Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-172/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: X11 (sədrlik edən, məruzəçi hakim), Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Nəcəfova Lamiə Amil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs5 Müdafiəçi Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi9 iştirakları ilə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs5 tərəfindən verilmiş apellyasiya şikayətinə və onun müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2021 saylı, 23 avqust 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Telman Hüseynov, hakimlər Səbuhi Hüseynov və Əli Məmmədov) xx xxxxxx 1991-ci ildə Abşeron rayonunun Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 18 dekabr 2018-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi; xx xxxxxx 1977-ci ildə Laçın rayonunun Alxaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Laçın rayonu Alxaslı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 11-də yerləşən nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə tutulduğu iki gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunan cəzadan çıxılması, üzərində qəti olaraq 11 (on bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun həbs olunduğu 08 fevral 2019-cu il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi; xx xxxxxx 1989-cu ildə Yardımlı rayonunun Şovut kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 1-(99)-443/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli ilə hökm dəyişdirilib, cəza müddəti 5 ilə endirilmiş, Yardımlı rayonu Şovut kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 hazırkı hökm üzrə təyin edilmiş cəzaya Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 1(99)-443/2019 saylı hökmü ilə təyin edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərarı ilə azaldılaraq təyin edilmiş 5 (beş) il azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs3 qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 09 mart 2019-cu il tarixdən hesablanması, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi; xx xxxxxx 1991-ci ildə Füzuli rayonunun Pirəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər Füzuli Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 1(064)- 35/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.2- ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, cəzaya şərti olaraq məhkum edilmiş və üzərində 01 il sınaq müddəti müəyyən edilmiş, Füzuli rayonunun Pirəhmədli kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin onun tutulduğu 16 may 2019-cu il tarixdən hesablanması, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hazırkı hökm və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, ona təyin edilmiş cəzanın 1 (bir) il sınaq müddəti ilə şərti hesab olunması haqqında Füzuli Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli hökmünün müstəqil icra olunması; xx xxxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 03 iyun 2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilib, cəza müddəti 03 ilə endirilərək, 30 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarına əsasən azad edilmiş, ünvan 3 ünvanda qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi “Xəzri” yaşayış massivi ərazisində tikilmiş həyət evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin onun tutulduğu 19 iyul 2019-cu il tarixdən hesablanması, Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar məsələsi də həll edilişdir. İşin halları: Təqsirləndirilən şəxs5 yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs1 təşkil etdiyi Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 ibarət bir qrup şəxslə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub, Təqsirləndirilən şəxs1 imkanlı şəxs kimi tanıdığı Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsində, 126 saylı evin, 78 saylı mənzilində ******* (bir milyon dörd yüz min) manat məbləğində külli miqdarda pul vəsaitinin olması və bununla bağlı əldə etdiyi digər zəruri məlumatları ona və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 bildirdikdən sonra qrup üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs1 və ailə üzvlərinin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək yaşayış sahəsi olan mənzilə qanunsuz olaraq girməklə mənzildən ******* (bir milyon dörd yüz min) manat məbləğində külli miqdarda pul vəsaitini ələ keçirmək barədə razılığa gələrək, həmin cinayətin planını birgə işləyib hazırlamış, bundan sonra aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 idarə etdiyi özünə məxsus “Lada Priora” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomaşında onu və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib kənardan müşahidələr aparmaqla binanın həyətinə, bloka giriş, çıxış yerləri, mənzilin yerləşdiyi mərtəbə, mənzilin giriş qapısı, mənzildə yaşayan sakinlər barədə və digər zəruri məlumatları öyrənib dəqiqləşdirdikdən sonra, bu məqsədlə əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq 29 noyabr 2017-ci il tarixdə saat 08:00 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada Priora” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomaşında onu və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib, orada dayanaraq müşahidə apardıqları vaxt Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 və qızı Zərərçəkmiş şəxs3 mənzildən çıxıb binanı tərk etdiklərini görüb cinayət əməllərini iradələrindən asılı olmayan səbəbədən başa çatdıra bilməmiş, razılaşdırılmış plana uyğun olaraq bu məqsədlə səhərisi gün, 30 noyabr 2017-ci il tarixdə saat 08:00 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada Priora” markalı 90-VP112 dövlət nömrə nişanlı avtomaşında onu və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 yenidən Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib, orada dayanaraq müşahidə aparmış, mənzildə işıq yandığından ev sakinlərinin mənzildə olduğuna tam əmin olduqdan sonra, qabaqcadan planlaşdırdıqları kimi Təqsirləndirilən şəxs1 avtomaşında əyləşib cinayətin başa çatmasını gözləmiş, o və digər qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə Təqsirləndirilən şəxs1 göstərişi ilə həmin binaya daxil olaraq 8-ci mərtəbəyə qalxıb, Aslan İskəndərovun yaşadığı mənzilin giriş qapısının qarşısındakı sahədə dayanmış, qabaqcadan razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 onlardan bir az aralı dayanıb müşahidə aparmış, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə basqın edib mənzilə qanunsuz daxil olmağa əlverişli vaxt gözləyərkən saat 08:30 radələrində işə getmək məqsədi ilə qapını açıb mənzildən çıxan Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2, qızı Zərərçəkmiş şəxs3 və bacısı qızı Zərərçəkmiş şəxs4 həyat və sağlamlıqları üçün real təhlükəli olan zor tətbiq edərək basqın edib müqavimətlərini qırıb mənzilə daxil olmağa nail olmaq üçün Təqsirləndirilən şəxs3 əlləri ilə Gülnarə İskəndərovanın boğaz və ağız nahiyəsindən tutaraq təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, sonra başını divara vuraraq mənzilin giriş qapısının açarını ondan almağa cəhd etmiş, Təqsirləndirilən şəxs4 əlləri ilə Leyla İskəndərovanın boğaz və ağız nahiyəsindən tutub sıxaraq sağlamlığa dərəcəsi təyin edilməyən üst dodağın sıyrığı, selikli qişanın səthi əzilməsi kimi xəsarətlər, o isə əlləri ilə Zərərçəkmiş şəxs4 boğaz və ağız nahiyyəsindən tutub sıxaraq sağlamlığa yüngül zərərvurmaya aid sağ yanağın iç səthinin səthi əzilmiş yarası, hər iki dodağın ön səthinin qançırları, çənə nahiyəsinin sıyrıqları kimi xəsarətlər yetirmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qışqırıq səslərinə qonşuların çıxacağından ehtiyat edib ifşa olunmamaq üçün qaçaraq hadisə yeridən uzaqlaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə quldurluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri və etirazlar: Həmin hökmdən Təqsirləndirilən şəxs5 apellyasiya şikayəti verərək, ona bəraət verilməsini xahiş emişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: məhkəmə prosesində ədalət mühakimə icraatının vəzifələrinə riayət olunmamış, ədalət mühakiməsinin əsas prinsip və şərtlərinə əməl edilməmiş, qanunçuluq prinsipi tətbiq olunmamışdır. Maddi və prosessual qanunvericiliyin tələbləri kobud surətdə pozulmuş, sübutetməyə dair CPM-in 124-146-cı maddələrinin tələblərinə əməl edilməmişdir. AR CM-in 3, 5, CPM-nin 10, 11, 12, 21, 25, 28-ci maddələrindəkı tələblər yerinə yetirilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs5 müdafiəçisi apellyasiya şikayətinə əlavə verərək təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs5 ona qarşı elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi üzrə cinayət hadisəsində iştirakı olmadığı uçun bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavənin dəlilləri qismində göstərilmişdir: Təqsirləndirilən şəxs5 onun barəsində çıxarılmış hökm üzrə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 181.3.2 maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulan əməli törətmişdir. Hüquqlarını müdafiə etdiyim şəxs cinayət əməli törədilən gün həmin yerdə olmamışdır. Bakı Ağır Cinayətlər məhkəməsi tərəfindən işin, tam, obyektiv, hərtərəfli araşdırılması təmin edilməmişdir. İş üzrə irəli sürülmüş sübutlar müqayisəli şəkildə, tam, hərtərəfli, obyektiv araşdırılmamışdır. Bakı Ağır Cinayətlər məhkəməsinin məhkəmə iclasında verilən ifadələr deyil, istintaq orqanının araşdırlması zamanı verilən ifadələrə istinad edilmişdir. Məhkəmə hökm çıxarakən məhkəmə baxışı iclasında araşdırılan hallara deyil, ibtidai araşdırma zamanı verilən izahat və ifadələri keçərliliyini qəbul etmişdir. Demək olar ki, ittiham aktı nöqtəsi, vergülü belə dəyişilmədən hökmə köçürülmüşdür. İş üzrə ifadə verən şahidlər isə bilavasitə baş vermiş hadisənin şahidləri deyil və zərəçəkmiş şəxslərin heç biri və təqsirləndirilən şəxslər hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs5 hadisə yerində olmasını və baş vermiş cinayət hadisəsində iştirakının olduğunu deməmişdir. Bir gün əvvəl digər təqsirləndirilən şəxslərin niyyətini başa düşdükdən sonra hadisə baş verən günü hadisə yerinə gəlməkdən imtina etməsi məhkəmədə təqsirləndirilən şəxslərin və hüquqlarını müdafiə etdiyim şəxsin ifadələrində öz əksini tapmışdır. İstər ibtidai araşdırma, istərsə də, məhkəmə hüquqlarını müdafiə etdiyim şəxsin istifadəsində olan, işlətdiyi telefon anten dairəsini çıxarmaqla Təqsirləndirilən şəxs5 hadisə günü cinayətin baş verdiyi yerdə olub-olmamasına aydınlıq gətirə bilərdi. Lakin nə müdafiə tərəfinin buna dair vəsatəti, nə də ki, məhkəmənin öz təşəbbüsü ilə bu fakt aydınlaşdırılmamışdır. Belə ki, ittihamın mahiyyətindən görünür ki, 30 noyabr 2021-ci il tarixdə təsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 30 noyabr 2021-ci il tarixdə saat 08:00 radələrində birlikdə cinayət hadisəsi törətmişlər. Yəni istintaq demiş ki, 5 nəfər məhkum edilmiş şəxslər birlikdə (yəni bir anten dairəsinə daxil olmaqla) olmuşlar. Həmçinin zərəçəkmiş şəxslərin də anten dairəsi üzrə məkana Təqsirləndirilən şəxs5 olduğu məkana müqayisəli şəkildə aydınlıq gətirilməlidir. Yəni bunların birlikdə olmaları onların üstündə və istifadəsində olan telefon nömrələri üzrə operatorlara sorğu verməklə əldə etmək mümkünsüz bir hal deyil və bu gün də mümkünsüz deyil. Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə araşdırmasında təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin səthi dindirilməsi, məhkəmə iclasında işin tam araşdırılması üçün sualların verilməməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas protokolundan tam aydın olur. Odur ki, müdafiə tərəfi olaraq hesab edirəm ki, apellyasiya instansiyası apellyasiya şikayətinə baxarkən işin tam araşdırılmasını tam, obyektiv, hərtərəfli araşdırılmasını təmin etmək məqsədi ilə məhkəmə istintaqı aparılmalı, Təqsirləndirilən şəxs5 nisbətdə Təqsirləndirilən şəxs5 ona qarşı sürülmüş itiihamda qeyd edilən cinayət hadisəsinin onun tərəfindən törədilib-törədilməməsinə aydınlıq gətirilməlidir. Məhkəmə tərəfindən qeyd etdiyim şübhənin aradan qaldırılması irəli sürülən ittihamın qanuna cavab verib-vermədiyinə aydınlıq gətirəcəkdir. Məhkəmə iclasında ifadə verən təqsirləndirlən şəxs X7 məhkəmə iclasında verdiyi ifadədə birmənalı şəkildə qeyd edib ki, hadisə günü Təqsirləndirilən şəxs5 bizimlə birlikdə olmayıb. İş üzrə ifadə verən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 da öz ifadəsində cinayət hadisəsi baş verən gün Təqsirləndirilən şəxs5 onlarla bilikdə olmadığını qeyd edir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs4 ifadəsindən sonra isə, ümumiyyətlə sualları olmamışdır. Yəni məhkəmədə iştirak edən heç bir proses iştirakçısının sualı olmayıb? Cinayət işi üzrə ifadə verən şahidlər, ümumiyyətlə cinayət hadisəsini törədən şəxsləri görmədiklərini bildirmişlər. Təqsirləndirilən, məhkum edilmiş Təqsirləndirilən şəxs5 cinayət hadisəsi baş verən zaman cinayətdə iştirak edib-etmədiyinə aydınlıq gətirilməmişdir. İş üzrə zərərçəkmiş şəxslər, şahidlər, təqsirləndirlən şəxslər birmənalı şəkildə ifadə verərək bildirmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs5 hadisə yerində görməmişlər və cinayət hadisəsi baş verən günü təqsirləndirlən Təqsirləndirilən şəxs5 hadisə yerində olmamışdır. 29 noyabr 2021-ci il tarixində mağazaya girib alqı-satqı edən zaman olan görüntüləri 30 noyabr 2021-ci il tarixində olan görüntülər kimi təqdim edilməsi işin qərəzəli yönümdə aparıldığından xəbər verir. Apellyasiya şikayətinin obyektiv, tam, hərətərəfli araşdırmaya ehtiyac vardır. Cinayət işi üzrə təqsirləndirlən şəxslərin, zərəçəkmişlərin şəxslərin Təqsirləndirilən şəxs5 nisbətdə məhkəmdə yenidən dindirilməsi üçün məhkəmə iclaslarında iştirakının təmin edilməsi, cinayət işi materiallarında təqsirləndirlən şəxslərin, zərərçəkimişlərin, təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs5 cinayət işi materiallarında olan telefon nömrələri müəyyən edilməklə 30 noyabr 2021-ci il tarixdə saat 08:00 radələrində təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs5 hadisə yerində olub-olmamasına aydınlıq gətirilməsi apellyasiya şikayətinin tam, hərtərəfli araşdırılmasına xidmət edir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X10 bildirdi ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs5 tərəfindən verilmiş apellyasiya şikayətinə və onun müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə Bakı Apellyasiya Məhkəməsində qismən məhkəmə istintaqı aparılmaqla zəruri olan istintaq hərəkətləri həyata keçirildi və hesab edirəm ki, Təqsirləndirilən şəxs5 həmin cinayəti törətməkdə təqsirli olması tam sübuta yetirildi. Belə ki, həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində dindirilən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrində Təqsirləndirilən şəxs5 hadisə zamanı onlarla birlikdə olduğunu, qadınlardan birinin ağzını Təqsirləndirilən şəxs5 tutduğunu bildirmişlər, ilkin ifadələrində Təqsirləndirilən şəxs5 da etirafedici ifadələr vermiş, daha sonra isə ifadə verməkdən imtina etmişdir. Müşahidə kameralarına baxış keçirilməsi və həmin görüntülərdən olan fotoşəkillər, eləcə də apellyasiya istintaqı zamanı yenidən dindirilən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs5 hadisə yerində olduğunu bildirdilər, Təqsirləndirilən şəxs5 həmin gün üzərində olan mobil telefon nömrənin anten dairəsinin götürülməsi üçün nömrəni bildirməsi təklif edilsə də, o, nömrəni deməkdən imtina etmişdir. Məhkəmədən apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi9 bildirdi ki, Təqsirləndirilən şəxs5 hadisə zamanı orada olmasını sübuta yetirən heç bir dəlil yoxdur. İbtidai istintaq orqanı özü anten dairəsini çıxartmalı idi, çünkü istintaq orqanına Təqsirləndirilən şəxs5 üzərindəki mobil telefon məlum idi. Digər tərəfdən, Zərərçəkmiş şəxs4 onun ağzını tutan şəxsi görmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 isə bildirdi ki, Zərərçəkmiş şəxs4 hadisədən 1 il 6 ay sonra dindirilmiş, təqsirləndirilən şəxslərin şəkilləri ona göstərilmiş və hadisəni törədən şəxslərin həmin şəxslər olduğu bildirilmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsində dindirilən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs5 hadisə zamanı orada olmadığını bildirmişlər, apellyasiya istintaqı zamanı dindirilən Təqsirləndirilən şəxs1 həmin ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmədən apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin təmin edilməsini, Təqsirləndirilən şəxs5 bəraət verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs müdafiəçinin dedikləri ilə razı olduğunu, hadisə zamanı orada olmadığını bildirdi və məhkəmədən apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin təmin edilməsini, ona bəraət verilməsini xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan Təqsirləndirilən şəxs5 apellyasiya şikayətinin və müdafiəçisi Müdafiəçi9 apellyasiya şikayətinə əlavənin əsas dəlili Təqsirləndirilən şəxs5 bəraət verilməsindən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, məhkum edilmiş şəxsin müdafiəçisinin mübahisələndirdiyi hissədə yoxlanılmasını, eyni zamanda hökmün qanuni və əsaslı olmasını apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq yoxlanılmasını məqsədəuyğun hesab edərək, apellyasiya icraatını qismən məhkəmə istintaqı keçirməklə aparmışdır. Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 bildirmişdir: mən nə Təqsirləndirilən şəxs5, nə də digər təqsirləndirilən şəxsləri hadisədən əvvəl tanımamışam, onların adlarını da hadisədən 1 il 8 ay sonra iş Baş Prokurorluğa keçdikdən sonra bilmişəm. Yasamal Rayon Polis İdarəsinin işi məni araşdırmaq olub, hadisə baş verən gün binanın və marketin kameragörüntülərini və qonşunun damofonundakı videogörüntüləri götürüb. Hadisədən 1 il 8 ay sonra mənə məlum oldu ki, həmin görüntülərə, ümumiyyətlə baxılmamışdır. Mən hadisə zamanı evdə idim, qışqırtı səsinə qonşunun oğlu ilə eyni vaxtda evdən çıxdım, onları da videogörüntüdən qaçanda gördüm, biri marketdən, üçü hasardan qaçmışdı, hamısının üzü kameragörüntüyə düşüb, mənim işdə xeyli sayda şikayət ərizələrim var. Baş Prokurorluqdan Yasamal Rayon Polis İdarəsinə məktub yazıldı, görüntüləri ala bilmədilər, mən də videogörüntülərdən şəkillər götürmüşdüm, onları təqdim etdim. Təqsirləndirilən şəxslər hadisədən bir gün qabaq gəlmişlər, mühafizə onları içəri buraxmamışdır. Mən öz tanışlarıma göstərmək üçün binada və marketdəki kameraların iki günlük videogörüntülərindən, eləcə də qonşunun hadisə gününə aid olan damofonundakı videogörüntülərdən şəkillər çıxartmışdım, həmin şəkillərdə dörd nəfər var. Təqsirləndirilən şəxs5 məhkəmədə görəndə görüntülərdəki şəxs olduğunu bildim. Dövlət ittihamçısının suallarına cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir: “Qonşunun damofonu səs-küyə görə görüntüləri çəkib yoxsa daimi çəkirdi? Bizimkilər evdən çıxanda qonşunun qızı da evdən çıxırmış, təqsirləndirilən şəxslər də saat 7-dən gəlib blokda dayanıbmış, qonşu qızın atası da onlar nəyi gözlədiklərini soruşub, təqsirləndirilən şəxslər bizim evi göstərərək deyiblər ki, müəllim yatıb, direl götürəciyik, kişi gedib, qız da qapını açanda onları bizimkilərin üstünə tökülüşəndə görüb, tez qapını bağlayıb, qardaşına da deyib ki, qonşuya hücum çəkiblər.” “Siz həmin şəkillərlə tutuşduranda gördünüz ki, onlardan biri də Təqsirləndirilən şəxs5dur? Bəli. “ Müdafiəçinin suallarına cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir: “Qonşunun hadisə gününə aid olan damofonundakı videogörüntülərdən çəkdiyiniz şəkillərdə Təqsirləndirilən şəxs5 hadisə gününə olan şəkli var idi? Məndə nə şəkil var idisə istintaqa təqdim etmişəm, iş materiallarında Təqsirləndirilən şəxs5 hadisə günü orada olması barədə ifadələr var, Təqsirləndirilən şəxs5 marketdən qaçıb.” Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı iş üzrə təqsirləndirilən digər şəxs Təqsirləndirilən şəxs1 bildirmişdir: Təqsirləndirilən şəxs5 noyabrın 27də bizimlə getsə də, hadisə günü bizimlə olmayıb, bizim məqsədimiz quldurluq yox, oğurluq idi, evdə pul olması barədə məlumatımız var idi, pulu oğurlamaq istəyirdik. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir: “Hadisə günü neçə nəfər getmişdiniz? Dörd nəfər idik.” “Kimlər idi? Nicat, Nəsimi, İskəndər və mən.” “Hadisə zamanı kim nə etmişdi? Biz yuxarı qalxdıq, amma alınmadı.” “Dördünüz də yuxarı qalxdınız? Bəli.” “Maşını kim sürürdü? Mən sürürdüm.” “Sonra nə oldu bəs? Gülnarə xanım məni tanıdı, göz-qaş elədi, qayıdıb gəldik.” “Səs-küy oldu? Qız qışqırdı ki, evə adam girib, Gülnarə qapını açıq qoymuşdu.” “Siz oraya neçə dəfə getmişdiniz? İki dəfə, ayın 27-də və hadisə günü.” “Hadisədən bir gün qabaq orada olmusunuz? Xeyr.” “Birinci instansiya məhkəməsində verdiyiniz ifadədə maşında oturduğunuzu, uşaqların yuxarı qaldığını bildirməyiniz barədə nə deyə bilərsiniz? Elə ifadə verməmişəm.” “İbtidai istintaqdakı ifadənizdə Təqsirləndirilən şəxs5 sizinlə birlikdə olması, birinci instansiya məhkəməsində isə Təqsirləndirilən şəxs5 sizinlə birlikdə olmamasını bildirməyiniz barədə nə deyə bilərsiniz? İbtidai istintaqda elə ifadə verməmişəm.” Müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir: “İş materiallarına əsasən siz oraya 5 nəfər getmisiniz, siz həmin şəxsləri eyni vaxtda götürmüsünüz, yoxsa ayrıayrı vaxtlarda? Hamımız Sarayda görüşməyə qərar vermişdik.” “Həmin gün sizin üzərinizdə telefon olub? Olub, amma iş materiallarında yazılıb ki, üzərimizdə telefon olmayıb.” “İbtidai istintaq zamanı imzaladığınız sənədlərlə tanış olmusunuz? Xeyr, biz heç ifadə verməmişik.” “Noyabrın 30-da Təqsirləndirilən şəxs5 sizinlə niyə gəlmədi? Bilmirəm, öz fikri idi.” “Siz zəng etdiniz ona? Zəng etdik amma telefonuna zəng çatmadı. Sədrlik edənin suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir: “İbtidai istintaqdakı ifadənizdə Təqsirləndirilən şəxs5 hadisə günü sizinlə birlikdə olmasını bildirməyiniz barədə nə deyə bilərsiniz? Biz ümumiyyətlə ifadə verməmişik, mən elə bir ifadə verməmişəm.” “Yuxarı kimlər qalxmışdı? Nicat, Nəsimi, İskəndər və mən qalxmışdıq.” “Qapıdan neçə nəfər çıxmışdı? Üç nəfər.” “Həmin vaxt siz harada idiniz? Liftin qabağında idim, qız qışqıranda çıxıb qayıtdıq.” “Qadınları kim tutmuşdu? Onları heç birimiz tutmamışıq və vurmamışıq.” “Digər təqsirləndirilən şəxslərlə münasibətləriniz nə idi? Dost idik.” “Yaxın dost idiniz? Xeyr, nə yaxın, nə uzaq.” “Təqsirləndirilən şəxs5 ilə münasibətiniz necə idi? Salam-sağolumuz var idi.” “Aranızda ədavət olub? Xeyr, heç bir ədavətimiz yox idi.” “Digər təqsirləndirilən şəxsləri Təqsirləndirilən şəxs5 ilə ədavəti olub? Mən bilən xeyr.” “Bəs niyə Təqsirləndirilən şəxs4 birinci instansiya məhkəməsindəki ifadəsində Təqsirləndirilən şəxs5 hadisə günü sizinlə birlikdə olduğunu, maşında gözlədiyini, dördünüzün binadan çıxıb qaçdığınızı, Təqsirləndirilən şəxs5 isə maşından düşüb əks istiqamətdə qaçdığını deyib? Bilmirəm, Nicat ilə Ruslanın arasında nə baş verdiyini bilə bilmərəm.” “Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs5 hadisə günü sizinlə birlikdə olduğunu, birinci instansiya məhkəməsində isə orada olmadığını bildirməsi barədə nə deyə bilərsiniz? Ola bilsin ki, Ruslanın noyabrın 27-də orada olması ilə səhv salıb.” “Siz haradan qaçdığınız? Hasar tərəfdən.” “Marketə girmişdiniz? Bəli, hadisədən sonra hasar tərəfdən qaçmışam.” “Dörd nəfər çıxıb maşına əyləşdiniz? Bəli, maşını da mən sürmüşəm.” “Cinayəti kim planlaşdırmışdı? Gülnarə xanım planlaşdırmışdı, o, 2011-ci ildə də belə bir cinayət planlaşdırıb.” Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs4 bildirmişdir: biz üçümüz işə getməyə hazırlaşırdıq, səhər tezdən evdən çıxıb liftə doğru yaxınlaşdıq. Lifti gözləyəndə balkon tərəfdən yavaş-yavaş dörd nəfərin çıxdığını gördük. Hamısı qara paltarlı, qara papaqlı və saqqallı idi. Biri ya ikisi mənim yanımdan keçdi, arxadan qışqırıq səsi gələlndə mən kameraya tərəf dönmək istədikdə kimsə məni tutdu. Mənim gözümü və ağzımı tutmuşdular, çabalamağa başladım. Məni yerə yıxmışdılar, orada nə qədər qaldığımı xatırlamıram. Məni tutan şəxs qışqırmağımın qarşısını almaq üçün burnumu da tutdu və mən bir müddət nəfəs ala bilmədim, hətta öləcəyimi düşündüm. Sonra hamısı qaçıb getdi, biz də ağlaşaraq evə girdik. Dövlət ittihamçısının suallarına cavab olaraq Zərərçəkmiş şəxs4 bildirmişdir: “Siz Təqsirləndirilən şəxs5 haradan tanıyırsız? Hadisə 7 il əvvəl olub, çox şeyi xatırlamıram, amma Təqsirləndirilən şəxs5 tanıdığımdan əminəm, ya hadisə yerində görmüşəm, ya da şəkillərdə.” “Həmin şəxslərdə maska var idi? Xeyr, amma qara papaq var idi və hamısı saqqallı idi.” “Təqsirləndirilən şəxs5 orada idi? Dediyim kimi hadisədən uzun müddət keçib, amma Təqsirləndirilən şəxs5 gördüyümdən əminəm, dəqiq bilmirəm orada idi, ya yox.” “Evdə kim var idi? Bibim, dayımqızı və mən birlikdə çıxdıq, dayım isə evdə idi.” “Dayınız çölə çıxdı sonra? Biz ağlaşaraq içəri girdik, dayım bizi gördü, sonra da aşağı düşdü ki, bəlkə onları tuta bilər amma qaçmışdılar.” “Siz ibtidai istintaqda və birinci instansiya məhkəməsindəki ifadələrinizi təsdiq edirsiniz? Bəli.” “İbtidai istintaqda sizin iştirakınızla keçirilən istintaq hərəkətləri reallığı əks etdirir? Bəli.” Müdafiəçinin suallarına cavab olaraq Zərərçəkmiş şəxs4 bildirmişdir: “Sizə istintaq zamanı sizin hadisə zamanı üzərinizdə olan paltarların götürülməsi barədə təklif olunub? Xeyr.” “Siz hadisədən sonra hadisə yerinin müayinəsində iştirak etmisiniz? Mən orada olmamışam, xəbərim yoxdur.” “Hadisə zamanı ağzınızı tutan şəxsin kim olduğunu xatırlayırsınız? Kim olduğunu bilirsiniz? O, məni arxadan tutub gözümü bağlamışdı, ona görə görə bilmədim.” “Həmin şəxslərin hamısı saqqallı idi? Bəli.” “Siz Ruslanı konkret hansı şəraitdə və harada gördüyünüzü bilirsiniz? Dəqiq xatırlamıram.” “Təqsirləndirilən şəxs5 şəkildə sizə təqdim olunanda saqqallı idi? Xatırlamıram.” Sədrlik edənin suallarına cavab olaraq Zərərçəkmiş şəxs4 bildirmişdir: “Sizə xəsarət yetirən şəxsi şəkillər üzrə tanıya bilərsiniz? Hadisədən uzun zaman keçib, dəqiq bilmirəm.” “Siz təsdiq edirsiniz ki, Təqsirləndirilən şəxs5 hadisə zamanı orada olub? Deyə bilməyəcəm, xatırlamıram, hadisədən sonra daha yaxşı xatırlayırdım, əgər həmin vaxt demişəmsə ki, məni tutan Ruslandır, deməli o olub, hadisədən sonra psixoloji müalicə almışam, hadisəni unutmaq üçün çox cəhd etmişəm.” “Siz hadisədən 1 il 2 ay sonra dindirilmisiniz, həmin vaxt sizə şəkillər təqdim edilib, həmin vaxt hər şeyi dəqiq xatırlayırdınız? İfadəmdə nə demişəmsə doğrudur.” Müdafiəçinin suallarına cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir: “Sizin Təqsirləndirilən şəxs5un hadisə yerində olmasını sübut edən dəlilləriniz var? Bəli, var.” “Bəs niyə həmin sənədləri təqdim etmirsiniz? Onu sübut etməli olan mən deyiləm, mən məndəki sübutları istintaqa təqdim etmişəm, müstəntiq bu işdə bir nəfəri aradan çıxartdı, Yasamal Rayon Polis İdarəsindən Elnur adlı mütəxəssisi dəvət etdim, həm marketdən, həm də binadan videogörüntü çəkib, 29 və 30 noyabra aid görüntülərdir.” Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə deyil, Cinayət Məcəlləsinin 307-ci maddəsi təqsirli bildi ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birgə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, “Xəzri” yaşayış massivində yaşamışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tanımışdır. 29 noyabr 2017-ci il tarixdə Mirafiq Gülnarə adlı qadının yaşadığı mənzildə 35000-40000 manat pulun olduğunu və həmin pulu götürmək lazım olduğunu demişdir. Onlar da Mirafiqin təklifini qəbul etmişlər. Mirafiq yaxın dostunun Gülnarə ilə yaxın münasibətinin olmasını, Gülnarənin ərindən gizlin pulları əldə etmək istədiyini və ona görə də Gülnarənin özünün onları mənzilə dəvət etdiyini, pulu götürdükdən sonra müəyyən məbləğin onlara verəcəyini bildirmişdir. Onlar da 29 noyabr 2019-cu il tarixdə Mirafiq idarə etdiyi “Priora” markalı avtomaşında o, İskəndər, Nəsimi və Nicat Gülnarənin yaşadığı mənzilə gəlmişlər. O, orada müşahidə etdiklərinə əsasən deyilənlərin ağlabatan olmadığını anlamış və artıq ikinci gün, yəni hadisə günü ora getməmişdir. O, cinayətdən könüllü olaraq imtina etmişdir. Bu cinayətdə iştirak etməmişdir. Bununla belə, Təqsirləndirilən şəxs5 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və birinci instansiya məhkəməsində tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birgə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, “Xəzri” yaşayış massivində yaşamış, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tanımış, 30 noyabr 2017-ci il tarixdə Mirafiq Gülnarə adlı qadının yaşadığı mənzildə ******* manat pul olduğunu onlara bildirmiş və pulları həmin mənzildən götürməyi təklif etmiş, onlar da Mirafiqin təklifini qəbul etmiş, Mirafiq yaxın dostunun Gülnarə ilə yaxın münasibətinin olmasını, Gülnarənin ərindən gizlin pulları əldə etmək istədiyini və ona görə də onun özünün onları mənzilə dəvət etdiyini, pulu götürdükdən sonra müəyyən məbləği onlara verəcəyini də bildirmiş, onlar 29 noyabr 2019-cu il tarixdə Gülnarənin yaşadığı binanın yaxınlığına gedib müşahidə aparmış, 30 noyabr 2019-cu il tarixdə isə Mirafiq idarə etdiyi “Priora” markalı avtomaşında o, İskəndər, Nəsimi və Nicat Gülnarənin yaşadığı mənzilə gəlmişlər (cild 8, iş vərəqi 55- 57). Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ... O, bu oğurluğu etmək üçün Nəsimi, İskəndər, Nicat və Ruslan adlı Saray qəsəbəsindən tanıdığı tanışlarına məlumat vermişdir..... Hadisə günü onun maşını ilə onlar hadisə yerinə getmişlər. Amma Təqsirləndirilən şəxs5 onlarla birlikdə hadisə yerinə getməmişdir. O, uşaqları özü hadisə yerinə aparmış, özü maşında oturmuşdur. Nəsimi, İsgəndər və Nicat yuxarı qalxandan 15-20 dəqiqə sonra Nəsimi və İsgəndər qaça-qaça gəlib maşına əyləşmiş, ondan hadisə yerini tez tərk etməyi xahiş etmişlər. O, nə baş verdiyini soruşanda onlar Gülnarənin qızının qışqırmağa başladığını, səsə qonşunun çıxdığını və bu səbəbdən evə daxil ola bilmədiklərini demişlər. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və birinci instansiya məhkəməsində tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ...30 noyabr 2017-ci il tarixdə saat 06:00 radələrində Vüqar yenidən onun istifadəsində olmuş mobil telefona zəng edib “gəl gedək işimizi başa çatdıraq” demiş, o isə getmək istəməmiş və Vüqara “gəl avtomaşını verim özünüz gedin” demiş, Vüqar isə ona “narahat olma sən avtomaşından düşməyəcəksən, Nəsimigil məsələni özləri həll edəcəklər” demiş, ona görə də idarə etdiyi avtomaşınla Bakı-Sumqayıt magistral yoluna çıxmış, orada Vüqarın avtomaşınından Nəsimi, İskəndər, Ruslan və Nicat enib onun avtomaşınına əyləşmiş və idarə etdiyi avtomaşında Nəsimi, İskəndər, Ruslan və Nicatı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsinə Gülnarənin yaşadığı binanın yanına gətirmiş və orada dayanıb gözləmiş, Vüqar da öz avtomaşınında onların arxasınca gəlmiş, oradan Tacirəyə zəng edib Gülnarənin yaşadığı binanın qarşısında gözlədiklərini bildirmiş, Tacirə ona “Gülnarənin yaşadığı mənzildə işıq yanırsa demək oyanıblar” demiş, təxminən 20 dəqiqədən sonra Gülnarənin yaşadığı mənzilin işığı yanmış, bundan sonra Nəsimi, İskəndər, Ruslan və Nicat avtomaşından enib binanın giriş blokuna tərəf getmiş, o isə avtomaşında əyləşib onları gözləmiş, təxminən 20-30 dəqiqədən sonra Nəsimi, İskəndər və Nicat qaçaraq təlaşla gəlib avtomaşına əyləşmiş və ona “avtomaşını tez sür gedək” demiş, o da avtomaşını sürətlə sürüb oradan uzaqlaşmış, yolda Nəsimi Vüqara zəng edib işin alınmadığını bildirmiş və oradan uzaqlaşmağı tapşırmış, Nəsimi ona Ruslanın başqa istiqamətə qaçdığını demiş, o, avtomaşını sürüb H.Əliyev küçəsində saxlamış və taksiyə əyləşib Saray qəsəbəsinə gəlmiş, axşam tərəfi qayıdıb avtomaşının dövlət nömrə nişanın dəyişib tranzit nömrə bağlayıb avtomaşını Saray qəsəbəsinə gətirmiş, hadisə barədə heç kimə bildirməmiş, sonra bununla bağlı Gülnarənin polisə şikayət etməsi barədə məlumat almış, ona görə də zəng edib Tacirədən bu barədə soruşduqda, Tacirə ona “bir az gözləyin, bu söhbət bağlanacaqdır” demiş, bir müddətdən sonra Tacirə ona Gülnarənin əri Aslanın Gülnarədən şübhələndiyini, Aslanın bıçaqla arvadı Gülnarəyə xəsarət yetirdiyini demiş, ondan sonra Bakı şəhəri Yasamal rayon polis idarəsinin əməkdaşları onu axtarmışdır. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 bildirmişdir ki, .... lakin həmin gün alınmadığına görə növbəti gün Ruslandan başqa hamısı yenidən həmin binaya, Gülnarənin yaşadığı mənzilə getmişlər. Mirafiq aşağıda gözləmiş, o, Nicat və İsgəndər mənzilə qalxmışlar. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və birinci instansiya məhkəməsində tədqiq olunmuş ifadəsində göstərmişdir ki, .... 30 noyabr 2017-ci il tarixdə Mirafiq səhər tezdən idarə etdiyi avtomaşında onu, İskəndəri, Nicatı və Ruslanı Gülnarənin yaşadığı həmin binanın yanına gətirmiş, Mirafiq avtomaşında qalmış və onlara “mənzilə gedin, telefonda deyəcəm Gülnarə özü mənzilin qapısını açacaq, məni qonşular tanıyır, görə bilərlər, ona görə sizi avtomaşında gözləyirəm” demiş, o, İskəndər, Nicat və Ruslan binaya daxil olub səkkizinci mərtəbəyə qalxmış, orada dayanıb Gülnarənin mənzilinin qapısının açılmasını gözləmiş, həmin vaxt mənzildən bir qadın və iki qızın çıxdığını görüb İskəndər, Nicat və Ruslan hərəsi həmin qadını və qızlardan birini tutmuş, o isə onlara yaxınlaşmamış və kənarda dayanıb baxmış, qonşuların qadınların səsinə çıxacağından ehtiyat edib onlar oradan qaçmış, hadisədən sonra Ağcabədi rayonuna qohumunun yas yerinə getmiş, oradan qayıdanda atası, anası, gəlini və nəvəsi avtomobil qəzasında ölmüş, həmin vaxtdan qəzada ölmüş gəlini Selcanın atası Vüqar Hüseynovla aralarında soyuqluq yaranmış, həmin ərəfədə Vüqar xalası əri ilə dalaşan zaman onu vurub öldürdüyündən həbs olunmuş, Mirafiq həmin vaxt ona Yasamal rayon polis əməkdaşlarının onları axtardığını bildirmiş və bu işi yoluna qoyacağına söz vermiş, Mirafiq ona polis əməkdaşları çağırarlarsa Gülnarənin mənzilinə getməyi Vüqarın təşkil etməsini izahatında göstərməyi tapşırmış, Mirafiq “onsuz da Vüqar adam öldürməyə görə həbs olunub” demiş, Mirafiq belə izahat versə bu işi bağlatdıracağına söz vermiş, ona görə də Mirafiqin bu sözlərinə inanıb istintaqda yalandan Gülnarənin mənzilinə pul götürməyə getməyi Mirafiqin yox, əmisi nəvəsi və qudası olmuş Vüqarın ona bildirməsi barədə yalan izahat və ifadə vermiş, əslində bu cinayəti Mirafiq özü təşkil etmiş, Vüqarı həmin ərəfədə görməmiş, Vüqar ona, İskəndərə, Nicata və Ruslana bu barədə heç bir söz deməmiş, hadisə yerində onlarla olmamışdır. Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və birinci instansiya məhkəməsində tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ... 30 noyabr 2017-ci il tarixdə səhər tezdən, saat 06 radələrində Nəsimi onun istifadə etdiyi mobil telefona zəng edib Masazır qəsəbəsinə körpünün yanına gəlməyi tapşırmış, o da həmin yerə gəlmiş və orada dayanıb Nəsimigili gözləmiş, bir azdan Nəsimi, İskəndər, Ruslan Mirafiqin idarə etdiyi avtomaşında oraya gəlmiş, o da avtomaşına əyləşmiş və onlar Bakı şəhəri Yasamal rayonunda əvvəlki gün getdikləri yaşayış binasının yanına gəlmiş, yenə Mirafiq avtomaşında qalmış o, Nəsimi, İskəndər və Ruslan avtomaşından enmiş, o və Nəsimi binanın altındakı marketə gedib şirniyyat və siqaret alıb Nəsiminin əlindəki çantaya qoymuş, sonra oradan binanın həyətinə keçib binanın girişinə yaxınlaşmış, bu vaxt İskəndər və Ruslan da gəlmiş və onlar birlikdə binaya daxil olub liftlə binanın səkkizinci mərtəbəsinə qalxmış və orada dayanıb gözləmiş, təxminən 20 dəqiqədən sonra mənzilin qapısı açılmış, mənzildən bir qadın və iki qız çıxmış, qızlar gəlib liftin düyməsini basıb gözləmiş, qadın isə mənzilin qapısını örtüb liftə tərəf gələndə İskəndər birinci qadını tutmuş, o və Ruslan isə hərəsi qızların birini tutmuş, qadın və qızlar qışqırıb, hay-küy saldıqlarından onlar əlləri ilə qızların ağızlarını bərk tutmuş, bu vaxt qonşu mənzilin qapısının açıldığını görüb qorxduqlarından qadını və qızları buraxıb pilləkənlərlə oradan qaçıb Mirafiqin yanına gəlmiş, Ruslan isə başqa istiqamətə qaçmış, onlar cəld Mirafiqin avtomaşınına əyləşib oradan uzaqlaşmışdır.. İşdə olan və birinci isntansiya məhkəməsində məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxs X1 götürülmüş 29 və 30 noyabr 2017-ci il tarixlərdə hadisə baş vermiş Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsidə 126 saylı binada quraşdırılmış kamera görüntülərinin çap olunmuş fotoşəkillərə və təqdim etdiyi diskə xx.xx.2019-cu il tarixli baxış protokolundan görünür ki, 29 noyabr 2017-ci il tarixdə saat 06:56-dan 08:09-dək, saat 14:42-dən 16:47-dək olan müddətdə, 30 noyabr 2017-ci il tarixdə isə saat 07:10-dan 08:40-dək olan müddətdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsidə 126 saylı binanın qarşısında və həyətdə müşahidə aparır, həmçinin binanın həytində marketdən ərzaq və siqaret alırlar. İşdə olan və birinci isntansiya məhkəməsində məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin 20 may 2019-cu il tarixli, 004/i T-5939-1219 saylı məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində 30 noyabr 2017-ci il tarixdə ünvan 5 ünvanda yaşayan Zərərçəkmiş şəxs2, qızı Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 həyat və sağlamlıqları üçün real təhlükəli olan zor tətbiq etməklə basqın edilməsi cinayətininin iştirakçılarından biri xx xxxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanda qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi “Xəzri” yaşayış massivi ərazisində tikilmiş həyət evində yaşayan Təqsirləndirilən şəxs5 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs5 həmin cinayət əməlini törətdikdən sonra 18 yanvar 2018-ci il tarixdə Rusiya Federasiyasına qaçıb gizlənmişdir (cild 6, iş vərəqi 172, 179). Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Birinci instansiya məhkəməsi məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 İsimayıl oğlunun bir qrup şəxs halında özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub, zərərçəkmiş şəxslərin həyat və sağlamlıqları üçün real təhlükəli olan zor tətbiq edərək basqın etməklə quldurluq cinayəti törətmələri təsdiq olunur, onlar həmin cinayət əməlini törətməkdə təqsirlidirlər, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Apellyasiya icraatı zamanı, qismən məhkəmə istintaqı ilə keçirilən məhkəmə iclasında, məhkəmə kollegiyası sübutları tədqiq edərək, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs5 qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. İbtidai istintaq orqanı tərəfindən toplanmış, birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş, həmçinin apellyasiya baxışı zamanı qismən istintaq keçirtməklə aparılan məhkəmə icraatında əldə edilmiş sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya icraatı zamanı məhkəmə kollegiyası hazırkı cinayət işi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, həmçinin istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş materiallarında olan digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 7-ci bəndində qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin Qərarın 23-cü bəndində məhkəmələrə tövsiyə olunur ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs5 tərəfindən verilmiş apellyasiya şikayətinə və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs apellyasiya şikayətində maddi və prosessual qanunvericiliyin tələbləri kobud surətdə pozulduğunu, sübutetməyə dair CPM-in 124-146-cı maddələrinin tələblərinə əməl edilmədiyini, AR CM-in 3, 5, CPM-nin 10, 11, 12, 21, 25, 28-ci maddələrindakı tələblər yerinə yetirilmədiyini qeyd etsə də, konkret olaraq hansı hərəkətlər nəticəsində pozuntulara yol verildiyini bildirməmiş, formal olaraq maddələri sadalamaqla kifayətlənmişdir. Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavədə birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadə verən təqsirləndirlən şəxs X3 Təqsirləndirilən şəxs5 hadisə günü onlarla birlikdə olmamasını deməsi, iş üzrə ifadə verən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 da öz ifadəsində cinayət hadisəsi baş verən gün Təqsirləndirilən şəxs5 onlarla birlikdə olmadığını qeyd etməsi göstərilmişdir. Məhkəmə kollegiyası həmin dəlillərlə bağlı qeyd edir ki, baxmayaraq ki, adıçəkilən şəxslər birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs5 həmin gün onlarla birlikdə olmadığını göstərsələr də, ibtidai istintaq zamanı həmin ifadələrin əksinə ifadə verərək Təqsirləndirilən şəxs5 da həmin gün onlarla birlikdə olduğunu bildirmişlər. Məhkəmə kollegiyası həmçiniin birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs5 istifadəsində olan, işlətdiyi telefon anten dairəsini çıxarmaqla Təqsirləndirilən şəxs5 hadisə günü cinayətin baş verdiyi yerdə olub-olmamasına aydınlıq gətirməməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya icraatı zamanı Təqsirləndirilən şəxs5 həmin gün üzərində olan mobil telefon nömrənin anten dairəsinin götürülməsi üçün nömrəni bildirməsi təklif edilsə də, o, həmin gün telefonun üstündə olmadığını bildiriərək nömrəni deməkdən imtina etmişdir. Məhkəmə kollegiyası onun bu mövqeyini inandırıcı və ağlabatan hesab etmir. Göründüyü kimi Təqsirləndirilən şəxs5 tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətin əlavənin dəlilləri işin faktiki halları və sübutlarla tam təkzib edilir, əzassız olmaqla formal mülahizələrdən ibarətdir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsində nəzərdə tutulan əməlin Təqsirləndirilən şəxs5 tərəfindən törədilməsini iş materialları və işin obyektiv halları ilə tam sübut olunmuş hesab etdiyindən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs5 apellyasiya şikayətində və müdafiəçisinin apellyasiya şikayətinə əlavədə göstərilən dəlillərə ətraflı cavab verməyə lüzum görmür və apellyasiya şikayətinin təmin olunmaması nəticəsinə gəlməsini qeyd edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (19 aprel 1994-cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs5 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs5 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs5 bəraət verilməsi üçün əsaslar müəyyən etmir. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs5 təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Mahdı Rahımının əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən, Təqsirləndirilən şəxs5 əməlində residivin olmasını Azərbaycan Respublikası CMnin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmasını əsas götürərək, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, qanuni və ədalətli cəza təyin edilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsinin dispozisiyasında göstərilən cinayət əməlini 2017-ci ilin noyabr iyun ayında törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin 01 dekabr 2017-ci ilədək qüvvədə olan “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən həmin Məcəllənin 177-187-ci, 189 və 189.1ci maddələrində “xeyli miqdar” dedikdə, üç min manatdan yuxarı, lakin on min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə on min manatdan artıq olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən, qəsdən törədilməsinə görə on ikiildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddininyarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsinin sanksiyasında on ildən on beş ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs5 şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrumetmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin və əlavənin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin və əlavənin təmin edilməsinə dair məhkum edilmiş şəxsin, müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin və əlavənin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, apellyasiya şikayətinin və əllavənin dəlilləri ilə razılaşmayaraq onların təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs5 tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməməli, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2021 saylı, 23 avqust 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə və əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, ibtidai araşdırma zamanı, həmçinin açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs X8 müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs5 tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməsin. Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2021 saylı, 23 avqust 2021-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs5 tərəfindən verilmiş apellyasiya şikayətinə və müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddələrində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-172/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-172/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver