Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1741/2024 05.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Əhmədovun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Tural Mirbahəddin oğlu Hüseynlinin katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru X5, Məhkum Təqsirləndirilən şəxs, Müdafiəçiləri Sumqayıt şəhəri 1 sayı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridaxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair 04 iyun 2024-cü il tarixli, 1(101)-814/2024 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 1(101)-814/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməsi, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və o, ərazi narkoloji dispanserində qeydiyyata alınması, hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4399,12 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının, avtomobilə baxış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 02 ədəd DVD disk, əməliyyat müvəkkilərinin istifadəsində olmuş mobil telefonların anten dairələrinə dair məlumatları özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Şahbuz” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “Şahbuz” adlı şəxsin göstərişinə əsasən külli miqdarda 4399,37 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqla müəyyən edilməyən vaxtda və yerdə satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla narkotik vasitə qurudulmuş marixuananın 99,37 qram hissəsini üzərində, 4300 qram hissəsini isə sərnişini olduğu cinayətdən məlumatsız olan tanışı Şahid4 idarə etdiyi “AzSamand” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ünvan 3 ünvanın qarşısına qədər daşımış, 13 fevral 2023-cü il tarixdə saat 02:00-da qeyd olunan ünvanın qarşısında “AzSamand” markalı avtomobilin yanında dayandığı zaman DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin cibindən 01 ədəd şəffaf sellofan bağlamada təmiz çəkisi 99,37 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana, həmin gün saat 04:35-də isə Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin inzibati binasının həyətində “AzSamand” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin yük yerindən 04 ədəd qara rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1200 qram, 1100 qram, 1000 qram və 1000 qram olmaqla ümumi təmiz çəkisi 4300 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunmasını, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-814/2024 saylı, 04 iyun 2024-cü il tarixli hökmünün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməklə onun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdr. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs və müdafiəçiləri Müdafiəçi və X12 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə etməklə, apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, Təqsirləndirilən şəxs məhkumluğunun olmadığını, əməlində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət tərkibinin olmamasını, ağır ailə vəziyyətini, ailəsinin yeganə qazanc gətirən üzvü olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və təyin edilmiş cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxsmüdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-814/2024 saylı, 04 iyun 2024-cü il tarixli hökmünün əsassız və qanunsuz olduğundan ləğv edilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi, əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi barədə ədalətli və humanist qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək bildirmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi özünün ifadəsi, şahid ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir, ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-814/2024 saylı, 04 iyun 2024-cü il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb tərəflərin hər birinin ayrı-ayrılqda çıxışlarını dinləyərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-814/2024 saylı 04 iyun 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özü narkotik vasitə istifadəçisidir. Gecə saat 00 radələrində tanıdığı Tural adlı şəxslə Əzizbəyov ərazisində görüşmüşlər və 50 (əlli) qram narkotik vasitə götürmək üçün Xırdalan qəbiristanlığına getmişlər. Lakin narkotik maddənin miqdarı çox olduğu üçün o, həmin narkotik maddəni götürməmiş və maşına minərək oradan uzaqlaşmışlar. Xırdalan dairəsinə çatanda Tural Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı “Bəxtiyar” adlı şəxslə danışmışdır. Belə ki, Tural, ona “Narahat olma, Bəxtiyarla danışmışam. Narkotik maddəni götür, bir şey olsa, mənlikdir” demişdir. Bundan sonra o, həmin maddəni götürərək Turalın maşınına minmiş və şəhər tərəfə qayıtmışlar. “Ekologiya” postunu keçəndən sonra “Avtovağzal” ın yanında yol polisi onları saxlamışdır. O, avtomobildən enmiş, Tural isə maşını sürüb getmişdir. Turalın dalınca da bir maşın getmişdir. Bundan sonra yol polisi onu Nəsimi rayon polis idarəsinə gətirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 3-4 ildir ki, narkotik vasitə istifadə edir. X14 eyni məhəllədə qalmışlar. O, cəmi 50 (əlli) qram marixuana sifariş etmiş və 300 (üç yüz) manat məbləğində pulu Şahbuzun kartına atmışdır. Hadisə baş verən gün təxminən gecə saat 01 radələri olarmış. Turalın vasitəsilə mobil telefonla Şahbuzla danışığı olmuşdur. Onun narkotik vasitəni Turalla birgə kiməsə satmaq və ya vermək kimi bir planları olmamışdır. Tural dediyi üçün o, 50 (əlli) qramdan artıq miqdarda olan narkotik vasitəni götürmüşdür. Belə ki, Turalın həmin maddələrdən hansı məqsədlə istifadə edəcəyini bilmirmiş. Tural həmin kisədən ona 50 (əlli) qram narkotik vasitə verəcəyini bildirmişdir. Belə ki, Tural Bəxtiyarla danışmış, görünür ki, onların planı olmuşdur. Yol polisi maşını saxlayanda Tural və o avtomobildən enmişlər. Polis əməkdaşı ona yaxınlaşaraq əlindən tutan zaman Tural maşına əyləşərək sürüb getmişdir. Turalın maşınla uzaqlaşmasının səbəbini bilməmişdir. Polis əməkdaşı onun əlinə qandal vurmuşdur. Həmin vaxt üzərində mobil telefon və pul qabı olmuşdur. Polis əməkdaşları həmin əşyaları cibindən çıxartmışlar və onu maşında arxa oturacaqda əyləşdirmişlər. Narkotik vasitə Turalın maşınında qalmışdır. “Ekologiya” postuna çatmamış yol polisinə zəng gəlmiş və onlar 3-cü mikrorayon bazarının yanına gəlmiş, daha sonra isə Nəsimi rayon polis idarəsinə getmişlər. Çünki həmin ərazidə qəza baş vermiş və bir neçə maşın əzilmişdir. Turalın avtomobili və onun dalınca gələn maşın qəza törətmişlər. Onu Nəsimi RPİ-nin 20-ci polis bölməsinə gətirmişlər. Məlum hadisədən sonra Turalı yalnız üzləşdirmə istintaq hərəkəti aparılan zaman görmüşdür. Həmin vaxt Tural narkotik vasitələrdən xəbəri olmadığını bildirmişdir. Turalın məsuliyyətdən kənarda qalmağına səbəb özlərinin oyun qurması olmuşdur. Belə ki, Şahbuzla o danışmışdır. Məlum hadisə baş verəməmişdən qabaq Şahbuzdan bir neçə dəfə narkotik vasitə almışdır. Şahbuzdan əvvəllər 10 - 20 qram narkotik vasitə almışdır. Ödənişi isə kart vasitəsilə edirmiş. Özü “Meyvəli” bazarında işləyirmiş. Onun bank kartı yoxdur. O, 50 (əlli) qram narkotik vasitə alırmış və bu, ona 3-5 ay kifayət edirmiş. Narkotik vasitə üçün Şahbuzla danışdığından Turalın xəbəri olmuşdur. Şahbuz narkotik vasitəni Qaradağ ərazisinə atacağını bildirsə də, o bununla razılaşmamışdır. Tural demişdir ki, Şahbuz narkotik vasitəni şəhər tərəfə atsın və onlar da həmin narkotik vasitəni gedib götürsünlər. Onlar Turalla bir neçə dəfə narkotik vasitə dalınca getmişlər. Şahbuz heç vaxt ona artıq narkotik vasitə verməmişdir. Belə ki, o Şahbuzdan nə qədər narkotik vasitə istəmişdirsə, Şahbuz da ona həmin miqdarda narkotik vasitə vermişdir. O, Xırdalandan ilk dəfə idi ki, narkotik vasitə götürürmüş. O, Şahbuza 50 (əlli) qram marixuana müqabilində 300 (üç yüz) manat pul atmışdır. Turalı Baş Narkotiklərlə Mübarizə İdarəsinə gedib-gələn görmüşdür. Buna görə də onun sözünə inanıb həmin kisəni götürmüşdür. Tural Bəxtiyarla onun yanında danışmamışdır. Xırdalan dairəsinə çatanda Tural kiminləsə yazışırmış. Bundan sonra Tural, ona demişdir ki, “Bəxtiyarla danışdım, düş götür”. O, Bəxtiyarı görməmişdir. Tural ona bildirmişdir ki, “həmin kisədən 50 (əlli) qram götürərsən, qalanı ilə işin olmasın”. O kisəni götürüb maşında qabaq ayaqaltına qoymuşdur. Yol polisinin onları saxlayaraq qoluna qandal vurması onda şübhə yaratmışdır. Düşünür ki, qurulan oyundan Turalın xəbəri olmuşdur. Tural öz avtomobili ilə qəza törətmişdir. Turalın ağzı qanamışdır. Həmin vaxt polislər onu başqa maşına mindirdikləri üçün Turalın yanında kiminsə olubolmadığını görə bilməmişdir. O, yol nəqliyyat hadisəsi olan vaxt orada olmamışdır. Belə ki, onu hadisə yerinə yol polisləri gətirmişdir. Bundan sonra onu Nəsimi RPİ-nin 20-ci PB-nə aparmışlar. Tural sonradan gəlmiş, maşınını isə evakuatorla gətirmişlər. Bölmədə əvvəlcə onu dindirmişlər, daha sonra narkotik vasitəni boynuna götürmək üçün təzyiq göstərmişlər. Belə ki, polis əməkdaşları onun qarşısına sənədlər qoyaraq imza etməsini bildirmişlər. O, polislərə 50 (əlli) qram narkotik vasitənin dalınca getdiyini, qalanının isə Turalla bağlı olduğunu bildirmişdir. O kisəni avtomobildə qabaq ayaqaltına qoymuşdur. Düşünür ki, qəza olan vaxt onu avtomobilin arxa baqajına polis əməkdaşları qoymuşlar. Avtomobilə videoçəkiliş vasitəsilə baxış keçirilən zaman kisənin arxa baqajdan çıxmasına etiraz etməməsinə səbəb polis əməkdaşlarının ona kömək edəcəklərini bildirmələri olmuşdur. Bölməyə 2 nəfər təcili tibbi yardımın əməkdaşları gələrək Turala tibbi yardım etmişlər. Təcili tibbi yardımın əməkdaşları ona da baxmışlar. Lakin o hadisə zamanı avtomobildə olmadığı üçün xəsarət almamışdır. Üzərinə keçirilən şəxsi axtarış və baxış zamanı videoçəkilişdən əvvəl cibinə 01 (bir) ədəd bağlama qoymuşlar. Həmin narkotik vasitəni cibinə qoyan şəxslərdən birinin adı Elməddin, digəri isə balaca boylu bir şəxs olmuşdur. Kisəni götürərək maşında qabaq ayaqaltına qoyandan sonra onun ağzını açmamışlar. Cibinə qoyduqları bağlamanı polislər onun yanında yapışqanla bağlamışlar. Polis əməkdaşları ona köməklik edecəklərini bildirdikləri üçün onlara hər hansı etirazını bildirməmişlər. Nəsimi RPİ-nin 20-ci PB-də Turalla aralarında hər hansı danışıqları olmamışdır. Üzərində olan mobil telefonu yol polisi götürmüşdür. O narkotik vasitənin yalnız marixuana növündən istifadə edirmiş. Qara rəngli “Optima” markalı maşın Turalın idarə etdiyi avtomobilin dalınca düşmüşdür. Tual Bəxtiyarın onun dostu olduğunu demiş və nəsə baş verəcəyi təqdirdə onu tapşıracağını bildirmişdir. Bu səbəbdən o Turalla birgə narkotik vasitəni götürməyə getmişdir. Turalın polis əməkdaşı ilə dostluq etdiyini bilməmişdən qabaq da onunla birgə bir neçə dəfə narkotik vasitə götürməyə getmişdir. İbtidai istintaq zamanı Nəsimi RPİ-nin 20-ci PB-də fiziki təzyiqlərə məruz qalmışdır. Bakı İstintaq Təcridxanasına daxil olarkən bədən xəsarətlərinin olduğunu bildirməmişdir. Maşında Lətif, Ramil, Tural və o olmuşlar. O, 50 qram marixuananı götürmək üçün maşından enmiş, lakin bağlamanın böyük olduğunu gördükdən sonra onu götürməmişdir. Tural ona demişdir ki, gəlmişkən həmin bağlamanı götürsün, belə ki, o Bəxtiyarla danışacaq. O da öz növbəsində həmin bağlamanı götürərək maşında ayaqaltına qoymuşdur. Onlar ordan çıxıb evə qayıdarkən yol polisi maşınlarının arxasınca gəlməyə başlamışdır. Tural maşını saxlamış və onlar Turalla maşından düşmüşlər. Daha sonra Tural maşına minib oradan uzaqlaşmışdır. Yol nəqliyyat hadisəsi baş verən zaman o Turalın maşınında olmamışdır. Turalın sifət nahiyəsi qan olmuşdur. O Şahid1 ilk dəfə Nəsimi RPİ-nin 20-ci PB-də görmüşdür. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 10 ay azadlıqdan məhrum edilmiş, xx.xx.2014-cü il tarixdə Nəsimi rayon məhkəməsinin qərarına əsasən 08 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra narkotik vasitələrdən istifadə etməsə də, son 3 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadə etməyə başlamışdır. Şahid4 uzun müddətdir tanıyır, onunla münasibəti normal olmuş, sonuncu “Azsamand" markalı avtomobillə taksi fəaliyyəti göstərir. Narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuş və hazırda cəzaçəkmə müəssisəsində saxlanılan Əli adlı tanışına ***-***-**-** mobil telefon nömrəni sonradan özü istifadə etməyə başlamışdır. 2023-cü ilin yanvar ayının axırlarında mobil telefonuna "WhatsApp” proqramı vasitəsi ilə əvvəllər tanımadığı +**********75 nömrəsindən zəng edərək özünü İran İslam Respublikasının vətəndaşı “Şahbuz” adı ilə təqdim edən şəxslə aralarında olan söhbət zamanı sonuncu ona həmin nömrənin sahibi yəni Əli ilə dost olduğunu, lakin həmin şəxs tutulduğu üçün çox peşman olduğunu, onun narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşdur. O isə cavabında narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Həmin şəxs ona narkotik vasitə göndərəcəyini, onun isə həmin narkotik vasitəni deyilən yerə aparacağını və bunun müqabilində ona narkotik vasitə pay verəcəyini demişdir. O, Şahbuzun təklifi ilə razılaşmayaraq telefon danışığını bitirmişdir. Bundan sonra “Şahbuz” adlı şəxs hər gün onunla mobil telefonla əlaqə saxlayıb qeyd olunan təklifi etmiş, o isə həmin təklifi rədd etmişdir. 12 fevral 2023-cü il tarixdə pula ehtiyacı olduğundan Şahbuz ona zəng etdiyi zaman sonuncunun təklifi ilə razılaşmışdır. Aralarında olan danışıq zamanı Şahbuz ona həmin gün gecə saatlarında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən qəbiristanlığa narkotik vasitə qurudulmuş marixuana qoyulacağını, əlavə olaraq ona 100 qrama yaxın narkotik vasitə pay verəcəyini bildirmişdir. Şahbuz ona həmin narkotik vasitəni götürüb Nəsimi rayonu, Hövsan qəsəbəsinə aparmasını, orada lazım olan şəxsin ona yaxınlaşaraq narkotik vasitəni təhvil alacağını bildirmişdir. Pula ehtiyacı olduğundan Şahbuzun ona pay veriləcəyi 100 qram qurudulmuş marixuananın 50 qramını satıb gəlir əldə edəcəyini, qalan hissəsini isə özünün istifadə edəcəyini düşünmüşdür. Bundan başqa Şahbuz ona Xırdalan qəbiristanlığına çatdığı zaman narkotik vasitənin olduğu yer barədə ona məlumat verəcəyini bildirmişdir. 13 fevral 2023-cü il tarixdə saat 01 radələrində o, tanışı Şahid4la telefonla əlaqə saxlayıb təxminən 10 dəqiqəyə “Koroğlu" metrostansiyasının qarşısına çatacağını bildirib və onu həmin yerdən götürməsini xahiş etmişdir. “Koroğlu" metrostansiyasının qarşısına yaxınlaşan zaman Turalın idarə etdiyi “Azsamand” markalı avtomobili ilə onu gözlədiyini görmüş və həmin avtomobillə Turala Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qəbiristanlığına gedəcəyini, oradan Nəsimi rayonu, Hövsan qəsəbəsinə, daha sonra isə özünün yaşadığı Xəzər rayonu, Türkan qəsəbəsinə gedəcəyini bildirmişdir. Tural da tanışlıq münasibəti olduğu üçün ondan 20 manat zəhmət haqqı alacağını bildirmişdir. Onlar razılaşdıqdan sonra Xırdalan qəbiristanlığına getmiş, həmin yerə çatanda Şahbuz onun mobil telefonuna “WhatsApp” proqramı vasitəsi ilə zəng vurub və narkotik vasitənin yerini bildirmişdir. O, avtomobildən enib narkotik vasitənin bir ədəd ağ rəngli torbaya qoyulduğunu görmüşdür. Həmin torbaya baxan zaman torbanın içərisində bir ədəd sellofona bükülmüş xırda bükülü və 4 ədəd bağlama olduğunu görmüşdür. Həmin vaxt Şahbuz bir ədəd sellofan torbada olan bükülünü ona pay göndərdiyini demişdir. O, həmin bükülünü əynində olan qara rəngli gödəkçənin sol cibinə qoymuş, bir ədəd içərisində dörd ədəd bağlama olan ağ rəngli torbanı Turalın idarə etdiyi avtomobilin yük yerinə qoymuş və avtomobilin qabaq sağ oturacağında əyləşmiş, lakin Tural ondan avtomobilin yük yerinə nə qoyduğunu soruşmamışdır. Bundan sonra onlar Nəsimi rayonu, Hövsan qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışlar. xx.xx.2023-cü il tarixdə saat təxminən 02:00 radələrində Şahid4 idarə etdiyi avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yol qəzası törətmişdir. Qəza zamanı heç biri bədən xəsarəti almamışlar. Həmin vaxt üç nəfər polis əməkdaşları yaxınlaşıb özlərini Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edib ondan özünü təqdim etməsini tələb etmişlər. O da, özünü polis əməkdaşlarına təqdim etdikdən sonra həmin şəxslər ona narkotik vasitənin satışında şübhəli olduğunu bildirib onu Nəsimi RPİ-nin 20-ci PB-nə aparmışlar. Eyni zamanda Şahid4 və idarə etdiyi avtomobil də həmin polis bölməsinə aparılmışdır. Polis bölməsində hüquqlarının müdafiə olunmasından ötrü özünün ərizə əsasında dövlət hesabına vəkil dəvət olunmuş və müdafiəçi ona təqdim olunmuşdur. Bundan sonra o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş və hüquq vəzifələri izah edilməklə bu barədə ona yazılı bildiriş verilmişdir. Daha sonra polis əməkdaşları ona üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş və o, buna heç bir etiraz etməmişdir. Həmin bölmənin otaqlarının birində üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olduğu təqdirdə onu masanın üzərinə qoyması təklif olunmuş, bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin sol cibinə saxladığı bir ədəd sellofan torbanı çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra üzərindən istifadə etdiyi bir ədəd “Samsung” markalı mobil telefonu və 12 manat pul aşkar edilmişdir. Həmin vaxt o, üzərindən aşkar edilmiş maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Şahbuz” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisində gizlədilmiş yerdən götürüb başqa şəxslərə çatdırmaq məqsədi ilə ona pay verildiyini, başqa şəxslərə çatacaq narkotik vasitəni isə tanışı Şahid4 idarə etdiyi avtomobilin yük yerinə qoyduğunu bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd mobil telefon polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş 12 manat pul isə özünə qaytarılmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən polis bölməsinin həyətinə gətirilmiş Şahid4 idarə etdiyi «Azsamand» markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı avtomobilin yük yerindən bir ədəd ağ rəngli sellofan torba aşkar edilmiş, həmin torbaya baxış keçirilən zaman içərisində dörd ədəd bağlama olması müəyyən edilmişdir. O, polis əməkdaşlarına Şahid4 avtomobilinin yük yerindən aşkar edilmiş dörd ədəd bağlamada olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Şahbuz” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisində gizlədilmiş yerdən götürüb başqa şəxslərə çatdırmaq məqsədi ilə avtomobilin yük yerində daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən həmin narkotik vasitə qablaşdırılaraq götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Şahbuz" adlı şəxsi heç vaxt görməmiş, sonuncu ilə yalnız “WhatsApp" proqramı vasitəsi ilə əlaqə saxlayıb danışmış, o, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamış, lakin pula ehtiyacı olduğundan Şahbuz adlı şəxsin təklifi ilə razılaşmış, onun Şahid4 idarə etdiyi avtomobilin yük yerinə narkotik vasitə qoymasından sonuncunun məlumatı olmamışdır. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən, eləcə də saxlanıldığı müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən ona qarşı hansısa psixi və fiziki təsir olmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hadisə baş verən günü tanışı Təqsirləndirilən şəxs ona zəng edərək “Koroğlu” metrostansiyasının yanından onu götürməyini xahiş etmişdir. O, idarə etdiyi “Azsamand” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə Emini Abşeron rayonu, Xırdalan şəhərinə aparmışdır. Təqsirləndirilən şəxs avtomobildən enmiş, təxminən 15 dəqiqə sonra geri qayıdaraq maşına əyləşmişdir. Onun Eminin nə üçün getdiyi və nə götürdüyündən xəbəri olmamışdır. O gəldikləri ünvana qayıdarkən yol nəqliyyat hadisəsi törətmişdir. Yol polisləri onlara yaxınlaşmış, daha sonra isə əməliyyat müvəkkilləri yaxınlaşıb onları bölməyə aparmışlar. Onun maşınından bağlama aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bağlamanı iranlıdan götürdüyünü və müəyyən yerə qoyacağını bildirmişdir. Polislər Emindən soruşduqda, Emin onun bu hadisədən xəbərinin olmadığını demişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, o taksi fəaliyyəti ilə məşğul olur. Onlar Hövsanda kirayədə yaşamışlar. Emin və onun uzaq qohumluqları var. Həmin gün Emin ona 5-6 dəfə zəng edərək Xırdalana getmələrini təklif etmişdir. Onlar əvvəllər də oraya yəni, Eminin anasıgilə getmişlər. Bu dəfə də Emin ona anasıgilə gedəcəyini demişdir. Onlar həmin yerə gedərkən Eminin üzərində heç bir əşya olmamışdır. Lakin Emin əlində sellofanla geri qayıtmışdır. Emin həmin sellofanı maşının arxa yük yerinə qoymuşdur. O, Emindən sellofanda nə olduğunu soruşmamışdır. O yol nəqliyat hadisəsi törətdikdən sonra onları saxlayıb bölməyə aparmışlar. Bölmədə olarkən Eminə verilən suallara cavab olaraq o, “iranlı hara desə həmin narkotik vasitəni ora qoyacağını” etiraf etmişdir. O Təqsirləndirilən şəxs üzərindən nəsə çıxdığını görməmiş, yalnız maşından çıxan sellofanı görmüşdür. O maşından çıxan sellofanın ona məxsus olmadığını demişdir. Sellofanın çəkisi təxminən 3 kiloqram olarmış. Yol nəqliyyat hadisəsi baş verən zaman Eminlə o biryerdə olmuşlar. Təqsirləndirilən şəxsin dedikləri yalandır, hadisə təqsirləndirilən şəxsin danışdığı formada olmamışdır. Belə ki, o hadisə yerindən qaçmamışdır. Həmin gün baş verən bütün hadisələr zamanı onlar bir yerdə olmuşlar. Onun əlilliyi yoxdur, əvvəllər məhkumluğu olmamışdır. O, Emini 20 manat müqabilində Xırdalana aparmışdır. Onları heç bir maşın təqib etməmişdir. O, heç bir əməliyyatçı ilə danışmamışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 13 fevral 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs zəng edərək Xəzər rayonu, “Koroğlu” metro stansiyasının yanından onu götürməsini xahiş etmişdir. O, idarə etdiyi “Azsamand” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə gecə saatlarında qeyd olunan ünvana gedib Emini gözləmiş, sonuncu avtomobilinə əyləşdikdən sonra onu Abşeron rayonu ərazisinə aparıb, daha sonra Hövsan qəsəbəsinə, oradan da yaşadığı Xəzər rayonuna aparmasını xahiş etmiş və bunun müqabilində ona 20 manat pul verəcəyini bildirmişdir. O, Eminin təklifi ilə razılaşmış və Abşeron rayonu, Xırdalan şəhərinə getmişdir. Orada qəbiristanlıqda Təqsirləndirilən şəxs avtomobildən enmiş, bir qədər sonra əlində ağ torba ilə geri qayıtmış və həmin torbanı avtomobilin arxa yük yerinə qoymuşdur. O, yorğun olduğundan Eminin yük yerinə nə qoyduğunu soruşmamışdır. Danışığa əsasən Emini Hövsan qəsəbəsinə doğru aparmağa başlamışdır. 13 fevral 2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində hərəkətdə olarkən yorğun olduğu üçün sükan arxasında yuxulamış və idarə etməni itirərək yol nəqliyyat hadisəsi törətmiş və yolun kənarındakı maneəyə dəyən zaman oyanmışdır. Bundan sonra o, avtomobilin yol kənarında dayanan digər avtomobillə çırpıldığını görmüşdür. Hadisə nəticəsində heç biri bədən xəsarəti almamışdır. Hadisədən bir qədər sonra saat təxminən 02:00 radələrində hadisə yerində olduqları zaman Təqsirləndirilən şəxs üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını, sonuncunun narkotik vasitələri qanunsuz olaraq saxlamasında, daşımasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və o polis əməkdaşları tərəfindən Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati binasına aparılmışlar. Polis bölməsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutuldu. Daha sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafə etmək məqsədi ilə vəkil dəvət olundu, onun və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya saxladığı halda onu çıxarıb təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol cibindən bir ədəd sellofan torbada narkotik vasitə olduğunu deyib həmin torbanı çıxarıb masanın üzərinə qoydu. Həmin torba açılarkən içərisindən spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edildi. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və şəxsi axtarış zamanı onun əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sim kartı olmayan “Samsung” markalı mobil telefon və 12 manat pul aşkar edildi. Daha sonra narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildi və çəkisinin qablaşdırma ilə birlikdə çəkisi 114 qram olması müəyyən olundu. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddəni haradan əldə etməyini soruşduqda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı «Şahbuz» adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində narkotik vasitə alacağını, narkotik vasitəni başqa şəxslərə satmadığını, lakin bağışladığını, üzərindən başqa sərnişin olduğu, yəni onun idarə etdiyi “Azsamand” markalı, **-EY-*** dövlət nömrə nişanlı avtomobildə narkotik vasitələr olduğunu, həmin avtomaşına polis əməkdaşlarının baxış keçirməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırıldı, bununla bağlı protokol tərtib edilmiş, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefon təhqiqatçı tərəfindən götürülmüş, 12 manat pul isə Eminin özünə qaytarılmışdır. Həmin gün təhqiqatçı tərəfindən idarə etdiyi “Azsamand” markalı, **- EY-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilməzdən əvvəl həm Təqsirləndirilən şəxs, həm də o özü ərizə ilə müraciət edərək qeyd olunan avtomobilə baxış keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Bundan sonra “Azsamand” markalı, 99- EY-597 dövlət nömrə nişanlı avtomaşına baxış keçirilmiş, baxış, zamanı avtomaşının arxa yük yerindən bir ədəd ağ torbadan dörd ədəd bağlama aşkar edilmişdir. Həmin dörd ədəd bağlama açılarkən içərisindən spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Daha sonra narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 4 kq 880 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Onun əvvəlcədən Təqsirləndirilən şəxs narkotik vasitə daşıması ilə bağlı məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının dəqiqləşdirilməsi üçün DİN-nin BNMİ-nin XMİÜ əməkdaşları Şahid2, Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri Şahid2 olmuşdur. 13 fevral 2023-cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 65 ünvanında hərəkətdə olan zaman taksi sürücüsü yol nəqliyyat hadisəsi törətmiş və onlar dərhal həmin yerə yaxınlaşıb özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib taksi sürücüsü Şahid4la birlikdə Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Daha sonra narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisi 114 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs bundan başqa sərnişin olduğu avtomobildə də narkotik vasitələr olduğunu bildirmişdir. Həmin vaxt avtomaşının sürücüsü Şahid4 etirazı olmadan təhqiqatçının, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə avtomobilə də baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa yük yerindən 5 kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddəni sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı «Şahbuz» adlı şəxsdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satmadığını, sadəcə İİR vətəndaşı hansı ünvana desə oraya qoyacağını bildirmişdir. Birinci instansiya məhkəməsində verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, avtomobili Tural adında taksi sürücüsü idarə edirmiş. Tural adlı şəxs yol nəqliyyat hadisəsi törətmişdir. Onlar da oraya yaxınlaşmışlar və bölməyə dəvət etmişlər. Şahid4 avtomobildən aşkarlanan narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ilk dəfə saxladıqları ünvanda, yəni ünvan 5üşdür. Qrupun rəhbəri Şahid2 əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxsin dedikləri yalandır. Təqsirləndirilən şəxs narkotik vasitəni iranlıdan götürdüyünü, eyni zamanda könüllü şəkildə maşında da narkotik vasitə olduğunu etiraf etmişdir. Həmin narkotik vasitəni iran vətəndaşının istədiyi yerlərə qoyacağı təqdirdə pul alacağını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir fiziki və psixoloji təsir və təzyiq olmamış və belə bir halın şahidi olmamışdır. Narkotik vasitə avtomobilin yük hissəsindən aşkarlanmışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hazırda Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının dəqiqləşdirilməsi üçün DİN-nin BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və özündən ibarət əməliyyat qrupu yaradılmışdır. 13 fevral 2023-cü il tarixdə saat 02:00-da Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi “Azsamand” markalı, **-EY-*** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 65 ünvanında hərəkətdə olan zaman taksi sürücüsü yol nəqliyyat hadisəsi törətmiş və onlar dərhal həmin yerə yaxınlaşıb özlərini təqdim etdikdən sonra sonuncudan özünü təqdim etməsini tələb etmişlər. Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib taksi sürücüsü Şahid4la birlikdə Nəsimi RPİ-nin 20-ci PB-nə aparmışlar. Polis bölməsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Anar Aslanov tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, hüquqlarını müdafiə etmək məqsədi ilə dövlət hesabına vəkil təyin edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməyə başlanılmışdır. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz saxladığı əşyanın olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol cibindən bir ədəd sellofan torbada narkotik vasitə olduğunu bildirib həmin torbanı çıxarıb masanın üzərinə qoymuşdur. Həmin torba açılarkən içərisindən spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sim kartı olmayan “Samsung” markalı mobil telefon və 12 manat pul aşkar edilmişdir. Daha sonra narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 114 qram təşkil etdiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddəni haradan əldə etməsi soruşduqda sonuncu üzərindən aşkar edilmiş maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Şahbuz” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində narkotik vasitə alacağını, narkotik vasitəni başqa şəxslərə satmadığını, lakin bağışladığını, bundan başqa sərnişin olduğu “Azsamand” markalı, **-EY-*** dövlət nömrə nişanlı avtomobildə də narkotik vasitələr olduğunu, həmin avtomobilə polis əməkdaşlarının baxış keçirməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs məxsus bir ədəd mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüş, 12 manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Həmin gün təhqiqatçı Anar Aslanov tərəfindən “Azsamand” markalı, 99-EY597 dövlət nömrə nişanlı avtomaşına baxış keçirilməzdən əvvəl həm Təqsirləndirilən şəxs, həm də avtomaşının sürücüsü Şahid4 ərizə ilə müraciət edərək qeyd olunan avtomobilə baxış keçirilməsinə heç bir etirazlarının olmadığını bildirmişlər. Bundan sonra həmin avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa yük yerindən bir ədəd ağ torbadan dörd ədəd bağlama aşkar edilmişdir. Həmin dörd ədəd bağlama açılarkən içərisindən spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Daha sonra narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 4 kq 880 qram təşkil etdiyi müəyyən olunmuşdur. Aşkar edilmiş kütlələr qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanıldığı və polis bölməsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya pxisoloji təsir olmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 və DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid3 ifadələrində məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə eyni məzmunlu və Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək onunla eyni əməliyyat qrupunda olduqlarını bildirmiş və Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan 13 dekabr 2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış aparılması” haqqında protokoldan görünür ki, hadisə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi istiqamətindən Bakı şəhəri, Nərimanov rayonu istiqamətində baş vermişdir. Hadisə yerində yol birtərəfli istiqamətlidir. Yolu qırıq-qırıq xətlər vasitəsi ilə 2 (iki) zolaqdan ibarətdir. Hər zolağın eni 4 (dörd) metrdir. Yolun ümumi uzunluğu 8 (səkkiz) metrdir. Yolun sağ hissəsinə piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səki, sol hissəsinə isə 50 (əlli) sm hündürlüyündə səki vardır. Azsamand markalı avtomobilin öz hissəsi əzilmişdir. Digər Opel markalı CC-960-VV Gürcüstan Respublikasının dövlət qeydiyyat nişanlı arxa və ön hissəsi əzilmiş, Mersedes markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avomobili ön hissəsi əzilmiş vəziyyətdədir. Azsamand markalı avtomobilin sürücüsü ilk olaraq yolun solunda olan maneəyə dəyərək idarə etməni itirərək yolun solunda yerləşən Opel markalı CC-960- VV Gürcüstan Respublikasının dövlət qeydiyyat nişanlı avtomobilə və Mersedes markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Toqquşma nöqtəsi yolun sol hissəsində olan səkidən 3 (üç) metr uzaqlıqdadır. Yolun örtüyü asfalt, quru və enişlidir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması” haqqında 13 fevral 2023-cü il tarixli protokoldan və şəxsi axtarış və götürmənin video görüntüsünü özündə əks etdirən bir ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol cibindən 1 ədəd sellofan torba, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd üzərində sim kart olmayan “Samsung” markalı mobil telefon və 12 manat pul aşkar edilmişdir. Həmin sellofan torba açılarkən içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudumuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin sellofan torba polis əməkdaşları tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilmiş və 114 qram çəkidə olması müəyyən olunmuşdur. Aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və “Samsung” mobil telefonla birlikdə götürülmüş, 12 manat pul isə şəxsin özünə qaytarılmışdır. (Cild 1, iş vərəqə 35-37) İş materiallarında olan “Avtomobilə baxış və götürmə aparılması” haqqında 13 fevral 2023-cü il tarixli protokoldan və baxış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən bir ədəd DVD diskdən görünür ki, Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati binasının həyətində Şahid4 məxsus “Azsamand” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə DİN-nin BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, əməliyyat müvəkkili, polis kapitanı Şahid3, XMİÜ baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs və Şahid4 iştirakları ilə videoçəkiliş vasitəsilə DİN-nin BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Anar Aslanov tərəfindən baxış keçirilmiş, baxış zamanı Şahid4 idarə etdiyi “Azsamand” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomaşının yük yerindən 1 ədəd iri həcmli ağ torba aşkar edilmişdir. Həmin torbaya baxış zamanı içərisindən 4 ədəd bağlama aşkar edilmişdir. Bağlamalar açılarkən içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin 4 ədəd bağlamalar polis əməkdaşları tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilmiş və 4 kq 880 qram çəkidə olması müəyyən olunmuşdur. Daha sonra aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 13 fevral 2023-ci il tarixli 7/214 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan kağız paketdə üzəri skoçla bağlanmış 1 ədəd şəffaf bağlamada təmiz çəkisi - 99,37 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi Azsamand markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində aşkar edilmiş kütlələr” yazılar və imzalar olan üzəri skoçla bağlanmış ağ rəngli sintetik torbada 4 ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamalarda ayrı- ayrılıqda təmiz çəkiləri 1200 qram, 1100 qram, 1000 qram, 1000 qram, ümumi 4300 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərindən və onun sərnişin qismində əyləşdiyi avtomobildən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Təqdim olunmuş kağız paketdə 1 ədəd şəffaf sellofan bağlamada və 1 ədəd sintetik torbada 4 ədəd qara rəngli sellofan bağlamalarda olan marixuanaların ümumi çəkisi - 4399,37 qramdır. QEYD: Marixuanaların ümumi çəkisi-4399,37 qram, tədqiqata istifadə olundu cəmi 0,25 qram (hər obyektdən 0,05 qram), qalıq-4399,12 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 08 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 1466 saylı 13 mart 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə nəticəsində Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Toplanmış sübutların qiymətləndirilməsi” haqqında 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azəbaycan Respublikası CMnin 32.5, 206.2-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda, təmiz çəkisi 4399,37 qram narkotik vasitə heroin əldə olunma mənbəyi barədə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə həmçinin, sərnişin qismində əyləşdiyi “Azsamand” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən aşkar edilərək götürülmüş ümumilikdə təmiz çəkisi 4399,37 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalmış 4399,12 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Bakı Şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi nəzərə alınmışdır. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 19 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs küllü miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı aldığı mənbəni müəyyən edilməsi üçün “Şahbuz” adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, ibtidai istintaq zamanı Şahid4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid4 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 2, iş vərəqə 2-6) İş materiallarında olan AZ-İİİ№ 846606 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2016-cı il tarixdə anadan olmuş Gülpüstə adlı uşağın atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan AZ-İV№ 117471 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə anadan olmuş Emiliya adlı uşağın atası Təqsirləndirilən şəxsdur. (Cild 1, iş vərəqə 10) İş materiallarında olan Bakı şəhər Nəsimi Rayon Prokurorluğunun verdiyi xx.xx.2023-cü il tarixli, 410-xid-23 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən sonuncunun şübhəli şəxs qismində tutulan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməsi barədə daxil olmuş vəsatəti əsasında araşdırma aparılmış, Təqsirləndirilən şəxs izahatında müdafiəçisinin vəsatətdə göstərdiyi xüsusatları təkzib etmişdir. İş materiallarında olan 28 avqust 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, ibtidai istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 2, iş vərəqə 93-99) İş materiallarında olan “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azəbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234- cü maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilən qayda ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsasların olmaması nəzərə alınmış, Şahid4 barəsində Azərbaycan Respublikası 234.4.1, 234.4.3, 32.5, 234.4.1, 32.5, 234.4.3 və 263.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Nəsimi RPİ-nin DYPŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının, avtomobilə baxış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 02 ədəd CD disk, əməliyyat müvəkkillərinin istifadəsində olmuş mobil telefonların anten dairələrinə dair məlumatları özündə əks etdirən 01 ədəd CD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınmış və cinayət işində saxlanılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, həmçinin baxış istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş 4399,37 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına ümumilikdə 0,25 qram sərf edildikdən sonra qalan 4399,12 qram narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verildiyi nəzərə alınmış, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefonun gələcəkdə yaxınlarına geri qaytarılacağı nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda 4399,37 qram narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbəyə görə ********* nömrəli cinayət işindən ayrıca icraatda “Şahbuz” adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması nəzərə alınmışdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən üzərindən aşkar olunmuş narkotik maddələrin polislər tərəfindən qoyulduğunu, “AzSamand” markalı 99-EY597 dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin yük yerindən aşkar olunmuş 04 ədəd qara rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1200 qram, 1100 qram, 1000 qram və 1000 qram olmaqla ümumi təmiz çəkisi 4300 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə qurudulmuş marixuananı Tural dediyi üçün götürdüyünü, həmin narkotik vasitə qurudulmuş marixuananın yalnız 50 (əlli) qramının ona məxsus olduğunu, qalan narkotik vasitənin isə Turala məxsus olduğunu, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyini və döyüldüyünü, videoçəkiliş zamanı etiraf edici ifadə verməsinə səbəb isə, polis əməkdaşlarının ona köməy edəcəklərinə söz vermələri olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyriqanuni rəftara məruz qalıbqalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2023-cü il tarixli 3-16-17/38/2- 7609/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirilən zaman ilkin tibbi müayinədən keçirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmış, müayinə zamanı xəsarət aşkarlanmamışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 51/2-36312 nömrəli məktubundan və ona əlavə edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixoloji təzyiqə məruz qalması barədə ərizə və şikayəti daxil olmamış, onun üzərinə baxış keçirilən zaman heç bir xəsarət aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs adına tərtib edilmiş “MSY-də saxlannaların uçotu kitabı və Tibbi Müayinə aktı”ı məhkəmə tərəfindən tədqiq edilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-ə gətirilən zaman bədənində heç bir xəsarət olmamış və bununla bağlı heç bir şikayəti olmamışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli 553-xid-23 nömrəli cavab məktubundan və məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən Nəsimi Rayon Prokurorluğuna verdiyi xx.xx.2023-cü il tarixli izahatdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən sonuncunun şübhəli şəxs qismində tutulan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməsi barədə daxil olmuş vəsatəti əsasında araşdırma aparılmış, Təqsirləndirilən şəxs izahatında müdafiəçisinin vəsatətdə göstərdiyi xüsusatları təkzib etmişdir. Bundan başqa məhkəmənin sorğu əsasında Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə araşdırma aparılmış, məhkəmə-tibbi ekspertizası təyin edilərək müvafiq rəy alınmış, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1741 saylı rəyi ilə müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs adına təqdim olunmuş xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasında tərtib olunmuş 1798/23 saylı tibbi kitabçanın sürətində Təqsirləndirilən şəxs bədən səthinə baxış keçirilərkən “Qarın nahiyəsində çapıq toxuması” aşkar olunmuşdur. Qeyd olunan çapıq toxuması ətraflı təsvir (rəngi, ölçüləri, forması, konsistensiyası və s.) olunmadığından törənmə müddəti, ağırlıq dərəcəsi və yaranma mexanizmi haqqında fikir söyləmək mümkün olmamışdır. Buna görə də, 11 dekabr 2023cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla toplanmış 480c23 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin məhkəmədə dindirilmiş şahidlər-polis əməkdaşları ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və psixoloji təsir olunmadığını və belə halın şahidi olmadıqlarını bildirmişlər. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyini bildirsə də, qeyd olunan hal məhkəmə tərəfindən araşdırılmış, lakin yuxarıda tədqiq edilmiş sənədlərdən də göründüyü kimi öz təsdiqini tapmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində üzərindən aşkar olunmuş narkotik maddələrin polislər tərəfindən qoyulduğunu, “AzSamand” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin yük yerindən aşkar olunmuş 04 ədəd qara rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1200 qram, 1100 qram, 1000 qram və 1000 qram olmaqla ümumi təmiz çəkisi 4300 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə qurudulmuş marixuananı Tural dediyi üçün götürdüyünü, həmin narkotik vasitə qurudulmuş marixuananın yalnız 50 (əlli) qramının ona məxsus olduğunu, qalan narkotik vasitənin isə Turala məxsus olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində həmin gün Eminin ona Xırdalana getmələrini təklif etdiyini, idarə etdiyi "Azsamand” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə Emini 20 manat müqabilində Abşeron rayonu, Xırdalan şəhərinə apardığını, Təqsirləndirilən şəxs avtomobildən endiyini, təxminən 15 dəqiqə sonra geri qayıdaraq maşına əyləşdiyini, Eminin nə üçün getdiyini və nə götürdüyündən xəbəri olmadığını, qayıdarkən Eminin əlində sellofan olduğunu, Eminin həmin sellofanı maşının arxa yük yerinə qoyduğunu, gəldikləri ünvana qayıdarkən yol nəqliyyat hadisəsi törətdiyini, yol nəqliyyat hadisəsi baş verən zaman Eminlə onun bir yerdə olduğunu, yol polislərinin onlara yaxınlaşdığını, daha sonra isə əməliyyat müvəkkilərinin yaxınlaşaraq onları bölməyə apardığını, maşından bağlama aşkar olunduğunu, bölmədə olarkən Eminə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs “iranlı hara desə həmin narkotik vasitəni ora qoyacağını” etiraf etdiyini, polislər Emindən soruşduqda bu hadisədən onun (Şahid4) xəbərinin olmadığını demişdir. Həmçinin Şahid4 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxsla üzləşdirilmiş və üzləşdirmə zamanı ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Bundan başqa iş üzrə digər şahidlər-polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu, 13 fevral 2023-cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 65 ünvanında hərəkətdə olan zaman taksi sürücüsü yol nəqliyyat hadisəsi törətdiyini, onların dərhal həmin yerə yaxınlaşıb özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib taksi sürücüsü Şahid4la birlikdə Nəsimi RPİnin 20-ci PB-nə dəvət etdiklərini, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirildiyini, Təqsirləndirilən şəxs üzərindən spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunduğunu, həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin elektron tərəzidə çəkilərək, qablaşdırma ilə birlikdə çəkisi 114 qram təşkil etdiyini, Təqsirləndirilən şəxs sərnişin olduğu avtomobildə də narkotik vasitələr olduğunu bildirdiyini, avtomaşının sürücüsü Şahid4 etirazı olmadan təhqiqatçının, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə avtomobilə də baxış keçirildiyini, baxış zamanı avtomobilin arxa yük yerindən 5 kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edildiyini, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddəni sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı «Şahbuz» adlı şəxsdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü bildirdiyini, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satmadığını, sadəcə iran vətəndaşı hansı ünvana desə oraya qoyacağı təqdirdə pul alacağını bildirdiyini, Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir fiziki və psixoloji təsir və təzyiq olmadığını və belə bir halın şahidi olmadıqlarını və narkotik vasitənin avtomobilin yük hissəsindən aşkarlandığını bildirmişlər. Həmçinin Şahid1 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxsla üzləşdirilmiş və üzləşdirmə zamanı ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Bundan başqa məhkəmə istintaqı zamanı Müdafiəçi məhkəməyə yazılı vəsatət verərək bildirmişdir ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Nəsimi rayonu ərazisində baş vermişdir. Həmin vaxt hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs avtomobildə olmamışdır. Belə ki, o, Bakı şəhəri, Abşeron rayonu ərazisində olmuşdur. Təqsirləndirilən şəxs Pənahov X7 qəbirstanlığından narkotik vasitəni götürmək istəyərkən telefon əlaqəsi yaratmışdır. Bu səbəbdən hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs hansı ərazidə olmasını müəyyən etmək üçün istifadəsində olmuş ***-***-**-** və ***-***-**- ** mobil nömrələrin, eyni zamanda, iş üzrə Şahid4 istifadəsində olmuş ***-***-**-** və ***- ***-**-** mobil nömrələrin anten dairələrinin yoxlanması, eyni zamanda, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və 070- ***-**-** mobil nömrələrlə Şahid4 istifadəsində olmuş 055-560-80- 00 və ***-***-**-** mobil nömrələr arasında olan telefon danışıqları olduğu təqdirdə onların alınması məqsədi ilə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə sorğular verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixoloji təsirlərin olduğunu, habelə üzərindən aşkar olunmuş narkotik maddələrin polislər tərəfindən qoyulduğunu, “AzSamand” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin yük yerindən aşkar olunmuş 04 ədəd qara rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1200 qram, 1100 qram, 1000 qram və 1000 qram olmaqla ümumi təmiz çəkisi 4300 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə qurudulmuş marixuananı Tural dediyi üçün götürdüyünü, həmin narkotik vasitə qurudulmuş marixuananın yalnız 50 (əlli) qramının ona məxsus olduğunu, qalan narkotik vasitənin isə Turala məxsus olduğu və videoçəkiliş zamanı etirafedici ifadə verməsinə səbəb isə, polis əməkdaşlarının ona kömək edəcəklərinə söz vermələri olduğu barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaq zamanı ilkin mərhələsində verdiyi etirafedici ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, eyni zamanda sərnişin olduğu avtomobilə baxış keçirilməsi, istintaq dövründə eyniməzmunlu ifadə verməsini və təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən ümumi təmiz çəkisi 99,37 qram, sərnişin olduğu avtomobildən isə ümumi təmiz çəkisi 4300 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə Təqsirləndirilən şəxs ümumilikdə aşkar edilən narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdiyi narkotik vasitənin bir qismini üzərində, bir qismini isə sərnişin qismində əyləşdiyi avtomobildə gəzdirməsini və ibtidai istintaq zamanı təqsirini etiraf etməsini və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə və avtomobilə baxış keçirilməsi istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, narkotik vasitələri satış məqsədi ilə əldə etməsini, həmçinin narkotik vasitələri qabaqcadan əlbir olduğu İran İslam Respublikası vətəndaşından almasına dair ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinə, əldə etdiyi külli miqdarda narkotik vasitəni üzərində və avtomobildə gəzdirməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir, o, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində cəza təyin edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, tiryəkin təmiz halda 0,5 qrama qədəri şəxsi istehlak miqdarı, 50 qram və ondan artıq miqdarı külli miqdar, metadonun təmiz halda 0,02 qrama qədəri şəxsi istehlak miqdarı, 1,6 qramdan artıq miqdarı külli miqdar hesab olunur. “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanununa əsasən preqabalin preparatı həmin siyahıya daxildir və 5 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.1-1. Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə-üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.2. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.3.Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma-üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.234.3-1.Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə -dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.234.4. Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.2. təkrar törədildikdə;234.4.3.külli miqdarda törədildikdə; 234.4.4. kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə-beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.234.5. Narkotik vasitələri və ya psixotrop maddələri hazırlamaq üçün istifadə edilən və xüsusi nəzarət altında olan xammalın, alətlərin və ya avadanlıqların, habelə narkotik vasitələrin, psixotrop maddələri və ya onların prekursorlarını istehsalı, hazırlanması, emalı, saxlanması, buraxılması, satılması, bölüşdürülməsi, verilməsi, daşınması, göndərilməsi, əldə edilməsi, istifadə edilməsi, idxalı, ixracı, tranzit nəql edilməsi və ya məhv edilməsi qaydalarının, bu qaydalara riayət etməli olan şəxs tərəfindən pozulması-min manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Qeyd:1.Narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir.2. Bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə prekursorların və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər.Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə:məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X16rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. “Penitersiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə“ Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimaitəhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.15.2.Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.15.3.Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.15.4.Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.15.5.Bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 25.1-ci maddəsinə əsasən, birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli, 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.145.3.İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxşı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəllsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsada onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun şəraitdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməklə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafıq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.Həmin Məcəllənin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır.Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Həmin Məcəllənini 397.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri buna əsas verərsə, haqlarında apellyasiya verilməyən şəxslərin xeyrinə yekun qərar qəbul etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, məhkum Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması istintaqda verdiyi öz ifadəsi, şahidlərin məhkəmə iclasında, ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə sübuta yetirildiyindən, istintaq orqanı tərəfindənhaqlı olaraq Təqsirləndirilən şəxs hərəkətlərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi qənaətinə gəlinmişdir, eləcə də məhkum Təqsirləndirilən şəxs şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri, məhkum Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, məhkum Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, apellyasiya şikayətində Təqsirləndirilən şəxs bəraət verilməsi göstərilməsinə baxmayaraq, bunun üçün bəraətverici əsaslar müəyyın olunmamış, habelə birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən məhkum Təqsirləndirilən şəxs şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar kifayət nəzərə alınmışdır, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin 04 iyun 2024-cü il tarixli hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz, ona görə də məhkum Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 1(101)-814/2024 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsini rəhbər tutaraq q ə r a r a a l ı r: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 1(101)- 814/2024 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X17 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 35 (otuz beş) saat üçün cəmi 210 (iki yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədlik edən hakim Həsən Əhmədov X15 Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №1(103)-1741/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1741/2024
05.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver