəmədə şahid qismində dindirilmiş Hünər Mirzəyevlə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, həmçinin mərhum Zərərçəkmiş şəxslə münasibətinin normal olduğunu, Şəmsi ilə yeganə qızının əri, nəvəsinin atası kimi səmimi münasibət saxladığını, Şəmsinin onun oğlunun toyunda iştirak etməməsinə, qızı Günərə onlara gəlməsinə icazə verməməsinə baxmayaraq, onun Şəmsiyə qarşı kini olmadığını, heç vaxt onu hədələmədiyini, nə onun özünün, nə oğlu Hünərin və nə də ki, Günərin dayısı Nazimin Şəmsinin öldürülməsində iştirak etmədiklərini, hadisənin necə baş verməsindən xəbərsiz olduqlarını, Günərin dayısı Nazimlə yalnız bir dəfə onun mobil telefonu ilə yolda olarkən danışıb Şəmsini hansı xəstəxanaya aparmağın daha münasib olduğunu soruşmalarını, onların Şəmsi ilə heç bir ədavətinin olmadığını göstərmiş, hadisədən sonra Şəmsigilin evindən yalnız istintaq orqanının icazəsi ilə körpə uşağa görə və Günərin tutulması ilə əlaqədar zəruri paltarların götürüldüyünü, qalan əşyalara toxunulmadığını göstərmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilən Təqsirləndirilən şəxs anası X3 məhkəmədə dindirilən şahidlər Sultan və Hünər Mirzəyevlərlə oxşar məzmunlu ifadə verib sonuncuların işin halları ilə bağlı ifadələrində göstərmiş olduqları xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, şahid Sultan Mirzəyev həm onun bibisi oğlu, həm də bacısı Zeynəbin əri olmuş, baxılan iş üzrə Təqsirləndirilən şəxs isə onun bacısı Zeynəbin yeganə qızıdır. Mərhum Zərərçəkmiş şəxs bacısı qızının əri kimi tanımış olsa da, onunla heç bir münasibəti və ya ədavəti olmamışdır. O, 06 noyabr 2016-cı il tarixdə, saat 10 radələrində, öz evində olarkən bacısının əri Sultan Mirzəyev özünün istifadəsində olan ***-***-**-** mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək, yolda olmaqla Günərgilə getdiyini, əri ilə aralarında yenə problem olduğunu və deyilənə görə qızının Şəmsiyə ayaq nahiyəsindən xəsarət yetirdiyini ona demişdir. 15-20 dəqiqə sonra Günərin qardaşı Hünər ona zəng edərək ciddi bir şey olmadığını bildirsə də, daha 15-20 dəqiqə sonra yenidən Sultan ona zəng edərək Şəmsidə ciddi qanaxma olduğunu bildirmiş və ondan hansı xəstəxanaya aparmaq lazım olduğunu soruşmuşdur. O, olduqları yeri soruşduqdan sonra, onların yolda olduqlarını öyrənmiş və ən yaxın Sabunçu xəstəxanasının olduğunu demişdir. Bundan sonra o, evdən çıxıb işə gəldikdən sonra həmin gün, saat 11:30 radələrində, Sultan ona zəng edərək Şəmsinin Sabunçu xəstəxanasında ölməsi xəbərini vermişdir. Hadisə ilə sonra maraqlandıqda Şəmsinin boşqabla Günərin başına vurarkən Günərin mətbəx bıçağı ilə onun arxasında dayanmış Şəmsinin qasıq nahiyəsinə xəsarət yetirdiyini Sultangildən öyrənmişdir. Şəmsinin Günərlə evliliyindən sonra onlarda cəmi iki dəfə - toydan sonra qonaq dəvət olunarkən və ikinci dəfə 2016-cı ilin yayında olmuşdur. Belə ki, 2016-cı ilin yayında Sultangildə olarkən Günərdən zəng gəlmiş, Günər atasına gəlib onu evlərinə aparmağı xahiş etmişdir. Sultan qızıgilə gedərkən, o da onlarla birlikdə Günərgilə getmişdir. Sultan Şəmsinin atası ilə söhbət etmiş, ciddi bir səbəb müəyyən edilməmiş, sədəcə Günərin qayınatası gəlinin onları saymadığını əsas gətirmişdir. Belə olduqda o, Günəri çağırmış, onu danladıqda, Günər, əksinə onu yola vermədiklərini bildirib ağlamışdır. Həmin vaxt Günərin atasına «ya qızı birdəfəlik boşayın ya da mehriban olun» demişdir. Bundan başqa onun Günərin ailəsi və ya rəhmətlik Şəmsi ilə əlaqəsi olmamış, Sultan, Hünər və ya qeyriləri ilə birlikdə hadisə günü Günərgildə olmamış, hadisənin baş verməsində heç bir formada iştirak etməmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilən 3 saylı ŞKX-nin Ümumi Cərrahiyyə şöbəsinin həkimi X20 ifadəsində göstərmişdir ki, 06 noyabr 2016-cı il tarixdə, həftənin bazar günü olduğundan, günlük növbədə olmuşdur. 06 noyabr 2016-cı il tarixdə, saat 11:00-da Zərərçəkmiş şəxs sağ qasıq nahiyəsində ölçüsü təxminən 2 sm olan kəsilmiş-deşilmiş yara ilə yaxınları tərəfindən qəbul şöbəsinə gətirilmişdir. Zərərçəkmiş şəxs yaxınları “Mersedes” markalı, Az-**-BL-*** dövlət nömrə nişanlı avtomaşınla gətirmişlər. Şəmsinin maşından düşürülüb xərəklə xəstəxanaya gətirilməsinə həmin gün işdə olan cərrah Əliyev Tural və rezident Əliyev Əli köməklik etmişlər. Həmin vaxt o, travmatoloq Loğman Məmmədovla birlikdə qəbul şöbəsində Zərərçəkmiş şəxs ilkin baxış keçirtmiş və bu zaman Zərərçəkmiş şəxs heç bir həyat əlaməti olmaması müəyyən edilmişdir. Buna görə də Zərərçəkmiş şəxs heç bir tibbi yardım göstərilməmişdir. Bundan sonra onlar lazımi məlumatları əks etdirməklə “Xəstəxanaya gətirilən həkimə qədər ölümün qeydiyyatı” haqqında 33 nömrəli aktı tərtib etmiş, həmçinin bu barədə polis orqanlarına məlumat verilməsini təmin etmişlər. Meyit bir neçə dəqiqə sonra xərəklə kim olduğunu xatırlamadığı sanitarların köməkliyi ilə xəstəxana ərazisində yerləşən morqa təhvil verilmişdir. Həmin gün Zərərçəkmiş şəxs xəstəxanaya gətirənlərdən biri cavan oğlan, digəri qucağında körpə uşaq olan qız və yaşlı kişi olmuşdur. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilən 3 saylı ŞKX-də Müştərək-travma şöbəsinin həkim travmatoloqu X14 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X20 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, həmçinin göstərmişdir ki, hadisədən bir neçə gün sonra mərhum Zərərçəkmiş şəxs atası onun yanına gəlmiş, xəstə xəstəxanaya gətirilərkən hansı vəziyyətdə və kimlər tərəfindən gətirildiyini soruşmuşdur. O, Zərərçəkmiş şəxs atasına məhkəmədə danışdıqları kimi izah vermiş, Şəmsini gətirənlərdən birinin qucağı uşaqlı qız olduğunu, qızın ağlaya-ağlaya ora-bura qaçıb kömək istədiyini danışmış, lakin oğlanı kimin vurmağı barədə sonuncu heç nə demədiyindən o da Zərərçəkmiş şəxs atasına bu barədə heç nə deməmişdir. O, qızın mərhumu qardaşının vurduğunu deməsini eşitməmiş və bu barədə Zərərçəkmiş şəxs atasına heç nə deməmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilən Əziz Əliyev adına həkimlərin təkmilləşmə institutunun Cərrahiyyə kafedrasının baş laborantı X23 ifadəsində göstərmişdir ki, 06 noyabr 2016-cı il tarixdə köməkçi cərrah kimi növbədə olmuş, həkim rezident Əliyev Əli də təcrübəçi kimi işdə olmuşdur. 06 noyabr 2016-cı il tarixdə, saat 11 radələrində, o, Əli ilə birlikdə qəbul şöbəsi tərəfdə yerləşən qapıdan çıxaraq mağazaya getmişdir. Həmin vaxt “Mersedes” markalı, Az-**-BL-*** dövlət nömrə nişanlı avtomaşın qapının qarşısında saxlayaraq dayanmadan siqnal verməyə başlamışdır. Onlar həmin avtomaşına tərəf baxdıqda maşını idarə edən kök yaşlı kişi “həkim-həkim” deyə onları çağırmışdır. O, və Əli maşına yaxınlaşanda onları çağıran kişi maşında yaralı olduğunu bildirmişdir. O, avtomaşının içərisinə baxanda arxa oturacaqda cavan oğlanın huşsuz vəziyyətdə uzandığını görmüşdür. Buna görə də dərhal Əli ilə qaçaraq qəbul şöbəsindən xərək gətirmişdir. Əli və o, ətrafda olanların köməkliyi ilə yaralını maşından çıxararaq xərəyin üzərinə qoyub qəbul şöbəsinə gətirmişlər. Həmin yaralını maşından çıxardarkən o, bir həkim kimi yaralının dərisinin rəngindən və bədəninin əlamətlərindən yaralının artıq öldüyünü başa düşmüş, ancaq bu barədə yaxınlarına orada bir söz deməmişdir. Zərərçəkmiş şəxs ad-soyadlı yaralını “Mersedes” markalı maşınla yaşlı, alçaq boylu, kök kişi, cavan alçaq boylu oğlan və qucağında körpə uşaq olan qız gətirmişdir. Zərərçəkmiş şəxs həyat əlaməti olmadan, sağ qasıq nahiyəsində ölçüsü təxminən 2 sm olan kəsilmiş-deşilmiş yara ilə gətirilmişdir. Onlar Zərərçəkmiş şəxs xərəkdə qəbul şöbəsinə gətirdikdən sonra Səbuhi Xəlilov və travmatoloq Loğman Məmmədov birlikdə orada ilkin baxış keçirmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs heç bir həyat əlaməti olmadığı müəyyən edilmişdir. Buna görə də Zərərçəkmiş şəxs heç bir tibbi yardım göstərilməmişdir. Daha sonra, onlar Zərərçəkmiş şəxs qəbul şöbəsindən liftə yerləşdirərək reanimasiya şöbəsinə qaldırmışlar. Reanimasiya şöbəsinə qaldırarkən liftin qarşısında kim olduqlarını bilmədiyi Zərərçəkmiş şəxs yaxınları onun vəziyyəti ilə maraqlananda o, onlara artıq keçindiyini, yəni öldüyünü demişdir. Növbətçi reanimatoloq da Zərərçəkmiş şəxs meyitini müayinə edərək onda heç bir həyat əlamətinin olmadığını bildirmişdir. Bundan sonra həkimlər lazımi məlumatları əks etdirməklə “Xəstəxanaya gətirilən həkimə qədər ölümün qeydiyyatı” haqqında 33 nömrəli aktı tərtib etmiş və bu barədə polis orqanlarına məlumat verilmişlər. Meyit bir neçə dəqiqə sonra xərəklə kim olduğunu xatırlamadığı sanitarların köməkliyi ilə xəstəxana ərazisində yerləşən morqa təhvil verilmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilən Əziz Əliyev adına həkimlərin təkmilləşmə institutunun Cərrahiyyə kafedrasının rezidenthəkimi X36 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X23 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatlan bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən sərbəst ifadəsində göstərdiyi xüsusatları, o cümlədən evin mətbəx otağında davam edən ailə-məişət mübahisəsi zəminində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arxadan ona yaxınlaşaraq əlində olan boşqabla onun başından, müdafiə olunmaq üçün əlləri ilə başını tutduqdan sonra isə əllərinin üstündən vurduğunu, həmin vaxt mətbəxdəki iş masasının üzərində olan bıçağı sağ əli ilə götürərək özünü müdafiə etmək və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hərəkətlərindən çəkindirib özündən uzaqlaşdırmaq məqsədi ilə geriyə dönmədən arxaya doğru fırlatdığını, nəticədə əlindəki bıçağın onun arxasında dayanmış əri Zərərçəkmiş şəxs qasıq nahiyəsinə dəydiyini şifahi olaraq bir daha təsdiq edib, cinayət hadisəsinin baş verdiyi yeri, o cümlədən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğu yeri və şəraiti, cinayət hadisəsinin törənmə üsulunu,hadisədən sonra cinayətin alətini atdığı yeri əyani şəkildə təfsilatı ilə göstərmiş, Zərərçəkmiş şəxs qəsdən vurmadığını bildirmişdir. Tədqiq olunan protokoldan və protokola edilmiş əlavələrdən, həmçinin görünür ki, «İfadənin yerində yoxlanılması» istintaq hərəkəti aparılarkən müvafiq fotoşəkillər çəkilərək protokoluna əlavə edilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunan hadisə yerinə baxış keçirilməsinin nəticələrinə dair 06 noyabr 2016-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı, cinayət hadisəsinin baş verdiyi yer hesab olunan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Südçülük sovxozu ünvanda yerləşən nömrəsiz evə baxış keçirilərkən evin mətbəx otağında üzərində qanabənzər ləkələr olan bir ədəd mətbəx bıçağı aşkar olunaraq götürülmüşdür. Aşkar olunub götürülən bir ədəd mətbəx bıçağı ilə əlaqədar münasibət bildirən Təqsirləndirilən şəxs hadisə yerində aşkar edilib götürülmüş, üzərində qanabənzər ləkələr olan həmin mətbəx bıçağı ilə əri - zərərçəkmiş Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bildirmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, evdə aşkar olunan qanabənzər ləkələrdən pambığa hopdurulmaqla müvafiq nümunələr, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş jaketi və reytuzu qablaşdırılaraq götürülmüşdür. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı, həmçinin mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs meyitinə tibb sahəsində ekspertlərin iştirakı ilə baxış keçirilməsi haqqında 06 noyabr 2016-cı il tarixli protokol da elan olunmaqla tədqiq edilmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, meyitə baxış keçirilərkən zərər çəkmiş Zərərçəkmiş şəxs meyitinin sağ qasıq nahiyəsində köndələn yerləşmiş, kənarları hamar, bucaqlarından biri iti, digəri küt 2,0 x 1,0 sm ölçüdə yara olduğu müəyyən edilmişdir. Yara mənfəzində olan yara kanalı öndən arxaya, bir qədər yuxarıdan aşağıya və sağdan sola doğru gedərək yara kanalı boyu bud arteriyası və venasını zədələyərək kəsərək əzələlər arasında qurtarır və yaranın dərinliyi 8 sm-dir. Eyni zamanda, tədqiq olunan həmin protokoldan görünür ki, meyitə baxış prosesində zərər çəkmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş şalvar, tuman (alt paltarı), uzunqol jaket, qolsuz mayka qablaşdırılaraq tədqiqat üçün götürülmüşdür. Baxış keçirilməsi haqqında 17 yanvar 2017-ci il tarixli protokoldan görünür ki, məhkəməyədək icraat zamanı baş vermiş cinayət hadisəsinin ibtidai istintaqı ilə əlaqədar Bakı şəhərinin Sabunçu rayonu ərazisində yerləşən 3 saylı Şəhər Kliniki Xəstəxanasının (ŞKX) həyətində quraşdırılmış TŞ9-028 nömrəli təhlükəsizlik kamerasının qeydə aldığı video yazılar əldə olunmuş, həmin video yazılara baxış keçirilmiş, baxış zamanı video yazıda aşkar olunan görüntülər təfsilatı ilə tərtib olunan müvafiq protokolda təsvir edilmişdir. Video görüntülərin təsvir edildiyi həmin protokoldan görünür ki, təhlükəsizlik kamerasının qeydə aldığı video yazılarda 06 noyabr 2016-cı il tarixdə, saat 11:00-da baxılan iş üzrə şahidlər X15, X8 və Təqsirləndirilən şəxs birlikdə zərər çəkmiş Zərərçəkmiş şəxs 3 saylı ŞKX-na gətirmələri, saat 11:01-də Sultan, Hünər və Günər Mirzəyevlərin xəstəxananın tibb personalının köməyi ilə zərər çəkmiş Zərərçəkmiş şəxs xərəkdə xəstəxananın təcili tibbi yardım üçün olan girişindən xəstəxanaya keçirib təhvil vermələri, saat 11:02-də Sultan Mirzəyevin qaçaraq həmin girişdən xəstəxanaya daxil olması barədə görüntülər mövcuddur. Həmçinin tədqiq olunan həmin protokolla müəyyən edilir ki, 06 noyabr 2016-cı il tarixdə, saat 11:00-da zərər çəkmiş Şəmsi Babayein 3 saylı ŞKX-na gətirilməsi və xəstəxanaya təhvil verilməsi mərhələsində Təqsirləndirilən şəxs qucağında bir nəfər azyaşlı körpə uşaq da olmuşdur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının 06 noyabr 2016-cı il tarixli, 151 saylı rəyindən görünür ki, mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs meyiti üzərində “Bud arteriyası və venasının zədələnməsi və kəsilməsi ilə müşayiət olunan sağ qasıq nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası” bədən xəsarəti müəyyən edilmişdir. Tədqiq olunan rəydən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində müəyyən olunan xəsarət həyatidir, mərhumun ölümündən az əvvəl deşici-kəsici alətin təsirindən törənmişdir və bıçaq təsirindən törənməsi mümkündür. Dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə bir başa səbəbli əlaqəlidir. Tədqiq olunan rəydən, həmçinin görünür ki, mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb bud arteriyası və venasının zədələnməsi və kəsilməsi ilə müşayiət olunan sağ qasıq nahiyəsinin deşilmiş-kəsilmiş yarası il əlaqədar baş vermiş kəskin qanitirmə və qanitirmə şoku olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 4-6 saat əvvələ uyğun gəlir. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində, əynindəki paltarın üzərində olan zədələrlə üst-üstə düşən xəsarətlər vardır. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Bundan başqa, məhkəmə-tibb ekspertizasının 06 noyabr 2016-cı il tarixli, 1584 saylı rəyindən görünür ki, tibbi tədqiqat zamanı baxılan iş üzrə Təqsirləndirilən şəxs alının sol yarısında 1,5 x 1,0 sm ölçüdə, boyunun sağ bayır səthində 2,5 x 1,0 sm ölçüdə, sağ əlin arxa səthində 2,0 x 1,3 sm ölçüdə, göyümtül-bənövşəyi rəngdə, qeyri-müəyyən formada qançırlar müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən 06.11.2016-cı il tarixə, yəni hadisə gününə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Daha sonra, məhkəmə-tibbi-kriminalistik ekspertizasının 08 noyabr 2016-cı il tarixli, 495-AİTŞ/2016 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mərhum Zərərçəkmiş şəxs məxsus şalvar və trusik üzərində aşkar olunmuş bir ədəd deşilmişkəsilmiş zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın təsirindən və ya oxşar konstruksiya malik digər bıçağın təsirindən törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus digər paltarlar üzərində geyilmə izlərindən başqa əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, ekspertizaya təqdim edilmiş, təqsirləndirilən şəxs X9 məxsus paltarlar, iş üzrə şahidlər Sultan Mirzəyev və Hünər Mirzəyevin paltarları üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə, o cümlədən qarşılıqlı dalaşmaya xarakterik zədələr aşkar olunmamışdır. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, iş üzrə müəyyən olunan hadisə yerindən baxış keçirilməsi nəticəsində götürülmüş bir ədəd bıçaq ekspertiza tədqiqatına məruz qalmış və həmin bıçağın zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı olması və soyuq silah hesab edilmədiyi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyindən verilən xasiyyətnamə ilə müsbət xarakterizə olunur. Ali təhsillidir. Himayəsində 27 sentyabr 2014cü il təvəllüdlü bir nəfər azyaşlı uşağı vardır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və apellyasiya protestinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cinayət əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş materialları ilə tam sübut olunur ki, mərhum Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə ailə münasibətlərində olsalar da aralarında gərgin münasibətlər mövcud olmuş, həmin günün gecəsi onların arasında narazılıq yaranmış, səhərisi isə həmin söhbət davam edərkən Təqsirləndirilən şəxs mətbəxə keçmiş, Zərərçəkmiş şəxs yerindən qalxıb onun arxasınca mətbəxə gələrək Günərin arxasında dayanaraq onun baş və boyun nahiyələrinə vurmuş, bu zaman Günər stolun üstündəki bıçağı götürərək onun arxasında dayanmış Şəmsini özündən aralaşdırmaq və onun da Şəmsini vurmaq iqtidarında olduğunu nümayiş etdirmək və bıçağın onun bədəninin hansı nahiyələrinə batacağına əhəmiyyət vermədən arxaya baxmadan əlindəki bıçaqla qəsdən Şəmsinin dayandığı istiqamətdə vurmuş və bıçaq Şəmsinin bud nahiyəsinə dəyib arteriyasını və venasını kəsmiş və nəticə də Zərərçəkmiş şəxs aldığı xəsarətdən ölmüşdür. Günər onun arxasında əri Şəmsinin dayandığını yəqinliklə bilmiş, bıçağı arxaya baxmadan vurmaqla onun özündən aralaşdırmaq istəmiş, lakin bıçağın onun hansı nahiyəsinə dəyəcəyinə və onun törədə biləcəyi nəticəyə biganə olmuşdur. O, Şəmsiyə bıçağı qəsdən vurmuş, yetirilən xəsarət nəticə üzrə ağır bədən xəsarəti olmuşdur, ölümlə münasibəti isə Günərin istəyindən kənar, Şəmsinin həddən artıq qan itirməsindən baş vermiş və bu nəticə Təqsirləndirilən şəxs arzusu ilə əhatə olunmamışdır. Bu isə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsini göstərir. Məhkəmədəkollegiyası Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzib edilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini,cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası hesab edir ki, himayəsində az yaşlı uşağın olması, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət əməlini törətməsi, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 05 mart 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 05.03.2020-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs 05.03.2020-ci il tarixdə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yaxalanaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 06 noyabr 2016-cı il tarixdən 17 noyabr 2017-ci il tarixədək həbsdə saxlandığı 01 (bir) il 11 (on bir) gün ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Beləki, Azərbaycan Respublikası CPM-nın 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulmazamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icraedildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Beləliklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 400.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutların tədqiqi zamanı məhkəmənin gəldiyi nəticələrin düzgünlüyünə təsir göstərən digər faktiki hallar müəyyən edildikdə məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı X31 tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli, 1(101)-1026/2017 saylı hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs AR CM-nın 126.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası daxilində cəza təyin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 397.1, 397.2, 398.1.2 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli, 1(101)-1026/2017 saylı hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib,9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkum Təqsirləndirilən şəxs Soltan qızının 06 noyabr 2016-cı il tarixdən 17 noyabr 2017-ci il tarixədək həbsdə saxlandığı 01 (bir) il 11 (on bir) gün AzərbaycanRespublikası CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəza müddətinə hesablansın və üzərində 07 (üç) il 11 (on bir) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının başlanğıcı 05mart 2020-ci il tarixdən hesablansın. Dövlət ittihamçısı X31 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə maddi sübutlar - Bakı Şəhər Prokurorluğunda saxlanılan mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar (alt paltarı), bir ədəd reytuz, bir ədəd tuman, bir ədəd uzunqol jaket, bir ədəd qolsuz mayka, məhkum Təqsirləndirilən şəxs məxsus bir ədəd reytuz, bir ədəd uzunboğaz jaket, şahid X18 məxsus bir ədəd jaket, şahid X11 məxsus bir ədəd şalvar və bir ədəd uzunqol köynək, cinayətin aləti olan bir ədəd bıçaq və hopdurulmaqla qan nümunələri götürülmüş iki ədəd pambıq topası məhv edilsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Vaqif Mursaqulov Hakimlər Mirzəli Abbasov Elmar Rəhimov
Məhkəmə qərarları › İş №1(103)-16/2020
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-16/2020
16.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver