Məhkəmə qərarları › İş №1(103)-1763/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1763/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1763/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və X1 ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi – Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 384/2024 saylı, 12 iyun 2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (sədrlik edən hakim N.H.Mehdiyev) 12 iyul 2024-cü il tarixli, 1(007)-384/2024 nömrəli hökmü ilə 05 avqust 1977-ci il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, məhkumluğu olmayan, fərdi qaydada işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/M, “V” massivi, ev 19, mənzil 148-də qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Aslanov küçəsi ev 102-də yaşayan Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hökmlə, həmçinin, təqsirləndirilən şəxsin üzərinə vəzifələr qoyulmuş, qətimkan, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 28 aprel 2024-cü il tarixdə saat 18 radələrində ictimai yer olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanında yerləşən paltar satışı mağazasının qarşısında həmin mağazada satıcı işləyən Şahid ilə görüşə gələn keçmiş əri Zərərçəkmiş şəxs yaxınlaşıb heç bir səbəb olmadan özünün şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla Zərərçəkmiş şəxs zor tətbiq edib bir neçə dəfə yumruqla sifət və baş nahiyəsinə qəsdən vuraraq sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək xuliqanlıq etmişdir. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-384/2024 saylı, 12 iyun 2024-cü il tarixli hökmünün ləğv edilməsini və ona lbəraət verilməsini xahiş etmişdir. Hökmdən, zərərçəkmiş şəxs apellyasiya şikayəti, dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ibtidai istintaq zamanı və məhkəmədə ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilmişdir. O, 4 ilə yaxındır ki, Şahid ilə ailə qurmuşdur. Aralarında yalnız dini nikah olduğuna baxmayaraq, Elenora onun həyat yoldaşıdır və o, ona görə məsuliyyət daşıyır. Zərərçəkmiş şəxs ilə Şahid arasında nikahın məhkəmə qaydasında pozulmasına baxmayaraq, zərərçəkmiş daima Elenoraya zəng edir, işlədiyi mağazaya gəlir və pul tələb edir. Dəfələrlə Elenoranın keçmiş ərinə əsəbləşdiyinin o şəxsən özü şahidi olmuşdur. Zərərçəkmiş şəxs bir neçə dəfə Elenoranı təhqir edib, onu narahat edərək iş yerində səs-küy salıb. Onlar hər dəfə səbr edib onunla sərt davranmamışlar, çalışmışlar onu sakitləşdirsinlər. Lakin Zərərçəkmiş şəxs Elenoradan əl çəkmirdi və pul tələb edirdi. 28 aprel 2024-cü il tarixdə saat 17 radələrində Elenora ona zəng edərək, bildirdi ki, onun keçmiş əri Zərərçəkmiş şəxs yenə də onun işlədiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanında yerləşən mağazaya gələrək Elenoranı təhqir etmişdir. O, öz yaxın dostum Rəhimdən xahiş etmişdir ki, Elenoranın işlədiyi mağazaya getsin. Bundan başqa onlar Zərərçəkmiş şəxs qanunsuz hərəkətləri barədə polis işçisi kimi özünü təqdim edən Ayaza məlumat vermişlər. Rəhim və Ayaz ondan əvvəl mağazaya getmişlər və Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışmışlar. Lakin, Qurban öz hərəkətlərini davam edərək həyat yoldaşını təhqir etməyə davam etmişdir. O, həyat yoldaşının təhqir edilməsinə dözməyərək həmin ünvana gəlmiş və Qurbana yaxınlaşaraq nə səbəbə görə səs-kiiy saldığını soruşmuşdur. Qurban ona qarşı nəlayiq sözlər işlətmiş və onu söyüb-təhqir etməyə başlamışdır. Bu zaman o, əsəbləşərək Qurbanın baş və bədən nahiyəsinə bir neçə dəfə sillə vurmuşdur. Həmin vaxt kənarda olan tanımadığım şəxslər onları ayırmışlar. Aralarında baş vermiş mübahisə təxminən 2-3 dəqiqə ərzində davam etmişdir. Yanlarında bir-iki nəfər var idi, yəni ictimai qaydaların kobud şəkildə pozulması faktı öz əksini tapmamışdır. O, öz əməllərinə haqq qazandırmaq istəmir və səmimi peşmandır. Lakin hesab edir ki, əməllərində xuliqanlığın əlamətləri yoxdur. Məhkəmənin hökmündə göstərilən “heç bir səbəb olmadan şəxsiyyətini başqasının şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai qaydalarını kobud sürətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək" niyyəti olmamışdır. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs və müdafiəçisi verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, təqsirləndirilən şəxsə baraət verilməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı və zərərçəkmiş şəxs verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nizami rayon məhkəməsinin 1(007)-384/2024- 010 saylı, 12 iyun 2024-cü il tarixli hökmü Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır Apellyasiya şikayətində müdafiə tərəfi məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək tələblərini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 399.1.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Müdafiə tərəfi təqsirləndirilən şəxsə bəraət verilməli olmasını iddia etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini CM-in 221.1-cü maddəsi ilə tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr cinayət prosesi tərəflərinin iddialarının, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, müdafiə tərəflərinin apellyasiya müraciətində isə məhkəmələrin gəldikləri nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs cinayət əməlinin faktiki məzmunu, əməlin CM-in 221.1-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Apellyasiya baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, hadisə günü yoldaşı ona zəng edib Zərərçəkmiş şəxs onu təhqir etdiyini demişdir. Hadisə dükanın qarşısında olmuşdur. O da yoldaşına 102-yə zəng etməsini demişdir. Yoldaşı 102-yə deyil, sahə müvəkkili zəng etmişdir. Sahə müvəkkili hadisə yerinə gəlmiş, Zərərçəkmiş şəxs uzaqlaşmasını tapşırmışdır. 1 saat sonra o, dükana gəlmiş, Qurbanın dükanın qarşısında oturduğunu görmüş, neçə dəfə bu cür hərəkətləri təkrar etdiyi üçün əsəbi olmuş və zərərçəkəni vurmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, dükan ikinci mərtəbə yerləşir, Qurban isə həyətdə oturmuşdur. Yaxınlaşan kimi vurmamış, nə olduğunu soruşmuş, ondan sonra vurmuşdur. Yoldaşı ona telefonda Qurbanın onu təhqir etdiyini demiş, o da yoldaşını qorumaq üçün dükana gəlmişdir. O çox əsəbi olmuş, Qurbana yaxınlaşmış, ona kobud cavab vermiş, bundan sonra ona şillə vurmuşdur. Onun Qurbanı vurma səbəbi yoldaşını təhqir etməsi, həmçinin onu söyüb təhqir etməsi olmuşdur. Elenora Qurbandan boşanmışdır. Elenoranın onunla rəsmi nikahı yoxdur, kəbin kəsdirmişlər. Apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həftə içi uşaqları məktəbdə görmüş, uşaqları xəstə anasının yanına aparmaq istəmişdir. Oğlunu götürmüş, qızı Əsməni evdən almaq üçün keçmiş yoldaşı Elenoranın evinə getmişdir. Elenora evdə olmamış, babası çıxıb ona uşaqların dükanda olduğunu demişdir. O, dükana getmiş, dükanda əvvəllər ondan oğurlanmış əşyaları görmüş, əşyalara görə Elenora ilə mübahisə etmişdir. Sahə müvəkkili gəlmiş, bundan sonra həyətə düşmüşdür. O, oğurlanmış əşyalara görə “102” Xidmətinə zəng etmiş, polislərin gəlməsi gözləmək üçün həyətdə oturmuşdur. Natiq gələn kimi heç nə demədən onu söyüb vurmağa başlamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o gələn də keçmiş həyat yoldaşı dükanda olmuş, dükana uşaqları görməyə gəlmişdir. Dükanda heç kimi təhqir etməmişdir. Dükanda oğurlanmış əşyalarını görmüş, buna görə keçmiş yoldaşı ilə mübahisə etmişdir. Natiq mübahisənin bitməsindən bir neçə saat sonra gəlmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun dörd uşağının atasıdır. O, Qurbandan boşanmış, Natiqlə kəbini vardır. Onların Qurbanla ədavətləri yoxdur, Qurbanın isə onlarla ədavəti var. Qurban davamlı problemlər yaratmışdır. O, bunu yoldaşı Natiqə əsəbləşməsin deyə deməmişdir. Axırıncı dəfə Qurban günorta gəlmiş, uşaqları bəhanə edib səs-küy salmışdır. Ona ailəli ola-ola ərə getdiyini, paltarları oğurladığını demişdir. O, məcbur olub, sahə müvəkkili zəng etmiş, sahə müvəkkili onu dükandan uzaqlaşdırmışdır. Bundan sonra, Qurban 102-yə zəng edib, həyətdə gözləmişdir. Yoldaşı Natiqə zəng edib əsəbi olduğunu, onu gəlib evə aparmasını demişdir. Natiq gələndə Qurbanı həyətdə görüb, onunla mübahisə etmiş, dükana gələndə Qurbana bir iki sillə vurduğunu demişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Qurbanın dükanından əşya götürməmiş, hadisəni görməmiş, hadisədən qabaq Natiqə Qurbanının gəlməsini və səs-küy salmasını demişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 4 ilə yaxındır Şahid ilə qeyri-rəsmi yaşayır, aralarında yalnız dini nikah vardır. 28 aprel 2024-cü il tarixdə saat 17 radələrində Elenora zəng edərək keçmiş əri Zərərçəkmiş şəxs satıcı kimi işlədiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospketi 102 ünvanında yerləşən hicab mağazasına gələrək səs-küy saldığını demişdir. Buna görə yaşadığı evdən çıxaraq həmin yerə gəldikdə, Qurbanın mağazanın qarşısında olan oturacaqda oturduğunu görmüşdür. O, Qurbana yaxınlaşaraq nə səbəbə səs-küy saldığını soruşduqda, Qurban onu söyübtəhqir etməyə başlamışdır. Bu zaman o, əsəbləşərək bir dəfə Qurbanının baş nahiyəsinə sillə zərbəsi vurduqdan sonra onu yerə yıxaraq baş və bədən nahiyəsinə bir neçə dəfə sillə zərbələri vurmuşdur. Həmin vaxt kənarda olan tanımadığı şəxslər onları ayırmışlar. Aralarında baş vermiş mübahisə təxminən 3-5 dəqiqə ərzində davam etmişdir. Əməlindən səmimi peşmandır, dəfələrlə cəhd etməsinə baxmayaraq, zərərçəkmiş şəxslə barışıq əldə edə bilməmişdir. Birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 2010-cu ildə Şahid ilə ailə həyatı qurmuş, birgə nikahlarından dörd övladları olmuşdur. 2021-ci il tarixdə Elenora ilə aralarında ailə-məişət zəmnində baş verən mübahisələrindən sonra məhkəmənin qərarı ilə boşanmışlar. Boşandıqları gündən övladları məhkəmə qərarı ilə onunla birlikdə qalırlar. Təqsirləndirilən şəxs onun keçmiş arvadı Elenora ilə qeyri-rəsmi bir yerdə ər-arvad kimi yaşayır. Övladlarını bir neçə dəfə görmək üçün Elenora ilə danışıqları zamanı mübahisələri olduğundan Natiq Elenora ilə mübahisə etməməyi barədə ona xəbərdarlıq etmişdir. 28 aprel 2024-cü il tarixdə saat 18 radələrində Elenoranın işlədiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanında yerləşən hicab mağazasının qarşısına getmişdir. Övladlarını çağırıb mağazanın qarşısında olan oturacaqda əyləşmişdir. Bir qədər keçmiş Natiq ona yaxınlaşaraq heç bir söz demədən bir dəfə yumruq zərbəsi ilə baş nahiyəsinə vurduqdan sonra onu yerə yıxaraq bir neçə dəfə yumruq zərbələri ilə baş nahiyəsinə vurmuşdur. Həmin vaxt kənarda olan tanımadığı iki nəfər şəxs onları ayırmışlar. Hadisə hicab mağazasının qarşısında başlamış, təxminən 2-3 dəqiqə davam etmiş və orada da başa çatmışdır. Təqsirləndirilən şəxs cəhd etsə də, o, həmin şəxslə barışmamışdır, şikayətçidir. Qurbanın səs-küy saldığını demişdir. Hadisə çöldə olmuş, hadisə zamanı o dükanda olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 04 may 2024-cü il tarixli 356 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ alın-gicgah nahiyəsinin hematoması, sol dirsək oynağının sıyrıqları, sağ saidin qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024cü il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sğlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur (i.v. 29-30). Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Təqsirləndirilən şəxs təqsirli bilindiyi (əməlinə şamil olunmasını mübahisələndirdiyi) CM-in 221.1-ci maddəsinin dispozisiyasına görə, xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. İşin hallarından görünür ki, tərəflər bir-birini əvvəllər tanımış, zərərçəkmiş şəxsin keçmiş arvadı Elnora Şirinova hazırda təqsirləndirilən şəxslə qeyri-rəsmi birlikdə yaşamaqdadır. Hadisə günü zərərçəkmiş şəxs övladlarını görmək məqsədi ilə Elnora Şirinovanın işlədiyi düküna gəlmiş, orada zərərçəkmiş şəxslə Elnora Şirinova ilə arasında mübahahisə olmuş və kənar müdaxilə nəticəsində bitmişdir. Bundan sonra, zərərçəkmiş şəxs dükanı tərk etmiş, “102” xidmətinə etdiyi zənglə bağlı mağazasının qarşısında yerləşən küçədə oturacaqda əyləşməklə polis əməkdaşlarını gözləmişdir. Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs mübahisə bitdikdən təxminən bir saat sonra hadisə yerinə gəlmişdir. X6 Qurbanovu dükana dəvət etməsinin səbəbi isə zərərçəkmiş şəxslə mübahisəsinin davam etməsi deyil, əsəbi olduğunundan onu gəlib evə aparması ilə bağlı olmuşdur. İşdə olan videogörüntülərdən görünür ki, Qurban Xalaşov küçədə oturacaqda əyləşmiş vəziyyətdə olmuş, Təqsirləndirilən şəxs Qurban Xalaşova yaxınlaşaraq zərbələr endirməyə başlamış, kənar şəxslərin müdaxiləsi ilə oradan uzaqlaşdırılmışdır. Təqsirləndirilən şəxs ifadələrində Qurban Xalaşovun onu söyüb təhqir etdiyini, bu səbəbdən onu vurmasını iddia etsə də, işdə olan sübutlarla bu hal təkzib olunur. Əvvala, zərərçəkmiş şəxs bunu inkar etmişdir. Digər tərəfdən, videogörüntüdən X9 Qurbanova nəsə deməsi, onlar arasında sözlü mübahisənin olması görünmür. Həmçinin, Təqsirləndirilən şəxs gəldiyi surətlə Qurban Xalaşovun üzərinə getməklə onu vurmağa başlamış, bu zaman kəsiyində X9 Qurbanovu söyüb təhqir etməsi inandırıcı görünməmişdir. Məhkəmə kollegiyası Elnora Şirinova ilə Qurban Xalaşov arasında mübahisənin bitməsini və davam etməməsini, Təqsirləndirilən şəxs bir saat sonra hadisə yerinə gəlməsini, hadisə yerində X9 Qurbanovu söyüb təhqir etməməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Qurban Xalaşova gücünü nümayiş etdirməklə xəsarət yetirməsi cəmiyyətə açıqca hörmətsizlik kimi davranış aktı olmaqla, təqsirkar tərəfindən ümumqəbuledilmiş (cəmiyyətin təqdir etdiyi) davranış modelinin və belə davranış nümayiş etdirən şəxsin aşağılanması, özünün şəxsi mənafeyini isə hər şeydən (konkret zərərçəkmiş şəxsin və bütövlükdə cəmiyyətin mənafelərindən) öndə tutması, eqoizminin aşkaranə surətdə nümayişi kimi çıxış edir. Təqsirləndirilən şəxsi cinayət törətməyə sövq edən amillə birlikdə götürülməklə onun saat 18:00-da ictimai yerdə, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanında yerləşən paltar satışı mağazasının qarşısında zərərçəkəni döyüb onun sağlamlığına zərər vurmaqla, nalayiq ifadələr işlətməklə həm zərərçəkmiş şəxsin, həm də ətrafda olan şəxslərin dincliyini pozması, bununla da hadisə vaxtı ictimai qaydanın pozulmasının baş verməsi və cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunması barədə məhkəmənin çıxardığı nəticələrin əsaslı olduğu göstərir. Məhz təqsirləndirilənin hərəkətləri nəticəsində ətrafa xeyli sayda insanların toplaşması həm tərəflərin ifadələri, həm də videogörüntü ilə müəyyən edilir. Beləliklə, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər etməklə xuliqanlıq etməsinin müəyyən edilmiş sayılmasına dair qənaəti apellyasiya şikayətində göstərilənlərin əksinə olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən zərərçəkmiş şəxsin ifadələrinə, müvafiq təhqiqat hərəkətlərinin protokollarına, məhkəmə-tibbi ekspertizasının rəyinə, digər sübutlara əsaslanır. Odur ki, məhkəmə kollegiyası işin faktik hallarının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normasının tətbiqi (mübahisələndirilən əməlin hüquqi tövsifi), Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi üzrə birinci məhkəməsinin çıxardığı nəticələri şübhə altına almaq üçün heç bir əsas görmür. Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunan cinayət – hüquqi normaların işığında apellyasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Təqsirləndirilən şəxsin törətdiyi həmin əməllərə görə cinayət qanununun 221.1-ci maddəsinin müəyyən etdiyi məhrumiyyət min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və CM-in 15.2-cü maddəsində böyük ictimai təhlükə törətməyən cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi, ağırlaşdıran halların olmamasını nəzərə alaraq sonuncuya təqsirli bilindiyi CM-in 221.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. X3 notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxsla barışmış, şikayət və tələbi yoxdur. Qurban Xalaşov həmin ərizəni aldadılma nəticəsində verdiyini iddia etsə də, müdafiə tərəfi bunu təkzib etmişdir. Məhkəmə kolegiyası hesab edir ki, qeyd olunan halın diqqətdən kənar saxlanılması da, ədalət və hümanizm prinsipləri baxımından düzgün olmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə kollegiyası, işin hallarını, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almaqla ona daha yüngül cəza – cərimə cəzasının təyin edilməsi məsələsini müzakirə etmiş, həmin cəzadan daha ağır cəzanın təyin edilməsi üçün əsaslar müəyyən etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən və yuxarıda sadalanan cəzanı yüngülləşdirən halla yanaşı, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması, şikayət və tələbinin olmaması barədə ərizə verməsini, o cümlədən, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb, cəzanın onun islah olunmasına və ailəsinin həyata şəraitinə təsirindən (fərdi qaydada mebel ustası işləməklə günün müxtəlif vaxtlarında işdə olmasını) çıxış edərək onun cərimə cəzası ilə islah olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə məhkum olunmasına dair 1(007)-384/2024 saylı, 12 iyun 2024-cü il tarixli hökmü ona edilmiş şəxsə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməklə təyin edilmiş cəza yüngülləşdirilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.4 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 221.1-cü maddəsi ilə məhkum olunmasına dair 1(007)-384/2024 saylı, 12 iyun 2024-cü il tarixli hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təyin olunmuş 01 (bir) il müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzası yüngülləşdirilərək ona 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) saat üçün cəmi 150 (yüz əlli) manat dövlət büdcəsindən tutularaq Bakı şəhər 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar