Məhkəmə qərarları › İş №1(103)-1735/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1735/2023

21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1735/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 1(101)-1141/2023 saylı hökmündən məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 1(101)-1141/2023 saylı hökmü ilə (Azad Məcidov sədrlik edən, hakimlər- Səbinə Məmmədzadə, Əli Məmmədov) xx xxxxx 1981-ci il tarixdə Şamux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 29 yanvar 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 noyabr 2009-cu ildə Suraxanı Rayon Məhkəməsinin 20 oktyabr 2009-cu il tarixli qərarı ilə 11 (on bir) ay vaxtından əvvəl şərti azad olunmuş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 16 iyun 2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 06 dekabr 2021-ci ildə cəza müddəti başa çatmış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin üanvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensair Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxx 1987-ci il tarixdə Gürcüstan Respublikası, Rustavi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 29 yanvar 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24 sentyabr 2010-cu ildə cəzasının sonu ilə azad edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 06 iyun 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 01 avqust 2015-ci ildə cəzasının sonu ilə azad olunmuş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 7(003)- 1409/2022 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs2 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 16 (on altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanda qeydiyyatda olmaqla həmin üanvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliy Penitensair Xəidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi, Təqsirləndirilən şəxs2 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 16 (on altı) gün müddəti hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəlinin 28 noyabr 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tədbirlərinin tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması, Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi, Təqsirləndirilən şəxs1 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəlinin 28 noyabr 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirlərinin tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması, Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirənin tətbiq edilməməsi, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsinin Növbətçi Hisəssində saxlanılan təqsirləndirilən şəxslər X6 və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş bir dəfəlik istifadə üçün nəzərdə tutulan karton stəkan, bir ədəd 2 (iki) qramlıq istifadə olunmamış tibbi şpris, ağ rəngli duz kristallarından ibarət limon duzu, üzərində heroin izləri olan bir ədəd "valeriani ekstrat" şüşə flakondakı 3 (üç) ədəd qəhvəyi rəngli pambıq qalıqları məhv edilməsi, iş üzrə ekspertiza xərci olan 228 (iki yüz iyirmi səkkiz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməsi hökm edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərlərində daşıyaraq saxlamışlar. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti naməlum İran İslam Respublikasının vətəndaşı «Cəmil» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 27 noyabr 2022-ci il tarixdən 28 noyabr 2022-ci il tarixə keçən gecə aralarında əvvəlcədən olan razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində məişət tullantılarının yaxınlığında gizlədilmiş, 35,487 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərlərində saxlayaraq daşımış, 28 noyabr 2022-ci il tarixdə saat 03:30-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin inzibati ərazisində xidmət aparan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə Bakı Beynəlxalq Avtovağzalında şübhəli şəxs qismində saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə gətirilərək üzərlərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli gödəkçənin sol qol astarının içərisindən bir dəfəlik istifadə üçün nəzərdə tutulan kapron stəkanın içərisindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 35,487 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin və əynindəki qara rəngli şalvarın sağ yan cibindən içərisində heroin izləri olan 1 (bir) ədəd 1 ml-lik şpris, Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli idman köynəyinin sağ yan cibindən üzərində heroin izləri olan bir ədəd “valerianı ekstrat” şüşə flakondakı 3 (üç) ədəd qəhvəyi rəngli pambıq qalıqlarının üzərində aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətlərinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 1(101)-1141/2023 hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökm ədalətsizdir. Qanunvericiliyin pozulması ilə hökm qəbul edilmişdir. İbtidai istintaq orqanı qanunu pozaraq etmədiyi cinayəti ona etiraf etdirirmiş kimi ifadə almaq üçün ona işgəncə vermişdir. İşgəncə zamanı aldığı xəsarətləri Bakı İstintaq Təcridxanasına qəbul olunduğu zaman bildirmiş və həkimlər tərəfindən qeyd olunmuşdur. Bildirir ki, polis əməkdaşları onu tutduqdan çox sonrakı saatlarda sənədləşmə aparmışlar. Həmin müddətdə ona dəhşətli işgəncə vermişlər. Polis əməkdaşları özlərinə məxsus olan narkotik vasitəni onun üzərindən çıxırmış kimi sənədləşdirmiş və onu döyərək həmin sənədi imzalatmışlar. Bu barədə məhkəmədə bildirsə də, məhkəmə bu reallığı görməzdən gəlmişdir. Həmin hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 1(101)-1141/2023 hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə çıxmamış, məhkəmə düzgün araşdırma aparmadan ədalətsiz və əsassız ittiham hökmü çıxarmışdır. Çünki onun latınca oxuyub-yazmaqda çətinlik çəkdiyindən sui-istifadə edən polislər “sən etiraf etsən İsmayılı buraxacayıq” deyə onu aldatmışlar. Həmin vaxt müdafiə hüququ pozularaq müdafiəçinin iştirakı olmamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 1(101)- 1141/2023 hökmünün ləğv edilərək, məhkum olunmuş Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi4 ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 1(101)- 1141/2023 hökmünün ləğv edilərək, məhkum olunmuş Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Dövlət ittihamçısı2 verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətlərinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 1(101)-1141/2023 hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətlərinin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxslərin və onların müdafiəçilərinin apellyasiya baxışı zamanı şikayətlərin dəlilləri barədə çıxışlarından görünür ki, onlar əməlin törədilməsini inkar etmişlər. Məhkəmə kollegiyası belə hesab edir ki, məhkum edilmiş şəxslər və müdafiəçiləri apellyasiya baxışı zamanı onlara bəraət verilməsini xahiş etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək, onların həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. O, narkotik vasitəni damara vurmaq yolu ilə istifadə edir. O, ünvan 2-də qeydiyyatda olmaqla orada yaşayır, bir neçə dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkum olunmuşdur. Bir nəçə ildir ki, “kakos” kimi tanıdığı narkotik vasitə olan heroini damara vurmaqla inyeksiya yolu ilə qəbul edir, narkotik vasitə alüdəçisidir, əsasən “kakos” kimi tanıdığı narkotik vasitə olan heroindən istifadə edir. Bundan başqa o, 27 noyabr 2022- ci il tarixdə səhər saatlarında özünə iş axtarmaq məqsədilə Bakı şəhərinə gəlmiş, eyni zamanda Q.Qarayev prospektində yaşayan xalası Mətanətgillə görüşüb iş tapmaq problem olduğundan Gəncəyə qayıtmaq qərarına gəlmişdir. Bu məqsədlə 28 noyabr 2022- ci il tarixdə saat təxminən 01 radələrində Bakı şəhər Beynəlxalq Avtovağzalına gəlmiş, həmin vaxt orada təsadüfən əvvəllər tanıdığı, Gəncə şəhərində yaşayan Təqsirləndirilən şəxs1 görmüş, onunla bir az söhbət etmiş və o, Elməddinlə avtovağzalın sanitar qovşağında onda olan 1 qram narkotik vasitə heroin istifadə etmiş və onun üzərində narkotik vasitə qalmamışdır. Sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. 3 nəfər polis əməkdaşı yaxınlaşıb ad, soyadını soruşmuşlar. Daha sonra portaldan əvvəllər məhkumluğu olduğunu görüb onu şübhəli şəxs qismində saxlamış və 40-cı Polis Bölməsinə aparmışlar. Lakin onun üzərində narkotik vasitə olan heroin olmamışdır. Onda 1 qram narkotik vasitə heroin olmuş və o tutulan zaman artıq həmin heroini çəkmişdir. Belə ki, o, avtovağzalın sanitar qovşağında həmin narkotik vasitədən istifadə etmiş və tutulan zaman şpris üzərində olmuşdur. Polis Bölməsində ona təzyiqlər olmuş, döyülmüşdür. Hətta güya onu ekspertiziya aparmışlar və ekspertiza rəyinə görə də o tutulmazdan 5 gün, 1 həftə qabaq onda xəsarətlər olubmuş. Lakin o, polis bölməsində döyülmüş və xəsarətləri Polis Bölməsində yaranmışdır. Onun üzərində 35,487 qram narkotik vasitə heroin olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, istintaq zamanı ifadə vermişdir, lakin ifadəsi yadında deyil. Aldığı xəsarətlərdən özündə olmamışdır. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Onun üzrəində ittihamda qeyd olunan miqdarda narkotik vasitə olmamışdır. Onda 1 qram narkotik vasitə olmuş və onu da tutulmazdan əvvəl istifadə etmişdir. Belə ki, o, avtovağzalın sanitar qovşağında həmin narkotik vasitədən istifadə etmiş və tutulan zaman şpris üzərində olmuşdur. Polis Bölməsində şprisi qarşısına qoyaraq ondan ifadə almışlar Faktiki olaraq onun üzərində narkotik vasitə olmamışdır. O, avtovağzalda saxlanılmışdır. O, həmin gün Gəncə şəhərinə getmək məqsədilə avtovağzalda imiş. 40-cı Polis Bölməsində axtarış zamanı üzərindən insulin çıxmışdır. Şəxsi axtarış və götürmə zamanı vəkil iştirak etməmişdir. Ona vəkil təyin olanda artıq üzərinə narkotik vasitə qoyulmuşdur. Sonradan videoçəkiliş aparılmaqla vəkil təyin olunmuşdur. Şpris şalvarının sağ cibindən aşkar olunmuşdur. Onu 3 nəfər polis əməkdaşı döymüşdür. Elan olunmuş cinayət işinin 27-29-cu vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş protokolu təsdiq etmir. İmza onun imzasıdır. O, protokolu təzyiq altında imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 oğlu bildirmişdir ki, elan olunmuş protokolları təsdiq etmir, ifadələri oxumadan imza etmişdir. Birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittihamda özümü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. O, əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə məhkumluq həyatı yaşamış, bir nəçə ildir “kakos” kimi tanıdığı narkotik vasitə olan heroini damara vurmaqla ineksiya yolu ilə qəbul etməyə başlamış, təxminən bir aya yaxındır “İnstagram” sosial şəbəkəsində özünü Cəmil kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, sonra ona narkotik vasitə alüdəçisi olduğunu bildirmiş və ona münasib qiymətə narkotik vasitə olan heroin təşkil etməsini xahiş etmişdir. Cəmil adlı şəxsin təklifi ilə razılaşaraq 27 noyabr 2022-ci il tarixdə Gəncə-Bakı marşrutu üzrə işləyən taksi ilə Bakı şəhərinə gəlmişdir. Artıq 28 noyabr 2022-ci il tarixdə gecə saat 03 radələrində Bakı Beynəlxalq Avtovağzalına çatmışdır. Bakı Beynəlxalq Avtovağzalında təsadüfən Gəncə şəhərində uşaqlıqdan tanıdığı Təqsirləndirilən şəxs2la rastlaşmışdır. O, İran İslam Respublikası vətəndaşından 1 qram heroin almış və üzərində daşımışdır. Həmin heroinin bir hissəsindən İsmayılla birlikdə Bakı Beynəlxalq Avtovağzalında ayaqyolunda istifadə etmişdir. Qalığını isə həmin şüşədə saxlamışdır. Lakin çıxışda polis əməkdaşları yaxınlaşmışlar. Polis əməkdaşları ona yaxınlaşaraq ad, soyadını soruşmuşlar. Polis əməkdaşları portalda məhkumluğu olduğunu görüb onu şübhəli şəxs qismində 40-cı Polis Bölməsinə dəvət etmişlər. 40-cı Polis Bölməsində onun üzərindən ona aid olmayan Türkiyə Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi çıxmışdır. Əvvəlcə o və İsmayılın üzərini eyni otaqda yoxlamışlar. Üzərlərinə baxış zamanı onlarda narkotik vasitə aşkar olunmamışdır. Daha sonra onlar başqa otaqlara aparılmışlar və videoçəkiliş aparılmaqla üzərlərinə yenidən axtarış keçirilmişdir. Videoçəkilişlə şəxsi axtarış keçirilərkən onun müdafiəçisi olmamışdır. Belə ki, ona müdafiəçi təyin olunsa da, müdafiəçisi videoçəkilişdə iştirak etmədən sadəcə sənədlərə imza çəkmişdir. Onun tutulmamışdan qabaq üzərində sadəcə 1 qram insulin iynəsi və biziop olmuşdur. Çünki o tutulmazdan əvvəl artıq narkotik vasitəni istifadə etmişdir. Yəni o, tutulan zaman onun üzərində narkotik vasitə olmamışdır. Onda 35 qram heroin olmamışdır. Onun üzərindən çıxan qramda narkotik vasitəni İsmayıla da ittiham vermişlər. O, videoçəkiliş zamanı həmin narkotiki öz üzərinə götürmüşdür ki, İsmayılı buraxsınlar. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, istintaqda ifadə verərkən latın qrafikalı Azərbaycan əlifbasını bilmir, yalnızca kiril əlifbası ilə yazma-oxuma bildiyini demişdir. O, şifahi verdiyi ifadənin vərəqə hansı formada yazıldığını bilmədiyindən ifadəni təsdiq etmir. Şəxsi axtarış zamanı mütəxəssis və vəkil dəvət olunsa da iştirak etməmişlər. Onun üzərində heroini damarına vurduqda isifadə etməyi üçün limon duzu olmuşdur. Onun üzərində sadəcə 1 qram insulin iynəsi olmuşdur. Çünki, o, tutulmazdan əvvəl artıq narkotik vasitəni istifadə etmişdir. Yəni, o, tutulan zaman onun üzərində narkotik vasitə olmamışdır. O, narkotik vasitənin satışı ilə məşğul deyil, sadəcə şəxsi istifadəsi üçün əldə etmişdir. 40-cı Polis Bölməsində ona qarşı təzyiq və işgəncə olmamışdır. O, İsmayılla tutulmazdan əvvəl avtovağzalın sanitar qovşağında narkotik vasitədən istifadə etmişdir. Narkotok vasitəni hardan aldıqlarını bilmir. X2 üzərinə baxış keçirilmiş, könüllü olaraq hər şeyi masanın üzərinə qoymuşdur. Sonra onları ayrı-ayrı otaqlara dəvət etmişlər. Onun üzərinə baxış zamanı iki videoçəkiliş aparılmışdır. O, axşam tutulmuş, müdafiəçini isə səhər görmüşdür. Elan olunmuş cinayət işinin 69-71-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, protokolu oxumadan imza etmişdir, onda narkotik vasitə heroin olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzasıdır, protokolları təsdiq etmir, protokolları oxumadan imza etmişdir. O, İsymayılın azad olunması üçün 40 qram narkotik vasitəni öz boynuna götürmüş və videoçəkiliş zamanı bildirmişdir ki, narkotik vasitə ona məxsusdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin PPXB-də polis setjantı vəzifəsində işləyir. 27 noyabr 2022-ci il tarixdən 28 noyabr 2022-ci il tarixə keçən gecə Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin PPXB-nin əməkdaşı Şahid3 ilə birlikdə xidmət aparırmışlar, həmin gecə saat 03:30-da Bakı Beynəlxalq Avtovağzal Kompleksinin çıxış qapısı istiqamətində iki nəfər şəxsin onları görüb iti addımlarla uzaqlaşmaq istədiklərini müşahidə etmişlər, həmin şəxslərin davranışı şübhə yaratdığından onlara yaxınlaşıb özlərini təqdim etmişlər, onlardan şəxsiyyətlərini təsdiq edən sənəd təqdim etmələrini xahiş etmişlər, sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 əlindəki çantadan şəxsiyyət vəsiqəsini çıxardıqda orada özünə aid olmayan şəxslərə məxsus pasport və digər sənədlər olmasını görmüşdür, onların davranışları şübhə yaratdığından onların ətrafında müvafiq araşdırma aparılmasından ötrü həmin şəxsləri əraziyə uyğun olaraq Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində onların ətrafında araşdırma aparılmasından ötrü Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin rəisinin adına raport yazmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənlərində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan onların üzərində şəxsi axtarış və götürmə aparılması zərurəti yaranmış, bu səbəbdən onların bir-biri ilə əlaqəsi olmaması üçün polis bölməsində hər ikisi ayrı-ayrı xidməti otaqlara keçirilmişdir. Birinci olaraq Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasından ötrü 40-cı Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Məhərrəm Muxtarovun qərarı şübhəli şəxs Təqsirləndirilən şəxs2 elan edilərək qanunvericiliyin tələblərinə uyğun olaraq ona hüquq və vəzifələrini izah etdikdən sonra onların və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə videoçəklişdən istifadə edilməklə saat 04:30-da üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmamışdan əvvəl təhqiqatçı M.Muxtarov tərəfindən Təqsirləndirilən şəxs2 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli gödəkçənin sol qol astarının içərisindən bir dəfəlik istifadə etmək üçün nəzərdə tutulmuş karton stəkanı, həmçinin əynində olan şalvarın cibindən bir ədəd 02 qramlıq yeni halda olan şprisi, şalvarın sol cibindən mobil telefonları çıxardaraq masanın üzərinə qoymuşdur. Ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə üzərində başqa bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılmış lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 01 ədəd bir dəfəlik istifadə etmək üçün nəzərdə tutulmuş karton stəkanın içərisində olan 01 ədəd şəffaf sellofana bükülmüş maddənin narkotik vasitə heroin olduğunu bildirmiş, ondan həmin bükülünü haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi soruşulduqda həmin narkotik vasitənin tanışı Təqsirləndirilən şəxs1 məxsus olduğunu, əynində olan gödəkçəni səhvən geyindiyini, gödəkçənin sol qolunun astarının içərisində narkotik vasitə olmasından məlumatı olmadığını bildirmişdir. Onun iştirakı ilə təhqiqatçı Məhərrəm Muxtarov tərəfindən protokol tərtib edilmiş və onlar protokolu imzalamışlar. Saat 05:15-də şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasından ötrü Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru İlkin Əsgərovun tərtib etdiyi qərar Təqsirləndirilən şəxs1 elan edilmiş, baş təhqiqatçı İlkin Əsgərov qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrini izah etmiş, sonra onun iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs1 bu barədə təhqiqatçı tərəfindən qərarla tanış edilmiş və ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı qara rəngli kiçik dəri əl çantasından özünə məxsus qara rəngli «Honor» markalı telefonu, bir neçə pasportlarını, əynində olan köynəyinin içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddə olan 01 ədəd «Valerian» şüşəsini, bir ədəd bükülünü, şəkər kağızına bükülmüş bükülünü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üç ilə yaxındır «kakos» kimi tanıdığı narkotik vasitə olan heroini iynə ilə damarına vurmaqla istifadə etməsini, əl çantasında olan bir ədəd nigah haqqında şəhadətnamə, 01 ədəd şəxsiyyət vəsiqəsi və iki ədəd xarici pasportların Gəncə şəhərində kirayə qaldığı evin sahibinə aid olmasını, ev sahibinin bir il əvvəl narkotik maddə ilə Gəncə şəhərində tutulmasını və həbsxanadan ona xəbər göndərməsinə görə evindəki sənədləri götürüb özündə saxlamasını, üzərindən aşkar edilən şəffaf salofandakı və şəkər kağızına bükülmüş maddələrin limon duzu olmasını, heroini damarına vurduqda həmin limon duzundan istifadə etmək üçün üzərində gəzdirməsini, «Valerian» şüşəsindəki maddənin isə heroin olmasını, İran İslam Respublikası vətəndaşından aldığı 40 qram heroindən götürüb Bakı Beynəlxalq Avtovağzalında ayaqyolunda istifadə edərək qalığını həmin şüşədə saxlamasını, İran İslam Respublikası vətəndaşı «Cəmil» adlı şəxsdən aldığı 40 qram heroinin isə onunla bir yerdə olan Təqsirləndirilən şəxs2 üzərində olmasını, səhvən bir-birinin gödəkcələrini geyindikləri üçün həmin 40 qarm heroinin İsmayılın üzərində qalmasını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş «Valerian» şüşəsinin içərisindəki qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, şəffaf sellofanda olan narkotik vasitəyə bənzər maddə, şəkər kağızına bükülmüş narkotik vasitəyə bənzər maddə, bir ədəd «Honor» markalı telefon, pasportlar təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid4 dediklərini bir daha təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 noyabr 2022-ci il tarixdə Şahid2 ilə birlikdə polis bölməsində xidmətdə olmuş, həmin gecə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri Şahid3 və Şahid4 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin inzibati ərazisində xidmətdə olan zaman Bakı Beynəlxalq Avtovağzal Kompleksində özlərini şübhəli apardıqları üçün sonradan adları məlum olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxınlaşmış, Təqsirləndirilən şəxs1 əlində olan əl çantasından ayrı-ayrı şəxslərə məxsus bir neçə pasportlar aşkar edildiyi üçün şübhəli şəxs qismində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə gətirilmiş, onların paltarında, əşyalarında və ya bədənlərində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan onların üzərində şəxsi axtarış və götürmə aparılması zərurəti yaranmış, buna görə həmin şəxslərin bir-biri ilə əlaqəsi olmaması üçün onları polis bölməsində ayrı-ayrı xidməti otaqlara keçirmiş, digər hərəkətlərə yol verməməsi üçün Təqsirləndirilən şəxs1 olduğu otaqda yanında oturmuşdur.,Saat 05 radələrində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasından ötrü Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru İlkin Əsgərovun tərtib etdiyi qərar Təqsirləndirilən şəxs1 elan edilmiş, sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs1 özü sağ əlində saxladığı qara rəngli kiçik ölçülü dəri əl çantasından özünə və digər xarici vətəndaşlara məxsus pasport və şəxsiyət vəsiqələri, əynində olan üzərində sarı xətləri olan tünd göy rəngli idman köynəyinin sağ yan cibindən içərisində narkotik maddəyə bənzər qəhvəyi rəngli maddə olan 01 ədəd “Valerian” şüşəsini, içərisində ağ rəngli duz kristallarından ibarət maddə olan şəffaf selofana bükülmüş bir ədəd bükümü, içərisində ağ rəngli duz kristallarına bənzər maddə olan şəkər kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs1 üç ilə yaxındır “kakos” kimi tanıdığı narkotik vasitə olan heroini iynə ilə damarına vurmaqla istifadə etdiyini, əl çantasında olan bir ədəd nigah haqqında şəhadətnamə, 01 ədəd şəxsiyyət vəsiqəsi və iki ədəd xarici pasportların Gəncə şəhərində kirayə qaldığı evin sahibinə aid olmasını bildirmiş, üzərindən aşkar edilən şəffaf salofandakı və şəkər kağızına bükülmüş maddələrin isə limon duzu olmasını, heroini damarına vurduqda həmin limon duzundan istifadə etməsi üçün üzərində gəzdirdiyini, “Valerian” şüşəsindəki maddənin isə heroin olmasını, İran İslam Respublikası vətəndaşından aldığı 40 qram heroindən götürüb Bakı Beynəlxalq Avtovağzalında ayaqyolunda istifadə edib qalığını isə həmin şüşədə saxladığını, İran İslam Respublikası vətəndaşı «Cəmil» adlı şəxsdən aldığı 40 qram heroinin onunla bir yerdə olan Təqsirləndirilən şəxs2 üzərində olduğunu, səhvən bir-birinin gödəkcələrini geyindikləri üçün həmin 40 qram heroinin İsmayılın üzərində qalmasını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-də işləyir. 28 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində əməliyyat qrupunda xidmətdə olarkən Binəqədi Rayon PPX-nin əməkdaşları tərəfindən saxlanılmış iki nəfər şəxsin üzərinə təhqiqatçının iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. O, 28 noyabr 2022-ci il tarixdə əməliyyat qrupunda olduğu üçün əməliyyat tədbirində iştirak etmişdir. Əməliyyat tədbirindən uzun müddət keçmiş və təqsirləndirilən şəxslər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin PPX-nin əməkdaşları tərəfindən saxlanılıb gətirilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində hansı narkotik vasitə olması və digər hallar yadında qalmamışdır. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, o, əməliyyat qrupunda iştirak etmişdir. Təqsirləndirilən şəxslərin saxlanılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxslər Binəqədi Rayon PPX-nin əməkdaşları tərəfindən Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlanılmışlar. O, həmin zaman Polis Bölməsində imiş. Onun tərəfindən və digər polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərə təzyiq olmamışdır. O, 15- 20 dəqiqə müddətində əməliyyat tədbirində iştirak etmişdir. Təqsirləndirilən şəxslərə Polis Bölməsində hüquqi yardım göstərilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkətindən əvvəl müdafiəçi ilə təmin olunmuşlar. Şəxsi axtarış və götürmə zamanı müdafiəçinin iştirak edibetməməsi yadında deyil. Səhv etmirsə,saxlanılmaları külli miqdarda narkotik vasitə olması ilə bağlı imiş. Narkotik vasitəni kimdən almalarını müəyyən etmək mümkün olmamışdır. Əvvəllər Təqsirləndirilən şəxs1 tanımamışdır. Şahid2 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan sonuncunun ibtidai istintaq dövründə verdiyi cinayət işinin 27- 29-cu vərəqələrində olan ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza şahidə təqdim edilmişdir. Elan olunmuş ifadəsinə əsasən proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, imza onun imzasıdır. Protokol səsləndiriləndən sonra yadına düşmüş və protokol elan olunduqdan sonra bildirmişdir ki, 28 noyabr 2022-ci il tarixdə polis bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə bölmədə xidmətdə olmuş, həmin tarixdə saat 03:30-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri polis baş serjantı Şahid3 və polis nəfəri polis serjantı Şahid4 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin inzibati ərazisində xidmətdə olan zaman Bakı Beynəlxalq Avtovağzal Kompleksində özlərini şübhəli apardıqları üçün sonradan adları məlum olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxınlaşmışlar, hər iki şəxs portal vasitəsilə yoxlanılan zaman bir neçə dəfə məhkum olunmalarından, həmçinin Təqsirləndirilən şəxs1 əlində olan əl çantasından ayrıayrı şəxslərə məxsus bir neçə pasportlar aşkar edildiyi üçün şübhəli şəxs qismində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə gətirilmişlər. Onların paltarında, əşyalarında və ya bədənlərində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan onların üzərində şəxsi axtarış və götürmə aparılması zərurəti yaranmış, onların bir-biri ilə əlaqəsi olmaması üçün polis bölməsində ayrı-ayrı xidməti otaqlara keçirilmiş, birinci olaraq Təqsirləndirilən şəxs2 üzərində videoçəklişdən istifadə edilməklə şəxsi axtarış aparılmasından ötrü Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Məhərrəm Muxtarovun qərarı Təqsirləndirilən şəxs2 elan edilərək qanunvericiliyin tələblərinə uyğun olaraq ona hüquq və vəzifələri izah edildikdən sonra onun və PPXB-nin əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə saat 04:30-da üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs2 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli gödəkçənin sol qol astarının içərisindən birdəfəlik istifadə etmək üçün nəzərdə tutulmuş karton stəkanı, həmçinin əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd 2 qramlıq təzə tibbi şiprisi, şalvarın sol yan cibindən 01 ədəd qara rəngli «İphone» markalı, 01 ədəd «Samsung Galaxy J6» markalı mobil telefonları çıxardaraq masanın üzərinə qoymuş, ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə üzərində hər hansı bir əşya olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılmış, lakin hər hansı bir əşya aşkar edilməmiş, Təqsirləndirilən şəxs2 üst-başını səliqəyə salması tələb edilmişdir. Sonra isə ondan üzərindən aşkar edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuş, sonra Təqsirləndirilən şəxs2 01 ədəd bir dəfəlik istifadə etmək üçün nəzərdə tutulmuş karton stəkanın içərisində 01 (bir) ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin olduğunu bildirmiş, ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda həmin narkotik vasitənin tanışı Təqsirləndirilən şəxs1 məxsus olduğunu, əynində olan gödəkçəni səhvən geyindiyini, gödəkçənin sol qolunun astarının içərisində narkotik vasitə olmasından məlumatı olmadığını, 28 noyabr 2022-ci il tarixdə saat təxminən 03:30-da Bakı Beynəlxalq Avtovağzal kompleksində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə olduğu zaman PPXB-nin polis nəfərlərinin onlara yaxınlaşaraq saxlayıb bölməyə gətirdiklərini bildirmişdir. Sonra onların iştirakı ilə təhqiqatçı Məhərrəm Muxtarov tərəfindən protokol tərtib edilmiş, iştirakçılara oxunmuş, sübut əhəmiyyəti kəsb etdiyindən Təqsirləndirilən şəxs2 götürülmüş narkotik vasitə heroinə bənzər maddə qablaşdırılaraq götürülmüş,möhürlənmiş zərf və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra o, göstərmişdir ki, tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində və etibarlı mənbədən eldə edilmiş məlumatlardan əvvəllər məhkum olunmuş Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq üçün şəxsiyyəti İstintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Cəmil» adlı şəxslə əlbir olub cinayət əlaqəsinə girərək sonuncudan aldıqları külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etmələri müəyyən edilmişdir. Cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin PPXB-nin polis nəfərləri Şahid3 və Şahid4 28 noyabr 2022-ci il tarixli raportundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin inzibati ərazisində xidmətdə olarkən 28 noyabr 2022-ci il tarixdə təxminin saat 03:30 radələrində 2 nəfər şəxsin hərəkərləri şübhə doğurduğundan həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək, adlarını soruşmuşlar, həmin şəxslər özlərini şübhəli apardıqlarından, həmçinin, portalda dəfələrlə məhkum olunmalarını gördükdə həmin şəxsləri Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişlər. Cinayət işinin 25-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs2 28 noyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə aparılmasına eiraz etməmişdir. Cinayət işinin 27-29-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən dövriyyəsi qadağan edilmiş, narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli gödəkçənin sol qol astarının içərisindən birdəfəlik istifadə etmək üçün nəzərdə tutulmuş karton stəkanı, həmçinin əynində olan qara rangli cins şalvarın sağ yan cibindən bir ədəd 2 qramlıq yeni halda olan şprisi, şalvarın sol yan cibindən 1 ədəd qara rəngli “İphone” və 1 ədəd “Samsung Galaxy J6” modelli mobil telefonları çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılmağa başlanılmış, lakin, hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə vətəndaş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 1 ədəd birdəfəlik istifadə etmək üçün nəzərdə tutulmuş karton stəkanın içərisində olan 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə hesab edilan heroin olduğunu bildirmiş, ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə gəzdirdiyini sual etdikdə həmin narkotik vasitənin tanışı Təqsirləndirilən şəxs1 Firaddin oğluna məxsus olduğunu, əynində olan gödəkçəni səhvən geyindiyini, gödəkçənin sol qolunun astarının içərisində narkotik vasitə olmasından məlumatı olmadığını bildirmişdir. Aşkar edilmiş büküm, şpris və mobil telefonlar qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı «Panasonic» markalı videoaparat vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 42-44-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 noyabr 2022-ci il tarixli, 6/6782 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N243” dairəvi möhür əksi, vətəndaş Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş.... yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə çəkisi 35,487 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir və 1(bir) ədəd 1 ml-lik şprisin içərisində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in İ siyahısına daxildir. Cinayət işinin 67-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs1 28 noyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu müdaifəçinin iştirakı olmadan üzərinə baxış keçirilməsinə heç bir etiraz etməmişdir. Cinayət işinin 69-71-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən dövriyyəsi qadağan edilmiş, narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı qara rəngli kiçik dəri əl çantasından özünə məxsus AZE ******** seriyalı şəxsiyyət vəsiqəsini, qara rəngli Honor markalı telefonu, Türkiyə Respublikası vətəndaşı Şahin Hacıyevin adına verilmiş **********4 seriyalı Türkiyə Respublikası şəxsiyyət vəsiqəsini, X8 məxsus C00599739 seriyalı xarici pasportu, X12 aid P3431929 seriyalı xarici pasportu, X17 ilə X10 qizinin 439655 seriyali nigah haqqında şəhadətnaməsini, əynində olan üzərində sarı xətləri olan tünd göy rəngli idman köynəyinin sağ yan cibindən içərisində narkotik maddəyə bənzər qəhvəyi rəngli maddə olan 1 ədəd Valerian şüşəsini, içərisində ağ rəngli duz kristallarından ibarət maddə olan şeffaf selofana bükülmüş bir ədəd bükümü, içərisində ağ rəngli duz kristallarına bənzər maddə olan şəkər kağızına bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 3 ilə yaxındır ki, el arasında “kakos” kimi tanınan narkotik vasitə hesab edilən heroini iynə ilə damara vurmaqla istifadə edir. Əl çantasında olan bir ədəd nigah haqqında şəhadətnamə, 1 ədəd şəxsiyyət vəsiqəsi və iki ədəd xarici pasportlar Gəncə şəhərində kirayədə qaldığı evin sahibi X8 aiddir. Bir il əvvəl Şahin narkotik maddə ilə Gəncə şəhərində tutulduqdan sonra həbsxanadan ona xəbər göndərmişdir ki, evindəki sənədləri götürüb özündə saxlasın ki, itməsin. O da bu məqsədlə həmin sənədləri özündə saxlamışdır. Üzərindən aşkar edilən şəffaf sellofandakı və şəkər kağızına bükülmüş maddələr isə limon duzudur. Heroini damarına vuranda həmin limon duzundan istifadə etmək üçün üzərində gəzdirmişdir. "Valerian” şüşəsindəki isə heroindir. İran İslam Respublikası vətəndaşından aldığı 40 qram heroindən götürüb Bakı Beynəlxalq Avtovağzalında ayaqyolunda istifadə edib qalığını isə həmin şüşədə saxlammışdır. İran İslam Respublikası vətəndaşı Cəmil adlı şəxsdən aldığı 40 qram heroin isə onunla bir yerdə olan Təqsirləndirilən şəxs2 üzərindədir, səhvən gödəkcələri səhv geyindikləri üçün həmin 40 qram heroin İsmayılın üzərində qalmışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş valerian şüşəsinin içərisindəki qəhvəyi rəngli narkotik maddəyə bənzər maddə, şəffaf sellofanda olan narkotik maddəyə bənzər maddə, şəkər kağızına bükülmüş narkotik maddəyə bənzər maddə, bir ədəd Honor markalı telefon, özünə məxsus AZE ******** seriyalı şəxsiyyət vəsiqəsi, Türkiyə Respublikası vətəndaşı Şahin Hacıyevin adına verilmiş **********4 seriyalı Türkiyə Respublikası şəxsiyyət vəsiqəsini, X8 məxsus C00599739 seriyalı xarici pasportu, X13 aid P3431929 seriyalı xarici pasportu, X17 ilə X3 439655 seriyalı nigah haqqında şəhadətnaməsi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı «Panasonic» markalı videoaparat vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 85-86-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 noyabr 2022-ci il tarixli, 6/6781 saylı ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N243" dairəvi möhür əksi və imzalar olan zərfdə üzərində "Valeriani ekstrat" yazısı olan şüşə flakondakı 3 ədəd qəhvəyi rəngli pambıq qalıqlarının üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini müəyyən etmək mümükün deyildir. Həmin zərfdə olan üzərində “şəkər” yazısı olan kağız bükümdə təmiz çəkisi 0,667 qram şəffaf kristalların və 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,766 qram rəngli xırda kristallardan ibarət maddənin tərkibində narkotik vasitələrin, psixotrop va güclü təsir edən maddələrin komponentləri yoxdur və həmin kütlələr narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in İ siyahısına daxildir. Cinayət işinin 227-228-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 yanvar 2023-cü il tarixli videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videogörüntünü özündə əks etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı sonuncuya üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı qara rəngli kiçik ölçülü dəri materialdan olan əl çantasından özünə məxsus şəxsiyyət vəsiqəsini, qara rangli «Honor» markalı mobil telefonu, Şahin Hacıyevin adına olan Türkiyə Respublikasının şəxsiyyət vəsiqəsini, X8 məxsus seriyalı xarici pasportu, X13 aid xarici pasportu, X17 ilə X3 nigah haqqında şəhadətnaməsini, əynində olan üzərində sarı xətlər olan tünd göy rəngli idman köynəyinin sağ yan cibindən içərisində narkotik maddəyə bənzər qəhvəyi rəngli maddə olan 01 ədəd “Valerian" şüşəsini, içərisində ağ rəngli duz kristallarından ibarət maddə olan şəffaf sellofona bükülmüş bir ədəd bükümü, içərisində ağ rəngli duz kristallarına bənzər maddə olan şəkər kağızına bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoyur. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üç ilə yaxındır el arasında “kakos” kimi tanınan narkotik vasitə hesab edilen heroindən damarına iynə ilə vurmaqla istifadə etməsini, əl çantasında olan sənədlərin Gəncə şəhərində kirayə yaşadığı evin sahibi X8 məxsus olmasını, bir il əvvəl Şahinin narkotik maddə ilə Gəncə şəhərində tutulduqdan sonra ona həbsxanadan xəbər göndərdiyinə görə həmin sənədləri evindən götürüb üzərində saxladığını, şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş şəffaf sellofondakı və şəkər kağızına bükülmüş maddələrin limon duzu olmasını, heroini damarına vurduqdan sonra limon duzundan istifadə etmək üçün üzərində saxlayıb gəzdirməsini, "Valerian" şüşəsindəki maddənin isə heroin olmasını, həmin heroini İran İslam Respublikası vətəndaşından aldığı 40 qramdan götürüb Bakı Beynəlxalq Avtovağzalında ayaqyolunda istifadə etməsini və qalığını həmin şüşədə saxlamasını, X11 vətəndaşı olan «Cəmil» adlı şəxsdən aldığı 40 qram heroinin onunla bir yerdə olan Təqsirləndirilən şəxs2 üzərində olduğunu, gödəkcələri səhv geyindikleri üçün həmin 40 qram heroinin İsmayılın üzərində qaldığını bildirmişdir. Aşkar edilərək götürülmüş «Valerian» şüşəsinin içərisindəki qəhvəyi rəngli narkotik maddəyə bənzər maddə, şəffaf sellofanda olan narkotik maddəyə bənzər maddə, şəkər kağızına bükülmüş narkotik maddəyə bənzər maddə, bir ədəd «Honor» markalı mobil telefon aparatı, sənədlər götürülərək qablaşdırılmışdır. Məhkəmə iclasında 10 yanvar 2023-cü il tarixli Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videogörüntünü özündə əks etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı sonuncuya üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli gödəkcənin sol qol astarının içərisindən birdəfəlik istifadə etmək üçün nəzərdə tutulmuş karton stəkanı, həmçinin əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd 2 qramlıq yeni halda olan şprisi, şalvarın sol yan cibindən 01 ədəd qara rəngli "İphone" ve 01 ədəd "Samsung Galaxy J6" markalı mobil telefonları çıxararaq masanın üzərinə qoyur və üzərində başqa bir əşya olmadığını bildirmişdir. Bundan sonra sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd birdəfəlik istifadə etmək üçün nəzərdə tutulmuş karton stəkanın içərisində olan 01 ədəd şəffaf sellofana bükülmüş maddənin narkotik vasitə hesab edilən heroin olmasını, həmin heroinin tanışı Təqsirləndirilən şəxs1 məxsus olduğunu, əynində olan gödəkcəni səhvən geyindiyini, gödəkcənin sol qolunun astarının içərisində narkotik vasitə olmasından məlumatı olmadığını, xx.xx.2022-ci il tarixdə saat 03:30-da Bakı Beynəlxalq Avtovağzalında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə olduğu zaman PPXB-nin polisləri tərəfindən saxlanılaraq bölməyə gətirilməsini bildimişdir. Aşkar olunaraq götürülmüş 01 ədəd birdəfəlik istifadə etmək üçün nəzərdə tutulmuş karton stəkanın içərisində olan 01 ədəd şəffaf sellofana bükülmüş maddə götürülərək kağız zərfə qoyularaq qablaşdırılmışdır. Cinayət işinin 230-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 yanvar 2023-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus «İphone» markalı mobil elefona keçirilmiş baxış zamanı iş üçün sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir məlumatın olmaması müəyyən edilmişdir. Cinayət işinin 231-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 yanvar 2023-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan şalvarın sol yan cibindən götürülmüş 01 ədəd qara rəngli "Samsung Galaxy J6" markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir məlumatın olmaması müəyyən edilmişdir. Cinayət işinin 232-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 yanvar 2023-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd «Honor» markalı mobil elefona keçirilmiş baxış zamanı iş üçün sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir məlumatın olmaması müəyyən edilmişdir. Cinayət işinin 233-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən daxil olmuş 26 yanvar 2023-cü il tarixli, 06410397-1223 №-li məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı və etibarlı mənbədən əldə edilmiş məlumatlara əsasən əvvəllər məhkum olunmuş Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq üçün şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Cəmil» adlı şəxslə əlbir olub cinayət əlaqəsinə girərək sonuncudan aldıqları külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə olan heroini satmış İran İslam Respublikası vətəndaşı olan «Cəmil» adlı şəxsi müəyyən edib istintaqa təqdim etmək mümkün olmamışdır. Cinayət işinin 237-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 fevral 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan göünür ki, 12 ədəd fayllarda Təqsirləndirilən şəxs2 istifadəsində olan 055813-77-16 saylı və ***-***-**-** saylı «Bakcell» operator nömrələrinə, eləcə də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı və 055- 82818-83 saylı «Bakcell» operator nömrələrinə daxil olan və çıxan sms və zəng məlumatlarına keçirilmiş baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 273-275-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Həsənbəy Şərifovun 13 mart 2023-cü il tarixli cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işindən İran İslam Respublikası vətəndaşı olan “Cəmil” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün ********* nömrəli ayrıca icraata cinayət işi ayrılmışdır. Birinci instansiya məhkəməsinin iclasında dindirilərkən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, onda 35,487 qram narkotik vasitə heroin olmadığını, tutulmamışdan qabaq sadəcə 1 qram heroin olduğunu və onu istifadə etdiyini, polis bölməsində ona təzyiq göstərildiyi üçün fərqli ifadə verdiyini bildirmiş, digər Təqsirləndirilən şəxs1 isə ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, onda 35 qram heroin olmadığını, ona təzyiq göstərilmədiyini, tanışı Təqsirləndirilən şəxs2 tutulmaması üçün heroinin ona məxsus olmasını dediyini bildirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Bakı Şəhəri Binəqədi Rayon Prokurorluğundan 28 aprel 2023-cü il tarixli, 723xid-23 nömrəli məktubla daxil olmuş, Binəqədi rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Vəlizadə Əlövsət Qədim oğlunun 02 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis əməkdaşları tərəfindən döyülərək, işgəncəyə məruz qalması barədə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinirn 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Göründüyü kimi birinci instansiya məhkəməsi apellyasiya şikayətlərinin dəlillərində qeyd edilən məsələləri araşdıraraq aydınlaşdırmış, məhkum edilmiş şəxslərin əməllərində cinayət tərkibinin əlamətlərinin olması barədə nəticəni istintaq orqanı tərəfindən sübuta yetirilməsini düzgün olaraq təsdiq etmişdir. Kollegiya məhkəmənin şəxslərin ifadəsini dəyişməsini məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirməsi ilə də razılaşır. Belə ki, iş materiallarında olan sübutlar ibtidai istintaq dövründə verilmiş ifadələrlə uyğun gəlir. Məhkum edilmiş şəxslərin əməllərində cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin ifadəsi, şahid ifadələri və digər sübutlar nəzərə almaqla, təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkum edilmiş Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkum edilmiş şəxsin şəxsiyyətini səciyyələndirən cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, yüngülləşdirən halların mövcud olmasını əsas götürərək, məhkum edilmiş şəxsə həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxsin cəzasının dəyişdirilib, ona daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkum edilmiş Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkum edilmiş şəxsin şəxsiyyətini səciyyələndirən cəzanı yüngülləşdirən halların müəyyən edilməməsini, cəzanı ağırlaşdıran hal qismində cinayətlərin təhlükəli resivinin mövcud olmasını əsas götürərək, məhkum edilmiş şəxsə həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxsin cəzasının dəyişdirilib, ona daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 1(101)-1141/2023 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumların hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 nömrəli dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, Q Ə R A R A A L D İ: Məhkum edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 1(101)-1141/2023 saylı hökmü məhkum edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 tərəfindən məhkum Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 18 (on səkkiz) saat üçün cəmi 108 (yüz səkkiz) manat, vəkil Müdafiəçi3 tərəfindən məhkum Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 18 (on səkkiz) saat üçün cəmi 108 (yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elbəy Allahverdiyev Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar