Məhkəmə qərarları › İş №1(103)-1783/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1783/2022

21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1783/2022 21.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 iştirakı ilə, Zərərçəkmiş şəxs tərəfindən X3 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-435/2022 saylı, 26 iyul 2022-ci il tarixli qərarından xüsusi ittihamçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi1 Xəqani qızı tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim Vüsal Qurbanov) 1(005)- 435/2022 saylı, 26 iyul 2022-ci il tarixli qərarı ilə, Zərərçəkmiş şəxs tərəfindən X3 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunması qərara alınmışdır. Xüsusi ittihamçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi1 Xəqani qızı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-435/2022 saylı, 26 iyul 2022-ci il tarixli qərarından apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırlıq iclasının 26 iyul 2022-ci il tarixli 1(005)-435/2022 tarixli qərarının ləğv edilməsi, X2 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında yenidən baxılmasından ötrü materialın Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-1783/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-435/2022 saylı, 26 iyul 2022-ci il tarixli qərarından xüsusi ittihamçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi1 Xəqani qızı tərəfindən birgə verilmiş apellyasiya şikayəti hərəkətsiz saxlanılmaqla Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386-388-cı maddələrin tələblərinin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin olunmaqla və cinayət işinin materialları prosessual müddətlərə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunan xüsusi ittiham qaydasında material 17 oktyabr 2022-ci il tarixdə yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məhkəmənin ilkin baxış iclasının yeri və vaxtı barədə vaxtında və lazımi qaydada məlumat verilməsinə baxmayaraq, xüsusi ittihamçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi1 Xəqani qızı məhkəmənin ilkin iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir formada məlumat verməmişlər. Məhkəmə kollegiyası, ilkin iclasın onların iştirakları olmadan keçirilməsini mümkün və məqsədə müvafiq hesab etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.4-cü maddəsinə əsasən həmin Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədiyi halda, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və yaxud apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə bu tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddətdə həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə verilmiş apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-435/2022 saylı, 26 iyul 2022-ci il tarixli qərarından xüsusi ittihamçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi1 Xəqani qızı tərəfindən birgə verilmiş apellyasiya şikayəti ilə əlaqədar prosessual müddətin bərpasına dair vəsatət verilmədiyindən, verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilməli və baxılmamış saxlanılmalı, cinayət işi isə birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə görə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.4 və 391.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARAALİR: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-435/2022 saylı, 26 iyul 2022-ci il tarixli qərarından xüsusi ittihamçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi1 Xəqani qızı tərəfindən birgə verilmiş apellyasiya şikayəti ilə bağlı ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət qaldırılmadığından, verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilsin və baxılmamış saxlanılsın. X2 və X1 barəsində olan xüsusi ittiham qaydasında material Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Habil Məmmədov Hakimlər İlqar Murquzov Həsən Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar