Məhkəmə qərarları › İş №1(103)-16/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-16/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-16/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X15, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X6, Zərərçəkiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxslərin nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçi – Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Naxçıvan MR Şahbuz rayonu, Qarababa kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nda yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, 18 avqust 1992-ci il tarixdə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR-nın Şərur rayonu, Siyaqut kəndində qeydiyyatda olan və ünvan 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 maddəsi ilə məhkum edilmələrinə dair Bakı şəhər Nizami rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli hökmündən məhkum edlmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi, məhkum edlmiş şəxs Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-6/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim X4) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 02 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmışdır. Hökmlə həmçinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzası təyin edilmiş və cəzasını iş yeri üzrə çəkməsi qərara alınmış, o, islah işləri cəzasının cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmışdır. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qohumu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 20 noyabr 2018-ci il tarixdə saat 14:40 radələrində ünvan 4 ünvanında yerləşən Nizami rayon məhkəməsi binasının qarşısında, keçiriləcək məhkəmə prossesinə gələn Zərərçəkmiş şəxs1 fotoşəkilini çəkərək öz davranışı ilə hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq aydın etinasızlıq göstərib Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlətməklə özünü cəmiyyət üzvləri, o cümlədən Zərərçəkmiş şəxs1 fövqündə şəxsiyyətini üstün tutaraq, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ictimai yer sayılan məhkəmə binası qarşısında orada olan şəxslərin təşvişinə və narahatçılığına səbəb olub, onların gözü önündə Təqsirləndirilən şəxs2 ilə birlikdə silah qismində istifadə etdiyi özünə məxsus “İPHONE 5 S” markalı mobil telefonla Zərərçəkmiş şəxs1 baş və sifət nahiyəsindən bir neçə dəfə, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 baş və sifət nahiyəsindən yumruqla bir neçə dəfə qəsdən vuraraq, ona baş beyin silkələnməsi, sol təbil pərdəsinin perforasiyası, alın nahiyyəsinin 1 ədəd əzilmiş yarası və sağ gözün ağlı qişasının qansızması dərəcələrinə görə həm ayrı-ayrılıqda, həm də ki ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərər vurmaya aid və alın nahiyyəsinin 1 ədəd kiçikölçülü əzilmiş yarası, sol gicgah nahiyyəsinin sıyrığı, sağ gözətrafı nahiyyənin və sol gözaltı nahiyyənin qançırları, dərəcələrinə görə həm ayrıayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilmiş xəsarətlər yetirib, xuliqanlıq əməlini davam etdirməklə Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs2 sifət nahiyyəsindən qəsdən bir neçə dəfə vuraraq onu dizi üstə yerə yıxmış, Təqsirləndirilən şəxs2 isə dizi üstə yerə yıxılmış Zərərçəkmiş şəxs2 baş nahiyyəsindən yumruqla qəsdən bir neçə dəfə vuraraq ona sol təpə nahiyyəsinin şişkinlik halında əzilməsi, sağ gözaltı nahiyyənin, sol gözün bayır səthinin qançırları, sağ dizin ön səthinin sıyrıqları, dərəcələrinə görə həm ayrı- ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilmiş xəsarətlər yetirməklə həmin ərazidə ictimai asayişi 10-15 dəqiqə müddətinə pozaraq xuliqanlıq etmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qohumu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 20 noyabr 2018-ci il tarixdə saat 14:40 radələrində ünvan 4 ünvanında yerləşən Nizami rayon məhkəməsi binasının qarşısında, Təqsirləndirilən şəxs1 keçiriləcək məhkəmə prossesinə gələn Zərərçəkmiş şəxs1 fotoşəkilini çəkərək öz davranışı ilə hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq aydın etinasızlıq göstərib Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlətməklə özünü cəmiyyət üzvləri, o cümlədən Zərərçəkmiş şəxs1 fövqiində şəxsiyyətini üstün tutaraq, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqevidlik, etinasızlıq göstərməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ictimai yer sayılan məhkəmə binası qarşısında orada olan şəxslərin təşvişinə və narahatçılığına səbəb olub, onların gözü önündə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 baş və sifət nahiyəsindən yumruqla bir neçə dəfə, Təqsirləndirilən şəxs1 isə silah qismində istifadə etdiyi özünə məxsus “İPHONE 5 S” markalı mobil telefonla Zərərçəkmiş şəxs1 baş və sifət nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq, ona baş beyin silkələnməsi, sol təbil pərdəsinin perforasiyası, alın nahiyyəsinin 1 ədəd əzilmiş yarası və sağ gözün ağlı qişasının qansızması dərəcələrinə görə həm ayrı-ayrılıqda, həm də ki ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərər vurmaya aid və alın nahiyyəsinin 1 ədəd kiçikölçülü əzilmiş yarası, sol gicgah nahiyyəsinin sıyrığı, sağ gözətrafı nahiyyənin və sol gözaltı nahiyyənin qançırları, dərəcələrinə görə həm ayrıayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilmiş xəsarətlər yetirib, xuliqanlıq əməlini davam etdirməklə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən qəsdən bir neçə dəfə vuraraq onu dizi üstə yerə yıxmış, sonra isə Təqsirləndirilən şəxs2 dizi üstə yerə yıxılmış Zərərçəkmiş şəxs2 baş nahiyəsindən yumruqla qəsdən bir neçə dəfə vuraraq ona sol təpə nahiyyəsinin şişkinlik halında əzilməsi, sağ gözaltı nahiyyənin, sol gözün bayır səthinin qançırları, sağ dizin ön səthinin sıyrıqları, dərəcələrinə görə həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilmiş xəsarətlər yetirməklə həmin ərazidə ictimai asayişi 10-15 dəqiqə müddətinə pozaraq xuliqanlıq etmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçisi Müdafiəçi birlikdə apellyasiya şikayətinə əlavə verərək, Bakı şəhər Nizami rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs1 barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsinə dair yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavənin dəlilləri onunla əsaslandırılmışdır ki, əgər həqiqətən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 telefonla vurmuşdursa və Toğrul da həmin hadisədə iştirak etmişdirsə nə üçün ilkin ərizədə, alınmış ilkin izahat və ifadədə bunlara dair sualar yoxdur. Cinayət qanununun 221.3-cü müddəasının tərkibi üçün istər əşyaların məhvetmə xüsusiyyətlərinin, istərsə də təqsirkarın xuliqanlıq hərəkətlərində bu xüsusiyyətlərdən istifadə etmə məqsədinin göstərilməsi müstəsna əhəmiyyət kəsb edir. Cinayət işində hadisənin axımında telefonun istifadə olunması və onun silah qismində tətbiqinə dair ittiham irali sürülməsi barədə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitutisiya məhkəməsinin 17 fevral 2006 ci il tarixli Plenum qararına əsaslanmış olsaq silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir cümləsi əsas verir ki, telefonun silah qismində istifadə ola biləcək əşya olmadığını qənaətinə gəlinsin. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 telefonla vurmasını deyecək şəxs yeganə şəxs zərərçəkanın özüdür. Onun tərəfindən verilmiş əlavə şahidlərin, tibbi ekspertin dindirilməsinə və təkrar ekspertizanın keçirilməsinə dair vəsatət təmin olunmamışdır. Təqsirləndirilən şəxs1 xx.xx.2018-ci il tarixli ekspert rəyi ilə razılaşmamış və əlavə ekspertizanın keçirilməsini tələb etmişdir. Müstəntiq nəinki vəsatəti təmin etməmiş, rədd etmiş və həmin qərarı təqsirləndirilən şəxsə təqdim etməmiş və bununla da yetinməyərək hətda ekspertin dindirilməsini belə aparmamışdır. Hadisədən sonra Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1 Nizami RPİ-nin 25-PŞ-nə müraciət etmişlər. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilkin olaraq müraciətlərində Təqsirləndirilən şəxs1 onları əli ilə vurmasını yazılı olaraq bildirmişlər. Məhkəmə X7 dindirilməsinə dair onların tərəfindən verilmiş vəsatəti təmin etməməklə ittihamedici mövqeyini açıq-aşkar nümayiş etdirmişdir. Məhkəmə prosesi zamanı Zərərçəkmiş şəxs1 verilən nə üçün ilkin ərizəsində Təqsirləndirilən şəxs1 onu telefonla vurmasına dair şikayətlənməməsi və Təqsirləndirilən şəxs2 barəsində bir kəlmə belə yazmaması barədə suallarına o, cavab verməmişdir. Şahid1 istintaqa qərəzli yalan məlumatlar vermişdir, çünki, Təqsirləndirilən şəxs1 boz rəngli, qara xətli smartfon telefonu olmamışdır, əgər olmuşdursa həmin telefon maddi sübut kimi protokollaşdırılaraq şahid və zərərçəkmiş şəxslərə təqdim olunmalı idi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid7 şahid X1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək eyni məzmunlu ifadə vermələri ilə bağlı qeyd edilənlərin heç bir əsası yoxdur. 2 ay ərzində istintaq nəyə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürüldüyü sual doğurur. Hökmdən eyni zamanda məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, Bakı şəhər Nizami rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli hökmünün ləğv edilməsini və barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsinə dair yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, cinayət işinin materiallarına, şahidlərin ifadələrinə nəzər yetirdikdə onun təqsirləndirildiyi cinayətə heç bir aidiyyətinin olmaması göz önündədir. Əgər onun hadisədə qeyd edilən kimi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər hansı xəsarətin yetirilməsində iştirakı var idisə nə üçün onlar onun barəsində ilkin ərizə və izahatlarında buna dair heçnə qeyd etməmişlər. Hökmdən zərərçəkmiş şəxslərin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətləti verərək, Bakı şəhər Nizami rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli hökmünün dəyişdirilərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi əməllərə görə onlara daha ağır cəzalar təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslərlə hər hansı barışığa cəhd etməmişlər, əməllərindən peşman deyillər və eyni şəraitdə öz hərəkətlərini təkrar edəcəklərini dəfələrlə bəyan etmişlər. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə qarşı qərəzli hərəkətlərini davam etdirmiş, öz facebook hesabından nalayiq və yalan ifadələrlə dolu təhqir və böhtan xarakterli yazılar paylaşmış və məhkəmə iclaslarından əvvəl və sonra nalayiq ifadələr işlədərək, zərərçəkmiş şəxslərə sataşaraq onları mübahisəyə təhrik etmişdir. Təqsirləndirilən şəxs1 bu hərəkətlərinə son qoyması barədə məhkəmənin xəbərdarlıqlarını da qulaq ardına vurmuşdur. Təqsirləndirilən şəxslərə təyin olunmuş cəzalar yüngül cəzalardır və mahiyyətcə cəzasızlıq kimi qiymətləndirilməlidir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı şəhər Nizami rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli hökmünündən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi ilə bağlı müddə xaric edilməklə, hökmün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza təyin edilməsi əsası ilə dəyişdirilərək onlara məhkum olunduqları cinayət qanunun müvafiq maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və müdafiəçiləri Müdafiəçi hər biri ayrı-ayrılıqda çıxış edərək onların tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini və onların barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsinə dair yeni hökm çıxarılmasını və zərərçəkçmiş şəxsin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətlərinin və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxslərin nümayəndəsi və vəkili Nümayəndə və zərərçəkmiş şəxslər çıxış edərək onun tərəfindən verilmiş apellyasiya şikayətlərini və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestini müdafiə edərək təmin edilməsini, müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apellyasiya protestinin və zərərçəkmiş şəxslərin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, müdafiə tərəfindən verilmiş apellayasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, qismən məhkəmə istintaqı aparmaqla ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə zərərçəkmiş şəxslərin nümayəndəsi tərəfidən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli və məhkum edilmiş şəxslər və onların müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli və iş üzrə Bakı Nizami Rayon Məhkəməsinin 11(007)-6/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilməlidir. Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq hökmün qanuniliyini apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdıraraq, sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143- 145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmiş və işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə müqayisəli şəkildə qiymət verərək, Təqsirləndirilən şəxs1 cinayət əməlini Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onların əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş itiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü saat 14:30-da onun ofisi məhkəmə binasına yaxın olduğu üçün orada o, bacısı və bacısı oğlu Toğrul görüşmüşlər və məhkəmənin əsas girişində təmir işləri getdiyi üçün məhkəmənin yan tərəfdəki girişindən binaya daxil olmuşlar. Sonra o, vəkillərini qarşılamaq üçün çölə çıxmışlar. Vəkillərini qarşılamış və onlar vəkillə çöldə söhbət etmişlər. Həmin vaxt Tural və qohumları da məhkəməyə gəlmişlər. Sonra əllərində sübut olsun deyə o, onların, Turalın isə onların, onların əllərində olan telefon vasitəsi ilə şəkillərini çəkmişlər. Onun vəkili də Tural Mirəzliyevə onun şəkilini nə üçün çəkməsi ilə bağlı irad bildirmişdir. Sonra məhkəmə binasına daxil olan zaman Zərərçəkmiş şəxs1lə onun mübahisəsi olmuş və buna görə Zərərçəkmiş şəxs1 onu söymüş və bu səbəbdən aralarında münaqişə baş vermişdir. Zərərçəkmiş şəxs1 söyəndən sonra o, onu vurmuş, bu an Zərərçəkmiş şəxs2 onun üstünə hücum etmiş, əlini tutmuşlar və orada yaxınlıqda olan maşının üzərinə onu yıxmışlar. Ona bir dəfə şillə vurandan sonra Zərərçəkmiş şəxs2 dizi üstə yerə, onun ayağına çökmüşdür. Sonra orada olan insanlar onları aralamağa başlamışdır. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş itiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü o, məhkəmə binasının içərisində anası qadın xeylağı olduğundan tək qalmasın deyə anası ilə oturmuşdur. Dayısı Rza da əvvəl onlarla olmuş, bir neçə dəqiqə sonra vəkili qarşılamaq üçün çölə çıxmışdır. Bundan sonra çöldən qadınların qışqırığı, səs-küy gəlmiş və məhkəmədə olan adamaların çoxu çölə qaçmışdır. O isə anasının yanında olmuşdur. Sonra anası birdən dayısı dalaşar deyə ona çölə çıxıb baxmağı tapşırmışdır. O, çölə çıxanda dayısınıı o vəziyyətdə görən kimi şəklini çəkmişdir. Sonra isə dayısına üst başını təmizləməsi üçün su almağa getmişdir. Qayıdanda artıq polis əməkdaşları dayısını, Turalı və Ülvini polis maşınlarında bölməyə apardıqlarını görmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 göstərmişdir ki, o içəridə olduğuu vaxtda dayısı çıxandan sonra təxmini 5-6 dəqiqə sonra həmin səs-küy, qışqırıqlar eşidilmişdir. Ancaq qadın qışqırığı səsləri gəlmişdir. Səsküyü eşidəndən sonra onun çölə çıxmağı təxmini 30-40 saniyə çəkmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1lə aralarındada əvvəldən mübahisə xarakterli münaqişə olmuşdur. Həmin mübahisəyə dair hadisə günü bir neçə valideynlə Təqsirləndirilən şəxs1 bacısı Zeynəb Rzayeva ilə aralarında məhkəmə işi olmalı idi. O da həmin məhkəməyə şahid qismində çağırlacağı üçün həmin günü hadisə yerinə gəlmişdir. Onlar ora gələndə Təqsirləndirilən şəxs1 onların şəkillərini çəkmiş, o da əvəzinə Turalla vəkilinin şəklini çəkmişdir. Həmin an vəkil ona yaxınlaşıb şəkilləri pozmağı tələb edəndə o vəkilə həmin şəkillərin ictimai qaydada paylaşmayacağını bildirmiş və şəkilləri pozmaqdan imtina etmişdir. Lakin Təqsirləndirilən şəxs1 onu sözlə təhqir etmiş və o da onun cavabını qaytarmışdır. Sonra Tural ona əl atmış və aralarında münaqişə olmuşdur. Qaynı Ülvi onları ayırmağa çalışmışdır. Rza onu və qaynı Ülvini bir neçə dəfə vurmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxs1, hadisə yerində olan təxmini 5-6 nəfər davalarını görmüş və söyüşləri eşitmişdir. Rza söyüşləri çox uca səslə və normativlə demiş,kənardan həmin söyüşlər eşidilmişdir. Hadisə vaxtı Rza ona, sağ əlindəki telefonu qaldırıb zərbələr endirmişdir. Birinci zərbə alnından tutumuş, sonra alnı, sifəti və bədən nahiyəsinə dəymişdir. Toğrul da dayısının həmişə yanında olur, yəqin ki dayısı Rzanı müdafiə etmək üçün onu vurmuşdur. Toğrul onu yalın əli ilə vurmuşdur. Ülvini də həmişə onun yanında görüblər elə bilmişlər ki, onlara nəisə etmək istəyir, ona görə Ülvini də vurmuşlar. O, sırf onun özünə aid onun söyüşlərinə cavab vermişdir. Çünki hər dəfə hər yerdə onu söydüyündən artıq adam buna dözə bilmir.Dəqiq yadındadır ki, Torğul İbrahimli qaçaqaça gəlmiş və ilk zərbəni ona vurmuşdur. Təqsirləndirilən şəxs1 həmin hadisədə xəsarət alması ilə bağlı bildiyinə görə Rzanın sağ biləyində əvvəldən sınığı olmuş və ola bilər ki, Rzanın ona vurduğu bərk zərbə nəticəsində onun öz zədəsi də zədələnmişdir. Dava təxminən 10-15 dəq çəkmişdir. Ona vasitə kimi istifadə edilərək zərbə endirilən telefon qara xətli, gümüşü rəngli idi. Dəqiq bilməsə də telefonun modeli təxminən “Apple” telefonu olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onlar həmin günü ora gələndə Təqsirləndirilən şəxs1 onların şəkllərini çəkmişdir. Tural da onların şəklini çəkmişdir. Sonra Rzagilin vəkiləri şəkillərə görə Turala yaxınlaşaraq irad bildirmişdir. Tural da şəkilləri silməmişdir. Təqsirləndirilən şəxs1 də ona görə əsəbləşmiş, Turalı söymüş və ona yaxınlaşaraq zərbə endirmişdir. O, aralarına girib onları aralamağa çalışanda Təqsirləndirilən şəxs1 onu da vurmuş və o, yerə yıxılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs göstərdi ki, o, Rzanın ilk zərbəsindən sonra yerə yıxılmışdır.Təqsirləndirilən şəxs2 sonradan gəlmiş və o da onları vurmuşdur. Əsasən şəkil üstündə dava düşmüşdür.Tural sadəcə Rza onu söyəndən sonra cavabını qaytarmışdır. Rza Turalı vuranda o, Turalın sağ tərəfində olmuşdur. Rzanın əlindəki telefon ya boz ya da gümüşü rəngli telefon idi.Telefonun arxasında qara xətt var idi. Telefon “İphone 5” və ya 5S modelli telefonun ölçüsündə olmuş və telefonun üzərində kaburası (qoruyucu örtüyü) olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,Nizami rayon Məhkəməsinin qarşısında avtomobildən düşən zaman orada dayanıb məhkəmə iclasının başlamasını gözləyən Zeynəb Rzayevanın qardaşı Təqsirləndirilən şəxs1 əlində olan mobil telefon ilə həyat yoldaşı Zərərçəkmiş şəxs1 fotoşəkillərini çəkməyə başlamışdır. Həmin kadrlara onlarında fotoşəkilləri düşmüşdür. Buna görədə Zərərçəkmiş şəxs1 cibindən öz telefonunu çıxardıb açaraq onun bir şəkilini çəkmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 yanında olan vəkil kimi tanıdığı lakin adını bilmədiyi şəxs Zərərçəkmiş şəxs1 yaxınlaşaraq çəkdiyi şəkili silməsini tələb etmişdir. Tural isə şəkili ictimai qaydada istifadə etməyəcəyini və siləcəyini bildirmişdir. Eyni zamanda ondan xahiş etmişdir ki, Təqsirləndirilən şəxs1 onun şəkilini çəkən zaman onun və bir neçə digər qadının şəkildə görüntüləri olması üçün o da şəkilləri silsin. Bu zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ünvanına nalayiq söyüşlər söyməyə başlamış və bu məhkəmə prossesində cavadeh tərəfindən iştirak edəcəyinin alçaqlıq olmasını bildirmişdir. Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq burada qadınların olmasını və ifadələrinə diqqət yetirməsini bildirdikdə, o nalayiq söyüşlərinə davam etmişdir. Zərərçəkmiş şəxs1 də onun ifadələrinin özünə aid olmasını bildirmiş, lakin heç bir cavab olaraq nalayiq söyüşlər söyməmişdir. Təqsirləndirilən şəxs1 onunla üzbəüz dayanarkən sağ əlində saxladığı və onun şəkillərini çəkdiyi smartfon tipli, boz rəngli, qara xətli markasını bilmədiyi mobil telefonla Zərərçəkmiş şəxs1 alın nahiyyəsindən təxminən bir neçə dəfə vurmuşdur. Həmin an yaxınlıqda dayanan X9 İbrahimlidə onun və qardaşı Zərərçəkmiş şəxs2 üzərinə hücum çəkərək yumruq ilə təxminən Turalın baş və üz nahiyyəsindən zərbələr endirmişdir. Tural Mirzəlinin baş nahiyyəsindən qan gəlmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 yanında dayanarkən Təqsirləndirilən şəxs1 ona nalayiq söyüşlər söyərkən Ülvi Rzam itələyib aralı dayanmasını bildirmişdir. Lakin dava-dalaş zamanı Təqsirləndirilən şəxs1 Ülvinin baş və üz nahiyyəsindən bir neçə dəfə yumruqla vurmuş, bunun nəticəsində Ülvi dizi üstə yerə yıxılmışdır. Təqsirləndirilən şəxs1 bacısı oğlu Toğrulda Ülvinin üzərinə hücum çəkərək baş nahiyyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. Bunu görən ətrafa yığılmış inslanlar və eləcədə o onları aralamış və bir neçə dəqiqə keçmiş oraya polis əməkdaşları gəlmişdir. Nəticədə Tural və Ülvi xəsarətlər aldıqlarından polis şöbəsinə gedərək orada şikayət ərizəsi ilə müraciət etmişlər, o da oradan oların arxasınca 25-ci polis şöbəsinə getmiş, oradanda evə getmişdir. Təqsirləndirilən şəxs1 və onun bacısı oğlu Təqsirləndirilən şəxs2 qardaşı Zərərçəkmiş şəxs2 və həyat yoldaşı Zərərçəkmiş şəxs1 söyüb döyməsi təxminən 10-15 dəqiqə vaxt davam etmişdir. Bunu o və yanlarında olan 220 saylı orta məktəbin müəlliməsi Şahid4, valideyn Şahid7, valideyn Şahid2, 220 saylı orta məktəbdə psixoloq işləyən X8 və orada ətrafa toplaşmış çox sayda olan tanımadığı insanlar görmüşlər. Belə ki, onlar da kənarda dayanaraq onlara baxırdılar. Münaqişə zamanı nə qardaşı Ülvi nədə ki həyat yoldaşı Tural Təqsirləndirilən şəxs1 söymədi və vurmadı. Qardaşı Ülvi sağ tərəfdə dayansa da, lakin həyat yoldaşı Tural və qardaşı Ülvi Rzanı və bacısı oğlu Toğrulu vurmamışlar, Ülvinin üzərində və əlində heç bir iti və küt əşya olmamışdır. Hadisə yerinə gələn polis əməkdaşlarının təklifinə əsasən Ülvi özü könüllü olaraq Zərərçəkmiş şəxs1lə birlikdə polis avtomobilinə əyləşib polis şöbəsinə getmişlər. Turalın və Ülvinin arxasınca 25-ci polis şöbəsinə getmiş və orada ümumi dəhlizdə gözləmə yerində dayanıb onları gözləmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid7 Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 20 noyabr 2018-ci il tarix saat 15:00 da Nizami rayon məhkəməsində məhkəmə prosses təyin olunmuşdur. Buna görə də o psixoloq Gülbəniz və müəllimə Taliyə həmin gün təxminən saat 15 radələrində taksi avtomobili ilə məhkəminin qarşısına gəlmişlər. Məhkəmənin qarşısına çatdıqda görmüşdür ki, Zərərçəkmiş şəxs1 üzü qan içində dayanmış, ondan xeyli aralıda da Təqsirləndirilən şəxs1 dayanmışdır. Bu zaman oraya polis əməkdaşları gəlmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 polis şöbəsinə gedərək şikayət ərizəsi ilə müraciət etmişlər. O da məhkəmənin qarşısından öz yaşadığ evə getmişdir. O məhkəmənin qarşısında olan dava dalaşı görməmiş, lakin məhkəminin qarşısında eşitmişdir ki, Rza və onun bacısı oğlu Toğrul Zərərçəkmiş şəxs1 və onun qaynı Zərərçəkmiş şəxs2 döymüşlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında yerləşən Nizami rayon məhkəməsinin qarşısında avtomobildən düşən zaman orada dayanıb məhkəmə iclasının başlamasını gözləyən Zeynəb Rzayevanın qardaşı Təqsirləndirilən şəxs1 əlində olan mobil telefon ilə Zərərçəkmiş şəxs1 fotoşəkillərini çəkməyə başlamışdır. Həmin kadrlara onlarında fotoşəkilləri düşdü. Buna görədə Zərərçəkmiş şəxs1 cibindən öz telefonunu çıxardıb açaraq Təqsirləndirilən şəxs1 bir şəkilini çəkdi. Bu zaman Təqsirləndirilən şəxs1 yanında olan vəkil kimi tanıdığı lakin adını bilmədiyi şəxs Zərərçəkmiş şəxs1 yaxınlaşaraq çəkdiyi şəkili silməsini tələb etmişdir. Tural isə şəkili ictimai qaydada istifadə etməyəcəyini və siləcəyini bildirmişdir. Eyni zamanda ondan xahiş etmişdir ki, Təqsirləndirilən şəxs1 onun şəkilini çəkən zaman onun və bir neçə digər qadının şəkildə görüntüləri olması üçün onunda şəkillərini silsin. Bu zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ünvanına nalayiq söyüşlər söyməyə başlamış və bu məhkəmə prossesində cavadeh tərəfindən iştirak edəcəyinin alçaqlıq olmasını bildirmişdir. O, Təqsirləndirilən şəxs1 nalayiq söyüşlər söyməsini eşitdikdə, söyüşlərin ardını eşitməmək üçün məhkəmə binasının içərisinə daxil olmuş və orada gözləməyə başlamışdır. Sonradan bayıra çıxdıqda ona məlum olmuşdur ki, bayırda onlar arasında dava-dalaş olmuşdur və oraya polis əməkdaşları gəlmişdir. O, dərhal oradan çıxıb evinə getmişdir. Buna görədə baş vermiş dava-dalaşla bağlı heç bir söz deyə bilməz. Belə ki, o məhkəmə binasının içərisində olmuş və dava-dalaşın necə baş verməsini bilməmişdir. O, məhkəmə binasından bayıra çıxdıqda isə artıq dava-dalaş qurtarmışdır və orada polis əməkdaşları gəlmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X5 ifadəsində göstərdi ki,verilməsində iştirak etdiyi əlavə məhkəmə-tibb ekspertizasının 02/2021 nömrəli, xx.xx.2021-ci il tarixli rəyi tam, dolğun yazılmışdır və rəydə yazılanları təsdiq edir. Məhkəmədə verilən suallara cavab olaraq şahid göstərdi ki, xəsarətlər küt alətin təsiri nəticəsində yaranan xəsarətlərdir.Komissiya hesab elədi ki, telefonun tədqiq edilməsinə zərurət yoxdur, ona görə də tələb olunmamışdır. İstənilən əşya küt əşyadır, o cümlədən də telefon da küt alətdir. Yumruq da küt əşya kimi qəbul olunur. Zərərçəkmiş şəxdə əzilmiş yaraların telefonun bir hissəsi ilə, sol təbil pərdəsinin perforasiyası telefonun hamar səthi ilə, sağ gözətrafı nahiyənin, sol gözaltı nahiyənin qançırlarının telefonun yastı hissəsi ilə törədilməsi istisna olunmur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X12 ibtidai istintaqda və apellyasiya baxışında verdiyi ifadəsində göstərmişdirdi ki, o, anket məlumatında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır və hazırda 6 saylı hüquq məsləhətxanasında vəkil işləyir. Zeynəb Rzayeva işdən çıxarılmasını əsassız hesab etmiş, həmçinin o, 220 saylı orta məktəbdə işləyən müəllimələr və valideyinlərin bir hissəsinə qarşı ona böhtan olunması ilə bağlı Nizami rayon məhkəməsinə müraciət etmişdir. O, onun müdafiəçisi qismində iştrak etmişdir. Hazırda Nizami rayon məkəməsində Zeynəb Rzayevanın müraciətində göstərdiyi xüsusatlar araşdırıldığından 20 noyabr 2018-ci il tarix saat 15:00 da keçiriləcək məhkəmə prossesində vəkil qismində iştrak etmək üçün oraya getmişdir. Həmin gün təxmin saat 14:40 radələrində ünvan 7 ünvanında yerləşən Nizami rayon məhkəməsinin qarşısına çatdıqda Təqsirləndirilən şəxs1 tək olmaqla onu orada qarşılamışdır. Onlar ikisi dayanıb söhbət edən zaman “Lexsus" markalı avtomobil gəlmişdir. Həmin avtomobildən bir neçə nəfər şəxs düşdükdə Rza onlardan birini ona göstərərək Zərərçəkmiş şəxs1 olmasını demişdir. Bundan sonra Rza əlində salxadığı mobil telefon ilə Zərərçəkmiş şəxs1 fotoşəkillərini çəkməyə başlamışdır. O Zərərçəkmiş şəxs1 tərəfə çöndükdə görmüşdür ki, o da Təqsirləndirilən şəxs1 və onun fotoşəkillərini əlində tutduğu mobil telefonla çəkir. O, Təqsirləndirilən şəxs1 demişdir ki, “sən nə edirsən” o isə ona bildirmişdir ki, bu işlərin hamısını təşil edən, müəllimləri təşkil edib məhkəməyə gətirən, onları öyrədən Tural müəllimdir. O, fotoşəkili çəkir ki onun bu işləri təşkil etməsinin və iş vaxtında iş yerində olmamasını sübut kimi təqdim etsin. Həmin vaxt Zərərçəkmiş şəxs1 və onunla birlikdə gələn qadınlar məhkəmənin giriş qapısının sol tərəfində təqiribən onlardan 15 metr aralı məsafədə dayanmışdılar. O, həmin vaxt görmüşdür ki, Tural müəllim onların şəkillərini təkrar çəkir. O,onun özünün şəkilini nəyə görə çəkməsi üçün Təqsirləndirilən şəxs1 aralanıb Tural müəllimə yaxınlaşmışdır. Onlara salam verib əlini uzadıbTural müəllim ilə görüşmüşdür. Tural müəllimə bildirmişdir ki, o, vəkildir, onun şəkilini onun razılığı olmadan nəyə görə çəkir. Çəkdiyi onun şəkillərini silməsini bildirmişdir. Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki,o onun şəklini heç harda yaymayacaq, o da Turala bildirmişdir ki,o istəmir, ona görədə onun şəkillərini silsin. Təkrar olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o narahat olmasın, o. onun fotoşəkillərinizi yaymayacaq və siləcəkdir. O Turaldan aralanıb Təqsirləndirilən şəxs1 yaxınlaşmışdır. Təqsirləndirilən şəxs1 ondan Turalla nə söhbət etdiyini soruşmuş, o, Rzaya etdiyi söhbəti bildirmişdir. Bu vaxtı Rza Zərərçəkmiş şəxs1 tərəf bildirmişdir ki, çək bu işlər urtarandan sonra o Turala bildirəcəkdir. Zərərçəkmiş şəxs1 dayandığı xanımların yanından aralanaraq onlara doğru hərəkət edib Rzadan soruşmuşdur ki, o, ona nə bildiriəcək, bu sözləri bildirərkən başını qabağa hərəkət etdirərək təhdid formasında sözlərini ifadə etmişdir. Zərərçəkmiş şəxs1 həmin sözləri deyə-deyə Rza ilə onun dayandığı yerə yaxınlaşmışdır. Onlar dayandıqları yerdə dayanacaqda nəqliyyat vasitələri saxlanılmışdı. Zərərçəkmiş şəxs1 işlətdiyi sözlərin cavabı olaraq Rza ona bildirmişdir ki, sən bu işləri təşkil edirsən, iş vaxtı sənin burada nə işin var. Zərərçəkmiş şəxs1 isə ona cavab olaraq bildirmişdir ki, o yaxşı edir, onun burada nə işin var. Bu qaydada mübahisəyə başlamışlar. Təqsirləndirilən şəxs1 ona məhkəmə işləri qurtardıqdan sonra göstərəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 isə ona nəyi göstərəcəyini soruşmuşdur. O, onların hər ikisinə aid olaraq bildirmişdir ki, ayıbdır burada mübahisə etməsinlər. Onlar onun sözlərini heç bir əhəmiyyət vermədən bir-birinə qarşı var yox söyüşü işlətmişlər. O, həmin söyüşlərin iştrakçısı olmamaq üçün onlardan aralaşıb, məhkəmə binasına tərəf hərəkət etmişdir. Təqribən 5 addım atıb məhkəmə binasına yaxınlaşanda tapbıltı səslərini eşitmiş, geriyə dönəndə onların bir-birilərinin yaxalarından yapışdığını görmüşdür. Həmin an Rzanın üst geyimini Tural müəllim dartıb cırmışdır. Rzaya sifət nahiyyəsinə yumruqla vurmuşdur. Rzanında onu yumruqla vurmasını görmüşdür. Zərərçəkmiş şəxs1 eynəyi yerə düşmüşdür. O, onlara tərəf gedərək onları aralmaq istəmiş, bu zaman tanımadığı bir nəfər balaca boylu cavan oğlan Rzanın sağ ayağından tutmuş, yuxarı qaldırmışdır. Zərərçəkmiş şəxs1 isə onun paltarının yaxasından tutub itələmiş, sağ əli ilə isə onu vurmuşdur. Hər ikisi Təqsirləndirilən şəxs1 dayanacaqda saxlanılmış nəqliyyat vasitəsinin üstənə yıxmışlar. O, Zərərçəkmiş şəxs1 Rzanı vurmaq istəyərkən qolundan tutub onu vurmasına imkan verməmişdir. Cavan oğlan isə Rzanın sağ ayağından tutub onu avtomobilin üzərinə sıxıb saxlamışdr. Bu zaman Rza “ə qolum" buraxın məni” demişdir. Orada olan tanımadığı adamlar onları aralamışlar. Rzanın paltarları cırılmış vəziyyətdə olmuşdur. Üzündə cızılmış xətlər var olmuşdur. Sağ əli ilə sol qolunu tutmuşdur. Zərərçəkmiş şəxs1 isə sifətindən qan axmışdır. Axan qan sifətinə və paltarına tökülmüşdür. Təqribən 10 dəq müddətində polis əməkdaşları hadisə yerinə gəlib Təqsirləndirilən şəxs1 polis avtomobilinə dəvət etmişlər. Zərərçəkmiş şəxs1 isə bildirmişdir ki, məhkəmədə işi var. Məhkəməyə çağırılıb, polis avtomobilinə minməmişdir. Orada olan cavan oğlanı polislər gələrkən görməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Birinci İnstansiya Məhkəməsinin tədqiq etdiyi və hüquqi qiymət verdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2018-ci il tarixli, 1158 nömrəli rəyin nəticə hissəsindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi, sol təbil pərdəsinin perforasiyası, alın nahiyəsinin əzilmiş yaraları, sol gicgah nahiyəsinin sıyrığı, sağ gözətrafı nahiyənin, sol gözaltı nahiyənin qançırları, sağ gözün ağlı qişasının qansızması olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2018-ci il tarixdə alınmaları mümkündür. Dərəcələrinə görə baş beyin silkələnməsi, sol təbil pərdəsinin perforasiyası, alın nahiyəsinin 1 ədəd əzilmiş yarası və sağ gözün ağlı qişasının qansızması həm ayrıayrılıqda, həmdə ki ümumilikdə salamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərər vurmaya aiddir. Digər xəsarətlər –alın nahiyəsinin 1 ədəd kiçik ölçülü əzilmiş yarası, sol gicgah nahiyəsinin sıyrığı, sağ gözətrafı nahiyənin və sol gözaltı nahiyənin qançırları – həm ayrı-ayrılıqda, həmdə ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inkar olunur. Birinci İnstansiya Məhkəməsinin tədqiq etdiyi və hüquqi qiymət verdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2018-ci il tarixli, 1157 saylı rəyin nəticə hissəsindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 sol təpə nahiyəsinin şişkinlik halında əzilməsi, sağ gözaltı nahiyəsinin, sol gözün bayır səthinin qançırları, sağ dizin ön səthinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2018-ci il tarixdə alınmaları mümkündür və həm ayrı-ayrılıqda, həmdə ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki,həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inkar olunur. Apellyasiya baxışında müdafiə tərəfinin vəsatəti əsasında təyin edilmiş və məhkəmə istintaqında tədqiq olunan əlavə məhkəmə-tibb ekspertizasının 02/2021 nömrəli, xx.xx.2021-ci il tarixli rəydən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər-baş beyin silkələnməsi, sol təbil pərdəsinin perforasiyası, alın nahiyəsinin əzilmiş yaraları, sol gicgah nahiyəsinin sıyrığı, sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözətrafı və sol gözaltı nahiyənin qançırı-bərk küt əşyanın (əşyaların) dəfələrlə vurulan zərbələrin təsirindən törənmişlər, belə bir əşyanın “İPHONE 5S” markalı mobil telefon olması da inkar olunmur, törənmə müddətləri qərarda göstərilən xx.xx.2018ci il tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə kollegiyası müdafiəçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 ilə əlaqədar verdiyi şikayətin hadisə zamanı cinayətin aləti kimi istifadə olunmuş “İphone 5S” markalı mobil telefonun silah qismində istifadə edilən əşya anlayışına aidd olmaması dəlilinə münasibət bildirərək hesab edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 vurulan zərbələrin “İphone 5S” markalı telefonla yerinə yetirilə bilinməsi inkar olunmamasını əlavə keçirilmiş məhkəmə-tibb ekspertizasının 02/2021 nömrəli, xx.xx.2021-ci il tarixli rəyi ilə, müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş həmin rəyin verilməsində iştirak etmiş X2 ifadəsi ilə, zərərəçəkmiş şəxslərin və şahidlərin ifadələri və cinayət işi materialları ilə öz təsdiqini tapmış, bu barədə şikayətin dəlilləri isə müdafiə xarakteri daşımaqla təsdiq olunmur. Məhkəmə kollegiyası xuliqanlıq cinayətinin silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi analyışı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarının 9-cu bəndində göstərilir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah qismində istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, CM-nin 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur…CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrüfat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. CM-nin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır.” Məhkəmə kollegiyası məhkum edilmiş Təqsirləndirilən şəxs2 özünün, müdafiəçinin məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində bəraətverici əsaslarla xitam verilməsinə dair yeni hökm çıxarılması ilə əlaqədar vermiş olduğu apellyasiya şikayətlərinin dəlilillərinə münasibət bildirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri birinci insatansiya məhkəməsi tərəfindən tədqiq edilmiş zərərəçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspert rəyləri və cinayət işi üzrə toplanmış digər materiallar ilə, həmçinin məhkəmə kollegiyasında qismən istintaq aparılmaqa əldə edilmiş zərərəçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspert rəyləri öz təsdiqini tapmış, bu barədə verilmiş şikayətlərin dəlilləri isə müdafiə xarakteri daşımaqla təsdiq olunmur. Məhkəmə kollegiyası həmiçinin qeyd edir ki, müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş X7 ibtidai istintaqda və apellyasiya baxışında verdiyi ifadəsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və zərərçəkmiş şəxlər arasında münaqişənin baş verməsi və cinayət hadisəsinin baş verməsi hissəsində işin faktiki hallarına uyğun gəldiyi halda qalan hissələrdə zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri ilə təkzib olunduğundan işin faktiki hallarına uyğun hesab etmir. Məhkəmə kollegiyası xuliqanlıq cinayət əməlinin törədilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “ Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 №li qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydanı və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərdə ifadə olunur. Xuliqanlıq niyyətilə cinayət heç bir səbəb olmadan, yaxud cüzi səbəbdən törədilir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş, məhkəmə hökmü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərini hüquqi tövsifinə dair hissədə cinayət işinin materiallarına tam uyğundur, müdafiə tərəfinin apellyasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Birinci instansiya məhkəməsində və apellyasiya instansiyasında qismən məhkəmə istintaqında tədqiq edilmiş sübutlar ittihamın, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət törətməsinin sübuta yetirildiyi, birinci instansiya məhkəməsinin ittihamla bağlı mövqeyinin düzgün olduğu qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası zərəçəkmiş şəxslərin nümayəndəsi və vəkili və dölət ittihamçısı tərəfindən verilmiş vermiş olduğu apellyasiya şikayətlərini və protesti cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdıraraq, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayətləri və protest qismən təmin edilməli və Bakı şəhər Nizami rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 1(007)-6/2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 aid hissədə protestə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilməlidir. Apellyasiya protestinin dəlilləri onunla əsaslandırılmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanı şərti hesab etmənin əsasları kimi onun ilk dəfə cinayət törətməsini, kinorejissor və aktyor olmasını, vətəndaşlar arasında vətənpərvərlik ruhunda filmlərdə baş rollarda çəkilməsini və ictimai faydalı fəaliyyətlə məşğul olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib qeyd etmiş, lakin məhkəmə Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanı şərti hesab edərkən işin konkret hallarnı, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, zərərçəkmiş şəxsin hüquqi mövqeyini nəzər almayaraq cəzanən şərti hesab edilməsini şərtləndirən arqumentləri hökmdə əsaslandırmamışdır. Məhkəmə, hökmdə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsini, kinorejissor və aktyor olmasını, vətəndaşlar arasında vətənpərvərliq ruhunun aşılanmasına xidmət edən hərbi vətənpərvərlik ruhunda filmlərdə baş rollarda çəkilməsini və içtimai faydalı fəaliyyətlə məşğul olmasını cəzanın yüngülləşdirən hall kimi nəzərə alsa da, qeyd olunan halların yüngülləşdirən hal kimi qəbul edilməsi üçün 59.2-ci maddəsinə əsasən hökmdə əsaslandırmamışdır və həmin yüngülləşdirici halların olmasını təsdiq edən heç bir sübuta iş materiallarında rast gəlinməmiş, məhkəmə bu halı araşdırmadan heç bir sübutla müəyyən edilmədən əsassız olaraq bu nəticəyə gəlmişdir. Bundan əlavə, CM-nin 59.1.1-ci maddəsində ilk dəfə az ağır cinayətin hadisələrin təsadüfi axarı zəminində törədilməsi cəzanı yüngülləşdirən hal kimi göstərilsə də, cinayət işində isə Təqsirləndirilən şəxs1 cinayəti təsadüfən deyil, qabaqcadan düşünülmüş şəkildə, yəni zərərçəkmiş Zərərçəkmiş şəxs1 Nizami rayon məhkəməsinin inzibati binasına gələcəyini bilib məhkəmə prosesinə çağırılmadığı halda ora əvvəlcədən gəlib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı cinayəti bacısıoğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə törətməsini məhkəmə düzgün qiymətləndirməyərək Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi əsassız olaraq qəbul etmişdir. Məhkəmə də təyin edilmiş cəzanı şərti hesab edərkən cinayətin törədilmə şəraitini yəni Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə aralarında yaranmış münaqişəni öz təşəbbüsü ilə başlayaraq özünün şəxsiyyətini üstün tutmaqla ictimai yerdə kənar şəxslərin gözü qarşısında onların narahatçılığına səbəb olan şəraitdə törətməsi, hadisə vaxtı təhlükəli davranmasını, cinayəti silah qismində olan əşyanı tətbiq etməklə törətməsini, hadisədən sonra zərərçəkmiş şəxsə heç bir yardım göstərməməsini nəzərə almamışdır. Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı törədiyi cinayət üzrə təqsirini boynuna almamış, hətta bəzi məhkəmə proseslərində əməlindən qürur duyması kimi ifadələr işlətmişdir. Bütün bunlar məhkum Təqsirləndirilən şəxs1 islah olunmamasına, sonuncunun şəxsiyyəti və törətdiyi əməlin yüksək təhlükəsli olmasına dəlaət edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkum Təqsirləndirilən şəxs1 şikayətçi olmalarını nəzərə almamaqda haqlı olmamışdır. Zərərçəkmiş şəxs1 məhkəmənin hökmündən narazı qalaraq apellyasiya şikayəti vermişdir.Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs1 şərti cəza təyin edərkən sonuncunun cəmiyyətin ziyalı təbəqəsi sayılan məktəb direktoru Zərərçəkmiş şəxs1 qarşı onun rəhbəri olduğu 220 saylı orta məktəbin müəllimlərinin, şagirdlərin valideynlərinin gözü qarşısında xuliqanlıq cinayəti törətməsini, bununla Təqsirləndirilən şəxs1 təhsil sistemini nüfuzdan salan hərəkətlər etməsini, kənar şəxslərdə, o cümlədən müəllim-şagird heyətində müəllimi döyən şəxsin cəzasız qalmasi kimi mənfi presedent yönümlü fikirlərin formalaşacağını nəzərə almamaqda haqlı olmamışdır.Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən sonuncunun məhkəmə baxışı zamanı proseslərdə məhkəmə iclas qaydalarını dəfələrlə pozaraq yerdən icazəsiz uca səslə danışmasını, ittihama aid olmayan hallara toxunduğuna görə hakimin özünün onun sözünü dəfələrlə kəsməsini, çəkişmə prinsipini pozaraq zərərçəkmiş şəxslərin, şahidlərin ifadə verən zaman sözünü kəsərək süni şəkildə yersiz mübahisələr etməsini, zərərçəkmiş tərəfə öz mövqelərini bildirməsinə mane olmağa çalışmasını, bütün proseslərdə qeyri-normal davranaraq ədalət mühakiməsinin həyata keçirilməsinə hörmətsizlik göstərməsini, bundan əlavə, zərərçəkmiş şəxsin məhkəməyə ünvanladığı vəsatətində Təqsirləndirilən şəxs1 onun barəsində dəfələrlə süni şəkildə onu qızışdırmaq fonunda internet informasiya ehtiyatında “Facebook” sosial şəbəkəsində zərərçəkmiş şəxs barəsində ələ salma məzmunlu paylaşımlar etməsi, böhtan atması, məhkəmə sübutlarını sosial şəbəkədə müzakirə etməsi, “nə etmişik, qürur duyuruq, etdiklərimizdən də qaçmırıq” ifadəsini yazması, vəsatətə bu faktı təsdiq edən saytdan çıxarışların əlavə edilməsi kimi halları Təqsirləndirilən şəxs1 şəxsiyyətini xarakterizə edən mənfi hal kimi əsassız olaraq nəzərə almamışdır. Qeyd olunan hallar Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasının mümkünsüzlüyünü və şərti məhkum etmənin onun islah olunmasına cavab vermədiyini göstərsə də, məhkəmə belə hallara əhəmiyyət verməmiş və bununla da CM-nin 8, 58, 70-ci maddələrinin tələblərini pozaraq təqsirləndirilən şəxsə hazırkı hökmlə təyin etmiş olduğu cəzanı şərti olaraq tətbiq etməkdə haqlı olmamışdır.Göründüyü kimi məhkəmə məhkum Təqsirləndirilən şəxs1 yüngül cəza təyin etməklə yanaşı həm də qanunvericiliyin normasını düzgün tətbiq etməmişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 cəza təyin edərkən işin konkret hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, zərərçəkmiş şəxsin hüquqi mövqeyini nəzərə almayaraq gəldiyi nəticəni hökmdə əsaslandırmamışdır.Məhkəmə hökmdə CM-nin 59-cu maddəsində nəzərdə tutulmamış Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, ali təhsilli və gənc olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, qeyd olunan halların yüngülləşdirən hal kimi qəbul edilməsi CM-nin 59.2-ci maddəsinə əsasən hökmdə əsaslandırılmamışdır.Bundan əlavə, CM-nin 59.1.1 -ci maddəsində ilk dəfə az ağır cinayətin hadisələrin təsadüfi axarı zəminində törədilməsi cəzanı yüngülləşdirən hal kimi göstərilsə də, cinayət işində isə Təqsirləndirilən şəxs2 dayısı Təqsirləndirilən şəxs1lə birlikdə cinayəti təsadüfən deyil, qabaqcadan düşünülmüş şəkildə, yəni zərərçəkmiş Zərərçəkmiş şəxs1 Nizami rayon məhkəməsinin inzibati binasına gələcəyini bilib məhkəmə prosesinə çağırılmadıqları halda ora əvvəlcədən gəlib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı cinayəti törətməsini məhkəmə düzgün qiymətləndirməyərək Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi əsassız olaraq qəbul etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə əslində özünün də istinad etdiyi CMnin 8.1, 41.2, 58.3-cü maddələrin tələblərini pozaraq cinayət hüquq normalarını düzgün tətbiq etməmişdir.Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ondan şikayətçi olmalarını nəzərə almamaqda haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə aldığını qeyd edərək, Təqsirləndirilən şəxs1 cəza çəkmədən islah olunmasını mümkün hesab edib, onun barəsində cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmasının məqsədə müvafiqliyi barədə qərar qəbul etsə də, lakin məhkəmənin Təqsirləndirilən şəxs1 cəza çəkmədən islah olunmasının mümkünlüyü və cəzanın şərti olaraq tətbiq edilməsi barədə gəldiyi nəticəsini apellyasiya protestində və zərərçəkmiş şəxslərin nümayəndəsi tərəfindən veilmiş apellyasiya şikayətlərində göstərilən və məhkəmə kollegiyasının razılaşdığı halları nəzərə almadığından əsassız hesab edir. Məhkəmə kollegiyası zərəçəkmiş şəxslərin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinin və dölət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 aid hissəsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs Mirzəyev Turalının şəkilinin birinci olaraq onun tərəfindən çəkilməsini, zərərçəkən tərəfindən edilmiş haqlı iraddan sonra cinayətin baş verməsinin əsas təşəbbüskarı olmasını, telefonun foto şəkil və digər texniki imkan funksiyalarından əlavə olaraq ondan qərəzli xuliqanlıq cinayətinin aləti kimi istifadə etməsini, münaqişəni dayandırmağa səy göstərən digər Zərərçəkmiş şəxs2yə də xəsarətlər yetirməsini və həmçinin Təqsirləndirilən şəxs1 cinayətin ilk təşəbbüskarı kimi çıxış edərək zərərçəkmiş şəxs Mirzəyev Turala xəsarətlər yetirdikdən sonra hər iki zərəçəkən şəxsə zərəbələrin digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında xuliqanlıq hərəkətlərini etməsini, törətdiyi cinayətdən peşman olduğunu göstərən hərəkətlər, xüsusilə də zərərçəkmiş şəxslərlə barışıqların əldə edilməməsi, onun aktyorluq fəaliyyəti və ictimai faydalı fəaliyyətlə məşğul olması əsası ilə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirərək Təqsirləndirilən şəxs1 barəsində təyin olunmuş cəzanın şərti hesab edilməsi qanunvericilikdə təsbit edilən cəzanın məqsədlərinə nail olmağa imkan verən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsi ona görə yüngülləşdirici hal hesab edilmir ona görə ki onun törətdiyi cinayət əməli kateqoriyasına görə az ağır cinayətdir və Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsinin tədbiq edilməsi hüquq normalarına ziddir. Məhkəmə kollegiyası zərəçəkmiş şəxslərin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinin və dölət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 aid hissəsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən aslı olaraq müəyyən etmək olur ki, o hadisənin ilkin təşəbbüskarı olmamış, başlanılmış və davam edən münaqişəyə sonradan qoşulmuş, digər məhkum edilmiş şəxsdən fərqli olaraq, zərərçəkmiş şəxslərə xəsarətin yetirilməsində alət kimi istifadə oluna biləcək hər hansı vasitədən istifadə etməmiş, xəsarətləri yalnız yalın əllə törətmiş, bir qrup şəxs halında törədilmiş cinayət əməlində daha az ictimai təhlükəli olması ilə müşahidə olunması və həmçinin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, ali təhsilli və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alması və onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan islah işləri cəzasının təyin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni, ədalətli və əsaslıdır və ona münasibətdə cəza növünün dəyişdirilməsi qənaətinə gəlinmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 4-cü bəndinə əsasən CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi göstərilmiş yüngülləşdirici halları əsaslandırmadan, həmçinin cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxslə barışıq əldə edilmədiyini, həmçinin təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə almadan yüngüllüyünə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza təyin etdiyindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi nəticəsi qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin məcəllənin 70.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göründüyü kimi, həmin normalarda cəza təyin edilərkən ilk növbədə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alınmalı olduğu təsbit edilmişdir. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq qeyd olunan amillərə aid məsələlərə münasibət bildirməklə hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyi dərəcəsinə aid olan hallar şərti məhkum etmə təyin edilərkən nəzərə alınmalı idi. Birinci instansiya məhkəməsi isə həmin hallara əhəmiyyət verməmiş, münasibət bildirməmiş, Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı çəkmədən islah olunmasını mümkün saymamış və bu hallar Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsinə əsas vermir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın şərti hesb edilməsi cəzanın məqsədlərini təmin edə bilməz, bu hal başqa şəxslər tərəfindən eyni xarakterli, yəni qərəzli xuliqanlıq cinayətini törədəcəyi təqdirdə cəza çəkmədən də islah olunmaq və ya cəzasızlıq fikirinin yaranmasına səbəb ola biləcəyinə şərait yaratdığından Təqsirləndirilən şəxs1 ona həmin sanksiyasına əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını real çəkməlidir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən (həm də cəzanın miqdarı məsələsini həll edərkən) törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, aşağıdakı normaların tələblərini, habelə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli 4 №-li qərarının izahlarını da nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir... məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər... cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin hökmdən xaric olunması qənətinə gəlindiyindən ona təyin olunmuş cəzanın həddini müzakirə etməyi zəruri hesab edir. Hökmlə Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 02 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə CM-nin 70-ci maddəsinin tədbiqi hökmdən xaric olunduqda təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın real olaraq çəkilməli olduğunu nəzərə alaraq ona CM-nin 221.3-cü maddəsinin sanksiyasının aşağı hüdudlarında cəza təyin etməklə ədalətli hesab oluna bilər. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin sanksiyasında 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəzasını aşağı həddə təyin edilməsinin əsasları kimi onun ilk məhkumluğunu və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş cəzanın real çəkilməsi üçün başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməli və məhkəmə zalında dərhal həbsə alınmalıdır. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-37/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İşdə olan 11 mart 2023-cü il tarixli tutma haqqında protokoldan və Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 11 mart 2023-cü il tarixdə tutulmuş və xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan islah işləri cəzası olduğundan onun barəsdində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin edilmiş 11 mart 2023-cü il tarixdən həbsdə olduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü islah işləri cəzasının 4 gününə bərabər tutulmaqla həbsdə olduğu müddət təyin edilmiş islah işləri cəzasından çıxılmaqla üzərində qəti olaraq cəza müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestində və zərərçəkmiş şəxslərin nümayəndəsinin apellyasiya şikayətlərində göstərilən dəlillər hökmün dəyişdirilməsinə əsas verir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsində göstərilmişdir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Odur ki, apellyasiya protestinin və zərərçəkmiş şəxslərin nümayəndəsinin apellyasiya şikayətlərinin dəlilləri əsaslı olmaqla qismən təmin edilməli, Təqsirləndirilən şəxs1 barəsində olan birinci instansiya məhkəməsinin hökmü Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəa hökmdən xaic edilməklə dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.4 və 405.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxslərin mümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Məhkum edilmiş şəxslərin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 11 mart 2020-ci il il tarixli, 1(007)- 6/2020 saylı tarixli hökmü dəyişdirilsin. Hökmdən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il müddətə endirilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 18 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 təyin edilmiş 11 mart 2023-cü il tarixdən hal-hazıradək həbsdə olduğu 2 ay 7 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü islah işləri cəzasının 4 gününə bərabər tutulmaqla həbsdə olduğu müddət ona təyin edilmiş 2 (iki) müddətə islah işləri cəzasından çıxılmaqla üzərində qəti olaraq hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1 il 3 ay 2 gün islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Hökm verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar