Məhkəmə qərarları › İş №1(103)-1631/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1631/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1631/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi – X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X3, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – “Verdiktum” Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2024cü il tarixli, 1(101)-180/2024 saylı hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 1(101)-180/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 05 oktyabr 2022-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, iş üzrə mülki iddianın və müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmışdır. Hökmlə eyni zamanda, maddi sübut və ekspertiza xərci məsələləri də həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2022-ci il tarixdə səhər saat 10 radələrində idarə etdiyi “Opel” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində “İnşaatçılar” metrostansiyası yaxınlığında hərəkətdə olarkən həmin vaxt eyni istiqamətdə hərəkətdə olan qara rəngli “BMW X5” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs yol ayrıcında onun qarşısına çıxıb hərəkətinə mane olduğu üçün aralarında yaranmış mübahisə zamanı sonuncunun onu nalayiq ifadələrlə təhqir edərək ərazidən uzaqlaşmasından sonra Zərərçəkmiş şəxs təqib etmək imkanı olmamış, 04 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində “Turbo.az” internet səhifəsində satışda olan avtomobillərə baxarkən Zərərçəkmiş şəxs istifadəsində olmuş həmin avtomobilin satışda olmasını gördükdə sonuncunun üç gün əvvəl şəxsi münasibətlərin pozulması zəminində onu nalayiq ifadələrlə təhqir etməsi səbəbindən qərəzli münasibət fonunda qisas almaq niyyəti Zərərçəkmiş şəxs elanda yerləşdirilmiş mobil telefon nömrəsinə zəng edərək avtomobilə baxmaq adı ilə görüş təyin etmiş, həmin gün Zərərçəkmiş şəxs ilə görüşdükdən sonra saat 21:30 radələrində Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, 74 saylı binanın qarşısına gətirib qisas almaq məqsədilə niyyətini həyata keçirmək üçün üzərində olan məişət təyinatlı bıçaqla Zərərçəkmiş şəxs çoxsaylı zərbələr vuraraq insan həyatı üçün təhlükəli olan, xəsarət yetirildiyi andan ölümünə səbəb ola biləcək həyati əhəmiyyət kəsb edən orqanların yerləşdiyi istiqamət üzrə döş qəfəsinin sol yarısının ön səthində döş sümüyü yanı xətt üzrə V qabırğa proyeksiyası səviyyəsində bir ədəd sol döş boşluğuna nüfuz edən və döş qəfəsinin sağ yarısının arxa səthində onurğayam xətt üzrə Vİİİ qabırğa proyeksiyası səviyyəsində bir ədəd sağ döş boşluğuna nüfuz edən deşilmişkəsilmiş yarası kimi dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, burun nahiyəsində bir ədəd, sağ qulaqarxası nahiyədə bir ədəd, sağ təpə nahiyəsində bir ədəd, sol təpə nahiyədə iki ədəd, sol körpücüküstü nahiyədə bir ədəd, sol bazunun yuxarı 1/3nin ön səthində üç ədəd, sol bazunun yuxarı 1/3-nin bayır səthində dörd ədəd, sol kürək nahiyəsində daxilə nüfuz etməyən üç ədəd, döş qəfəsinin sol yarısının arxa səthində onurğayam xətt üzrə İİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sol yarısının arxa səthində onurğayam xətt üzrə Vİİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sol yarısının arxa səthində kürək xətt üzrə X qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən iki ədəd, döş qəfəsinin sol yarısının yan səthində arxa qoltuqaltı xətt üzrə Vİİİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində onurğayam xətt üzrə İİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sağ yarısınını arxa səthində onurğayam xətt üzrə Vİİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, sol bel nahiyəsində iki ədəd, sol budun yuxarı 1/3-nin bayır səthində bir ədəd deşilmiş kəsilmiş yarası kimi dərəcəsinə görə hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, lakin sonuncu vaxtında Mərkəzi Klinikaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən qəsdən adam öldürməyə yönəlmiş cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni, qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi X7 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 1(101)-180/2024 saylı hökmün dəyişdirilməsi, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməklə barəsində CM-nin 62-ci və 70-ci maddələri tətbiq edilməklə həbslə əlaqədar olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara birgə obyektiv qiymət verməyərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 29,120.1 maddəsi ilə tövsif edilərkən - cinayət qanunu norması düzgün tətbiq etməmişdir. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Bakı metropoliteninin İnşaatçılar stansiyası yaxınlığında hərəkətdə olarkən həmin vaxt eyni istiqamətdə hərəkətdə olan qara rəngli “BMW X5” markalı ** AR *** dövlət qeydiyyatlı avtomobil yol ayrıcında qarşısına çıxıb avtomobilini yol kənarına sıxışdırmışdır. O, həmin sürücüyə səs siqnalı verib nə etdiyini əli ilə işarə etdikdə, həmin avtomobili idarə edən cavan oğlan ünvanına nəlayiq ana söyüşünü söymüş və avtomobili sürətlə hərəkət etdirib oradan uzaqlaşmışdır. Avtomobilin arxasınca çata bilməmiş və avtomobil gözdən itmişdir. Buna baxmayaraq həmin avtomobilin nömrəsi onun yadında qalmışdır. “Turbo.az” saytında satışda olan avtomobillərə baxarkən təsadüfən bir neçə gün əvvəl ünvanına çox ağır nalayiq ana söyüşləri söymüş sürücünün idarə etdiyi “BMW X5” markalı ** AR *** dövlət qeydiyyatlı avtomobilin satışda olmasını görmüşdür. O, saytda avtomobili satışa qoyan Asim adlı şəxsin hazırda mobil telefon nömrəsinə zəng edib avtomobili almaq istədiyini, bunun üçün həm özü, həm də ağsaqqal atasının avtomobilə baxmalı olmasını demişdir. Həmin şəxs heç bir problem olmadığını, hara desə gələ biləcəyini bildirmişdir. O Asimə maşın almaq istədiyini demişdir. Asimlə kafenin yanında görüşmüşlər. Asimin yanında heç kim olmamışdır. Bundan sonra o, maşına göz gəzdirmiş və bir dəfə Asimlə birlikdə avtomobili kafenin ətrafında sürmüşdür. Bütün bunları Asimə özünü həqiqətən avtomobili almağına inandırmaq üçün etmişdir. O, Asimdən avtomobilə təkrar baxmaq üçün vaxtı olub-olmamasını soruşmuş, Asim də 30- 40 dəqiqə sonra kafedən çıxacağını bildirmişdir. Onlar razılaşmış və ona WhatsApp proqramı vasitəsilə «konum atacağım» və həmin yerdə gözləyəcəyimi, avtomobilə atasının da baxmalı olduğunu demişdir. Bir saatdan sonra Asimə «konum atmış Asim də məhlələrinə gəlmiş, aralarında anlaşılmazlıq yaranmışdır. O gələndə yanında dostları olmuş, həmin anda Asimə həmin hadisə barədə bildirməyini xatırlamır, anlaşılmazlıq nəticəsində onu bıçaqlamış, onları ayıran olmamışdır, bıçağı həmin gün götürmüşdür, Asimi qorxutmaq istəmişdir, Asimə zərbə vurarkən bıçağın dəstəyindən yox, tiyəsinin ucundan tutmuşdur ki, bıçaq Asimə dərin girməsin, onun Asimi öldürmək niyyəti olmamışdır, öldürmək istəsəydi sonuncunu maşında öldürərdi. İş üzrə keçirilmiş ekspertiza rəylərindən görünür ki, zərərçəkmiş şəxsə çox saylı zərərçəkmiş öldürmək fikrində olmuşdur. Həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Digər iki xəsarətlər ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olsa da həyat üçün vacib olan heç bir orqanları zədələməmişdir, həmin xəsartlər yalınz daxilə nüfüz etmişdir. Göründüyü kimi, hadisə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili zərəçəkmiş şəxs tərəfindən idarə olunan avtomobil yol ayrıcın da qarşısına çıxıb avtomobilini yol kənarına sıxışdırmış, həmin sürücüyə səs siqnalı verib nə etdiyini əli ilə işarə etdikdə, zərərçəkmiş şəxs onun ünvanına nəlayiq ana söyüşünü söymüş və avtomobili sürətlə hərəkət etdirib oradan uzaqlaşmışdır. Yəni bu hadisəyə səbəb zərərçəkmişin qanunsuz və əxlaqsız hərəkətləri olmuş, cinayət əməli zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında baş vermişdir. Bu hadisənin baş verməsinə zərərçəkmiş şəxs təşəbbüs göstərmiş və təqsirləndirilən şəxsin ünvanına nəlayiq ana söyüşü söymüşdür. Təqsirləndirilən şəxsnun Zərərçəkmiş şəxs qorxutmaq və cəzalandırmaq məqsədi ilə bıçaqla vurmuş, onu öldürmək niyyəti olmamışdır. Həqiqətən təqsirləndirilənin zərərçəkmişi öldürmək niyyəti olsaydı avtomobildə və ya elə hadisə yerində niyyətini həyata keçirə bilərdi. Çünki, hadisə yerində onun hərəkətlərinin qarşısını alan və ya ona mane olan olmamışdır. Qeyd edilənlərdən də görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsi həqiqəti əks etdirir. Cinayət işinin faktiki hallarından da məlum olur ki, həqiqətən Ələddin zərərçəkmişi etdiyi qanunsuz və əxlaqsız hərəkətlərinə görə sadəcə cəzalandırmaq istəmişdir. Təqsirləndirilənin qəsdən törədilən cinayət əməli üzrə niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəlməmişdir. Zərərçəkmişə yetirilən xəsarətlərin lokalizasiyası və xəsarətlərin ikisi daxilə keçsə də daxili orqanları zədələməməsi də qeyd etdikləmizi sübut edir. Lakin məhkəmə bu kimi xüsusatları nəzərə almamışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs tərəfindən idarə etdiyi avtomobil yol ayrıcında Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qarşısına çıxıb avtomobilini yol kənarına sıxışdırmış, həmin sürücüyə səs siqnalı verib nə etdiyini əli ilə işarə etməsinə iradının bildirmiş, daha sonra zərərçəkmiş şəxs onun ünvanına nalayiq ana söyüşünü söymərək əxlaqsız hərəkət etməsi nə ibtidai istintaq orqanı, nə də birinci instansiya məhkəməsi qiymət verməmişdir. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X6 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 1(101)- 180/2024 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlilləri Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməklə barəsində CM-nin 62-ci və 70-ci maddələri tətbiq edilməklə həbslə əlaqədar olmayan qərar qəbul edilməsindən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 29,120.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, idarə etdiyi “Opel” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində Bakı metropoliteninin İnşaatçılar stansiyası yaxınlığında hərəkətdə olarkən həmin vaxt eyni istiqamətdə hərəkətdə olan qara rəngli “BMW X5” markalı ** AR *** dövlət qeydiyyatlı avtomobil yol ayrıcında qarşısına çıxıb avtomobilini yol kənarına sıxışdırmışdır. O, həmin sürücüyə səs siqnalı verib nə etdiyini əli ilə işarə etdikdə, həmin avtomobili idarə edən cavan oğlan ünvanına nəlayiq ana söyüşünü söymüş və avtomobili sürətlə hərəkət etdirib oradan uzaqlaşmışdır. Avtomobilin arxasınca çata bilməmiş və avtomobil gözdən itmişdir. Buna baxmayaraq həmin avtomobilin nömrəsi onun yadında qalmışdır. “Turbo.az” saytında satışda olan avtomobillərə baxarkən təsadüfən bir neçə gün əvvəl ünvanına çox acır nalayıq ana söyüşləri söymüş sürücünün idarə etdiyi “BMW X5” markalı ** AR *** dövlət qeydiyyatlı avtomobilin satışda olmasını görmüşdür. O, saytda avtomobili satışa qoyan Asim adlı şəxsin hazırda mobil telefon nömrəsinə zəng edib avtomobili almaq istədiyini, bunun üçün həm özü, həm də ağsaqqal atasmın avtomobilə baxmalı olmasını demişdir. Həmin şəxs heç bir problem olmadığını, hara desə gələ biləcəyini bildirmişdir. O Asimə maşını almaq istədiyini demişdir. Asifmlə kafenin yanında görüşmüşlər. Asimin yanında heç kim olmamışdır. Bundan sonra o, maşına göz gəzdirmiş və bir dəfə Asimlə birlikdə avtomobili kafenin ətrafında sürmüşdür. Bütün bunları Asimə özünü həqiqətən avtomobili almağına inandırmaq üçün etmişdir. O, Asimdən avtomobilə təkrar baxmaq üçün vaxtı olubolmamasını soruşmuş, Asim də 30-40 dəqiqə sonra kafedən çıxacağını bildirmişdir. Onlar razılaşmış və ona WhatsApp proqramı vasitəsilə «konum atacağını» və həmin yerdə gözləyəcəyimi, avtomobilə atasının da baxmalı olduğunu demişdir. Bir saatdan sonra Asimə «konum atmış Asim də məhlələrinə gəlmiş, aralarında anlaşılmazlıq yaranmışdır. O gələndə yanında dostları olmuş, həmin anda Asimə həmin hadisə barədə bildirməyini xatırlamır, anlaşılmazlıq nəticəsində onu bıçaqlamış, onları ayıran olmamışdır, bıçağı həmin gün götürmüşdür, Asimi qorxutmaq istəmişdir, Asimə zərbə vurarkən bıçağın dəstəyindən yox, tiyəsinin ucundan tutmuşdur ki, bıçaq Asimə dərin girməsin, Asimi öldürmək niyyəti olmamışdır, öldürmək istəsəydi sonuncunu maşında öldürərdi, əməlindən peşmandır, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, əvvəllər sonuncu ilə rastlaşmamış, kamera görüntülərindən də göründüyü kimi onun maşını sentyabrın 15dən 03 oktyabr 2022-ci il tarixədək Şəmkirdə olmuş, həmin vaxt Bakı şəhərində Yasamal rayonu ərazsində metropolitenin yaxınlığında olmamışdır; hadisə baş verən gün 04 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində İçəri şəhərdə yerləşən «Xəngəl-lənd» restoranında dostları Şahid1 və Şahid2 ilə oturub çörək yeyən zaman mobil telefon nömrəsinə tanımadığı mobil telefon nömrəsindən zəng gəlmiş, əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğununu bildiyi şəxs onun avtomobilinin satışına dair elana görə zəng etdiyini və avtomobilə baxmaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs olduğu yeri izah edərək avtomobili kafenin qarşısında saxladığını, gəlib orada baxa biləcəyini demiş, Təqsirləndirilən şəxs kafenin qarşısına gəlmiş, sonuncuya avtomobilini göstərmiş, hətta avtomobillə bir dəfə ətrafındakı küçə ilə «fırlanmışdır». Təqsirləndirilən şəxs avtomobildən xoşu gəldiyini bildirmiş, telefonla «konum atacağını», həmin yerə gəlməsini istəmiş, avtomobilə atası da baxıb behini verəcəyini demişdir; bundan təxminən yarım saat sonra Ələddin WhatsApp proqramı vasitəsi ilə olduğu yerin kordinatını atmış, təxminən 10-15 dəqiqə sonra o, dostları ilə Ələddinin atdığı kordinat üzrə Bayıl qəsəbəsinə sürüb gəlmişdir, sonra Ələddin ona birlikdə evinə getməyini təklif etmiş və beh verəcəyini demiş, o da Ələddinlə birlikdə yolla yuxarı qalxmış, daha sonra Ələddin qəflətən onu bıçaqla vurmuşdur, avtomobildən düşüb məhləyə yuxarı qalxanda yanında heç kim olmamış, dostları maşında qalmışdır. Əlləddin ona 28 dəfə bıçaq vurmuşdur,.həmin vaxt aralarında söyüş olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 04 oktyabr 2022-ci il tarixdə “Xəngəl-lənd” restoranına gəlmiş, orada dostları Zərərçəkmiş şəxs və Şahid1 oturub birlikdə xəngəl yemişlər, onlar birlikdə yemək yeyərkən Asimə zəng gəlmiş, Asim telefonla kiminləsə avtomobilin satışı ilə bağlı danışaraq oturduqları restoranın yerini izah edərək həmin şəxsə oraya gəlib avtomobilinə baxmasını bildirmişdir, təxminən 15-20 dəqiqədən sonra yenidən Asimə zəng gəlmiş, sonuncu onlara avtomobilini almaq istəyən şəxsə avtomobilini göstərib qayıdacağını bildirib çölə çıxmış, təxminən 10 dəqiqədən sonra Asim geri qayıtmış, onlara avtomobilə baxan oğlanın avtomobili almaq istədiyini bildirmişdir; təxminən saat 21:30 radələrində o, Asim və Məmmədqulu restorandan hesabı verib çıxarkən Asim onlara yenə avtomobili almaq istəyən şəxsin real alıcı olmasını, Bayıl qəsəbəsinə bir neçə dəqiqəliyə birlikdə yoldaşlı getmələrini və alıcı ilə razılaşıb behləşərək dönmələrini bildirmişdir, Asim avtomobili Bayıl qəsəbəsinə alıcının telefonla atdığı olduğu yerin konumu üzrə sürüb gəlmişdir, orada onlar Təqsirləndirilən şəxs ilə görüşmüş, Asimlə Ələddin söhbət edib behləşmək üçün onlardan uzaqlaşmışlar, bir neçə dəqiqə sonra Asim bütün qan içində geri qayıtmışdır, o, Məmmədqulu ilə birlikdə Asimə yaxınlaşıb nə baş verdiyini soruşduqda Asim halsız vəziyyətdə heç nə bildirməmişdir; onlar X13 Xəstəxanasına çatdırmış, hadisənin necə baş verməsini görməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, polis əməkdaşıdır, 04 oktyabr 2022-ci il axşam saat 21 radələrində növbədə olduğu zaman qardaşı Ələddin ona zəng edib Zərərçəkmiş şəxs adlı şəxsi bıçaqla vurmasını bildirmiş, daşın üzərində oturduğunu və onun yanına gəlməyini xahiş etmişdir, Ələddinin yanına getmiş, Ələddin özündə olmamış, üzünə su vurmaq istədiyini bildirmiş və polis bölməsinə aparmasını xahiş etmişdir; Zərərçəkmiş şəxs vurmasının səbəbini soruşduqda, qardaşı Ələddin yolda Asimlə mübahisə etdiyini bildirmişdir; həyətdə atasıƏli ilə görüşmüş, maşına əyləşib Ələddini polis bölməsinə aparmışlar, o, polis bölməsinin məsul növbətçisinə zəng edib qardaşı Əİəddinin belə hadisə törətdiyini və özlərinin də bölməyə yaxınlaşdıqlarınıbildirmiş, 5 dəqiqə keçməmiş polis bölməsinə çatmışlar, Ələddin xəsarət yetirdiyi şəxs Zərərçəkmiş şəxs barəsində ona heç vaxt heç nə deməmiş, xəbəri olsaydı bu hadisənin qarşısını almş olardı, Ələddin üzərində heç vaxt biçaq gəzdirməyib, kiminləsə mübahisə etməyib, mehriban təbiətli insandir, yaşadığı ərazidə də hamı onu yaxşıinsan kimi tanıyır, Ələddinin polis bölməsinə gətirilməsi hadisə baş verən gün kitabçaya qeyd olunub, lakin saatnıı xatırlamır, həmin gün bölmədə məsul növbətçi Pərviz Əliyev olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, 04 oktyabr 2022-ci il tarixdə polis bölməsində məsul növbətçi olmuşdur, növbədə olduğu zaman Şahid4 zəng edərək qardaşının bıçaqla adam vurduğunu və birlikdə özlərinin bölməyə gəldiklərini bildirmişdir, axşam saatlarında onlar bölməyə gəlmiş, Təqsirləndirilən şəxs adam bıçaqladığınıetiraf etmiş, lakin kimi bıçaqla vurması ona məlum olmamışdır, Təqsirləndirilən şəxs özü gəlib könüllü təslim olmuşdur, Ələddin gəldikdə, rəisə məruzə olunmuş, gətirmə kitabçasına qeyd edilmiş və təhqiqat bölməsinə təhvil verilmişdir. İş materiallarında olan 04 oktyabr 2022-cü il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təsdiq etmiş, 04 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində atasının avtomobilə baxması və beh verəcəyi adı ilə Zərərçəkmiş şəxs Səbail rayonu A.Məmmədov küçəsi-74 ünvanında yerləşən binanın qarşısına gətirib bıçaqla vuraraq xəsarət yetirdiyini, hadisədən sonra cinayətin aləti olan bıçağı atdığı zibil qutusunu göstərmiş, ifadənin yerində yoxlanması zamanı hadisə yerindən Zərərçəkmiş şəxs məxsus qara rəngli pencək və 01 ədəd cib bıçağı qablaşdırılaraq götürülmüş, foto çəkiliş aparılmış, fotocədvəl protokola əlavə edilmişdir. İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli kompakt diskə əlavə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş (050) ***-**-** mobil telefon nömrəsinə daxil olmuş və çıxmış zənglər, onların anten dairələri, vaxtı, müddətləri barədə məlumatlar götürülmüş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:37-də Əhmədli qəsəbəsində olarkən satışda olan avtomobilə baxmaq bəhanəsi ilə istifadəsində olmuş (051) ***-**-** saylı nömrədən Zərərçəkmiş şəxs zəng edərək görüş təyin etmiş, saat 20:45-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs olduğu ünvana gələrkən bir daha ona zəng edib olduğu yeri öyrənmiş, saat 21;05-də Zərərçəkmiş şəxs olduğu Şeyx Şamil küçəsində yerləşən “Xəngəl-lənd” kafesinin qarşısında sonuncu ilə görüşmüş, bundan sonra oradan ayrılaraq Zərərçəkmiş şəxs atasının da avtomobilə baxacağını, buna görə olduğu yerin konumunu atacağmı bildirmiş, saat 21:36-da Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs konum atdığı yerə, yəni Aydın Məmmədov küçəsinə gəlmiş və həmin yerdə bıçaqlanma hadisəsi baş vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 10.11,2022-ci il tarixli 749 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: - Zərərçəkmiş şəxs bədəni üzərində ümumilikdə 28 ədəd ağır dərəcəli hemoragik şokla müşayiət olunan çoxlu qanitirməyə səbəb olmuş deşilmiş-kəsilmiş xəsarətlər aşkar edilmişdir və onları 2 qrupa bölmək olar: a) döş qəfəsinin sol yarısının ön səthində döş sümüyü yanı xətt üzrə V qabırğa proyeksiyası səviyyəsində bir ədəd sol döş boşluğuna nüfuz edən və döş qəfəsinin sağ yarısının arxa səthində onurğayam xətt üzrə Vİİİ qabırğa proyeksiyası səviyyəsində bir ədəd sağ döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaralar; b) burun nahiyəsində bir ədəd, sağ qulaqarxası nahiyədə bir ədəd, sağ təpə nahiyəsində bir ədəd, sol təpə nahiyədə iki ədəd, sol körpücüküstü nahiyədə bir ədəd, sol bazunun yuxarı 1/3nin ön səthində üç ədəd, sol bazunun yuxarı 1/3-nin bayır səthində dörd ədəd, sol kürək nahiyəsində daxilə nüfuz etməyən üç ədəd, döş qəfəsinin sol yarısının arxa səthində onurğayam xətt üzrə İİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sol yarısının arxa səthində onurğayam xətt üzrə Vİİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sol yarısının arxa səthində kürək xətt üzrə X qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən iki ədəd, döş qəfəsinin sol yarısının yan səthində arxa qoltuqaltı xətt üzrə Vİİİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində onurğayam xətt üzrə İİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sağ yarısınını arxa səthində onurğayam xətt üzrə Vİİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, sol bel nahiyəsində iki ədəd, sol budun yuxarı 1/3-nin bayır səthində bir ədəd deşilmiş kəsilmiş yaralar; - qeyd olunan xəsarətlər deşicikəsici xarakterli alətin təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə qeyd olunan nahiyələrə ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmə nəticəsində əmələ gələ bilərdilər; - Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən “a” bəndində göstərilən - döş qəfəsinin sol yarısının ön səthində döş sümüyü yanı xətt üzrə V qabırğa proyeksiyası səviyyəsində bir ədəd sol döş boşluğuna nüfuz edən və döş qəfəsinin sağ yarısının arxa səthində onurğayam xətt üzrə Vİİİ qabırğa proyeksiyası səviyyəsində bir ədəd sağ döş boşluğuna nüfuz edən deşilmişkəsilmiş yaralar dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. - Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən “b” bəndində göstərilən xəsarətin hər biri dərəcəsinə görə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3/1525, 3/1531 nömrəli ekpert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: - tədqiqata təqdim edilmiş bir ədəd pencəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Pencəyin səthindəki “a, b, c, ç, d, e, ə, f5 zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin qeyd olunan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. - təqdim edilmiş pencəyin səthindəi “g” zədəsi isə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-sökülmə zədəsidir (cild 1, iş vərəqi 90-93). Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 793/2022-MTBŞ nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: - ekspertizaya təqdim olunmuş X4 məxsus pencəyin arxa səthində olan toxuma zədələrinin kənarlarında vizual olaraq seçilməyən, yalnız xüsusi testlərin tətbiq olunması ilə alınan zəif insan qanı izləri aşkar olundu. Bu qan izlərinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunan zaman qan qrupunu formalaşdıran qrup antigenləri və aqqlyutininlər müəyyən olunmadığı üçün həmin izlərdə olan qanın ABO sistemi üzrə qrup mənsubiyyəti barəsində və ona əsaslanaraq Zərərçəkmiş şəxs və ya digər şəxsə məxsus olub-olmaması barəsində fikir söyləmək mümkün olmadı. ekspertizaya təqdim edilmiş qatlanan cib bıçağının tiyəsi və tutacağı üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız «B» antigeni alındı. Bu antigen tək halda yalnız B(lll) qruplu qanı formalaşdırıb xarakterizə etdiyindən qan ləkələrinin birmənalı olaraq həmin qruplu şəxsə (şəxslərə) məxsus olmasını söyləmək olar. Beləliklə, bu bıçaqda olan qan ləkələrinin ABO sistemi üzrə qanı B(lll) qrupuna məxsus olan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlini (hərəkət və hərəkətsizliyininin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin, ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən baş vermir. Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddələrinin təhlilinə görə şəxsin qəsdən həyatdan məhrum edilməsinə yönəlmiş qəsdin başa çatmaması, cinayət etməyə cəhd edən şəxsin öz təşəbbüsü ilə cinayəti başa çatdırmaqdan imtina daxilən qəbul etdiyi qərarla bağlı olmur və qəsdin qarşısını alan, onu başa çatdırmağa imkan verməyən amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəx Zərərçəkmiş şəxs həyat üçün vacib olan orqanlarının istiqamətində bıçaqla çoxsaylı zərbələr vuraraq insan həyatı üçün təhlükəli olan, xəsarət yetirildiyi andan ölümünə səbəb ola biləcək həyati əhəmiyyət kəsb edən orqanların yerləşdiyi istiqamət üzrə döş qəfəsinin sol yarısının ön səthində döş sümüyü yanı xətt üzrə V qabırğa proyeksiyası səviyyəsində bir ədəd sol döş boşluğuna nüfuz edən və döş qəfəsinin sağ yarısının arxa səthində onurğayanı xətt üzrə Vİİİ qabırğa proyeksiyası səviyyəsində bir ədəd sağ döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri və 24 ədəd yüngül bədən xəsarətləri yetirməsi, lakin iradəsindən asılı olmayan səbəblərdən, yəni Zərərçəkmiş şəxs dostları tərəfindən dərhal xəstəxanaya çatdırılması və təcili tibbi yardımın göstərilməsi nəticəsində sağ qalması qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin tövsifinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya qəsdən sağlamlığa ağır zərər vurma deyilir. Göründüyü kimi, qeyd edilən maddənin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Həyat üçün təhlükəli olan zərər dedikdə, yetirilən anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükə törədən zərər başa düşülür. Bədən xəsarətləri yetirilərkən cinayətkar qəsd sağlamlığa ağır zərər vurmaya yönəlir, lakin qəsdən adam öldürmə zamanı qəsd insanın həyatına yönəlir. Beləliklə, bu cinayətlər qəsdin obyektinə görə fərqlənir və bu halda qəsdin obyektinin müəyyən edilməsi yalnız cinayətin subyektiv tərəfinə əsasən mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Məhkəmə kollegiyası törədilmiş cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və həyat üçün mühüm orqana xəsarət yetirilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə ona bıçaqla xəsarət yetirməsi, lakin iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməməsi işin faktiki halları ilə tam sübuta yetirilir. Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri subyektiv onun mülahizəsi olmaqla, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirməyə cəhd etmə məqsədini daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək niyyəti ilə bıçaqla xəsarət yetirməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin verdikləri ifadələr, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş çoxsaylı digər sənədlərlə təsdiq olunaraq, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə tövsif etmişdir. Təqsirləndirilən şəxs əməllərinin tövsifinin dəyişdirilməsi üçün apellyasiya baxışı zamanı əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bununla yanaşı, apellyasiya şikayətinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci və 70-ci maddələri tətbiq edilməklə həbslə əlaqədar olmayan qərar qəbul edilməsi dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Hazırki işin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində müstəsna hallar, eləcə də onun hərəkətlərində cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan yuxarıda qeyd olunan xüsusatlar mövcud deyildir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 25-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın məhkumun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, onun barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə cəzanın məqsədlərinə nail olmaq olmaz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə vurduğu ziyanın tam ödənilməsini və Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna almasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, həmçinin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası, cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəza onun şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə tam uyğundur. Birinci instansiya məhkəməsinin hökmü ilə cəza təyin edilərkən, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət edilməklə, ona təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinin sanksiyası hüdudunda, cinayət qanununun tələblərinə uyğun, cəzanın məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün heç bir əsas mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 1(101)-180/2024 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2 və 398.1.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 1(101)-180/2024 saylı hökmü hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar