Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1663/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsi ilə, Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X6, Müdafiəçilər – X2, Bağırov Mirhikmət isa oğlunun və X3, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 Şəfa oğlu və Təqsirləndirilən şəxs1 iştirakları ilə, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 Şəfa oğlu və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli hökmündən Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli hökmü ilə (X11) xx.xx.1999-cu ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikası, Marneuli rayonu, Qullar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 06.04.2021-ci il tarixdən 08.04.2020-ci il tarixədək tutuldugu 02 gün müddəti azadlıgın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıgın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmlə xx xxxx 1993-cü ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, Kürdəmir rayonunun Şilyan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Bağlar massivində nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Şəfa oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 06.04.2021-ci il tarixdən 08.04.2020-ci il tarixədək tutuldugu 02 gün müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04.04.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası hazırki hökmlə təyin olunmuş 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə toplanılaraq və ona çəkilməsi üçün qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə növündə cəzası və 2500 (iki beş yüz) manat miqdarında cərimə növündə cəza müəyyən edilmişdir. Həmin hökmlə 06 iyul 1985-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanda qeydiyyatda olan və ünvan 3iz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 16.04.2021-ci il tarixdən 17.04.2020-ci il tarixədək tutuldugu 01 gün müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 01 gün ona təyin olunmuş cəzadan çıxılaraq və üzərində 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04.04.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası hazırki hökmlə təyin olunmuş 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə toplanılaraq ona çəkilməsi üçün qəti olaraq 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza və 2500 (iki beş yüz) manat miqdarında cərimə növündə cəza müəyyən edilmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında cinayətkar plana uyğun olaraq 09 mart 2021-ci il tarixdə saat 02-03 radələrində Zərərçəkmiş şəxs Kakəhmmə oğluna məxsus, ünvan 4 ünvanda yerləşən mənzilin qarşısına gələrək, aralarında olan razılaşmaya əsasən o, çöldə gözləmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə evin pəncərəsini açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olmuş, sonra özü də pəncərədən mənzilə daxil olub, evdən 400 manat dəyərində 1 ədəd Malaziya istehsalı olan “Samsung” markalı, “UE40EH5000W” model, 40 düyümlü, 101 dioqonallı, istifadədə olmuş televizoru, 35 manat dəyərində 1 ədəd “LOŞAD” markalı, göy rəngli, orta ölçülü istifadədə olmuş laqundanı, 30 manat dəyərində 1 ədəd “Craft” markalı, “CRS-125E” model istifadədə olmuş lobziki, 20 manat dəyərində 1 ədəd “Bosch” markalı, yaşıl rəngli istifadədə olmuş, kiçik ölçülü dreli, 30 manat dəyərində 1 ədəd “Scarlett” markalı, “SC-1015” model, 700 Wluq istifadədə olmuş şirəçəkəni və istifadədə olan, ekranı üzərində olmayan və ehtiyat hissəsi kimi 10 manat dəyəri olan 1 ədəd “Samsung” markalı, “İ9300” model mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs Kakəhmmə oğluna ümumilikdə 525 (beş yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən narazı qalan dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti vermiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli hökmünün cinayət qanununun norması düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli hökmü cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. İş materiallarında olan tələbnamələrə əsasən Təqsirləndirilən şəxs2 və Quliyev X4 rayon Məhkəməsinin 04.04.2017-ci il tarixli hökmü ilə CM- nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5 və 68.2-ci maddələri tətbiq edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə və 2500 manat cərimə cəzalarına məhkum edilmişlər. Məhkəmə baxışı zamanı alınmış sorğularla müəyyən edilmişdir ki, onlar 2500 manat cərimə cəzalarını çəkməmişlər. Hazırki hökmdən görünür ki, Binəqədi rayon Məhkəməsinin 04.04.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin edilmiş 2500 manat miqdarında cərimə cəzasını CMnin 66.5-ci maddəsinə əsasən yeni hökmlə onlara təyin olunmuş 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzaları ilə toplamaq yolu ilə yekun cəza təyin edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 çəkilməmiş 2500 manat cərimə cəzasını cinayətlərin məcmusu ilə deyil, hökmlərin məcmusuna əsasən birləşdirməklə qəti cəza təyin etməli idi. həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmləri vardır, belə olan halda məhkəmə hazırki hökmlə qəti cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinə deyil, həmin Məcəllənin 67.1-ci maddəsinə istinad etməli idi. Bununla da məhkəmə bu hissədə də cinayət qanunun normasını düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi Qeyd olunanlardan başqa, hökmün nəticəvi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs3 06.04.2021-ci il tarixdən 08.04.2020-ci il tarixədək, Təqsirləndirilən şəxs2 06.04.2021-ci il tarixdən 08.04.2020-ci il tarixədək və Təqsirləndirilən şəxs1 16.04.2021- ci il tarixdən 17.04.2020-ci il tarixədək tutulduqları müddətlər CM-nin 69.3-cü maddəsinə əsasən onlara təyin olunmuş cəzalardan çıxılmışdır. Təqsirləndirilən şəxs3 isə Gürcüstan Respublikası vətəndaşı olduğundan məhkəmə tərəfindən qanunun tələbinə zidd olaraq ona azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Qeyd olunanlar nəzərə alınaraq Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli hökmü cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və müdafiə tərəfin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası işin hallarını tətbiq edilməli maddi və prosessual hüquq normalarının tələblərinə əsasən qiymətləndirib birinci instansiya məhkəməsi gəldiyi qənaəti ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 Şəfa oğlunun və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmaları onların özlərinin etirafı və işin faktiki hallarına uyğun olmaqla məhkəmədə tədqiq olunmuş şahid ifadələri, ekspertiza rəyləri, sənədlər və digər iş materialları ilə tam sübuta yetirmişdir və qeyd edilən şəxslərin ittiham olunduqları cinayət əməllərini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam sübut olunduğu üçün Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 Şəfa və Təqsirləndirilən şəxs1 oğlunun əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda qeyd edilən maddələri ilə düzgün tövsif edərək, onları həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən onlara təyin olunmuş cəza Cinayət Məcəlləsinin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, Cinayət Məcəlləsinin 41.2ci maddəsinin tələbləri gözlənilməklə təyin edilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 barəsində apellyasiya protestinin cəza ilə bağlı dəlillərini əsaslı hesab edir və ona təyin olunacaq cəza məsələsinə dair aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs3 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun məsuliyyətini yüngülləşdirən halları – ilk dəfə olaraq jinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, bu əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan heç bir tələbinin və şikayətinin olmamasını, cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alraq Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi məqsədə müvafiq olmasını hesab etmişdir. İş materiallarında olan GEO seriyalı, 18AA44725 nömrəli şəxsiyyəti təsdiq edən sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 01 yanvar 1999-cu ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuşdur, sənəd 30 iyul 2018-ci il tarixdə verilmiş və 30 iyul 2028-ci il tarixədək etibarlıdır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 3.0.1-ci maddəsinə əsasən əcnəbi- Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs hesab edilir. Beləliklə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 3.0.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının deyil, Gürcüstan Respublikasının vətəndaşıdır və əcnəbi şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 52-1.6-cı maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi Azərbaycan Respublikası CM-nin 52-1.6-cı maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasının əcnəbilərə təyin edilməsinin qadağan olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi başqa dövlətin vətəndaşı, yəni Gürcüstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmiş və qanunun həmin tələblərini pozmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmənin Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi ilə bağlı əsassız nəticəyə gəlmişdir, bu nəticəsi əsassız olmaqla həm də cinayət işi materiallarına ziddir. Belə ki, Təqsirləndirilən şəxs3 tərəfindən törədilən cinayətin ictimai təhlükəliliyinin dərəcəsi isə qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, nəticələnən ağır nəticələrə səbəb olmasında ifadə olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nİn 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi CPM-nin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş subutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə hökm əsaslı hesab edilir Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs3 cəza təyin edərkən də yanlış nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməsi və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınması isə Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit edilmiş imperativ normadır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün Cinayət Məcəlləsinin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, «məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir». Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzanı onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, bu cinayətin yüngüllüyünə və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edir və apellyasiya protestini təmin edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da cəza təyin edərkən cinayət qanunun normasını düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən çəkilməmiş 2500 manat cərimə cəzasını hökmlərin məcmusu ilə deyil, cinayətlərin məcmusuna əsasən birləşdirməklə qəti cəza təyin etmişdir. Lakin, iş materiallarından göründüyü kimi hazırki cinayətin törədildiyi vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmləri olduğundan məhkəmə qəti cəza təyin edərkən CM-nin 67.1-ci maddəsinə istinad etməli idi. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən amnistiya tətbiq edilən şəxslərin dairəsi müəyyən olunmuşdur. Həmin qərarın 4-cü maddəsinə əsasən bu qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyət nəzərə alınmaqla, bu qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılır. Həmin qərarın 9.2.3-cü maddəsinə əsasən bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla məhkəmələr bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən qərarın müddəaları Təqsirləndirilən şəxs3 da şamil olunur və sonuncunun barəsində 05 noyabr 2021-ci il tarixli Amnistiya Aktı tətbiq olunaraq bu Qərar qüvvəyə mindiyi günədək cəzasının çəkilməmiş hissəsi 6 aydan artıq olduğu üçün, çəkilməmiş cəzası 6 ay azaldılmalıdır. Lakin, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, göstərilən qərarın müddəaları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şamil olunmur. Belə ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04.04.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 ona təyin edilmiş 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası və Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04.04.2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasını çəkib qurtarmamışlar. 05 noyabr 2021-ci il tarixli Amnistiya Aktının 19-cu bəndinə əsasən, cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin müvafiq olaraq ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın müddəaları ilə məhdudlaşdırılmışdırsa, ona amnistiya tətbiq edilmir. Göründüyü kimi amnistiya tətbiqinə əsas verən cərimə cəzasının miqdarı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2000 manatdan yuxarı olmuş və ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1, və 398.1.4-cü maddələrinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 Şəfa oğlu və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 178.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməli, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, Azərbaycan Respublikası CM-nin 69.3ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 06.04.2021-ci il tarixdən 08.04.2020-ci il tarixədək tutuldugu 02 gün müddəti ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs3 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4, 9.2.3, 9.3-cü bəndləri tətbiq olunmalı, üzərində qəti olaraq saxlanılmış 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün həddində müəyyən edilməli, Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 07 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərində saxlanılmış 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04.04.2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilərək X5 hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə və 2500 (iki beş yüz) manat miqdarında cərimə cəzası təyin edilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərində saxlanılmış 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04.04.2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs1 hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə və 2500 (iki beş yüz) manat miqdarında cərimə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1; 397.2; 398.1.1 və 407-409-cu maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Q Ə R A R A A L İ R: Apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 Şəfa oğlu və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 178.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli hökmünün nəticəvi hissəsindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə Azərbaycan Respublikası CM-nin 66.5 maddəsinin tədbiq edilməsində dair müddəalar 67.1 maddəsinin tədbiq edilməsinə dair müddəalarla əvəz edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, və üzərində Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən üzərində saxlanılmış 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04.04.2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilərək X5 hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə və 2500 (iki beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və üzərində Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərində saxlanılmış 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04.04.2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs1 hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə və 2500 (iki beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 06.04.2021-ci il tarixdən 08.04.2021-ci il tarixədək tutuldugu 02 gün müddəti ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4, 9.2.3, 9.3-cü bəndləri tətbiq olunsun, üzərində qəti olaraq saxlanılmış 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün həddində müəyyən edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 07 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müəssisəsinə etap olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Yekun qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan AR CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-1663/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1663/2021
07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver