Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-162/2023 03.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X22, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X16, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, müdafiəçisi “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2arəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(101)-638/2022 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(101)-638/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin 23 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 mülki iddiasının qismən təmin edilsin, ümumilikdə 55.547,85 (əlli beş min beş yüz qırx yeddi manat səksən beş qəpik) manat pulun Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs5 ödənilməsi, mülki iddianın qalan hissədə baxılmamış saxlanılması və Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququnun izah olunması, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs6 mülki iddiasının tam təmin edilməsi, ümumilikdə 23.690,59 (iyirmi üç min altı yüz doxsan manat, əlli doqquz qəpik) manat pulun Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs6 ödənilməsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, X27 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqlarının izah edilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui istifadə edib özünü “Xəzər TV” televiziya kanalında “Səni axtarıram” verilişinin aparıcısı ilə işgüzar işbirliyində olması, şou-biznes aləmi ilə televiziya və başqa sahələrdə ortaq çalışaraq gəlir əldə etdiklərini, hamı tərəfindən tanınaraq kifayət qədər nüfuza malik olduğunu, özünün 340.000 manat dəyərində olan restoran, torpaq və obyektinin olduğu və həmin obyektin sənədləşdirilib satılmasında lazım olan maddi köməklik göstərilməsi və əldə edilən gəlirin bölüşdürüləcəyinə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə sonuncudan 2018-ci ilin avqust ayının ortalarında ünvan 3 ünvanda milli pul vahidi manata olan nisbətdə 10.200 manat təşkil edən 6.000 ABŞ dolları, həmin ilin noyabr ayında 9.350 manat dəyərində 5.500 ABŞ dolları, 2021-ci ilin mart ayının əvvəllərində “Kapital Bank”a aid **********734579 nömrəli kart hesabına 4200 və 2.000 manatlıq hissələrlə göndərilmiş 6.200 manat, 4.500, 2000, 2000 və 1.000 ABŞ dolları hissələrlə göndərilmiş, milli pul vahidi manata olan nisbətdə 16,150 manat təşkil edən 9.500 ABŞ dolları, qızıl-zinyət əşyalarının girov qoyulmasından əldə edilərək həmin kart hesabına göndərilmiş 3.000, 5.000, 5.000, 9.00, 5500, 3.000 və 1650 manatlıq hissələrdən ibarət olmaqla 24.050 manat, ümumilikdə 65.950 manat pulunu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, ”Azadlıq” metrostansiyası yaxınlığında ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə X3 etibarından sui isifadə edib özünün “İpone” mobil telefon aparatlarının ticarəti ilə məşğul olaraq yüksək gəlir əldə etdiyini və onunla işbirliyi qurub ilkin olaraq 5.400 ABŞ dolları məbləğində vəsait qoymaqla ortaq fəaliyyət göstərəcəkləri halında əldə edilən gəlirdən hər ay 400 ABŞ dolları mənfəət verəcəyini yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin mart ayında sonuncunun yaşadığı ünvan 4 ünvanda milli pul vahidi manata olan nisbətdə 9.180 manat təşkil edən 5.400 ABŞ-dolları məbləğində pulunu alıb ələ keçirərək həmin ilin aprel və may aylarında hər ay 680 manat dəyərində 400 ABŞ dolları məbləğində gəlir adı ilə ona 1.360 manat dəyərində 800 ABŞ dolları məbləğində pul verib guya ticarətin öz axarında davam etdiyinə arxayın edib verdiyi vədə əməl etmədən həmin ilin avqust ayınadək heç bir ödəmə etməmiş və bunun səbəbini guya malların gömrükdə yığılıb qalması ilə izah edib 11.000 manat vəsait ödənildiyi halda malları ölkəyə idxal edib alveri davam etdirəcəyinə inandırmaqla xx.xx.2019cu il tarixdə həmin ünvanda Zərərçəkmiş şəxs6 milli pul vahidi manata olan nisbətdə 6.800 manat təşkil edən 4.000 ABŞ dolları, 3.000 manat və milli pul vahidi manata olan nisbətdə 1.300 manat təşkil edən 650 Avro, cəmi 11.100 manat məbləğində pulunu alaraq 2 ay ərzində digər pullarla birlikdə tamamilə qaytaracağını vəd etsə də avqust ayının sonunda guya iflasa uğradığını və bu vəziyyətdən çıxmasına kömək adı ilə yaşadığı ünvanda ondan əlavə olaraq milli pul vahidi manata olan nisbətdə 8.500 manat təşkil edən 5.000 ABŞ dolları məbləğində pulunu alaraq verdiyi vədə əməl etdiyinə inandırmaq üçün özündən aldığı 5.000 ABŞ dolları (8.500) manat pulunu özünə qaytararaq bir gün sonra yenidən ticarət adı ilə həmin məbləği geri alıb 2020-ci ilin dekabr və 2021ci ilin yanvar ayları ərzində 5.250 manat məbləğində pulunu hissələrlə qaytarmaqla guya ticarətlə məşğul olduğunu davam etdirdiyinə inandıraraq verdiyi vədə əməl etmədən Zərərçəkmiş şəxs6 ümumilikdə 23.530 manat məbləğində xeyli miqdarda pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs8 özünü “Xəzər TV” televiziya kanalında “Səni axtarıram” televiziya verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı ilə işgüzar işbirliyində olması, şoubiznes aləmi ilə televiziya və başqa sahələrdə ortaq çalışaraq gəlir əldə etdiklərini, hamı tərəfindən tanınmaqla kifayət qədər nüfuza malik olduğunu, özünün 340.000 manat dəyərində restoran, torpaq və ticarət obyektinin olduğu və həmin obyektin sənədləşdirilib satılması, yaxud banka girov qoyularaq dəyəri müqabilində pulların götürülməsinə lazım olan maddi dəstək göstərilməsi, əldə olunan gəlirin bölüşdürüləcəyi, borc adı ilə almış olduğu pulların qaytarılacağına yalandan vədlər verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 5 ünvanda 2019-cu ilin mart ayında 17.000 manat, 2019cu ilin mart ayında “Kapital Bank”a aid **********734579 nömrəli kart hesabına köçürülməklə göndərilən 5.000 manat, 2019cu ilin iyul ayında 6.000 manat, həmin ilin avqust ayınadək hissələrlə 21.500 manat, 2019cu ilin oktyabr ayınadək milli pul vahidi manata olan nisbətdə 5.100 manat təşkil edən 3.000 ABŞ dolları, 2.000 manat, 3.000 manat, 1.300 manat, 2.500 manatlıq hissələrlə 15.900 manat-cəmi 65.400 manat, 2020-ci ilin yanvar ayından 2021-ci ilin yanvar ayınadək hissələrlə 63.135 manat, 2021-ci ilin yanvar-fevral ayları ərzində 25.000 manat olmaqla kart hesabına köçürülməklə, eləcədə özünün ünvana göndərmiş olduğu taksi avtomobili ilə ona göndərilmiş ümumilikdə 153.535 manat məbləğində pulları Bakı şəhəri, Binəqədi rayonu, 8ci mikrorayon, Cəfər Xəndan küçəsi, “Zirvə” şadlıq evinin qarşısında, həmçinin, S.Sani Axundov küçəsi, ”Azadlıq” metrostansiyası yaxınlığında ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs7 rəfiqəsi Zərərçəkmiş şəxs8 aldığı külli miqdarda pullarının qaytarılması üçün guya banka girov qoyduğu 340.000 manat dəyərindəki əmlakına görə 80.000 manat dəyərində kredit verilməsindən ötrü sənədlərin toplanması, bank rüsumlarının ödənilməsi və bu kimi prosedurların yerinə yetirilməsi adı ilə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2019-cu il tarixdə ünvan 6 ünvanda 1.000 manat, xx.xx.2019-cu ildə həmin ünvanda 1.000 manat, 05 oktyabr 2019cu il tarixdə ünvan 7 ünvanda 700 manat, 15 oktyabr 2019-cu il tarixdə həmin ünvanda 700 manat, 07 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən “Azadlıq” Metrostansiyası qarşısında 1800 manat, 2020-ci ilin yanvar-fevral aylarında ünvan 9 ünvandakı Milliön ödəmə sistemi vasitəsilə “Kapital bank”a məxsus ******************** kart hesabına göndərilmiş 240 manat, 130 manat, 420 manat, 75 manat olmaqla 865 manat, 2020-ci ilin fevral ayının ikinci yarısında ünvan 5 ünvanda 900 manat olmaqla ümumilikdə 6965 (altı min doqquz yüz altmış beş) manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4, Yasamal rayonu, Padamdar qəsəbəsində tikintisi aparılan “sosial ev” adlandırdığı yaşayış binasından 6.500 manat məbləğində ilkin ödəniş etməklə 30 il müddətinə 2 otaqlı mənzil sahəsini güzəştli şərtlərlə təşkil edəcəyinə yalandan vəd verib aldadaraq xx.xx.2021ci il tarixdə ünvan 10 ünvanın qarşısında 2.000 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanda 4.000 manat, xx.xx.2021-ci il tarixdə “Kapital bank”a məxsus ******************** kart hesabına ünvan 11 ünvanda yerləşən marketdəki 02031 ödəmə terminalından göndərdiyi 500 manat, vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 6500 manat məbləğində pulunu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi “Azadlıq” metrostansiyası yaxınlığında alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 5.000 manat müqabilində Bakı şəhəri,1 saylı X44 aşbaz işinə düzəldəcəyini yalandan vəd verib aldadaraq 01 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi 43 ünvanda yerləşən 2 saylı yataqxananın qarşısında milli pul vahidi manata olan nisbətdə 1190 manat təşkil edən 700 ABŞ dolları, 21 yanvar 2021-ci il tarixdə Nərimanov rayonu, A.Nemətulla küçəsi, ”Nərimanov” parkı yaxınlığında milli pul vahidi manata olan nisbətdə 2250 manat təşkil edən 1500ABŞ dolları və xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi 43 ünvanda yerləşən 2 saylı yataqxananın qarşısında milli pul vahidi manata olan nisbətdə 850 manat təşkil edən 500 ABŞ dolları, vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 4590 manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs10 Bakı şəhəri, Yasamal rayonu, Badamdar qəsəbəsində tikintisi aparılan “sosial ev” adlandırdığı yaşayış binasından 7 il müddətinə güzəştli şərtlərlə 2 (iki) otaqlı mənzil sahəsi təşkil edəcəyinə yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs8 vasitəsilə xx.xx.2021-ci il tarixdə 9.000 manat, xx.xx.2021-ci il tarixdə 6.000, xx.xx.2021-ci il tarixdə 5.200 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 20.500 manat məbləğində göndərilmiş pulları sonuncunun yaşadığı ünvan 13 ünvanda alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 başında sol oksipital törəmə olan, Qlioblastoma, Grade İV xəstəliyindən əziyyət çəkən onkoloji xəstə oğlu 1981-ci il təvəllüdlü X28 X8 şəhərində dünyaca tanınmış həkim dostlarının vasitəsilə müalicə etdirəcəyinə yalandan vəd verib aldatmaqla xəstənin anasının tanışı Zərərçəkmiş şəxs8 vasitəsilə göndərilmiş 6500 manat və həmin tarixdə milli pul vahidi manata olan nisbətdə 6800 manat təşkil edən 4.000 ABŞ dolları, ümumilikdə 13.300 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə ünvan 6 ünvanda alıb ələ keçirdikdən sonra xəstənin guya İstanbul şəhərində hava limanında qarşılanıb dostunun işlədiyi tibb müəssisəsinə aparılacağını deməklə aldadıb həmin şəhərə göndərərək kimsə tərəfindən qarşılanmadan xx.xx.2021-ci il tarixədək İstanbul şəhərində baxımsız qalmasına səbəb olub zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs11 guya özünün prodüser işlədiyi “ARB TV” televiziya şirkətində təsərrüfat bacısı vəzifəsinə işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq 2021-ci ilin fevral ayının ikinci yarısında ünvan 9 ünvandakı Milliön ödəmə sistemi vasitəsilə özünün adına olan “Kapital bank”a məxsus ******************** kart hesabına göndərilmiş 4.500 manat məbləğində pulu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi “Azadlıq” metrostansiyası yaxınlığında alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs11 guya özünün prodüser işlədiyi “ARB TV” televiziya şirkətində təsərrüfat bacısı vəzifəsinə işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq 2021-ci ilin fevral ayının ortalarında alıb ələ keçirmiş olduğu 4.500 manat məbləğində pulunun qaytarılması üçün guya banka girov qoyduğu 340.000 manat dəyərindəki əmlakına görə vəd verilmiş 80.000 manat kredit pulunun əldə edilməsindən ötrü sənədlərin toplanması, bank rüsumlarının ödənilməsi və bu kimi prosedurların yerinə yetirilməsi adı ilə 2021-ci ilin mart ayının sonlarında ünvan 14 ünvanda 3.000 manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Yasamal rayonu, Badamdar qəsəbəsində tikintisi aparılan “sosial ev” adlandırdığı yaşayış binasından 6.700 manat məbləğində ilkin ödəniş etməklə 30 il müddətinə hər ay 270 manat kredit ödənişi ilə 3 otaqlı mənzil sahəsini güzəştli şərtlərlə təşkil edəcəyinə yalandan vəd verib aldadaraq həmin məbləğin 200 manatlıq hissəsini beh adı ilə 30 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi,1/2 ünvanda yerləşən “Neptun” marketdəki 3578 terminalının “eManat” vasitəsilə adına olan “Kapital bank”a məxsus ******************** kart hesabına mədaxil etdirməklə, 6500 manatlıq hissəsini isə xx.xx.2021-ci il tarixdə ünvan 16 ünvanda yerləşən 21 saylı notariat kontorunda etibarlı şəxs olduğuna inandırmaqla Zərərçəkmiş şəxs3 guya vəd verdiyi işi yerinə yetirə bilmədiyi halda borc adı ilə aldığı pulu xx.xx.2021-ci il tarixədək qaytaracağına əmin edib xx.xx.2021-ci il tarixdə “Kredit müqaviləsi” bağlayaraq həmin ünvanda 6.500 manat, vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 6.700 manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs9 oğlu X10 İctimai Televiziyada anbar müdiri vəzifəsinə işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq 2021-ci ilin mart ayının ikinci yarısında 2.500 və 1500 manat olmaqla iki dəfəyə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu,M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsində yerləşən “Ramin” marketdə quraşdırılmış Milliön ödəmə sistemi vasitəsilə ona aid “Kapital bank”a məxsus ******************** kart hesabına göndərilmiş 4.000 (dörd min) manat məbləğində pulunu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi “Azadlıq” metrostansiyası yaxınlığında alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs9, oğlu X11 Bakı şəhəri, Yasamal rayonu, Badamdar qəsəbəsində tikintisi aparılan “sosial ev” adlandırdığı yaşayış binasından 10.000 manat məbləğində ilkin ödəniş etməklə 2 otaqlı mənzil sahəsini güzəştli şərtlərlə təşkil edəcəyinə yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs9 tərəfindən 2021-ci ilin aprel ayının 1-ci yarısında ona aid “Kapital bank”a məxsus ******************** kart hesabına Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsindəki və yaşadığı Binəqədi rayonu, 8 mart küçəsindəki Milliön ödəmə sistemləri vasitəsilə 2.500 manat olmaqla bir neçə dəfəyə göndərdiyi, ümumilikdə 10.000 (on min) manat məbləğində pulunu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi “Azadlıq” metrostansiyası yaxınlığında vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs9, qızı X37 10.000 (on min) manat müqabilində Bakı şəhərində yerləşən “Təfəkkür” universitetindəki tanışlarının vasitəsilə tibbi sertifikat düzəldəcəyinə yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs9 tərəfindən 2021-ci ilin aprel ayının 2-ci yarısında ona aid “Kapital bank”a məxsus ******************** kart hesabına Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsindəki və yaşadığı Binəqədi rayonu, 8 mart küçəsindəki Milliön ödəmə sistemləri vasitəsilə iki həftə ərzində hissələrlə göndərdiyi, ümumilikdə 10.000 (on min) manat məbləğində pulunu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi “Azadlıq” metrostansiyası yaxınlığında, vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs9 guya qızı X33 adına tibbi sertifikat alınmasında köməklik göstərəcəyini vəd etmiş şəxsin vəfat etmiş yaxın qohumunun rayona aparılması və orada dəfn edilməsinə nəqliyyat və dəfin edilmə xərci olaraq maddi köməklik göstərilməsi adı ilə 1.000 (bir min) manat pul lazım olduğunu deyib inandırmaqla 2021-ci ilin may ayının 1-ci yarısında Zərərçəkmiş şəxs9 tərəfindən ona aid “Kapital bank”a məxsus ******************** kart hesabına Bakı şəhəri, Binəqədi rayonu, 8 mart küçəsindəki Milliön ödəmə sistemi vasitəsilə göndərdiyi 1.000 (bir min) manat məbləğində pulunu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi “Azadlıq” metrostansiyası yaxınlığında alıb ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs9 guya onun işlərinə görə həbs olunduğunu, azadlığa buraxılması üçün 3.500 manat pul lazım olduğunu, azadlığa çıxmayacağı halda qızının adına alacağını vəd verdiyi tibbi sertifikat və oğluna alacağını vəd verdiyi güzəştli sosial evin baş tutmayacağını yalandan deyib inandırmaqla 2021-ci ilin may ayının sonunda Zərərçəkmiş şəxs9 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 8 mart küçəsindəki Milliön ödəmə sistemi vasitəsilə göndərdiyi **********950119 nömrəli bank kart hesabına göndərdiyi 2.000 manat, xx.xx.2021-ci il tarixdə ******************** kart hesabına 250 və taksi sürücüsü vasitəsilə göndərdiyi 1200 manat, vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 3.450 manat (üç min dörd yüz əlli)manat məbləğində pulunu Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi “Azadlıq” metrostansiyası yaxınlığında alıb ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs9 guya qızı X33 adına alacağını vəd verdiyi tibbi sertifikatın hazır olduğu və həmin sertifikatın götürüməsi üçün 1.000 manat pul lazım olduğunu yalandan deyib inadırmaqla 15 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs9 yaşadığı ünvan 17 ünvanın qarşısında 1.000 (bir min) manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etmədən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, şikayətində məhkəmənin işin faktiki hallarını tam araşdırmadan, ibtidai istintaqın prosessual pozuntularla apardığı istintaqla razılaşaraq barəsində ədalətsiz hökm çıxardığını, Kapital Banka sorğu verildiyini, lakin cavabda zərərçəkmiş şəxsə pul ödəmədiyinin göstərildiyini, digər iki ödəniş etdiyi mümkün olan kartlara sorğu edilmədiyi, o kartlarla ziyanın tam ödənildiyini, həbs olunduğu günədək mütəmadi olaraq ödənişlər etdiyini, onun əməlində və niyyətində heç vaxt dələduzluq olmadığını göstərib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(101)-638/2022 saylı hökmünün ləğv edilməsi, barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinə əlavə verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(101)-638/2022 saylı hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla əlaqəli olmamış, mövcud sübutlara düzgün hüquqi qiymət verilməmiş, müdafiə tərəfinin arqumentləri araşdırılmamış, məhkəmə faktiki olaraq məhz ibtidai istintaqın gəldiyi nəticə ilə bağlı olmuş, araşdırma müddətində özünün artibr rolunu oynamamış, bununla da qanunsuz, əsassız və ədalətsiz ittiham hökmü çıxarmışdır. Bakı Agır Cinayətlər Məhkəməsi Təqsirləndirilən şəxs niyyətinin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ibarət olmamasını, uzun müddət aralarında borc-faiz münasibətlərinin olduğu şəxslərə hazırda müəyyən qədər borcunun qalması səbəbindən barəsində cinayət isi başlanmasını, Təqsirləndirilən şəxs tərəfindən ödənilən məbləğin borc-faiz münasibətlərinə xarakterik üsulla, yəni aylıq olaraq hissə-hissə ödənilməsini, istintaq orqanının mülki hüquqi münasibətlərlə dələduzluq cinayəti əməlinin sərhədini müəyyən edə bilməməsini, əslində isə Təqsirləndirilən şəxs zərərçəkmis şəxs qismində tanınmış şəxslər qarşısında halhazırda yalnız mülki öhdəlik daşıya biləcəyini nəzərə almamışdır. Həmçinin məhkəmə tərəfindən zərərçəkmis şəxslərin əsas dairəsinin təqsirləndirilən səxs olan Təqsirləndirilən şəxs ümumiyyətlə tanımaması, ona hər hansı məbləğdə pul verməmələrinə hüquqi qiymət verməmişdir. Bundan basqa Təqsirləndirilən şəxs tərəfindən barəsində cinayət isi başlanılmamışdan əvvəl zərərçəkmiş şəxslərə ödənilmiş məbləğlər ibtidai istintaq və məhkəmə tərəfindən ittihamdan xaric edilməmişdir. İşin faktiki hallarından açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş kimi tanınmış şəxslər arasındakı mübahisə tamamilə mülki xarakterli olmuşdur. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi3 verilmiş apellyasiya şikayətini və əlavəni müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin və əlavənin təmin edilməsini, hökmün ləğv edilərək Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında dövlət ittihamçısı çıxışında apellyasiya şikayətinin və əlavənin dəlillərində təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsasların olmadığını, əməlin iş materiallarındakı sübutlar, zərərçəkmişlərin və şahidlərin ifadələri ilə, digər istintaq hərəkətlərinin protokolları ilə təsdiqini tapdığını, əməlin hüquqi tövsifinə münasibətdə məhkəmənin gəldiyi nəticələrin iş materiallarına uyğun olduğunu, təqsirləndirilən şəxsə onun şəxsiyyəti, əməlin ictimai təhlükəliliyi, xarakteri, ağırlaşdırıcı və yüngülləşdirici hallar nəzərə alınmaqla ədalətli cəza təyin edildiyini göstərib, apellyasiya şikayətinin və əlavənin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını tam, hərtərəfli araşdırıb, apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(101)-638/2022 saylı hökmü dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Belə ki, məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavədə qeyd edilən məsələlərə dair aşağıdakıları qeyd edir. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs8 onların qonşuları olmuş, uzun müddət eyni ərazidə yaşamışlar. Əvvəl televizayada işləyirmiş və heç kimə borcu yaranmamışdır. O, restoran açmış, ziyan etdiyindən borcları çoxalmağa başlamışdır. İradə xanımdan borc istəmiş, o da tanışlarından pul götürüb ona vermişdir. Həmin pulları vaxtında qaytarmışdır. Sonradan borcları çoxalmış, evə də deyə bilməmiş, faizə düşmüşdür. Borclar alıb başqa borclarını ödəməyə başlamışdır. Azadlıqda olduğu müddətdə sonradan pulların müəyyən hissəsini qaytarmışdır. Lakin onun tanışı Minayə xanım verdiyi pulun hamısını faizə silmiş və demişdir ki, əsas borcları ödəməmişdir. İş Bakı Ağır Cinayətlər Məhkəməsində olanda Kapital Banka sorğu verilmiş, cavabda bildirmişlər ki, zərərçəkmiş şəxsə pul ödəməmişdir. Lakin 30.000 manat pulu İradə xanımın qaynanasının kartına ödəmişdir. Sonra həmin qadının oğlunun kartına 14.500 manat göndərmişdir. Mirsədizadə Akifənin oğluna 25.000 manatlıq telefon almış, 3 ədəd “İphone” almış, 3.000 manatlıq nömrə, 2700 manatlıq noutbuk, 2000 manatlıq planşet alıb vermişdir. 20.000 manat oğlunun kartına ödəmişdir. Lakin bu pulların heç biri hesablanmamış və ittihamda 338.000 manat pul qeyd olunmuşdur. O, zərərçəkmişləri aldatmamış, dələduzluq niyyəti olmamışdır. Onun özünü 2019-cu ildə aldatmışlar. 2021-ci il mayın 25-də apellyasiya məhkəməsində məhkəmə prosesi olmuş və məhkəmə xeyrinə qərar çıxarılmışdır ki, pul ona ödənilsin. O iş hal-hazırda Ali Məhkəmənin icraatındadır. Lakin sonra o, tutulmuş, pulu alıb qaytara bilməmişdir. O, heç kimdən xəstəlik adı ilə pul almamış, Türkiyəyə getməmişdir. İradə xanıma demiş, o da tanışlarından alıb ona vermişdir. Pulun müəyyən hissəsini də qaytarmış və hər ay pul ödəmişdir. O, öz borclarını etiraf edir. Minayə adlı qadın verdiyi pulların hamısını faizə silmişdir. 1 ayın içində 3 ədəd 3.000 manatlıq telefon kreditə alıb vermiş və hər telefona görə 5.000 manat ödəmək məcburiyyətində qalmışdır. Sonra evini və maşınını satıb pulu ödəmiş, yenə də demişlər ki, sadəcə faizdən silinir. Ondan sonra pulları qaytara bilməsi üçün Topaza qurşanmış, lakin vəziyyət daha da pis olmuşdur. Daha sonra, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 17 epizod üzrə ittihamın mahiyyətini bilir. O, 2016-2017-ci illərdə İctimai televiziyada, sonra 2 il Xəzər TV-də, ən sonda ARB TV-də işləmiş, tutulandan sonra işdən çıxmışdır. İşləyə-işləyə kirayə restoran götürmüş, restoran sahibi demişdir ki, oranın təmirinə pul qoysun, işdən çıxandan sonra pulu ona geri qaytaracaq, o da dost-tanışdan pul alıb təmirinə pul qoymuşdur. Sonra restoran ziyana işləyəndən sonra o, restoranı qaytarmış, lakin restoran sahibi təmirə verdiyi pulları qaytarmamışdır. Ona görə də 50.000 manat borcu yaranmışdır. Zərərçəkmiş şəxs5 restoran təmiri üçün pul almış, ilkin olaraq 5.000 ABŞ dollar, sonra da 6.500 ABŞ dollar şəxsən ona vermiş, həmin zaman yanında qızı da olmuş, pulu ona borca vermişdir. İstintaq dövründə zərərçəkmişlərlə üzləşdirmə olmuş və demişdir ki, yalnız İradə xanımdan pul almış, digərlərini tanımır və pul almamışdır. Müstəntiq demişdir ki, o, pulları hissələrə bölmüşdür ki, o, rayon məhkəməsinə çıxsın və ona görə də ifadəsinə imza etsin, o da artıq bezdiyi üçün imzalamışdır. Afaqdan aldığı borcu razılaşmışdır ki, restorandan xeyir götürdükdən sonra qaytaracdır. Elə olmuşdur ki, restoran ziyan etmişdir. Sonra Moskvadan bir tanışı olmuş, Biləcəridə obyekt almışdır. Həmin obyektlə bağlı pul mübahisəsi olmuş, 2021-ci ilin may ayının 25-i ona pul ödənilməsi barədə xeyrinə qərar çıxarılmışdır və iş Ali Məhkəmədir. Afaqın oğlu Mirməhəmmədin kartına 22.000 manat pul ödəmiş, 3.000 manatlıq mobil nömrə alıb vermiş, 3 ədəd “İphone”, 2.700 manatlıq noutbuk, 2.000 manatlıq planşet, 1.500 manata Apple Watch ağıllı saat almış, mobil balansına pullar yükləmişdir. O, 45.000 manat dəyərində pul və əşyalar vermişdir. Onun 3 ədəd Kapital Bank kartı olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsində 1 kartla bağlı sorğu verilmiş, lakin digər kartlar barəsində sorğu edilməmişdir. Afaq 5.000 və 6.500 ABŞ dolları nağd vermiş, digər məbləğləri kartına vurmuşdur. Akifə Afaqın qızıdır, qonşudur, yaxşı münasibətləri olmuşdur. Onun borca düşdüyünü biləndə ona könüllü kömək etmişdir. 2019-cu ildə Akifədən 23.500 manat pul almış, 2020-2021-ci illərdə Akifəyə 9.000 manat pul qaytarmış, ödəniş etdikdən sonra ondan pul almamışdır. İradə xanım qonşusudur, ailəvi yaxın münasibətləri olmuşdur. İlk öncə tanışına pul lazım olanda İradə öz tanışlarından tapıb ona pul verirdi, əlavə pul verib borc verənə qaytarırdılar. Sonra ona restoran üçün pul lazım olanda əvvəl İradədən pul götürmüş, sonra özündə pul olmadığından qonşularından pul götürüb ona vermiş, İradədən 2019-cu ildə pul götürmüşdür. Restorana 55.000 manat yatırım etmiş, ondan sonra faizə düşmüşdür. Arzu Yusifovanı görməmişdir, tanımır. O, pulu İradə xanıma vermiş, o da İradədən almışdır. İradə pulu ya kart, ya da nağd şəkildə vermişdir. Arzudan nə qədər pul alındığını bilmir. O, İradədən pul istəmiş, o da Zərərçəkmiş şəxs4 götürüb ona vermişdir. Zərərçəkmiş şəxs2 pul almışdır, İradənin bacısının tanışıdır. Ondan faizə pul götürmüşdür. 2.200 dollar alıb 5.000 manat qaytarmış, pulu məhkəmə dövründə ödəmişdir. Məhkəmədə digər zərərçəkmişlər bildirmişlər ki, pulu borca vermişlər, Ayxanı tanımırlar. Hər bir epizoda münasibətdə sadəcə borc məsələsi olmuşdur. Bütün ödənişləri X45 ilə etmişdir. Şahid3 heç görməmiş, onun kartına 14.000-15.000 manat pul vurmuşdur. İradənin qaynanasının kartı Samirin anasında olmuşdur. O karta da 36.000 manat pul vurmuş, Afaqın oğlunun kartına və Akifənin kartına pul vurmuş, lakin bunlar məhkəmədə nəzərə alınmamışdır. Xoşqədəm Hidayətqızının bu işlə heç bir əlaqəsi yoxdur. Sadəcə İradə demişdir ki, qeydlərində pulu guya ona verəcəyini yazsın. Borcları çoxalandan sonra ev və maşınını satmış, başqa adamlardan borclar almışdır ki, pulunu Topaza qoyub çıxara bilsin. Onun başqa adamlara da borcları olmuş, lakin bir-çoxu şikayət etməmişdir. 11 zərərçəkmişdən Habili, İradəni, Afaq və Akifəni tanımış, digərlərini tanımamış, pulları İradə onlardan alıb ona vermişdir. Pulları artıqlaması ilə qaytarmağı olmuş, Minayə xanımdan 5.000 alıb, 1 həftəyə 1.000 manat artıq qaytarmışdır. Könül və Arzu ilə elə olmamış, Samir adlı şəxsə əlavə 20.000-30.000 manat artıq pul ödəmişdir. Apellyasiya baxışı zamanı müdafiə tərəfinin vəsatətinə əsasən dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Ayxan qonşuları olmuş, Ayxanın bacısı onun yanında köməkçi işləmişdir. Ayxan bir dəfə gəlib demişdir ki, pul lazımdır. Kartını götürmüş və demişdir ki, 5 günlüyə lazımdı. 7.000 manatdan çox olan ilk borcunu geri qaytarmışdır. Sonra demişdir ki, yenə 2 günlüyə pul lazımdır, artıqlaması ilə qaytarılacaq. O, demişdir ki, başqa şəxsdən alıb ona verəcəkdir. Qonşudan pul alıb Ayxana vermiş, sonra demişdir ki, Bülbüləyə pul lazımdır. Pulu almış və qaytarmamışdır. Ayxan demişdir ki, obyekti var, sənədlər üçün ona kömək lazımdır. O da tanışlarından pul tapıb Ayxana vermişdir. Heç birində ona artıq pul verməmiş, yalnız 20 manat pul göndərmiş, o pul da ona çatmamışdır. Sonra demişdir ki, 6.000 manat lazımdı obyektin reyestri üçün. Həmin pulu Minayə xanımdan götürmüşdür. O, məhkəmədə bilmişdir ki, Ayxan Minayənin oğluna kartla pul göndərmişdir. Ayxana görə torpağı, evi, maşını, evdəki qızılları satılmışdır, bankdan 6.000 manat pul götürmüşdür. Nə qədər pulu ödəməsini desə də, demişdir ki, pulu yoxdur. Daha sonra, verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs8 bildirmişdir ki, Ayxan ondan pul götürəndə demişdir ki, onu tanıyırlar deyə, tanışlarından pul götürüb ona versin, üstündə hörmət də edər. O, demişdir ki, ona lazım deyil, hörməti həmin adamlara edər. Ayxanın televiziyada, Xoşqədəm xanımın yanında işlədiyini bilmişdir. Ayxana pul verəndə onun borca düşdüyünü bilməmişdir. Ayxan ona heç bir məbləğdə pul qaytarmamışdır. Ayxan bəzi zərərçəkmişləri tanımamış, lakin telefonla danışmışdır. Ayxan digər zərərçəkmişlərdən pulu onun vasitəsilə və taksi göndərək, ya da kartını göndərərək şəxsən almışdır. 195.000 manat digər 7 zərərçəkmişə münasibətdə ümumi verilən pullardır. Digər zərərçəkmişlərin pullarını yavaş-yavaş ödəyir. 7 şəxsdən pulu borc şəklində alaraq Ayxana vermişdir. X15 pul göndərdiyini məhkəmədə bilmişdir. Ayxan ona demişdir ki, obyekt üçün sənədlərə pul lazımdır. Ona 300.000 manat pul düşəcək. Digər zərərçəkmişlərin qarşısına o, çıxır, pullarını o, ödəyir. Ayxan əvvəlcə Xoşqədəm xanımın adından pulu almış və qaytarmışdır. İkinci dəfə Ayxan demişdir ki, Eldəniz müəllimlə birlikdə obyekt almışlar, onun sənədlərinə görə pul lazımdır. Ondan sonra da pulları həmin obyektə görə almışdır. O, həmişə Ayxana inanmışdır, ona görə mütəmadi olaraq eyni obyektə görə ona pullar vermişdir. Konkret olaraq Ayxan üçün Nazilə Əsgərovadan, Xəzəngül Əliyevadan, Süsəndən, Könül Əliyavdan, Zərərçəkmiş şəxs10, Arzu Yusifovadan borc almışdır. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və Akifədən, Zərərçəkmiş şəxs3 Ayxan üçün borc almamışdır. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 1988-ci ildən yaşadığı ünvan 5 ünvanın 1-ci mərtəbəsində dərzi fəaliyyəti ilə məşğul olub ailəsinin maddi təminatını qarşılayır. Təqsirləndirilən şəxs anası Aydangül Paşayeva, atası İsmayıl Məmmədov, bacısı Şəbnəm Paşayevanın vasitəsilə tanımışdır. Belə ki, 2018-ci ildə anası Aydıngül qızı Şəbnəmi dərzi işini öyrənmək üçün onun yanına göndərmiş və işdən sonra Şəbnəmi qardaşı Ayxan qarşılayıb aparmışdır. Bundan başqa Ayxanın ailəsi həmin illərə kimi onların məhəlləsində qonşuluqda yaşamış, bu kimi səbəblərdən aralarında münasibətlər yaranmışdır. Ayxan gəlib bacısı Şəbnəmi apararkən Xəzər TV-də “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm xanımın mühafizəçisi olduğundan, istənilən işin öhdəsindən gələ biləcəyindən danışmış, hətta, ona istənilən vaxt istənilən işi ondan xahiş edə biləcəyini demişdir. Həmçinin, Ayxan,Bakı şəhərində yüksəkvəzifəli şəxslərlə yaxın dostluğunun olduğu, prezidentin sürücüsünün qızı ilə nişanlandığını demişdir. 2019-cu ilin mart ayında Xoşqədəm xanıma bir həftəyə 17.000 manat pul lazım olduğunu deyərək ondan həmin məbləğdə pul istəmişdir Şamaxı rayonundakı ata yurdunu təmir etdirmək üçün uzun illər pul topladığını danışıqlarından Ayxanda eşitmişdir. Ayxanın səmimiyyətinə şübhəsi olmadan yaşadığı ünvanda ona 17.000 manat pul vermiş və bir həftə sonra Ayxan doğrudan da gətirib həmin pulu ona qaytarmışdır. Lakin, 3 gün sonra yenə evinə gələrək Xoşqədəm Hidayət qızı ilə birlikdə “Səni axtarıram” verilişi üzrə çəkilişlə bağlı Türkiyəyə getməyə hazırlaşdıqlarını, Xoşqədəm xanıma 10 gün müddətinə gedib-qayıtmağa 10.000 ABŞ dolları pul lazım olduğunu, qayıtdıqdan sonra üstündə əlavə hörmət edəcəyini deyərək qaytardığı 17.000 manat pulun ona verilməsini istəmişdir. Həmdə onu əmin etmişdir ki, Xoşqədəm xanım üçün aldığı pulu qaytarmaq problem deyil, bu insan aldığı pula görə artıqlaması ilə hörmət edir. Ayxanın dediklərinə inanıb bir neçə gün əvvəl qaytardığı 17.000 manat pulu əri Şahid11 iştirakı ilə yaşadıqları evdə sayıb Ayxana vermişdir. Ayxan pulu alıb getdikdən bir neçə gün sonra zəng edərək Xoşqədəm xanımla Türkiyədə olduğunu deyib onların orada qalması üçün 5.000 manat pul lazım olduğunu bildirərək həmin məbləği qardaşı və ya anasının vasitəsilə ona göndərilməsini xahiş etmişdir. Həmçinin danışarkən ona bildirmişdir ki,Xoşqədəm xanımla Türkiyədə gəlirli bir iş həll edib verdiyi pulları artıqlaması ilə əldə edib Bakı şəhərində pulları qaytaracaqdır. Ayxan xahişi əsasında 5.000 manat pulun 1.700 manatlıq hissəsini qardaşı Aydına 3.300 manatlıq hissəsini isə anası Aydangülə vermiş, aprel ayında Ayxana zəng edərək danışmış və onun Bakı şəhərində olduğunu bilmişdir. Pulların qaytarılması üçün onu görüşə dəvət etsə də Ayxan pulları onun kart hesabına göndəriləcəyini, əlində çox vacib və gəlirli işlərinin olduğu, heç bir narahatçılığın olmadığını demişdir. Növbəti günlərdə danışarkən Ayxan Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Yanar dağ” adlanan obyektinin olduğunu və həmin obyekti satıb onun pulumu verəcəyinə vəd vermişdir. Xoşqədəm xanımın adı ilə ondan pulları almasına görə Xoşqədəm xanıma mesajlar yazıb pulların qaytarılmasını xahiş etmiş və Xoşqədəm xanımdan isə ona pulların yaxın zamanlarda qaytarılacağına vəd verilərək gözləmək məsləhət olunmuşdur. 2019-cu ilin iyul ayında ona zəng edərək Ayxan obyektin sənədlərinin düzəlməsi və məhkəmə sənədləşməsinə lazım olan 6.000 manat pulu əldə edib ona veriməsini xahiş etmişdir. Onun obyekti və torpağının olmasına, onları satıb pullarını qaytaracağına inandığı üçün “Access Bank”-dan 6.000 manat kreditə götürüb yaşadığı ünvanda həmin məbləği Ayxana vermişdir. Ayxan pulu alıb apardıqdan sonra ona zəng edib sevinc və gülüşlə işlərinin həll olunmaq üzrə olduğundan məlumat vermişdir. Növbəti günlər ondan pulların qaytarılmasını üçün ona zəng etdikdə ona hansısa alqı-satqı müqaviləsinin şəklini göndərib məhkəmədə torpaq işini udmaq üzrə olduqlarını, bir az səbr etməyi, obyektin texniki şəhadətnaməsinin alınması üçün ona əlavə pul lazım olduğunu deyib məndən sənədlərin başa çatdırılması üçün pullar istəməyə başlamışdır. Bu məqsədlə o, ardıcıl olaraq hər gün ona 1.500- 2.000 manat pulu Ayxanın göndərdiyi özünün, anası X29, Ceyhunə Alıyeva, X23, X7 hesablarına göndərmişdir. xx.xx.2019-cu il tarixdə onu görüşə dəvət edərək həmin günədək aldığı 49500 manat pulu qaytarmasını qəti tələb etmişdir. Ayxan onun evinə gələrək bir az səbr etmək lazım olduğunu deyib onu arxayın etmək üçün əlyazma formasında kağız yazıb guya Xoşqədəm xanım üçün almış olduğu 49.500 manat pulun 10 gün müddətində qaytarılacağına söz vermiş, hətta həmin pulların Xoşqədəm xanımda olduğunu bildirmişdir. xx.xx.2019-cu ildə Xoşqədəm xanıma mesajlar yazmış, pulunu tələb etmişdir. Həmin vaxt ona Xoşqədəm xanıma aid olduğunu bildiyi mobil nömrədən səsli və sözlü mesajlar daxil olmağa, səbirli olmağa çağırışlar daxil olmağa başlamışdır. Pullarının qaytarılmasına şəxsən Xoşqədəm xanım tərəfindən zamin durulması və səsli mesajlarla əmin edilməsin ilə arxayın olub Ayxanın növbəti pul istəmələrini də cavabsız qoymamış, 2019-cu ilin oktyabr ayınadək bibisi Qüdrətdən 3.000 ABŞ dolları, Qonşusu Fəridədən 2.000 manat, qardaşı İlqardan 3.000 manat, qonşusu Gülnarədən 1.000 manat,dayısı qızı Sədaqətdən 1000 manat, müştərisi Qəndabdan 1.300 manat, Arzu adlı rəfiqəsindən 2.500 manat və onlarla başqa yaxın tanış, qohum doğmalarından pullar götürüb Ayxanın göndərdiyi kart hesabına göndərmişdir. Manatla olan pulları kart hesabına göndərsə də ABŞ dolları ilə olan pullar taksi sürücüləri tərəfindən aparılaraq Ayxana çatdırılmışdır. Həmin vaxtlar qonşusu Zərərçəkmiş şəxs5 da ona məlum olmuşdur ki, onlardan da iş görmək və obyekt sənədləşdirmək adı ilə külli miqdarda pullar almışdır. 2019-cu ilin oktyabr ayınadək Ayxan ondan 65.400 manat pul alsa da bir manat olsun geri qaytarmamış və hər dəfə pulların qaytarılmasını istədikdə guya 340.000 manat dəyəri olan obyektini satıb bütün borcları ödəyəcəyini deməklə onu inandırıb arxayın etmiş və bu işi yarımçıq qoymamaq üçün ona pul göndərməsini istəmişdir. Ayxanın ondan aldığı pulların qaytarılması yenə bacısı, yaxın qohumlarından, tanıdığı şəxslərdən xeyli miqdarda pullar alıb ona göndərməkdə davam etmişdir. 2020-ci ilin yanvar ayından 2021-ci ilin yanvar ayınadək qonşusu Fəridə, Xuraman, Xanım, Nəcməddin, Minə, Tamilə, Tahirə, Ülviyyə, Nərgiz, Səadət, Bekar, Zemfira, Həmayıl, qohumu Gülşən, qaynı arvadı Rəhilə, qonşusu Tamara, şagirdi Sədaqət, qonşu Aşiqə, Mərdanəli müəllim, müştərisi Zərqələm, Könül, Səbinə, Minayə, oğlu Zöhrab, əri Azaddan müxtəlif məbləğlərdə pullar alıb Ayxana göndərmiş və ona göndərilən, taksi ilə aldığı, özünün birbaşa almış olduğu pulların cəmini şəxsən Ayxan özü siyahıya almış və195.000 manat təşkil etdiyi məlum olmuşdur. Ondan aldığı pulların 195.000 manat təşkil etdiyini bilsə də bu məbləğin qaytarılmasının onun üçün heç bir problem yaratmadığını demiş və həmin məbləği Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bazar Kompleksindəki 2 mərtəbəli ticarət obyektinin satılmasından, ən çox hallarda banka girov qoyub pul götürməsindən əldə etdiyi pullarla qaytaracağını əmin etmişdir. Bu məbləğin 65.400 manatı şəxsən özünün, 25.000 manatlıq hissəsini bacısı Nazirədən, 63.135 manatlıq hissəsi adlarını çəkmiş olduğu şəxslərdən, doğmalarından borc alıb Ayxana ümumilikdə 153.535 manat pul vermişdir. Ayxanın almış olduğu 195.000 manat pulun 41.465 manatlıq hissəsi isə onun vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Arzu Yusupovadan, yəni əhatəsində olan yaxın qonşu və qohumlarını aldatmaqla alıb ələ keçirmişdir. Onun vasitəsilə bacısı Nazirə ilə tanış olmuş, bacısına sosial ev, oğlunu işə düzəltmə, qızına tibbi sertifikat alma və bu kimi vədlər verib 30.000 manatadək ondan pul almışdir. Bacısının tanışlığı ilə başqalarından xeyli miqdarda pullar almış və həm onu həmdə başqalarına danışıb inandırmışdır ki, guya onun Nərimanov rayon ərazisində 3 mərtəbəli mebel dükanı var və həmin dükanı, həmçinin Nərimanov rayonu, Təbriz küçəsi, H.Əliyev kompleksi ilə üzbəüz yeni inşa olunmuş evin 13cü mərtəbəsində olan 3 otaqlı evini, valideynlərinin yaşadığı ünvan 18 ünvanda “Oba MTK” tərəfindən inşa olunmuş evdə olan mənzillərini satıb aldığı pulları qaytaracaqdır. Sonradan mənə məlum oldu ki, Ayxan həmdə qonşuların Afaq və qızı Akifədən külli miqdarda pullar almış. Onlara da müxtəlif vədlər vermişdir. Ayxan aldığı pullara görə bu müddət ərzində ona hər hansı məbləğdə pul verməmiş, onunla heç bir işbirliyində olmamışdır. Pulun əksər hissəsini Xoşqədəm xanımın adından, müəyyən hissəsini sosial ev adı ilə, müəyyən hissəsini aldığı pulların qaytarılması üçün guya obyektinin sənədləşdirilməsi, bir hissəsini guya girov üçün banka ödəniş etmə və bu kimi adlarla alıb ələ keçirmiş, şəxsən ona 153.535 manat məbləğində maddi ziyan vurmuşdur. Apellyasiya baxışı zamanı müdafiə tərəfinin vəsatətinə əsasən dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Ayxanı tanımamış, dayısının tanışı olmuşdur. Borc müqaviləsi üzrə notariusda 6.700 manat borca pul vermiş, müddət keçib, qaytarmamışdır. Daha sonra, verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, dayısı taksi sürücüsüdür. Ayxan da onun daim müştərisi olmuşdur. Ayxana pulu borc olaraq vermişdir. Notarial müqavilənin əsli ondadır. 6.700 manat pulu tam şəkildə notariusda Ayxana vermişdir. Pulu verməkdən öncə və sonra da Ayxan ona demişdir ki, pulun əvəzində sosial evlərdən ev düzəldə bilər. Pulu qaytarmamağının səbəbini Ayxandan soruşa bilməmiş, çünki onu görə və əlaqə saxlaya bilməmişdir. E-manat vasitəsi ilə 200 manat pulu 6.700 manatı verməkdən qabaq Ayxana göndərmişdir. O, demişdir ki, evin sənədlərinə görə bu pul lazımdır. 6.700 manatı notariusdakı bank şöbəsi vasitəsi ilə Ayxana vermişdir. Onun pulu Ayxana verməsinin səbəbi sosial ev almaq üçün olmuşdur. Əgər ev məsələsi alınmasa idi, pulunu geri qaytaracaqdı. Həmçinin, birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, uzun illərdir ki, Bakı şəhərində müxtəlif ünvanlarda ailə üzvlərilə kirayədə yaşamaqla, Bakı şəhəri «Şamaxinka» adlanan ərazidə dönərçi işləyir. Bakı şəhərində taksi fəaliyyəti göstərən adı Fizuli kimi çağırılan dayısı Şahid8 2021-ci ilin iyun ayında anası bildirmişdir ki, daimi müştərisi olan Təqsirləndirilən şəxs adlı şəxs güzəştli şərtlərlə sosial evlərindən yaşayış sahəsi almağa köməklik edə bilər. Anası bu barədə ona və qardaşına bildirdikdən sonra o, Təqsirləndirilən şəxs ilə birlikdə görüşəcəyi məsələsinə dair dayısı ilə görüşüb görüş günü təyin etmişlər. X21 istifadəsində olan ***-***-**-** mobil nömrəsini almış və ona özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsindən zəng edərək onunla bu mövzuda danışmış və Ayxan adlı şəxs telefonda bu kimi məsələnin müzakirəsini doğru saymadığını deyərək onu Nərimanova rayonu, Ağa Nemətulla küçəsinə görüşə dəvət etmişdir. Növbəti gün o, anası Kəramətlə birlikdə Ayxanla görüşmək üçün Nərimanov rayonu, «Çin» restoranının arxasındakı «Araz» marketin qarşısına getmiş və orada sonradan tanıdığı Ayxan adlı şəxslə görüşmüşdür. Az sonra dayısı Əbdürrəhimdə onların olduğu görüş yerinə gəlmiş, Təqsirləndirilən şəxs «Araz» marketin üstündəki binada yaşadığını deyərək tanışı vasitəsilə Yasamal rayonu ərazisində tikilmiş sosial evlərdən 4-cü mərtəbədə qalmış 3 otaqlı mənzili 30 il müddətinə ayda 270 manat ödəməklə ilkin ödəniş 6.700 manat olmaqla onlar üçün təşkil edə biləcəyini və Əbdürrəhimə görə bu evin başqasına qismət olmasını istəmədiyindən danışmışdır. Anası ilə o, Ayxanın təklifi ilə razı olsalar da Ayxandan həmin evi güzəştli şərtlərlə satan şəxslə onları görüşdürməsini xahiş etmiş lakin Təqsirləndirilən şəxs həmin mənzilə başqa alıcının da olduğunu, mənzili satan şəxslə onları yalnız sənədləşmənin sonunda görüşdürə biləcəyinə vəd vermiş və görüşdürməkdən imtina etmişdir. Bundan sonra o, anası ilə evə qayıtmış və mənzilə çatarkən Ayxan ona zəng edərək guya evi satan şəxslə danışdığını və şəxsin 6.700 manat ilkin ödənişin çatdırılmasını istədiyini bildirmiş, Ayxana işə getdiyini və növbəti gün görüşəcəkləri barədə məlumat versə də Ayxan təkrar ona zəng edərək evin onların adına qeydiyyata alınmasının vacib olduğunu deyərək təcili 200 manat pul göndərilməsini istəmişdir. Özü işdə olduğundan Ayxanın ona göndərdiyi bank kart hesabını anası Kəramətə göndərmiş və anası Ayxanın beh adlandırdığı 200 manat pulu onun «Kapital Bank»a aid ********************nömrəli kart hesabına göndərmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə saat 12 radələrində dayısı ilə görüşüb Təqsirləndirilən şəxs ilə birlikdə 21 saylı notariusa getmiş və orada borc müqaviləsi bağlayaraq qalan 6.500 manat pulu dayısı Şahid8 iştirakı ilə Təqsirləndirilən şəxs vermişdir. Həmin tarixdən sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirməklə onları aldatmış, zənglərə cavab verməmiş, pulu aldıqdan sonra onunla görüşməkdən yayınmışdır. Təqsirləndirilən şəxs sosial şəbəkələrdə axtararkən onun ARB və Xəzər TV-lərdə işləməsi barədə statuslarla rastlaşsa da onun yaşayış yeri və digər əlaqələri barədə məlumat əldə edə bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Ayxan Bakı şəhərində onun kimi daha bir neçə nəfəri bu üsulla aldadıb külli miqdarda pullarını ələ keçirib dələduzluq etmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək qeyd edir ki, onlar məhkum edilmiş şəxsin təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Apellyasiya şikayəti və əlavədə Təqsirləndirilən şəxs barəsində bəraət verilməli olması qeyd edilsə də, onun ittiham olunduğu maddələrlə təqsiri birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla təsdiq edilmiş, eyni zamanda şikayətin dəlillərində elə bir dəlilə istinad edilməmişdir ki, müdafiə tərəfinin həmin iddiasını əsaslandırmış olsun. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun ailə üzvləri ilə yaşadığı ünvan 4 ünvanın qonşuluğunda yaşadığından, həmçinin oğlu Mirsədizadə X34 ilə dostluq edərək onların evinə gəlib-gedərkən tanımışdır. Ona övlad münasibəti bəsləmiş və Ayxan onun oğluna qardaş, qızlarına isə bacı deyə müraciət etmişdir. Oğlu ilə dostluq etməsi və özünü sanki ailə üzvü kimi aparması ilə ona oğlundan fərqli baxmamışdır. 2018-ci ilin avqust ayında Ayxan onların evində olarkən televiziyada müxtəlif kanallarda işlədiyini, Xoşqədəm xanıma 6.000 ABŞ dolları (10.200 manat) məbləğində pul lazım olduğunu və 10 gün müddətində əlavə 1.000 ABŞ dolları xeyir verə biləcəyini deyib 10 gün müddətində pulunu qaytaracağını bildirərək ondan 6.000 ABŞ dolları pul istəmişdir. Ayxanın onun evində çörək kəsdiyi, övladlarından ona fərq qoymadığı üçün niyyətindən şübhə etmədən ona inanıb yaşadığı evdə Ayxana 6.000 ABŞ dolları məbləğində pul vermişdir. 10 gün müddətin tamamında ona zəng edərək pulun çatdırılmasını istədikdə Xoşqədəm xanımın başının ciddi işlərə qarışdığını, heç nədədn narahat olmamağı və yaxın vaxtar da pulunu qaytaracağını bildirmişdir. Aradan 2-3 ay keçdikdən sonra yenidən ona zəng edib pulun qaytarılmasını istədikdə Ayxan onun telefonuna “Porshe” markalı avtomobilin fotoşəklini göndərərək guya Xoşqədəm xanıma məxsus olduğunu və həmin avtomobilin satışının ona həvalə olunduğunu, yaxın günlərdə avtomobili satan kimi aldığı pulu qaytaracağını bildirmişdir. 2018-ci ilin noyabr ayında Ayxan onun evinə gələrək Xoşqədəm xanımın avtomobilinin satıldığını və vacib işləri üçün ona 3 gün müddətinə əlavə 5500 ABŞ dollarının lazım olduğunu, qaytararkən öz hesabından 300 ABŞ dolları əlavə edəcəyini, 3 gün ərzində ona aldığı pulları cəm şəklində qaytaracağını əmin etmişdir. Pullarının cəm şəklində qaytarılacağına inanaraq yaşadığı ünvanda Ayxana əlavə olaraq 5500 ABŞ dolları məbləğində pul vermişdir. İki dəfəyə ondan 11.500 ABŞ dolları məbləğində pul alıb vədlər verməsinə baxmayaraq Ayxan uzun müddət bu pulların qaytarılmasından yayınmağa başlamış, hətta pandemiyanı bəhanə edərək işlərinin qaydasında getmədiyini, müəyyən çətinliklərin yarandığını, lakin pulları hökmən qaytarılacağını vəd etmişdir. Pulların qaytarılması üçün ona zəng edərək ilkin aldığı pulun oğlu Mir Məhəmmədə aid olduğunu və onun pullarını yerinə qoyulması üçün zinyət əşyalarını satmaq, yaxud girov qoymaq məcburiyyətində qaldığını demiş və Mİr Məhəmmədə görə pulların qaytarılmasına ümid etmişdir. Ayxan onun qızıl-zinyət əşyaları girov qoyması barədə danışığını eşitdikdə yaxın dostuna aid ticarət obyektini banka girov qoyaraq 200.000 manat kredit götürəcəyini, lakin bunun üçün sənədlərin toplanması və bu kimi prosedurlar üçün ona maddi dəstək olaraq 4.200 manat göndərilməsini xahiş etmişdir. Onun vədlərinə inanaraq 2021-ci ilin mart ayında özünün mobil telefonu vasitəsilə telefonuna göndərdiyi bank kart hesabına yaşadığı evin qarşısındakı “Qrand Mart” marketindəki Milliön bank ödəniş terminalı vasitəsilə onun kart hesabına köçürmüşdür. Həmin vaxt Ayxanın qonşuluqda yaşayan İradə adlı qadından da xeyli miqdarda pullar aldığını eşidərək İradə ilə görüşmüş və ondan da məlum olmuşdur ki, Ayxanın özünə və yaxud dostuna aid obyektin banka girov qoyulması və kreditə pul götürülməsi üçün özü də Ayxana maddi dəstək olur və alınan pulların qaytarılması üçün ona kredit götürməsinə görə maddi dəstək olmaq lazımdır. Ayxanın vədləri ilə İradənin dedikləri onda yaranmış şübhələri dağıtdığından Ayxanın təklifi ilə onun istədiyi 2.000 manat pulu eyni ünvandakı post terminaldan kart hesabına göndərmişdir. Ayxan göndərilən pulların görüləcək işlər üçün azlıq təşkil etdiyini deyərək əlavə pul göndərilməsini istəmişdir. Ayxanın istəyi və vədinə görə oğlu Mir Məhəmmədin evinin təmiri üçün saxladığı 9.500 manat pulu(16150 manat) 4.500, 2000, 2.000 və 1.000 ABŞ dolları formasında hissələrlə Ayxanın ünvana göndərdiyi taksi sürücüsü vasitəsilə ona göndərmişdir. Bundan sonra Ayxan onun oğlu Mİrməhəmmədin puluna görə narahat olduğundan istifadə edərək məhkəmədə prosesi davam edən işin qazanılmasından sonra dostuna aid obyekti satıb bütün pulları qaytaracağına əmin edib evində olan qızıl-zinyət əşyalarının girov qoyulub pul əldə edilməsini istəmişdir. Bunun üçün qızılzinyət əşyalarını Bİnəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən lombarda girov qoyaraq bir dəfə 3.000, ikinci dəfə 5.000, 3-cü dəfə 5.000 manat pullar əldə edərək ödəmə terminalı vasitəsilə evinin yaxınlığındakı marketdən onun kart hesabına göndərdim. Göndərilən pulların azlıq təşkil etdiyini deyərək Ayxan yenə pul göndərilməsini istəmiş, qalan qızılların hamısının girov qoyulmasını istəmişdir. Evində qalan qızılları götürərək yaxınlıqdakı, az əvvəl zinyət əşyalarını girov qoyduğu lombarda aparmış, lakin orada işləyən şəxs onun doğru hərəkət etmədiyini və burada doğru olmayan işlərin getdiyini izah edərək zinyət əşyalarını girov üçün qəbul etməmişdir. O, bu barədə zəng edərək Ayxana məlumat vermiş və o, həmin qızılların ona göndərilməsini istəmişdir. Ayxanın təklifi ilə qızıllarını ona göndərmiş və sonuncu onun göndərdiyi qızılları girov qoyaraq 1 dəfə 900, 2-ci dəfə 5500, 3-cü dəfə 3.000 manat və 3 ədəd qızıl 5-lik manatı isə hər birini 550 manata satmaqla 1650 manat əldə etmişdir. Ayxan 2018-ci ilin mart ayından 2021-ci ilin mart ayınadək ümumilikdə ABŞ dolları ilə ondan 21.000 ABŞ dolları (35700 manat), manatla 30.250 manat, ümumilikdə 65.950 manat məbləğində pulunu dələduzluq yolu ilə alıb ələ keçirmiş, həmin məbləğdən Ayxan ona hər hansı ödəniş etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşu olduqlarından onu 20 ildən artıq müddətdə tanımış və bu müddətdə aralarında normal qonşuluq münasibətləri olmuşdur. Ayxan həmdə onun qardaşı Mİr X4 ilə dostluq etdiyindən onların evinə də gəlib-gedən olmuşdur. 2018-ci ildə bildiyinə görə Ayxan Xəzər TV-də aparıcı Xoşqədəm Hidayət qızının köməkçisi işləmişdir.2019-ci ilin mart ayında Ayxan onların evində olarkən «İPONE» mobil telefonlarının satışı ilə məşğul olduğunu və bu işdən yaxşı gəlir əldə etdiyini və onu da bu işə ortaq olaraq cəlb etmək istədiyini bildirərək ilkin olaraq 5.00 ABŞ dolları(9180 manat) məbləğində pul qoymuş olsa həmin pulun qarşılığında hər ay 400 ABŞ dolları qazanc əldə edəcək. Ayxanın uzun illərdir onlara gəlib-gedən, qonşu, həmdə qardaşının dostu olmasına görə niyyətindən şübhə etmədən ona inanıb 2019-ci ilin mart ayının ilk günlərində yaşadığı ünvan 21 ünvanında Təqsirləndirilən şəxs 5.400 ABŞ dolları (9180 manat) pul vermişdir. Həmin pulu verərkən yanlarında kimsə olmamış və pulu verərkən aralarında heç bir yazılı müqavilə bağlanmamışdır. Təqsirləndirilən şəxs qazanc adı ilə 2019-cu ilin aprel və may aylarında hər ay 400 ABŞ dolları olmaqla 2 ay, cəmi 800 ABŞ dolları məbləğində ona pul vermişdir. Cəmi 2 ay ona pul versə də 2019-cu ilin avqust ayına kimi Təqsirləndirilən şəxs ona hər hansı məbləğdə pul verməmişdir. Ondan bunun səbəbini soruşduqda alverdə bu kimi şeylərin baş verdiyini demişdir. Bu söhbətdən bir neçə gün sonra işlə təkrar maraqlandıqda Ayxan ona telefonların gömrükdə qaldığını və onların qəbul edilməsi üçün 11.000 manat gömrük rüsumunun ödənilməsi məqsədilə həmin məbləğin ona verilməsini istəmişdir. Ona inanaraq xx.xx.2019-cu il tarixdə ünvan 21 ünvanında Təqsirləndirilən şəxs 4.000 ABŞ dolları (6800 manat), 3.000 manat, 650 Avro(1300manat),ümumilikdə 11.100 manat məbləğində pul vermişdir. Ayxan həmin pulları aldıqdan sonra ona əvvəl aldığı pullarla birlikdə 11.100 manatı da 2 ay müddətində cəm şəklində qaytaracağına söz vermişdir. Avqust ayında İzmir şəhərinə istirahətə getdiyindən qayıdarkən ona məlum olmuşdur ki, Ayxan bacısının vasitəsilə onun evinə guya alverdə iflas olması barədə xəbər göndərmişdir. BU məlumatı eşidən kimi dərhal Ayxanın valideynlərinin evinə getmiş və orada Ayxan və ailə üzvləri onu qarşılamış, Ayxan iflas olmamın onun puluna aidiyyətinin olmadığına söz vermiş və bundan sonra evinə qayıtmışdır. Bir neçə gün sonra Ayxan onların evinə gələrək maddi vəziyyətdən çıxması və əlində dövriyyə edib pulların qaytarılmasına yardımçı olmaq üçün ona əlavə 5.000 ABŞ dolları məbləğində pul verilməsini istəmişdir.Onun dediklərinə inanıb 2019-cu ilin avqust ayının sonlarında yaşadığı ünvan 21 ünvanında 5.000 ABŞ dolları məbləğində pulu(8.500 manat)ona vermişdir. Pulu aldıqdan iki gün sonra Ayxan həmin pulu onun özünə qaytarmış və bir gün sonra vəziyyətinin düzəldiyinə inandıraraq həmin 5.000 ABŞ dollarını geri almışdır. Həmin gündən Ayxan ondan qaçıb gizlənmiş və zənglərimə cavab verməmişdir. Sonrdan ona məlum olmuşdur ki, Ayxan heç bir ticarətlə məşqul olmamış, onu və ondan xəbərsiz anası Afaqıda eyni qaydada aldadıb külli miqdarda pulunu alıb ələ keçirmiş, anasının deməsinə görə pulların əksər hissəsini top.az mərc oyunlarına, bir hissəsini isə Türkiyə Cumhuriyyətində xərcləmişdir. Ayxanın qardaşı Şahid12 ilə dostluq etməsi səbəbindən onların evinə ayaq açıb bundan sui-istifadə edərək həm onu həmdə anasını ayrı ayrılıqda aldatmasına görə qardaşının hər hansı qanuna zidd hərəkət etməyə məcbur olacağından qorxub bir müddət şikayət etməkdən çəkinərək Ayxanı bu barədə xəbərdar etmiş və Ayxan 2020-ci ilin dekabr ayından 2021-ci ilin fevral ayına kimi hissə-hissə olmaqla ona 5.250 manat məbləğində pul qaytarmış və qalan 23.530 manat məbləğində pulunu qaytarmaqdan imtina etmiş, ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 və Mir X31 da ifadələrində anaları Zərərçəkmiş şəxs5 və bacıları Zərərçəkmiş şəxs6 ifadələrində qeyd etdikləri xüsusatları təsdiq edərək, onlarla eyni məzmunlu ifadə vermişlər. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayında adını Ayxan kimi təqdim edən şəxs 050501-26-54 Votsap nömrəsindən zəng edərək telefon nömrəsini bacısı Aybənizin iş yoldaşı Nazirədən aldığını və ona 4 günlük müddətinə 5.000 manat pul lazım olduğunu bildirmişdir. Nazirəni bacısı Aybənizə görə tanıdığından Nazirənin nəyi olduğunu soruşduqda Ayxan özünü Nazirənin oğlu kimi təqdim etmişdir. Ayxan həmçinin bildirmişdir ki, ondan pulu borca istəyir, pulu ona qaytatacaq, ancaq onu təmənnasız 1 saylı ŞKX-na aşbaz işinə düzəldəcəkdir. Onu işə düzəldəcəyi və 4 gün ərzində pulu qaytaracağına inanaraq 2021-ci ilin yanvar ayının 1-ci həftəsində 700 ABŞ dolları əldə edib yaşadığı Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi 43 ünvandakı 2 saylı yataqxananın qarşısında pulu Ayxana vermişdir. Təxminən 20 gün sonra Ayxanla Nərimanov rayonu, eyniadlı parkın qarşısında görüşərək Ayxana 1500 ABŞ dolları məbləğində pul vermişdir. 2021-ci ilin fevral ayının 1-ci həftəsində Ayxan sonuncu dəfə ondan yaşadığı evin qarşısındakı “Bravo” marketin yanında 500 ABŞ dolları ,ümumilikdə ondan 4240 manat pul alsa da vəd verdiyi 4 gün 40 gün, sonra aylara çevrilmişdir. Ayxanın onu aldatdığını başa düşdüyündən bacısı Aybənizə və Nazirəyə zəng edərək pulunun qaytarılmasında köməklik etmələrini xahiş etmiş, nəticədə ona 300 ABŞ dolları və 140 manat məbləğində pullar qaytarılsa da qalan pulları qaytarılmamış və bu səbəbdən hüquq mühafizə orqanlarına müraciət etməli olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı qismən ödəmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 1989-cu il doğum tarixli qızı Elnarə Nəsirova ilə birlikdə ünvan 22 ünvanda kirayədə yaşayır. 20 ildən artıq müddətdə küçə süpürməklə məşğuldur. Ermənistandan məcburi köçkün düşəndən kirayələrdə qaldığına görə həyatdan qəfil köçəcəyi və tənha qızının təkbaşına qalacağından nigaran olaraq manat, hətta qəpiklərlə 20.000 manat pul toplamış və həmin pula birotaqlı olsa da mənzil almaq fikrinə düşmüşdür. Bu barədə . M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Minayə adlı tanıdığı qadının iştirakında güzəştli şərtlərlə ev olduğu halda ona məlumat verilməsindən danışmış və Minayənin vasitəsilə İradə adlı qadını tanımışdır.2021-ci ilin yanvar ayında Minayə ilə görüşlərindən birində ondan İradənin Ayxan adlı tanışının olduğu və sonuncunun Yasamal rayon ərazisində tikintisi aparılan sosial evlərdən güzəştli şərtlərlə mənzil təşkil edə biləcəyini öyrənmişdir. İradənin ona zəng etməsini xahiş etmiş və sonradan tanıdığı İradə adlı qadın ona zəng edərək Ayxan adlı tanışının olduğunu və bu şəxsin Yasamal rayon ərazisində ona mənzil təmin edə biləcəyini bildirmişdir. İradə ilə telefon danışıqlarından ona məlum olmuşdur ki, Ayxan ev üçün ondan da pul almış, hətta təklif olunan evin bir blokunu dost tanışlarına ayırmışdır. Hətta İradədən məlum olmuşdur ki, Ayxan onların evinin mebelinin onun tərəfindən alacağına vəd vermiş və onun da ev alanların sırasına qoşulması təklif olunmuşdur. İki otaqlı ev üçün 9000 manat məbləğində ilkin ödəniş etməyin lazım olduğunu bildikdə sevinmiş və həmin məbləğin ünvandan götürülməsini bildirmişdir.15 yanvar 2021-ci il tarixdə İradə özü onun evinə gələrək ondan Ayxana verməsi üçün 9.000 manat pulu alıb aparmış və pulun Ayxana göndərildiyini bildirmişdir. Aradan təxminən 10 gün keçmişdir ki, İradə ona zəng edərək Ayxanın deməsinə görə evin sənədləşməsi üçün 6.000 manat pul lazım olduğunu demiş və onun üçün ödənişin əvvəlcədən edilməsi yükünün azalması kimi anlayaraq İradəyə həmin məbləğində ünvandan götürüb Ayxana çatdırmasını xahiş etmişdir. 20 yanvar 2021-ci il tarixdə evinə gələrək İradə 6.000 manat pulu alıb aparmışdır. 2021-ci ilin fevral ayının 2-də İradə ona təkrar zəng edərək Ayxanın evin sənədləşməsinin hazır olduğunu və çatışmayan sənədlər üçün 5.200 manat pul lazım olduğunu deməsini ona bildirmişdir. İradəni Minayənin vasitəsilə tanıdığından onun səmimiliyinə inanıb evində qalan sonuncu 5.200 manat pulları Ayxana çatdırılması üçün ona vermişdir.10 fevral 2021-ci il tarixdə İradə təkrar ona zəng edərək sənədlərin göötürülməsi üçün 300 manat pul lazım olduğunu demiş və artıq evinin hazır olmasına inanaraq evinin sonuncu pulunu da Ayxana çatdırılması üçün İradəyə vermişdir. 7 il müddətinə 2 otaqlı ev almaq adı ilə ondan alınmış pula görə yaxın zamanlarda evinin ona təslim ediləcəyini 2021-ci ilin mart ayına kimi gözləsə də ona heç bir məlumat verilməmiş və o, İradənin evinə gedərək Ayxanın mobil nömrəsini alıb ona zəng vurmuş və evini, yaxud 20.500 manat pulunu tələb etmiş, onu İradənin evinə dəvət etmişdir. Ayxanla görüşərək bir daha evini, yaxud pulunu ondan tələb etmişdir. Ayxan həftənin ikinci gününü gözləməyi xahiş etmiş və o, deyilən günü gözləsə də Ayxan nə onun nədə İradənin zənglərinə cavab verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Ayxan İradənin vasitəsilə daha bir neçə nəfəri ev almaq, işə düzəltmək, müalicə etmək adı ilə aldadıb pulunu alaraq ələ keçirmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2021-ci ilin təxminən fevral ayında bacısı Zərərçəkmiş şəxs8 ona zəng edərək bir nəfər Ayxan adlı qonşusunun ondan xeyli miqdarda pul aldığını və həmin pulları qaytarmaq üçün özünə məxsus obyekti satıb onun pullarını qaytaracağına söz verdiyini, Ayxan adlı şəxsə məxsus obyektin sənədləşdirilib satılması üçün ona təcili 2000 manat pul lazım olduğunu bildirmişdir. Ayxanın kim olduğunu, onun verilən pulları qaytarmaq imkanında olub-olmadığını soruşduqda bacısı Ayxanın Xəzər TV-də Xoşqədəm xanımla birgə işlədiyini, xeyirxah adam, kasıblara əl tutan, işsizlərə iş düzəldən adam olduğunu demişdir. Ayxanı tanımasa da barəsində bu cür təriflər deyilməsindən evdə işsiz olan oğlu Maqsudu Ayxanın vasitəsilə bir işə düzəltmək fikrinə düşmüşdür. Bacısından Ayxanın bu kimi işlərə qadir olub olmadığını soruşduqda İradə onun xeyirxah, tanınmış, qabiiyyətli, işə düzəltmək imkanında olduğunu demişdir. Bundan sonra bacısı yenə ondan Ayxanın obyektinin sənədləşməsi üçün əlavə 3500 manat pul istəmiş və o, bacısına həmin məbləğin 3.000 manatlıq hissəsini yaxın rəfiqəsindən borca alıb yaşadığı ünvanda çatdırmışdır. İki ay müddətində bacısı ondan hissələrlə ümumilikdə 25.000 manat pul almış, 2021ci ilin mart ayında Ayxan adlı şəxs özü ona ***-***-**-** mobil nömrəsindən istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə zəng edərək nömrəsini bacısı İradədən aldığını deyərək oğlu Maqsudun işə düzəltmək istədiyini soruşmuşdur. Hətta, Ayxan guya əvvəllər M.Ə. Rəsulzadə qəsəbəsində yaşadığını və məhəllə uşağı kimi Maqsudu tanıdığını deyərək onu 4.000 manat İctimai Televiziyada 4-5 nəfər işçisi olan və yüksək maaş alan anbar müdirü kimi işə düzəldə biləcəyini demişdir. Ayxana inanaraq həmin məbləğin 2500 manatlıq hissəsini Ayxanın ona göndərdiyi “Kapital banka“aid **********734579 nömrəli kart hesabına yaşadığı ərazidəki “Ramin” marketdə quraşdırılmış Milliön ATM-dən göndərmişdir. Təxminən 5 gün sonra qalan 1.500 manat pulu da Ayxanın bank kartına göndərmiş, 2021-ci ilin aprel ayının əvvəllərində Ayxan ona zəng edərək bir nəfər yaxın dostunun ucuz qiymətə “sosial” ev satdığını, başqasına qismət olası ev olmadığı üçün həmin evi ona məsləhət gördüyünü demişdir. Oğlunun evinin olmadığına görə Ayxanın təklif etdiyi evlə maraqlanmış və sonuncu ilkin ödənişin 12.000, aylıq ödənişin 500 manat olduğunu dedikdə bu şərtlərin onun büdcəsinə uyğun olmadığından Ayxanın şərtlərindən imtina etdiyindən Ayxan dərhal ev təklif edən şəxslə danışdığını və ilkin ödənişin 10.000 manat, aylıq ödənişin 300 manat olduğunu deyərək 3 gün ərzində evin pulunun köçürülməsini, əks halda evin başqasına satıla biləcəyini bildirmişdir. Evin aylıq ödənişinin onun büdcəsinə uyğun olduğu üçün 3 gün müddətində Ayxanın kart hesabına 10.000 manat pulu 2500 manat hissələrlə göndərmişdir. Təxminən bir həftə sonra Ayxan ona qızı Sura üçün tibbi sertifikat, həmdə “Təvəkkür” universitetindəki yaxın tanışı vasitəsilə 10.000 manata tibbi diplom ala biləcəyini vəd vermişdir. Qızının lazer aparatı işlətməsi üçün kursa getsə də ona sertifikat lazım olduğundan məcbur olub Ayxanın vədlərinə inanaraq təxminən iki həftə ərzində hissələrlə 300, 500, 1.000, 2.000, 3.000 və bu kimi rəqəmlər olmaqla istədiyi məbləği onun kart hesabına göndərmişdir. Həmin 10.000 manat pulun təxminən 800 manatını özünün göndərdiyi taksi sürücüsü vasitəsilə Ayxana göndərmişdir. Aradan təxminən bir ay keçmiş Ayxan ona zəng edərək guya onun üçün diplom düzəldən Cəmilə adlı qadının işdən çıxarıldığı, Cəmilənin yaxınlarından bir nəfərin vəfat etdiyini və onun dəfni üçün 1.000 manat pul lazım olduğunu demişdir. Ayxana inanıb qohum tanışlarından 1.000 manat pul əldə edərək onun kart hesabına göndərmişdir. Bir neçə gün sonra yenə ona zəng edərək həbsdə olduğu üçün kartından istifadə edə bilmədiyini, ona göndərdiyi X17 adına olan **********950119 kapital bank kart nömrəsinə 2.000 manat pul göndərilməsini və həbsdən çıxmasını xahiş etmişdir. Onun özünün ev məsələsi,qızının sertifikat məsələsi, oğlunun işinin yarımçıq qaldığı üçün narahat olub qonşuların qapısına düşüb 50,100 manat dilənməli olmuş və xx.xx.2021-ci il tarixdə kart hesabına 100, 50 manat olmaqla 250 manat pul göndərmiş, sonra iş yerinə Ayxanın göndərdiyi taksi sürücüsü vasitəsilə 1200 manat pul vermişdir. Növbəti gün Ayxan ona zəng edərək öz təşəkkürünü bildirmiş, bundan başqa 15 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhərində Ayxan onun adına mobil telefon alıb qayıdarkən taksi ilə onu yaşadığı ünvan 17 ünvanda düşürərkən ona şad xəbər deyəcəyini, guya qızı üçün söz verdiyi tibbi sertifikatın hazır olduğunu, lakin sənədin götürülməsi üçün 1.000 manat pul lazım olduğunu deməklə yaşadığı evin həyətində ondan 1.000 manat məbləğində pul alaraq qayıdacağını desə də bir daha qayıtmamış və zənglərinə cavab verməmişdir. Həmçinin Təqsirləndirilən şəxs onun Aybəniz adlı iş yoldaşının Gülşən adlı bacısını işə düzəltmək adı ilə bir neçə dəfəyə ondan 2.700 ABŞ dolları məbləğində pul alıb aldatmış, 2021-ci ilin mart ayından həmin ilin sentyabr ayının 15-dək Təqsirləndirilən şəxs ondan ümumilikdə 29.450 manat pul alaraq ələ keçirmiş və verdiyi vədə əməl etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2008-ci ildən Zərərçəkmiş şəxs8 tanımış və həmin ildən onunla rəfiqə olaraq yaxın münasibətdə olmuşdur. 2019-cu ilin avqust ayında İradənin yaşadığı ünvan 6 ünvanda olarkən sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs adlı cavan oğlanı İradənin evində görmüşdür. Ayxan İradədən onun kim olduğunu və o, isə Ayxanın kim olduğunu İradədən soruşmuş və İradə onları tanış etmişdir. Bundan sonra Ayxan özü danışmışdır ki, Xəzər TV-də Xoşqədəm xanımın prodyusseri işləyir. Ayxan onun İradənin yaxın rəfiqəsi olduğunu bildikdə sosial evlərdə tanışı olduğunu, istənilən qohum əqrabaya, ev istəyən şəxslərə güzəştli şərtlərlə ev təşkil edə biləcəyini və lazım olduqda ona müraciət oluna biləcəyini bildirmişdir. Ümumi tanışlıqdan bir neçə gün sonra İradə ona zəng edərək Ayxanın Xoşqədəm xanımın adı ilə ondan xeyli məbləğdə pul aldığını, həmin pulları qaytarmaq üçün obyektini banka girov qoyduğunu, banka ilkin ödəniş üçün pul lazım olduğunu deyərək ondan borca pul istəmişdir. Rəfiqəsinin problemlərindən narahat olub onlara getmiş və Ayxanın onlarda olduğunu görmüş, nə baş verdiyini soruşduqda Ayxan İradədən qabaq and-aman etmişdir ki, pulların hamısı Xoşqədəm xanımdadır, ancaq onunda problemi çıxıb, bir yerdə işlədiklərinə görə və İradədən pullar onun vasitəsilə göndərildiyinə görə o, özü bütün pulları qaytaracaqdır. Bunun üçün özünün 340.000 manat dəyərində olan obyektini banka girov qoymuş, bütün zəruri sənədləşməni aparmış, ödənilməli pulun qaiməsi ona təqdim edilmiş, yalnız həmin pulun götürülməsi üçün banka kiçik məbləğlərdə ödəniş etməlidir. Ondan rəfiqəsi İradənin pullarının qaytarılması üçün bank ödənişinin edilməsinə 1000 manat məbləğində maddi dəstək olmasını xahiş etmiş və ona inanıb 2019-cu ilin avqust ayının təxminən 12-də İradənin yaşadığı ünvana gedərək Ayxanla görüşüb İradənin iştirakı ilə ona 1.000 manat pul vermişdir. Aradan təxminən 20gün keçmişdir ki, 2019-cu ilin sentyabr ayının 03-də yenə İradənin evində görüşüb Ayxana əlavə 1.000 manat pul vermişdir. Həmin pulu Ayxan guya bankda nəisə sənəd problemlərinin həlli adı ilə istəyib ondan almışdır. 2019-cu ilin oktyabr ayının 05-də İradəyə zəng edib işin nəticəsi barədə soruşduqda hələdə bank işinin baş tutmadığını eşitmişdir. İradə ona Ayxanın guya bank qaiməsi adı ilə onun telefonuna göndərilmiş şifrəli qəbzi göndərib artıq işlərin həll olunmaq üzrə olduğunu demiş və bu qəbzlə bankdan 80.000 manat pul çıxaracağını bildirmişdir. Həmin gün Ayxan ona zəng edərək 700 manat pul lazım olduğunu dedikdə İradəyə görə həmin pulu verməyə razı olmuş və xx.xx.2019-cu il tarixdə ünvan 7 ünvanda 700 manat pulu şəxsən Ayxanın sürücüsü dediyi adını bilmədiyi şəxsin vasitəsilə özünə göndərmişdir. Təxminən 10 gün sonra həmin ünvanda ikinci dəfə sürücüsü vasitəsilə Ayxan ondan təkrar 700 manat pul almış, bundan başqa 07 noyabr 2019-cu il tarixdə tanımadığı və sürücü dediyi şəxsin vasitəsilə ondan 1800 manat pul almışdır. Bundan başqa 2020-ci ilin yanvar-fevral aylarında Ayxan ona zəng edərək onun xatirində qalmayan bank kart hesabına pul göndərməyi xahiş etmiş və yaxın günlərdə İradənin pullarını qaytardıqda ondan aldığı pulları da qaytaracağını vəd etdiyindən ona inanaraq yaşadığı ərazidəki “Nihad” marketdəki Milliön ödəmə terminalından 240,130,420,75 manat pul göndərmişdir. 2019-cu ilin fevral ayının ikinci yarısında sonuncu dəfə Ayxan İradənin evində ondan 900 manat pul almış, artıq bu pulla bütün məsələləri həll edib hər şeyə son qovacağını demiş, lakin Ayxanın bütün bu kimi vədlərinə baxmayaraq onun dələduz olduğu sonradan ona məlum olmuşdur. Ayxan İradə və onun özündən başqa daha onlarca insanları bu kimi üsullarla aldadıb külli miqdarda pullarını ələ keçirmiş, ümumilikdə ondan 6.965 manat məbləğində pul alaraq ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, yaşadığı mənzil sahəsinin kiçik olmasından əziyyət çəkdikləri üçün güzəştli şərtlərlə satılan evlərdən yaşayış sahəsi almaq istəmişdir. 2020-ci ilin sentyabr ayında qonşu məhlədə yaşayan, dərzi kimi işləyən Zərərçəkmiş şəxs8 adlı xanımla görüşən zaman ona Ayxan adlı tanışı olduğu və bu şəxsin Bakı şəhəri, Yasamal rayonu, Asan Xidmətin arxasındakı ərazidə tikintisi aparılan yerdə inşa olunan sosial evlərdən ucuz qiymətə kreditlə ev təşkil edə biləcəyindən danışmışdır. Ayxan adlı şəxsi bir dəfə İradənin evində uzaqdan görmüş, onunla hər hansı münasibəti olmamış, İradəni tanıdığından Ayxanın mobil nömrəsini alaraq onunla bu mövzuda söhbət etmişdir. Ayxanla danışarkən onun ünvanını soruşduqda özünün də M.Ə.Rəsulzadə qəsəbəsində yaşadığını, onun bütün xahişlərini ona sərf edən qaydada həll edə biləcəyini demişdir. Ona 30 il müddətinə 2 otaqlı mənzil təşkil etməsini xahiş etdikdə Ayxan özü Xoşqədəm xanımla çalışdığını, sosial evlərin tikintisində çalışanlardan onun yaxın dostlarının olduğunu, onun da adının həmin tikintidə qeydiyyata alındığını və ona hörmət olaraq başqalarına nisbətdə aşağı qiymətə və sərfəli şərtlərlə mənzil təşkil edə biləcəyini bildirmişdir. İlkin ödəniş olaraq 6500 manat pul ödəmək lazım olduğunu dedikdə bu barədə məsləhətləşib cavab deyəcəyini bildirmiş və növbəti gün Ayxana zəng edərək ilkin ödəniş edə biləcəyini və bunun üçün onunla görüşmək istədiyini demişdir. Ayxan ona adının qeydiyyata alınması üçün şəxsiyyət vəsiqəsinin surəti və pulu göndərdiyi taksi ilə ona çatdırılmasını xahiş etmişdir. Onunla danışıqdan sonra əlində olan 2000 manat pulu şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə 2020-ci ilin sentyabr ayının təxminən 10-cu günündə evinin qarşısındakı Əli Məmmədov küçəsində Ayxanın göndərdiyi sonradan adı məlum olan Ramiz adlı sürücü dediyi şəxsə vermişdir. Az sonra Ayxan özü ona zəng edərək pulu və sənədi aldığını, pulun qalan 4500 manatlıq ilkin ödənişini göndərməyimi istədi. Təxminən 10 gün sonra yaşadığı evin qarşısında 4.000 manat pulu Ayxanın göndərdiyi Ramiz adlı sürücüyə vermiş, bu dəfədə Ayxan zəng edib pulun çatdığını ona bildirmişdir. Təxminən 4 gün sonra Ayxan ilkin ödəniş adı ilə ondan istədiyi 6.500 manat puldan ödənməmiş qalan 500 manat üçün öz adına olan şifrəsini xatırlamadığı kart nömrəsini göndərmişdir ki pulu həmin hesaba göndərsin. O da həmin hesaba 500 manatı göndərmiş, bundan sonra o, Ayxana zəng edib onunla görüşmək və adına qeydiyyata alınmış olduğu evə baxmaq istədiyini bildirmişdir. Hər dəfə vacib işlərinin və görüşlərinin olduğunu deməklə başqa vaxtda evi göstərəcəyini deməklə onu aldatmağa başlamışdır. Demək olar ki, o aylarla ona zəng edib görüşmək istəsə də ondan qaçmağa başlamışdır. Belə olan halda onun şəxsiyyət vəsiqəsini göndərməsini xahiş etmiş və o, sürücüsü vasitəsilə onun şəxsiyyət vəsiqəsini özünə göndərmişdir. Növbəti zənglərin birində ona söz vermişdir ki, sənədlər də bir az çatışmazlıqlar var düzəldən kimi dərhal aparıb evi ona göstərəcəkdir. Sonradan onu bu kimi bəhanələrlə aldatmağa davam etdiyindən ona zəng edib pulunun qaytarılmasını istəmişdir. Dəfərlərlə guya pulu qaytaracağı adı ilə görüş yeri təyin edib görüşə gəlməmiş, onun dələduz olduğunu görüb bu barədə İradə adlı qonşusuna öz narazılığını bildirmişdir. İradə xanımda ona zəng edib onun pulunun qaytarılmasını təkid etmiş, Ayxan İradəyə də müxtəlif bəhanələr uydurub onları yola verməklə pulunu qaytarmamışdır. Sonralar eşitmişdir ki, İradə xanımdan da külli miqdarda pul alıb, onu və digər çox sayda insanları da dələduzluq yolu ilə aldatmışdır. Ayxanın dələduzluq hərəkəti nəticəsində ona 6.500 manat məbləğində maddi ziyan vurulmuşdur. Birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 1988-ci ilədək Ermənistan Respublikasında yaşamış həmin ildən qaçqın olaraq Bakı şəhərində məskunlaşmışdır. Bir qız və bir oğul övladı olmuşdur. X20 1981-ci il doğum tarixlidir. 2017-ci ildən başında bədxassəli şiş olduğuna görə həkimlər ona 4-cü dərəcəli onkoloji xəstə diaqnozu qoymuşlar. Bu vaxta kimi iki dəfə oğlunun başında əməliyyat aparılmış və bu əməliyyatlardan biri Türkiyədə ikincisi Bakı şəhərində aparılmışdır. Buna baxmayaraq oğlunun səhhətində heç bir irəliləyiş olmamış və onun müəlicəsini davam etdirmək məcburiyyətində qalmışdır. Özü bazarda kartof, göy-göyərti satdığından onkoloji xəstənin müalicəsinə pul tapa bilməmişdir. Bütün qohum əqrəba və doğmaları ona bu işdə maddi köməklik göstərmişlər ki, oğlunu Türkiyə Cümhuriyyətinə aparıb şüa müalicəsi qəbul etsin. 2021-ci ilin fevral ayının birinci yarısında baldızı Minayə ona Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsində yaxın məhəllədə İradə adlı bir dərzi qadının Ayxan adlı tanışı var ki, Xoşqədəm xanımın işçisidir, xeyirxah adamdır, onun X9 şəhərində dünya səviyyəli tanış həkimi var ki, Ayxan özü Xoşqədəm xanımla köməksiz xəstələrin müalicəsinə birlikdə köməklik göstərib xeyriyyə işləri görürlər, oğlunu İstanbul şəhərinə göndərib müalicəsini edə bilmələrindən danışmışdır. Bu məsələni eşitdikdə Zərərçəkmiş şəxs8 adlı dərzi qadınla görüşüb bu barədə söhbət etmiş və Ayxan barədə maraqlandıqda İradədə həmin şəxsin xeyirxah, işgüzar adam olduğunu təsdiq etmişdir. İradə ilə danışdıqdan sonra xəstə oğlu Ruslanla danışmaq qərarına gəlmiş və onun Türkiyəyə müalicə üçün göndərilməsinə razılaşmışlar. Bu məqsədlə o, İradə ilə yaşadığı evin qarşısında görüşüb Ayxana verilməsi üçün 4.000ABŞ dolları( 6800) manat və əlavə 6500 manat, ümumilikdə 13.300 manat pul vermişdir. xx.xx.2021-ci il tarixdə Ayxan oğlu Ruslana və onun dostu Vüqara aviabilet almış və özü şəxsən onları İstanbul şəhərinə yola salmışdır. Həmin gün ona məlum olmuşdur ki, İstanbul şəhərində onları qarşılayan olmamış və onlar hava limanında qalmışlar. Bu barədə İradənin vasitəsilə Ayxanla danışmış və sonuncu Bakı şəhərində vacib işlərinin olduğunu ,yaxın günlərdə İstanbul şəhərinə gedəcəyi və xəstə ilə özü məşğul olacağını desə də onları aldatmışdır. Oğlu ilə əlaqə saxlayaraq onların Mehmanxanaların birində yerləşməsini istəmiş və onlar xx.xx.2021-ci il tarixədək İstanbul şəhərində qalmışdır. Aldandığı ona aydın olduğundan İradənin evinə gedərək Ayxanla əlaqə saxlamış və sonucu onun Bakı şəhərinə qayıtması üçün bank kartına 1.000 ABŞ dolları pul göndərmişdir. Əlavə olaraq oğluna özü 2.000 manat pul göndərmiş və onlar Bakı şəhərinə qayıtmışlar. xx.xx.2021-ci il tarixdən etibarən İradənin evinə gedərək Ayxandan onun pullarının alınıb qaytarılmasını tələb etsə də Ayxan guya özünün 340.000 manat dəyərində obyekti var və həmin obyekti satmağa qoyub, yaxın vaxtlarda onun özündən və ondan almış pulları qaytaracaqdır. İradəyə verdiyi 13.300 manat pulu nə vaxt və harada Ayxana verildiyini görməsə də oğlu Ruslan Türkiyədən qayıdandan sonra oğlunun telefonuna zəng vurarkən onunla danışmış və ona vəd vermişdir ki, hələlik qaytarmağa pulu yoxdur, yaxın günlərdə ona 3.000 manat pul göndərəcəkdir. Sonradan Ayxanın həbs olunduğunu eşitdikdə Ayxan onlarla şəxsləri aldadıb külli miqdarda pulları dələduzluq yolu ilə ələ keçirdiyi ona məlum olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan baldızı Zərərçəkmiş şəxs8 vasitəsilə tanımışdır. Belə ki, İradədən ona məlum olmuşdur ki, Ayxan 2019-cu ilədək onların məhəlləsində yaşamış, Şəbnəm adlı bacısı onun dərzilik etdiyi yerə şagird kimi öyrənməyə gəlib getmişdir. Baldızıgilə gəlib gedərkən Şəbnəm adlı qızı da onlarda görmüş, ancaq onunla heç bir münasibət qurmamışdır. 2021-ci ilin fevral ayında baldızı İradəgildə olarkən onunla söhbət zamanı özünə iş axtarması, bir nəfərin ona iş söz verib ancaq hələdə alınmamasından danışmışdır. Söhbət əsnasında İradə ona Ayxan adlı keçmiş qonşularının olduğunu və işədüzəlmədə ona ancaq Ayxanın kömək edə biləcəyini demişdir. İradənin vasitəsilə Ayxana zəng edərək İradənin qardaşı arvadı olduğunu deməklə özünü təqdim etmişdir. Ayxan onu çox mehriban qarşılamış və onunla iş barədə söhbət edərək iş axtardığını demişdir. Ayxan hazırda ARBTV-də çalışdığını, öz bacısını da ora işə düzəltdiyini, həmin televiziyada təsərrüfat bacısı işinə düzəldə biləcəyini və bu iş üçün 4.500 manat pul lazım olacağını demişdir. Ayxanın onu aldatmadığına inanaraq təklifi ilə razı olmuş və dediyi məbləği vermək istədiyini demişdir. 2021-ci ilin fevral ayının ikinci yarısında 4.500 manat pulu İradənin yaşadığı M.Ə.Rəsulzadə qəsəbəsi A.Nemətulla küçəsi ev 3 ünvana gətirərək İradəyə vermiş və Ayxana zəng edib pulu gətirdiyi barədə məlumat vermişdir. Ayxan isə İradədə bank kart nömrəsinin olduğunu və pulu həmin kart vasitəsilə göndərilməsini bildirmişdir. Bundan sonra İradə ilə birlikdə yaxınlıqdakı M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsi 17A ünvanda yerləşən minimarketdəki Milliön ATM-dən Ayxanın kart nömrəsinə göndərmişdir. Pulu İradəyə vermiş və sonuncu onun iştirakında həmin pulu Ayxanın kartına göndərmiş və bu barədə onun özünə məlumat vermişdir. Ayxan pulu aldığını təsdiq etdikdən sonra 20 gün müddətində işə çıxacağınına vəd vermişdir. 20 gün vaxt keçdikdən sonra ona özü zəng vurmuş və Ayxan işin hazır olduğunu, müdiriyyətin ona yaxın günlərdə zəng edəcəyini bildirmişdir. 2021-ci ilin mart ayına kimi Ayxan bu işi uzatmış və hər dəfə müxtəlif bəhanələr deməyə başlamışdır.2021-ci ilin mart ayının ikinci yarısında Ayxana zənglər edib işinin nəticəsini istəmiş, əks halda pulunun qaytarılmasını tələb etmişdir. Ayxan ona yalvarmaqla guya işin düzəlməsinə söz vermiş müdiriyyəti dəyişmişlər, pulda həmin müdir də qalmış, pulu alıb verə bilməsə özünün 340.000 manat dəyərində obyektini satıb onun və qeyrilərinin pullarını qaytaracaqdır. Bu dəfədə o, Ayxana inanıb onu gözləsə də sonuncu onu aldatmışdır. 2021-ci ilin mart ayının sonlarında təkrar İradənin evinə gedərək Ayxandan onun pulunun alınıb qaytarılmasını tələb etmiş və İradə ona zəng edib pulun qaytarılmasını istəsədə ona da eyni qaydada yalan vədlər verib aldatmış, 340.00 manat dəyərində olan obyektinin satışı üçün sənədləşmə hazırlamaqla məşğul olduğunu demişdir. Hətta 340.000 manat dəyərində hansısa qaimənin şəklini İradənin telefonuna göndərib yaxın günlərdə bankdan kredit götürəcəyini deyərək rüsum ödənişi üçün 3.000 manat pul lazım olduğuna inandırmış, pulları cəm şəklində qaytaracağına and içmişdir. Onun vədlərinə inanıb Ayxanın istədiyi məbləği İradə ilə birlikdə Ə.Məmmədov küçəsi 17A ünvanda yerləşən marketdəki Milliön ATM-dən Ayxanın kart hesabına göndərmişdir. Bununla da Ayxan ondan ümumilikdə 7.500 manat məbləğində pul almışdır ki, nəticədə onun dələduz olduğu, ondan başqa onlarla şəxsi, eləcə də İradənin özünü, Afaq, Akifə adlı qonşuları aldadıb külli miqdarda pullarını ələ keçirdiyi ona məlum olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Ramis Bayram oğlu ifadəsində göstərmişdir ki, 30 ildir ailə üzvləri ilə Bakı şəhərində yaşayır, taksi fəaliyyəti ilə məşğul olub ailəsinin maddi təminatını qarşılayır. Təqsirləndirilən şəxs iki ildən artıqdır ki, tanımış, həmin vaxtlar Ayxan onun yaşadığı ünvan 23 ünvandakı 18 mərtəbəli binanın 18-ci mərtəbəsində 2 otaqlı evdə tək kirayədə yaşamışdır. O da həmin vaxt binanın həyətində idarə etdiyi “Hyundai-Azera” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə dayanıb müştəri gözlədiyi üçün Təqsirləndirilən şəxs də onun avtomobilindən taksi kimi istifadə etmişdir. Tanışlıq zamanı Ayxan ARB televiziya şirkətində rejissor işlədiyini, Elgizlə birlikdə çalışdığını bildirmişdir. Ayxan onun avtomobilindən istifadə edərkən yolda evsiz-eşiksiz birini görüb onun fotoşəklini çəkmiş və həmin şəxsə maddi və mənəvi dəstək göstərəcəyini demiş və sonra guya həmin şəxsə lazımi köməkliklər göstərdiyini, qohum əqrabası ilə görüşdürdüyünü demişdir. 2018-ci ilin sonları və 2019-cu ilin əvvəllərindən başlayaraq Ayxanın vasitəsilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Afaq, onun qızı Akifə, qonşularında yaşayan İradə adlı qadını tanımış, Ayxanı Afaqgilin evində görmüş, bir neçə dəfə Ayxan Afaqgilin evindən zəng edərək onu həmin ünvana dəvət etmiş və müxtəlif ünvanlara aparılmasına sifariş etmişdir. 2019-cu ilin sonlarında Ayxan onu Afaqın evinə dəvət edərək onu ATV televiziyasına göndərərək orada işlədiyini dediyi Akifə adlı gənc qızdan pul alıb gətirməyini xahiş etmişdir. O da həmin ünvana gedərək Afaqın qızı olduğunu bildiyi Akifədən Ayxana verməsi üçün 4500 manat pul alıb Akifənin öz evində Ayxana çatdırmışdır. 2020-ci ilin yay və payız aylarında, 2021-ci ilin əvvəllərində Ayxan onun taksi avtomobilindən istifadə edib dəfələrlə İradə adlı paltartikən dərzi qadının evinə gedib və ondan məbləği xatirində qalmayan pullar almışdır. Dəfələrlə ona zəng edib tapşırıb ki, İradədən, Afaqdan məbləğini bilmədiyim pulları alıb ona çatdırmış, o da Afaqdan, İradədən Ayxana çatdırılması üçün verdikləri, çox vaxt dollarla olan pulları alıb şəhərin müxtəlif yerlərində Ayxana çatdırmışdır. 2020-ci ilin aprel ayında Ayxan bir dəfə onun avtomobili ilə İradəyə aid olduğunu etimal etdiyi zinyət əşyalarını Bakı şəhəri, Memar Əcəmi metrostansiyası ətrafına apararaq oradakı lombarda girov qoyub pul götürmüşdür. Ayxanla tanış olduğu müddətdə anası Aydangülü, atası İsmayılı, qardaşı Aydını tanımış, bacısı Şəbnəmi ARB televiziya şirkətində görmüşdür. Şəbnəmi bir neçə dəfə iş yerinə aparmış, anası Aydıngül də onun avtomobilindən bir neçə dəfə istifadə etmişdir. 2021-ci ilin yay aylarından Ayxanın mobil telefonunun bağlı olduğunu aşkar etmiş və ona 600 manat zəhmət haqqı borclu qalmışdır. Telefonunun bağlı olduğunu gördükdə İradənin evinə gedərək onunla maraqlandıqda İradənin də Ayxanı axtardığını, Ayxan onu, Akifəni, Afaqı və başqalarını aldadaraq xeyli miqdarda pul, zinyət əşyalarını ələ keçirdiyi ona məlum olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, iki oğlu və özü Bakı şəhərində uzun müddətdir ki, kirayədə yaşadıqlarından sərfəli şərtlərlə sosial evlər və ya ipoteka yolu ilə özlərinə mənzil almaq istəmişdir. 2021-ci ilin iyun ayında Bakı şəhərində taksi fəaliyyəti göstərən qardaşı Fizuli ləqəbi ilə çağırılan Şahid8 daim müştərisi olan Təqsirləndirilən şəxs adlı şəxsin güzəştli şərtlərlə sosial evlərindən onlara yaşayış evi almasına yardımçı ola biləcəyini demişdir. Onun bu məlumatı əsasında oğlu Habil Ayxan adlı şəxslə telefonda danışmış və sonuncu onu Nərimanov rayonu ərazisinə dəvət etmişdir. Oğlu Habillə birlikdə Nərimanov rayonu, Ağa Nemətulla küçəsində Təqsirləndirilən şəxs adlı şəxslə görüşmüş və az sonra qardaşı Əbdürrəhimdə onların olduğu yerə gəlmişdir. Söhbət zamanı Ayxan tanışı vasitəsilə Yasamal rayonu ərazisində tikilmiş sosial evlərdən 4-cü mərtəbədə 3 otaqlı mənzili 30 il müddətinə ayda 270 manat ödəməklə ilkin ödəniş 6.700 manat olmaqla onlara təşkil edə biləcəyini demiş və onlar həmin şəxslə tanış etməsini xahiş etdikdə Təqsirləndirilən şəxs özünün Xəzər TV-də, qardaşının DTX-da, anasının müəllimə, atasının Bələdiyyə sədri işlədiyi və pula ehtiyyaclarının olmadığı və kimsəni aldatmağa fikrinin olmadığını, yalnız evin sənədləşdirilməsi zamanı həmin şəxslə onları görüşdürə biləcəyini demiş, qısa müddət ərzində bu işə müsbət cavab deyilmədiyi halda başqasına veriləcəyini bildirmişdir. Onlar bu haqda düşünəcəklərini deyib evə qayıtmış, oğlu Habil işinə getmiş və az sonra Habil ona zəng edərək Ayxanın guya ev satan şəxslə danışdığı, evin ilkin ödənişi olan 6700 manat pulun təcili çatdırılmasını deməsi barədə ona məlumat vermiş, həmçinin evin onların adına sənədləşdirilməsi üçün ilkin olaraq həmin məbləğdən 200 manat beh formasında pul göndərilməsini istədiyini bildirmişdir. Həmin gün,yəni xx.xx.2021-ci il tarixdə saat 21:37-də Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, «Neptun» marketdə quraşdırılmış eManat ödəniş terminalından Təqsirləndirilən şəxs «KapitalBank» kartının ******************** hesabına 200 manat məbləğində pul ödəmiş və qalan 6.500 manat məbləğində pulu isə növbəti gün,xx.xx.2021-ci il tarixdə saat 12 radələrində oğlu Zərərçəkmiş şəxs3la qardaşı Şahid8 Təqsirləndirilən şəxs ilə görüşərək Ayxanın təklifi ilə 21 saylı notariat kontorunda kredit müqaviləsi bağlamaqla 6.500 manat pulu Təqsirləndirilən şəxs vermişlər. Həmin tarixdən sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirməklə onları aldatmış və oğlu Habil Təqsirləndirilən şəxs sosial şəbəkələrdə axtararkən onun ARB və Xəzər TV-lərdə işləməsi barədə statuslarla rastlaşsada onun doğru dürüst iş yeri və ünvanını tapıb onunla görüşə bilməmiş vəpulunu geri ala bilməmişdir. Oğlu Habil, qardaşı, hətta özü dəfələrlə Ayxanın istifadəsində olan ***-***-**-** və ***- ***-**-** mobil nömrələrinə zənglər etsə də sonuncu onların zənglərinə cavab verməmiş, verdiyi vədə əməl etmədən onlara qarşı dələduzluq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 20 ildən artıqdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov 10 ünvanda yaşadığından sakinlərin əksəriyyətini, o, cümlədən Təqsirləndirilən şəxs, atası İsmayılı, anası Aydıngülü, qardaşı Aydını, bacısı Şəbnəmi məhəllə sakinləri kimi tanımışdır. Təxminən iki il olar ki, Ayxan və ailəsinin onların məhəlləsindən köçdükləri ona məlum olmuş, özü fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olduğundan Ayxanı əvvəllər işlədiyi Xəzər TVyə, bacısı Şəbnəmi ARB televiziyasına, qardaşı Aydını əvvəllər işlədiyi DTX-nin inzibati binasının qarşısına aparmışdır. Ayxan özü avtomobilinin xidmətindən istifadə etmiş, 2020-ci ilin yay və payız aylarında, 2021-ci ilin əvvəllərində Ayxan onun taksi avtomobilindən istifadə etmişdir. Həmin aylar ərzində Ayxan ona zəng edərək onun özünün də tanıdığı İradə adlı qonşu küçədə yaşayan qadının evinə gedərək onun verəcəyi pulu alıb ona çatdırmağı sifariş vermişdir. Ara məsafələrlə bir neçə dəfə bu hallar təkrar olunmuş, İradənin Ayxana göndərdiyi 500,1.000, 1.500, hətta 1.000 ABŞ dolları ,bəzi hallarda məbləğini bilmədiyi pulları kağıza bükülü formada ona vermiş və oda öz növbəsində Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “Zirvə” restoranı qarşısında Ayxanla görüşüb ona çatdırmışdır. 2020-ci ilin yay-payız aylarında bir neçə dəfə Ayxan onu Nərimanov rayonu, eyniadlı metrostansiyası qarşısına göndərmiş və həmin yerdən tanımadığı şəxslərin ona verdiyi 500,1000 manat məbləğində pullar vermiş və oda öz növbəsində Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində Ayxana çatdırmışdır. 2020-ci ilin yay aylarında Ayxan tərəfindən Səbail rayonu, Patamdar qəsəbəsinə göndərilmiş və orada tanımadığı bir kişi Ayxana çatdırılması üçün 1.000 manat pul vermişdir. 2020-ci ilin son aylarında Ayxanla əlaqəsi kəsilmiş və sonuncu onun avtomobilindən taksi kimi istifadə etməmişdir. Son vaxtlar məhəllədə ona məlum olmuşdur ki, Ayxan daim gedib-gəldiyi, çörəyini yediyi Afaq, Akifə adlı ana-bala seyid insanların külli miqdarda pullarını aldadaraq ələ keçirmişdir. Bu kimi məlumatları eşitsə də kimdən konkret hansı məbləğdə pullar aldığını bilməmiş, İradə adlı qonşu məhəllədə yaşayan qadından da külli miqdarda pul alıb ələ keçirdiyini və həmin şəxslərin şikayətləri əsasında həbs olunduğunu eşitmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsi təxminən iki il olar ki, tanımışdır. 2019-cu ilin əvvəllərində özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi ünvanda yerləşən 20 mərtəbəli 4 bloklu yaşayış evinin 4-cü blokunun 17-ci mərtəbəsində 3 otaqdan ibarət 402-ci nömrəli mənzil sahəsini kirayəyə vermişdir. Həmin vaxt Ayxan və ailə üzvlərinin onun yaşadığı binanın 20ci mərtəbəsində kirayədə yaşadıqlarını özlərindən bilmişdir. O, vaxt Ayxanın anası Aydıngül onun evini kirayəyə verdiyini bilərək ondan mənzilə baxmaq istədiyini bildirmiş və baxdıqdan sonra oğlu Aydınla ayda 700 manat kirayə haqqı ödəməklə razılaşıb evi onlara kirayəyə vermişdir. Həmin vaxt Ayxan Xoşqədəm xanımla Xəzər TV-də çalışdığını, bacısı Şəbnəmin ARB televiziyasında çalışdığını, qardaşı Aydının isə DTX-də işlədiyini bildirmişdir. Onların normal ailə olduğunu düşünərək evi onlara kirayəyə vermiş və aylıq pullarını onun şifrəsi xatirində qalmayan pensiya kartına Ayxan özü göndərmişdir. Ayxan və ailə üzvləri onun evində 4-5 ay müddətinə kirayədə yaşayıb başqa ünvana köçmüş, evini təhvil verib getdikdən sonra demək olar ki, onlarla heç bir əlaqəsi ünsiyyəti olmamışdır. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə dəvət olunarkən Ayxanın bir neçə şəxslərin etibarından sui-istifadə edərək külli miqdarda pullarını alıb ələ keçirməklə aldatdığı məlum olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, təxminən iki il olar ki, özünə məxsus “Mersedes-Benz”C klass markalı 99-DT401 dövlət qeydiyyat nişanlı avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Daimi olaraq yaşadığım ünvan 26 ünvanın yaxınlığında dayanıb müştəri gözləyir. Təqsirləndirilən şəxs adlı şəxsi müştəri kimi tanımışdır.2021-ci ilin təxminən aprel ayında Ayxan ona müştəri kimi müraciət edib və onu sifariş verdiyi ünvana aparmışdır. Bundan sonra Ayxan mütəmadi olaraq onun avtomobilinin taksi xidmətindən istifadə etməyə başlamışdır. İlk tanışlıq zamanı ona ATV telekanalında işlədiyi, reklam işlərinə baxdığı, lazım olarsa oğlunu ayda 600 manatlıq maaşı olan işə düzəldə biləcəyini demişdir. Həmin vaxt oğlu DİO-na işədüzəlmək istədiyindən müvəqqəti olaraq Ayxanın təklifinə çoxda əhəmiyyət verməmişdir. Lakin, 2021-ci ilin iyun ayının son günlərində Ayxan onaYasamal rayon ərazisində tikilən sosial evlərdə mənzil paylanması işinə baxanlardan bir nəfər yaxın tanışının olduğu, hazırda həmin tanışında 3 otaqlı evin olduğu, qohum tanışlarından istəyən olarsa bu barədə onlara məlumat verilməsini ona demişdir. Uzun müddətdir ki, bacısı Kəramət və yaşı 30- 35 olan oğlanları ilə kirayələrdə qaldıqlarına görə bu barədə bacısı və oğlanları Habil, Hafizlə məsləhətləşmişdir. Bacısı Kəramət sərfəli şərtlərlə verildiyi halda ev almaq istədiklərini bildirmiş və Ayxanın mobil nömrəsini alaraq onunla danışmışdır. Ayxan telefonda danışarkən 30 il müddətində ayda 270 manat ödəmək şərti ilə 3 otaqlı evin olduğunu, lakin daha ətraflı görüşüb danışmaq lazım olduğunu deməklə Habili görüşə dəvət etmişdir. Habillə anası Kəramət Nərimanov rayonu, ”Çin ”restoranı deyilən yerə gedərək Ayxanla görüşmüş və az sonra özü də onların Ayxanla görüşdüyü Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən Araz marketin qarşısında görüşmüşdür. Görüş zamanı Ayxan bir daha bacısı və oğluna , tanışı vasitəsilə Yasamal rayonu ərazisində tikilmiş sosial evlərdən 4-cü mərtəbədə 3 otaqlı mənzili 30 il müddətinə ayda 270 manat ödəməklə ilkin ödəniş 6700 manat olmaqla təşkil edə biləcəyini demiş və o, bacısı, oğlu Habil onların ev satan şəxslə görüşməsinin təşkil edilməsini xahiş etmişlər. Lakin, Ayxan bunun mümkün olmadığını, tanışının heç kimlə görüşmək istəmədiyini, yalnız sənədləşmə zamanı onlarla görüşəcəyini demişdir. Hətta özünün Xəzər TV-də, (əvvəl ATV-də işlədiyini deyirdi) qardaşının DTX-da, anasının müəllimə, atasının Bələdiyyə sədri işlədiyini deyərək onun kimsə tərəfindən aldadılmasının mümkün olmadığını, sadəcə həmin evin yaxın dosta və qohuma qismət olmasını istəməsindən danışmışdır. Bundan sonra onlar ilkin ödəmə adı ilə deyilən 6700 manat pulu ödəməyə razılıq vermiş,lakin bu pulların notarial qaydada rəsmiləşdirilməsini istəmişlər.Bundan sonra onlar ayrılıb getmiş və axşam radələrində Ayxan ona zəng edərək guya Türkiyədə olduğunu və onun üçün 400 manat pul göndərilməsini istəmiş və o, da bu barədə bacısı oğlu Habilə demiş, sonuncu anasının vasitəsilə Ayxanın bank kartına 200 manat pul göndərmişdir. xx.xx.2021-ci il tarixdə sat 12 radələrində bacısı oğlu Habillə birlikdə Ayxanla Nərimanov rayon ərazisində görüşərək 21 saylı notariat kontoruna daxil olub onunla kredit müqaviləsi bağlamaqla Habil ona 6500 manat pul vermişdir. Pulu alandan sonra Ayxan uzağı bir ay ərzində evin sənədləşməsinin baş tutacağına söz verib onları arxayın etmiş və nəticədə onları aldatmışdır. Şahid8, daha sonra ifadəsində qeyd etmişdir ki, Ayxanı Bakı şəhərində onun sifarişi ilə onlarca əyləncə mərkəzlərinə aparmış, bankomatlardan ona göndərilən pulların götürülməsinin şahidi olmuş, bu kimi hərəkətləri yerinə yetirməsi üçün saatlarla onu gözlətmişdir. Bir neçə dəfə Nərimanov, Binəqədi rayon ərazilərindəki “Kapital bank”a aid bankomatlardan 800 manat və artıq məbləğlərdə pulları çıxarıb onun avtomobilinə atmış və sonra götürmüşdür. Valideynlərinin yaşadığı Binəqədi rayonu “Oba MTK”-nın binasına, “Baxçalı saray” adlanan istirahət mərkəzinə, Hava limanına onu dəfələrlə aparmışdır. Bir neçə dəfə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi “Kirov qəsəbəsi) adlanan yerdən bir qadının verdiyi 200 ABŞ dolları pulu alıb ona çatdırmışdır. Ayxanın bacısı oğluna vəd verdiyi bir ay vaxt keçdikdən sonra şəxsən özü bu barədə soruşmuş və bir az səbirli ol deyə cavab vermişdir. İki ay vaxt keçdikdən sonra təkrar işin nəticəsini soruşmuş və bundan sonra onun avtomobilindən taksi kimi istifadə etməmiş və zənglərinə cavab verməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, ünvan 27 ünvan, ünvan 28arət mənzil sahəsi vardır. Həmin mənzili 2019-cu ilin sonlarında almış və anası X6 adına sənədləşdirmişdir. Özünün yaşayış yeri olduğundan və anası Fəridə Bağırova da onunla yaşadığından həmin mənzil sahəsini kirayəyə vermək qərarına gəlmiş, adını xatırlamadığı ev alqı-satqısı agentliyi ilə məşğul olan şəxsə məlumat vermişdir. 22 dekabr 2020-ci ildə makler onu Ayxan adlı şəxslə tanış etmiş və həmin şəxsin ona aid evdə kirayə yaşamaq istədiyini bildirmişdir. Ayxan adlı şəxslə tanış olmuş və sonuncu özünü Xəzər TV-nin işçisi, Xoşqədəm Hidayət qızı ilə birgə işləyən şəxs kimi təqdim etmiş və onun normal iş sahibi olduğunu güman edərək onunla müqavilə bağlamış və həmin aydan Ayxan ona 600 manat kirayə haqqı ödəməyə başlamışdır. Tanışlıq zamanı Təqsirləndirilən şəxs valideynləri və qardaşı barədə danışmış və onların 8-ci km-qəsəbəsində kirayədə qaldıqlarını demiş, özünün subay olduğunu və sərbəst yaşamaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının ikinci yarısına kimi onun evində kirayə yaşayıb mənzili tərk etmişdir. Ondan sonra hansısa səbəbdən onunla telefon əlaqəsi olmuş 2021-ci ilin aprel ayından sonra onunla heç bir əlaqəsi, ünsiyyəti olmamışdır. Onun vətəndaşlara qarşı dələduzluq etməsi səbəbindən həbs olunduğunu istintaq orqanına dəvət olunarkən bilmiş, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu mülkiyyətində olan mənzildə kirayədə yaşaması səbəbindən tanımışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi “Oba MTK” tərəfindən inşa olunmuş 17 mərtəbəli 1A saylı yaşayış binasının 7-ci mərtəbəsində 29-cu mənzil, 88m2sahəsi olan 2 otaqlı evi vardır. Həmin mənzil sahəsini təxminən 2009-cu ildən “Standart”bank vasitəsilə ipoteka yolu ilə 56.000 manata almış “Standart” bank ləğv olunduqdan sonra “Acsess”bankla ödənişlərini davam etdirmiş və bir neçə il müddətinə ödənişlərini edib mənzilə rəsmi çıxarış almışdır. Mənzili aldıqdan sonra bir il müddətində orada təmir işləri aparmış və 2010-cu ildən oranı müxtəlif şəxslərə kirayəyə verməyə baçlamışdır. 2021-ci ilin 13 yanvar tarixindən həmin mənzili X32 adlı şəxsə aylıq 400 manat olmaqla kirayəyə vermiş, Aydın adlı cavan oğlanla müqavilə bağladıqdan sonra Aydangül adlı anası, İsmayıl adlı atası ilə tanış olmuşdur. Aydangülün hansısa orta məktəbdə müəllimə işlədiyini, İsmayıl kişinin isə Binəqədi bələdiyyəsində hansısa işdə işlədiyini bilmişdir. Onların Ayxan adlı oğlanlarını görməsə də qardaşı Aydından onun hansısa televiziyada çalışdığını eşitmiş, Təqsirləndirilən şəxs adlı övladlarının olduğunu bilsədə onu görməmiş və həmin şəxsin dələduzluq etməsinə görə həbs olunmasını istintaqa dəvət olunarkən eşitmişdir. Lakin, Ayxanın qardaşı Aydın oğlu Elşənə Ayxanın onları ziyana salması səbəbindən evlərini satdıqlarından danışdığını ona demişdir. Onların kirayədə yaşadıqları mənzil onun mülkiyyətimdədir, qızı X24 adınadır, onlarla heç bir qohumluq əlaqələri mövcud olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin yay aylarından tanımışdır. Belə ki, həmin ərəfədə anası Minayə ilə dayısı arvadı Vaqifin arvadı Xəzəngül arasında teztez narazılıqlar baş verməsinin səbəbi ilə maraqlanarkən ona məlum olmuşdur ki,Ayxan İradə adlı dərzi qadının vasitəsilə anası və dayısı arvadından külli miqdarda pullar alıb ələ keçirmişdir. Dayısı Vaqifin (arvadı xazangül) X43 adlı xərçəng xəstəsi oğlu olduğundan onun müalicəsi üçün uzun müddət bu sahənin uzmanı olan həkim aramış, xəstəliyinin qarşısının alınması üçün aylıq kurs müalicələri aparılmışdır. Həmin vaxt Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan İradə adlı dərzi Ayxan adlı şəxsi anası Minayə və dayısı arvadı Xazangüllə tanış etmiş və Ayxan Türkiyədə xərçəng xəstəliyini müalicə edən güclü həkim dostları var və şəxsən onun zəngi və tapşırığı ilə həmin xəstəni Türkiyədə qəbul edib onu əməliyyat edəcəkləri, lakin bunun üçün pulun qabaqcadan verilməsinin şərt olduğunu deməklə dayısı arvadı Xəzəngüldən xeyli miqdarda pul almış və xəstəni Türkiyə Respublikasına göndərmişdir. Onun hava limanında qarşılanacağını desə də xəstəni orada kimsə qarşılamamış, iki sutka orada qalmış və məlum olmuşdur ki, Ayxan onları aldatmışdır. Bakı şəhərində yaşayan qohumları ilə əlaqə saxlamaqla yenidən onlara əməliyyat üçün əlavə hansısa məbləğdə pul göndərilmiş və iki aydan sonra xəstə Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərində İradənin vasitəsilə Ayxana verilmiş pulların qaytarılması tələb olunduqda Ayxan İradəyə adında hansısa obyektin olduğunu, həmin obyektin 340.000 manat qiymətinin olduğunu, sənədləşdirilməsi üçün məhkəmə qaydasında çalışdığını, yaxın günlərdə külli miqdarda pul əldə edib ona verilən pulları qaytarmasına söz versə də növbəti dəfə onları aldatmışdır. Bundan başqa, adında məhdudiyyət olduğunu bəhanə edərək guya bankdan pul götürə bilmədiyini, məhdudiyyətin aradan qaldırılması üçün anasından müəyyən məbləğdə pullar aldığını eşidib Ayxanın mobil nömrəsinə zəng etməklə onunla görüşmək istəsə də Ayxan onu yaxın günlərdə bankdan pul əldə edəcəyinə, məhdudiyyətin aradan qaldırılmasına köməklik göstərməsini xahiş etmişdir. Ayxana inanaraq qohum tanışlardan 9.000 manat əldə edib 2019-cu ilin payız aylarında ona vermişdir. Lakin, sonradan onun bir neçə şəxsləri bu üsulla aldatdığı ona məlum olduqda pulların qaytarılmasını tələb etmiş, Ayxan onun kart hesabına hissələrlə 8.000 manat pul göndərmişdir. Birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs8 onun bacısıdır. 2019-cu ilin sentyabr ayında bacısı İradə onun yaşadığı ünvana gələrək ondan 3.000 manat məbləğində borca pul istəmişdir. Bacısının dərzi işində çalışdığını və həmin pulun bu sahəyə yönəldə biləcəyini düşünərək heç nə soruşmadan istədiyi məbləği bacısına borc olaraq vermişdir. Aradan təxminən bir ay vaxt keçmiş bacısı İradə təkrar onun evinə gələrək bir ay müddətində qaytaracağına söz verməklə ondan əlavə 5.000 manat məbləğində borca pul istəmişdir. Həmin pulun nə üçün lazım olduğunu dedikdə bir nəfərə borcu olduğunu demiş və bacısının xatirinə evində olan 5.000 manatı da yaşadığı evdə İradəyə vermişdir. Aradan xeyli müddət keçsə də bacısı İradədən pulunu istəyə bilməmiş, lakin 2021-ci ilin avqust ayında ondan imkanı olduqda kiçik məbləğlərlə qaytarmasını xahiş etmişdir. Lakin, bacısı ona danışmışdır ki, Təqsirləndirilən şəxs adlı ,əvvəllər onun məhləsində yaşayan Xəzər TV-nin aparıcısı, Xoşqədəm xanımın adından ondan borc adı ilə bir neçə dəfə pul almış, Türkiyə Respublikasından qayıtdıqdan sonra artıqlaması ilə qaytaracağını vəd etməklə onun özündəndə külli miqdarda pul almış, hətta həmin pulların bir hissəsini də İradə digər bacısı Nazirədən alıb ona vermişdir. Bacısı Nazirə ilə əlaqə saxlamış və məlum olmuşdur ki, Məmmədli onu da aldadaraq ondan da külli miqdarda pullar almışdır. Hətta bacısı İradədən ona məlum olmuşdur ki, Ayxan İradənin qonşusu Afaq və qızı Akifə adlı seyid ailəsini də aldatmış, onlardan da ayrı-ayrılıqda külli miqdarda pullar almış, verdiyi vədə əməl etmədiyindən Akifə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Bacısı İradə bildirmişdir ki, Ayxan onlarla görüşdən yayınır, zənglərinə cavab vermir, yalnız telefonda yalandan vədlər verir ki, guya onun hansısa külli miqdar təşkil edən dəyərdə obyektini satıb aldığı pulları verəcəkdir. Buna baxmayaraq Ayxan adlı şəxs hər iki bacısını, seyid ailəsini və başqalarını aldatmış, hər hansı məbləğdə pul qaytarmamışdır. Şahid4, həmçinin qeyd etmişdir ki, İradə onun bacısıdır, ona borc vermişdir, Ayxan adlı şəxs onun deyil bacısının etibarından sui-istifadə etmişdir, həmin pulların Ayxana veriləcəyindən qabaqcadan məlumatı olmamışdır. 8.000 manat pulu ona bacısı qaytaracağına öhdəlik götürdüyündən bacısı Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanınmasına etiraz etmir. Birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs8 ilə aralarında qohumluq münasibətləri vardır, İradə onun baldızının gəlini sayılır. Bir-birilərinin xeyir, şərində iştirak edib qohumluq münasibəti saxlamış, 2021-ci ilin yanvar ayının sonlarında İradə onun yaşadığı ünvana gələrək ona təcili 3.000 manat məbləğində borca pul lazım olduğunu demiş və qohum olduqlarına görə onun xahişini yerinə yetirərək yaşadığı evdə 3.000 manat məbləğində pulu İradəyə borca vermişdir. Təxminən 10 gün sonra, yəni 2021-ci ilin fevral ayının ilk həftəsində İradə yenə onun evinə gələrək problemlərinin olduğunu deməklə ağlayıb ondan 500 manat əlavə borca pul istəmiş və o, həmin məbləği də evində İradəyə vermişdir. Təxminən aradan bir həftə keçmiş İradə təkrar onun evinə gələrək ondan borca pul istədikdə nə baş verdiyini soruşub problemləri ilə maraqlanmış, İradə bildirmişdir ki, bir nəfər şəxs ondan xeyli miqdarda pullar almış və həmin pulların qaytarılması üçün mülkünü sənədləşdirib satmaq üçün maddi dəstək olması üçün ona pul lazım olduğunu dedikdə evində sonuncu qalan 200 manat çörəkpulunu gətirib İradəyə vermişdir. Aradan təxminən 2 ay keçmiş ona vacib pul lazım olduğundan qohumu İradənin evinə getmiş və pulunun qaytarılmasını ondan xahiş etdikdə İradə ağlayıb Ayxan adlı dələduz bir nəfərə rast gəldiyini, həmin şəxsin onun özündən külli miqdarda pul aldığını, həmin pulların qaytarılması adı ilə obyektinin guya satılmasına köməklik edilməsi adı ilə qohum əqraba, dost-tanışdan da aldığı pulları ələ keçirib qaytaracağını desə də ondan qaçıb gizlənmişdir. İradənin vəziyyətini başa düşüb ona inanmış və evinə qayıdıb gözləməli olmuş, sonra ona məlum olmuşdur ki, İradə özü və başqaları Təqsirləndirilən şəxs adlı şəxsdən şikayət etmiş, Binəqədi RPİ-də Ayxanın barəsində cinayət işi başlanılaraq həbs olunmuşdur. O, özü Ayxanı şəxsən tanımamış, pulu İradəyə borca vermiş və İradədən hər hansı şikayəti, tələbi yoxdur, imkanı olduqda, yaxud Ayxan ona vurmuş olduğu maddi ziyanı ödədikdə onun borcunu qaytaracağına ümid edir. Birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan edilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs8 onun arvadıdır və onunla birlikdə ünvan 29 ünvanda yaşayırlar. Özü təmir-tikinti işləri üzrə usta işləyir, İradə isə 1988-ci ildən dərzi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs 2019-cu ilin mart ayından tanımışdır. Arvadı İradədən bildiyinə görə Ayxanın bacısı Şəbnəm onun yanında dərzi sənədini öyrənmək üçün bir neçə ay şagir kimi çalışmış və gəlib getmişdir. Ayxanın özü valideynləri ilə onların qonşu məhəlləsində yaşamalarını arvadından eşitmişdir. Buna baxmayaraq onu və ailə üzvlərini o,yaxından tanımamışdır. Tikinti işləri ilə məşğul olduğundən səhər evdən çıxıb axşam evinə dönmüşdür. İradə isə ümumi həyətdə ayrıca olan dərzi otağında müştərilərini qəbul edib yola salıb, ailənin işləri ilə məşğul olmuşdur. Ayxan isə həmin vaxtlar onlara gəlib bacısını qarşılayıb aparmış və həmin vaxtlar onunla qarşılaşmışdır. 2019-cu ilin mart ayında Ayxan onlara gəlib gedərkən arvadı İradəyə “Xəzər TV-də “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm xanımla birgə çalışdığın, onun produsseri, gah da mühafizəçisi olduğundan danışmışdır. Hətta ,ondan xahiş olunan istənilən işi yerinə yetirə biləcəyindən danışmış və bu kimi işlər barədə ondan xahiş edilə biləcəyini demişdir. Bakı şəhərində yüksək vəzifəli şəxslərlə yaxın dostluğunun olduğu, prezidentin sürücüsünün qızı ilə nişanlandığından danışıb lovğalanmışdır. 2019-cu ilin mart ayında Ayxn bizə gələrək Xoşqədəm xanımla Türkiyə Cumhuriyyətinə gedəcəkləri və Xoşqədəm xanıma 10.000 ABŞ dolları məbləğində pul lazım olduğunu, qayıdarkən pulunu artıqlaması ilə qaytaracağını bildirmiş, and-aman etmişdir ki, bir neçə günə qayıdan kimi pulu qaytaracaq, şəxsən özü buna cavabdehlik daşıyır, Xoşqədəm xanım xeyirxah insandır, hamıya əl tutan adamdır. Arvadı İradə özünün dərzi işi ilə rayondakı evini təmir etdirmək üçün yığdığı 17.000 manat pulu onun iştirakında Ayxana vermişdir.2019-cu ilin iyul ayında İradənin evdə adına bank sənədlərinin olduğunu gördükdə nə üçün bankdan 6.000 manat kredit götürdüyünü soruşduqda İradə həmin pulu “Access Bank”-dan kreditə götürdüyünü və Ayxana verdiyini, bundan əvvəl də Ayxana 5.000 manat pul göndərdiyini etiraf etmiş, hətta İradənin xx.xx.2019-cu il tarixədək Ayxanın İradədən 49.500 manat pul aldığı onun yazmış olduğu əlyazmadan ona məlum olmuşdur. Həmin əlyazmanı oxuyarkən məlum olmuşdur ki, Ayxanın İradədən almış olduğu pulların guya Xoşqədəm xanımda olduğu və onun tərəfindən 10 gün müddətinə qaytarılacağı qeyd olunmuşdur. Ayxanın arvadından bu məbləğdə pullar aldığını bildikdən sonra əsəbi vəziyyətə düşmüş və arvadı İradəyə nədən bu pulları ona verdiyini soruşduqda İradə Xoşqədəm xanımın ona səsli mesaj yazıb onu əmin etməsi və pulun onda olmasını deməsindən sonra pulları verdiyini bildirmişdir. 2019-cu ilin oktyabr ayında isə məlum oldu ki, Ayxan artıq arvadı İradədən 65.000 manatdan artıq pul alıb. Bu pulları arvadı özünün, qohum əqrəbadan borca alıb və Ayxan inadırıb ki, guya hansısa obyektini satıb onun bütün pullarını verəcəkdir. Lakin, 2021-ci ilin mart ayında onun evinə gəlib gedən qohum əqraba, tanışlardan məlum olmuşdur ki, İradənin vasitəsilə Ayxana pul vermiş, sonuncu onlardan birinə sosial ev almaq, digərinə iş düzəltməyi, başqa birinin xəstəsini müalicə etdirəcəyi adı ilə külli miqdarda pullar almışdır. Hətta ona məlum olmuşdur ki, Ayxan onlardan başqa qonşuluqda yaşayan Mir Sədi zadə Afaq, Mirsədizadə Akifə adlı seyidləri də aldadıb onlarında külli miqdarda pulunu ələ keçirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs5 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş və sonuncu zərərçəkmiş şəxsin göstərmiş olduğu xüsusatları etiraf etmişdir. ( cild 1, iş vərəqə:107-111) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs6 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş və sonuncu zərərçəkmiş şəxsin göstərmiş olduğu xüsusatları etiraf etmişdir. (cild 1, iş vərəqə:102-106) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs8 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs8 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş və sonuncu zərərçəkmiş şəxsin göstərmiş olduğu xüsusatları etiraf etmişdir. (cild 3, iş vərəqə 113-122) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs7 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs7 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş və sonuncu zərərçəkmiş şəxsin göstərmiş olduğu xüsusatları etiraf etmişdir. (cild 3, iş vərəqə:119-123) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs7 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş və sonuncu zərərçəkmiş şəxsin göstərmiş olduğu xüsusatları etiraf etmişdir. (cild 3, iş vərəqə:124-127) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs2 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş və sonuncu zərərçəkmiş şəxsin göstərmiş olduğu xüsusatları etiraf etmişdir. (Cild 3, iş vərəqə:132-134) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs10 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs10 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş və sonuncu zərərçəkmiş şəxsin göstərmiş olduğu xüsusatları etiraf etmişdir. (Cild 3, iş vərəqə:128- 131) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs1 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş və sonuncu zərərçəkmiş şəxsin göstərmiş olduğu xüsusatları etiraf etmişdir. (cild 3, iş vərəqə:140-143) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs11 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs11 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş və sonuncu zərərçəkmiş şəxsin göstərmiş olduğu xüsusatları etiraf etmişdir. (cild 3, iş vərəqə: 151- 154) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs3 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş və sonuncu zərərçəkmiş şəxsin göstərmiş olduğu xüsusatları etiraf etmişdir. (cild 3, iş vərəqə:136-139) İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs9 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs9 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş və sonuncu zərərçəkmiş şəxsin göstərmiş olduğu xüsusatları etiraf etmişdir. (cild 3, iş vərəqə:146-150) İş materiallarında olan 20 sentyabr 2021-ci il tarixli götürmə protokolu ilə Zərərçəkmiş şəxs5 tərəfindən xx.xx.2020-ci il tarixdə ünvan 30 ünvanda yerləşən MilliÖn elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs olan anası X13“Kapital Bank”a aid 3**********0186309115 nömrəli bank hesabına 100 AZN, xx.xx.2021-ci il tarixdə özünə məxsus “Kapital bank”a məxsus ******************** kart hesabına həmin ünvandakı Milliön ödəmə sistemi vasitəsilə 1300 manat pul ödəməsi, 29.03.21-ci il tarixli müqaviləyə əsasən bakı şəhəri, ünvan 31 ünvanda yerləşn vət. Zamanov Elçin sabir oğluna məxsus lombarda 1 qolbağ, 750 əyyarlı, 35,56 qram, 2 ədəd üzük-750 əyyarlı-28,85 qram, 2 ədəd kəmər 583 əyyarlı-38,38 qram zinyət əşyaları bir ay müddətinə girov qoyulmaqla 5.500 manat pul götürülərək 330 manat faiz öhdəliyi götürülməsi, xx.xx.2021-ci il tarixdə ünvan 32 ünvanda yerləşən fiziki şəxs X19 məxsus lombarda 1 üzük, 2sep,1 üzük, sırğalar girov qoymaqla 900 manat pul götürülməsi, xx.xx.2021-ci il tarixdə Binəqədi rayonu,M.Ə.Rəsulzadə qəsəbəsi 17 A ünvandakı Milliön ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs məxsus “Kapital bank”a aid ******************** kart hesabına 3.200 manat pulun ödənildiyi öz təsdiqini tapmışdır. (cild 1, iş vərəqə:46-63) İş materiallarında olan 24 sentyabr 2021-ci il tarixli götürmə protokolu ilə iş üzrə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs8 49.500 manat pul alması və pulu Xoşqədəm Hidayətqızına verməsi, xx.xx.2019cu il tarixədək həmin pulları qaytaracağına dair yazılı öhdəliyi, 22 avqust 2017-ci il tarixli İlkin alqı-satqı barədə razılaşma müqaviləsinin surəti, Zərərçəkmiş şəxs8 “Access”bankdan 6.000 manat məbləğində kredit götürməsinə dair kredit cədvəli, Zərərçəkmiş şəxs8 adından Xoşqədəm Hidayətqızına aid olduğunu etimal etdiyi ***-***-**-** mobil nömrəsinə pulun qaytarılmasına dair yazmış olduğu mesajlar 2019-cu ilin mart ayından 2021-ci ilin 23 fevral tarixinədək mütəmadi olaraq Təqsirləndirilən şəxs “Kapital bank”a aid ******************** kart hesabına, eləcə də onun göndərmiş olduğu kart hesablarına mədaxil olunmuş pul vəsaitlərinin ödəniş qəbzləri ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda əmlakını ələ keçirməsi öz təsdiqini tapmışdır. (cild 1, iş vərəqə:140- 182) İş materiallarında olan 26 noyabr 2021-ci il tarixli "xxxx" QSC-dən daxil olmuş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs 23 mart 2019-cu il tarixdən 11352024 qeydiyyat nömrəsi ilə sistemdən qeydiyyatdan keçdiyi və 20 sentyabr 2021-ci il tarixədək 485.206(dörd yüz səksən beş min iki yüz altı) manat məbləğində depozit etmiş və həmin müddət ərzində isə 139.013.90 (bir yüz otuz doqquz min on üç manat doxsan qəpik) çıxarış etmişdir. (Cild 2, iş vərəqə:165) İş materiallarında olan Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022ci il tarixli mülki iddia ərizəsindən görünür ki, o, 65.950 manat məbləğində maddi ziyanın, həmçinin, 287,85 manat məbləğində dövlət rüsumu üçün ödənilmiş pulun Təqsirləndirilən şəxs tutularaq, ona ödənilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs6 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022ci il tarixli mülki iddia ərizəsindən görünür ki, o, 23.530 manat məbləğində maddi ziyanın, həmçinin, 160,59 manat məbləğində dövlət rüsumu üçün ödənilmiş pulun Təqsirləndirilən şəxs tutularaq, ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin vəsatətlərinə əsasən, təqsirləndirilən şəxsin vurulmuş ziyanın əksər hissəsini ödəməsi ilə bağlı iddialarını nəzərə alaraq, Təqsirləndirilən şəxs (AA*******, fin: xxxxxxx) Kapital banka aid olan “**********734579” nömrəli “birkart” və digər hesablarından 2019-cu ildən başlayaraq, həbs edildiyi xx.xx.2021-ci il tarixədək, kimlərə məxsus hesablara və hansı məbləğdə pul köçürməsi barədə məlumatların məhkəməyə təqdim edilməsinə dair qərar qəbul edərək, aidiyyatı üzrə göndərmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-638/2022 saylı qərarı icra edilərək, "xxxx" Bank ASCnin xx.xx.2022-ci il tarixli məktubu ilə Təqsirləndirilən şəxs bank əməliyyatlarına dair məlumatlar məhkəməyə göndərilmiş, lakin, həmin məlumatlarda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar xüsusatlar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60 maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafisinə təminat verilir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi müəyyən edir (Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 10-36-cı maddələrində göstərilmiş cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri: Cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən edir; İnsan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir; Hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafıq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfındən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir.Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəllsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarı). Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3, 349.4 və 349.5-ci maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndinə əsasən, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası belə hesab edir ki, məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya baxışı zamanı yanlış olaraq ittiham hökmünün çıxarılmasına təkid etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin, zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqlarını əldə edərkən, hər hansı öhdəliyini yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqları əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Birinci instansiya məhkəməsi mövcud sübutlara qiymət verərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2.-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi, hərəkətlərində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2.-ci maddəsinin dispozisiyasında ehtiva olunan dələduzluq cinayəti kimi qiymətləndirilməməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətindədir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə, yəni dələduzluq etməməsi, özgənin əmlakını mənimsəməməsi, zərərçəkmiş şəxslərlə aralarında borc münasibətləri olmaları, əməlin mülki xarakterli mübahisə olması barədə şikayətin dəlillərinə tənqidi yanaşaraq hesab edir ki, göstərilənlər işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi qismən məhkəmə istintaqında hərtərəfli araşdırılmış, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdıraraq, sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmiş və işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə müqayisəli şəkildə qiymət verərək, Təqsirləndirilən şəxs təqsirinin təsdiq edildiyi qənaətinə əsaslı olaraq gəlmişdir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığına, həmin tərkiblə əhatə olunduğuna görə bu maddə ilə düzgün tövsif edilmişdir. Apellyasiya şikayəti və əlavənin dəlillərində təqsirləndirilən şəxsin əməlində dələduzluq cinayəti tərkibi olmaması, onun zərərçəkmiş şəxslərlə aralarında borc münasibətləri olması, əməlin mülki xarakterli mübahisə olması iddia olunsa da, lakin bununla bağlı kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərdən pulu almadan öncəki niyyəti həmin məbləğlərin əvəzsiz olaraq ələ keçirmək olmuşdur ki, onun əməlini pərdələmək üçün həmin şəxslərlə borc müqaviləsi bağlaması sadəcə dələduzluğun üsulu kimi çıxış edir və bu halda əməl mülki mübahisə kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə məhkəmə hökmü Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə hüquqi tövsifinə dair hissədə cinayət işinin materiallarına tam uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların analizi belə qənaətə gəlməyə tam əsas verir və həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bununla belə, Müdafiəçi3 tərəfindən təqdim olunmuş Zərərçəkmiş şəxs8 ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsinə etiraz etmədiyini bildirmişdir. Bununla belə, Müdafiəçi3 tərəfindən təqdim olunmuş Zərərçəkmiş şəxs5 ərizəsində Təqsirləndirilən şəxs mülki iddiadan başqa heç bir tələbi və şikayəti olmadığını, onunla barışdığını, onun azadlığa buraxılmasına etiraz etmədiyini bildirmişdir. Həmçinin, işin faktiki hallarından müəyyən edilir ki, cinayət hadisəsinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı törədilən cinayət epizodu 01 fevral 2021-ci il tarixdə, Zərərçəkmiş şəxs11 qarşı 4.500 manat məbləğində və 3.000 manat məbləğində ziyan vurulması törədilən cinayət epizodları fevral 2021-ci il tarixdə, Zərərçəkmiş şəxs9 qarşı 4.000 manat məbləğində ziyan vurulması törədilən cinayət epizodu 2021-ci ilin aprel ayının 1-ci yarısında, 1.000 manat məbləğində ziyan vurulması törədilən cinayət epizodu, 2021-ci ilin may ayının 1-ci yarısında, 3.450 manat məbləğində ziyan vurulması törədilən cinayət epizodu 01 iyun 2021-ci il tarixdə baş vermişdir. Belə ki, Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin: 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1. maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 39.1.3. maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə kollegiyası belə hesab edir ki, müdafiə tərəfi bəraət istədiyi üçün cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş epizodlar üzrə icraata xitam verilə bilməz. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin məcəllənin 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1. bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarına əsasən, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, qeyd edilən epizodlar sadə tərkib kimi, Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə əhatə olunduğundan, hər bir əməli ayrılıqda götürdükdə, həmin epizodlar üzrə 2 (iki) illik cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizodlarla bağlı ona cəza təyin olunmamalıdır. Həmçinin, hökmdən göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, cinayət işi üzrə vurulmuş ziyanı qismən ödəməsini, onun səhhətini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd etmişdir. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(101)-638/2022 saylı hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası endirilməli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, 01 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı 4.590 manat məbləğində ziyan vurulması ilə bağlı törədilən cinayət epizodu, fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs11 qarşı 4.500 manat məbləğində və 3.000 manat məbləğində ziyan vurulması ilə bağlı törədilən cinayət epizodları, 2021-ci ilin mart ayının 2-ci yarısında Zərərçəkmiş şəxs9 qarşı 4.000 manat məbləğində ziyan vurulması ilə bağlı törədilən cinayət epizodu, 2021-ci ilin may ayının 1-ci yarısında Zərərçəkmiş şəxs9 1.000 manat məbləğində ziyan vurulması ilə bağlı törədilən cinayət epizodu, 01 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs9 3.450 manat məbləğində ziyan vurulması ilə bağlı törədilən cinayət epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Təqsirləndirilən şəxs həmin epizodlar üzrə cəza təyin olunmamalı, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək yeni hökm və ya qərarı çıxarmağa, həmin Məcəllənin 398.1.4. maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2, 39.3, 42.1.2, 40.3, 43.1.2, 347, 349-353, 356, 397.1, 397.2, 398.1.2, 401 və 407-ci maddələrini rəhbər tutaraq, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 1(101)- 638/2022 saylı hökmü dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1, 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən 01 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı 4.590 manat məbləğində ziyan vurulması ilə bağlı törədilən cinayət epizodu, fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs11 qarşı 4.500 manat məbləğində və 3.000 manat məbləğində ziyan vurulması ilə bağlı törədilən cinayət epizodları, 2021-ci ilin mart ayının 2ci yarısında Zərərçəkmiş şəxs9 qarşı 4.000 manat məbləğində ziyan vurulması ilə bağlı törədilən cinayət epizodu, 2021-ci ilin may ayının 1-ci yarısında Zərərçəkmiş şəxs9 1.000 manat məbləğində ziyan vurulması ilə bağlı törədilən cinayət epizodu, 01 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs9 3.450 manat məbləğində ziyan vurulması ilə bağlı törədilən cinayət epizodu üzrə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ilə endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hökmdən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən edilmiş müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elbəy Allahverdiyev Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(103)-162/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-162/2023
03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver