Məhkəmə qərarları › İş №1(103)-1746/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1746/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1746/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, Babayev Qədim Xalid oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi–X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamın müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 05 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: Leyla Əsgərova- Məmmədova) xx xxxx 1987-ci ildə Rusiya Federasiyası Orenburq şəhərində anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər dəfələrlə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatında olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirlinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində olan 07 iyul 2023-cü il tarixli hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs özü və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ibtidai istintaq zamanı 22 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, cəzasının əvvəlinin 16 mart 2023-cü il tarixdən hesablanmaqla və cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 2,851 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış və 22 sentyabr 2022-ci ildə saat 10:30 radələrində, ünvan 2 ünvanının qarşısında olarkən özünü şübhəli apardığına görə Bakı şəhəri Nəsimi rayon Polis idarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis bölməsinə gətirilmiş, orada onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 2,851 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmənin hökmündən narazı qalan Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, onun işinə yenidən baxılmasını xahiş etmişdir. Məhkəmənin hökmü ilə razılaşmayan təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, həmin hökmün ləğv olunmasını və müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə toplanmış sübutları hərtərəfli, tam və obyektiv yoxlamamış, gəldiyi nəticələr təqiq edilmiş sübutlarla əsaslandırılmamışdır. Belə ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmlə razı deyil və hesab edirəm ki, həmin hökm aşağıda göstərilənlərə görə əsassız hesab edilməklə ləğv edilməlidir. Məhkəmə istinad etdiyi nəticəyə gələrkən onun ittiham edildiyi cinayəti törətməsi məhkəmədə dindirilmiş şahid ifadələri, tətqiq olunan izahat və ifadələri, maddi subutlarla, axtarış və digər istintaq hərəkətlərin protokolları, ekspert və tibbi yoxlamaların rəyləri, eləcə də başqa möhtəbər sübutlarla tam təsdiq edildiyini əsas kimi götürmüş, Lakin, məhkəmənin nəticəsi işin həqiqi halları, ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilmiş dəlillər və sübutlarla tam təkzib olunur. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə özünü ittihamda qismən təqsirli bilmişdir. Müdafiə hesab edir ki, məhkəmə zamanı məhkəmə işi üzrə bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət edib-etməməsini müəyyən etmək məqsədi ilə onun xx.xx.2022-ci ildə hansı saatda müvəqqəti saxlama izolyatoruna təhvil verilməsi, gəcə müvəqqəti saxlama izoyatorda qalıb-qalmaması, üzərinə axtarış keçirilərkən vəkildən imtina edilməsi haqda ərizəsinə onun adı və soyadının qarşısında icra edilən imzanın ona aid olubolmaması kimi iş üzrə mühüm əhəmiyyət kəsb edən halların heç birini araşdırmamış, düzgün hüquqi qiymət verməmiş, sadəcə heç bır sübut və dəlillə təsdiq olunmayan təqsirləndirilən şəxsin istintaqda video kamera ilə çəkilişlə verdiyi ilk izahat və ifadəsini əsas kimi götürərək barəsində qanunsuz hökm çıxarılmışdır. Bu əsasla da müdafiə hesab edir ki, məhkəmə AR CPM-nin 144 və 145-ci maddələrinin tələbləri pozulmaqla, verilmiş ittihamın ehtimallara əsaslandırılmaqla verilməsinə diqqət yetirməmişdir. Çox teəssüfedici haldır ki, məhkəməsi müdafiəsi altında olan Təqsirləndirilən şəxs barədə hökm çıxararkən əməliyyat axtarış və ilkin istintaq zamanı müəyyən edilmiş sübutların həqiqiliyi ilə bağlı müəyyən edilmiş zidiyyətlərin araşdırılmaması və həmin hallara düzgün hüquqi qiymət verilməməsi Təqsirləndirilən şəxs barəsində əsassız hökmün qəbul edilməsi ilə nəticələnmişdir. Belə olduğu halda, onun təqsirli bilinməsinə dair ittiham subuta yetirilməməsi əsası ilə məhkəmənin xx.xx.2023-ci il tarixli hökmün ləğv edilməli və barəsində cinayət işinə bəraətedici əsaslarla xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397-ci maddəsinə əsasən, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsinin cinayət qanunu və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallar apellyasiya məhkəməsi tərəfindən yalnız apellyasiya şikayəti və yaxud protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsinin cinayət qanunu və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası iş materiallarını verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə birlikdə əlaqəli şəkildə araşdıraraq və cinayət prosesinin iştirakçılarının fikirlərini dinləməklə hesab edir ki, Təqsirləndirilən şəxs özü və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarında olan məhkəmə iclasının protokollarından və cinayət işinin materialından göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutuşmuş cinayəti törətməkdə özünü ibtidai istintaq zamanı tam və məhkəmədə qismən təqsirli bilməklə verdiyi faktiki olaraq tam etirafedici ifadələri ilə yanaşı; ibtidai istintaq zamanı və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə; videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə aparılması barədə protokolla və protokola əlavə edilmiş bir ədəd videodisklə; baxış, axtarış, götürmə, müayinə və digər istintaq hərəkətlərinin protokolları ilə; keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə; toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 5 ay əvvəl hərbi hospital ərazisində “Rahat marketin” yaxınlığında siqaret almaq üçün evdən çıxmış və gecə saat 12-də saxlanılmışdır. Polis əməkdaşlarının ona nəyə görə yaxınlaşdıqlarını bilmir, əməliyyatçılar ondan üstündə nə olduğunu soruşduqda, üstündə heç nə olmadığını bildirsə də, polis əməkdaşları vəsiqəsini ona göstərərək polis bölməsinə dəvət etmiş, polis əməkdaşları ilə bölməyə getməyə razı olmuş, Onu saxlayan polis işçilərini əvvəllər tanımamış, ona yaxınlaşarkən polis əməkdaşları ona adı ilə müraciət etməmişlər. İfadələrini oxumadan qol çəkmişdir. İfadələrdə narkotik vasitənin haradan və hansı qiymətə aldığını deməsini xatırlamır. Tutulmazdan 6 ay əvvəl ancaq heroin istifadə etmişdir. Növbətçi hissənin qarşısında üzərinə videoçəkiliş vasitəsilə baxış keçirərkən, üzərindən telefon və plastik kart aşkar edilmişdir. Ona ya istifadəçi kimi, ya da üzərinə külli miqdarda narkotik vasitə qoyaraq rəsmiləşdirəcəklərini bildirmişlər. Narkotik vasitə istifadəçisi olduğunu qəbul etmiş, lakin tutularkən üzərində narkotik vasitə aşkar edilməmişdir. Buna görə də, narkotik vasitədən istifadəyə görə cinayət məsuliyyətinə cəlb edildiyini düşünərək sənədlərə qol çəkmiş, sonra onu prokurorluğa aparmışlar. Prokurorluqdan sərbəst buraxılmış və ailə üzvləri onu reabilitasiya mərkəzinə aparmışlar. Ona qarşı fiziki təziq olmamış, ifadə verərkən və üzərinə baxış keçirilərkən, videoçəkilişdə vəkillə təmin edilməmişdir. Şəxsi axtarış zamanı müdafiəçidən imtina barəsində ərizəsində imzalar onun olmamış, heroinin qramını 50-60 manata almış, adətən yarım qram almış, stolun üstünə qoyulan heroinin miqdarını külli miqdarı keçib-keçmədiyini bilməmişdir. İstintaq zamanı dindirilmiş və məhkəmədə ifadələri tədqiq edilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs həmin ifadələrində bildirmişdir ki, CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilir və uzun müddətdir ağrıları olanda narkotik vasitə istifadədən etmiş, istifadə etdiyi narkotik vasitələri mütəmadi olaraq müxtəlif yerlərdən almış və sonuncu dəfə xx.xx.2022-ci ildə günorta vaxtlarında “Papanin” deyilən ərazidə tanımadığı şəxsdən narkotik vasitə “kakos”u 80 manata şəxsi istifadəsi üçün almış, xx.xx.2022-ci ildə saat 10:30 radələrində ünvan 4 ünvanının qarşısında olarkən 02 nəfər mülkü formada şəxs yaxınlaşaraq vəsiqələrini göstərib polis işçiləri olduqlarını deyib onun hərəkətlərinin onlarda şübhə yaratmasını bildirərək onu Polis bölməsinə dəvət ediklərini, orada xidməti otaqların birində ona vəkil siyahısı təqdim edildiyini, siyahıda olan vəkillərdən hər hansı birinin hüquqlarının müdafiə etməsinə etiraz etmədiyini, sonra ona dövlət hesabına vəkil təyin edildiyini, vəkilin şəxsi axtarışda iştirak etməyəcəyinə dair ərizəsinə əsasən o da vəkilinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini və bununla bağlı ərizə verdiyini, PB-də olarkən təhqiqatçı tərəfindən sənədləşmə aparılaraq ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olub olmadığı soruşulduğu, bu zaman mütəxəssis tərəfindən video kamera ilə qeydə alındığını, həmin suala cavab olaraq üzərində narkotik maddə “kakos” olmasını bildirdiyini, daha sonra masaya yaxınlaşaraq boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf selofana bükülmüş 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoyduğunu, həmin bükümü açdıqda isə onun içində tünd qəhvəyi rəngli maddə olan bükümü təhqiqata təqdim etdiyini, maddə boş bir zərfə qoyularaq onun və iştirakçıların iştirakı ilə möhürlənib MEM-nə göndərildiyini, bu da videokamera ilə qeydə alınmış, sonra videogörüntüyə baxılmış, protokol tərtib edilmiş özü və iştirakçılar imzalamışlar. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, şifahi olaraq təqsirləndirilən şəxsin ərazidə olduğundan məlumatı olmuş, 22 sentyabr 2022-ci ildə saat 10:30 radələrində ərazidə xidmət apararkən təqsirləndirilən şəxs qarşılarına çıxıb şübhə doğuran hərəkətlərə yol verdiyindən ona yaxınlaşmışlar. Onlar yaxınlaşarkən şəxs qaçmağa cəhd etmiş və özlərini təqdim etdikdən sonra qaçma cəhdindən yayınmış, onu bölməyə dəvət etmişlər. Bölmədə şəxs narkotik vasitə istifadəçisi olduğu, hazırda üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Təhqiqatçının otağında videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı fiziki təziqə yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək, həmin ifadəsində istintaq zamanı və məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərilən xüsusatları ilə bir daha olduğu kimi təsdiq etmişdir. Birinci instansiya məhkəməsi dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaqda və məhkəmədə keçirilmiş hərəkətlərinin digər protokollarını, o cümlədən keçirilmiş ekspertizaların rəylərini və digər sənədləri sübut növləri kimi qəbul etmişdir. Belə ki, cinayət işinin materialında olan və Bakı şəhəri Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsində tərtib edilmiş 22 sentyabr 2022-ci il tarixli raporta əsasən, polis əməkdaşları ünvan 4 ünvanın qarşısında özünü şübhəli apardığına görə ona yaxınlaşmış, sonuncu üzərində şəxsiyyətini təsdiq edən sənədin olmaması əsası ilə Bakı şəhəri Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinə dəvət edilmişdir. Şifahi sorğu zamanı sonuncu narkotik vasitə aludəçisi olduğunu bildirdiyindən, üzərində qanunla qadağan edilmiş əşya və eləcə də narkotik vasitə olmasına dair əsaslı şübhələr yaranmışdır (c-1, i.v. 3). Məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və maddi sübutların götürülməsi haqqında” 22 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən, şəffaf selofana bükülmüş bir ədəd bükümü çıxararaq təqdim etmiş və bükümün içərisində olan maddənin narkotik vasitə “kakos” olduğunu və həmin maddəni istifadə etmək məqsədilə bir gün əvvəl, yəni 21 sentyabr 2022-ci il tarixdə “Papanin” kimi tanınan ərazidən 80 manata tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir (c-1, i.v. 47-53). Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizanın 22 sentyabr 2022-ci il tarixli rəyinə əsasən, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd bükümdə xalis çəkisi 2,851 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 2,801 qram təşkil etmişdir (c-1, iş.v. 58-61) . İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və həmin qərarla Nəsimi rayon polis idarəsinin Müvəqqəti saxlama Yerindən azad edilmişdir. Eyni tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (c-1, i.v. 95-96). İş materialında olan Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X6 və 02 nömrəli X1 daxil olmuş məktublara əsasən, Təqsirləndirilən şəxs xəstəxanalarda müalicədə və qeydiyyatda olmamışdır (c-1, i.v. 139-140). Məhkəmədə tədqiq edilmiş Baxış keçirilməsi barədə 14 yanvar 2023-cü il tarixli protokola görə Daxili İşlər Nazirliyinin Baş informasiya və kommunikasiya idarəsindən daxil olmuş 15 noyabr 2022-ci il tarixli məktuba əlavə edilmiş yaddaşında telefon məlumatları olan 01 ədəd CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən aparılmış sms mətnlərə narkotik vasitə əldə etməsinə dair məlumatlar aşkar edilmişdir.(c1, i.v. 141). Məhkəmədə tədqiq edilmiş “sübutların qiymətləndirilməsi haqqında” 14 yanvar 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə olan maddənin təmiz çəkisi 2,851 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması nəzərə alınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,801 qram hissəsi Nəsimi rayon polis idarəsinə saxlancına verilmiş, şəxsi axtarış protokoluna əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (c-1, i.v. 143-153). Göstərilənlərdən əlavə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə nəzərdə tutulan cinayəti törətməsi toplanmış və məhkəmədə tədqiq olunmuş çoxsaylı digər mötəbər sübutlarla da öz təsdiqini tapmışdır. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara hüquqi qiymət verməklə hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayətin törədilməsi ilə əlaqədar ibtidai araşdırma orqanının gəldiyi nəticə əsaslı olduğundan onun törətdiyi cinayət əməlinə düzgün hüquqi qiymət verilməklə yanaşı, əməli düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz laraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma və ya göndərməyə görəüç il müddətdən səkkiz il müddətədək azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının “Narkotik vasitələrinin, psixotrop maddələrin və yaxud onların prekursorlarının dövriyyəsi barədə” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrinin və psixotrop maddələrinin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmiş, yəni həmin Qanunun həmin maddəsinə əsasən, narkotik vasitələrinin və psixotrop maddələrinin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və yaxud qazanc əldə etmək və yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə araşdırılması zamanı toplanmış sübutlarla və iş materialları ilə Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitə heroinin əvəzli və ya qazanc əldə etmək, və yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən sübutlar aşkar edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsi barədə cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının dövriyyəsi barədə” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinin mənasına görə, narkotik vasitənin satın alınması başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi; yabanı çətənə bitkisi, xaş-xaş və ya onların müəyyən hissələrinin, məhsul yığımı başa çatdıqdan sonra mühafizə edilməyən əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülür. Əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür» «Şəxsin cinayət məsuliyyətinə cəlb olunmasına kifayət edən narkotik vasitələr və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narktik vasitə heroinin 0,15 qramdan artıq hissəsi cinayət məsuliyyəti yaradır, 02 qram və ondan artıq miqdarda çəkisi isə külli miqdar hesab edilir. Cinayət işinin materialından göründüyü kimi və birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqında müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin təmiz çəkisinin 2,851 qram təşkil etməsi təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət edir. Məhkəmə kllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət əməli formal tərkibli olduğundan, onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən, məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənar qaldığından, onun müəyyən edilməsi lüzumu aradan qalxır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə qanunsuz əldə etməsi, daşıması və saxlaması ilk növbədə onun məqsədinin məhz əldə etdiyi və üzərində daşımaqla saxladığı narkotik vasitənin satmağa yönəldiyi sübuta yetirilməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsi əsaslı hesab etmişdir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq narkotik vasitəni məhz satış məqsədilə əldə etməsi, daşıması və saxlaması sübuta yetirilməmişdir. Məhkəmədə aparılan araşdırmada narkotik vasitəni satmaq məqsədi birbaşa və ya dolayı yolla hər hansı bir sübutla təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsi bununla bağlı mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Belə ki, ibtidai istintaqda və məhkəmədə toplanmış çoxsaylı mötəbər sübutlara Təqsirləndirilən şəxs tərəfindən yalnız narkotik vasitələri şəxsi istehlak miqdarından artıq əldə etmə və saxlama əməlini törətmiş, onun həmin hərəkətlərin satış məqsədi ilə edilməsi isə mötəbər sübutların məcmusu ilə təsdiq edilməmiş və buna dair ümumiyyətlə sübutlar mövcud deyildir. Bundan başqa, Təqsirləndirilən şəxs axtarış və götürmə aparılarkən, eləcə də birinci instansiya məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılarkən, habelə ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində onun üzərindən aşkar olunmuş narkotik vasitə heroini özünün şəxsi istifadəsi üçün üzərində saxladığını və satış məqsədinin olmadığını bildirmişdir. Belə olan halda, onun məhkəmədə verdiyi ifadəsi və verilmiş apellyasiya şikayətlərində onda narkotik vasitə heroinin olmaması barədə irəli sürülən dəlillər sübut kimi qəbul edilə bilməz, onun cinayət əməlinin satış məqsədilə törədilməsini və yaxud onun barəsində bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməsi istisna edilir. Digər tərəfdən, dindirilmiş şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və 01 ədəd DVD disklə bağlı birinci instansiya məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, şahidlərin ifadələri, keçirilmiş məhkəmə-kimyəvi və ambulator məcburi-narkoloji ekspertizalarının rəyləri ilə; şəxsi axtarış və götürmə aparılmasının bir ədəd diskdə əks olunan videogörüntüləri yalnız onun narkotik vasitə heroini əldə etməsi və üzərində daşıması faktı kimi təsdiq edici əhəmiyyət daşıyır və onun hərəkətlərinin satış niyyəti ilə edilməsinə dair heç bir sübutedici əhəmiyyəti yoxdur, yəni sübut etmə predmeti ilə sübutetmə həddi birbiri ilə sıx surətdə bağlıdır. Əgər sübuetmə predmeti tədqiqatın obyektidirsə, sübutetmə həddi sübut etmə predmetinə daxil olan halların tam əminliklə müəyyən edilməsinə zəruri olan sübutların məcmusudur. Lakin, hazırda şahid ifadələri, məhkəmə- ekspertizaların rəyləri və bir ədəd diskdə olan videogörüntülər sübutetmə predmetinə daxil bütün halları onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayəti törətməsini təmdiq edir. Eyni zamanda, Cinayət-prosessual qanunvericiliyi yalnız mənbəyin mötəbərliyinin şübhə doğurmayan sübutların qəbuledilənliyini müəyyən edir və şəxsin təqsirliliyinə dair cinayət təqibi orqanının mövqeyi mülahizələrə deyil, konkret sübutlarla müəyyən edilmiş hallara əsaslanmalıdır. Faktiki olaraq məlumatların mənbəyi müəyyən edilə bilməzsə belə məlumatların sübuti əhəmiyyəti yoxdur. Cinayət işi üzrə verilmiş ittihamda Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heroini onun satış məqsədi ilə əldə etməsi faktının və ya ona bəraət verilməsinin əsasları iş materiallarından görünmür və hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Beləliklə də, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs ondan aşkar olunaraq götürülmüş narkotik vasitənin ona məxsus olmaması barədə onun özünün məhkəmədə, sonradan özünün və müdafiəçisinin verdikləri apellyasiya şikayətlərində ona bəraət verilməsi barədə irəli sürülən dəlillər toplanmış çoxsaylı mötəbər sübutlarla təkzib edildiyindən, cinayət işinin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən və yalnız müdafiə mövqeyinə söykənən onların subyektiv mülahizələri kimi qiymətləndirməklə nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddə- lərinin tələblərinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxslər ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ifadə (izahat) verməkdən imtina etmək, eyni ilə təqsirləndirilən şəxs onun haqqında irəli sürülən ittihamla bağlı izahat (ifadə) vermək, izahat (ifadə) verməkdən və ya sənədləri imzalamaqdan imtina etmək hüququna malikdir. Göstərilən normaların tələbləri isə birbaşa ona dəlalət edir ki, təqsirləndirilən və ya şübhəli şəxs istədiyi kimi özünün müdafiəsini mümkün olan və zəruri hesab etdiyi bütün vasitələrdən istifadə edib quraraq həyata keçirmək hüququna malikdir. Yəni ifadə vermək və ifadə verməkdən imtina etmək, hər hansı bir sənədə imza etmək və ya imza etməkdən imtina etmək onun vəzifəsi deyil, hüququdur və buna görə hər hansı bir məsuliyyət nəzərdə tutulmamışdır. Belə olan halda, onun ibtidai istintaqda və ya məhkəmədə hər hansı sənədi imzalamaqdan imtina etməsinə yalnız onun müdafiə hüququ kimi baxılıb qəbul edilərək qiymətləndirməklə nəzərə alınmalıdır. Cinayət işi üzrə toplanmış çoxsaylı mötəbər sübutlardan göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həm şübhəli və həm də təqsirləndirilən şəxs qismində dindirilərkən, eləcə də üzərinə şəxsi axtarış keçirilərkən, eyni məzmunlu ifadələr verərək, saxlanılarkən təqdim etdiyi bükümün içindəki maddənin narkotik vasitə “kakos” olduğunu, həmin maddəni şəxsi istifadəsi üçün bir gün əvvəl, yəni 21 sentyabr 2022-ci ildə “Papanin” kimi tanınan ərazidən 80 manata əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsini dəyişdirməsinin səbəbi kimi fiziki və ya psixi təziqə məruz qalıb-qalmaması barədə suala isə heç bir təsirə məruz qalmadığını, sadəcə ifadələrini oxumadan imzaladığını bildirmişdir. Onun irəli sürdüyü dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, şübhəli və təqsirləndirilən şəxs kimi dindirilməmişdən, o cümlədən müvafiq protokolları özü dediyi kimi “oxumadan imzalamazdan” əvvəl onun üzərinə şəxsi axtarış keçirilərkən də, narkotik vasitənin ona məxsus olmasını bildirmiş və qeyd olunan hal videoçəkilişdə əksini tapmaqla, bilavasitə məhkəmə iclasında tədqiq edilmişdir. Bununla da, onun ibtidai istintaq dövründə verdiyi etirafedici ifadələri ilə məhkəmə istintaqı dövründə verdiyi ifadələri arasında ziddiyyət aradan qaldırıla bilməmiş, sonuncu barəsində şəxsi axtarış istintaq hərəkətinin videogörüntülərinin mötəbərliliyinin şübhə altına alınmasına hər hansı hal müəyyən edilməmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsi də Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, onun məhkəmədə verdiyi həmin ifadəsini yalnız cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə irəli sürülən dəlillər kimi qiymətləndirməklə nəzərə almışdır. Beləliklə də, məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, habelə ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirməklə yanaşı; “Avropa insan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanunlar əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququnun olmasının təsbit edildiyini nəzərə alaraq, onun əməlinə düzgün hüquqi qiymət verməklə, məhkəmədə tədqiq edilmiş mötəbər sübutlara əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməli birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmaqla, onun barəsində ittiham hökmü çıxarılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı bir cinayət ittihamı irəli sürülərkən, qanunverici əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə, cinayət işinin ağlabatan müddət ərzində ədalətli və açıq araşdırılması hüququna malikdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu isə özlyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsi, Avropa Konvensiyasında nəzərdə tutulan digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxış iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində təqsirləndirilən şəxs şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları yaradılmış, təqsirləndirilənin əleyhinə ifadə vermiş şahidlərə bilavasitə özü və müdafiəçisi vasitəsi ilə suallar verməsinə şərait yaradılmışdır. Bundan əlavə sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və yaxud dəqiqliyini şübhə altına almamış, əldə edilmiş sübutlar işin digər materialları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyası, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə əməl edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat vaxtı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət əməlində cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əməlin tövsifi törədilən konkret cinayətin cəhətləri ilə cinayət hüquq normanın dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən edib müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir və Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olaraq onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli insan davranışına hüquqi qiymət verilir. Bu ilk növbədə işin faktiki halların hərtərəfli öyrənilməsini, hüquq normasının düzgün seçilməsini və məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən, onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətləri əks etdirən əməlin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, ya təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, eləcə də yuxarıda qeyd olunan konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışında dindirmələr, üzləşdirmələr, götürmə və axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Bu səbəbdən, məhkəmə cinayət qanununun bu və digər tələbləri baxımından, göstərilən ifadələri də cinayət işi üzrə sübut növləri kimi qəbul edir. Belə ki, təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla istintaqda özünü tam təqsirli bilməsinə baxmayaraq, məhkəmədə özünü cinayəti törətməkdə təqsirli bilmiş və ibtidai istintaqda etirafedici ifadələr verməsinin səbəbini ona qarşı polis əməkdaşları tərəfindən təsir və təziq göstərilməklə, qanunsuz hərəkətlərə yol verilməsi ilə əlaqədar əsaslandırmağa cəhd etmişdir. İş materiallarında təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etməsi və üzərində saxlamaqla daşıması, satışı ilə məşğul olması ilə bağlı əməliyyat orqanına əməliyyat məlumatının daxil olmasını təsdiq edən hər hansı sübut olmadığından, birinci instansiya məhkəməsi əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, onun üzərindən keçirilmiş şəxsi axtarış zamanı özünün təqdim etdiyi və xalis çəkisi 2,851 qram təşkil edən heroin aşkar olunaraq götürülmüşdür. Digər tərəfdən, məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitə heroinin onun olmamasını iddia etsə də, araşdırılmış mötəbər sübutlar əsasında, o cümlədən şəxsi axtarış keçirilərkən, onun özünün könüllü təqdim etdiyi xalis narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi öz təsdiqini tapdığından, onun üzərindən bir bükümdə narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi mübahisəsizdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs narkotik vasitə heroini qanunsuz əldə etdikdən sonra üzərində saxlayaraq daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsi üçün, tutulmasından əvvəl hərəkətlərinin, tutulma şəraitinin və tutulması üçün səbəblərinin ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab etmiş və ilk növbədə qeyd etmişdir ki, təqsirləndirilən şəxsin tutulmasına səbəb onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı olmamışdır. Onun tutulanadək əməliyyat orqanında artıq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə heç bir məlumat olmamış, buna dəlalət edən hər hansı bir sübut toplanılmamış, əksinə özünü şübhəli apardığına görə polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə şəxsi axtarış keçirilmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi, onun üzərindən narkotik vasitə aşkar edilməsi sübuta yetirilsə də, satışı məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin keçirilməsi zamanı məhkəmə üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin düzgün tövsif edilməsinə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmədə tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroini əldə etməsi, üzərində saxlaması və daşıması toplanmış çoxsaylı mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı olaraq onun əməlini Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növü və çəkisinin müəyyən edilməsi barədə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul etmiş və onları qiymətləndirərək əsaslı olaraq hesab edir ki, onun satış məqsədi olmadan qanunsuz narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarına əsasən, məhkəmə nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən sonra və bütün ziddiyyətlər aydınlaşdırmaqla qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd eitməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsində araşdırılmış sübutların məcmusu ilə təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heroinin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsində, habelə barəsində bəraətverici hökm çıxarılması barədə özü və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərində irəli sürülən dəlillər özünün ibtidai istintaq dövründə verdiyi etirafedici və məhkəmədə verdiyi qismən etirafedici ifadələri ilə yanaşı; şəxsi axtarış və götürmə aparılması və iş materiallarında olan bir ədəd diskdə əksini tapmış videogörüntüyə baxış keçirilməsi barədə protokollarla, onu saxlamış polis əməkdaşlarının ifadələri ilə və məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə, toplanmış və tədqiq edilmiş digər çoxsaylı mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Eyni zamanda, saxlanılarkən təqsirləndirilən Təqsirləndirilən şəxs fiziki təsir və təziq göstərilməsi barədə birinci instansiya məhkəməsində öz ifadəsində irəli sürdüyü dəlillər polis əməkdaşların ifadələri ilə, istintaq həmin müddətində zorakılıq faktı üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluq orqanlarına və digər qurumlara şikayət ərizələri ilə müraciət etməklə, pozulmuş hüquqlarının bərpasını tələb etməməsi ilə; onun üzərində zorakılıq əlamətlərinin olmaması ilə və digər sübutlarla tamamilə təkzib edilmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayəti törətməsi sübuta yetirildiyindən, ona təqsirli bilindiyi həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla bəraət hökmü çıxarılması barədə onun özü və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri iş üzrə toplanmış çoxsaylı mötəbər sübutlarla təkzib edildiyini və işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətlərində irəli sürülən dəlillər əsassız olduğundan təmin edilməməli, məhkəmənin hökmü isə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları qeyd edilən Məcəllənin tələblərinə uyğun olaraq qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən, Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və həmin sübutlar bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən isə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara obyektiv hüquqi qiymət vermiş və müəyyən etdiyi hallar iş üzrə tədqiq edilmiş sübutlara əsaslanmaqla, işin faktiki hallarına uyğun olmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmənarkoloji ekspertizasının 15 dekabr 2022-ci il tarixli rəyinə əsasən, Təqsirləndirilən şəxs opioidlər və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromunarkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Narkotik vasitə və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtlərin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" 39 nömrəli 09 fevral 2006-cı il tarixli Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin məcburi müalicə tətbiq edilməməsi qaydalarının 3.4-cü bəndinə (könüllü müalicə edilən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə narkomaniya- dan məcburi müalicə tətbiq olunmaması) görə, hazırda onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, narkomaniyadan məcburi müalicə təyin edilməməlidir (c-1, i.v. 128-129). Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müzakirə olunmaqla hesab etmişdir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ədalətli olmaqla cəzanın məqsədini təmin edə bilər. Məhkəmə kollegiyası cəza hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşır və hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, ona təqsirli bilindiyi maddənin sanksiyasının yuxarı həddində cəza təyin edilməklə ədalət prinsipinin tələblərinə əməl etdiyindən, məhkəmə hökmü dəyişdirilmədən saxlanılmalıdır. İş materialında olan sənədlərə əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər-Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 05 dekabr 2008-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkəmə edilmiş; Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3 və 67.1-ci maddələrinə əsasən, onun üzərində qəti olaraq 05 il 10 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış; Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 06 dekabr 2017ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, üzərində qəti olaraq 2 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilməsinin tətbiqinə dair Bakı şəhəri Nizami rayon məhkəməsinin 26 avqust 2016-cı il tarixli qərarı ləğv edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2011-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 07 ay 11 gün müddətində hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, təyin edilmiş cəza ilə qismən toplanılaraq ona 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş,Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və 20 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə təyin olunmuş cəzadan azad edilmişdir (c-1, i.v. 98-100). Göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər 03 dəfə ardıcıl olaraq az ağır cinayətləri törətməsinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hər növbəti məhkəmə hökmü onun tərəfindən ya cəzadan şərti azad olunduğu və ya da cəzasının daha yüngül cəza ilə əvəz edildiyi dövrdə törədillən cinayətə görə hökm çıxarıldığından ona həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilmiş və Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, onun məhkumluğun ödənilməsi üçün zəruri olan iki il müddət keçmədiyi dövr ərzində onun tərəfindən yenidən qəsdən ağır cinayət törədilmişdir. Birinci instansiya Məhkəməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18 və 83.3.1-cü maddələrinin tələblərini rəhbər tutaraq, hesab etmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməli cinayətlərin xüsusilə təhlükəli residivi yaradır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsini müzakirə edərkən, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin xüsusilə təhlükəli residivi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almaqla yanaşı; yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini-Cinayət Məcəlləsinin 59.2-cu maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hal qismində qiymətləndirməklə nəzərə almışdır. Beləliklə də, birinci instansiya məhkəməsi göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət əməlini törətməsi sübuta yetirilmiş, törətdiyi əməli ağır cinayətlər sırasına aid olduğundan və əvvəllər dəfələrlə cinayətlər törətdiyindən, onun cinayət əməlinin cinayətlərin xüsusilə təhlükəli residivini yaratdığından, ona cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydalar üzrə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasının yuxarı həddində təyin edilməli; eyni zamanda cəzasının əvvəli 16 mart 2023-cü il tarixdən hesablanmaqla, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında qeyd olunur ki, məhkəmələr, təqsirləndirilən şəxsə cəza təyin edərkən, həm yüngüllük və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxsin barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, törədilməsi hallarına və cinayətin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3 və 28.5-ci maddələrinə əsasən, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırma zamanı gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə əlaqədar digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Hər hansı bir şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və cinayət işinə aid olan və biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə birmənalı qaydada təsdiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış, qanuni və ədalətli cəza təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olaraq lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alır. Qanuni cəza təyin edilməsi ilk olaraq cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Belə olan halda, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin tövsifi ilə bağlı ona təqsirli bilindiyi maddənin sanksiyasının yuxarı həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin qanuni, əsaslı və ədalətli olduğundan, birinci instansiya məhkəməsinin cinayət işi üzrə gəldiyi nəticə ilə tamamilə razılaşır. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib ona Cinayət Məcəlləsinin 65.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydalar nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasının yuxarı həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni, əsaslı və əsaslı olmaqla, ədalət prinsipinin tələblərinə uyğundur. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla ona bəraət verilməsi barədə özü və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri iş üzrə toplanmış çoxsaylı mötəbər sübutlarla təkzib edildiyini və işin faktiki hallarına uyğun olmadığından, təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətlərində irəli sürülən dəlillər əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü isə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi rayon polis idarəsində saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,801 qram təşkil edən narkotik vasitə heroin məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk və onun istifadəsində olan 055 ***-**-** nömrəli mobil telefon vasitəsilə ötürülən məllumatları özündə əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və 81,82 manat təşkil edən keçirilmiş ekspertizasının dəyəri təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası, q ə r a r a a l ı r: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində olan 07 iyul 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddət ərzində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər: 1.(sədrlik edən) İlqar Murquzov

2. Qədim Babayev

3. Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar