Məhkəmə qərarları › İş №1(103)-16/2021

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-16/2021

27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-16/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kamran Hüseyn oğlu Əkbərovun sədrliyi və məruzəsi ilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə. məhkəmə iclas katibi Qasımov Fəxri Vidadi oğlunun katibliyi ilə, dövlət ittihamçısı X3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Göyüşov Nizami Əhraman oğlunun iştirakları ilə xx.xx.1994-cü il tarixdə Yardımlı rayonun Məlikli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Məlikli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 127.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, silah qismində istifadə olunan əşya tətbiq etməklə, qrup halında, təkrar xuliqanlıq və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə, təxminən saat 00:30 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mayakovski küçəsi 01 ünvanında yerləşən “Çənlibel” kafesinə alkoqol sərxoşluğu vəziyyətində gələrək, həmin kafedə gözətçi və eyni zamanda ofisant kimi işləyən Zərərçəkmiş şəxs1 iş vaxtının qurtarmasını, kafeni bağlamaq istədiyini görüb, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə, ona kafeyə girib pivə içmək istədiyini bildirmiş, lakin sonuncu ona rədd cavabı verdikdə heç bir əsaslı səbəb olmadan kafenin qarşısında zor təbiq edərək onu itəliyərək kafenin içərisinə salmış, orada olan müştərilərin gözü önündə onunla əlbəyaxa olmuş, nalayiq söyüşlərlə onu təhqir etmiş, onu şillələyərək, yumruqla sifətindən vuraraq onun sağ yanaq nahiyyəsinin hemotoması, ağız boşluğunun selikli qişasının qansızması ilə nəticələnən, ümumilikdə qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra, müştərilərin ünvanına söyüşlər işlətmiş, onları kafedən çıxaraqaq qovmuş, Zərərçəkmiş şəxs1 yenidən vurmaq istədikdə sonuncu kafedən qaçaraq oranı tərk eləmək məcburiyyətində qalmış və Təqsirləndirilən şəxs bu hərəkətləri ilə kafenin iş rejimini pozmaqla qərəzli xuliqanlıq etmişdir. Bundan başqa, ittiham aktına görə X10, təkrarən, şəxsiyyəti istintaqa məlum olmayan şəxslə birlikdə, qrup halında ictimai qaydanı kobud sıırəttə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, xx xxxxxx 2017-ci il tarixdə, təxminən saat 23:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən ticarət bazarın yaxınlığında, 62 saylı sərnişin avtobusunun sonuncu dayanacağında Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan X4 üzərinə hücum etmiş, silah qismində tətbiq etdiyi bıçağı ona qəsdən vurub xəsarət yetirmək məqsədi ilə ona tərəf atmış, bundan sonra qrupun digər üzvü silah qismində istifadə etdiyi dəmir boru ilə onun burun nahiyyəsinə xuliqanlıq niyyəti ilə qəsdən zərbə endirmş, daha sonra qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək, birlikdə yumruq təpiklə onun bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmuş, onu yerə yıxaraq, zərərçəkmiş Abgül Müsəllifovun ənsə, hər iki göz yuvasıətrafı, sol dirsək oynağı və sol sağrı nahiyyələrinin qançırları ümumilikdə dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan, sağ gicgah nahiyyəsinin kəsilmiş yarası iə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, burun vasitəsilə tənəffüsün pozulması ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən aşıq sınığı və burunun əzilmiş yarası ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərərvurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri törətmişdir Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən Ziya Şirinov) xx xxxx 2019-cu il tarixli hökmü ilə İbayev X7 Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün həbsdə saxlanması nəzərə alınmaqla qəti olaraq üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəza 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib işə birinci instansiya məhkəməsinin yüngülləşdirici halları hökmdə yalnız sadalamaqla kifayətləndiyini, yüngülləşdirici halları əsaslandırmadığını, məhkum edilmiş şəxs tərəfindən törədilmiş cinayətlərin hər ikisinin az ağır cinayətlər kateqoriyasına aid olduğunu, AR CM-nin 70-ci maddəsinin tətbiq edilməsinin Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətə adekvat olmadığını qeyd edərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünün cinayət qanunu normasının düzgün tətbiq edilməklə, həmçinin, AR CM-nin 70-ci maddəsinin tətbiqi ilə bağlı müddəaların xaric edilməklə dəyişdirilməsini xahiş etmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib ona elan edilmiş birinci epizod üzrə özünü təqsirli bildiyini, yəni Zərərçəkmiş şəxs1 qarşı xuliqanlıq cinayəti törətdiyini, lakin ikinci epizod üzrə, yəni X5 xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etməsinə dair əməli törətmədiyini, ümumiyyətlə hadisə baş verən gün Bakı şəhərində olmadığını,Yardımlı rayonunda valideynlərinin yanında olduğunu, zərərçəkmiş şəxsin də ibtidai istintaq və məhkəmə istintaqı zamanı onu mənim yox, başqa şəxsin döydüyünü, müstəntiq tərəfindən ona deyilənləri oxumadan imza etdiyini bildirdiyini, lakin birinci instansiya məhkəməsi tərəfindən həmin hallara qiymət verilmədiyini qeyd edərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünun qanunsuz və əsassız olduğundan dəyişdirilərək onun əməlinin AR CM-nin 127.2.3 və 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməsini və ona həmin maddə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən xüsusatların araşdırılmasının iş üzrə düzgün nəticəyə gəlinməsi üçün əhəmiyyətli olduğunu nəzərə alaraq məhkəmə baxışının qismən istintaqla aparılmasını zəruri hesab etmişdir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünün cinayət qanunu normasının düzgün tətbiq edilməklə, həmçinin, AR CM-nin 70-ci maddəsinin tətbiqi ilə bağlı müddəaların xaric edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs və müdafiəçisi Göyüşov Nizami Əhraman oğlu apellyasiya protestinə etiraz edərək verilmiş apellyasiya şikayətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi ikinci epizod üzrə (X5 münasibətdə) ona bəraət verilməsini, birinci epizod üzrə isə (Zərərçəkmiş şəxs1 münasibətdə) AR CM-nin 221-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən həmin maddə ilə cinayət təqibinə xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi ikinci epizod üzrə (X5 münasibətdə) AR CM-nin 227.2.3 və 221.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən ona həmin maddələrlə bəraət verilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi birinci epizod üzrə (Zərərçəkmiş şəxs1 münasibətdə) isə AR CM-nin 221.1-ci maddəsi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən həmin maddə ilə cinayət təqibinə xitam verilməlidir. Birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 127.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsiri mötəbər sübutlarla təsdiqini tapmışdır. Lakin, məhkəmə kollegiyası ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs X5 münasibətdə təqsirli bilindiyi ikinci epizod üzrə nəzərdə tutulmuş cinayətdə təqsiri sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası 221.3 və 127.2.3cü maddələri ilə baraət verilməli, onun Zərərçəkmiş şəxs1 münasibətdə təqsirli bilindiyi və AR CM-nin 221.3cü maddəsi ilə əhatə olunmuş birinci epizod üzrə AR CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli üzrə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə cinayət təqibinə xitam verilməlidir. Belə ki, birinci instansiya və apellyasiya instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs özünü həmin epizod üzrə təqsirli bilməyərək göstərmişdir ki, Abgül Müsəllifov adlı şəxsi əvvəllər ümumiyyətlə tanımamışdır və onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhərində olmamışdır. Çünki ailəsi yəni ata-anası Yardımlı rayonun Məlikli kəndində yaşadığından yeni il öncəsi olduğu üçün dekabr ayının əvvəllərində Bakı şəhərinnə qardaşının yanına gedib, bazarlıq etdikdən sonra 3-4 gündən sonra qardaşı ilə birlikdə kəndə qayıtmışlar. dekabrın 15-dən yanvar ayına kimi isə kəndlərində olmuşdur. Həmçinin ata və anası xəstə olduqlarından onları tək qoya bilmir. Hazırda da kəndlərində yaşayır və cinayət işi ilə əlaqədar Bakı şəhərinə gəlib, qayıdır. Bunu ailəsi və kəndlərində yaşayan şəxslər təsdiq edə bilər. Sonra bu hadisə ilə bağlı onu polisə çağırmışlar və Abgülü guya onun döyməsini zorla onun üzərinə qoymağa çalışmışlar. Lakin polisə dəfələrlə Abgülü tanımadığını və onu döymədiyini desədə, nədənsə onu təqsirləndirilən şəxs kimi cəlb etmişlər. Abgül Müsəllifov da müstəntiqə bildirmişdir ki, onu o yox, başqa şəxslər döymüşdür. Hazırda da özünü bu epizod üzrə təqsirli bilmir. Odur ki, təqsirli bilindiyi ikinci epizod üzrə (X5 münasibətdə) ona bəraət verilməsini, birinci epizod üzrə isə (Zərərçəkmiş şəxs1 münasibətdə) AR CM-nin 221-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən həmin maddə ilə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs sədrlik edənin və dövlət ittihamçısının suallarına cavab verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs istintaq vaxtı X5 münasibətdə törədilmiş cinayət əməlini ona görə sonradan etiraf etmişdir ki, müstəntiq ona təsir edərək əməli etiraf etməsi üçün ona təzyiq göstərmişdir ki, o, da müstəntiqin qeyd etdiklərinə imza etmək məcburiyyətində qalmışdır. Birinci instansiya və apellyasiya instansiya məhkəməsində zərəçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2017-ci il tarixdə təxminən saat 23-24 radələrində Sabunçu qəsəbəsində yerləşən dəmir yol vağzalının yanından keçib orada yaşayan dostu Elnurgilə gedərkən, yolda qəsəbədə yerləşən “Mor-Mor” kafesinin qarşısında qonşuları Ruslan və Şamili görmüş və onlarla bir qədər söhbət etmişdir. Ruslanla söhbət zamanı kafenin qarşısında Emilin tanımadığı şəxslər tərəfindən döyülməsini demişdir. Onlara buna fikir verməməyi, polis əməkdaşlarının həmin şəxsləri müəyyən edib cəzalandıracağını söyləmişdir. Bu zaman bazarın yanında 62 nömrəli sərnişin avtobusunun sonuncu dayanacağında Emilin qaçaraq ona tərəf gəldiyini, onun arxasınca 5-6 nəfər tanımadığı şəxslərin də qaçdığını görmüşdür. Emil ona çatanda təlaşlı halda onlardan birinin əlində bıçaq olmasını demişdir. Onu sakitləşdirməyə çalışmış, həmin şəxslərə yaxınlaşıb, bıçağı yığışdırmalarını, sakitləşib söhbət etmələrini təklif etmişdir. Əlində bıçaq olan şəxs yüksək səslə qışqırıb ona yaxınlaşmamağını əks təqdirdə onu bıçaqla vuracağını demişdir. Daha sonra əlində bıçaq olan şəxs əlindəki bıçağı ona tərəfə atmışdır. O, arxaya çəkildiyi zaman bıçağın ucu onun sağ gicgah nahiyyəsini tutmuş, sağ gicgah nahiyyəsi kəsilmişdir. Bu vaxt o, özünü itirmiş, bundan sonra dəmir parçası ilə kimsə onun burun nahiyyəsinə vurmuşdur. Burnuna zərbə aldıqdan sonra huşunu itirmiş, yerə yıxılmışdır. Bu səbəblərə görə müqavimət göstərə bilməmişdir. Dava-dalaş təxminən 15-20 dəqiqəyə yaxın davam etmişdir. Dəmiryol vağzalının ətrafında tanımadığı şəxslər də olmuşdur. Bu barədə polisə şikayət etmiş və xeyli müddətdən sonra Polis İdarəsində onu vuran şəxsin Təqsirləndirilən şəxs olduğunu demişlər, ona görə də ibtidai istintaq zamanı onu vuran şəxsin Təqsirləndirilən şəxs olduğuna dair ifadələr vermişdir. Üzləşdirmə zamanı da müstəntiq nə yazmışsa ona imza etmişdir. Lakin həmin şəxsi gördükdə onu vuran şəxsin Təqsirləndirilən şəxs olmadığını polisə desədə, buna məhəl qoymamışlar. Onu vuran şəxs saqqallı, arıq və alçaq boylu olmuşdur. Hazırda həmin şəxsi görsə tanıyar, lakin qarşısında duran Təqsirləndirilən şəxs onu vurmayıb. Müstəntiq tərəfindən ona deyilənlərə oxumadan imza etmişdir. Ona görədə Təqsirləndirilən şəxs şikayəti, tələbi yoxdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 dövlət ittihamçısının suallarına olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı ilk öncə hadisə olan yer qaranlıq olduğundan orada onu vuran şəxslərin üzünü görmədiyini demiş və onu vuran şəxsin arıq, alçaq boy və saqqallı olduğunu göstərmiş, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs ona təqdim edərək onu vuranın həmin şəxs olduğunu bildirmişlər. Lakin o, Təqsirləndirilən şəxs gördükdə onun əlamətləri ilə onu vuran şəxsin əlamətlərinin üst-üstə düşmədiyini müstəntiqə desə də, müstəntiq buna əhəmiyyət verməmiş və ona oxumağa imkan vermədən sənədlərə imza etdirmişdir. O, həmin sənədlərdə nə yazıldığını bilməmişdir. Təqsirləndirilən şəxs ona qarşı müvafiq cinayəti etiraf etməsinin səbəbi isə həqiqətən də özünün göstərdiyi kimi müstəntiqin ona təzyiq göstərməsi olmuşdur. Belə ki, həmin vaxt o da Təqsirləndirilən şəxs və müstəntiqin yanında olmuş və müstəntiqin Bəhrəmə təsir etməsinin şahidi olmuşdur. Təqsirləndirilən şəxslə barışmasına dair teleqram göndərməsinin səbəbi isə müstəntiqin ona müvafiq teleqramı verməsi və bundan sonra daha polis idarəsinə gəlib getməyə ehtiyac olmayacağını bildirməsi olmuşdur. Birinci instansiya məhkəməsində müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X13 verilən suallara cavab olaraq bildirmişdir ki, Bəhrəm onun oğludur və onunla birlikdə Yardımlı rayonunun Məlikli kəndində yaşayır. 2017-ci ilin dekabrın əvvəllərində Bəhrəm Bakı şəhərinə qardaşının yanına getmiş, lakin bir neçə gündən sonra yəni təxminən dekabr ayının 10-11 kəndə qardaşı ilə birlikdə qayıtmışdır. Oğlu Bəhrəm dekabr ayının 17-si Bakı şəhərində olmamışdır. Hazırda da Bəhrəm kənddə onunla birlikdə yaşayır və bu işlə əlaqədar Bakı şəhərinə gedib gəlir. Birinci instansiya məhkəməsində müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 verilən suallara cavab olaraq bildirmişdir ki, 10 ildən artıqdır ki, Yardımlı rayonunun Məlikli kəndində yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla yanaşı həmçinin uzaq qohumudur. Bəhrəmi 2017-ci ilin dekabr ayında dəfələrlə kənddə görmüş və onun kənddə olduğunu onunla təsdiq edir ki, həmin vaxtlar onun həm atası, həmdə anası xəstə olduğundan kənddən kənara çıxması mümkün deyildi. Ona görə ki, Bəhrəmdən savayı onlara baxan övladları kənddə yaşamırlar. Yalnız Bəhrəm evin sonbeşiyi olduğu üçün kənddə qalaraq ata və anasına baxmışdır. Onun qardaşları isə Bakı şəhərində yaşayırlar. Hazırda da Bəhrəm kənddə yaşayır. Göstərilənlərlə yanaşı, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqın ilk günlərindən Təqsirləndirilən şəxs özünü birinci epizod üzrə tam təqsirli bilsə də, X8 ilə bağlı olan ikinci epizod üzrə özünü təqsirli bilməmiş, hadisə baş verən zaman Bakı şəhərində olmadığını, zərərçəkmiş qismində tanınmış X6 tanımadığını və əvvəllər də heç vaxt görmədiyi bildirmişdir. Sonradan cinayət işi materiallarında olan (səh 128) xx xxxxxx 2018-ci il tarixli təqsirləndirilən şəxsin əlavə dirdirməsi protokolundan görünür ki, o, ikinci epizod üzrə nəzərdə tutulmuş cinayət hadisəsinin törədilməsindən (xx xxxxxx 2017-ci il) və həmin hadisə ilə bağlı ilkin ifadə verərək həmin cinayətə münasibətdə özünü təqsirli bilməməsinə və zərərçəkmiş şəxs X6 tanımamasına, hadisə baş verən vaxtı Bakı şəhərində olmamasına dair göstərdiklərindən (xx xxxx 2018-ci il) uzun müddət (08 ay) sonra özünü həmin epizod üzrə təqsirli bilərək X4 onun qarşısına çıxdığını, onunla arasında xatırlamadığı mübahisə yarandığını və əsəbləşərək cibindən kiçik həcmli bıçağı çıxarıb ona tərəf atdığını, bıçağın onun baş nahiyyəsinə dəydiyini, bu zaman tanımadığı bir cavan oğlanın ona yaxınlaşaraq əlində olan kiçik həcmli dəmir turba ilə onun sifət nahiyyəsinə vurub qaçdığını bildirmişdir. İbtidai istintaq orqanı həm sübutların qiymətləndirilməsinə dair qərarda, həm də ittiham aktında Təqsirləndirilən şəxs göstərilən epizod üzrə törədilmiş cinayəti etiraf etməsinə istinad etmiş, işə baxan birinci instansiya məhkəməsi də məhkum edilmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin onun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, o cümlədən, zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə üst-üstə düşməsinə baxmayaraq onun ilkin ifadəsindən uzun müddət sonra verdiyi, iş materiallarında olan hər hansı sübutla öz təsdiqini tapmayan, məzmunundan belə həqiqəti əks etdirməyi sezilən etirafedici ifadəsini əsas götürməklə kifayətlənərək ilkin ifadəsini və məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin hansı əsasla inandırıcı hesab etməməsini əsaslandıra bilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixli ifadəsinə nəzər saldıqda həmin ifadənin həqiqəti əks etdirmədiyi və başqa şəxsin sözlərindən yazılması dərhal nəzərə çarpır. Belə ki, əgər həqiqətən də ittihamda göstərildiyi kimi Bəhrəm X2 qarşı ona istinad edilən cinayəti qrup halında törətmişdirsə, onun ifadəsində Abgül Müsəllifovun sifət nahiyyəsinə kiçik həcmli dəmir turba ilə vuran qrupun digər üzvü olan cavan oğlanı tanımadığını göstərməsi absurddur ki, bu xüsusata ümumiyyətlə ibtidai istintaq orqanı tərəfindən qiymət verilməmiş, əgər həqiqətən də istintaq orqanı bunu doğru ifadə kimi qəbul etmişdirsə, nəyə əsasən cinayətin məhz bir qrup şəxs halında törədilməsi faktını qəbul etməsini ümumiyyətlə göstərməyə lüzum görməmişdir. Bununla yanaşı, istintaq orqanının dönə-dönə istinad etdiyi Təqsirləndirilən şəxs həmin ifadəsindən görünür ki, o, X4 onun qarşısına çıxdığını, onunla arasında xatırlamadığı mübahisə yarandığını və əsəbləşərək cibindən kiçik həcmli bıçağı çıxarıb ona tərəf atdığını göstərmişdir. Əvvəla “xatırlamadığı mübahisə” anlayışına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin həmin mübahisə əsnasında bıçaqdan istifadə etmək zərurəti duyduğu, həmin əmələ görə dəfələrlə ifadəsinin alındığı, həmin əmələ görə azadlıq hüququnun məhdudlaşdığı halda qeyd olunan mübahisəni xatırlamaması məntiqli və inandırıcı deyil. Bununla yanaşı, Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, ona həm xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma (AR CM 127.2.3), həm də silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq (AR CM 221.3) cinayətlərinin törədilməsinə görə ittiham verilmişdir ki, belə olan halda təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında yaranmış mübahisənin səbəbinin araşdırılması, həmin mübahisənin kimin təşəbbüsü ilə başlandığının müəyyən edilməsi əməlin tövsifi üçün mühüm əhəmiyyət kəsb etdiyi halda nə ibtidai istintaq orqanı, nə də birinci instansiya məhkəməsi bunu araşdırmağı lazım bilməmiş və “xatırlamadığı mübahisə” ifadəsinə istinad etməyi məqbul hesab etmişlər. Halbuki, xuliqanlıq niyyətinin mahiyyəti belə motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər etməsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən, qanunda göstərilən obyektiv və subyektiv əlamətlərin məcmusudur. Nəzərə alınsa ki, cinayət tərkibinin həm obyektiv, həm də subyektiv əlamətlərinin özünün də “zəruri” və “fakultativ” əlamətləri var və hazırda Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayətlər üzrə cinayət tərkibinin subyektiv cəhətinin fakutativ əlaməti olan “cinayətin motivi”nin müəyyən edilməsi mütləqdir ki, belə olan halda cinayətin motivinin müəyyən edilmədiyi təqdirdə şəxsin xuliqanlıq niyyəti ilə hər hansı cinayətin törədilməsində ittiham olunması qanunvericiliyin tələblərinə ziddir. Bununla yanaşı, Təqsirləndirilən şəxs qeyd olunan ifadəsində o, bıçağı cibindən çıxararaq zərərçəkmiş şəxs Abgül Müsəllifova atdığını göstərsə də, zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsində Emilin arxasıyca gələn 5-6 nəfər tanımadığı şəxsə yaxınlaşaraq onlara bıçağı yığışdırmalarını, sakitləşib söhbət etmələrini təklif etdiyini, əlində bıçaq olan şəxsin yüksək səslə qışqırıb ona yaxınlaşmamasını, əks təqdirdə onu bıçaqla vuracağını dediyini, daha sonra əlində bıçaq olan şəxsin əlindəki bıçağı ona tərəf atdığını göstərmişdir ki, müstəntiq tərəflərin ifadələri arasında olan bu ziddiyyətin də üstündən keçmişdir. Göründüyü kimi həm ibtidai istintaq orqanının, həm də işə baxan birinci instansiya məhkəməsinin əsaslandığı və inandırıcı hesab etdiyi Təqsirləndirilən şəxs etirafedici ifadəsi nə törədilmiş cinayətin hallarına dair zərərçəkmiş şəxsin göstərdiyi xüsusatlara, nə ona verilmiş ittihamın məzmumuna uyğun olmamaqla cinayət işinin halları ilə də uzlaşmır ki, belə olan halda məhkəmə kollegiyası həmin ifadəni həm Təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs Abgül Müsəllifovun məhkəmə istintaqı zamanı verdikləri ifadələrdə göstərdikləri kimi təzyiq altında verilmiş ifadələr kimi qəbul edir. Bununla yanaşı, iş materiallarından görünür ki, zərərçəkmiş şəxsin ilkin şikayət ərizəsi ilə verdiyi ifadələr arasında olan ziddiyyətlər ibtidai istintaq zamanı müvafiq müstəntiq tərəfindən, birinci instansiya məhkəməsində ibtidai istintaq zamanı verdiyi ifadələrdən kəskin surətdə fərqlənən ifadələri isə işə baxan birinci instansiya məhkəməsinin hakimi tərəfindən araşdırılmamış, həm müstəntiq, həm də məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ittiham edilməsinə yönələn ifadələrə üstünlük verilmişdir. Belə ki, iş materiallarında olan (səh 65) X4 ilkin şikayət ərizəsindən görünür ki, o, öz əlyazması ilə yazdığı həmin ərizədə dostu Elnurgilə gedərkən Sabunçu qəsəbəsində yerləşən “Mor-Mor” kafesinin yanında qonşusu Ruslan və Emil adlı şəxsləri gördüyünü, onların kafenin qarşısında tanımadıqları şəxslərin Emili döydüyünü bildirdiklərini, onlardan həmin şəxsləri tanıyıb-tanımadıqlarını soruşduqda Emilin həmin şəxsləri qiyabi tanıdığını, Sabunçu qəsəbəsində bir neçə dəfə gördüyünü bildirdiyini, bir qədər sonra bazarın yanına, 62 nömrəli marşrutun sonuncu dayanacağına çatdıqda Emilin ona tərəf qaçdığını və onun arxasıyca 5-6 nəfərin gəldiyini gördüyünü, Emilin onlarda bıçaq olduğunu dediyini, həmin şəxslərə yaxınlaşıb bıçağı yığışdırmasını və söhbət edəcəyimizi dedikdə əlində bıçaq olan şəxsin ona yaxınlaşmamasını və vuracağını bildirdiyini, bu vaxt arxadan görmədiyi şəxsin dəmir ilə onun baş nahiyyəsinə vurduğunu, daha sonra əlində bıçaq olan şəxsin onun sağ gicgah nahiyyəsinə vurduğunu, sifətinə, burun nahiyyəsinə turba ilə vurduqlarını, başına turba dəydikdən sonra özünü itirdiyini və müqavimət göstərə bilmədiyini, sonra isə həmin şəxslərin isə qaçıb getdiklərini bildirmişdir. İş materiallarında olan (səh 87) X8 zərərçəkmiş şəxs qismində dindirilərkən şikayətdə göstərilən xüsusatlardan fərqli ifadə verərək Emilin arxasıyca gələn 5-6 nəfər tanımadığı şəxsə yaxınlaşaraq onlara bıçağı yığışdırmalarını, sakitləşib söhbət etmələrini təklif etdiyini, əlində bıçaq olan şəxsin yüksək səslə qışqırıb ona yaxınlaşmamasını, əks təqdirdə onu bıçaqla vuracağını dediyini, daha sonra əlində bıçaq olan şəxsin əlindəki bıçağı ona tərəf atdığını, o, arxaya çəkildiyi zaman bıçağın ucunun onun sağ gicgah nahiyyəsinə dəydiyini və sağ gicgah nahiyyəsinin kəsildiyini, bu vaxt özünü itirdiyini, bundan sonra dəmir parçası ilə kiminsə onun burun nahiyyəsinə vurduğunu, bundan sonra huşunu itirərək yerə yıxıldığını, müqavimət göstərə bilmədiyini bildirmişdir. Həmin ifadədən sonra müstəntiq tərəfindən ona verilmiş suala cavab olaraq həmin şəxsləri tanımadığını, sonradan maraqlanıb onu vuran şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrəndiyini göstərsə də, həmin şəxsin kimliyini kimdən öyrəndiyini, onu bıçaqla yoxsa turba ilə vuran şəxsin məhz Təqsirləndirilən şəxs olmasını göstərməmiş, müstəntiq də həmin halları araşdırmağa ehtiyac görmədən X6 Təqsirləndirilən şəxs vurması qənaətinə gəlməklə kifayətlənmiş və zərərçəkmiş şəxsin şikayət ərizəsində göstərdiyi xüsusatlarla ifadəsində göstərdiyi hallar arasında olan uyğunsuzluqların aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Bununla yanaşı, iş materiallarında olan (səh 109-110) xx xxxx 2018-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı zərərçəkmiş şəxs X8 bir dəfə də olsun Təqsirləndirilən şəxs üzünə onu bıçaqla vuran şəxsın məhz Təqsirləndirilən şəxs olmasını bildirməmiş, hər dəfəsində “əlində bıçaq olan şəxs” ifadəsini işlətmiş, lakin müstəntiq yenə də bu hala əhəmiyyət verməmiş və bununla bağlı X5 hər hansı sual vermək zərurəti bilməmişdir. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, ibtidai istintaq orqanı zərərçəkmiş şəxsin şikayət ərizəsində və verdiyi ifadələrdə göstərdiyi halları da araşdırmamış, iş üzrə həqiqətin və mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün zərərçəkmiş şəxsin qonşusu kimi göstərdiyi “Emil” və “Ruslan” adlı şəxsləri çağırıb dindirməmişdir. Halbuki, zərərçəkmiş şəxsin ifadəsindən aydın olur ki, ona qarşı müvafiq cinayəti törətmiş şəxslər məhz Emilin arxasıyca qaçmışlar, ona bu barədə məlumatı qonşuları Emil və Ruslan adlı şəxslər vermişlər, o, Emildən həmin şəxsləri tanıyıb-tanımadığını soruşduqda Emil onları qiyabi tanıdığını, Sabunçu qəsəbəsində bir neçə dəfə gördüyünü bildirmiş və onlardan birinin əlində bıçaq olduğunu da zərərçəkmiş şəxsə məhz Emil adlı şəxs demişdir. İstintaq orqanında belə bir məlumat olduğu halda müstəntiq nədənsə ifadənin bu hissəsini görməzdən gəlmiş, Emil adlı şəxsi çağırıb dindirərək onun arxasıyca qaçan şəxslərin, o cümlədən əlində bıçaq olan şəxsin kimliyini müəyyən etmək əvəzinə həmin polis idarəsində istintaqı gedən başqa cinayət işi üzrə Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi qənaətinə gəlinməsini daha “məqsədəmüvafiq” hesab etmişdir. Göstərilən şəxslərlə bağlı iş materiallarında olan və işə baxan birinci instansiya məhkəməsi tərəfindən Sabunçu RPİ-nin 12-ci polis şöbəsindən alınmış sorğuya cavab məktubunda adları qeyd edilən Ruslan və Emil adlı şəxslərin şəxsiyyətlərinin müəyyən olunması istiqamətində tədbirlər keçirildiyi, lakin həmin şəxsləri müəyyən etməyin mümkün olmadığı göstərilmişdir ki, cinayət işinin materiallarından bu istiqamətdə hər hansı tədbirinin həyata keçirilməsini müəyyən etmək mümkün deyil. Göstərilənlərə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi ikinci, yəni X5 dair epizod üzrə zərərçəkmiş şəxs öz xətti ilə yazdığı şikayət ərizəsində (səh 65) hadisə günü əlində bıçaq olan şəxsin ona yaxınlaşmamasını və vuracağını bildirdiyini, bu vaxt arxadan görmədiyi şəxsin dəmir ilə onun baş nahiyyəsinə vurduğunu, daha sonra əlində bıçaq olan şəxsin onun sağ gicgah nahiyyəsinə vurduğunu, sonradan dindirilərkən texniki vasitə olan komputerdən istifadə edilərək yazılmış və zərərçəkmiş şəxs tərəfindən imzalanmış ifadədə (səh 87) isə əlində bıçaq olan şəxsin yüksək səslə qışqırıb ona yaxınlaşmamasını, əks təqdirdə onu bıçaqla vuracağını dediyini, daha sonra əlində bıçaq olan şəxsin əlindəki bıçağı ona tərəf atdığını, o, arxaya çəkildiyi zaman bıçağın ucunun onun sağ gicgah nahiyyəsinə dəydiyini və sağ gicgah nahiyyəsinin kəsildiyini, bu vaxt özünü itirdiyini, bundan sonra dəmir parçası ilə kiminsə onun burun nahiyyəsinə vurduğunu, bundan sonra huşunu itirərək yerə yıxıldığını göstərmişdir. Məhkum edilmiş şəxs isə ilkin ifadəsində ümumiyyətlə göstərilən epizod üzrə özünü təqsirli bilməyərək X6 heç vaxt görmədiyini, ümumiyyətlə hadisə baş verən vaxtı Bakı şəhərində olmadığını göstərsə də, bu ifadədən 08 ay sonra verdiyi texniki vasitələrdən istifadə edilməklə yazılmış və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış ifadədə isə həmin cinayəti törətdiyini etiraf edərək hadisənin baş vermə mexanizminə dair xüsusatları zərərçəkmiş şəxsdən fərqli təsvir etmişdir ki, bu hala da nə müstəntiq, nə də birinci instansiya məhkəməsi tərəfindən heç bir qiymət verilməmişdir. Həmin ifadəyə münasibətdə isə məhkum edilmiş şəxs müstəntiqin ona təzyiq və təsir göstərməsi nəticəsində ifadəni imzaladığını göstərmiş və bu fakt apellyasiya baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X8 tərəfindən də öz təsdiqini tapmışdır. Həmçinin, zərərçəkmiş şəxs X8 həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsində onu vuran şəxs saqqallı, arıq və alçaq boylu olduğunu, Təqsirləndirilən şəxs gördükdə onu vuran şəxsin Təqsirləndirilən şəxs olmadığını polisə deməsinə baxmayaraq onun dediklərinə əhəmiyyət verilmədiyini göstərmişdir. Lakin nədənsə birinci instansiya məhkəməsi nə Təqsirləndirilən şəxs, nə də zərərçəkmiş şəxs X4 məhkəmə istintaqı zamanı verdiyi ifadələri həqiqət kimi qəbul etməmiş, eyni zamanda həmin ifadələrin həqiqiliyini təkzib edə biləcək heç bir mötəbər sübuta da istinad edə bilməmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı ikinci epizod üzrə (zərərçəkmiş şəxs X5 münasibətdə) dindirilərkən, həm də birinci instansiya və apellyasiya instansiya məhkəməsində məhkəmə istintaqı zamanı dindirilərkən hadisə vaxtı, yəni xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhərində olmadığını, həmin vaxt valideynlərinin yanına Yardımlı rayonunun Məlikli kəndində olduğunu göstərmişdir ki, bu hal birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş X11 və X9 ifadələri də təsdiq olunmuşdur. Göstərilən halın araşdırılması üçün sədrlik edən Təqsirləndirilən şəxs hadisə baş verən tarixlərdə hansı mobil nömrəni istifadə etdiyini soruşmuş, o, isə həmin vaxt ümumiyyətlə mobil telefondan istifadə etmədiyini, hazırda isə +99477518-19-19 nömrəli mobil telefondan istifadə etdiyini bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası tərəfindən müvafiq halın araşdırılması üçün həm “xxxx” MMCyə, həm “xxxx” MMC-yə, həm də “xxxx” MMC-yə 2017-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs adına qeydə alınmış müvafiq olaraq “azercell”, “bakcell” və “nar” nömrənin olub-olmaması, əgər olubsa həmin mobil telefonun xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək olan müddət ərzində olan anten məlumatları (arayan və arananın CELL İD-si göstərilməklə), əlavə olaraq “xxxx” MMC-yə Təqsirləndirilən şəxs istifadəsində olmuş +99477518-19-19 nömrəli mobil telefonun xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək olan müddət ərzində olan anten məlumatları (arayan və arananın CELL İD-si göstərilməklə) barədə məhkəməyə məlumat verilməsinə dair sorğu ilə müraciət olunmuş, lakin hər üç mobil operatordan Təqsirləndirilən şəxs adına hər hansı aktiv nömrənin qeydə alınmadığına, əlavə olaraq “xxxx” MMC-dən 077518-19-19 saylı mobil nömrənin sorğulanan tarixdə “Azərfon” şəbəkəsində istifadə edilməməsinə dair sənəd daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Nəzər alınsa ki, ittiham tərəfi Təqsirləndirilən şəxs göstərdiyi xüsusatları təkzib edən bir dənə də olsun sübutu iş materiallarına əlavə edə bilməmiş və əsas istinad etdiyi sübut zərərçəkmiş şəxsin biri digərinə tam uyğun gəlməyən ifadəsi olmuşdur, məhkəmə kolegiyası məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin həmin ifadələrin həqiqət olmadığını, ifadələrin özü tərəfindən oxunmadan müstəntiq tərəfindən imzalatdırıldığını, onu bıçaqla vuran şəxsin xarici görünüşü ilə Təqsirləndirilən şəxs xarici görünüşü arasında kəskin fərq olduğunu, bunu polis əməkdaşlarına bildirməsinə baxmayaraq həmin xüsusata əhəmiyyət verilmədiyini göstərərək ittiham tərəfinin əsaslana biləcəyi yeganə sübutun da həqiqiliyini və mötəbərliliyini şübhə altına almışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı göstərdikləri hallar tam və hərtərəfli yoxlanılmamış və məhkəmə ittiham tərəfin təqdim etdiyi sənədlərə istinad etməklə kifayətlənmişdir ki, həmin sənədlərin məzmunu, həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadələrin hər birinin ayrı-ayrılıqda, həm də müqayisəli şəkildə təhlili onlarda əks olunmuş məlumatların həqiqi olmaması və iş materialları ilə öz təsdiqini tapmaması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respubllikası Konstitusiyasının 125-ci maddəsinin Vll hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125,144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər Azərbaycan Respublikası CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrində qeyd olunmuşdur ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). X16 Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Həmin Məcəllənin 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bu hallar arasında məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilməməsi göstərilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə baxışında təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışı zamanı aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessüal Məcəlləsinin 56 və 62.1-ci maddələ- rinə əsasən, bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibi gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55.1 və 350-ci maddə- lərinin tələblərinə əsasən, məhkəmə baxışı istintaqı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, məhkəmənin həmin hökmünün ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 401.1.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi yalnız məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda, birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi ikinci epizod üzrə (X5 münasibətdə) AR CM-nin 227.2.3 və 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsiri sübuta yetirilmədiyindən ona həmin maddələrlə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qanunvericiliyin tələblərini rəhbər tutan məhkəmə kollegiyası hesab edir ki, “X1 xuliqanlıq niyyəti ilə az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətlərinin edilməsinə dair” epizod üzrə nəzərdə tutulmuş cinayətləri törətmiş şəxs müəyyən edilmədiyindən bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora-Bakı şəhəri Sabunçu rayon prokuroruna göndərilməlidir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi birinci epizod üzrə (Zərərçəkmiş şəxs1 münasibətdə) təqsirli bilindiyi və ikinci epizoda münasibətdə AR CM-nin 221.3-cü maddəsi ilə əhatə olunmuş AR CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi isə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünün həm ibtidai istintaq, həm məhkəmə baxışı zamanı verdiyi ifadələri, Zərərçəkmiş şəxs1 ifadəsi, məhkəmə-tibb ekspertizasının xx xxx 2017-ci il tarixli, 670 nömrəli rəyi və baxış keçirilməsi, digər istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən törədilmiş həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan onun cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi səbəbindən İbayev X7 məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə qeyd olunan hissədə xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədildiyi məhkəmə baxışında öz təsdiqini tapmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilən cinayət əməllinin törədilmə vaxtı, xx xxx 2017-ci il tarixi hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür; Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur; Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur; Həmin Məcəllənin 75.5-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); Həmin Məcəllənin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan müddəaları baxımından məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan həmin cinayətin müvafiq olaraq törədildiyi xx xxx 2017-ci il tarixdən CM-nin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddətlər keçdiyindən, habelə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət CM-nin 75.5-ci maddəsi ilə müəyyən olunmuş cinayətlərə aid edilmədiyindən, özü və müdafiəçisi göstərilən əsasla cinayət işi üzrə icraata xitam verilməsinə razılıq verdiklərindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad olunmalı (CM-75, CPM-39.1.3) və cinayət təqibinə qeyd olunan hissədə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə, Təqsirləndirilən şəxs ikinci epizod (X5 münasibətdə) üzrə AR CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə bəraət verildiyindən, birinci epizod (Zərərçəkmiş şəxs1 münasibətdə) üzrə AR CM-nin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbindən cinayət təqibinə xitam verildiyindən dövlət ittihamçısının hökmdən AR CM-nin 70-ci maddəsinin xaric edilməsinə dair verdiyi protestin dəlillərinə cavab vermək zərurəti aradan qalxmış olur. Odur ki, apellyasiya protesti təmin edilməməli, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi ikinci epizod üzrə (X5 münasibətdə) AR CM-nin 227.2.3 və 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsiri sübuta yetirilmədiyindən həmin maddələrlə bəraət verilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi birinci epizod üzrə (Zərərçəkmiş şəxs1 münasibətdə) isə AR CM-nin 221.1-ci maddəsi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən həmin maddə ilə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara xx xxx 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 39.2, 42.1.4, 347, 349-353, 356, 397.1, 397.2, 398.1.2, 401 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin olunmasın. Məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 127.2.3-cü maddələri ilə məhkum edilməsinə dair xx xxxx 2019-cu il tarixli hökmü ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi ikinci epizod üzrə (X5 münasibətdə) nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 221.3 və 127.2.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi birinci epizod üzrə (Zərərçəkmiş şəxs1 münasibətdə) təqsirli bilindiyi və AR CM-nin 221.3-cü maddəsi ilə əhatə olunmuş birinci epizod üzrə AR CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli üzrə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən həmin maddə ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. “X1 xuliqanlıq niyyəti ilə az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətlərinin edilməsinə dair” epizod üzrə nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər müəyyən edilmədiyindən bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, Bakı şəhəri Sabunçu rayon prokuroruna göndərilsin. Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Göyüşov Nizami Əhraman oğlu tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 55 saat üçün cəmi 480 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 17 saylı hüquq məsləhətxanasının vəkili Göyüşov Nizami Əhraman oğluna dövlət büdcə vəsaiti hesabına 480 manat işlədiyi Bakı şəhəri 17 №-li hüquq məsləhətxanasının X17 şöbəsi, Bankın kodu 805551, VÖEN **********, Corr.ACC.: **********2944, SWİFT BİK AİİBAZ 2X, hesab ********************, VÖEN ********** №-li hesabına köçürülsün. Hökm qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Kamran Əkbərov, hakimlər Elmar Rəhimov, Faiq Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar