Məhkəmə qərarları › İş №1(103)-1747/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1747/2025

29.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1747/2025 29.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sədri xanım Şeyda Məhərrəmovaya Hörmətli Şeyda xanım, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-433/2025 nömrəli, 31 iyul 2025-ci il tarixli qərarı ilə Ağstafa Rayon Məhkəməsində baxılmalı olması əsas gətirilərək, məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qüvvədə olan müvafiq prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə cinayət işinə ərazi aidiyyəti üzrə başqa məhkəmədə baxılmalı olmasını hesab edərsə, cinayət işini birbaşa həmin məhkəməyə göndərməlidir. Digər məhkəmə tərəfindən cinayət işinin ərazi aidiyyəti mübahisələndirildiyi təqdirdə həmin fikir ayrılığının həll olunması məqsədilə cinayət işi müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Hazırkı halda isə, məhkəmə cinayət işinə ərazi aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsində baxılmalı olması qərarına gəlsə də, cinayət işinin materiallarını həmin məhkəməyə deyil, birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə olan halda cinayət işinin aidiyyəti üzrə göndərilməsi məsələsinin CPM-in 77.1-ci maddəsində nəzərdə tutulmuş qaydada Bakı Apellyasiya Məhkəməsi tərəfindən həll edilməsi üçün hüquqi əsas mövcud deyil. Odur ki, hazırkı cinayət işi ərazi aidiyyətinin müəyyən edilməsi, eləcə də, sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sizə qaytarılır. Qoşma: 1(103)-1747/2025 nömrəli material – 01 cild, 222 vərəq; CD disk – 04 ədəd. Hörmətlə, Mübariz Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar