Məhkəmə qərarları › İş №1(103)-1668/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1668/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1668/2023 07.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, X8 və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi –Həsənova Bahar Elxan qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi-Müdafiəçi2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 320.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə, həmin məcəllənin 178.2.2, 178.2.3-ci maddələri ilə cinayət təqibinə xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-355/2023 saylı hökmü ilə (sədrlik edən B.Ş. Məmmədov) xx.xx.1970-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və Dağmədən X4 Təhlükəli yüklərin avtonəqliyyat vasitələri ilə daşınmasında X3nə nəzarət müfəttişliyinin baş məsləhətçi-baş müfəttişi vəzifəsində işləmiş, hazırda işləməyən, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə həmin hissədə xitam verilməsi, o, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış cinayət işinin materiallarına əlavə edilmiş Fövqəladə Hallar Nazirliyindən daxil olmuş “Mercedes-812” markalı, **-LO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0765 nömrəli, “Mercedes-812” markalı, **-LO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0889 nömrəli, “Daf FT XF” markalı, **-MD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0908 nömrəli, “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1030 nömrəli,“Ford Cargo” markalı, 99JS-845 qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1031 nömrəli, “Ford 2524” markalı, **-JA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1032 nömrəli və “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1033 nömrəli Şəhadətnamələrin surətləri, 20202021-ci illər ərzində Şəhadətnamələrdə qeyd edilən nəqliyyat vasitələrinin texniki müayinədən keçməməsi ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və Dağ-mədən X2 daxil olmuş xx.xx.2022-ci il tarixli məktub və məktuba əlavə olunmuş siyahı, 17 aprel 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və Dağ-mədən X4 2020-2021-ci illər ərzində “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamələrin 37/19-11 nömrəli qeydiyyat jurnallarından edilmiş çıxarışların cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. İşin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzrə xx.xx.2007-ci il tarixli 155/Ş nömrəli əmrlə xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və Dağ-mədən X4 Təhlükəli yüklərin avtonəqliyyat vasitələri ilə daşınmasında X3nə nəzarət müfəttişliyinin baş məsləhətçi-baş müfəttişi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması” Qaydaların 4-cü bəndinə əsasən, təhlükəli yüklər bu Qaydaların və xüsusi razılığın (lisenziyanın) tələblərinə və müəyyən növ təhlükəli yüklərin daşınma şərtlərinə cavab verməklə Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə əsasında daşınmaya buraxıldığı və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, qeyd olunan Şəhadətnamə üçün dövlət rüsumu nəzərdə tutulmadığı halda, “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə almaq istəmələrinə dair etmiş olduqları müraciətləri ilə əlaqədar ayrı-ayrı şəxslərə müəyyən məbləğdə ödəyəcəkləri pul müqabilində qısa müddətdə qanuni şəhadətnamələrin veriləcəyini yalandan bildirib, 2020-ci ilin noyabr ayından 2022-ci ilin yanvar ayınadək olan müddətdə ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və Dağ-mədən X4 inzibati binasının 7-ci mərtəbəsində yerləşən 712 nömrəli xidməti otağında olan “HP” markalı kompüterdə nəqliyyat vasitəsinə və sürücüsünə dair məlumatları əvvəlcədən əldə edib kompüterin yaddaşında saxladığı şəhadətnamə blankında qeyd edib tərtib edərək, printer qurğusu vasitəsi ilə çap etdikdən sonra həmin otaqda saxlanılan imza və möhürlə təsdiqlənmiş digər qanuni şəhadətnamələrin surətindən istifadə edib “Sənayedə X3 və Dağ-Mədən X4 rəisi Vüsal Ağayev” qrafasını kəsib kağız yapıştırıcısından istifadə etməklə çap etdiyi Şəhadətnamənin imza və möhür nəzərdə tutulan hissəsinə yapışdırdıqdan sonra otaqda olan surət çıxaran və laminasiya qurğularından istifadə edib hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlayaraq ayrı-ayrı şəxslərə təqdim etməklə, o cümlədən, “Mercedes-812” markalı, **-LO-*** qeydiyyat nişanlı və “DAF FT X” markalı, **-MD-*** qeydiyyat nişanlı, qoşqu nömrəsi **- ZF-*** olan nəqliyyat vasitələrinə X10 Bazasından yanacaq daşınması üçün ümumilikdə 3 ədəd “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə almaq istəməsinə dair özünə 2020-ci ilin sentyabr ayında müraciəti ilə əlaqədar Astara şəhər sakini Zərərçəkmiş şəxs1 30 noyabr 2020-ci il tarixdən 08 dekabr 2021-ci il tarixədək olan müddət ərzində ünvan 3 ünvanında “Socar” Marketinq və İqtisadi Əməliyyatlar idarəsinin Bakı Neft Bazasının qarşısında hər bir şəhadətnamə üçün 400 (dörd yüz) manat olmaqla ümumilikdə 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini alıb şəxs ehtiyaclarına sərf etməklə, verdiyi vədə inandırmaq üçün qəsdən ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və Dağ-mədən X4 inzibati binasının 7-ci mərtəbəsində 712 nömrəli xidməti otağında sürücülər Şahid2 və Şahid1 adlarını qeyd etməklə 2020ci ilin noyabr ayında “Mercedes-812” markalı, **-LO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0765 nömrəli, 2021-ci ilin dekabr ayında “Mercedes812” markalı, **-LO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0889 nömrəli və “Daf FT XF” markalı, **-MD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0908 nömrəli hüquq verən rəsmi sənəd olan Şəhadətnamələri qeyd edilən formada qanunsuz olaraq saxtalaşdırmaqla hazırlayaraq Zərərçəkmiş şəxs1 təqdim etməklə, öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 məxsus 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vahid tamah niyyətilə hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlamışdır. Bundan başqa o, qeyd edilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı, “Ford 2524” markalı, 99JA- 876 qeydiyyat nişanlı, “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı və “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinə "xxxx" QSC-in neft bazasından və "xxxx" QSC-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Bakı Neft Bazasından yanacaq daşınması üçün 4 ədəd “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə almaq istəməsinə dair 2021-cu ilin dekabr ayının əvvəllərində özünə müraciəti ilə əlaqədar Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 cinayətdən xəbərsiz olan Şahid3 vasitəsi ilə 2021-ci ilin dekabr ayının əvvəllərində qeyd edilən vəzifədə işləyərkən ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və Dağ-mədən X4 inzibati binasının qarşısında bir ədədi 550 (beş yüz əlli) manat olmaqla, vahid niyyətlə ümumilikdə 2.200 (iki min iki yüz) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, verdiyi vədə inandırmaq üçün qəsdən ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və Dağ-mədən X4 inzibati binasının 7-ci mərtəbəsində 712 nömrəli xidməti otağında vahid niyyətlə 2021-ci ilin dekabr ayında sürücülər X9, Şahid4, Şahid5 və Şahid6 adlarını qeyd etməklə “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1030 nömrəli, “Ford Cargo” markalı, **- JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1031 nömrəli, “Ford 2524” markalı, **-JA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1032 nömrəli və “Ford Cargo” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1033 nömrəli Şəhadətnamələri qeyd edilən formada qanunsuz olaraq saxtalaşdırmaqla hazırlayaraq Zərərçəkmiş şəxs2 təqdim etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 2.200 (iki min iki yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, vahid tamah niyyəti ilə hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədi ilə təkrarən saxtalaşdırmaqla hazırlamışdır. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-355/2023 saylı hökmünün Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsilə bağlı hissədə ləğv edilməsini və həmin hissədə barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Apelyasiya şikayətlərinin dəlilləri və tərəflərin çıxışları: Təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə o Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3- cü maddələri ilə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətindən azad edilmiş, həmin hissədə cinayət təqibinə xitam verilmişdir. Lakin, hökmlə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsilə təqsirli bilinərək 3.000 manat cərimə cəzasına məhkum edilmişdir. O, hökmün CM-nin 320.1-ci maddəsilə təqsirli bilinərək cərimə cəzasına məhkum olunmağına dair hissəsi ilə razı deyil, hesab edir ki, həmin hissədə bəraət hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki: qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun;cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyala keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın; heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın. Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinə görə hüquq verən və ya vəzifədən azad edən vəsiqənin və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlərlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya salma cinayət tərkibini yaradır. Qeyd edir ki, o heç bir vaxt saxta sənəd hazırlamamışdır, işdə olan saxta sənəd kimi qiymətləndirilən sənədlər kserosurətlərdir, iş üzrə eksperiza keçirilməyib, sənədin saxtalığı müəyyən edilməyib. Ümumiyətlə həmin sənədlər (kserosurətləri) saxta hesab etmək olmaz. İş üzrə onun CMnin 320.1-ci maddəsilə təqsirli olmağı təsdiq olunmayıb. Hesab edir ki, hökm həmin hissədə ləğv edilməli, həmin hissədə barəsində bəraət hökmü çıxarılmalıdır. Apelyasiya icraatında təqsirləndirilən şəxs və müdafiəçisi apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli hökmünün ləğv edilməsini və Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apelyasiya icraatında dövlət ittihamçısı apelyasiya şikayətinin təmin edilməməsi Bakı şəhər Xətai Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 1(011)-355/2023 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini və Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinin tələblərinə əsasən bu dəlillərdən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının tələblərinə əməl edilməsini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-355/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 320.1-ci maddəsilə təqsirli bilinərək cərimə cəzasına məhkum olunmağına dair hissəsi ilə razı olmaması və həmin hissədə təqsirləndirilən şəxsə bəraət verilməsi barədə apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin verdikləri ifadələri ilə, istintaq eksperimenti aparılması haqqında, baxış keçirilməsi haqqında protokol və digər iş materialları ilə Təqsirləndirilən şəxs CM-nin 320.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşırılmasına əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan əməlin törədilməsinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası xatırladır ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri CM-nin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifı törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafıq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Həmin qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 320.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Həmçinin qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş və bu səbəbdən də birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə həmin hissədə xitam verilmişdir. Təqsirləndirilən şəxs tərəfindən hökm həmin hissədə mübahisələndirilməmiş, yalnız Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə mübahisələndirilmiş və həmin hissədə bəraət verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin özünü Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə təqsirli bilməməsi və həmin hissədə ona bəraət verilməsi ilə bağlı apelyasiya şikayətində və apelyasiya icraatında bildirdikləri özünümüdafiə xarakterli və cinayət məsuliyyətindən yayınmağa yönələn ifadələr kimi qiymətləndirir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 320.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək dəymiş ziyanın tam ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, qanunda nəzərdə tutulduğu miqdarda zərərin 25 faizini dövlət büdcəsinə ödədiyini nəzərə alaraq barəsində olan Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini, əməlindən peşman olduğunu, ilk məhkumluğunu nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 320.1-ci maddələri ilə tövsif olunmuş, onun Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi üzrə törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar aşkar edilməmişdir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təyin edilmiş cəzayə gəlincə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Vurğulamaq zəruridir ki, cəzanın məqsədi Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, ilk məhkumluğunu, zərərçəkmiş şəxslərlə barışmasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmiş və təqsirləndirildiyi maddənin sanksiyasının ən aşağı həddində, üç min manat məbləğində cərimə cəzası təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edib, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alaraq onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olan ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə, həmin məcəllənin 178.2.2, 178.2.3-ci maddələri ilə cinayət təqibinə xitam verilməsinə dair Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-355/2023 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Fərid Əyyubov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar