Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1733/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Əkbərovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımov Fəxri Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı X2, Məhkum edilmiş şəxs X5 və müdafiəçisi X6 iştirakları ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkum olunmayan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış X1 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmündən məhkum edilmiş şəxs X5 və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib özünü Yasamal Rayon Məhkəməsində hakim köməkçisi işlədiyi barədə həqiqətə uyğun olmayan məlumat verərək etibarlı münasibət yaratdıqdan sonra onun qızı Şahid1 Yasamal Rayon Məhkəməsində və yaxud Ədliyyə Nazirliyinin Penitensıar Xidmətim karguzarlıq xidmətinə işə düzəlməsinə köməklik göstərəcəyinə vəd verib aldadaraq 2017-ci ilin dekabr ayında ünvan 2 ünvanda 2000 manat və 2018-cı ilin mart ayında həmin ünvanda 1200 manat pulunu vahid niyyəti ilə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs4 3200 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edib ona tanışlarının vasitəsi ilə Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasından və Səhiyyə Nazirliyindən müsbət rəy alıb qısa müddətdə övladlığa uşaq götürməsinə köməklik göstərəcəyinə vəd verib aldadaraq 2017-ci ilin dekabr ayından 2018-ci ilin mart ayına kimi olan müddət ərzində bir neçə dəfəyə ünvan 3 ünvanda ümumilikdə 5300 manat pulunu vahid niyyəti ilə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs1 5300 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənın əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edib özünü Yasamal Rayon Məhkəməsində hakim köməkçisi işlədiyi barədə həqiqətə uyğun olmayan məlumat verərək etibarlı münasibət yaratdıqdan sonra Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksində ipoteka krediti yolu ilə mənzil əldə olunmasına köməklik göstərəcəyinə vəd verib aldadaraq 16 iyun 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsində yerləşən “Kulis” geyim mağazanın qarşısıda 500 manat və 17 iyun 2018-ci il tarixdə həmin ünvanda 900 manat pulunu vahid niyyəti ilə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs3 1400 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edib özünü Yasamal Rayon Məhkəməsində hakim köməkçisi işlədiyi barədə həqiqətə uyğun olmayan məlumat verərək etibarlı münasibət yaratdıqdan sonra onu tanışlarının vasitəsi ilə Yasamal Rayon Məhkəməsində hakim köməkçisi vəzifəsinə işə duzəlməsinə köməklik göstərəcəyinə vəd verib aldadaraq 22 iyun 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, ev 114, mənzil 10-da 1000 manat pulunu ələ keçirib zərərçəkmış şəxs Zərərçəkmiş şəxs3 1000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edib özünü Ədliyyə Nazirliyinin əməkdaşı olduğunu bildirib həqiqətə uyğun olmayan məlumat verərək etibarlı münasibət yaratdıqdan sonra ona Ədliyyə Nazirliyinin mərkəzi aparatına işə düzəlməsinə köməklik göstərəcəyinə vəd verib aldadaraq 2018-ci ilin avqust ayında bir dəfəyə Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən Gülüstan şadlıq evinin yanında 1000 pulunu ələ keçirib zərərçəkmiş şəxs Tərlan Aboasova 1000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 Abbas qızının etibarından sui-istifadə edib özünü Ədliyyə Nazirliyinin əməkdaşı olduğunu bildirib həqiqətə uyğun olmayan məlumat verərək etibarlı münasibət yaratdıqdan sonra ona Ədliyyə Nazirliyinin mərkəzi aparatına işə düzəlməsinə köməklik göstərəcəyinə vəd verib aldadaraq 2018-ci ilin avqust ayında bir dəfəyə Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən “Gülüstan” şadlıq evinin yanında 1000 pulunu ələ keçirib zərərçəkmiş şəxs Rəşidə Rəşıdovaya 1000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından suiistifadə edib özünü Ədliyyə Nazirliyinin əməkdaşı olduğunu bildirib həqiqətə uyğun olmayan məlumat verərək etibarlı münasibət yaratdıqdan sonra ona gizir rütbəsi olmaqla Ədliyyə Nazirliyinin Katibliyinə işə düzəlməsinə köməklik göstərəcəyinə vəd verib aldadaraq 2018-ci ilin avqust ayında bir dəfəyə Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bunyadzacə küçəsində yerləşən “Gülüstan” şadlıq evinin yanında 550 pulunu ələ keçirib Zərərçəkmiş şəxs6 550 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 etibarından suiistifadə edib özünü Nərimanov Rayon Məhkəməsində işlədiyi barədə həqiqətə uyğun olmayan məlumat verərək etibarlı münasibət yaratdıqdan sonra eyni vaxtda Bakı şəhəri, Yasamal rayonu, X12 8 ünvanında yerləşən Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksində ipoteka krediti yolu ilə mənzil əldə olunmasına və sosial müavinət təyin edilməsinə köməklik göstərəcəyinə vəd verib aldadaraq 2019-cu ilin avqust ayından həmin ilin sentyabr ayına kimi olan müddət ərzində bir neçə dəfə olmaqla Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən “Gülüstan” şadlıq evinin qarşısında 2000 manat pulunu alıb vahid niyyəti ilə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs7 2000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (sədrlik edən hakim Hüseyn Səfərov) 25 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 01 gün müddət nəzərə alınaraq ona təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 14 sentyabr 2020-ci ildən hesablanması hökm edilmişdir. Hökmdən məhkum edilmiş şəxs X5 və onun müdafiəçisi Müdafiəçi hər biri ayrı-ayrılıqda apellyasiya şikayətləri verib X3 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası daxilində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 dekabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), R.A.Qurbanov və V.Ə.Mursaqulov) apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilərək, məhkum Təqsirləndirilən şəxs təyin olunmuş cəza CM-nin 70.1-ci maddəsi tətbiq olunmaqla 01 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 dekabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2 kassasiya protesti verib apellyasiya instansiya məhkəməsinin Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını şərti hesab edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini kifayət qədər nəzərə almadığını, bununla da məhkəmənin mövqeyinin açıq-aydın ədalətsiz olduğunu qeyd edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 dekabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 151 sentyabr 2021-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 dekabr 2020-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Kassasiya instansiya məhkəməsi tərəfindən qərarın ləğv edilməsinin əsası kimi apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3 və 70-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması, məhkum edilmiş şəxs və müdafiəçisinin isə apellyasiya şikayətinin təmin edilməsi, X3 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası daxilində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya məhkəməsinin mövqeyinə görə məhkum edilmiş şəxs tərəfindən cinayət işi üzrə zərər çəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlik dərəcəsini xeyli azaltması, eyni zamanda məhkum edilmiş şəxsin himayəsində bir azyaşlı uşağının olması, qadın olması,törətdiyi cinayət əməlini qismən etiraf etməsi, törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsi, xəstəlikdən əziyyət çəkməsi kimi yüngülləşdirici halları nəzərə almaqla ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən, ailəsi və yaxınlarından, habelə uyğunlaşdığı mühitdən ayrılmadan da islah oluna və bununla da cəzanın məqsədləri təmin edilə biləcəyi qənaətinə gələrək X3 Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza şərti hesab edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası işə baxan apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, şin faktiki hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin etibarından sui-istifadə edib özünü Yasamal Rayon Məhkəməsində hakim köməkçisi işlədiyi barədə həqiqətə uyğun olmayan məlumat verərək etibarlı münasibət yaratdıqdan sonra ədliyyə orqanlarının da nüfuzuna xələl yetirməklə, 7 epizod üzrə onlara qarşı dələduzluq cinayəti törədib ayrı-ayrı vaxtlarda, ümumilikdə onların 14.450 manat pulunu ələ keçirmiş, zərərçəkmiş şəxslərin hər birinə müxtəlif məbləğlərdə ziyan vurmuşdur. Apellyasiya instansiya məhkəməsi isə təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin dinamikasına, təkrarən törədilməsinə, təkcə zərərçəkmiş şəxslərə deyil, həm də rəsmi dövlət orqanlarının nüfuzuna ziyan vurmasına əhəmiyyət vermədən, gəldiyi nəticəni kifayət qədər əsaslandımayaraq zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qaytarıldığı ilə kifayətlənərək Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə yerlərində cəza çəkmədən də islah olunacağı qənaətinə gəlməklə yanlış nəticəyə gəlmişdir. Məhkum edilmiş şəxs X5 və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərindən göründüyü kimi, məhkum tərəfindən törədilən cinayətin sübuta yetirilibyetirilməməsi və cinayətin hüquqi tövsifi mübahisələndirməmişdir. Cinayət işinin materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək törətdiyi cinayətin hallarına dair hökmün təsviri hissəsinə uyğun ifadə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkumun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkum edilmiş şəxs X5 və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərindən göründüyü kimi məhkum edilmiş şəxs barəsində olan yüngülləşdirici halların nəzərə alınmadığını qeyd edərək X3 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələrinin sanksiyası daxilində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi X3 cəza təyin edərkən təqsirləndirilən şəxsin qadın olması, cinayəti qismən etiraf etməsi, peşmançılıq çəkməsi, 1 azyaşlı uşağının olması və xəstəliyinin olması kimi yüngülləşdirici halları kifayət qədər nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində ədalətli cəza təyin etmiş və hazırda həmin cəzanın yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 8, 9, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxsin şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda sadalanan yüngülləşdirici halları və cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən X3 cəzanı AR CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası tərəfindən həmçinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin X1 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair 25 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən, AR CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l ı r : Məhkum edilmiş şəxs X5 və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin X1 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair 25 sentyabr 2020-ci il tarixli hökmü məhkum edilmiş şəxsin və müdafiəçisinin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-1733/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1733/2021
08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver