Məhkəmə qərarları › İş №1(103)-17/2022

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-17/2022

02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-17/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Əkbərovun sədrliyi və məruzəsi ilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə Fəxri Vidadi oğlu Qasımovun katibliyi ilə, Dövlət ittihamçısı X3, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Suraxanı rayonu elektirik idarəsində nəzarətçi mühəndis işləyən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, 18 nömrəli evin 2 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə tərəfindən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilmişdir ondan ötrü ki, o, 23 avqust 2019-cu il tarixdə, saat 21:00-da Bakı şəhəri, Sabunçu rayonu, Yusif Qasımov küçəsi, 12 ünvanında yerləşən yerüstü piyada keçidinin pilləkanı üzərində keçmiş arvadı Zərərçəkmiş şəxs1 qəfil yaxınlaşaraq, kənarda söhbət etmə barədə etdiyi təklifinin rədd edilməsini cüzi səbəb kimi göstərməklə əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanların mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, yəni əli ilə arxadan sonuncunun saçından tutub yerə yıxaraq sürükləməklə yanaşı əl və ayaq zərbələri ilə müxtəlif bədən nahiyələrinə zərbələr endirməyə davam etmiş, ardınca sonuncuya məxsus “Xiaomi” markalı, “Mi 5” modelli mobil telefon aparatını qısqanclıq niyyəti ilə əlindən almaq istəyərkən müqavimətlə qarşılaşdığı üçün dişləri ilə Zərərçəkmiş şəxs1 sol əlini dişləyib fiziki ağrı yetirərək mobil telefona yiyələnməklə konstruksiya cəhətdən digər məqsədlər üçün olan, lakin məhv etmə və zədələmə xüsusiyyətinə malik olan mobil telefonu silah qismində istifadə edərək qeyd edilən əşya ilə zərərçəkmiş şəxsin baş nahiyəsinə ardıcıl zərbələr endirməklə Zərərçəkmiş şəxs1 sol əlin arxa səthinin sıyrıqlı qançırı, sol gicgah-təpə nahiyəsində məhdud sahədə saç diblərinə qansızma, sağ alın-təpə, sol bazu və sağ bud nahiyələrinin qançırları, sol dirsək oynağı və sağ ayaq nahiyələrinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərərvurmaya aid xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 12 sentyabr 2019-cu il tarixdə, saat 21:00-da keçmiş arvadının ailə üzvləri ilə birgə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 286 H nömrəli fərdi yaşayış evinin qarşısında olarkən keçmiş qayınatası Zərərçəkmiş şəxs2 ilə rastlaşaraq aralarında baş tutan söhbət zamanı əlində saxladığı planşetin yaddaşında sonuncunun qızı Zərərçəkmiş şəxs1 Bayram qızı ilə əlaqəli əxlaq normalarına zidd məlumatların olmasını iddia etdiyi anda Zərərçəkmiş şəxs2 deyilənlərə müstəsna məhəl qoymamasını cüzi səbəb kimi göstərərək, əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanların mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə mübahisə yerini tərk edən Zərərçəkmiş şəxs2 təqib edib ona yetişərək əli ilə sonuncunun baş nahiyəsinə zərbə vurub zərərçəkmiş şəxsə qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, boyunun sağ yan səthinin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərərvurmaya aid xəsarətlər yetirərək təkrarən qərəzli xuliqanlıq etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Elnur Nuriyev) 19 avqust 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 14 dekabr 2019-cu il tarixdən hesablanmaqla cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzanı çəkmişdir. Hökmdən Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verib məhkəmənin gədiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını, məhkəmənin gədiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığını, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilmədiyini və cinayət qanunu normasının düzgün tətbiq edilmədiyini qeyd edərək hökmün ləğv edilməsini və təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin maddədə nəzərdə tutulan ən ağır cəzanın təyin edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verib Təqsirləndirilən şəxs ifadəsi ilə əsl şahid olan zərərçəkmiş şəxslərlə onun arasında olan mübahisəni və Səbuhi adlı şəxsin onu döyməsini Şahid2 oğllunun ifadəsi ilə tam tıqsdiqini tağdığını qeyd edərək hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı şahid ifadələri, ekspert rəyləri, maddi sübutları və sair sənədlərlə kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, məhkəmə qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirməyərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən yalnız təqsirləndirilən şəxsin özünümüdafiə xarakteri daşıyan, hadisənin obyektiv səhnəsinə və sağlam məntiqə uyğun olmayan mövqeyinə əsaslanmışdır. Bütün göstərilənləri nəzərə alaraq apellyasiya protestinin təmin edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Zərərçəkmiş şəxs1 və nümayəndəsi Nümayəndə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin verdiyi apellyasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsini, hökmün ləğv edilməsini və təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin maddədə nəzərdə tutulan ən ağır cəzanın təyin edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 zərərçəkmiş şəxsin nümayəndəsinin verdiyi apellyasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini, məhkum edilmiş şəxsin müdafiəçisinin verdiyi apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, apellyasiya protestinin təmin edilərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə baxışını qismən məhkəmə istintaqı aparmaqla keçirərək apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, məhkum edilmiş şəxsin müdafiəçisinin verdiyi apellyasiya şikayət təmin edilməməli, zərərçəkmiş şəxsin nümayəndəsinin verdiyi apellyasiya şikayət və dövlət ittihamçısının apellyasiya protesti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü ləğv edilməli və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuşdur ondan ötrü ki, o, 23 avqust 2019-cu il tarixdə, saat 21:00-da Bakı şəhəri, Sabunçu rayonu, Yusif Qasımov küçəsi, 12 ünvanında yerləşən yerüstü piyada keçidinin pilləkanı üzərində keçmiş arvadı Zərərçəkmiş şəxs1 qəfil yaxınlaşaraq, kənarda söhbət etmə barədə etdiyi təklifinin rədd edilməsini cüzi səbəb kimi göstərməklə əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanların mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, yəni əli ilə arxadan sonuncunun saçından tutub yerə yıxaraq sürükləməklə yanaşı əl və ayaq zərbələri ilə müxtəlif bədən nahiyələrinə zərbələr endirməyə davam etmiş, ardınca sonuncuya məxsus “Xiaomi” markalı, “Mi 5” modelli mobil telefon aparatını qısqanclıq niyyəti ilə əlindən almaq istəyərkən müqavimətlə qarşılaşdığı üçün dişləri ilə Zərərçəkmiş şəxs1 sol əlini dişləyib fiziki ağrı yetirərək mobil telefona yiyələnməklə konstruksiya cəhətdən digər məqsədlər üçün olan, lakin məhv etmə və zədələmə xüsusiyyətinə malik olan mobil telefonu silah qismində istifadə edərək qeyd edilən əşya ilə zərərçəkmiş şəxsin baş nahiyəsinə ardıcıl zərbələr endirməklə Zərərçəkmiş şəxs1 sol əlin arxa səthinin sıyrıqlı qançırı, sol gicgah-təpə nahiyəsində məhdud sahədə saç diblərinə qansızma, sağ alın-təpə, sol bazu və sağ bud nahiyələrinin qançırları, sol dirsək oynağı və sağ ayaq nahiyələrinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərərvurmaya aid xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 12 sentyabr 2019-cu il tarixdə, saat 21:00-da keçmiş arvadının ailə üzvləri ilə birgə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 286 H nömrəli fərdi yaşayış evinin qarşısında olarkən keçmiş qayınatası Zərərçəkmiş şəxs2 ilə rastlaşaraq aralarında baş tutan söhbət zamanı əlində saxladığı planşetin yaddaşında sonuncunun qızı Zərərçəkmiş şəxs1 Bayram qızı ilə əlaqəli əxlaq normalarına zidd məlumatların olmasını iddia etdiyi anda Zərərçəkmiş şəxs2 deyilənlərə müstəsna məhəl qoymamasını cüzi səbəb kimi göstərərək, əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanların mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə mübahisə yerini tərk edən Zərərçəkmiş şəxs2 təqib edib ona yetişərək əli ilə sonuncunun baş nahiyəsinə zərbə vurub zərərçəkmiş şəxsə qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, boyunun sağ yan səthinin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərərvurmaya aid xəsarətlər yetirərək təkrarən qərəzli xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham elan olunmuşdur. Birinci instansiya məhkəməsinin qənaətinə görə Təqsirləndirilən şəxs əməlində hər iki epizod üzrə (23 avqust 2019-cu il tarixdə, saat 21:00-da və 12 sentyabr 2019-cu il tarixdə, saat 21:00-da) ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlərin və vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi ilə hədələmə, habelə özgənin əmlakının məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin, yəni xuliqanlıq cinayətinin obyektiv tərəfinin bütün əlamətlərinin eyni anda mövcud olması, habelə həmin vaxt Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silah qismində istifadə olunmuş əşyalardan istifadə edilməklə törədilməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara öz təsdiqini tapmamışdır. Ona görə gə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif etməklə həmin maddənin sanksiyası həddində cəza təyin edtmişdir. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya protestinə və şikayətlərinə təkrar məhkəmə baxışı iclasında aparılmış məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi müvafiq hökm çıxaran zaman işin faktiki hallarına düzgün qiymət verməmiş və nəticədə, düzgün olmayan qərar qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi kimi qiymətləndirərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinin tələblərinə əsasən birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və yeni hökm çıxarılması üçün əsas hesab edir. Həmçinin Azərbaycan Respublikası CPM-in 401.1.1-ci maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Belə ki, verilmiş apellyasiya şikayətləri və apellyasiya protesti üzrə məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs AR CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək əvvəl vermiş olduğu ifadələrin də təsdiq etməklə ifadələrində göstərmişdir ki, evin tək övladıdır və xəstəlikdən əziyyət çəkən valideyinlərinə qulluq edir. 2017-ci ildə “Kooperasiya” Universitetində ali təhsil aldığı zaman həmin Universitetin kollecində Zərərçəkmiş şəxs1 görmüş, onu bəyəndiyinə görə həmin ilin yay ayında Bakı şəhəri, Nərimanov rayonunda metronun “Gənclik” stansiyasının yaxınlığında yaxınlaşıb onunla tanış olmuşdur. Lalə ilə sonradan mobil telefonla danışmaqla, habelə “WhatsApp” prorqamı vasitəsi ilə yazışmaqla əlaqə saxlamışdır. Xəstəlikdən əziyyət çəkən anası Leylanın toyunu görə bilməsi üçün Lalə ilə evlənmək qərarına gəlmişdir. Lalə ilə bu barədə danışdıqda sonuncu ona razılıq vermişdir. Bundan sonra telefonla Lalənin anası Şəhla ilə danışıb evliliklə bağlı onun da razılığını almışdır. Həmin vaxt Şəhlaya toy etməyə maddi imkanının olmadığını bildirdikdə Şəhla qızı Lalənin ərköyün olduğunu, maddi imkanı düzələnə qədər dini kəbinkəsmə əsasında sonuncunu özü ilə aparıb bir yerdə yaşamalarını təklif etmişdir. Şəhlaya, valideyinlərinin bunu müsbət qarşılamayacaqlarını, Lalə ilə bir müddətdən sonra evlənib onu el adəti ilə evinə gəlin gətirəcəyini demişdir. Bu söhbətdən bir neçə gün sonra Lalə ona zəng edərək valideyinləri ilə mübahisə etdiyini, gəlib onu aparmağı, əks təqdirdə özünü öldürəcəyini demişdir. Lalənin dedikləri barədə anası Leylaya danışdıqdan sonra anası, telefon vasitəsilə Şəhla ilə danışmış, həmin vaxt sonuncu Lalənin toydan əvvəl başqa evə getməsinə etirazının olmadığını bildirmişdir. Belə olan halda səhəri günü Lalə ilə Bakı şəhəri, Sabunçu raronu, Bakıxanov qəsəbəsində görüşüb onu yaşadığı evə gətirmişdir. Həmin günü Lalənin xalası Aləmzər, sonuncunun əri və Lalənin dayısı arvadı onlara gəlib öz xeyir-dualarını vermişlər. Təxminən 10 gündən sonra Lalənin əvvəllər nişanlı olduğunu, keçmiş nişanlısı ilə hal-hazırda da telefonla danışdığını öyrənmişdir. Həmin vaxt Lalə ona, keçmiş nişanlısına artıq ərdə olduğunu demək, halallaşmaq məqsədilə ona zəng etdiyini, sonuncu ilə bir daha danışmayacağını demişdir. 31 iyul 2017-ci il tarixdə isə Lalə ilə toyları olmuş, təxminən 1-2 aydan sonra evdə olmadığı zaman Lalə ilə anası Leyla mübahisə etdiklərinə görə o, Lalə ilə birlikdə köçüb Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində kirayədə yaşamışdır. Lalə əvvəllər “Mcdonalds”-da işlədiyinə, evliliklərinin ilk günlərində isə maddi imkanları aşağı olduğuna görə Lalənin işləməsi barədə razılığa gəlmişlər. Birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisindəki metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən “Mcdonalds”-a getmişlər, orada müdiriyyətlə danışdıqdan sonra Lalə işə götürülmüşdür. Lalə “Mcdonalds”-da bir müddət işlədikdən sonra hamiləliyi ilə əlaqədar analıq məzuniyyətinə çıxmışdır. 26 mart 2018-ci ildə oğlu Xəzan anadan olmuş, həmin ərəfədə onlar Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kirayədə yaşayırdılar. 2018-ci ilin iyun ayında gecə növbəsində qalmalı olduğundan Lalə valideyinlərinin evinə gedib gecəni orada qalacağını, yaşadıqları evə isə səhər qayıdacağını dedikdə o, buna etiraz etməmişdir. Səhər yaşadıqları evə qayıtdıqda Lalənin evdə olduğunu, oğlu Xəzanın isə evdə olmadığını görüb, Lalədən tez qayıtmasının səbəbini, habelə oğlu Xəzanın harada olduğunu soruşmuş, Lalə ona səhər yeməyi vermək üçün tez qayıtdığını, Xəzanı isə nənəsi Şəhlanın yanında qoyduğunu demişdir. Həmin gün sonradan qayınanası Şəhla Xəzanı evə gətirmişdir. Təxminən iki gündən sonra Lalə ilə birlikdə qayınatası Hüseynin evinə qonaq getmiş, orada söhbət əsnasında Lalənin iki gün bundan öncə Xəzanı valideyinlərinin yanına aparsa da özünün orada qalmadığı, valideyinlərinə isə güya onunla (Təqsirləndirilən şəxsla) birlikdə gəzməyə getdiyini dediyi məlum olmuşdur. Həmin vaxt heç bir söz deməsə də yaşadıqları evə qayıtdıqdan sonra bu barədə soruşduqda Lalə, guya onu qısqandığı üçün evdə qaldığını, onu güdmək istədiyini demişdir. Bundan təxminən iki gün sonra isə sinif yoldaşı İlkin zəng edib, gecə saat 02:00 radələrində arvadı ilə birgə hara getdiyini, nəsə bir problemin olub-olmadığını soruşmuşdur. İlkin həmçinin ona Lalənin taksiyə mindiyini gördüyünü, lakin onun özünü sezə bilmədiyini, nəsə bir hadisənin baş verdiyini zənn etmişdir. İlkinə yalandan uşağını narahat olduğu üçün həmin günü qayınatasının evinə apardığını demiş, özü isə dərhal evə gəlib Lalədən gecə saat 02:00 radələrində taksiyə minib hara getdiyini soruşmuşdur. Lalə andaman edərək həmin vaxt heç bir yerə getmədiyini, evdə olduğunu bildirsə də ona inanmadığını deyib son 3 günün telefon zənglərini çıxartmağı təklif etmişdir. Lalə etiraz edərək, bunu edəcəyi təqdirdə ondan boşanacağı ilə onu hədələmişdir. Əvvəllər də Lalənin belə səhvlərini tutduğu üçün onun kiminləsə görüşdüyünü başa düşmüşdür. Bundan sonra Lalənin valideyinlərinə zəng edib qızlarına sahib çaxmalarını, gəlib qızları Laləni aparmalarını dediyinə görə qayınatası Hüseyn gəlib Laləni öz yaşadığı evə aparmışdır. 2018-ci ilin iyul ayında Lalə “Gənclik Mall” ticarət mərkəzində şirələrin reklamında, o isə Bakı şəhəri Sabunçu rayon Məhkəməsində müvəqqəti hakim köməkçi işləmiş, həmin ərəfələrdə münasibətləri normal olduğundan işdən sonra Laləni götürüb atası evinə aparmış, Lalə isə öz növbəsində anasından xəbərsiz onu oğlu Xəzanla görüşdürürdü. Bir neçə gündən sonra Lalə münasibətləri haqqında düşünmək üçün evə tək gedəcəyini, həmin günü arxasınca gəlməməyini tapşırmışdır. Laləyə 1-2 həftəyə maaş aldıqdan sonra kirayə ev tutacağını və əvvəlki kimi birlikdə yaşayacaqlarını demiş, Lalə isə bu haqda təklikdə fikirləşəcəyini və arxasınca gəlməməsini bir daha tapşırmışdır. Laləyə bir söz demədən axşam işdən sonra “Gənclik Mall”-a gedib ikinci mərtəbədən, birinci mərtəbədə işləyən Laləyə baxmağa başlamışdır. Həmin vaxt Lalənin iş yerində tanımadığı bir oğlanla yaxın oturub mehriban söhbət etdiyini, həmin oğlanın əli ilə Lalənin ayaqlarını sığalladığını görmüş, onlara yaxınlaşıb Lalədən həmin oğlanın kim olduğunu, hansı səbəbdən onun ayaqlarını sığalladığını soruşmuş, Lalə həmin oğlanın administratoru olduğunu, aralarında hər hansı bir münasibətlərinin olmadığını, sadəcə söhbət etdiklərini, səhv gördüyünü, həmin oğlanın onun (Lalənin) ayaqlarını sığallamadığını bildirmişdir. Buna baxmayaraq, həmin şəxsi çağırıb gördüklərini ondan da soruşmuş, sonuncu isə cavabında səhv başa düşdüyünü, Lalə ilə sadəcə iş yoldaşı olduğunu demişdir. Lalənin bu gündən işləməyəcəyini bildirdikdə həmin oğlan Lalənin admistratoru olmadığını, başqalarının administratoru olduğunu bildirmişdir. Bundan daha da əsəbləşib həmin oğlanın sinəsindən tutub niyə Lalə ilə iş yoldaşı olduğunu deməklə yalan danışdığını soruşmuş, bu zaman mühafizəçilər onları ayırmışlar. Laləyə gedəcəklərini deyib əynini dəyişməsini tələb etmişdir. Lalə etiraz etməyərək əynini dəyişib gələcəyini bildirmiş, yarım saat gözləməsinə baxmayaraq gəlmədiyini görüb Laləyə zəng etmiş, lakin sonuncu onun zənglərinə cavab verməmişdir. Buna görə də Lalənin iş yoldaşı olan qızdan Lalənin harada olduğunu soruşmuş, həmin qız isə Lalənin çoxdan evə getdiyini demişdir. Dərhal taksi ilə Lalənin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 286 H nömrəli fərdi yaşayış evinə getmiş, orada taksidən düşərkən Lalənin başqa taksi ilə gəldiyini görmüş, taksidən düşdüyü zaman onun qolundan tutub niyə belə etdiyini soruşduqda sonuncu qorxub qışqırmağa başlamışdır. Səsə Lalənin valideyinləri çıxmışlar, onlara qızları Lalənin fahişə olduğunu, düzəlməyəcəyini bildirmiş, onun bu sözlərindən əsəbləşən qayınatası Hüseynin evdən götürdüyü mətbəx bıçağı ilə üstünə gəldiyini görüb oradan qaçıb getmişdir. Bundan sonra Lalə nikahın pozulması tələbi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesi bir neçə ay çəkdiyi üçün o, həmin müddət ərzində oğlu Xəzanı görə bilməmişdir. Oğlunu görmək üçün hər gün qayınatası Hüseynin yaşadığı evin qarşısına getmiş, qayınanası Şəhla isə hər dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib guya evin qarşısında səs-küy salması barədə yalandan şikayətlər etmişdir. 03 dekabr 2018-ci ildə bütün bunlardan uzaq olmaq üçün Rusiya Federasiyasının Vladivostok şəhərinə gedib bir müddət orada yaşamışdır. Orada yaşadığı müddət ərzində Lalə “WhatsApp“ proqramı vasitəsi ilə ona yazaraq barışmağı təklif etmişdir. 2019-cu ilin fevral ayının ortalarında Bakı şəhərinə qayıtdıqdan sonra körpə övladının xatirinə Laləni etdiyi səhvlərə görə bağışlamaq qərarına gəlmiş, sonuncu ilə birlikdə yaşamasalar da görüşüb danışmışlar. Lalə də valideyinlərindən xəbərsiz onun, oğlu Xəzanla görüşməsinə şərait yaratmışdır. Onun oğlu ilə görüşməsinə Lalənin valideyinləri razı olmadıqlarına görə o, uşaqla ünsiyyətdə olmaq tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. 2019-cu ilin mart ayında həmin məhkəmənin qərarına əsasən onun, hər həftənin şənbə günü saat 16:00dan 18:00-dək Lalənin iştirakı ilə oğlu Xəzanla görüşmək hüququ müəyyən edilmişdir. Bundan sonra hər həftənin şənbə günü Lalənin iştirakı ilə o, oğlu Xəzanla görüşmüşdür. 2019-cu ilin avqust ayına kimi Lalə ilə münasibətləri normal olmuşdur. 23 avqust 2019-cu il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu köhnə “Komsomol” dairəsi adlanan yerdəki piyada keçidinin aşağı hissəsində olan zaman Lalənin bir avtomobilin qabaq sərnişin oturacağında sürücü ilə öpüşdüyünü görmüş, Lalə avtomobildən düşüb pilləkanlarla qalxarkən yaxınlaşaraq onun qolundan tutub kiminlə öpüşdüyünü soruşmuş və onu söhbət etmək üçün kənara çəkmişdir. Həmin vaxt Lalədən mobil telefonunu ona verməsini tələb etdikdə sonuncu bundan imtina etmişdir. Mobil telefonu Lalənin əlindən almaq istəyərkən, sonuncu səsküy salmış, mobil telefonu ona verməmişdir. Həmin an Lalənin saçından dartaraq mobil telefonunu əlindən alıb cibinə qoymuşdur. Bundan sonra tanımadığı şəxslər onlara yaxınlaşmışlar, o cümlədən Lalənin bir qədər əvvəl avtomobildə öpüşdüyü şəxs də yaxınlaşıb onun üz nahiyəsinə ardıcıl bir neçə yumruq zərbəsi endirmişdir. Zərbənin təsirindən yerə yıxıldıqdan sonra həmin şəxs onun cibindən Lalənin mobil telefonunu götürüb sonuncuya qaytarmışdır. Bundan sonra Lalə oradan uzaqlaşıb getmiş, o, isə üzündən və əlindən xəsarətlər aldığı üçün yaxınlıqda olan köşkdə əl-üzünü yuduqdan sonra evə getmişdir. Ona xəsarət yetirmiş şəxsin sıravi bir vətəndaş olduğunu zənn edib ondan şikayət etməmişdir. Lalə isə ərizə ilə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib baş vermiş hadisə barədə məlumat vermişdir. Sonradan həmin polis bölməsinə çağrılaraq izahatı alınmış, orada verdiyi yazılı izahatında hadisəni olduğu kimi qeyd etmişdir. Təxminən bir həftə sonra qeyd etdiyi polis şöbəsinə gedən zaman Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektində yerləşən “SOCAR” yanacaq doldurma məntəqəsinin yaxınlığında Lalənin qara rəngli “X8” markalı **-FD-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sərnişin oturacağından düşdüyünü görüb dərhal ona yaxınlaşaraq, oğlu Xəzanla görüşməsinə maneəçilik yaratmasının, üzrsüz səbəbdən məhkəmənin qanuni qüvvəsini almış qərarını icra etməməsinin səbəbini soruşmuşdur. Lalə ona cavab vermədən qara rəngli “X8” markalı **-FD-*** dövlət nömrə nişanlı avtomobilə qayıtmış, o, da Lalənin arxasınca getmişdir. Həmin avtomobilin sürücüsü Laləyə arxa oturacaqda əyləşməyi təklif etmiş, onu isə təhqir etməklə avtomobilinə oturmağını təkid etmişdir. Həmin şəxsin 23 avqust 2019-cu il tarixdə, saat 21:00 radələrində onu döyərək xəsarət yetirən şəxs olduğunu görmüş, dərhal Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gedib bu barədə məlumat vermişdir. Həmin gün ona məlum olmuşdur ki, həmin **-FD-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Bakı şəhəri Sabunçu rayon Prokuruluğunun işçisi Səbuhi adlı şəxsdir. Bu barədə müvafiq aidiyyəti orqanlara şikayət ərizəsi ilə müraciət etmişdir. 11 sentyabr 2019-cu il tarixdə “Azərişıq” Aşıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon İşıq İdarəsində işdə olduğu zaman Lalə ona zəng edib övladı Xəzana görə aralarında düşmənçiliyin olmasının istəmədiyini, 12 sentyabr 2019-cu il tarixdə görüşüb söhbət etməyi təklif etmişdir. Laləyə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Dəmir yolu stansiyasının yaxınlığında olan parkda görüşməyi təklif etmiş, sonuncu isə işdən gec çıxdığını bəhanə edib saat 21:00 radələrində evlərinin yaxınlığında olan dayanacaqda görüşmələrini istəmişdir. Qeyd edilən tarixdə və vaxtda Lalənin dediyi yerə getmiş, orada 30 dəqiqə gözlədikdən sonra Lalənin gəlmədiyini görüb ona zəng etmiş, lakin sonuncu onun zənglərinə cavab verməmişdir. Həmin günü saat 21:45-də dayanacaqda olduğu zaman keçmiş qayınatası Hüseyn əlində çubuqla yaxınlaşaraq onu təhqir edib gəlməyinin səbəbini soruşmuşdur. Hüseynə qızı Lalənin xahişi ilə gəldiyini bildirmiş, Hüseyn isə onun dediklərinə məhəl qoymadan əlləri ilə bədənindən tutub sıxaraq, onu ölümlə hədələmişdir. Hüseynə, heç nə edə bilməyəcəyini bildirmiş, bundan sonra sonuncu yaşadığı evə tərəf gedərək ondan 200 metr uzaqlaşdıqdan sonra anasının ünvanına nalayiq ifadə işlətmişdir. Bundan əsəbləşib qaçaraq Hüseynə tərəf getmiş, bunu gördükdə Hüseyn evdən bıçaq götürüb üstünə hücum çəkmişdir. Hüseyn ona xəsarət yetirmək istəyərkən o, zərbədən yayınmış və bıçaq köynəyinin sağ qoltuq nahiyəsinə dəyərək köynəyini zədələmişdir. Hüseyn bıçaqla ona ikinci dəfə zərbə endirmək istədikdə o, əli ilə bıçağı tutaraq qırıb yerə atmışdır. Bu zaman Hüseyn qorxaraq qonşularını köməyə çağırmış, sonunculardan onu tutub bağlamalarını və polis çağırmalarını tələb etmişdir. Qonşular isə buna etiraz etmişlər və o, oradan uzaqlaşıb əlindən aldığı xəsarətlə əlaqədar 3 saylı Şəhər Kliniki Xəstəxanasına getmişdir. Orada ona ilkin tibbi yardım göstərilərək əlinə sarğı qoyulmuşdur. Xəstəxanaya gedərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermiş, sonradan isə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gedib baş vermiş hadisə ilə əlaqədar yazılı izahat vermişdir. Təqsirləndirilən şəxs həmçinin məhkəmə iclasında verilən suallara suallara cavab olaraq bildirdi ki, Lalənin saçından tutub əlindən mobil telefonunu alıb cibinə qoymaqda məqsədi telefondan əldə edəcəyi sübutları sonradan məhkəməyə təqdim etmək olmuşdur. Həmin ərəfələrdə eyni evdə yaşamasalar da münasibətləri normal olmuşdur. Səbuhi adlı şəxs onu vuran zaman ətrafda 3-4 nəfər tanımadığı şəxslər olmuşdur. Lalə əvvəldən dəlisov olub, həmişə özünü düzə çıxartmağa çalışmışdır. Lalənin saçından tutub əlindən telefonunu almağı təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt ətrafda kənar şəxslər olmamış, lakin sonradan səsə tanımadığı şəxslər yığışmışdır. Birinci hadisədən sonra onun Lalə ilə hər hansı bir əlaqəsi olmamış, ikinci hadisədən 2 gün əvvəl Lalə özü zəng edib düşmənçiliyi aradan qaldırmaq üçün görüşməyi təklif etmişdir. Lalənin barışmaqda məqsədi Səbuhinin adının çəkilməsinin istəməməsi olmuşdur. Lalənin telefonunun əlindən alarkən saçından tutduğuna görə peşmandır. Sonda Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət məsuliyyətindən azad edilməsini və ona elan edilmiş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadələrində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, ev 286-da qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. 2009-cu ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 94 saylı tam orta məktəbi bitirib həmin ildə Anadolu Universitetinə daxil olmuş, 2013-cü ildə həmin Universitetin Turist, Mehmanxana idarəetmə və onun təşkili fakültəsini bitirmişdir. 2014-cü ildə isə Bakı Kooperasiya Universitetinin Mehmanxana idarəetmə kollecinə daxil olmuş, 2017-ci ildə həmin kolleci bitirmişdir. 2010-cu ildən Bakı şəhəri Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında olan “McDonalds”-da işlədiyi ərəfədə təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuş, 31 iyul 2017-ci il tarixdə isə Ələkbərlə evlənib onunla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində kirayə tutduqları evdə yaşamışdır. Təxminən 7-10 gündən sonra Ələkbər “Topaz”-a borcunun olduğunu bildirib, ona məxsus qızılları metronun “Neftçilər” stansiyasının yaxınlığında olan lombarda girov qoyub 800 manat pul götürmüşdür. Ələkbərdən qızıllarının necə olacağını soruşduqda sonuncu maaşını alıb qızılları girovdan çıxaracağını demişdir. Bir aydan sonra Ələkbər ona evin kirayə pulunu ödəyə bilməyəcəyini, müvəqqəti olaraq valideyinlərinin yanında qalmağı, sonradan isə yenə də birlikdə yaşayacaqlarını demişdir. Buna görə də valideyinlərinin evinə köçüb orada yaşamışdır. Bir aydan sonra Ələkbərə 110 manat verib qızılları girovdan çıxartmağı xahiş etmiş, Ələkbər isə satılmaq üzrə olan babasının evi satılan kimi pulu tam şəkildə ödəyib qızılları girovdan çıxaracağına vəd vermişdir. Həmin evin satılması uzandığından o, qızıllarını girovdan çıxartmaq üçün 3 ay Ələkbərə 110 manat vermişdir. 4-cü ayın tamamında anası Şəhla ondan qızılların harada olduğunu soruşmuş, məcbur olub anasına Ələkbərin qızılları lombarda girov qoyub müqabilində pul götürdüyünü etiraf etmişdir. Bundan sonra o, Ələkbərin qızıllarını girov qoyduğu lombarda getmiş, qızıllarını götürmək üçün nə qədər pul ödənilməli olduğu ilə maraqlanmış, həmin vaxt məlum olmuşdur ki, Ələkbər ondan götürdüyü aylıq ödəniş pullarını lombarda vermədiyinə görə qızılları pul əvəzinə banka verilmişdir. Bu məsələni valideyinlərinə danışmış, sonuncular Ələkbərdən ona ər olmayacağını, ondan boşanmağı məsləhət görmüşlər. Valideyinləri ilə razılaşmayaraq, yaxın günlərdə övladının dünyaya gələcəyini, pula görə Ələkbərdən boşanmayacağını demişdir. 2018-ci ilin mart ayında oğlu Xəzan anadan olmuş, lakin Ələkbər nə ona, nədəki körpə oğluna hər hansı bir maddi köməklik göstərmişdir. Xəzanın iki aylığında belə əri ilə birgə yaşamadığına görə valideyinləri ona irad tutmuşlar. Bu barədə Ələkbərlə danışdıqdan sonra sonuncu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kirayə ev tutmuş və köçüb orada birlikdə yaşamağa başlamışlar. Həmin ərəfədə Ələkbər Bakı Metropoliteninin Deposunda mühafizəçi işlədiyinə görə bir gündən bir gecə növbəsində qalırdı, istirahət günündə isə səhər evdən çıxıb gecə evə gəlirdi. Ələkbərdən istirahət günündə səhər evdən çıxıb gecə gəlməsinin, ailəsi ilə maraqlanmamasının səbəbini soruşduqda Ələkbər dostları ilə olduğunu bildirmişdir. 2018-ci ilin iyun ayında Ələkbər ondan 1.000 manat pul tapmağı xahiş etdikdə, pulunun olmadığını, üstəlik qızıllarının da lombardda girov qaldığını deməklə narazılığını bildirmişdir. Bundan sonra Ələkbərlə aralarında mübahisələri yaranmış və evdə olan zaman Ələkbər onu döymüşdür. Lakin bu barədə heç bir orqana şikayət etməmiş, əksinə anası Şəhlaya zəng edib Ələkbərin borcunun olduğunu, həmin borcu bağlamaq üçün 1.000 manat pul verməsini xahiş etmişdir. Anası hadisədən xəbər tutan kimi gəlib onu, körpə uşağı ilə birlikdə öz evinə aparmışdır. 2018-ci ilin avqust ayında isə nikahın pozulmasına dair iddia ərizəsi ilə Bakı şəhər Sabunçu rayon Məhkəməsinə müraciət etmiş, eyni zamanda pula ehtiyacı olduğu üçün analıq məzuniyyətində olmasına baxmayaraq “McDonalds”-da işə düzəlmişdir. Ələkbər bir neçə dəfə iş yerinə gəlib narahat etdiyinə görə 2018-ci ilin oktyabr ayında onu işdən çıxartmışlar. 2018-ci ilin dekabr ayında Ələkbər, Bakı şəhəri Sabunçu rayon Məhkəməsində boşanma ilə əlaqədar məhkəmə prosesləri davam etdiyi zaman onun yaşadığı evin daş hasarına barəsində təhqiramiz sözlər yazmışdır. 2019-cu ilin yanvar ayında Bakı şəhər Sabunçu rayon Məhkəməsinin qərarına əsasən Ələkbərlə aralarında bağlanmış nikah qeydi rəsmi olaraq ləğv edilmiş, həmin vaxt Ələkbərin Rusiya Federasiyasına getdiyi məlum olmuşdur. Ələkbər 2018-ci ilin mart ayında Rusiya Federasiyasından qayıtdıqdan sonra uşaqla ünsiyyətdə olmaq hüququna dair iddia ərizəsi ilə Bakı şəhər Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. 2019-cu ilin aprel ayında Bakı şəhər Sabunçu rayon Məhkəməsinin qərarı ilə Ələkbərə, övladı Xəzanla hər həftənin şənbə günü saat 16:00 radələrində onun iştirakı ilə görüşmək hüququ verilmişdir. Bu qərardan sonra oğlu Xəzanı hər həftənin şənbə günləri saat 16:00 radələrində Ələkbərlə görüşə aparmış, Ələkbər hər dəfə təkidlə barışıb birlikdə yaşamağı təklif etmiş, əks təqdirdə şəkillərini və video görüntülərini yayacağı ilə onu təhdid etmişdir. Ələkbərin bu kimi hərəkətləri səbəbindən onun xahişi ilə sonradan atası Hüseyn, nəvəsi Xəzanı Ələkbərlə görüşə aparmışdır. Ələkbər isə onun yaşadığı evə gələrək barışıb birgə yaşamaları barədə atası Hüseynlə danışmış, lakin sonuncu da buna razı olmamışdır. 2019-cu ilin may ayından reklam mütəxəssisi kimi işləməyə başlamış, 23 avqust 2019-cu il tarixdə, saat 20:00 radələrində işdən çıxıb avtomaşınla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yusif Qasımov küçəsinə gəlmiş, Aeroport şossesinə çıxmaq üçün pilləkənlə yuxarı qalxmaq istəyərkən, avtobus dayancağında olan şəxslərin, taksi sürücülərinin və siqaret satıcılarının gözü qarşısında Ələkbər onun sağ qolundan tutub geri çəkərək, söhbət etmək üçün kənara aparmaq istəmişdir. Ələkbərə onunla danışmağa sözünün olmadığını deyib qolunu buraxmasını tələb etsə də, Ələkbər saçından tutub onu yerə yıxmış, yerlə 6-7 metr sürüyərək, ayağına və bədən nahiyəsinə təpik və əli ilə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra Ələkbər onun əlindən mobil telefonunu almaq istəmiş, ona müqavimət göstərdiyini görüb əlindən dişləyərək telefonunu əlindən almışdır. O, qışqıraraq, ətrafda olan şəxsləri köməyə çağırmış, bu zaman Ələkbər onun əlindən aldığı “Xiaomi” markalı, “Mi 5” markalı mobil telefonla 5-6 dəfə başından vurmuşdur. Bu zaman kənarda olan şəxslər yaxınlaşıb onu Ələkbərin əlindən alıb telefonunu özünə qaytarmışlar. Ələkbər həmin şəxslərə döydüyü şəxsin arvadı olduğunu, onu pozğunluq etdiyi zaman tutduğunu demiş, lakin hadisə yerinə toplaşmış şəxslər Ələkbərə öz iradlarını bildirmişlər. Tanımadığı bir nəfər taksi sürücüsü isə onu, öz avtomobili ilə yaşadığı evə aparmışdır. Evə gəldikdə baş vermiş hadisə barədə valideyinlərinə danışmış və sonuncularla birlikdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gedib baş vermiş hadisə barədə şikayət ərizəsi yazmışlar, habelə bədənində olan xəsarətlə bağlı məhkəmə-tibb ekspertizası müayinəsindən keçmişdir. 12 sentyabr 2019-cu il tarixdə, saat 20-21 radələrində evdə olduğu zaman atası Hüseyn işdən evə gəlmiş, bir neçə dəqiqədən sonra isə süd almaq üçün mağazaya getmişdir. Təxminən 10-15 dəqiqədən sonra Ələkbərin küçə söyüşləri söydüyünü eşitmişdir. Belə ki, həmin vaxt Ələkbər, atası Hüseynə onun (Lalənin) əxlaqsız olduğunu, əlində video görüntülərin olduğunu, habelə onu analıq hüququndan məhrum edib uşağı əlindən alacağını demişdir. Bundan sonra anası Şəhla evdən məhəlləyə çıxmışdır. O, isə evdə qalıb baş verənlərə pəncərədən baxmışdır, həmin vaxt Ələkbər yumruqla, atası Hüseynin üz nahiyəsindən vurmuş, qonşuları Ələkbəri, atasından ayırıb kənara aparmışlar. Həmin zərbənin təsirindən atası Hüseyn yerə çökərək qışqırıb polis çağırılmasını tələb etmiş, anası Şəhla isə atasının qolundan tutub həyətə gətirmiş və dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Qonşular Ələkbəri məhəllədən qovduqdan sonra anası Şəhla, atası Hüseynlə birlikdə 31-ci Polis Bölməsinə gedib ərizə ilə müraciət etmişlər. Zərərçəkmiş şəxs1 həmçinin məhkəmə iclasında verilən suallara cavab olaraq göstərdi ki, Ələkbər onu həmişə izləmiş, o isə sadəcə aralarında düşmənçiliyin olmamasını istəmişdir. 23 avqust 2019-cu il tarixdə, saat 20:00 radələrində Ələkbər telefonla başından bir neçə dəfə vurmuşdur. Ələkbərlə normal qaydada evlənib ailə qurmuşlar, əvvəllər Ələkbər belə olmamış, lakin sonradan çox dəyişmişdir. 23 avqust 2019-cu il tarixdə, saat 20:00 radələrində Bakıxanov qəsəbəsinə taksi ilə gəlmiş, həmin vaxt Ələkbərə telefonunu vermədiyinə görə sonuncu avtobus dayanacağında onun saçından tutmuş, telefonu ala bilməyəcəyini görüb əlindən dişləmiş, həmin vaxt o, Ələkbərin ayağından tutmuş, sonuncu isə qeyd etdiyi kimi telefonla onun başından vurmuşdur. Həmin vaxt əvəvllər tanımadığı şəxs yaxınlaşıb ona kömək etmişdir. Səbuhi adlı şəxsi, 2019-cu ilin sentyabr ayının 9-dan sonra görüb tanımış, ondan polisə şikayət edildiyinə görə Səbuhidən onu polis bölməsinə aparmasını xahiş etmiş, sonuncu və təhqiqatçı Nurəli ilə birlikdə polis bölməsinə gedib izahat vermişdir. Səbuhini sonradan bir dəfə işlə bağlı görmüş, onunla hər hansı bir münasibəti olmamışdır. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs barəsində ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Bununla yanaşı, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi ev 286-da qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. 1991ci il tarixdə Şahid1 ilə ailə həyatı qurmuş, 1992-ci ildə qızı Lalə, 1994-cü ildə isə oğlu Fərdi anadan olmuşdur. 2017-ci il tarixdə qızı Lalə, Ələkbərlə evləndikdən sonra ünvan 2 ünvanına gəlin köçmüş, 2018-ci ildə sonuncuların birgə nikahından nəvəsi Xəzan anadan olmuşdur. Bundan sonra Ələkbərlə Lalənin münasibətləri pozulduğundan sonuncu nikahın ləğvinə dair iddia ərizəsi ilə Bakı şəhər Sabunçu rayon Məhkəməsinə müraciət etmiş və 15 yanvar 2019-cu ildə onlar rəsmi olaraq boşanmışlar, nəvəsi Xəzan anasının himayəsinə verilmilşdir. Bundan sonra Lalə, körpə uşağı Xəzanla birlikdə, onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 286 H saylı evə gəlib onlarla birlikdə yaşamışdır. Lalə 23 avqust 2019-cu il tarixdə, saat 09:00 radələrində işə getmiş, həmin günü saat 21:00 radələrində qızı, anası Şəhlaya zəng edib onu qarşılamasını xahiş etdiyi zaman Lalənin telefonda qışqırdığını eşitmişlər, sonradan isə əlaqə kəsilmişdir. Arvadı Şəhla 5-6 dəfə Laləyə zəng etsə də qızı zənglərə cavab verməmişdir, sonuncu zəngə isə bir oğlan cavab verərək, Lalənin bir şəxs tərəfindən döydüyünü bildirmişdir. Təxminən 30 dəqiqədən sonra Laləni, 40 yaşlarında bir kişi, markasını və dövlət qeydiyat nömrəsini xatırlamadığı avtomobillə gətirmişdir. Lalədən nə baş verdiyini soruşduqda, sonuncu Bakı şəhəri, Sabunçu rayonu, Samir Əliyev küçəsində, keçmiş “Komsomol” dairəsinin yaxınlığında olan dayanacağın yanında olan pilləkənlə qalxıb “Aeroport” yoluna çıxmaq istəyərkən, keçmiş əri Ələkbərin arxadan saçından tutub onu yerə yıxaraq döydüyünü, mobil telefonunu əlindən alıb başına vurduğunu, ətrafda olan şəxslərin yanında onu yerlə sürüdüyünü, tanımadığı şəxslərin onu Ələkbərin əlindən alıb evə gətirdiklərini bildirmişdir. Bundan sonra o, ərizə ilə ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib qızı Lalənin keçmiş əri Ələkbər tərəfindən döyülməsi barədə məlumat vermişdir. Bununa baxmayaraq Ələkbər bir neçə dəfə də onun yaşadığı məhəlləyə gələrək, Lalənin pozğun olduğunu hamıya deyəcəyini bildirərək onu hədələmişdir. 12 sentyabr 2019-cu il tarixdə, saat 20-21 radələrində işdən evə gəlib əynini dəyişdikdən sonra süd almaq üçün yaxınlıqda olan mağazaya getmişdir. Mağazadan evə qayıdarkən keçmiş kürəkəni Ələkbərin əlində planşetlə məhəllədə gəzdiyini görüb ondan gəlişinin səbəbini soruşmuşdur. Əlkbər onun ünvanına nalayiq ifadələr işlədərək, əlində qızı Laləni rüsvay edəcək materialların olduğunu, sonuncunun pozğun olduğunu demişdir. Ələkbərin dediklərinə məhəl qoymadan ona, “əlindən nə gəlirsə elə” deyib evinə tərəf getmişdir. Həmin vaxt qonşuları Arzu, Xanım və arvadı Şəhla, Ələkbərin səsinə çölə çıxmışlar. Evinin həyət qapısının qarşısına çatdıqda Ələkbərin uca səslə, nalayiq söyüşlər söyərək arxasınca gəldiyini görüb ondan arxasınca gəlməsinin səbəbini soruşmuş, bu zaman Ələkbər sağ əlində olan bıçağı nümayiş etdirərək onu bıçaqlayacağı ilə hədələmiş və gözləmədiyi halda yumruqla onun sağ gicgah nahiyyəsinə vurmuşdur. Zərbənin təsirindən başı gicəlləndiyindən yerə çöküb qışqıraraq polis çağırılmasını tələb etmişdir. Arvadı Şəhla qolundan tutub onu həyətə aparmış, sonra isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Ələkbər isə qonşuların təkidi ilə oradan çıxıb getmişdir. Bundan sonra arvadı Şəhla ilə birlikdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gedib Ələkbərin hərəkətləri ilə bağlı şikayət ərizəsi yazmışlar. Zərərçəkmiş şəxs2 həmçinin məhkəmə iclasında verilən suallara cavab olaraq göstərdi ki, Ələkbəri gördüyü zaman məhəllədə heç kəs olmamış, sonradan səsə arvadı və qonşular çıxmışlar, sonuncular da həmin vaxt Ələkbərin əlində bıçaq olduğunun şahidi olmuşlar. Ələkbərin əlindəki bıçağı o, qırmış, bıçağı qırarkən əlindən heç bir xəsarət almamışdır. Həmin vaxt mağazadan süd almağa getdiyindən onun üzərində bıçaq olmamışdır. Boşandıqdan sonra Lalə ilə Ələkbərin hər hansı bir münasibəti olmamış, 2019-cu ilin avqust ayında baş verən hadisədən xəbəri olmuşdur. 12 sentyabr 2019-cu il tarixdə Ələkbər onu sol əli ilə vurmuşdur. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs barəsində ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Canlı şəxsin ekspertizasının 13 sentyabr 2019-cu il tarixli, 776 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, boyunun sağ yan səthinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 12 sentyabr 2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. 190056083 nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi haqqında 14 sentyabr 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 3 ünvanda baş vermişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 23 avqust 2019-cu il tarixdə, saat 21 radələrində keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs həmin ərazidə onun saçından tutaraq bir qədər sürüdüyünü, yerə yıxaraq əli və ayağı ilə bədənin müxtəlif nahiyələrinə vurduğunu, sol əlini dişləyərək, mobil telefonunu əlindən aldığını və həmin mobil telefonla onu bir daha vurduğunu bildirmişdir. 190056083 nömrəli cinayət işi üzrə canlı şəxsin ekspertizasının 24 avqust 2019-cu il tarixli, 1216 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ağrı simptomu ilə müşahidə olunan sol əlin arxa səthinin sıyrıqlı qançırı, sol gicgah-təpə nahiyəsində məhdud sahədə saç diblərinə qansızma, sağ alıntəpə, sol bazu və sağ bud nahiyələrinin qançırları, sol dirsək oynağı və sağ ayaq nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, 23 avqust 2019-cu il tarixə və şəraitə uyğun gəlir, dərəcələrinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. 190056083 nömrəli cinayət işi üzrə canlı şəxsin ekspertizasının 28 noyabr 2019-cu il tarixli, 17/1216 nömrəli əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ağrı simptomu ilə müşahidə olunan sol əlin arxa səthinin sıyrıqlı qançırı, sol gicgah-təpə nahiyəsində məhdud sahədə saçların travmatik qopması və saç diblərinə qansızma, sağ alın-təpə, sol bazu və sağ bud nahiyələrinin qançırları, sol dirsək oynağı və sağ ayaq nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, 23 avqust 2019-cu il tarixə və şəraitə uyğun gəlir, dərəcələrinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 baş nahiyəsində olan xəsarətlər (sol gicgah-təpə nahiyəsində məhdud sahədə saçların travmatik qopması və saç diblərinə qansızma, sağ alın-təpə nahiyəsinin qançırı) müxtəlif şəraitlərdə törənə bilər, eləcə də Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi şəraitdə, yəni onun saçından tutub dartması və mobil telefonla başına vurması nəticəsində törənməsi inkar edilmir. Könüllü təqim olunan əşyaları götürmə və baxış keçirmə haqqında 14 mart 2020-ciu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi fotoşəkillərə, həmçinin Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 23 avqust 2019-cu il tarixdə xəsarət yetirərkən silah qismində istifadə etdiyi sonuncuya məxsus mobil telefona baxış keçirilmişdir. Təqdim olunmuş fotoşəkillərin birincisindən məlum olur ki, açıq mavi rəngli divarabənzər səthdə qırmızı rəngli boya ilə “LALƏ” “HÜSEİN” “PEYSƏR” “SƏBUHİ” “HBƏ” “SON” sözləri, ikinci fotoşəkildə dəmir darvazanın orta səthində “F A H İ Ş Ə” sözü, üçüncü fotoşəkildə isə dəmir darvazanın üst künclərində “uşağı 6 da gətir sabah ya da sabah Lalənin videoların bütün dünya görəcək” cümləsi qeyd edilmişdir. Təqdim edilmiş bir ədəd mobil telefon “Xiaomi” markalı, “Mi 5” modelli olmaqla qara parlaqsız rəngli, 15,5 sm uzunluğunda, 8,1 sm enində, smartfon tipli, android proqram təminatlı, arxa səthində “Ml, Made in China, androidone, CE, Model: Ml 1805D1SG, Xiaomi Communications, Co, Ltd, Designed by Xiaomi” sözləri yazılmış, üzərində sınma, əzilmə və ya digər deformasiya əlamətləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs2 göstərmişdir ki, birinci fotoşəkildəki divar səthində yazılmış “HBƏ” ifadəsi bütov halda “QƏHBƏ” sözü olmuş, sadəcə fotoşəkil çıxarılan zaman texniki səbəblərdən söz bütövlükdə çap edilə bilməmişdir. Hadisə yerinə baxış keçirilməsi barədə 16 mart 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 12 sentyabr 2019-cu il tarixdə baş vermiş hadisənin yerini dəqiqləşdirmək, bundan başqa cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədilə hadisənin baş verdiyi ünvan 4 ünvanın qarşısına baxış keçirilmişdir. Baxış zamanı hadisə yerinin özünün və ətrafının fərdi yaşayış evlərindən ibarət yaşayış məntəqəsi olduğu müəyyən edilmişdir. Hadisənin baş verdiyi yerdə yerləşən Zərərçəkmiş şəxs2 ailə üzvləri ilə yaşadığı fərdi yaşayış evinin çöl darvazasının üst səthində, üzərindən boya çəkilmiş yazı əlamətləri qeydə alınmışdır. Həmçinin həmin darvazaya bitişik sol daş hasarın üst hissəsində də üzərindən ağ boya çəkilmiş yazı izləri vardır. İfadənin yerində yoxlanılması haqqında 16 mart 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Zərərçəkmiş şəxs2, yaşadığı ünvan 4 ünvanın qarşısını göstərərək, keçmiş kürəkəni Təqsirləndirilən şəxs həmin yerdə onun ünvanına nalayiq ifadələr işlətdiyini, döyərək ona xəsarət yetirdiyini, həmçinin Təqsirləndirilən şəxs həmi evin darvazasına, daş hasarına nalayiq məzmunlu yazılar yazdığını bildirmişdir. DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirlməsi barədə 22 mart 2020-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanan sübutların həqiqiliyinə və mötəbərliyinə qiymət verilməsi məqsədilə iş materiallarına əlavə edilmiş DVD-R formatında olan diskdəki görüntülərə baxış keçirilmiş və məlum olmuşdur ki, hadisə günün qaranlıq saatlarında baş verdiyindən ictimai təhlükəli əməli törətmiş şəxsin, habelə digər hadisə iştirakçılarının üz cizgilərini, əlamətlərini, xüsusi əlamətlərini, geyim əşyalarının rəngini dəqiqləşdirmək mümkün olmamışdır. Video müşahidə kamerası hadisə yerindən nisbi uzaq məsafədə yerləşməklə tərpənməz dayaqdan 360 dərəcəlik bucaq altında mütəmadi hərəkət etdiyindən, həmçinin yol boyunca hərəkət edən digər avtomobillərin işıqları məhdud görmə şəraiti yaratdığından hadisəni təfərrüatı ilə qeydə almaq mümkün olmamışdır. Videomüşahidə qurğusunun görüntüsündən məlum olur ki, saat 21:03-də Bakı şəhəri Sabunçu rayonu, Y.Qasımov küçəsində yol kənarında yerləşən yer üstü piyada keçidinin pilləkanları üzərində, habelə pilləkənlərin qarşısında çoxlu sayda şəxslərin kip şəkildə yığılması müşahidə olunur. Görüntünün 21:07-ci dəqiqəsində şəxslərin yığışdığı əraziyə üstündə xüsusi sayrışan işıqları, üzərində polis fərqlənmə nişanları olan “Fiat Doblo” markalı olması ehtimal edilən avtomobilin yaxınlaşması qeydə alınır. Videoçarxın sonrakı saat radələrində hər hansı istintaq marağı doğuran görüntü aşkar edilməmişdir. Məhkəmə-trasoloji, əmtəəşünaslıq ekspertizasının 14 aprel 2020-ci il tarixli, 3/102, 9/393 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş köynəyin üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Köynəyin səthində olan “a” zədəsi kəsici, ucu deşici xassəyə malik alətin (bıçaq və ya bənzər xassəli alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Köynəyin səthindəki “b”, “c” zədələri isə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıbqoparılma izləridir. Qərarda göstərilən “köynəyin səthindəki zədə(lər) 12 sentyabr 2019- cu ildən daha öncəki və ya sonrakı tarixlərdə yarana bilərdimi?” sualına müvafiq elmi metodika olmadığından cavab vermək mümkün deyil. Ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd ağ rəngli, boyun hissəsində qara rəngli etiketində ZARA MAN yazıları olan kişi qısa qol köynəyinin istifadədə olması nəzərə alınmaqla yararsız vəziyyətə düşməsindən dəymiş ziyanın məbləği təxminən 20 manat müəyyən edilir. Apellyasiya protestinə məhkəmə baxışı zamanı aparılmış qismən məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs 12 sentyabr 2019-cu il tarixdə saat 21 radələrində keçmiş arvadı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 286h nömrəli fərdi yaşayış evinin qarşısında olarkən keçmiş qaynatası Zərərçəkmiş şəxs2 ilə aralarında baş vermiş mübahisə zamanı dalaşması və onlara yüngül dərəcəli bədən xəsarəti yetirməsinə dair gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs həmin hissədə törətmiş olduğu əməlinə düzgün hüquqi qiymət verilməmiş, onun qeyd olunan əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilməmişdir. Həmçinin ibtidai araşdırma orqanı da Təqsirləndirilən şəxs əmlini Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərinə hüquqi qiymət verilərkən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməlidir. Belə ki, qərar qəbul edərkən məhkəmə yalnız təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi məqsədyönlü təkzib ifadələrini əsas götürmüş, onun ifadələrini cinayət işi üzrə toplanmış digər sübutlarla əlaqəli şəkildə təhlil etməmiş, bununla da Təqsirləndirilən şəxs əməlinə ibtidai istintaq zamanı toplanmış kifayət qədər sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ilə zərəçəkmiş Zərərçəkmiş şəxs1 arasında olan şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər yalnız sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrildiyindən xuliqanlıq kimi qiymətləndirilmlidir. Həmçinin Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 arasında olan şəxsi münasibətlər zəminində başlanılmış hərəkətlər də yalnız sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrildiyindən xuliqanlıq kimi qiymətləndirilmlidir. Bundan başqa Təqsirləndirilən şəxs tərəfindən təkrarən törədilmiş xuliqanlıq hərəkətlərində silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməsi məhkəmə araşdırması zamanı sübuta yetirilmədi. Belə ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmiş olduğu “bu zaman Ələkbər onun əlindən aldığı “Xiaomi” markalı, “Mi 5” markalı mobil telefonla 5-6 dəfə başından vurma”sı və Zərərçəkmiş şəxs2 “bu zaman Ələkbər sağ əlində olan bıçağı nümayiş etdirərək onu bıçaqlayacağı ilə hədələməsi” iş materiallarında olan və məhkəmədə araşdırılan şahid ifadələri ilə öz əksini tapmamışdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər yalnız sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Bundan başqa “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 4-cü bəndində tövsiyyə edilir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Ona görə də Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, məhkəmənin obyektiv həqiqətlərlə heç bir halda uzlaşmayan təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadəsində göstərdiklərini sübut kimi qəbul etməsi müvafiq olaraq yalnış nəticəyə gəlməsinə səbəb olmuşdur. 23 avqust 2019-cu il tarixdə, saat 20:00 radələrində işdən çıxıb avtomaşınla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yusif Qasımov küçəsinə gəlmiş, Aeroport şossesinə çıxmaq üçün pilləkənlə yuxarı qalxmaq istəyərkən, avtobus dayancağında olan şəxslərin, taksi sürücülərinin və siqaret satıcılarının gözü qarşısında Ələkbər onun sağ qolundan tutub geri çəkərək, söhbət etmək üçün kənara aparmaq istəmişdir. Ələkbərə, onunla danışmağa sözünün olmadığını deyib qolunu buraxmasını tələb etsə də, Ələkbər saçından tutub onu yerə yıxmış, yerlə 6-7 metr sürüyərək, ayağına və bədən nahiyəsinə təpik və əli ilə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra Ələkbər onun əlindən mobil telefonunu almaq istəmiş, ona müqavimət göstərdiyini görüb əlindən dişləyərək telefonunu əlindən almışdır. O, qışqıraraq, ətrafda olan şəxsləri köməyə çağırmış, bu zaman Ələkbər onun əlindən aldığı “Xiaomi” markalı, “Mi 5” markalı mobil telefonla 5-6 dəfə başından vurmuşdur. Bu zaman kənarda olan şəxslər yaxınlaşıb onu Ələkbərin əlindən alıb telefonunu özünə qaytarmışlar. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında yaranmış şəxsi münasibələr sonradan ictimai yer olan vətəndaşların toplaşdığı yerdə xuliqanlığa çevrilmişdir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə canlı şəxsin ekspertizasının 28 noyabr 2019-cu il tarixli, 17/1216 nömrəli əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ağrı simptomu ilə müşahidə olunan sol əlin arxa səthinin sıyrıqlı qançırı, sol gicgah-təpə nahiyəsində məhdud sahədə saçların travmatik qopması və saç diblərinə qansızma, sağ alın-təpə, sol bazu və sağ bud nahiyələrinin qançırları, sol dirsək oynağı və sağ ayaq nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, 23 avqust 2019-cu il tarixə və şəraitə uyğun gəlir, dərəcələrinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 baş nahiyəsində olan xəsarətlər (sol gicgah-təpə nahiyəsində məhdud sahədə saçların travmatik qopması və saç diblərinə qansızma, sağ alın-təpə nahiyəsinin qançırı) müxtəlif şəraitlərdə törənə bilər, eləcə də Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi şəraitdə, yəni onun saçından tutub dartması və mobil telefonla başına vurması nəticəsində törənməsi inkar edilmir. Birinci instansiya məhkəməsində verilmiş şahidlərin ifadələrində ziddiyətlər yarandığından məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mobil telefonla başına vurulması sübuta yetirilmir və bu hal təqsirləndirilən şəxsin xeyrinə təvsir olunmalıdır. İş üzrə ikinci epizoda gəldikdə isə Zərərçəkmiş şəxs2 məhkəmədə ifadə verərək bildirmişdir ki, 12 sentyabr 2019-cu il tarixdə, saat 20-21 radələrində işdən evə gəlib əynini dəyişdikdən sonra süd almaq üçün yaxınlıqda olan mağazaya getmişdir. Mağazadan evə qayıdarkən keçmiş kürəkəni Ələkbərin əlində planşetlə məhəllədə gəzdiyini görüb ondan gəlişinin səbəbini soruşmuşdur. Əlkbər onun ünvanına nalayiq ifadələr işlədərək, əlində qızı Laləni rüsvay edəcək materialların olduğunu, sonuncunun pozğun olduğunu demişdir. Ələkbərin dediklərinə məhəl qoymadan ona, “əlindən nə gəlirsə elə” deyib evinə tərəf getmişdir. Həmin vaxt qonşuları Arzu, Xanım və arvadı Şəhla, Ələkbərin səsinə çölə çıxmışlar. Evinin həyət qapısının qarşısına çatdıqda Ələkbərin uca səslə, nalayiq söyüşlər söyərək arxasınca gəldiyini görüb ondan arxasınca gəlməsinin səbəbini soruşmuş, bu zaman Ələkbər sağ əlində olan bıçağı nümayiş etdirərək onu bıçaqlayacağı ilə hədələmiş və gözləmədiyi halda yumruqla onun sağ gicgah nahiyyəsinə vurmuşdur. Məhkəmə kollegiysı hesab edir ki, zərərşəkmişin ifaadəsinə görə Təqsirləndirilən şəxs bir əlində planşet olması, o biri əlində bıçaqla onu hədələməsi zamanı eyni zamanda onu yumruqla vurması inandırıcı deyil. Belə ki, Təqsirləndirilən şəxs keçmiş qaynatası Hüseynin evdən bıçaq götürüb onun üstünə hücum çəkdiyini, Hüseyn ona xəsarət yetirmək istəyərkən o, zərbədən yayındığını və bıçaq köynəyinin sağ qoltuq nahiyəsinə dəyərək köynəyini zədələdiyini, Hüseyn bıçaqla ona ikinci dəfə zərbə endirmək istədikdə o, əli ilə bıçağı tutaraq qırıb yerə atdığını demişdir. Həmçinin təqsirləndirilən şəxsin və şahidlərin də ifadələrindən görünür ki, onun bir əlində planşet digər əlində isə mobil telefon olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 məhkəmədə göstərmişdir ki, Zərərçəkmiş şəxs2 isə onunla qonşuluqda yaşayır, 12 sentyabr 2019-cu il tarixdə, saat 20-21 radələrində evdə olduğu zaman nalayiq söyüşlər söyüldüyünü eşidib məhəlləyə çıxmış, həmin vaxt digər qonşuların artıq məhəllədə olduqlarını görmüşdür. Ələkbərin söyüş söyərək getdiyini, lakin əlində hər-hansı bir əşyanın olduğunu görməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid7 məhkəmədə göstərmişdir ki, avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 23 avqust 2019-cu il tarixdə, saat 21:00 radələrində həmişəki kimi Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yusif Qasımov küçəsində, “Komsomol” dairəsi adlanan yerin yaxınlığında dayanıb müştəri gözlədiyi vaxt səs-küy gəldiyini eşidib avtomobildən düşmüş, yaxınlıqda xeyli sayda tanımadığı şəxslərin toplaşdığını görüb ora yaxınlaşdıqda Ələkbərin, təxminən 190 sm hündürlüyündə, qarabuğdayı, 30 yaşlarında olan, enli kürəkli bir nəfər şəxs tərəfindən ağır formada döyüldüyünü görmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 məhkəmədə göstərdi ki, 23 avqust 2019-cu il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri Sabunçu rayonu, Yusif Qasımov küçəsində avtobus dayanacağının yaxınlığında siqaret satdığı zaman, pilləkənlərlə Yusif Qasımov küçəsindən Aeroport şossesinə qalxan hazırki iş üzrə zərərçəkmiş şəxs Lalənin qarşısını təqsirləndirilən şəxs Ələkbərin kəsdiyini və onların mübahisə etdiklərini görmüşdür. Həmin vaxt avtobus dayancağında tanımadığı şəxslər, habelə taksi sürücüləri olmuşlar. Lalə çıxıb getmək istədikdə Ələkbər onun qoluna girib sonuncunu təxminən 10 metr dayanacağa tərəf aparmış, orada Lalədən mobil telefonunu istəmişdir. Lalə mobil telefonunu verməkdən imtina etdiyinə görə yenə də aralarında mübahisə yaranmışdır. Ələkbər mobil telefonu Lalənin əlindən almaq istəyərkən xanım telefonu özünə sıxaraq yerə oturmuşdur. Lalə telefonu vermədiyi üçün Ələkbər onun əlinə tərəf əyilmiş, həmin vaxtı ətrafda olan şəxslər yaxınlaşıb mübahisə edən Ələkbərlə Laləni ayırmışlar. Həmin vaxt Ələkbər Lalənin mobil telefonun əlindən alsa da, həmin telefonla sonuncu vurmamış, ona telefonla hər hansı bir xəsarət yetirməmişdir İş materiallarında olan canlı şəxsin ekspertizasının 13 sentyabr 2019-cu il tarixli, 776 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, boyunun sağ yan səthinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 12 sentyabr 2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər yalnız sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında yaranmış şəxsi münasibələr sonradan ictimai yer olan vətəndaşların olduğu yerdə təkrarən xuliqanlığa çevrilmişdir. Beləliklə Təqsirləndirilən şəxs əməlində hər iki epizod üzrə (23 avqust 2019-cu il tarixdə, saat 21:00-da və 12 sentyabr 2019-cu il tarixdə, saat 21:00-da) ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlərin və vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi ilə hədələmə, habelə özgənin əmlakının məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin, yəni xuliqanlıq cinayətinin obyektiv tərəfinin bütün əlamətlərinin eyni anda mövcud olması, habelə həmin vaxt Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməllərin silah qismində istifadə olunmuş əşyalardan istifadə edilməklə törədilməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmayıb, lazımı diqqət göstərməyərək sübutlara düzgün hüquqi qiymət verməyib iş üzrə yanlış nəticəyə gəlmişdir. Bu səbəbdən məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, məhkəmə ekspertiza rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli 221.2.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində şəkər xəstəliyindən əziyyət çəkən atasının, onkoloji xəstəlikdən əziyyət çəkən anasının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən halları, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində şəkər xəstəliyindən əziyyət çəkən atasının, onkoloji xəstəlikdən əziyyət çəkən anasının olmasını cəzasını yüngülləşdirən hal kimi və cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs daha yüngül cəza növünün təyin edilməklə islah olunmasını və AR CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə nail olunmasını mümkün hesab edir. Beləliklə, məhkəmə kollegiyası gəldiyi qənaətə görə, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü ləğv edilməli, yeni hökm çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilməklə təqsirli bilinib təqsirli bilindiyi maddənin sanksiyası həddində cəzalandırılmlıdır. Məhkəmə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 14 dekabr 2019-cu il tarixdən 09 (doqquz) ay müddətə çəkdiyi azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla nəzərə alınmalıdır. “8 X9” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 5-ci hissəsinə əsasən cəzasının bu Qərar qüvvəyə mindiyi günədək azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş hissəsi 01 (bir) il azaldılmalı və üzərində 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmin qanunun 30-cu hissəsinə əsasən apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə-trasoloji, əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Xiaomi” markalı, “Mi5” modelli mobil telefonun ibtidai istintaq zamanı sahibi, Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk və Təqsirləndirilən şəxs yazdığı nalayiq məzmunlu sözlərin, habelə hədə-qorxu xarakterli ifadələrin fotoşəkilləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 347, 349-353, 356, 397.1, 397.2, 398.1.2, 398.2, 399.1.2, 401 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası H Ö K M E T D I : Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 14 dekabr 2019-cu il tarixdən 09 (doqquz) ay müddətə çəkdiyi azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla və təyin edilmiş 03 il azadlığın məhdudlaşdırılması cəzasından 18 (on səkkiz) ay çıxılmaqla üzərində 01 il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. “8 X9” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 5-ci və 30-cu hissəsinə əsasən cəzasının bu Qərar qüvvəyə mindiyi günədək azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş hissəsi 01 (bir) il azaldılsın və üzərində 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə məhkəmə-trasoloji, əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış “Xiaomi” markalı, “Mi5” modelli mobil telefonun ibtidai istintaq zamanı sahibi, Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk və Təqsirləndirilən şəxs yazdığı nalayiq məzmunlu sözlərin, habelə hədə-qorxu xarakterli ifadələrin fotoşəkilləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökm qəbul olunduğu andan qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar