Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1711/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 1(003)-883/2023 nömrəli hökmündən zərərçəkmiş şəxs Qafarova (Məhərrəmova) Nuranə Nəcəf qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 1(003)- 883/2023 nömrəli hökmünə əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 1(008)-883/2023 nömrəli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 27 avqust 2023-cü il tarixdən 29 avqust 2023-cü il tarixədək tutularaq saxlanıldığı 02 gün, məhkəmə istintaqı zamanı 21 oktyabr 2023-cü il tarixdən 07 noyabr 2023-ü il tarixdək həbsdə saxlandığı 17 gün, cəmi 19 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 ay 08 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 10 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, hökmün icrasına nəzarətin Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs” qətimkan tədbiri "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclasında həbsdən azad edilməsi, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsaitin dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına köçürülməsi hökm edilmişdir. Həmin hökmdən zərərçəkmiş şəxs Qafarova (Məhərrəmova) Nuranə Nəcəf qızı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 1(008)-883/2023 saylı hökmü ilə razı olmadığını və məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzasının artırılması və aliment borcunun onun ailəsindən alınaraq ona ödənilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-1711/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 noyabr 2023cü il tarixli, 1(008)-883/2023 nömrəli hökmündən zərərçəkmiş şəxs Qafarova (Məhərrəmova) Nuranə Nəcəf qızı tərəfindən verilmiş apellyasiya şikayətinin hərəkətsiz saxlanılması, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 386-cı maddəsinin tələbinin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün vaxt təyin edilməklə cinayət işinin həmin məhkəməyə qaytarılması, zərərçəkmiş şəxs Qafarova (Məhərrəmova) Nuranə Nəcəf qızının apellyasiya şikayəti vermə müddətini ötürməklə apellyasiya şikayəti verməsinə qiymət verilməsi, zərərçəkmiş şəxs Qafarova (Məhərrəmova) Nuranə Nəcəf qızına apellyasiya qaydasında şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi ilə bağlı birinci instansiya məhkəməsi qarşısında vəsatət qaldırmaq hüququnun olması izah edilmişdir. Qeyd olunan cinayət işi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına daxil olmuş, zərərçəkmiş şəxs Qafarova (Məhərrəmova) Nuranə Nəcəf qızı buraxılmış prosessual müddətin bərpasına dair vəsatət ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, zərərçəkmiş şəxs Qafarova (Məhərrəmova) Nuranə Nəcəf qızı tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət verilmədiyindən, onun apellyasiya şikayəti verilməmiş hesab edilməli və baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.4-cü maddəsinə əsasən həmin Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədiyi halda, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və yaxud apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə bu tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddətdə həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə verilmiş apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 1(008)-883/2023 nömrəli hökmündən zərərçəkmiş şəxs Qafarova (Məhərrəmova) Nuranə Nəcəf qızı tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar prosessual müddətin bərpasına dair vəsatət verilmədiyindən, verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilməli və baxılmamış saxlanılmalı, cinayət işi isə birinci instansiya məhkəməsinə göndərilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.4 və 391.1.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 1(008)- 883/2023 nömrəli hökmündən zərərçəkmiş şəxs Qafarova (Məhərrəmova) Nuranə Nəcəf qızı tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət verilmədiyindən, verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilsin və baxılmamış saxlanılsın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 1(008)- 883/2023 nömrəli hökmü ilə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-1711/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1711/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver