Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-160/2022 06.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X5 və X12 ibarət tərkibdə, Məhkəmə iclas katibi - X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru - X4, Məhkum - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz rayon Məhkəməsinin 03.02.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4.500 manat cərimə cəzasına məhkum olunmuş, təyin olunmuş 4.500 manat cərimə cəzası Xaçmaz rayon Məhkəməsinin 20.11.2018-ci il tarixli qərarına əsasən 02 (iki) il 05 (beş) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Xaçmaz rayonu, Müşkür ərazi dairəsi, Köhnə ünvan 1 ünvanında yaşamış, 01 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 aprel 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 1(101)-1448/2021 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 1(101)-1448/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən Xaçmaz Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş və çəkilməmiş 2 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə müəyyən edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Xaçmaz Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qərarı üzrə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş və çəkilməmiş 1 (bir) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilmiş və Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 01 aprel 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməsi, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməsi, - Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq halda çəkisi 14.761,122 qram olan qurudulmuş marixuana narkotik vasitəsi və 3.360,248 qram çəkidə heroin narkotik vasitəsinin məhv edilməsi; - Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülməklə sonuncunun X2 narkotik vasitə olan heroinin və qurudulmuş marixuananın qarşılığında aldığı 70.00 (yetmiş) manat məbləğində pul vəsaiti barədə xüsusi müsadirə tətbiq edilib, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması, iş üzrə məhkəmə məsrəfləri - 192,82 (bir yüz doxsan iki manat 82 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs naməlum şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib narkotik vasitələrin satışını həyata keçirmək üçün razılığa gəldikdən sonra naməlum mənbədən və naməlum vaxtda satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 14.761,672 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuana və ümumi təmiz çəkisi 3.360,508 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroin əldə edərək, narkotik vasitə qurudulmuş marixuananı ayrıayrılıqda təmiz çəkiləri 2,781 qram, 2,521 qram, 2,342 qram, 2,562 qram, 2,315 qram, 2,163 qram, 2,721 qram, 2,102 qram, 2,164 qram olmaqla 9 ədəd kibrit qutusuna, ayrıayrılıqda təmiz çəkiləri 7150 qram və 7590 qram olmaqla 02 ədəd sintetik torbalara, narkotik vasitə heroini 0,450 qram olmaqla 01 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1230 qram, 1180 qram, 950 qram olmaqla 03 ədəd bağlamada, 0,058 qram olmaqla 01 ədəd kağız bükümdə qablaşdıraraq kirayə yaşadığı ünvan 2 ünvanında gizlətməklə saxlamış, 01 aprel 2021-ci il tarixdə, saat 15:40 radələrində narkotik vasitə heroinin 0,450 qramını və narkotik vasitə qurudulmuş marixuananın 2,781 qramını ünvan 3 ünvanın qarşısında X8 ümumilikdə 70 manat müqabilində satmış, həmin tarixdə saat 15:45 radələrində Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində X10 ilə birlikdə Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 38 saylı ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə gətirildikdə, 0,450 qram çəkidə narkotik vasitə heroin 01 ədəd bükümdə və 2,781 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana 01 ədəd kibrit qutusunda Elqar Atayevin üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli velvet pencəyinin sağ yan cibindən aşkar olunaraq götürülmüş, Elqar Atayevin narkotik vasitələri əldə edərkən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd B30553903 seriyalı 20 manatlıq və 1 ədəd B21303365 seriyalı 50 manatlıq pul əskinazları onun üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Elə həmin tarixdə, saat 22 radələrində onun kirayə yaşadığı ünvan 5 ünvanda yerləşən evinə polis əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı mətbəx otağından sonrakı saxlanc otağında olan dolabdan ayrıayrılıqda təmiz çəkiləri 2,521 qram, 2,342 qram, 2,562 qram, 2,315 qram, 2,163 qram, 2,721 qram, 2,102 qram, 2,164 qram olmaqla 8 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana və 0,058 qram olmaqla 01 ədəd kağız bükümdə narkotik vasitə heroin, həmin saxlanc otağında yerdə olan 1 ədəd qara-ağ-qırmızı rəngli paket-çantanın içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 7150 qram və 7590 qram olmaqla 02 ədəd sintetik torbalarda narkotik vasitə qurudulmuş marixuana və ayrı-ayrılıqda təmiz çəkiləri 1230 qram, 1180 qram, 950 qram olmaqla 03 ədəd bağlamada narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 1(101)-1448/2021 saylı hökmünü ləğv edib, barəsində daha az cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmdən narazıdır. Məhkəmə işinə ötəri araşdırma apararaq barəsində ədalətsiz, sübuta yetirilməyərək dəlillər əsasında qərar qəbul etmişdir. Obyektiv həqiqətin aşkara çıxarılmasına təşəbbüs göstərməmiş, məhkəmə kollegiyası iş üzün əhəmiyyətli olan materiallara diqqət yetirməmişdir. O, heç vaxt narkotikin istifadəçisi olmamışdır. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 1(101)-1448/2021 saylı hökmünü ləğv edib, barəsində daha az cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X6 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 1(101)- 1448/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 1(101)-1448/2021 saylı hökmü isə dəyişdirilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs təqsiri şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nın 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 4500 manat cərimə cəzasına məhkum edilmiş, təyin olunmuş 4500 manat cərimə cəzası Xaçmaz rayon Məhkəməsinin 20.11.2018-ci il tarixli qərarına əsasən 02 (iki) il 05 (beş) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mövcud sübutlarla ziddiyyət təşkil edir və özündə heç bir obyektiv həqiqəti əks etdirmir. Bu baxımdan həmin dəlillər əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyi və ədalətliliyini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nın 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 1(101)-1448/2021 saylı hökmü məhkum Təqsirləndirilən şəxs barəsində qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 1(101)-1448/2021 saylı hökmü məhkum Təqsirləndirilən şəxs barəsində onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Vaqif Mursaqulov Hakimlər X5 X12
Məhkəmə qərarları › İş №1(103)-160/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-160/2022
06.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver