Məhkəmə qərarları › İş №1(103)-1690/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1690/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1690/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsi ilə, Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Məhkum - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 Elxan oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X4, X5 və X2 ibarət tərkibdə) 8 aprel 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Dəmirçin kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, K.Seyidov küçəsi, ev 9, mənzil 9-da qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi ev 17-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum edilmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasnın vətəndaşı “Hadi” adlı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan rol bölgüsünə əsasən şəxsiyyəti istintaqla araşdırılan şəxsin istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı ünvan 1 ünvana daşıyıb zibil qabının altında gizlətdiyi 1 ədəd sellofan torbanın içərisində 1.376,211 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 21,990 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini, üzərində “Methadone 40” yazı olan 32 ədəd konvalyutdakı 318 ədəd ümumi miqdarı 12,72 qram təşkil edən külli miqdarda narkotik vasitə metadon tərkibli dərman preparatını və 1 ədəd sellofan torbada təmiz çəkisi 1.220 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 3 aprel 2021-ci ildə saat 1 radələrində satış məqsədi ilə qanunsuz olaraq əldə edib pul müqabilində “Hadi” adlı şəxsin “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə ona göndərəcəyi ünvana çatdırma məqsədi ilə üzərində saxlamaqla ünvan 2 ünvanda yerlşən “Lalə” uşaq bağçasına daşımaqla otaqların birində saxlamış, 5 aprel 2021-ci il tarixdə saat 19:15-da ünvan 2 ünvanın yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı saxlanılaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə dəvət olunaraq üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz əldə edərək saxladığı və daşıdığı 1 ədəd bükümdə təmiz çəkisi 4,378 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin tarixdə saat 21:45-də Təqsirləndirilən şəxs dəvəti, icazəsi və iştirakı ilə müvəqqəti yaşadığı ünvan 2 ünvanda yerləşən “Lalə” uşaq bağçasına baxış keçirilərkən satış məqsədi ilə əldə edərək saxladığı 1 ədəd göy rəngli sellofan torabının içərisində gizlətdiyi 4 ədəd polietilen bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 920 qram, 78,228 qram, 53,605 qram və 320 qram olmaqla kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 1.371,833 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 21,990 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, üzərində “Methadone 40” yazı olan 32 ədəd konvalyutdakı 318 ədəd ümumi miqdarı 12,72 qram külli miqdarda narkotik vasitə metadon tərkibli dərman preparatı və 1 ədəd sellofan torbada təmiz çəkisi 1.220 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, səthində narkotik vasitə heroinə məxsus izlər olan 1 ədəd “5kq x 1g” markalı və 1 ədəd “200g x 0,01g” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini və ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsi onun məsuliyyətini yüngülləşdirən halları nəzərə almamış və ətraflı araşdırma aparmadan qanunsuz hökm çıxarmış və ona ağır cəza təyin etmişdir. Onda külli miqdarda narkotik vasitə olmamışdır. Hökmdən cinayət-prossesual qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdırmış, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspert rəyi və işin digər obyektiv halları ilə tam təsdiq olunmuş, həmin sübutlara əsasən Təqsirləndirilən şəxsnın ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bundan əlavə müdafiə tərəfi ittiham olunduğu cinayət əməlini törətməsinə dair əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə hüquqi tövsifini mübahisələndirməmişdir. Məhkumun apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iş üzrə bütün halları nəzərə almadan ona sərt cəza təyin etməsinə dair göstərdiyi dəlilini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları (himayəsində iki nəfər azyaşlı övladının olmasını) və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların olmamasını əsas götürərək məhkuma ittiham olunduğu maddənin sanksiyası həddində, onun şəxsiyyətinə və törətdiyi əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6 aprel 2021-ci il tarixli 7/320 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs ...” yazıları və imzalar olan 1 ədəd göy rəngli polietilen bağlamadakı təmiz çəkisi 1.220 qram (1 kq 220 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2 ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur (Qeyd: Marixuananın təmiz çəkisi 1.220 qram, tədqiqata sərf olundu 0,2 qram, qalıq 1.219,8 qram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6 aprel 2021-ci il tarixli 6/1359 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş....” yazısı olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 4,378 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi uşaq bağçasında aşkar olunmuş...” yazısı olan bağlamadakı 4 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 920 qram, 78,228 qram, 53,605 qram və 320 qram, ümumi təmiz çəkisi 1.371,833 qram qəhvəyi rəngli tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasirə heroindir. 1 ədəd bükümdə təmiz çəkisi 21,990 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Üzərində “Methadone 40” yazısı olan 32 ədəd konvalyutdaki ümumi 318 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 318 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 12,72 qramdır (konvalyutların üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Həblər tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eynidir. Üzərində “Metelin 500” yazısı olan 18 ədəd konvalyutda ümumilikdə 177 ədəd ağ rəngli dairəvi formalı həblər metformin hydrochlorid tərkibli dərman preparatıdır. 2 ədəd “5Kg X 1g” markalı və “200g X 0,01g” markalı elektron tərəzilərin üzərində heroin izləri vardır. Təqsirləndirilən şəxs üzərindən və təqdim etdiyi uşaq bağçasından aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1.376,211 qram (1 kq 376,211 qram) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Tərəzilərin üzərindəki heroin iz şəklində olduğu üçün heroin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in, metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in İİ siyahısına daxildir. Tədqiqata təqdim edilmiş “Metilin 500” (metformin hydrochlorid) adlı dərman preparatı 28 iyun 2005-ci tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlar”ın və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxil deyildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 1.376,211 qram, tədqiqata sərf edildi 0,3 qram, qalıq 1.375,911 qram, metafetaminin ümumi təmiz çəkisi 21,990 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 21,890 qram, 318 ədəd metadon həblərdən 8 ədəd həb tədqiqata sərf edildi, qalıq 310 ədəd həb, 177 ədəd metformil həblərdən 2 ədəd həb tədqiqata sərf edildi, qalıq 175 ədəd həb. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 nömrəli qərarının 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 nömrəli qərarında qeyd olunmuş tələbləri nəzərə alaraq Təqsirləndirilən şəxs ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun apellyasiya şikayətinin dəlili kimi göstərdiyi hallar Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq hesab edir ki, hökm qanuni və əsaslıdır, hökm qəbul edilərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının tələbləri pozulmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407-ci maddələrini rəhbər tutaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Yekun qərar qəbul edildiyi andan qüvvəyə minir. Yekun qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar