Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-1713/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmündən Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü (sədrlik edən X5, X2 və X6 ibarət tərkibdə) ilə, 1974-cü il iyunun 20-də Almaniya Demokratik Respublikasının Drezden şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə 08 (səkkiz) il 06 (altı) ay, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olumuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs 2019-cu il iyulun 04-dən 2020-ci il yanvarın 05-dək həbsdə saxlanıldığı 06 (altı) ay 01 (bir) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 08 (səkkiz) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Həmin hökmdən birinci instansiya məhkəməsində iştirak edən Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı apellyasiya protesti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ləğv edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3,2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə, həmin maddələrin sanksiyası həddində cəzaların məcmusu üzrə cinayət və cinayət prosesual qanunvericiliyin tələblərinə uyğun daha ağır qəti cəza təyin edilməsinə dair yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxsin istər ibtidai istintaq, istər məhkəmə baxışı zamanı verdiyi ifadələri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünümüdafiə xarakterli ifadələrdir.Lakin buna baxmayaraq Bakı Ağır Cinayətlər Məhkəməsi məhkəmə öz hökmündə Təqsirləndirilən şəxs üzərindən üç ədəd bükümdə ayrı-ayrılıqda 1,974 qram, 2,056 qram və 2,830 qram olmaqla ümumilikdə külli miqdarda 6,860 qram təmiz çəkidə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmnış narkotik vasitə heroinin aşkar edilməsi kimi ciddi və əməlin tövsifinə təsir edən xüsusatları müzakirə edərək hüquqi qiymət verməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə nə formalaşmış məhkəməistintaq təcrübəsinə, nə mütəxəssislərin rəyinə, nə də ki, digər hər hansı bir elmi mənbəyə istinad etmədən, gəldiyi nəticəni yalnız Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadələrə əsaslanrmaqda haqlı olmamışdır. Halbuki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsi istisna olunmuş, o, həmin narkotik maddəni məhz satış məqsədi ilə əldə edərək daşımaqla saxlamışdır. Birinci isntansiya məhkəməsi hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb edən və yuxarıda qeyd etdilən kompleks halları nəzərə almadan, yalnız ümumi ifadələrdən İstifadə etməklə ittihamın təsdiq olunmadığı qənaətinə gəlmişdir ki, bu da cinayət prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir və məhkəmənin həmin hallara əsaslanmaqla gəldiyi qənaət qanunsuzdur Hökmlə razılaşmayan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli ləğv edilməsini barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Bundan əlavə məhkumun müdafiəçisi apellyasiya şikayətinə əlavə verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli ləğv edilməsini və Təqsirləndirilən şəxs Etibar oğluna qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-in 178.3.2 maddəsinin çıxarılaraq, ona Azərbaycan Respublikası CM-in 234.1 maddəsinin sanksiyası həddində cəza təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, Məhkəmə hökm çıxararkan qərəzli şəkildə zərərçəkmişin və şahidlərin ifadələrini təhrif edərək guya 250 000 manat məbləğində pulun Təqsirləndirilən şəxs Etibar oğlu tərəfindən dələduzluq yolu ilə mənimsənildiyi qənaətinə gələrək əsassız və qanunsuz hökm çıxarmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmü qanunsuz, əsasız və ədalətsiz olduğundan ləğv olunmalı Təqsirləndirilən şəxs. Etibar oğluna Azərbaycan Respublikasının CM-nin 234.1 maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Belə ki, ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlarla qətiyyən razılaşmadığını,həmin ittihamların ona qərəzli olaraq irəli sürül düyünü, onun heç bir vaxt narkotik vasitələrin istifadəsi və realizasiyası ilə məşğul olmadığını, ümumiyyətlə dələduzluq cinayəti törətmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Etibar oğlu ibtidai istintaqda və məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 2017-ci ildən tanıdığını, Telmanın çoxlu borcu olduğuna görə problemləri olduğundan onun xahişi ilə borclu olduğu şəxslərlə danışıb, borcun qaytarılmasına vaxt verilməsini xahiş etdiyini bildirmişdir. O. hələ 2017-ci il tarixdə Zərərçəkmiş şəxs2 tanımadığı Əliəfsər adlı şəxsə məxsus torpaq sahəsini sənədləşdirmək adı ilə ondan aldığı 400 000 min manat pulu öz şəxsi istifadəsi üçün xərlədiyindən, torpağı sənədləşdirmədiyi üçün verilmiş pul ondan tələb olunduğuna görə problemlər yaranmışdı. Həmin poblemin həlli üçün o, Zərərçəkmiş şəxs2 kömək etmək məqsədi ilə onun xahixi ilə, 2018-ci ilin fevral ayında Əliəfsərin tanışı Məmməd adlı şəxslə görüşüb, pulun qaytarılması üçün Telmana vaxt verilməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs2 pul almadığını, Zərərçəkmiş şəxs2 mənimsədiyi pullardan heç vaxt ona vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs,Zərərçəkmiş şəxs2 ona qarşı vermiş olduğu ifadəsinin təzyiq altında alındığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı heç bir tələbinin olmadığını, ona qeyd olunmuş məbləği vermədiyini bildirmişdirBütün bunlar istintaqın və məhkəmə baxışının qərəzli, birtərəfli aparılmasını, işin hərtərəfli, tam və obyektiv araşdırılmamasım təstiq edir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Etibar oğluna cəza təyin edilərkən Azərbaycan Respublikası CPM-nin 8-ci və 9-cu maddələrinin tələbləri kobud sürətdə pozularaq işin halları hər tərəfli, tam və obyektiv araşdırılmamış, təqsirləndirilən şəxsə məhkəmə tərəfindən ağır cəza təyin edilmişdir. Həmçinin məhkəmə tərəfindən işə baxılarkən Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinin tələbləri də pozularaq, qanunçuluğa ciddi riayət olunmamış, nəticədə təqsirləndirilən Təqsirləndirilən şəxs Etibar oğlunun konstitsiyon hüquqları pozulmuşdur. Beləliklə Azərbaycan Respublikası CM-in 8,9,10-cu maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək müdafiə tərəfi hesab edir ki, Təqsirləndirilən şəxs Etibar oğluna elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-in 178.3.2 maddəsi çıxarılmaqla ona yalnız Azərbaycan Respublikası CM-in 234.1 maddəsinin sahksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və müdafiə tərəfin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısının apellyasiya protesti təmin edilərək birinci instansiya məhkəməsinin hökmü ləğv edilməklə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 234.4.3-cü maddələri ilə tövsif olunmaqla təqsirli bilinərək təqsirli bilindiyi maddələrinin sanksiyası daxilində cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla cəza təyin edilməsi barədə yeni hökm çıxarılmalıdır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüşdür ki, o, ittihama əsasən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımış, eləcə də etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək sonuncuya bu sahədə çalışan yüksək vəzifəli tanışlarının vasitəsi ilə «Təməl» sərbəst kiçik müəssisəsinin balansında olan ünvan 2 ünvanda yerləşən 1,68 hektar torpaq sahəsinin özəlləşdirilməsinə kömək edəcəyinə yalan vəd verib adı çəkilən şəxsdən 2017-ci ilin iyul ayında Bakı şəhərinin «Nərimanov» metrostansiyasının yaxınlığında vahid niyyətlə əhatə olunan qəsdlə aldığı əvvəlcə 30.000 manat, sonra isə 30.000 manat, ümumilikdə 60.000 manat məbləğində pulu, yəni özgənin əmlakını ələ keçirmiş, bununla da zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə istintaqla müəyyən edilmişdir ki, Ruslan Ehtibar oğlu tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncuya bu sahədə çalışan yüksək vəzifəli tanışlarının vasitəsi ilə Bakı şəhərinin Nərimanov rayonundakı «Gənclik» metrostansiyasının yaxınlığında yerləşən torpaq sahəsini özəlləşdirməsində kömək edəcəyinə və sonradan satıb yüksək gəlir əldə edəcəklərinə dair yalan vəd verdikdə adı çəkilən şəxsdən 2018-ci il iyunun 01-də Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən ünvan 4dığı 250.000 manat məbləğində pulu ələ keçirmiş, bununla da zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 6,860 qram təmiz çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 23/15 ünvanındakı «Qarabağlar» restoranının yaxınlığına daşımış, həmin şəxsin külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumat əsasında sonuncu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində 2020-ci il avqustun 17-də saat 20 radələrində göstərilən yerdə saxlandıqda idarəyə gətirilmiş və oradakı xidməti otaqların birində saat 23:40-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən əynində olan cins şalvarının sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı üç ədəd bükümdə ayrı-ayrılıqda 1,974 qram, 2,056 qram və 2,830 qram, ümumilikdə külli miqdar təşkil edən 6,860 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilmişdir. Birinci instansiya məhkəməsi məhkəmə baxışı zamanı aparılan araşdırma nəticəsində , Təqsirləndirilən şəxs əməllərinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinin əsasları qismində hökmlə müəyyən edilmiş hallar və həmin hallara məhkəmənin verdiyi hüquqi qiymət çıxış etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən edilmişdir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 6,860 qram çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etdiyindən satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması kimi qiymətləndirib bunu ümumi fikirlə əsaslandırmaqla sonuncunun törətmiş olduğu cinayət əməlini düzgün olmayaraq Azərbaycan Respublikasının CM-nin 234.4.3.cü maddəsi ilə tövsif etmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması ittihamını elan edərkən ittihamı təsdiq edən sübut kimi şahidlərin ifadələrinə, ekspertiza və tibbi yoxlamanın rəylərinə, maddi sübutun mövcudluğuna və işin digər hallarına istinad etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, habelə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 6,860 qram çəkidə narkotik vasitə heroin əldə edib saxlamaqla daşıması öz təsdiqini tapmış, lakin, Təqsirləndirilən şəxs əməlində narkotik vasitə heroin külli miqdar təşkil etdiyindən satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması faktı məhkəmədə öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsinin hökmdə göstərmişdir ki, ibtidai istintaq orqanının istinad etdiyi sadalanan sübutlar Təqsirləndirilən şəxs aşkar edilib götürülən külli miqdarda, yəni 6,860 qram çəkidə narkotik vasitə heroinin onun tərəfindən satış məqsədi ilə deyil, gələcəkdə özünün şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edilib saxlanılmasını təsdiq edir. İş materiallarında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hər hansı bir hərəkət etməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini, narkotik vasitə heroinin satış məqsədi ilə çəkilib xırda bağlamalara bükülməsini, onların hazırlanması üçün avadanlığın olmasını təsdiq edən heç bir sübut yoxdur. Belə bir sübut məhkəmə istintaqında da müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərdən keçirərək məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin yalnız külli miqdar təşkil edən 6,860 qram olması amilindən yanaşılmaqla onun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətinə gələrək hesab etmişdir və belə olan halda onun əməli törətdiyi cinayətə uyğun olaraq tövsif olunmalıdır. Birinci instansiya məhkəməsi öz hökmünü onunla əsaslandırmışdır ki, iş üzrə ibtidai istintaq zamanı və məhkəmə baxışında dindirilən şahidlər ittihamda satışla bağlı göstərilənləri təsdiq etməməklə saxlanan şəxsin, yəni Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sol yan cibindən aşkarlanan, öz şəxsi istifadəsi üçün saxladığı üç ədəd bükümdə narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddənin aşkarlanmasını bildirmişlər. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi istiqamətində ibtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə olunmamışdır. İstintaq orqanının Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi istinad etdiyi şahid ifadələri də ittihamın satışla bağlı hissəsini təsdiq etmir, əksinə onu tam təkzib edir. Bundan savayı ittiham tərəfinin Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi istinad etdiyi ekspertiza rəyi narkotik vasitənin növünü, çəkisini, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkib-çəkmədiyini və buna görə müalicəyə ehtiyacının olubolmadığını müəyyən etmişdir. Qeyd edilən sübut növü ittihamı, yəni təqsirləndirilən şəxsin satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini heç bir halda təsdiq edə bilməz və etməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi 6,860 qram çəkidə narkotik vasitə heroinin mövcudluğuna istinad edir. Hazırki iş üzrə maddi sübut hesab edilən və ekspertiza tədqiqatından sonra 6,710 qram çəkidə narkotik vasitə heroin özü-özlüyündə külli miqdar olmasına baxmayaraq təqsirləndirilən şəxsin satış məqsədi ilə cinayəti törətməsini təsdiq etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmənin bu nəticəsi əsassız olmaqla cinayət işi materiallarına ziddir. Birinci instansiya məhkəməsinin öz hökmündə qeyd etdiyi «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9- cu bəndində göstərilir ki, Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası işin hallarını tətbiq edilməli maddi və prosessual hüquq normalarının tələblərinə əsasən qiymətləndirib bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də işin digər materialları ilə tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, özündə saxlayaraq daşıması və satış ilə məşğul olması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal X3 İdarəsinə daxil olan məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal X3 İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən, Şahid4, Şahid5 və baş əməliyyat müvəkkili polis kapitanı Şahid6 ibarət əməliyyat qrupu yaradılmış 2020-ci il avqustun 17də saat 20 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 23/15 ünvanında yerləşən «Qarabağlar» restoranının yaxınlığında saxlanılmışdır. Bu halı yuxarıda adları qeyd edilən polis əməkdaşları birinci instansiya məkəməsində şahid qismində iştirak edərək təsdiq etmişlər İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 18 avqust tarixli 6/1595 №-li rəyindən görünür ki, «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» yazısı olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda 1,974 qram, 2,056 qram və 2,830 qram, ümumilikdə 6,860 qram təmiz çəkidə tünd qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalığı 6,710 qram təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2020-ci il 01 sentyabr tarixli 5473 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs orada müalicə almamışdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarına əsasən psixotrop maddə olan metafetaminin 0.15 qramdan yuxarı olması şəxsi istehlak miqdarından artıq miqdar, xalis çəkisinin 2 qramdan yuxarı olması külli miqdar hesab olunur.. Məhkəmə kollegiyası qeyd edir ki, narkotik vasitə və psixotrop maddənin şəxsi istehlak miqdarı həmin narkotik vasitə və psixotrop maddənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Göründüyü kimi hazırkı cinayət işində təqsirləndirilən şəxs şəxsin üzərindən aşkar olunmuş narkotik maddə olan heroinin çəkisi onun gündəlik ehtiyacının yuxarı həddindən 45 dəfədən çox və 3 bükümdə olmuşdur. Bundan başqa, narkotik vasitəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onları satış məqsədilə əldə etməsi onun hər hansı istehlakçı ilə razılıq əldə edibetməməsi, narkotik vasitənin hazırlaması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Çünki, narkotik vasitəni əldə etmiş Təqsirləndirilən şəxs istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitə heroinin külli miqdarda bükümlərdə və psixotrop maddənin əldə edilməsi mümkündür və istisna olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri məhz şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, hazırlama, emal etmə və ya saxlamanı özündə ehtiva edir. CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməlin, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma əməllərinin külli miqdarda törədilməsini nəzərdə tutmuşdur. Ümumiyyətlə, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinin 2-ci hissəsində təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması ilə yanaşı başqa sübutların, narkotik vasitənin miqdarının və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyyə edilsə də, hazırki cinayət işi üzrə məhkəmə işin yuxarıda sadalanan heç bir halını nəzərə almamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi hökmdə istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının müvafiq bəndlərinə istinad edərkən mahiyyətini düzgün qiymətləndirməməklə əsassız olaraq əməli tövsif etməklə ittiham hökmü çıxartmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, maddi sübutları və sair sənədlərlə kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirməyərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən yalnız təqsirləndirilən şəxsin özünümüdafiə xarakteri daşıyan ziddiyyətli və hadisənin obyektiv səhnəsinə uyğun olmayan mövqeyinə əsaslanmış, təqsirləndirilən şəxsin cinayət əməlini sübut edən, işin faktiki halları ilə sıx bağlı olan və biri digərini tamamlayan sübut növlərinə düzgün qi ymət verməmişdir. Azərbaycan Respublikasi CPM-nin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş subutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə hökm əsaslı hesab edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları nəzərə almayaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci və 234-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini müvafiq olaraq mülkiyyət əleyhinə olan və ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulan törətdiyi cinayət əməlini satış məqsədi olmayan cinayətlər kimi qəbul etmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsindən 234.1 maddəsinə tövsif etmişdir. Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndiridlən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 maddəsinin sanksiyasasında nəzərdə tutulmuş cəzanın aşağı həddində təyin edilməsi ilə bağlı hissəsi onun əməli apellyasiya məhkəməsində yenidən Azərbaycan Respublikası CM-nin 234.4.3 maddəsi ilə tövsif olunduğundan təmin oluna bilməz. Apellyasiya şikayətinin digər hissəsi, yəni Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi ilə bağlı törətdiyi cinayət əməli toplanmış və birinci instansya məhkəmsində tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığı üçün Təqsirləndirilən şəxs Etibar oğluna qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsini ilə ona bəraət verilməsinə dair müraciət təmin oluna bilməz. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək sonuncuya vəd verib adı çəkilən şəxsdən vahid niyyətlə əhatə olunan qəsdlə aldığı ümumilikdə 60.000 manat məbləğində pulu, yəni özgənin əmlakını ələ keçirməsi, bununla da zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, bundan Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edərək sonuncuya yalan vəd verdikdə adı çəkilən şəxsdən vahid niyyətlə əhatə olunan qəsdlə aldığı 250.000 manat məbləğində pulu ələ keçirərək zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi iş materiallarında olan sübutlar və şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin 16 iyul 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci və 228.1 -ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Nərimanov rayon məhkəməsinin 6 noyabr 2012-cİ il tarixli qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən şəxs ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi vardır və onun məhkumluğu ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən ağır, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli 2017-ci ilin iyul ayında, məhkumluğu bitməyən dövrdə törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən nəzərdə tutulan cinayəti törətmiş və həmin zaman əməlində təhlükəli residiv mövcüd olmuşdur Onun yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 nömrəli qərarının 7-ci bəndinə əsasən cinayətlərin residivinin qanunla (Cinayət Məcəlləsinin 18.1ci maddəsi) qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar Cinayət Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. Həmin qərarın 12-ci bəndində əsasən cinayətlərin residivi, təhlükəli resedivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluğlar nəzərə alınır. Bu halda cəza Cinayət Məcəlləsinin 65.3-cü maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, bu şərtlə ki, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə belə cəzaların təyinini istisna edən əsaslar olmasın. Cinayətlərin və ya hökmlərin məcmusu üzrə qəti cəza isə müvafiq olaraq Cinayət Məcəlləsinin 66 və 67-ci maddələrinə uyğun olaraq təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edərək, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətlərinə təsirini, eyni zamanda onun əməlində təhlükəli residivin olmasını ağırlaşdırıcı hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aid edilir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır və təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət onu həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.3 və 158.6-cı maddələrinin tələblərinə əsasən isə şəxsin həbsdə saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli onun həmin cinayət işi üzrə tutulduğu vaxtdan, yəni 17 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 mülki iddiası tam təmin edilməklə Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs1 xeyrinə 250.000 manat tutulmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 60.000 manat məbləğində dəymiş maddi ziyan ilə əlaqədar məsələni müzakirə edərək hesab edir ki, Zərərçəkmiş şəxs2 cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən sonuncuya Azərbaycan Respublikasının CPM-nin 180.2.-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülüb ekspertiza tədqiqatından sonrakı 6,710 qram narkotik vasitə heroinin qalığı məhv edilməli, bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. Həmçinin iş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-in 399.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsasdır. CPM-nin 353.2.2-ci maddəsinə görə ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfındən digər sübutların rədd edilməsinin motivləri göstərilməlidir. CPM-in 401-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin onun tərəfındən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almaması məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi hesab edilir və həmin hallar məhkumun təqsirliliyinə və ictimai təhlükəli əməlin tövsifınə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökmü ləğv edilməlidir. Beləliklə, yuxarıda qeyd edilən halları əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona həmin maddələrinin sanksiyası daxilində, cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla cəza təyin edilməsi barədə yeni hökm çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 392, 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası HÖKM ETDİ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya protesti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 08 (səkkiz) il 08 (səkkiz) ay, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 iyul 2019-cu il tarixdən 05 yanvar 2020-ci il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 01 (bir) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 09 (doqquz) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 avqust 2020-ci il tarixdən hesablansın. 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 mülki iddiası tam təmin edilməklə Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs1 xeyrinə 250.000 manat tutulsun. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 60.000 manat təşkil edən maddi ziyan ilə bağlı mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülüb ekspertiza tədqiqatından sonrakı 6,710 qram narkotik vasitə heroinin qalığı məhv edilsin, bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-1713/2021
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-1713/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver