Məhkəmə qərarları › İş №1(103)-1768/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1768/2021

30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1768/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X11, Müdafiəçilər – X2, X12, X14, X7, X10, Müdafiəçi1, Müdafiəçi10, X3, X6, X8, X4, Müdafiəçi4, Müdafiəçi13, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Muşeqoviçin, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13 iştirakları ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Muşeqoviçin, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3 və 318.2-ci maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmündən iş üzrə məhkumların müdafiəçiləri Müdafiəçi13, Müdafiəçi9, Müdafiəçi1, Müdafiəçi10, Telman Abdiyev, Müdafiəçi3, Müdafiəçi12, Müdafiəçi4, Müdafiəçi2, Müdafiəçi5, Müdafiəçi6, Müdafiəçi7 və Müdafiəçi8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmü ilə (X26 Herov oğlunun sədrliyi ilə, hakimlər X9 və X5 ibarət tərkibdə) xx xxx 1992-ci il tarixdə Ermənistan Respublikası, Gümrü şəhərində doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Ermənistan Respublikası, Gümrü şəhəri, Keti kəndində qeydiyyatda olan, 17 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 xx xxxx 1990-cı il tarixdə Ermənistan Respublikası, Gümrü şəhəri, Axuryan kəndində doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, Ermənistan Respublikası, Gümrü şəhəri, Axuryan kəndi, Şirazi küçəsi, ev 10 ünvanında qeydiyyatda olan, 18 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 xx xxxxx 1996-cı il tarixdə Ermənistan Respublikası, Şiraki vilayəti, Artik rayonu, Panik kəndində doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, ali təhsilli, qaz idarəsində işləyən, Ermənistan Respublikası, Şiraki vilayəti, Artik rayonu, Panik kəndi, 28-ci küçə, ev 2-də qeydiyyatda olan, 18 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 xx xxxx 1991-ci il tarixdə Ermənistan Respublikası, Aşot rayonu, Vartaxtu kəndində doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, kuryer işləyən, Ermənistan Respublikası, Aşot rayonu, Vartaxtu kəndində qeydiyyatda olan, 18 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs4 xx xxx 1996-cı il tarixdə Ermənistan Respublikası, Şiraki vilayəti, Artik şəhərində doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ermənistan Respublikası, Şiraki vilayəti, Artik şəhəri, Şaumyan küçəsi, 4 ünvanında qeydiyyatda olan, 18 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs5 Muşeqoviç 07 fevral 1998-ci il tarixdə Ermənistan Respublikası, Gümrü şəhərində doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ermənistan Respublikası, Gümrü şəhəri, Qandelyan küçəsi, ev 159/158 ünvanında qeydiyyatda olan, 18 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs6 xx xxxxxx 1992-ci il tarixdə Ermənistan Respublikası, Şiraki vilayəti, Qokhovid kəndində doğulmuş, Ermənistan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Ermənistan Respublikası, Gümrü şəhəri, Qokhovid kəndi, 5-ci küçə, ev 18 ünvanında qeydiyyatda olan, 18 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs7 xx xxxx 1996-cı il tarixdə Ermənistan Respublikası, Gümrü şəhəri, Azatan kəndində doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ermənistan Respublikası, Gümrü şəhəri, Azatan kəndi, 22-ci küçə, ev 8 ünvanında qeydiyyatda olan, 18 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs8 xx xxxx 1998-ci il tarixdə Ermənistan Respublikası, Gümrü şəhərində doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, orta təhsilli, Gümrü şəhərində İqit zavodunda pendir bişirən işləyən, Ermənistan Respublikası, Gümrü şəhəri, Kazak postu küçəsi, ev 128/181 ünvanında qeydiyyatda olan, 18 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs9 01 avqust 1996-cı il tarixdə Ermənistan Respublikası, Gümrü şəhəri, Ayqabac kəndində doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ermənistan Respublikası, Gümrü şəhəri, Ayqabac kəndi, 8-ci küçə, ev 27 ünvanında qeydiyyatda olan, 19 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs10 xx xxx 1984-cü il tarixdə Ermənistan Respublikası, Şiraki vilayəti, Aşot rayonu, Zuikağbur kəndində doğulmuş, Ermənistan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ermənistan Respublikası, Şiraki vilayəti, Aşot rayonu, Zuikağbur kəndi, 6-cı küçə, ev 37 ünvanında qeydiyyatda olan, 19 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs11 xx xxxxxx 1996-cı il tarixdə Ermənistan Respublikası, Şiraki vilayəti, Artik şəhərində doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ermənistan Respublikası, Şiraki vilayəti, Artik şəhəri, Lembad küçəsi, ev 27, mənzil 1 ünvanında qeydiyyatda olan, 19 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs12 və xx xxxx 1998-ci il tarixdə Ermənistan Respublikası, Gümrü şəhərində doğulmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ermənistan Respublikası, Gümrü şəhəri, Paruir Sevak küçəsi, ev 7, mənzil 21 ünvanında qeydiyyatda olan, 19 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs13 – hər biri ayrı-ayrılıqda: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3 və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.3cü maddəsi ilə 5 (beş) il müddətə, Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Muşeqoviçə, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Yuxarıda qeyd edilən təqsirləndirilən şəxslərin təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 13 dekabr 2020-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən, onların əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmaları və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri ilə onlara qarşı irəli sürülmüş ittihamın ümumi ittihamdan xaric edilməsi qət edilmişdir. Hökmə əsasən Ermənistan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Muşeqoviç, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs13 qeyriləri ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında mütəşəkkil dəstə halında Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmiş, həmçinin qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğuları əldə edib, saxlayıb, daşıyıb, gəzdirmişlər. Belə ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Muşeqoviç, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs13 qeyriləri ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında mütəşəkkil dəstə halında 27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında mütəşəkkil dəstə halında 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində odlu silah hesab olunan AKM tipli avtomat silahlarla, həmin silahlardan atəş açmaq üçün istifadə olunan döyüş sursatı hesab edilən patronlarla, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz olunub, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edib, saxlayıb, daşıyıb, gəzdirmişlər. Hökmdən narazı qalan məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 Muşeqoviçin, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11 müdafiəçiləri Müdafiəçi13, Müdafiəçi9, Müdafiəçi1, Müdafiəçi10, Telman Abdiyev, Müdafiəçi3, Müdafiəçi12, Müdafiəçi4, Müdafiəçi2, Müdafiəçi5, Müdafiəçi6, Müdafiəçi7 və Müdafiəçi8 ayrı-ayrılıqda eyni məzmunlu apellyasiya şikayətləri verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli il tarixli hökmünün ləğv olunmasını, AR CM-nin 228.3 və 318.2-ci maddələri ilə məhkumlar barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 Muşeqoviçin, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11 müdafiəçiləri Müdafiəçi13, Müdafiəçi9, Müdafiəçi1, Müdafiəçi10, Telman Abdiyev, Müdafiəçi3, Müdafiəçi12, Müdafiəçi4, Müdafiəçi2, Müdafiəçi5, Müdafiəçi6, Müdafiəçi7 və Müdafiəçi8 apellyasiya şikayətlərini onunla əsaslandılmışlar ki, məhkəmə kollegiya hökmdə göstərir ki, “Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 Muşeqoviçə, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11 qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri, həmçinin “mütəşəkkil dəstə” ifadəsi təqsirləndirilən şəxslərin hamısına verilmiş ittihamlardan xaric edilməlidir” Belə olan halda, Cinayət Məcəlləsinin 228.3-cü maddəsində və 318.2-ci maddəsində nəzərdə tutulmuş əsas əlamətlərindən biri “mütəşəkkil dəstə” ifadəsi ittihamlardan xaric edildiyindən, həmin maddə ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 Muşeqoviçin, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11 təqsirli bilinib onlara cəza təyin edilməsi qanunsuzdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.2-ci maddəsi ümumi ittihamdan xaric edildiyi halda məhkumlar 228.3-cü maddə ilə təqsirli bilinərək ona cəza təyin edilmişdir. 279.2-ci maddə üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 Muşeqoviçin, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11 təqsirləri sübut edilməmiş və həmin maddə ümumi ittihamdan çıxarılmışdırsa həmin Məcəllənin 228.3-cü maddəsi də ittihamdan xaric edilməli idi. Belə ki. həmin Məcəllənin 279.2-ci maddəsinin ittihamdan xaric edilməsi özü-özlüyündə məhkumlara verilmiş silahların qanuni yolla ona verilməsinin sübutudur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 Muşeqoviçin, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11 odlu silahın (digər döyüş sursatları) əldə etməsi və daşıması qanunsuz olaraq deyil, onlar məhz Ermənistan Respublikasının rəsmi dövlət orqanlarının, həmin ölkənin hərbi-siyasi rəhbərliyi tərəfindən hərbi xidmətə getməsi adı ilə silahlandırılmış və onların təzyiqi və təsiri nəticəsində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini keçmişlər. Məhkəmə kollegiyasının özünün gəldiyi nəticəyə görə də, Ermənistan siyasihərbi rəhbərliyi öz vətəndaşlarını cinayət məsuliyyətinə cəlb etməklə hədələyib məcburi şəkildə “hərbi xidmətə” göndərilmişlər. Lakin, məhkəmənin əsaslandırıcı hissə ilə gəldiyi nəticə tamamilə ziddiyyətlidir. Hökmdən narazı qalan Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs4 müdafiəçiləri Müdafiəçi13, Telman Abdiyev, Müdafiəçi4, Müdafiəçi7 və Müdafiəçi8 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmünün ləğv edilməsini, CM-nin 39.2-ci maddəsinə əsasən təqsirliyi sübuta yetirilmədiyi üçün cinayət işinə xitam verilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs8 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətini onunla əsaslandırmış ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.2-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamın ümumi ittihamdan xaric edilməsi onu təsdiq edir ki, Təqsirləndirilən şəxs8 hər hansı qanunsuz hərbi birləşmə tərkibində olmamışdır. Bu əsasla o, qanuni hərbi birləşmə tərkibində olmuş sayılır, yəni hərbi qulluqçudur və onun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi yoxdur. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış 10.11.2020-ci il tarixli Bəyanatın 6-cı bəndinə əsasən Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edilməsi üçün Laçın dəhlizi yaradılmış və Rusiya sülhməramlı kontingentin nəzarətinə verilmişdir. Həmin dəhliz 10.11.2020-ci ildən bu günə kimi açıqdır və onun vasitəsilə Ermənistanla Dağlıq Qarabağın erməni əhalisinin yaşadığı hissəsi arasında maneəsiz gediş-gəliş təmin edilir. Bu əsasla da Təqsirləndirilən şəxs8 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi yoxdur. Eyni zamanda qeyd olunmalıdır ki, “Hərbi əsirlər ilə rəftara dair” 12.08.1949-cu il tarixli Cenevrə konvensiyasının 4-cü maddəsinin mənasına görə Təqsirləndirilən şəxs8 hərbi əsir sayılmalıdır. Təqsirləndirilən şəxs9 müdafiəçisi Müdafiəçi13 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs9 elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 27 noyabr 2020-ci il tarixdə Gümrü hərbi komisarlığına getmiş, hərbi forma və avtomat silahla təmin edilərək Laçın rayonuna göndərilmişdir. Çünki, o, eləcə də digər təqsirləndirilən şəxslər hərbi çağırış zamanı çağırışa getməyəcəkləri halda, öz ölkələrində həbs olunacaqları ilə hədələnmişlər. Onlar silahı yerə qoymaq barədə Azərbaycan əsgərlərinin təklifinə əməl etmiş və müqavimətin mənasız olduğunu anlayaraq silahı yerə qoyaraq təslim olmuşlar. Təqsirləndirilən şəxs9 ifadəsinin təkzib edən cinayət işində və məhkəmə prosesi zamanı hər hansı sübut aşkar edilməmişdir. X13 müdafiəçisi X27 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X24 elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 27 noyabr 2020-ci il tarixdə Sümrü hərbi komisarlığır getmiş, hərbi forma və avtomat silahla təmin edilərək Laçın rayonur göndərilmişdir. Çünki, o, eləcə də digər təqsirləndirilən şəxslər hər çağırış zamanı çağırışa getməyəcəkləri halda, öz ölkələrində hət olunacaqları ilə hədələnmişlər. Onlar silahı yerə qoymaq barəc Azərbaycan əsgərlərinin təklifinə əməl etmiş və müqavimətin mənasız olduğunu anlayaraq silahı yerə qoyaraq təslim olmuşlar. Təqsirləndirilən şəxs X13 ifadəsinin təkzib edən cinayət işində və məhkəmə prosesi zamanı hər hansı sübut aşkar edilməmişdir. Təqsirləndirilən şəxs X13 228.3 və 318.2-ci maddələrinə əsasən təqsirliyi sübuta yetirilmir. Hökmdən narazı qalan məhkumlar Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13 müdafiəçiləri Müdafiəçi7 və Müdafiəçi8 ayrı-ayrılıqda eyni məzmunlu apellyasiya şikayətləri verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmünün ləğv edilməsini, məhkumlar Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13 cəzadan azad edilib, Azərbaycan Respublikası ərazisindən deport edilmələri ilə bağlı müvafiq qərar verilməsini xahiş etmişlər. Apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, məhkumlar Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13 həmin hökmü əsassız və ədalətsiz hesab edirlər. Belə ki, məhkumlar məhkəməyə verdikləri ifadədə göstərmişlər ki, onlar, Azərbaycan Respublikasının ərazisində tutulduğu an rəsmi hərbçi statusunda olmuş və komandirlərinin əmrini yerinə yetirmişlər. Azərbaycan Respublikasının Dövlət sərhədini qanunsuz keçdiyini bilməmişlər. Çünki, həmin vaxt ərazidə olan Rus Sülhməramlılarında bu barədə onlara nə bir xəbərdarlıq etmiş, nə də mane olmamışlardır. Bu səbəbdən məhkumlar hesab edirlər ki, onların əməllərində Azərbaycan Respublikasının qorunan sərhədini pozmağa qəsd olmamışdır Hökmdən cinayət-prossesual qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib, ittiham tərəfinin çıxışını dinləyərək, hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, birinci instanisya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24.1-ci maddəsinə əsasən əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməllərinin onlar tərəfindən törədilməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspert rəyi və işin digər obyektiv halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3-cü maddəsinə əsasən cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları, təqsirləndirilən şəxslərin cinayətlərin törədilməsində iştirakını məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Muşeqoviçin, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13 Azərbaycan Respublikası CMin 228.3 və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri haqqında işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş və onların əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə düzgün tövsif etmiş, onların təqsiri onların özlərini təqsirli bilməməsinə baxmayaraq, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin materialları ilə tam təsdiq olunmuş, onların əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, cinayət işi üzrə icraata xitam verilməsi, o cümlədən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində nəzərdə tutulmuş bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, İş materiallarına əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının 15 aprel 2021-ci il tarixli 3/307; 3/308 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “1” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « BK 9861» №-li, 1964-cü ildə istehsal edilmiş AKM markalı, “2” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « QE 478» №-li, 1970-ci ildə istehsal edilmiş AKM markalı, “3” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « 138400» №-li, 1974-cü ildə istehsal edilmiş AKM markalı, ”4” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli «İB 9115» №-li, 1968-ci ildə istehsal edilmiş AKM markalı, ”5” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « HB 6474» №-li, 1967-ci ildə istehsal edilmiş AKM markalı, ”6” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « EE 9182» №-li, 1967-ci ildə istehsal edilmiş AKM markalı, ”7” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli «VT 5798» №-li, 1960-cı ildə istehsal edilmiş AKM markalı, ”8” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli «LB 3610» №-li, 1961-ci ildə istehsal edilmiş AKM markalı, ”9” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « HP 1893» №-li, 1970-ci ildə istehsal edilmiş AKM markalı, ”10” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « İT 4590» №-li, 1967-ci ildə istehsal edilmiş AKM markalı, ”11” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli «PH 8807» №-li, 1964-ci ildə istehsal edilmiş AKM markalı, ”12” rəqəmi ilə işarələnmiş silah ^.62 mm kalibrli «808270» №-li, 1974-cü ildə istehsal edilmiş AKM markalı, ”13” rəqəmlənmiş silah 7,62 mm kalibrli «LU 6287» №-li, 1967-ci ildə istehsal ediHiş/AKM markalı; ”14” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « ŞB 1808» №-li, 1961-ci ildə istehsal edilmiş AKM markalı, ”15” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli «EP 0276» №-li, 1964-cü ildə istehsal edilmiş AKM markalı, ”16” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « XQ 1861» №-li, 1960-ci ildə istehsal edilmiş AKM markalı, ”17” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli «EP 6913» №-li, 1969-cı ildə istehsal edilmiş AKM markalı, ”18” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « KU 735» №-li, 1966-cı ildə istehsal edilmiş AKM markalı, ”19” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli «HP 5620» №-li, 1966-cı ildəistehsal edilmiş AKM markalı, ”20” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « AƏ 8238» №-li, 1968-ci ildə istehsal edilmiş AKM markalı, ”21” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « OL 9894» №-li, 1968-ci ildə istehsal edilmiş AKM markalı, ”22” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « OL 9940» №-li, 1968-ci ildə istehsal edilmiş AKM markalı, ”23” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli «PC 1709» №-li, 1962-ci ildə istehsal edilmiş AKM markalı, ”24” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « EP 2590» №-li, 1969-cı ildə istehsal edilmiş AKM markalı, ”25” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « Lİ 7190» №-li, 1967-ci ildə istehsal edilmiş AKM markalı, ”26” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « KT 353» №-li, 1970-ci ildə istehsal edilmiş AKM markalı, ”27” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « QM 2148» №-li, 1964-ci ildə istehsal edilmiş AKM markalı, ”28” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « HC 1630» №-li, 1961-ci ildə istehsal edilmiş AKM markalı, ”29” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « AE 8030» №-li, 1961-ci ildə istehsal edilmiş AKM markalı, ”30” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « KŞ 9419» №-li, 1964-cü ildə istehsal edilmiş AKM markalı, ”31” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli «BE 648» №-li, 1968-ci ildə istehsal edilmiş AKM markalı, ”32” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli «QƏ 6467» №-li, 1964-cü ildə istehsal edilmiş AKM markalı, ”33” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « HP 4836» №-li, 1961-ci ildə istehsal edilmiş AKM markalı, ”34” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « OT 7193» №-li, 1965-ci ildə istehsal edilmiş AKM markalı, ”35” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli «AH 4456» №-li, 1960-cı ildə istehsal edilmiş AKM markalı, ”36” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « AP 3792» №-li, 1970-ci ildə istehsal edilmiş AKM markalı, ”37” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « ƏO 9591» №-li, 1970-ci ildə istehsal edilmiş AKM markalı, ”38” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « TB 7920» №-li, 1972-ci ildə istehsal edilmiş AKM markalı, ”39” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli «00747» №-li, 1968-ci ildə istehsal edilmiş AKM markalı, ”40” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « NO 388» №-li, 1969-cu ildə istehsal edilmiş AKM markalı, ”41” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « OL 8992» №-li, 1968-ci ildə istehsal edilmiş AKM markalı, ”42” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « PX 8419» №-li, 1961-ci ildə istehsal edilmiş AKM markalı, ”43” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli «AC 285» №-li, 1967-ci ildə istehsal edilmiş AKM markalı, ”44” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « LN 045» №-li, 1971-ci ildə istehsal edilmiş AKM markalı, ”45” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « UB 509» №-li, 1972-ci ildə istehsal edilmiş AKM markalı, ”46” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli« ZŞ 4821» Ne-li, 1960-ci ildə istehsal edilmiş AKM markalı, ”47” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli «İİ 2994» №-li, 1972-ci ildə istehsal edilmiş AKM markalı, ”48” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « UƏ 3731» №-li, 1964-cü ildə istehsal edilmiş AKM markalı, ”49” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « HP 1279» №-li, 1970-ci ildə istehsal edilmiş AKM markalı, ”50” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « HA 3331» №-li, 1970-ci ildə istehsal edilmiş AKM markalı, ”51” rəqəmi ilə işarələnmiş silah 7,62 mm kalibrli « ML6678» №-li, 1965-ci ildə istehsal edilmiş AKM markalı avtomatik-yivli-odlu döyüş silahlarıdır. Silahlardan “35” rəqəmi ilə işarələnmiş “AH 4456” nömrəli, “39” rəqəmi ilə işarələnmiş “00747” nömrəli və “46” rəqəmi ilə işarələnmiş “ZŞ 4821” nömrəli silahların funksional əhəmiyyət daşıyan hissəsi olan çaxmaqları yerində olmadığından, həmin silahlardan atəş açmaq mümkün olmadı. Bu səbəbdən həmin 3 (üç) ədəd silah hal-hazırda təyinatı üzrə istifadəyə yararsızdırlar. Digər silahların hissə və mexanizmləri qarşılıqlı əlaqəyə girir, istifadəyə (atəşə) yararlıdırlar. - Tədqiqata təqdim edilmiş D-49153 cinayət işi üzrə tədqiqat obyekti olmuş gilizlərdən 1 (bir) ədədi 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə istehsal edilmiş, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidir - gilizidir. Həmin gilizin tədqiqata təqdim edilmiş “35” rəqəmi ilə işarələnmiş “AH 4456” nömrəli, “39” rəqəmi ilə işarələnmiş “00747” nömrəli və “46” rəqəmi ilə işarələnmiş “ZŞ 4821” nömrəli silahların funksional əhəmiyyət daşıyan hissəsi olan çaxmaqları yerində olmadığından, onlarla eyniləşmə tədqiqatı aparılmadı. Təqdim edilmiş giliz üzərində olan izlərlə, təqdim edilmiş 48 (qırx səkkiz) ədəd 7,62 mm kalibrli, «AKM» markalı silahlardan eksperimental atılmış gilizlərin üzərindəki izlər öz yerləşmə sahələrinə, formalarına, ölçülərinə və mikrorelyef quruluşlarının xüsusiyyətlərinə görə bir-birilərinə uyğun gəlmirlər. D-49150 və D-49159 cinayət işi üzrə tədqiqat obyekti olan gilizlər təqdim edilmiş silahlara kalibrinə görə uyğun gəlmədiyindən tədqiqat aparılmadı. - Tədqiqata təqdim edilmiş 51 (əlli bir) ədəd 7,62 mm kalibrli, “AKM” markalı, avtomat silahların lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahlardan atəş (atəşlər) açılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti ilə razılaşaraq qeyd edir ki, iş üzrə təqsirləndirilən şəxslər saxlanıldıqdan müəyyən müddət sonra ibtidai istintaq orqanı onlara ittiham elan edilməsi ilə bağlı haqlı olaraq belə qənaətə gəlmişdir ki, 10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Respublikası baş nazirinin birgə imzaladıqları bəyanata əsasən, həmin bəyanatın birinci bəndindən göründüyü kimi, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunmuşdur. Beləliklə, Ermənistan Respublikasının kapitulyasiya aktını imzalalaması ilə müharibə qurtarsa da, bəzi erməni terrorçu-diversant dəstələri Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsindəki və digər meşəlik ərazilərdə qalaraq döyüş mövqeləri tutmuşlar. Bununla əlaqədar, Azərbaycan Respublikası sözügedən erməni silahlı dəstələrinin ərazidən çıxarılması üçün şərait yaratmış, həmçinin Rusiya sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ağır hava şəraitində həmin əraziyə gələrək səsgücləndirici vasitələrlə meşəlik ərazidə olan erməni silahlı dəstələrinə müraciət etmiş və onların ərazidən təxliyəsi üçün zəruri tədbirlərin görülməsinə baxmayaraq, meşə zolağında gizlənmiş erməni silahlı dəstələri ərazini tərk etməmiş, əksinə döyüş mövqeləri yaratmış və qeyd olunan ərazidə Azərbaycan Respublikası tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat və diversiya əməllərini törətmişlər. Göstərilənləri nəzərə alaraq, 2020-ci ilin dekabr ayının 13-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ərazidə antiterror əməliyyatı keçirilmiş, həmin ərazidə gizlənmiş 62 nəfər erməni terrorçusu ələ keçirilmişdir. Bundan başqa həmin ərazilərdə davam etdirilən antiterror əməliyyatları zamanı 2020-ci ilin dekabr ayının 14-də erməni terrorçu dəstəsinin daha 2 nəfər üzvü - X25 və X19 saxlanılmışdır. Saxlanılan zaman təqsirləndirilən şəxslərin Azərbaycan-Ermənistan arasında 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək olan 44 günlük müharibə zamanı həmin müharibədə iştirak etmiş Ermənistan Respublikasının hərbçiləri-əsgərləri olması qənaətinə gəlinmiş, lakin hazırkı cinayət işinin ibtidai istintaqı zamanı saxlanılan şəxslərin yuxarıda qeyd olunan Azərbaycan-Ermənistan arasında baş vermiş müharibə zamanı dağlıq-meşəlik ərazilərdə qalmış hərbçilər yox, onların özlərinin də ifadələrində göstərdiyi kimi, həmçinin istintaq zamanı toplanmış digər mötəbər və təkzibedilməz sübutlara əsasən, saxlanılan şəxslərin hamısı müharibə bitdikdən sonra, yəni 10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Respublikası baş nazirinin birgə imzaladıqları bəyanata əsasən Ermənistan Respublikası kapitulyasiya aktını imzalalaması ilə müharibənin qurtarmasına baxmayaraq, 26-27 noyabr 2020-ci il tarixdə odlu silahlarla təchiz edilməklə qanunsuz olaraq Ermənistandan Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınan ərazilərinə keçməklə məlum cinayət hadisələrini törətmişlər. Bununla da, aparılmış ibtidai istintaqla qeyd olunan Ermənistan Respublikası vətəndaşlarının əməlləri tam sübuta yetirilir. Belə ki, Ermənistan Respublikasının rəsmi dövlət orqanlarının, həmin ölkənin hərbisiyasi rəhbərliyinin təşkilatçılığı ilə bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının ərazisində terrorçuluq törədilməsi məqsədilə silahlandırılmış Ermənistan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarının keçirdikləri antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş və barələrində cinayət təqibi aparılmışdır. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrdən də görünür ki, onlar Ermənistan Respublikasının rəsmi dövlət orqanlarının, həmin ölkənin hərbi-siyasi rəhbərliyinin təzyiqi və təsiri nəticəsində bu cinayətə cəlb olunmuşlar. Belə ki, təqsirləndirilən şəxslər hərbi çağırış zamanı dövlət orqanları tərəfindən çağırışa gəlmədikləri həbs ediləcəkləri ilə hədələnmişlər. Həmçinin təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilərkən müəyyən olunmuşdur ki, həmin şəxslər ya işsizdirlər, ya da iş tapmaq üçün müxtəlif vaxtlarda qonşu ölkələrin ərazilərində yaşamaq məcburiyyətində qalmışlar. Ermənistan Respublikasının rəsmi dairələri uzun illər ölkədə yaranmış və dərinləşmiş sosial problemləri ört-basdır etmək üçün vətəndaşları cinayət əməlləri törətməyə sövqetmə yolunu seçmişlər. Belə olan halda, cinayət məsuliyyətinin böyük bir hissəsi Ermənistan Respublikasının rəsmi şəxsləri və hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Qeyd edilən faktlar onu göstərir ki, həmin şəxslər döyüşmək istəməyiblər. Ermənistan siyasi-hərbi rəhbərliyi öz vətəndaşlarını cinayət məsuliyyətinə cəlb etməklə hədələyib məcburi şəkildə “hərbi xidmətə” göndərmişdir. Hökmdə məhkumlar tərəfindən onlara təyin edilmiş cəza məsələsi mübahisələndirilməsə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 nömrəli qərarında qeyd olunmuş tələbləri nəzərə alaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Muşeqoviçə, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13 ədalətli cəza təyin etmişdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 nömrəli qərarının 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Hökmdən göründüyü kimi birinci instasiya məhkəməsi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs9 himayəsində azyaşlı uşaqlarının olmasını məhkumların cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumların müdafiəçilərinin apellyasiya şikayətlərinin dəlilləri kimi göstərdikləri hallar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Muşeqoviçin, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13 barələrində çıxarılmış hökmün ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Muşeqoviçin, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3 və 318.2-ci maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq hesab edir ki, hökm qanuni və əsaslıdır, hökm qəbul edilərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının tələbləri pozulmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Muşeqoviçin, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13 müdafiəçiləri Müdafiəçi13, Müdafiəçi9, Müdafiəçi1, Müdafiəçi10, Telman Abdiyev, Müdafiəçi3, Müdafiəçi12, Müdafiəçi4, Müdafiəçi2, Müdafiəçi5, Müdafiəçi6, Müdafiəçi7 və Müdafiəçi8 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 Muşeqoviçin, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3 və 318.2-ci maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmü məhkumların müdafiəçiləri Müdafiəçi13, Müdafiəçi9, Müdafiəçi1, Müdafiəçi10, Telman Abdiyev, Müdafiəçi3, Müdafiəçi12, Müdafiəçi4, Müdafiəçi2, Müdafiəçi5, Müdafiəçi6, Müdafiəçi7 və Müdafiəçi8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Yekun qərar qəbul edildiyi andan qüvvəyə minir. Yekun qərardan Azərbaycan Respublikası CPM-in 408-410-cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar