Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1683/2022 28.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri-Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, Məmmədov Habil Çingiz oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamın müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X18 və onun nümayəndəsi və vəkili “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs və mülki cavadeh Təqsirləndirilən şəxs və onun müdafiəçiləri-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 və “Arbitrium” Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim: Fərid Əmirəliyev) xx xxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” İltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində olan 21 iyul 2022-ci il tarixli hökmündən təqsirləndirilən (mülki cavadeh) Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X18 tərəfindən verilmiş apellyasiya şikayətləri və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzasının əvvəlinin cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunmalıdır. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri məhkəmənin hökmü qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs 24 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində “BC” kateqoriyalı AC seriyalı 098563 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan, ağ rəngli “Hyundai Accent” markalı **-SK-***” dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni sürücü avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq saatda təxminən 68-75 km/saat sürətlə idarə etməklə, Bakı şəhəri Binəqədi rayonunun 07-ci mikrorayon A.Kunanbayev küçəsində olan “Kəmalə Nərmin” şadlıq sarayının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin tələbini pozaraq, yəni sürücü avtomobili işıqforun qırmızı işığında hərəkətini dayandırmalı olduğu halda, qanunun tələbinə əməl etməyərək, “Bolluq bazarı” istiqamətində hərəkətdə olduğu yolda olan işıqforun qırmızı işığından keçərək, hadisənin qarşısını almağa texniki imkanı olduqda bir tədbir görməyərək hərəkətdə olduğu yolu soldan sağa doğru keçmək istəyən piyada X10 avtomobilin ön qabaq sağ hissəsi ilə vuraraq, baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol təpə-gicgah nahiyəsinin sıyrığı və sol körpücük sümüyü proyeksiyasında boyuna yaxın çiyinüstü nahiyənin qançırı, sol körpücük sümüyünün distal ucunun qapalı qəlpəli, sol ll-lll-İV-V qabırğaların orta qoltuq xətti üzrə qapalı yerdəyişmiş sınıqıları, döş qəfəsinin sağ ön-yan səthində ön qoltuq xətti ilə orta körpücük xətti arasında Vİİİ qabırğa proyeksiyasının sıyrığı, sol ağciyərin total kontuziyası ilə müşayiət edilən döş qəfəsinin küt travması və sol bazu oynağına yaxın çiyinüstü nahiyyənin, sol bazunun orta-yuxarı 1/3-nin ön-bayır qançırları, sol bazu sümüyünün yuxarı 1/3-nin və sol baldırın incik sümüyünün ikili qapalı yerdəyişmiş sınıqları, sağ əl pəncəsinin arxa səthində İİ daraq sümüyü proyeksiyasının, sağ budun bayır səthinin və sağ diz oynağının ön səthinin aşağı yarısının, sol diz oynağının ön və bayır, sol baldırın yuxarı 1/3nin bayır, orta 1/3-in arxa-bayır səthlərin, sol baldırın aşağı 1/3-də iç topuq nahiyəsinin, sağ ayaq pəncəsinin İİ, İİİ və İV barmaqlarının uc falanqalarının ayaqarxası səthlərinin sıyrıqları, ağır dərəcəli travmatik şokla müşayiət olunan bədənin küt travması kimi insan həyatı üçün təhlükəli olan ağır dərəcəli xəsarətləri yetirməklə ehtiyatsızlıqdan mərhum zərərçəkmiş Səlim Cəfərovun 25 oktyabr 2021-ci ildə KTM-də ölümünə və Hyundai Accent markalı **-SK-***” dövlət nömrə nişanlı avtomobilin zədələnməsinə görə zərərçəkmiş Zərərçəkmiş şəxs 490 manat ziyan vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmənin hökmündən narazı qalan Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, məhkəmə hökmünün ləğv olunmasını və müdafiə etdiyi şəxsin barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Belə ki, məhkəmədə dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, dolanışığı pis olduğundan "xxxx" MMC-yə məxsus Hyundai Accent markalı **-SK-*** nömrə nişanlı avtomobili etibarnamə ilə idarə etməklə günü 25 manata çörək pulu qazanmaq üçün “Bolt” şirkətində taksi fəaliyyəti ilə məşğul olmuşdur. 24 oktyabr 2021-ci ildə avtomobillə axşam tərəfi üzü “Kəmalə Nərmin” şadlıq sarayından 7ci mikrorayondakı “Bravo” market istiqamətdə evinə doğru gedərkən saatda təxminən 68-75 km\saat sürətlə öz yolu olan sağ zolaqla hərəkət etmişdir. İşıqforun yaşıl işığı yanıb-sönməyə başlayarkən, yoluna davam etməyi fikirləşmiş və yolu sağdan sola keçən piyada qəfildən yoluna çıxmış, piyadanı təxminən 5 metrdən gördüyündən və sağ tərəfdə dayanacaq olduğundan sükanını məcburən sola çəkərək sol zolağa çıxmışdır. Həmin ərazidə piyada keçidi olmamış və piyada onun yoluna qəfildən çıxmışdır. Avtomobilin sükanını sola çəkərkən maşınının qabaq sağ yan bamperi, sağ güzgü və farası sonradan adını bildiyi Səlim Cəfərovun sağ qol-çiyin nahiyəsinə dəymiş, piyada avtomobilin qabaq sağ hissəsindən avtomobilin üzərinə yıxılmış, avtomobili əyləc basılı vəziyyətdə bir neçə metr hərəkət etdikdən sonra dayanmışdır. Avtomobildən düşüb vurduğu Səlim Cəfərova yaxınlaşıb qucağına alaraq avtomobilə qoyaraq 6 saylı Ə.Məlikov adına xəstəxanaya çatdırmışdır. Orada Səlimə ilkin təcili tibbi yardım göstərilmiş və sonuncu reanimasiya şöbəsinə yerləşdirilmişdir. Hadisədən sonra şokda olmuşdur. X14 xəstəxanada ölməsi xəbərini eşitmiş və öldüyü üçün özünü çox pis hiss etmişdir. Ailə üzvləri Səlim Cəfərovun yas mərasimi ilə əlaqədar müəyyən ərzaq alıb mərhumun yaşamış olduğu ünvana getmişlər. Lakin sonradan xəbər tutmuşdur ki, alınan ərzaqlara dair xatırlamadığı məbləğdə pulu mərhumun ailəsi onlara geri qaytarmışdır. Məhkəmədən hadisədə təqsirinin olmamasından ona bəraət verilməsini xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittihamda özünü təqsirli bilmir. Bu səbəbdən, məhkəmənin hökmü ilə razı deyillər. Məhkəmədə təqsirləndirilən şəxsin xeyrinə olan heç bir xüsusat nəzərə alınmamış, mötəbər sübutla təsdiq olunmayan hallara əsasən, hüquqlarını müdafiə etdiyi şəxsə ittiham elan edilmişdir. Müdafiə etdiyi şəxsin ifadəsinə görə təxminən 68- 75 km/saat sürətlə yolun sağ zolağı ilə hərəkət edərkən, işıqforun sarı işığı yanıb-sönərkən keçdikdən sonra mərhum piyada keçidi olmadığı halda, qəfildən yola çıxmış, 5 metr məsafədən onu görmüş, piyadanı vurmamaq və sağ tərəfdə dayanacaq olduğu üçün avtomobili sola döndərmiş, lakin həmin vaxt piyada da sol tərəfə qaçmış və avtomobilin qabaq sağ hissəsindən avtomobilin üzərinə yıxılmışdır. Belə olan halda Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Təqsirləndirilən şəxs işıqforun qırmızı işığında keçdiyini qəbul etsək belə bu onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas ola bilməz. Belə ki, işin hallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs işıqforu keçdikdən təxminən 30-40 metr sonra piyada onun qarşısına çıxmışdır. Mərhumun piyada keçidi olmayan bir yerdə Təqsirləndirilən şəxs qarşısına çıxması hadisənin qarşısını onun almaq imkanın məhdudlaşdırmışdır. Lətif Abbasov mərhum Səlim Cəfərovu qırmızı işıqda keçdikdən sonra bir qədər uzaq məsafədə vurduğu, mərhumun piyada keçidi olmadığı halda, yola çıxdığı, hüquqlarını müdafiə etdiyi şəxsin hadisənin qarşısını almağa texniki imkanı olmadığı üçün məhkəmə hökmünü ləğv edərək müdafiə etdiyi şəxsə bəraət verilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs mərhumu özü şəxsən xəstəxanaya aparmış, onun ailəsinə maddi təklifini irəli sürmüş, hətta yas mərasimi üçün müəyyən məbləğdə ərzaq alıb göndərsə də, mərhumun ailəsi bu təklifi qəbul etməmiş, bu öz təsdiqini zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsində də tapır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi yoxdur. Bunun əksi hər hansı sübutla öz təsdiqini tapmır. Buna görə də, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Ümumiyyətlə hüquqlarını müdafiə etdiyi şəxsin xeyrinə olan, onun təqsirliliyini şübhə altına alan hallar nəzərə alınmamışdır. Hüquqlarını müdafiə etdiyi şəxs barəsində heç bir mötəbər sübutla təsdiqlənməyən və təqsirə görə məsuliyyət prinsipinə zidd ittiham hökmü çıxarılmışdır. Lətiv Abasovun himayəsində yetkinlik yaşına çatmamış övladı vardır. X5 İİ qrup Qarabağ Müharibə əlilidir. Hətta ona Azərbaycan Respublikasının Prezidenti tərəfindən ev bağışlanmışdır. Hazırda Təqsirləndirilən şəxs həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə edilmiş **********2 nömrəli 29 iyun 2022-ci il tarixli arayışdan göründüyü kimi atası Şirin Abasov Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Prezident təqaüdü alır. Məhkəmənin hökmü ilə razılaşmayan zərərçəkmiş şəxsin hüquqi varisi X18 apellyasiya şikayəti verərək, məhkəmənin 21 iyul 2022-ci il tarixli hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssissində çəkməklə daha ağır cəzanın təyin olunmasını və mənəvi zərərin ödənilməsi ilə bağlı qaldırdıqları mülki iddianın təmin olunması barədə qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmlə Təqsirləndirilən şəxs CM-nin 263.2ci maddəsi ilə təqsirli bilinib cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 04 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmışdır. Aşağıdakıla görə təyin edilmiş cəza törədilmiş əməlin ağırlığına uyğun olmadığından, hökm həmin hissədə dəyişdirilərək daha ağır cəza təyin edilməli və verilmiş mülki iddia təmin edilməlidir. Məhkəmə cəza təyin edərkən, öz hökmündə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmamasını qeyd etsə də, faktiki olaraq onun xx.xx.2022-ci ildə son sözünü deyərkən təqdim etdiyi xx.xx.2022-ci il tarixli X5nun İİ qrup müharibə əlili olmasına dair arayışı və hanısa mənzil tikinti korperativi tərəfindən verilmiş xasiyyətnaməni cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Hakim onun keçmiş arvadının himayəsində saxlanılmış övladının olmasını da cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Eyni zamanda məhkəmə Lətiv Abasovun özünü heç qismən da olsa təqsirli bilməməsini və hadisəni törədərkən ciddi qanun pozuntuları etdiyini (surət həddini aşma, qırmızı işıqda hərəkəti davam etdirmə, piyada zolağının olduğu yerdə hadisəni törətmə), zərərçəkmiş şəxsin hüquqi varisinin baş vermiş hadisə ilə əlaqədar ondan şikayətçi olduğunu, mərhumun ölümü ilə bağlı dəymiş maddi və mənəvi zərərin qismən də olsa aradan qaldırılmamasını nəzərə almamışdır. Lakin, yuxarıda sadaladığı hallar onun barəsində ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməklə daha ağır cəzanın tətbiqinə səbəb olmalıdır. Məhkəmədə onlarda hakimin prosesi təqsirləndirilən şəxsin xeyrinə həll etməsi barədə şübhələr yaranmış, yəni hazırlıq iclasının protokolunda göstərilənlərə zidd hakim zərərçəkmiş şəxslərə heç bir hüquqlarını izah etməmiş və vəsadətlərinin olub-olmamasını soruşmamışdır. Hazırlıq iclasında təqsirləndirilən şəxs özünü evli təqdim etməsinə baxmayaraq, məhkəmə iclasın protokolunda onun özünü subay kimi təqdim etməsi göstərilmişdir. Bütüm bunlar və başqa faktlar 13 may 2022-ci ildə Binəqədi rayon məhkəməsinin dəftərxanasında qeydiyyatdan keçirilmiş şikayət, ərizə və protokola qeydlərdə öz əksini tapmış, lakin bu hallar araşdırılmamış saxlanmışdır. Bununla belə, məhkəmədə təqsirləndirilən şəxsin xx.xx.2022-ci ildə son söz deyərkən, təqdim etdiyi arayışı qəbul edib cinayət işi materiallarına əlavə etməklə, daha bir prosessual pozuntuya yol vermişdir. Bunlarla yanaşı, Təqsirləndirilən şəxs arvadı ilə aralarında olan nikah artıq pozulmuş və övladı ananın himayəsinə verilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması nisbətdə yııngülləşdirici hal kimi nəzərə alınmamalıdır. Təqsirləndirilən şəxs hadisə ilə bağlı özünü qismən də təqsirli bilməməsi, istintaq və məhkəmədə dəfələrdə yalan ifadə verməsi barəsində təyin edilmiş cəzanın yüngül olduğunu göstərir və hazırda onun cəmiyyət üçün təhlükəli olduğuna dəlalət edən haldır. Onun verdiyi yalan ifadələrə daxildir: hadisə yerini səhv göstərmiş; videoyazı olmasına və şahidlərin ifadəsinə zidd kimi yaşıl (və ya sarı) işıqda keçdiyini və piyadanı 5 metr məsafədən gördüyünü demiş, habelə həmin ərazidə piyada keçidinin olmamasını deməsi və sair. Təqsirləndirilən şəxs ehtiyatsızlığı nəticəsində atası Səlim Cəfərov vəfat etmiş, lakin baş vermiş hadisədən sonra cavabdeh özü və ailə üzvləri atasının dəfn və yas tədbirlərinin təşkilində iştirak etməmişlər. Bütün xərclər ailəsi tərəfindən qarşılanmışdır. Bunun nəticəsi kimi ümumilikdə 5000 manat meyitin dəfninə və qəbir üstünün götürülməsinə, 5000 manat isə dəfn günü, ölümün üç, yeddi, qırx günlərində, eləcə də cümə axşamları təşkil edilmiş yas mərasimlərinə xərcləri çıxmışdır. Atası yaşlı insan olmamış və özü işləmiş, aylıq 1500-2000 manat sabit gəliri olmuş, ailə başçısı kimi onun ölümü bu gəlirdən ailələrini də məhrum etmişdir. Atasının ölümü bütün ailə üzvlərində dərin sarsıntı törətmişdir. X24 və ailə üzvlərinin onların kədərinə biganə yanaşması, bunun fonunda istintaqın uzun müddət yubadılması, yalnız çoxsaylı şikayətlərdən sonra iş üzrə təqsirli şəxsin müəyyən edilərək cəlb edilməsi və hadisədən 6 ay sonra işin məhkəməyə verilməsi ona və ailə üzvlərinə böyük mənəvi zərər yetirmiş, məhkəməyə atasının ölümü ilə bağlı yas mərasimlərinin və dəfnin keçirilməsi, qəbirüstü daşının götürlməsi ilə bağlı foto şəkillər və sübutlar təqdim edilsə də, işə baxan məhkəmə iddia tələbinə dair hər hansı sübutun müraciətə əlavə etmədiyini bildirmiş və mülki iddianı baxılmamış saxlamışdır. Nəticədə qeyd olunan bütün hallar işə baxan məhkəmənin onlara qarşı ədalətsiz hökm çıxardığını bir daha sübut edir. Məhkəmənin hökmündən işin baxılmasında iştirak etmiş Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilərək, hökmün təqsirləndirilən Təqsirləndirilən şəxs cəzanın həddləri ilə bağlı edilmiş təklifə uyğun həddində nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzaları təyin olunmaqla, onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmaqla dəyişdirilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, nəticəsi və o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün nəzərə alınmamış, cəzanın məqsədini təmin etməyən yüngül cəza təyin edilmişdir. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yün- gülləşdirən halın müəyyən edilməməsini qeyd etsə də, ona aşağı həddə cəza təyin etmişdir. Eyni zamanda təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsində özünü təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşmayaraq, açıq-aşkar şəkildə ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə uyğun olmayan yüngül cəza təyin etməklə öz mövqeyi ilə ümumi məhkəmə praktikasından fərqli olaraq yeni məhkəmə praktikasının yaranmasının əsasını qoymuşdur. Habelə, məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi Səid Cəfərlinin Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və ona ağır cəza təyin olunmasına dair xahişi nəzərə alınmamışdır. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X20 israrlı şəkildə hadisəni törətmiş Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu demiş, buna baxmayaraq məhkəmə ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsini törətməkdə özünü təqsirli bilməyən Təqsirləndirilən şəxs cinayət hadisəsi ilə əlaqədar ziyana məruz qalmış tərəf kimi zərərçəkmişə heç bir yardım etməmişdir. Onun törətdiyi CMnin 263-cü maddəsində nəzərdə tutulan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Əlavə obyekti isə insan həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Şərh olunan əməl maddi tərkibli olduğundan CM-nin 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli az ağır cinayətlər sırasına aiddir. “Yol hərəkəti haqqında” Qanununun tələblərini pozmaqla avtomobili idarə etməsi insan ölümünə, yəni ağır nəticələrə səbəb olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini zamanı ədalətsiz mövqe tutaraq ona aşağı həddə cəza təyin etməkdə haqlı olmamışdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi barədə” Ali Məhkəməsi Plenumun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarına əsasən, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması və törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. İşin hallarından isə görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə işıqforun qırmızı işığından keçməklə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olan CM-in 263.2-ci maddəsi ilə məhkəmənin cəza təyin edərkən, cinayət qanunu normalarına, Ali Məhkəmə Plenumun qərarında göstərilənlərə əməl etməmiş, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə əhəmiyyət verilməmiş, əsassız CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin etməklə Lətiv Abasova cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan cəza təyin etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397-ci maddəsinə əsasən, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi, cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallar apellyasiya məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsinin cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası verilmş apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq və cinayət prosesi iştirakçılarının fikirlərini dinləməklə hesab edir ki, verilmiş apellyasiya protesti təmin edilməli, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməli və birinci instansiya məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü cəza və mülki iddianın baxılmadan saxlanılması hissələrində dəyişdirilməlidir. Belə ki, məhkəmə iclaslarının protokollarından və cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilməməsinə baxmayaraq, onun tərəfindən cinayətin törədilməsi faktiki olaraq özünün ibtidai istintaq dövründə və məhkəmədə verdiyi ifadələrinin məzmunu ilə yanaşı; ibtidai istintaq zamanı və məhkəmə baxışında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə; hadisə yerinə və meyitə baxış keçirilməsi barədə protokollarla; təyin edilərək keçirilmiş məhkəmə yol nəqliyyat hadisələri və məhkəmə-tibbi ekspertizaların rəyləri ilə; baxış götürmə, müayinə və digər istintaq hərəkətlərinin protokolları ilə; toplanmış və tədqiq edilmiş çoxsaylı başqa mötəbər sənədlərlə sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməklə öz ifadəsində göstərmişdir ki, dolanışığı pis olduğundan "xxxx" MMC-yə məxsus Hyundai Accent markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə etməklə günü 25 manata çörək pulu qazanması üçün “Bolt” şirkətində taksi fəaliyyəti ilə məşğul olmuşdur. 24 oktyabr 2021-ci ildə avtomobillə axşam tərəfi üzü “Kəmalə Nərmin” şadlıq sarayından 7ci mikrorayonda yerləşən “Bravo” market istiqamətində evinə doğru gedərkən, saatda təxminən 68-75 km\saat sürətlə öz yolu olan sağ zolaqla hərəkət etmişdir. İşıqforun yaşıl işığı yanıb-sönməyə başlayarkən, yoluna davam etməyi fikirləşmiş və yolu sağdan sola keçən piyada qəfildən yoluna çıxmış, piyadanı təxminən 5 metrdən gördüyündən, sağ tərəfdə isə dayanacaq olduğundan avtomobilin sükanını məcburən sola çəkərək sol zolağa çıxmış, həmin ərazidə piyada keçidi olmamış və piyada onun yoluna qəfildən çıxmışdır. Avtomobilin sükanını sola çəkərkən, avtomaşının qabaq sağ yan bamperi, sağ güzgü və farası sonradan adını bildiyi X1 qol-çiyin nahiyyəsinə dəymiş, piyada avtomobilin qabaq sağ hissəsindən avtomobilin üzərinə yıxılmış, avtomobili isə əyləc basılı vəziyyətdə bir neçə metr hərəkət etdikdən sonra dayanmışdır. Avtomobildən düşüb vurduğu Səlim Cəfərova yaxınlaşaraq qucağına almaqla öz avtomobilə qoyaraq 6 nömrəli Ə.Məlikov adına xəstəxanasına çatdırmışdır. Orada Səlimə ilkin təcili tibbi yardım göstərilmiş və sonuncu reanimasiya şöbəsinə yerləşdirilmiş, hadisə baş verdikdən sonra şokda olmuşdur. X14 xəstəxanada ölməsi xəbərini eşitdikdə özünü çox pis hiss etmişdir. Ailə üzvləri Səlim Cəfərovun yas mərasimi ilə əlaqədar müəyyən ərzaq alaraq mərhumun yaşadığı ünvana getmişlər. Lakin sonradan xəbər tutmuşdur ki, alınmış ərzaqlara dair xatırlamadığı məbləğdə pul mərhumun ailəsi tərəfindən onlara qaytarılmışdır. Baş vermiş hadisə ilə əlaqədar təqsirinin olmamasını nəzərə alaraq, ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmişin hüquqi varisi X18 öz ifadəsində göstərmişdir ki, mərhum Səlim Cəfərov atası olmuşdur. 24 oktyabr 2021-ci ildə saat 18 radələrində evdə olarkən, tanışı Qulam evinə gələrək “Hyundai” markalı avtomobilin atası Səlim Cəfərovu yolu keçərkən vuraraq xəsarət yetirdiyini bildirmiş, həmin vaxt nə baş verdiyinə aydınlıq gətirmək üçün atası Səlim Cəfərovla mobil telefon əlaqəsi saxlamış, telefona atası cavab verərkən, vəziyyətinin necə olması ilə maraqlandıqda, atası ona vəziyyətinin ağır olduğunu bildirmişdir. Dərhal evindən çıxıb atasının yerləşdirildiyi xəstəxanaya getmiş, xəstəxanada olarkən atasının bədənin müxtəlif nahiyələrində ciddi xəsarətlər olması ona aydın olmuşdur. Səhəri gün, yəni 25 oktyabr 2021-ci ildə gecə saat 01 radələrində, xəstəxanadan çıxıb evinə getmişdir. Həmin gün səhər saat 6 radələrində yaşadığı evdə olarkən, ona polis əməkdaşı tərəfindən atası Səlim Cəfərovun vəfat etməsi barədə məlumat verilmişdir. 25 oktyabr 2021-ci ildə mərhum atası Səlim Cəfərovun dəfn mərasimi olmuş, hadisəni törədən Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən mərhum atasının yas mərasimi ilə əlaqədar müəyyən ərzaqlar alınaraq, onlara verilmişdir. Sonra isə gətirilən ərzaqları istəmədiklərindən həmin ərzaqlar müqabilində Lətifin ailəsinə 500 manat qaytarılmışdır. Təqsirləndirilən şəxs mərhum atası Səlim Cəfərovu qəsdən avtomobillə vuraraq öldürmüşdür. Məhkəmədən maddi və mənəvi ziyanla bağlı verdiyi iddia ərizəsi təmin edilməmiş, həmçinin Təqsirləndirilən şəxs şikayətçi olduğunu qeyd edərək sonuncuya ən yüksək həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, Hyundai Accent markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Vvtomobili təxminən 02 il bundan əvvəl 13500 manata almış lakin tez-tez idarə etmədiyindən, qərara gəlmişdir ki, özünə məxsus həmin avtomobili icarəyə versin. Bu məqsədlə həmin avtomobili ünvan 2 ünvanda olan "xxxx" MMC-yə icarəyə vermişdir. Belə ki, qeyd olunan şirkətlə aralarındakı razılığa əsasən, yalnız etibarnamə sənədi əsasında ona məxsus olan Hyundai Accent markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil icarə veriləcə və onunla "xxxx" MMC-nin aralarında heç bir müqavilə bağlanmamış, icarəyə verildiyi müddətdə hər-hansı baş vermiş hadisə zamanı avtomobilə dəyən zərər formasında ziyan şirkətin nümayəndəsi və hadisə vaxtı avtomobili idarə edən şəxs tərəfindən ona veriləcəkdir. 25 oktyabr 2021-ci ild evində olarkən polis əməkdaşları ona zəng edərək ona məxsus “Hyundai Accent” markalı **-SK-*** dövlət nömrə nişanlı avtomobilin Binəqədi rayonu 7-ci mikrorayon “Bolluq Bazarı” istiqamətində piyadanın ölümü ilə nəticələnən yolnəqliyyat hadisəsi baş verməsi barədə bildirmişlər. Nəticədə baş vermiş həmin yol-nəqliyyat hadisəsi ilə əlaqədar ona ümumilikdə 490 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmədə dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, 24 oktyabr 2021-ci ildə saat 18 radələrində, Bakı şəhəri Binəqədi rayonu 07-ci mikrorayon ərazisində yol kənarında dayanıb telefonla danışarkən, “Bolluq bazarı” istiqamətində işıqforun qırmızı işığında hərəkətə olan “Hyudai Accent” markalı **-SK-*** dövlət nömrə nişanlı ağ rəngli avtomobilinin yolu sağdan sola keçmək istəyən əvvəllər tanıdığı, qonşusu olan Səlim Cəfərovu vurduğunu görmüşdür. X15 vurandan sonra Səlim yerə yıxılaraq yerdə hərəkətsiz vəziyyətdə qalmış, sürücü dərhal avtomobildən düşüb vurduğu piyadanı öz avtomobilinə yerləşdirməklə xəstəxanaya aparmışdır. Hadisə zamanı sürücü hadisə yerindən yayınmamışdır. Avtomobildən dərhal düşərək vurduğu piyadanın səhhəti ilə maraqlanmış və daha sonra piyadanı dərhal avtomobilə yerləşdirib xəstəxanaya aparmışdır. Hadisə zamanı avtomobildə sürücüdən başqa heç bir şəxs olmamışdır. Məhkəmə iclasına çağırılmış şahidlər-Şahid3 və Şahid2 məhkəmə iclasına gəlməmələri və iştirak etməmələri nəzərə alınaraq, cinayət işinə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə, hər birinin ibtidai istintaq dövründə şahid qismində verdikləri ifadələri məhkəmədə elan olunmaqla tədqiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 24 oktyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş hadisə yerinin sxemindən və fotoşəkillərdən görünür ki, baxış zamanı hadisə yerinin Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon A.Kunanbayev küçəsində üzü “Bolluq bazarı” istiqamətində olan yolda olması, hadisənin baş verdiyi yolun hamar və düz asfalt olması, piyadanın vurulma yerinə qədər təxminən 03 metr qət etməsi müəyyən edilmişdir. İş materiallarında olan “sərxoşluq vəziyyətinin tibbi müayinə haqqında” 2/30580 nömrəli 24 oktyabr 2021-ci il tarixli aktından görünür ki, baş vermiş hadisə zamanı, yəni 24 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 196 nömrəli 25 oktyabr 2021-ci il tarixli rəyinə əsasən, mərhum X7 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər- baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol təpə-gicgah nahiyəsinin sıyrığı, sol körpücük sümüyü proyeksiyasında boyuna yaxın çiyinüstü nahiyənin qançırı, sol körpücük sümüyünün distal ucunun qapalı qəlpəli, sol ll-lll-İV-V qabırğaların orta qoltuq xətti üzrə qapalı yerdəyişmiş sınıqıları, döş qəfəsinin sağ ön-yan səthində ön qoltuq xətti ilə orta körpücük xətti arasında Vİİİ qabırğa proyeksiyasının sıyrığı, sol ağciyərin total kontuziyası ilə müşa- yiət edilən döş qəfəsin ket travması, sol bazu oynağına yaxın çiyinüstü nahiyənin, sol bazunun orta-yuxarı 1/3-nin ön-bayır qançırları, sol bazu sümüyün yuxarı 1/3-nin və sol baldırın incik sümüyünün ikili qapalı yerdəyişmiş sınıqları, sağ əl pəncəsinin arxa səthində İİ daraq sümüyü proyeksiyasının, sağ budun bayır səthinin, sağ diz oynağının ön səthinin aşağı yarısının, sol diz oynağının ön və bayır, sol baldırın yuxarı 1/3-in bayır, orta 1/3-nin arxa-bayır səthlərinin, sol baldırın aşağı 1/3-də iç topuq nahiyəsinin, sağ ayaq pəncəsinin İİ, İİİ və İV barmaqlarının uc falanqalarının ayaq arxası səthlərin sıyrıqları, ağır dərəcəli travmatik şokla müşayət edilən bədənin küt travması bərk küt əşya (əşyaların) təsirindən törənmişlər, həyatidirlər, qərarın təsviri hissəsində göstərilən müddət ərzində və şəraitdə, yəni 24 oktyabr 2021-ci il tarixli avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərlər və ağırlıq dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhumun ölümünə səbəb yuxarıdakı travma kompleksi nəticəsində inkişaf etmiş ağır dərəcəli travmatik şok olmuşdur. Tibbi sənəddə olan məlumatlara görə Səlim Cəfərov 25 oktyabr 2021-ci ildə saat 03:00-da X21 ölmüş, ilkin meyit əlamətlərin inkişaf dərəcəsi ilə təsdiq edilir. Mərhumun meyitindən götürülmüş qanda metil və etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (tiryək qrupu), fenotiazin, fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, habelə 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş 26 oktyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərə əsasən, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Accent” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin ön şüşəsinin çatlaması, ön sağ farasının sınması, ön sağ qanadnın zədələnməsi və sağ güzgüsünün tamamilə sınması və sağ ön, qapı ilə arxa qapının batmış vəziyyətdə olması müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş 01 noyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərə əsasən, ifadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs hadisənin baş vermə mexanizmini əyani olaraq təsvir etməklə istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş Yol nəqliyyat hadisələri ekspertizasının 8\2988 saylı 06 dekabr 2021-ci il tarixli rəyinə əsasən, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Accent” markalı **-SK-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodikanın tələblərinə görə piyadalar məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizanın təhqiqat obyekti olmadığından, onların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyil. Məhkəmədə tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 9\8548 nömrəli 17 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2011-ci il buraxlışlı “Hyundai Accent” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri ümumilikdə təxminən 490,0 manat məbləğində müəyyən edilir, o cümlədən dəyişilməli hissələrin qiyməti 390,0 manat və təmir-bərpa işlərinin qiyməti 100,0 manat təşkil etmişdir. Məhkəmədə tədqiq edilmiş 25 fevral 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş bir ədəd diskdən görünür ki, “Təhlükəsiz şəhər” sisteminin ərazidə quraşdırılmış TŞ8-007.3 nömrəli Təhlükəsiz Şəhər görüntü kamerası vasitəsi ilə 24 oktyabr 2021-ci il tarixdə saat 18:16:00-dan saat 18:18:00-dək olan müddətdə qeydə alınan videogörüntülərə baxış keçirilərkən, 24 oktyabr 2021-ci ildə saat 18:16:36-da ağ rəngli Hyundai Accent markalı avtomobilin Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon A.Kunanbayev küçəsi ilə “Bolluq bazarı” istiqamətində hərəkət edərək, hərəkətdə olduğu yolun sağ kənarında işıqforun sarı rəngli işığının qırmızı rəngli işığa keçməsinə və onunla eyni istiqamətdə hərəkətdə olan avtomobillərin işıqforda dayanmasına baxmayaraq, öz hərəkətini davam etdirərək, hərəkətdə olduğu yolun sol kənarından anidən avtomobilin istiqamətini hərəkətdə olduğu yolun sağ kənarına doğru döndərməklə yolun kənarında saxlaması müşahidə edilmişdir. Məhkəmədə tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 8\775 nömrəli 05 aprel 2022-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Hyundai Accent” markalı **-SK-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 68-75 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan sənədlərə əsasən zərərçəkmiş Zərərçəkmiş şəxs alınmış qəbzdən görünür ki, Hyundai Accent markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi olan Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan 07 aprel 2022-ci il tarixli qərara əsasən, Hyundai Accent markalı **- SK-*** dövlət nömrə nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmış, “Təhlükəsiz şəhər” sistemindən alınmış bir ədəd disk maddi sübut kimi qiymətləndirilib işin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun “Yol hərəkəti və ya nəqliyyat vasitələrin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli qərarına görə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən, məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanununun məhz hansı normasının tələblərini pozduğunu və pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, həmçinin təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, baş vermiş yol-nəqliyyat hadisəsində heç bir təqsirinin olmaması ilə əlaqədar verdiyi ifadəsinə tənqidi yanaşaq hesab edir ki, onun belə bir məzmunda ifadə verməsi yalnız cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, istintaq hərəkətlərinin aparılmasına dair protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsində irəli sürdüyü dəlillər özünü müdafiə xarakterlidir, yəni onun tərəfindən elan edilmiş ittiham üzrə hərəkətlərinin faktiki xarakterini dərk edib cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və onun məhkəmədə heç bir mötəbər sübuta əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə elan olunmuş ittihamda göstərilən cinayət əməlinin onun törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Eyni zamanda, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ibtidai istintaq zamanı və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə, cinayət işinə əlavə edilmiş və baxış keçirilmiş diskdə olan videogörüntülərlə, digər sübutlarla təkzib edilərək yalnız özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilməklə nəzərə alınmışdır. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə hüquqi qiymət verməklə hesab etmişdir ki, onun həmin cinayəti törətməsi ibtidai istintaq dövründə və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri ilə, keçirilmiş məhkəmə ekspertizaların rəyləri ilə, hadisə yerinin müayinə protokolu və fotoşəkillərlə, nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması ilə, videogörüntü və digər sənədlərlə sübuta yetirildiyindən, onun məhkəmədə verdiyi ifadəsində irəli sürdüyü dəlillər iş üzrə toplanmış sübutlarla təkzib edildiyindən və müdafiə xarakteri daşıdığından, yalnız cinayət məsuliyyətindən yayınma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddələrinin tələblərinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxslər ifadə vermək, özünə və ya yaxın qohumlarına qarşı ifadə verməmək və ifadə verməkdən imtina etmək, həmçinin təqsirləndirilən və ya şübhəli şəxs onun haqqında irəli sürülən ittihamla əlaqədar izahat (ifadə) vermək və ya izahat (ifadə) verməkdən və sənədləri imzalamaqdan imtina etmək hüququna malikdir. Göstərilən normaların tələbləri isə ona dəlalət edir ki, təqsirləndirilən (şübhəli) şəxs istədiyi kimi öz müdafiəsini mümkün olan və zəruri hesab etdiyi bütün vasitələrdən istifadə edib qurmaqla həyata keçirmək hüququna malikdir. Yəni ifadə vermək və ya ifadə verməkdən imtina etmək, hər hansı bir sənədə imza etmək və ya imza etməkdən imtina etmək onun vəzifəsi deyil, hüququdur və buna görə də hər hansı bir məsuliyyət nəzərdə tutulmamışdır. Belə olan halda, təqsirləndirilən şəxsin istintaq dövründə və məhkəmədə hər hansı bir məzmunda ifadələr verməsinə yalnız onun müdafiə hüququ kimi baxılmaqla qəbul olunmalı və qiymətləndirməklə nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində yol nəqliyyat hadisəsində təqsirinin olmadığından bəraət verilməsi barədə irəli sürdüyü dəlillərin təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrinin məzmunu ilə yanaşı; zərərçəkmiş şəxsin hüquqi varislərinin və şahidlərin ifadələri ilə; toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib edildiyini və öz təsdiqini tapmadığını nəzərə alaraq, onun verdiyi ifadəsində irəli sürülən dəlillərə tənqidi yanaşaraq, həmin dəlillər yalnız cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə irəli sürülən dəlillər kimi qiymətləndirilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək hesab etmişdir ki, nəqliyyat vasitəni idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdən ibarət cinayət əməli Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunduğundan, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə də, birinci instansiya məhkəməsi iş üzrə toplanmış və biri digərini tamamlayan mötəbər sübutların məcmusuna hüquqi qiymət verməklə hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli olması məhkəmədə tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Nəticə etibarı ilə, məhkəmədə araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, cinayət törədilmiş və törədilmiş cinayətdə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olaraq cinayəti Təqsirləndirilən şəxs törətməsi sübuta yetirildiyindən və əməli əsaslı olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edildiyindən, həmin maddə ilə təqsirli bilinmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması barədə müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər toplanmış və tədqiq edilmiş mötəbər sübutlarla təkzib edildiyindən və işin faktiki hallarına uyğun olmadığından, verilmiş apellyasiya şikayəti əsassız hesab olunaraq təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü isə həmin hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Digər tərəfdən, birinci instansiya məhkəməsi zərərçəkmiş hüquqi varisi və mülki iddiaçı X18 tərəfindən verilmiş mülki iddia ilə bağlı məsələyə baxıarkən hesab etmişdir ki, verilmiş mülki iddiaya sübutlar əlavə olunmadığından mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi zərərçəkmiş hüquqi varisi və mülki iddiaçı X18 tərəfindən verilmiş mülki iddiaya münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, verilmiş mülki iddiada maddi və mənəvi ziyanla bağlı müəyyən hallar göstərilsə də, həmin halları təsdiq edən heç bir sübut əlavə olunmamış və məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Belə olan halda, mülki iddia ilə bağlı məsələnin mülki mühakimə icraatı qaydasında araşdırmanın aparılmalı olduğundan və cinayət işi üzrə süründürməçiliyə yol verilməməsi baxımından verilmiş mülki iddianın baxılmamış saxlanılmalı və zərərçəkmiş şəxsin hüquqi varisinə verilmiş mülki iddia ilə bağlı məsələyə mülki mühakimə icraatı qaydasında müraciət etməsinə dair məlumat verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul olunmuş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia ərizəsinin verilməsini istisna edir. Göstərilən Məcəllənin 180.3-cü maddəsinin tələblərinə əsasən, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddianın sonradan həmin şəxs tərəfindən mülki mühakimə icraatı qaydasında həmin mülki iddia verilə bilər. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cinayət işi üzrə mülki iddiaçı qismində tanınmış zərərçəkmiş şəxsin hüquqi varisi X18 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalı və ona baxılmadan saxlanılmış mülki iddia ilə bağlı onun mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnın olması izah edilməlidir. Məhkəmə kollegiyası mülki iddianın baxılmamış saxlanılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakı qanunvericilik sənədlərinə görə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyanın vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda, cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Məhkəmə kollegiyası hesab edir ki, mülki cavabdeh olan təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından, onun vurulmuş maddi və mənəvi zərərlə bağlı mülki məsuliyyəti də yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkən şəxsə) birbaşa maddi ziyan və yaxud zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, hüquqi şəxsin əmlakı və işgüzar nüfuzuna dəymiş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Cinayət Prosessul Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə verilmiş mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq verilmiş mülki iddianın tam və ya qismən təmin edilməsi, mülki iddianın rədd edilməsi və ya mülki iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin, işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirab) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Konstitusiya ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186.1-ci maddəsinin tələblərinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək, cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmadığı halda, mülki iddiadan imtina etməyə haqlıdır.Həmin hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-cimaddəsinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiadan imtina etməsinin qəbulu cinayət mühakimə icraatı zamanı iddia üzrə icraata xitam verilməsinə səbəb olur və təkrarən olaraq mülki iddia vermək hüququndan məhrum edir. İş materiallarında olan sənədlərdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X18 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət nəticəsində dəymiş maddi ziyana görə 5.000 manat meyitin dəfni və qəbirüstünün götürülməsinə, 5000 manat yas mərasiminə və itirilmiş gəlir kimi 5.000 manat, cəmi 15.000 manat maddi zərərin və 10.000 manat mənəvi zərərin təqsirləndirilən Lətif Abbasovdan alınaraq ona ödənilməsini xahiş etmişdir. Verilmiş iddia ərizəsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, verilmiş iddia ərizəsinin mahiyyəti üzrə həll edilməsi üçün mülki iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən, zərərçəkmiş şəxsin hüquqi varisi X18 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Birinci instansiya məhkəməsi verilmiş mülki iddianı baxılmamış saxlayarkən, mərhum zərərçəkmiş şəxsin hüquqi varisi X12 ümumi qaydada qəbul edilmiş dəfn, məzar daşının düzəldilməsi və yas mərasimlərinin keçirilməsi xərclərini nəzərə almamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yas mərasimlərinin keçirilməsi xərclərin təsdiq edilməsi üçün sənədin təqdim edilməsində zərurət olmamaqla yanaşı, həmin xərclər ağlabatan olmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179-cu maddəsinə əsasən, cinayət mühakimə icraatda mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara uyğun verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyinin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadığı və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadığı halda, mülki prosessual qanunvericiliyin tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələblərinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqa malik olan şəxs ona dəymiş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər-hüququ pozulan şəxsin bunu bərpa etmə üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi, yəni real zərər və hüququ pozulmadığı hallarda isə, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X18 tərəfindən məhkəməyə məzar daşının düzəldilməsi ilə bağlı 4.000 manata yaxın vəsaitinin xərclənməsinə rəsmi qəbzi məhkəməyə təqdim etmişdir. Eyni zamanda, məhkəmə kollegiyası yas mərasimlərinin keçirilməsi xərclərini 3.000 manat kimi qiymətləndirərək ağlabatan hesab edib cəmi maddi ziyanın 7.000 manat olması nəticəsinə gəlmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası mülki iddiaçı və zərərçəkmişin hüquqi varisi Səid Cəfərli tərəfindən verilmiş mülki iddia maddi zərər hissəsində 15.000 manat ağlabatan olmadığından bununla razılaşmır, hesab ki, mülki iddia maddi zərər hissəsində 7.000 manat kimi ağlabatan olduğundan, həmin məbləğdə pul vəsaiti mülki iddianın maddi zərər hissəsində Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Səid Cəfərliyə ödənilməklə yanaşı, verilmiş mülki iddia maddi ziyanın qalan hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh olunmasına dair 31 may 2002-ci il tarixli Qərarına əsasən, qeyd edilən Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin və əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulan zərər dedikdə - şərəfin, şəxsin ləyaqətinin, işgüzar nüfuzun ləkələnməsi ilə əlaqədar zərərçəkmiş şəxsə vurulmuş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Mənəvi zərər ödənilməsi baradə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında birbaşa göstərilir ki, mənəvi zərərin ödənilməsinə dair iddiaya baxılarkən, məhkəmələr Azərbaycan Respublikası Konstitusiyasını, Avropa Konvensiyası və Avropa Konvensiyasına dair qəbul edilmiş protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Qeyd edilən qərara əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olmaqla məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman zərərin baş verməsinə səbəb olan hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi və bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə bağlı mənəvi sarsıntı və ya iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və sair), habelə işin digər diqqətə layiq halları nəzərə alınmaqla, zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən - mənəvi zərər zərərçəkən şəxsə qeyri-əmlak, həmçinin əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin ödənilməsi ilə bağlı qanunvericiliyin müddəaları nəzərə alınaraq, şəxsə bu zərərin vurulması onun və ya yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və yaxud bu hüquqlardan məhrum olması və sair hallarda da özünü biruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və başqa hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmələr mənəvi zərərin ödənilməsinə dair tələblərə baxarkən buna görə məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə yanaşı, zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, hansı şəraitdə, hansı hərəkət nəticəsində baş verməsini, zərər vuranın təqsirini, zərərçəkmiş şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludurlar. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X12 mənəvi sarsıntı və iztirablar keçirməklə ona mənəvi zərər dəymişdir. Lakin, onun tərəfindən 10.000 manat məbləğin tələb qoyulması ağlabatan məbləğ hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası verilmiş mülki iddianın mənəvi ziyan hissəsində zərərçəkmişin hüquqi varisinin keçirdiyi mənəvi iztirabların və sarsıntıların xarakterini nəzərə alaraq hesab edir ki, mülki iddia mənəvi ziyan hissəsində qismən təmin edilməli və 3.000 manat təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq keçirdiyi mənəvi iztirab və sarsıntıya görə zərərçəkmiş şəxsin hüquqi varisi X12 xeyrinə tutulmalıdır. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X18 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli və maddi zərər hissəsində 7.000 (yeddi) manat, mənəvi zərər hissəsində isə 3.000 (üç min) manat, ümumilikdə 10.000 (on min) manat təqsirləndirilən Təqsirləndirilən şəxs alınmaqla, mülki iddiaçı və zərərçəkmiş şəxsin hüquqi varisi X13 ödənilməlidir. İş materiallarında olan sənədlərə əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol polis idarəsinin 04 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, ona xx.xx.2019-cu ildə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AC 098563 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamış, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon keçid 1260 ev 29B mənzil 10-da yaşamaqla müsbət xarakterizə olunur. 01 mart 2022-ci il tarixli ərizə ilə Zərərçəkmiş şəxs istintaq orqanına müraciət edərək, ona məxsus Hyundai Accent markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı heç bir şikayəti tələbi yoxdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzinin 29 iyun 2022-ci il tarixli arayışına əsasən təqsirləndirilən şəxsin X5 İİ qrup müharibə əlilliyi ilə (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar) aylıq 350 manat Prezident təqaüdü alır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X16 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 2535 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş və boşandıqdan sonra tərəflərin ümumi uşaqları olan 20 iyul 2020ci il təvəllüdlü X8 iddiaçı X9 yanında saxlanılması qət edilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsini müzakirə edərkən, işin materiallarında olan sənədləri nəzərdən keçirərək hesab etmişdir ki, onun cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını və xüsusiyyətlərini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə” İltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Digər tərəfdən, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsinə baxaraq Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), onun şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini (atasının İİ müharibə əlilliyinin olmasını) nəzərə almışdır. Bundan başqa, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməməsini və cinayət məsuliyyətinə cəlb edilməməsini, onun hadisədən sonrakı davranışını, yəni hadisə yerindən qaçmayaraq zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün avtomobilinə yerləşdirib xəstəxanaya aparmasını, yol-nəqliyyat hadisəsinin baş verməsində birbaşa təqsirinin olmasını və elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi kimi halları nəzərə almışdır. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə yanaşı, ona müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzalarının təyin olunmasını məqsədə müvafiq hesab etmişdir. Beləliklə də, yuxarıda göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş həddində müəyyən müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan olunmaqla, azadlıqdan məhrum etmə cəzasını təyin edilməsi onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi qanunvericiliyinin tələblərini rəhbər tutaraq hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinməli, ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunan cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 45.2-ci maddəsinin tələblərinə əsasən hesab etmişdir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın həddi ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi və ağır nəticələrə səbəb olmaqla zərərçəkmiş şəxsin ölümü ilə nəticələn cinayət əməli hərəkət təhlükəsizliyinin və nəqliyyat vasitələrinin istismarı qadaları əleyhinə olan cinayətlər fəslinə daxildir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətin törədilməsində özünü təqsirli bilməməsini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməməsini və bu istiqamətdə ümumiyyətlə hər hansı müsbət hərəkətlər etməməsini təqsirləndirilən şəxsə cəza təyin olunarkən kifayət qədər nəzərə almamışdır. Digər tərəfdən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, cinayət qanununun vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, eyni zamanda insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyəti və iqtisadi fəaliyyəti, ictimai qaydanı və təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikası Konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan və həmçinin törədilmiş cinayət əməllərinin qarşısını alınmaqdan ibarətdir. Digər tərəfdən, məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə baxışı ərafəsində Təqsirləndirilən şəxs məhkəməyə gəlməmiş və görülmüş tədbirlər nəticəsiz qaldığından, onun barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilmiş və sonuncu 12 dekabr 2022-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Göstərilən hal məhkəmə kollegiyası tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədən yayınmasını onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, "...məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafıq maddələri ilə nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə, məhkumlar və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəza dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olaraq, onun cinayət məsuliyyətinə cəlb olunmaqla ədalətli cəzalandırılmasının əsas hüquqi nəticəsidir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmələr tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin olunmasına və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı cəza təyin edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ona təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza ilk və birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah olunmasına və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin olunacaq cəzanın ədalətli olması dedikdə qeyd edilən cəzanın törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Bundan əlavə, birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi, məhkəmə cəza təyin etmənin əsaslarına dair Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini pozaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almadan, məhkuma təyin etdiyi cəzanın yüngüllüyünə görə ədalətsiz olduğundan, cinayətin ağırlığına uyğun olmayan cəza hesab olunmalıdır. Beləliklə də, məhkəmə tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ağırlığına uyğun olmayan yüngül və ədalətsiz cəza təyin edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən, məhkəmələr təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, həmçinin cinayətin törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda, ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və eyni ilə diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «İnsan Hüquqlarının və X6 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6cı maddəsinin tələblərinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən olunarkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddət ərzində barəsində olan cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət əməlini törətmiş şəxsə təyin olunan cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, təyin edilən cəza sosial ədalətin bərpası və təqsirləndirilən şəxsin islah edilməsi, məhkumlar və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Göstərilən qanun normaların tələblərini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin ağırlığına uyğun olmayan yüngül və ədalətsiz cəza təyin edilmişdir. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş X7 ölümü ilə nəticələnmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi nəzərə almamışlar ki, törədilmiş cinaət nəticəsində bir ailənin mənəvi və əxlaqi dəyərinə, ailəsinə və yaxın qohumlarına böyük zərbə dəymişdir. Belə olan halda, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayətin məqsədi və motivi, cinayəti törətməkdə rolunu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı halları, cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halların müəyyən edilməməsi və cinayətin açılmasına köməklik göstərməməsi nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının müddəti artırılmaqla yanaşı, cəzanın məsədi təmin oluna bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması sahədə vacib vasitə olaraq lazımi cəzalandırma tədbirini təmin edir, şəxsin islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və ya başqa şəxslərin yeni cinayətin törədilməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, təyin olunmuş cəzaya dair Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti ilə bağlı cəzanın yüngüllüyünə görə ədalətsiz olmaqla dəyişdirilməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs bəraət verilməsi barədə onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib edildiyindən və işin faktiki hallarına uyğun olmadığından və verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər kifayət qədər əsaslandırılmadından əsassız hesab edilərək təmin edilməməlidir. Digər tərəfdən, birinci instansiya məhkəməsi maddi sübutlar və digər məsələləri həll edən zaman əsaslı olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132, 197 və 198-ci maddələrinin tələblərini rəhbər tutaraq hesab etmişdir ki, hazırki cinayət işi üzrə maddi sübut qismində tanınmış “Hyundai Accent” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı; maddi sübut qismində tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanmalı və 235 manat təşkil edən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesaba keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş çoxsaylı mötəbər və təkzibedilməz sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Ona görə də, təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılması barədə müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, həmin hissədə Binəqədi rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, təqsirləndirilən Təqsirləndirilən şəxs yüngüllüyünə görə ədalətsiz cəza təyin edildiyindən və verilmiş mülki iddianın əsassız olaraq baxılmadan saxlanıldığından, Dövlət ittihamçısı tərəfindən cəza hissəsində verilmiş apellyasiya protesti təmin edilməli və eyni ilə cəza və mülki iddianın baxılmamış saxlanılması hissəsində zərərçəkmişin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməklə yanaşı Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü həmin hissələrdə dəyişdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-ci maddəsinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası Q ə r a r a al ı r : Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X18 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq, ona 2 (iki) il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu 12 dekabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmənin hökmü mülki iddianın baxılmamış saxlanması hissəsində ləğv edilsin. Mülki iddiaçı və zərərçəkmiş şəxsin hüquqi varisi X18 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Mülki iddia maddi zərər hissəsində 7.000 (yeddi min) manat və mənəvi zərər hissəsində 03 (üç min) manat, cəmi 10.000 (on min) manat təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı və zərərçəkmişin hüquqi varisi Səid Cəfərliyə ödənilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddət ərzində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər: 1.(sədrlik edən) İlqar Murquzov
2. Habil Məmmədov
3. Həsən Əhmədov