Məhkəmə qərarları › İş №1(103)-1754/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1754/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1754/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, X2 və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi –Həsənova Bahar Elxan qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Barəsində qərar qəbul edilmiş şəxs –Təqsirləndirilən şəxs, Müdafiəçi – Müdafiəçi4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 iyul 2010-cu il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi2xan oğlu, Müdafiəçi3 və Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayəti və Təqsirləndirilən şəxs verdiyi apelyasiya şikayətinə əlavəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 06 iyul 2010-cu il tarixli, 1(002)-120/2010 saylı hökmü ilə (sədrlik edən İ.K.Xəlilov) xx xxxxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Bakı şəhəri, İ.Qutqaşınlı küç, döngə 16 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1. maddəsi ilə təqsirli bilinərək iki il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 06 iyul 2010-cu il tarixdən hesablanması, maddi sübut kimi tanınmış cəmi 0,223 qram çəkidə narkotik vasitə olan heroin məhv edilməsi, məhkum Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkcənin və bir cüt ayaqqabının sahibinə qaytarılması, məhkəmə xərcləri dəyəri 70 manatın məhkumdan tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi2xan oğlu, Müdafiəçi3 və Müdafiəçi1 apelyasiya şikayətləri verərək birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün ləğv etməklə, əməlində cinayət tərkibi olmayan Təqsirləndirilən şəxs dərhal həbsdən azad olunması və ona bəraət verilməsinə, onun Konvensiyanın 8(1), 3 və 6(1), 6(2) maddələri əsasında malik olduğu hüquqlarının pozulmasının tanınmasına, onun hüquqlarını pozan Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi cənab Aftandil Ağayevin, rəis müavini cənab Aydın Abbasovun, həmin müəssisənin əməliyyat şöbəsinin rəisi cənab Kərim Şirinovun, əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili cənab Bəhruz Quliyevin qanunsuz hərəkətləri barədə səlahiyyətli orqanlara məlumat verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayətinə əlavə verərək əməlində cinayət tərkibi olmadığından onun dərhal həbsdən azad olunması və ona bəraət verilməsinə, onun Konvensiyanın 8(1), 3 və 6 (2) maddələri əsasında malik olduğu hüquqlarının pozulmasının tanınmasına, onun hüquqlarını pozan Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi cənab Aftandil Ağayevin, rəis müavini cənab Aydın Abbasovun, həmin müəssisənin əməliyyat şöbəsinin rəisi cənab Kərim Şirinovun, əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili cənab Bəhruz Quliyevin və Qaradağ rayon məhkəməsinin hakimi cənab İsmayıl Xəlilovun qanunsuz hərəkətləri barədə səlahiyyətli orqanlara məlumat verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2011-ci il tarixli 1(103)-140/2011 saylı qərarı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 iyul 2010-cu il tarixli hökmünün dəyişdirilmədən saxlanılması, müdafiəçilər Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayəti və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əlavənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2011-ci il tarixli 1(102)-329/2011 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2011-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, 07 aprel 2011-ci il tarixində Təqsirləndirilən şəxs İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmişdir. 07 aprel 2022-ci il tarixində Avropa Məhkəməsinin “Fətullayev Azərbaycana qarşı” qərarı qəbul edilmiş və qərar 07 iyul 2022-ci il tarixdə qüvvəyə minmişdir. Həmin qərara əsasən Avropa Məhkəməsi baxılan işdə Konvensiyanın 6 və 34-cü maddələri bağlı şikayətlərin qəbuledilən olduğunu hesab etmiş, Konnvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu, cavabdeh Dövlətin Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmədiyini, Konvensiyanın 6 və 10-cu maddələri ilə birlikdə araşdırılmış 18-ci maddəsi üzrə şikayətin qəbul edilənliyi və mahiyyəti üzrə araşdırılması üçün ehtiyac olmadığını qərara almışdır. Avropa Məhkəməsi eyni zamanda qərara almışdır ki, cavabdeh Dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qərarın qanuni qüvvəyə mindiyi tarixdən etibarən 3 ay müddətində ərizəçiyə hesablaşma tarixində tətbiq olunan məzənnə ilə cavabdeh Dövlətin valyutasına çevrilməklə mənəvi zərərə görə 4000 (dörd min) avro və tutula bilən hər hansı vergi ödənilməli, qeyd olunan 3 ayın bitməsindən etibarən hesablaşmaya qədər yuxarıda göstərilən məbləğə 3 faiz bəndi əlavə olunmaqla X4 borc vermə dərəcəsinə bərabər faiz dərəcəsi ilə sadə faiz ödəməlidir. Daha sonra Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi4 Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna hüquq və azadlıqların pozulması ilə bağlı yeni açılmış hallarla əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılmasına dair ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 3 noyabr 2011-ci il tarixli, 1(102)-329/2011 saylı qərarının ləğv edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməklə, Təqsirləndirilən şəxs bəraət verilməsi və qanunvericilikdə nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 may 2023-cü il tarixli 12(102)-1(a)/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2011-ci il tarixli, 1(102)-329/2011 nömrəli qərarı və Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2011-ci il tarixli 1(103)-140/2011 nömrəli qərarının ləğv edilməsi, cinayət işinin apelyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Apelyasiya icraatında yeni məhkəmə baxışında Dövlət ittihamçısı2 Azərbaycan Respublikası CPM-in 41.3-cü maddəsinə əsasən cinayət təqibindən imtina etdiyini bildirmiş və təqsirliliyi sübuta yetirilmədiyindən qanunvericiliyin tələblərini nəzərə almaqla Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Apelyasiya icraatında Təqsirləndirilən şəxs və onun Müdafiəçi4 dövlət ittihamçısının ittihamdan imtinasının qəbul edilməsini və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Belə ki, Azərbaycan Respublikası CPM-in 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Göründüyü kimi, yeni məhkəmə baxışında Dövlət ittihamçısı2 Azərbaycan Respublikası CPM-in 41.3-cü maddəsinə istinad edib Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə cinayət təqibindən imtina etmiş və nəticədə məhkəmədən cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-in 43.4-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində dövlət ittihamçısının bu Məcəllənin 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibindən imtina etməsi ilə əlaqədar məhkəmənin qərarına əsasən cinayət təqibinə xitam verilərkən cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, qərar qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə dövlət ittihamçısının ittihamdan imtina etməsini nəzərə alıb hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 iyul 2010-cu il tarixli, 1(002)-120/2010 saylı hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs barəsindəki Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 43.1.1-ci maddəsinə əsasən xitam verilməli, baxılmış cinayət işi üzrə material narkotik vasitəyə dair cinayət təqibi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Qaradağ Rayon Prokurorluğuna göndərilməli və Təqsirləndirilən şəxs maddi ziyanın ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 398.1.3-cü maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.3-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 iyul 2010-cu il tarixli, 1(002)-120/2010 saylı hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs barəsindəki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən xitam verilsin. Baxılmış cinayət işi üzrə material narkotik vasitəyə dair cinayət təqibi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Qaradağ Rayon Prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs maddi ziyanın ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Fərid Əyyubov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar