Məhkəmə qərarları › İş №1(103)-170/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-170/2023

23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-170/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X36, Xüsusi ittihamçılar X22 və X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X26 və X14 iştirakları ilə, 23 noyabr 1953-cü il tarixdə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, evli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Masallı rayonu Ərkivan qəsəbəsi ünvanında qeydiyyatda olan və yaşayan X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2- ci maddəsi ilə təqsirli bilinməsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilməsinə 10 dekabr 1958-ci il tarixdə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, evli, təqaüdçü, Azərbaycan Respublikasının vətəndaşı, Masallı rayonu Ərkivan qəsəbəsi ünvanında qeydiyyatda olan və yaşayan X14 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli hökmündən xüsusi ittihamçı X22 və məhkum edilmiş şəxs X26 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X22 və X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Masallı rayonunun Ərkivan qəsəbə sakinləri barələrində şikayət verilən şəxslər X10 və X14 xüsusi ittiham qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmələri və barələrində ittihamedici hökm çıxarılmasını xahiş etmişlər. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, barəsində şikayət verilən şəxslər qızları X15 qaynatası və qaynanası olmuşlar. Belə ki, X2 Rəşad Əkbər oğlu ile el adəti ile toy etməklə ailə heyatı qurmuşdur. Nikahlarını 16 aprel 2007-ci ildə Masallı RİHB-nin Ərkivan qəsəbə ərazi nümayəndəliyində rəsmiləşdirmişlər. Yaşadıqları müddət ərzində 07 iyun 2007-ci il təvəllüdlü X42 və 01 aprel 2010-cu il təvəllüdlü X48 adlı iki uşaqları olmuşdur. Bir müddət mehriban yaşadılar. Sonradan ailə münasibətləri pozulmuşdur. Qeyd edik ki, barəsində şikayət verilən şəxslərin oğlu Rəşad Nəsirov narkotik vasitələrin aludəçisi olmuşdur. 2016-cı il tarixdə Rəşad Nəsirov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə 04 il 06 ay müddətə cəzalandırılmışdır. 2019-cu il tarixdə azadlığa buraxılmışdır. Onun həbsdə olduğu müddətədə müalicə olunduğunu bir daha narkotik vasitələrdən istifadə etməyəcəyini düşünmüşlər. Lakin o, narkotik vasitələrdən əl çəkməmişdir. Rəşad Nəsirov əzəldən narkotik vasitələrin aludəçisi olmuşdur. Bundan sonradan xəbərləri olmuşdur. Lakin qızları Sevinc iki uşağı olduğu üçün ailəsini dağıtmaq istəməmiş, bu səbəbdən də Rəşad Nəsirovdan ayrılmaq istəmirdi, uşaqlarının xətrinə. Rəşad Nəsirov qızları ilə ailə qurduğu zaman müəyyən fəliyyətlə məşğul olurdu. Lakin sonradan heç bir fəaliyyətlə məşğul olmadı. Qızlarının səylərinə baxmayaraq narkotik vasitələrdən də əl çəkmədi. Bu səbəbdən də qızları yaxşı yaşasın korluq çəkməsin deyə qızlarını ailəsi ilə birlikdə maddi cəhətdən təmin etmişlər. Gözəl şərait qurmuşlar qızlarına korluq çəkməsin, əri Rəşad Nəsirov üçündə müəyyən iş qurmuşlar. Lakin Rəşad bu işlədə məşğul olmadı. Elə narkotik vasitələrin dalınca düşdü. Bu minvallada qızları Sevincin həyatını məhv etmişlər. Belə ki, X41 06 may 2021-ci il tarixdə saat 05 radələrində Masallı rayonu Ərkivan qəsəbəsində birgə yaşadıqları fərdi yaşayış evində arvadı X15 tanımadığı şəxslərə faizə pul verməsinə etiraz etməsi ile əlaqədar aralarında yaranmış mübahisə zamanı onun öldürmək qərarına gələrək əvvəlcədən özü ilə götürdüyü vintaçanla qızları Sevinc Nəsirovanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı (18 ədəd) zərbələr vurmuş onun qışqıraraq köməyə çağırmasını eşidən yetkinlik yaşına çatmayan övladları Rəmzi və Əli Nəsirovun gəlməsinə əhəmiyyət verməyərək o, oğullarının gözləri qarşısında anası Sevinc Nəsirovanın öldürülməməsi üçün ona yalvarmasına, əlindən çıxaraq qaçmaq istəməsinə baxmayaraq öz cinayətkar niyyətini davam etdirib müstəsna dərəcədə qəddarlıq göstərərək, xüsusi amansızlıq nümayiş etdirməklə oğulları Rəmzi və Əli Nəsirova aşkar surətdə xüsusi əzab verərək iztirab çəkdirdiyini dərk edib, bunu arzulayaraq niyyətini başa çatdırmaq və şiddətli ağrılar vermək məqsədilə vintaçanı Sevinc Nəsirovanın kürək nahiyəsinə vurub saxlamaqla sonuncuya döş qəfəsinin sağ yarısının arxa hissəsinin döş və qarın boşluğuna nüfuz edən, sağ ağ ciyəri, diafraqmanı və qara ciyəri zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası, hemopnevmotoraks (plevra boşluğuna sərbəst qanın və havanın yığılması), qarnın ön divarının qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları (çoxsaylı), sol böyrəyin açıq zedələnməsinə səbəb olan qarnın sol yarısının qarın boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, yetirildiyi anda həyat üçün təhlükəli olmaqla dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid, sağ biləyin və əlin çoxsaylı deşilmiş-kəsilmiş yarası, hər iki göz və yanaq nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və hemotoması ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə Sevinc Nəsirovanın öldüyünü zənn edərək oradan uzaqlaşaraq getmiş, sonuncu oraya gəlmiş şəxslərin köməyi ilə xəstəxanaya çatdırılmaqla göstərilən ixtisaslı tibbi yardım nəticəsində heyatı xilas edildiyindən, o, öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək, X23 xüsusi amansızlıqla qəsdən öldürməyə, yeni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. 05 may 2021-ci il tarixindən 06 may 2021-ci il tarixinə keçən gecə Atverka ilə uşaqlarının gözü qabağında yatdığı yerdə köməksiz vəziyyətdə xüsusi anamsızlıqla işgəncə verərək 18 zərbə Atverka ilə daxilə keçən xəsarətlər yetirmişdir. Axırıncı zərbə kürək nahiyəsindən vurmuş və vintaçan qızının kürək nahiyyəsində qalmışdır. X27 vurduqdan sonra onu köməksiz vəziyyətdə qoyub getmişdir, təcili tibbi yardım belə çağırılmamışdır, qızının öldüyünü zənn edərək çıxıb getmişdir. Onlar həmin gecə oraya çatdıqdan sonra qızlarını maşına qoyaraq xəstəxanaya çatdırdıq və həkimlərin səyi nəticəsində qızlarının həyatı xilas olundu. Lakin baş vermiş bu hadisə (cinayət əməli) qızlarının psixikasını pozmuşdur. Qızlarının psixoloji durumunda ciddi problemlər yaranmışdır. Yaranmış bu psixoloji problemlər sonda qızlarının özünü asaraq intihar etməsinə gətirib çıxarışdır. Belə ki, qızları Sevinc 27 may 2021-ci il tarixdə özünü asaraq intihar etməsi nəticəsində ölmüşdür. Göründüyü kimi Rəşad Nəsirovun həmin gecə əsl məqsədi qızını öldürmək olmuşdur, lakin həmin gecə buna nail olmasa da, o gecənin qızlarında yaratdığı psixoloji problemlər Rəşadın arzularını çin etmişdir. Qeyd edək ki, qızımız X54 tərəfindən vurulduqdan sonra barələrində şikayət verilən şəxslər X26 və X24 Təcili Tibbi yardıma müraciət etməmişlər. Onlarda qızlarını köməksiz vəziyyətdə qoyaraq ölüməsini seyr etmişlər. X40 tərəfindən vurulmasından və qızları Sevinc öldükdən sonra barələrində şikayət verilən şəxslər X26 və X30 barələrində yaşadıqları qəsəbədə və Masallı rayonunda müxtəlif söz söhbətlər edərək ünvanlarına nalayiq ifadələr işlətmişlər, onları təhqir etmişlər və ən nəhayətində onları ağır cinayət əməlində ittiham edirlər. Belə ki, barələrində şikayət verilən şəxslər X26 və X30 onları qızları Sevincin ölümündə, onu öldürməklə ittiham edirlər. Bununla da oğulları Rəşad Nəsirovun törətdiyi cinayət əməlinə haqq qazandırmaq istəyirlər. Onlar bu cinayətkar əməllərinə yetkinlik yaşına çatmayan nəvələri xx.xx.2007-ci il təvəllüdlü X42 oğlunuda alət etmişlər. Belə ki, barələrində şikayət verilən şəxslər X26 və X31 nəvələri xx.xx.2007-ci il təvəllüdlü X32 Xoşqədəm Hidayətqızının “Seni Axtarıram" verlişinə çıxararaq onlara qarşı atdıqları və el içində rayon ictimaiyyəti arasında danışdıqları şər və böhtanları nəvəsininin dili ilə mahsum bir uşağı alət edərək onlara qarşı qaldırmaqla onları ölkə ictimaiyyəti, cəmiyyəti qarşısında alçaltmağa çalışmışlar. Barələrində şikayət verilən şəxslər X10 və X16 qızları Sevinci öldürməkləri barədə dedikləri və nəvəsi Rəmzini də öz əməllərinə alət etmələri və onu televiziyaya çıxararaq şər və böhtan atmasını təşkil etmələri cinayət əməlidir və onlar bu əməllərinə görə cəzalanmalıdırlar. Barələrində şikayət verilən şəxslər X26 və X14 göstərdikləri xüsusatlar şər və böhtan xarakterlidir. Həmçinin onlar öz cinayətkar əməllərinə azyaşlı bir uşağıda alət edirlər. Uşağı bizə qarşı çıxarırlar. Uşaqda onlara qarşı kin nifrət hissi yaradırlar. Rəmzi qardaşı Əlidən ayırırlar, övladları olan Rəşad Nəsirovun etdiyi cinayət əməlinin üstünü örtməyə ona haqq qazandırmağa çalışırlar. Onları ictimai yerdə söyərək təhqir etdiyinə görə və onlar barəsində yalan melumat yayaraq onlara böhtan atdığına görə barələrində şikayət verilən şəxslər X26 və X30 müvafiq qaydada cəzalandırılmalıdır. Bu səbəbdən məhkəməyə müraciət etmişlər. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 383-401-ci maddələrini rəhbər tutaraq, məhkəmədən, Masallı rayonunun Ərkivan qəsəbə sakinləri barələrində şikayət verilən şəxslər X10 və X17 xüsusi ittiham qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məhsuliyyətinə cəlb edilməsini və barələrində ittihamedici hökm çıxarılmasını xahiş etmişlər. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.R.Tağıyev) X26 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2- ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, X10 üzərinə Masallı rayonu, Ərkivan qəsəbəsi ünvanındakı yaşayış yerini hər gün saat 23:00-dan 7:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuş, X10 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilmiş, X14 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə X26 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, “ARB” televiziyasında yayımlanan “səni axtarıram” adlı verilişdə X22 və X4 “qatil”, “siz öldürmüsüz”, “özü həyətində asdı” sözlərini deməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə həmçinin müəyyən edilmişdir ki, X14 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və və 148-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi isə heç bir vasitə ilə sübuta yetirilmir. Hökmdən məhkum olunmuş şəxs X26 apellyasiya şikayəti verərək, Bakı şəhəri, Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-(009)-200/2022 saylı hökmün hissəvi- Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi üzrə ləğv edib, barəsində həmin hissədə bəraət hökmünün yoldaşı, X21 münasibətdə qalan hissədə bəraət hökmünün qüvvədə saxlanılmasını təmin edəcək məhkəmə aktının qəbul edilməsini, Bakı şəhəri, Səbail rayon məhkəməsinin səlahiyyətli hakimi X43 barəsində müvafiq xüsusi qərardadın çıxarılmasını təmin edib, barəsində tədbir görülməsi məqsədilə Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına göndərilməsini, Səbail Rayon Məhkəməsində məhkəmə sədrinin "Məhkəmə Dəftərxabnası" üzərində olmayan prosessual ciddi nəzarətinin təmin edilməsində prosessual tələbkarlıq nümayiş etdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, hakimin sədrlik etdiyi məhkəmə prosesində açıqlamış olduğu çoxsaylı fikirlərdə..,imzalayaraq tərtib etdiyi ittiham hökmündə “Hakim andı”nm məlum tələbkarlığını ciddi və əhəmiyyətli pozub, yuxarıda qeyd etdiyim bu sözlərini deməklə, həm də, məhkəmə iclas prosesində özümü təqsirli bilməsəm də belə.,əslində ARB televiziyasında yayımlanan verilişdə X11ma və X12 “QATİL”, “SİZ ÖLDÜRMÜSÜZ”, “ÖZÜ HƏYƏTİNDƏ ASDİ” demədiyim bu sözləri məhkəmə zamanı etiraf etməyimi süni şablon formada qabardıb, mənə öz maraqları naminə məcburedici ETİRAFA prosessual sürükləməklə, ədalətsiz hərəkətlərindən xüsusi bəhərlənib, hətta, “OĞRAŞ” sözünün isə tərəfimdən deyilmədiyini bildirib, mənə bu cür süni himayədarlıq göstərməsi ilə prosessual açıqlanmış bu cür fikirlərin prosessual tələbkarlığına önəm verib, məhkəmənin ittiham hökmündə “yaşımın və ailə vəziyyətimin nəzərə alınmasını xahiş etmişəm”, kimi çoxsaylı bu cür sözlərin görünməyən və deyilməyən..,bir-birinin əksi olan əsassız və qanunsuz fikirlərin məntiqsiz, sifarişli prosessual bu cür deyilişini..,həm də, sifarişli bu cür yazılışını bu gün o, əsaslı olaraq prosessual rədd edib, bir daha o nəticəyə gəlirəm ki, barəmdə sifarişli yoğrulan bu ittiham hökmündə ittihamedici fikirlər..,əlbəttə, sifarişli mahiyyət kəsb etməklə, məqsədyönlü ədalətsiz fikirlərin nəticəsi olub, bu gün məni ciddi qanun pozuntuları ilə əsassız ittiham etməyə yönəldilməklə, sadəcə olaraq, barəmdə sifarişli yoğrulan əsassız, qanunsuz bir hökmün ədalətsiz, həm də qanunsuz çıxarılmasına səbəb olmaqla, birmənalı işin süni formalaşdırılan bu cür faktiki hallar tələbkarlığında, nəinki məni qanunsuz ittiham etmək məqsədi daşımışdır...,həm də, sifarişçi qüvvələrin maraq dairəsini ciddi qanun pozuntuları ilə müdafiə edib, onların qanun çərçivəsinə sığmayan maraqlarına və sifarişli yoğrulan məqədlərinə xidmət edib, ƏDALƏT MÜHAKİMƏSİNİN QANUNLA QORUNAN MƏNAFEYİNƏ prosessual zərbə endirmişdir... Masallı rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 126-cı mad. İ-hissəsinin məlum tələbkarlığının sifarişli prosessual danılması, qapanılması məqsədinin və sifarişli dondurulmasının bu cür əsassız prosessual müdafiəsi olub, əlbəttə, övladım haqqında qurulması real olan bu normanın tələbkarlığında Nəsirov Rəşad barədə həmin norma daxilində qurulacaq ittihamın prosessual inkar edilib, əlbəttə, adları məlum olan xüsusi ittihamçılarin maraqları üzərində prosessual haqsızlıqların övladım Rəşad Nəsirova qarşı daha ağır olan ittihamın sifarişli yoğrulmasına prosessual yönəldilib, prokurorluqda sifarişli ixtisaslaşdırılmış ağır bir cinayət əməlinin nəticəsi ədalətsizlikləe üzərində..,-/AR-sı CM-nin 29, 120. 2.4-cü maddəsinə sifarişli ixtisaslaşçdırılmaqla,-/ OĞLUM RƏŞAD NƏSİROVUN/ törətmədiyi bu ağır cinayət hadisəsinin baş verdiyini bu övladım üzərində prosessual cəm etdirilməsi.., sifarişli bir prosessual hərəkət /hərəkətsizlik/ olub, məqsdli fikirlərin Masallı rayon prokurorluğundan görünüb, prosessual ekranlaşdırılması..,əslində, nəinki Sevincin ölümü ilə bağlı ağır cinayət hadisəsini törədənlərin...,hətta, özü- özünü intihar etməyə faktı varsa belə..,bu faktın prosessual əsaslı araşdırılıb, yaranması səbəblərinin prosessual qapanılmasınm məqsədli prosessual gündəmə gətrilməsi nəticəsi olaraq,-/Rəşadın həyat yoldaşı olmuş Sevincin ölümündə birbaşa təqsirləndirilməsi qanuni əsaslarla mümkün olmayan bir tələbkarlıqda/ AR-sı CM-nin 29, 120.2.4-cü maddəsinin tələbləri üzrə sifarişli yoiğrulan əsassız və qanunsuz bir ittihamın prosessual müdafiəsi məqsədini də çoxsaylı məhkəmə kürsülərinin müzakirə mövzusu etməklə, bu məqsədə yönələn xidmətləri prosessual çoxsaylı bəyan edərək, məhkəmə kürsülərində,-/Lənkəran Ağır Cinayətlər Məhkəməsində, Şirvan Apelyasiya Məhkəməsində sifarişli/ yoğrulan çoxsaylı ədalətsiz məhkəmə aktları Masallı rayon prokuroru Vəli Müstafayevin təsdiq etdiyi qanunsuz bir ittihamın çoxsaylı müdafiəsinə önəm verilib, ƏDALƏTLİ MƏHKƏMƏ ARAŞDİRMASİ HÜQUQUNUN sifarişli pozulması ilə prosessual müstəvidən buna ciddi önəm verildiyini bəlli edərək, bu gün xüsusi ittihamçılar X22 ilə X3..,əlbəttə, prokurorluqdan planlı..,həm də, təşkili yoğrulan və sifarişli ekranlaşdırılan “XÜSUSİ İTTİHAM ŞİKAYƏTLƏRİNİN tələbkarlığım mənə və həyat yoldaşım X37ma qarşı yönəldib, məqsədli şəkildə də məhkəmə kürsülərinə çıxardılması ilə vəzifədən sui-istifadə etmiş çoxsaylı dövlət məmurlarının..,-/prokurorların..,ittihamçı prokurorların..,müstəntiqlərin..., çoxsaylı hakimlərin...və s. qüvvələrin.../ sifarişli formada məhkəmə kürsülərində əsassız və qanunsuz müdafiəsini prosessual gündəmdə etmişdir... ARB kanalının “SƏNİ AXTARİRAM” verilişindən açıqlanıb, işıqlandırılmışdır deyə..,böhtan və şər danışan çoxsaylı bu qüvvələri bizlərə qarşı BÖHTAN və TƏHQİRİN əlamətlərinin görüntüləri vardır deməklə, az qala bu ARB kanalının da özünü ittiham edib, əslində tərəfindən /tərəflərindən.../ deyilməyən sözlər və fikirlər üzrə AR-sı CM-nin 147 və 148-ci maddələri ilə böhtan və təhqirlərin məlum tələbkarlıq lari nəticəsi olaraq, bu gün cinayət tərkibi ekranlaşdırılnmasını qabartmaqla, prosessual açıqlamalarına baxmayaraq, bu mənada “Xüsusi İttiham şikayətləri” üzrə son anda mənim bu cür təşkili və planlı üsulla, sifarişli ittiham edilməyimi prosessual gündəmdə edərək, məhz barəmdə 29 sentyabr 2022-ci il tarixli əsassız ittiham hökmünün AR-sı CM-nin 147.2-ci maddəsi üzrə çıxardılmasına nail olub, digər normanın,-/CM-nin 148-ci maddəsilə əməlimdə cinayət tərkibi olmadığından mənə bəraət verilməsini açıqlamaqla, hətta, həyat yoldaşım X18 əməlində belə..,cinayət tərkibi olmadığına görə ona da hər iki maddə üzrə,-/CM-nin 147 və 148-ci maddələri ilə/ bəraət verildiyinin açıqlanıb, dövlət adından qəbul edilən bu sənədin həm ittiham, həm də, bəraətverici olduğunun göstərilməsi çoxsaylı şübhələr tələbkarlığında mənim əsassız ittihamımın sifarişli yoğrulduğunu bəyan etmiş olsa da...,sözün əsil mənasında xüsusi ittihamçı bu şikayətçilərin bizə qarşı böhtan danışıb, şübhə doğuran ittihamın özünün də əsassız və qanunsuz yoğrulduğunu bəyan etmişdir. 10 may 2022-ci ildə ARB kanalında açıqlanan Xoşqədəmin “SƏNİ AXTARİRAM” verilində,- /kütləvi informasiya vasitələrində/ özünün (özlərinin) təhqir və böhtana məruz qaldıqlarını əsassız və qanunsuz açıqlayan “Xüsusi ittihamçılar...”,-/X22 və X3/ mənə qarşı, hətta, Xoşqədəmin “SƏNİ AXTARİRAM” ittiham şikayəti” üzrə cinayət tərkibi görünməyən və olmayan cinayət hadisələrində Azərbaycan Respublikası CM-nin 147.2-ci və 148-ci maddələri ilə məni, CM-nin 147, 148-ci maddələri ilə həyat yoldaşımı prosessual ittiham etmələri...,hətta, son anda barəmdə Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə qanunsuz və əsassız ittiham hökmünün çıxardılmasına nail olub, tərəfimdən bu verilişdə deyilməyən və olmayan böhtan xaraklerli ibarələrdə mənə qanunsuz bir ittihamın dövlət adından qəbul edilən ƏDALƏTSİZ MƏHKƏMƏ HÖKMÜ tələbkarlığında qurulması...,birmənalı şəkildə şərəf və ləyaqətimə /şərəf və ləyaqətimizə.../ ciddi bir hörmətsizliklır gətirib, əlbəttə, prosessual müstəvidə şəxsiyyətimizi alçaltmaları bu gün yolverilməz olub, bağışlanılması heç zaman mümkün olmayan əsaslı cinayət tərkibi doğurmaqla, insan və vətəndaş hüquq və azadlıqlarına qarşı ciddi bir xəyanət olduğundan...,bu, konstitusiyaya sayğısızlıq göstərilməklə, bu gün qanunların ciddi və əhəmiyyətli pozulması kimi dərk olunmalıdır..,ən azı ona görə ki, atasına məxsus bir həyətdə Sevincin asılaraq, yaxud özü-özünü intihar edərək, bədbəxt bir hadisəyə düçar olması qanunun mənası baxımından baş vermiş bu ölüm hadisəsinin günahkarlarını Sevincin atası evində axtarılması heç kəs də heç bir şübhə oyatmamalıdır...,ona görə ki, mərhum Sevincin həyat yoldaşı Nəsirov Rəşad tərəfindən çoxsaylı Vintaçanla xəsarətlər alıb, xəstəxanadan sağ-salamat çıxdıqdan sonra..,21 gün atası evində təhqir və böhtanlara məruz qalmaqla, daha sonra atası evində həyətdə asılıb, öldürülən qızı Sevincin bütün halda günahkarları...,məhz bu evdə axtarılmalı və obyektiv istintaq yolu ilə cinayət hadisəsini törədənlər də müəyyən edilib, qanun və məhkəmə qarşısına cavab verməlidirlər...Bunun başqa adı və başqa ünvanı yoxdur...Belə bir dəhşətli hadisənin günahkarlarını nə onun oğlu X39 da, nə də onun valideynləri olan bizlərdə..,-/Əkbər və Mehparə Nəsirova da / axtarmalı deyillər...!!! Hökmdən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X22 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin X26 və X38 barəsində 29 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi, X19 təyin edilmiş cəzadan daha ağır cəza verilməsi, X25 da cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, məhkəmə hökmündə qeyd edilmişdir ki, X10 onu təhqir edərək ona “oğraş” deməsi ümumiyyətlə onu təhqir etməsi öz təsdiqini tapmamışdır. Məhkəməyə təqdim etdiyi CD diskdə X10 onu təhqir etməsi, ona “oğraş” deməsi öz əksini tapmışdır. Lakin məhkəmə diskə doğru düzgün baxmamışdır. Ya məhkəmə həmin diskə yaxşı baxmamışdır, ya da məhkəmə özü bilərəkdən bu hissəni atlamışdır ki, X10 əməlini yüngülləşdirsin və ona yüngül cəza versin. Bu hal da onu sübut edir ki, X20r əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibi vardır. X6 onu təhqir etmişdir. Həmçinin məhkəmənin X25 bəraət verməsi ilə razı deyil. X7 ARB televiziyasında yayınlanmış “Seni axtarıram” verlişdə iştirak etməsə də, belə X33 yaşadığı Rayonda əri X13 eyni ilə ARB televiziyasında yayınlanmış “Seni axtarıram” verlişində işlətmiş olduğu sözləri və onları ittiham etdiyi ağır cinayət əməlini təkrarlayaraq onları təhqir edir və onları qızlarının ölümündə ittiham edir. Bu gün X18 əməli hər hansı bir görüntü ilə sübut olunmasa da belə yaşadığı qəsəbənin insanları və digər ümumi tanışları bu halı tam sübut edə bilərlər. Eləcə də X10 və X18 əməlləri vermiş olduqları xüsusi ittiham qaydasında şikayətin məzmununda və CD diskdə tam şəkildə öz əksini tapmışdır. X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilməsi qanunsuz və ədalətsizdir və ona təyin edilmiş cəza isə çox yüngül cəzadır. X1 bəraət verilməsi isə də ədalətsizlikdir. Odur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-200/2022 saylı 29 sentyabr 2022-ci il tarixli hökmü ləğv edilməli, X26 və X33 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri təqsirli bilinərək ağır cəza- azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdırlar. Məhkəmə kollegiyasının iclasında xüsusi ittihamçı X26 öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında xüsusi ittihamçı X30 öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X22 öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, xüsusi ittihamçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, xüsusi ittihamçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətlərini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli və iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq hökmün qanuniliyini apellyasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X26 apellyasiya şikayətində özünün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2- ci maddəsi ilə təqsirliliyi mübahisələndirilərək onun barəsində həmin maddə ilə də bəraət verilməli olması, həmçinin, xüsusi ittihamçı X22 apellyasiya şikayətində X10 və X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinməli olmaları iddia edilir və bununla bağlı bir sıra dəlillərə istinad olunur. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdıraraq, sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirinin, verilmiş ittihamın təsdiq edilməsi qənaətə əsaslı olaraq gəlmişdir Ə.S.Nəsirovun əməli Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığına görə həmin maddə ilə düzgün tövsif edilmiş, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün, eyni zamanda, X14 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmasını təsdiq edən əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsində videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, “ARB” televiziyasında yayımlanan “səni axtarıram” adlı verilişdə 10 may 2022-ci il tarixdə X26 - X22 və X4 “qatil”, “siz öldürmüsüz”, “özü həyətində asdı” sözlərini demişdir. “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10-cu maddəsinə əsasən vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun (5-ci bənd). Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Məhkəmə qeyd etmişdir ki, həm şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusudur, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılmasının tələb edildiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir. Beləliklə, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X26 ona qarşı verilmiş xüsusi ittihamda özünü təqsirli bilməsə də, “ARB” televiziyasında yayımlanan “səni axtarıram” adlı verilişdə X22 və X4 “qatil”, “siz öldürmüsüz”, “özü həyətində asdı” sözlərini deməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi xüsusi ittihamçıların, X10 ifadələri, videogörüntü olan CD disk və digər iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə kolegiyası belə qənaətə gəlir ki, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçıların ifadələrinə, ittiham və müdafiə tərəfinin də təqdim etdiyi kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanmış yuxarıda göstərilən məlumatlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlmişdir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar X10 AR CM-nin 148-ci madəsinin deyil, CM-nin 147.2-ci maddəsinin tərkibi olması, bununla yanaşı, X14 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməli cinayət tərkibi olmaması tam sübuta yetirilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi X10 təqsirli olması və əməlinin tövsifi məsələsi üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyası Əkbər Nəsirovun onun təqsiriz olması barədə özünün və Ə.S.Nəsirovun və X10 və X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinmələri barədə xüsusi ittihamçı X9 apellyasiya şikayətlərin dəlillərini yuxarıda qeyd olunanlara istinadən əsaslı hesab etmir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmə hökmü cinayət əməlinin tövsifinə və cəzanın tətbiq edilməsinə münasibətdə cinayət işinin materiallarına tam uyğun çıxarılmışdır. Bununla yanaşı, birinci instansiya məhkəməsi X19 cəza təyin edərkən bu məsələnin həllinə təsir edə biləcək halları, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Ə.S.Nəsirovun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə almış, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instaniya məhkəməsi təqsirləndirilən şəxs X10 törətdiyi əməlin xarakteri, şəxsiyyətini nəzərə alaraq, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Bütün bunlar belə nəticəyə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsinin cəza təyini məsələsi üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, şikayətin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası CM-nin 8.1, 58.3 və 42.1-ci maddələrində nəzərdə tutulmuş normalra əsaslanır və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının izahlarını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyəsində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası xüsusi ittihamçı X9 apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar X26 barəsində təyin edilmiş cəzanın ağırlaşdırılmasına, həmçinin, X14 təqsirli bilinib məhkum edilməsi üçün əsaslar müəyyən etmir. Məhkəmə kollegiyası qeyd edir ki, xüsusi ittihamçı və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin apellyasiya şikayətlərində göstərilən dəlillər hökmün dəyişdirilməsinə əsas vermir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, birinci instansiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri isə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 1(009)- 200/2022 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar