Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-174/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Əyyubov Fərid İlham oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs - X5 və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X6) xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay (doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 01 gün müddət ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 8 ay 29 gün (səkkiz ay iyirmi doqquz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 11 oktyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,784 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış 31 may 2022-ci il tarixdə, saat 00:20 radələrində Azərbaycan Respublikasının DİN-nin ƏÇPA-nin 5-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən Baki şəhəri, ünvan 2 ünvanında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 81 B ünvanda yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli üzərində ağ xətlər olan şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunun içərisində ümumi 04 ədəd bükümdən ayrı-ayrılıqda təmiz çəkiləri- 0,150 qram, 0,204 qram, 0,215 qram, 0,215 qram, ümumi təmiz çəkisi 0,784 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməsi və X2 təyin olunmuş azadlıqdan məhrumetmə cəza növünün azadlığın məhdudlaşdırılması cəza növü ilə əvəz edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmdə cəzanın təyini zamanı məhkəmə tərəfindən yüngülləşdirici hallar nəzərə alınmamaqla məhkuma xüsusi hissədə nəzərdə tutulan ən ağır cəza növü təyin edilmişdir. Hökmdə ağırlaşdırıcı halların olmadığı, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlini etiraf etməsini, cəzanı yüngülləşdirən hal kimi nəzərə alındığı vurğulansa da, məhkəmə tərəfindən bu hallar nəzərə alınmamış və azadlıqdan nəhrumetmə cəza növünə üstünlük verilmişdir. Halbuki, yüngülləşdirici hallar nəzərə alınmaqla məhkəmə azadlıqdan məhrum olmayan cəza növünə üstünlük verilməli idi. Məhkumun atası yoxdur, anasını da özü saxlayır, məhkəmə onun ailənin yeganə qazanc gətirən şəxs olduğunu belə nəzərə almamışdır. Məhkəmə, məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün saymaqla ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edə bilərdi. Hökmdən cinayət-prossesual qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs X5 və müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya şikayətini müdafiə edərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməsini və X2 təyin olunmuş azadlıqdan məhrumetmə cəza növünün azadlığın məhdudlaşdırılması cəza növü ilə əvəz edilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayətində təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli və onun halları, cinayət əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinin mövcudluğu, X1 cinayət əməlinə aidiyyəti və təqsirliliyi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar sübut edilməli olan qeyd edilən hallarla bağlı cinayət işinin materiallarında olan sübutların qərarda istinad olunmasına zərurət görmür. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdırmış, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspert rəyi və işin digər obyektiv halları ilə tam təsdiq olunmuş, həmin sübutlara əsasən X1 ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, eyni zamanda cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs X2 cəza təyin edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən halların (ilk dəfə cinayət törətməsini, əməlini etiraf etməsini) və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını əsas götürərək təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyası həddində, onun şəxsiyyətinə və törətdiyi əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 2-ci bəndinə əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cazanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 nömrəli qərarının 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 nömrəli qərarında qeyd olunmuş tələbləri nəzərə alaraq təqsirləndirilən şəxs X2 ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinin dəlili kimi göstərdikləri hallar X1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınaraq onlara daha yüngül cəza növünün təyin edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətində X2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza, yəni, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə dair göstərdiyi dəlilini müzakirə edərək məhkəmə kollegiyası X5 barəsində onun törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə yəni, azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi cəzanın məqsədlərinə nail olunmamasına və təqsirləndirilən şəxsin islah olunmamasına gətirib çıxarıcağını hesab edir. Beləliklə, məhkəmə kollegiyası X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq hesab edir ki, hökm qanuni və əsaslıdır, hökm qəbul edilərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının tələbləri pozulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407-ci maddələrini rəhbər tutaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edilmiş şəxs X1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi2 işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Yekun qərar qəbul edildiyi andan qüvvəyə minir. Yekun qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov Hakimlər: Emin Mehdiyev Elmar Rəhimov
Məhkəmə qərarları › İş №1(103)-174/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-174/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver