Məhkəmə qərarları › İş №1(103)-1777/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1777/2022

26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1777/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Əhmədovun sədrliyi və məruzəsilə, Habil Çingiz oğlu Məmmədov və İlqar Mustafa oğlu Murquzovdan ibarət tərkibdə, Altay Eldəniz oğlu Səfərəliyevin katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şöbəsinin prokuroru X4, Məhkum Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 1954-cü il tarixdə Şəmkir rayonunun Abbaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, təqaüdçü, müharibə veteranı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə məhkum olunmasına dair 21 iyul 2022-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.11-ci maddəsi ilə təqsirli bilinsin və ona 1(bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməsi və onun 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi,iş üzrə 328 (üç yüz iyirmi səkkiz) manat ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməsi,iş üzrə “X16 H5E” minik markalı, **-CO-*** və “İveco Daily” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılmasının nəzərə alınması,iş üzrə zərərçəkmiş şəxslərin və mülki iddiaçıların iddialarının baxılmamış saxlanılması,zərərçəkmiş şəxslərə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onlara vurulmuş maddi və mənəvi ziyanların ödənilməsi ilə bağlı mülki qanunvericiliyin tələblərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq hüququna malik olmalarının izah edilməsi,Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 18 iyun 2021-ci il tarixdə saat 15 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməmiş və idarə etdiyi “X17 H5E” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-QazaxGürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən keçən 62-ci kilometrliyində Qazax şəhəri istiqamətində hərəkətdə olan zaman qarşısında arxaya doğru hərəkətdə olan Şahid idarə etdiyi “İveco Daily” minik markalı, **- PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə dəyərək toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “İveco Daily” minik markalı avtomobilin sərnişini X5 onurğanın boyun şöbəsinin C5-C7 (5-ci, 7-ci boyun fəqərələri) fəqərələri səviyyəsində onurğa beynin kontuziyası və onurğa beynin funksiyasının zəif pozulması ilə müşayiət olunan C7 (7-ci boyun fəqərəsi) fəqərəsinin sınığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır, X3 qamış sümüyünün bayır kondilusunun və sol incik sümüyünün başının qapalı yerinidəyişən sınıqları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, X1 baldırın orta 1/3-nin dərialtı hemotoması və bədən səthinin çoxsaylı sıyrıqları kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər almalarına, habelə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “İveco Daily” minik markalı avtomobilin əzilərək 5066 (beş min altmış altı) manat məbləğində maddi ziyan dəyməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-43/2022 saylı, 21 iyul 2022-ci il tarixli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası apellyasiya şikayəti üzrə məhkəmə baxışını “26” oktyabr 2022-ci il tarixə təxirə almış və apellyasiya şikayəti üzrə məhkəmə baxış iclası keçirilərkən, məhkum Təqsirləndirilən şəxs məhkəmə kollegiyasına ərizə təqdim edərək, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-43/2022 saylı, 21 iyul 2022-ci il tarixli hökmündən tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 hər biri ayrı-ayrılıqda məhkum Təqsirləndirilən şəxs “26” oktyabr 2022-ci il tarixli ərizəsini müdafiə edərək, hazırda məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiyindən, məhkum Təqsirləndirilən şəxs ərizəsinin təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 1(002)-43/2022 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən imtinasının qəbul edilməsi və apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollgiyasından xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şöbəsinin prokuroru X9 məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiyindən, iş üzrə məhkum Təqsirləndirilən şəxs “26” oktyabr 2022-ci il tarixli ərizəsinin təmin edilməklə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 1(002)-43/2022 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən imtinanın qəbul edilməsi və apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərar qəbul edilməsinə etiraz etmədiyini məhkəmə kollegiyasına bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 390.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir.Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 91.5.33-cü maddəsinə görə təqsirləndirilən şəxs özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina etmək hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 391.11-ci maddəsinə görə apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 396-cı maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etməsinə dair “26” oktyabr 2022-ci il tarixli ərizəsi əsasında işin materiallarını araşdıraraq, tərəflərin hər birinin ayrı-ayrılıqda çıxışlarını dinləyərək hesab edir ki, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 1(002)-43/2022 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiyi üçün onun ərizəsi təmin edilərək apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 396-cı maddəsini rəhbər tutaraq qəraraalır: Məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 1(002)-43/2022 saylı hökmündən veridiyi apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsi təmin edilsin. İş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 1(002)-43/2022 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən hakim: Həsən Əhmədov Hakimlər: Habil Məmmədov İlqar Murquzov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar