Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1788/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 və Müdafiəçisi “Xəzər Konsalting” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20% pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək, yəni 04 (dörd) ay 09 (doqquz) gün həbsdə olma müddətinin 1 (bir) günü 3 (üç) gün islah işlərinə bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 05 (beş) ay 03 (üç) gün müddətinə islah işləri cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablanması hökm edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmiş, o dərhal məhkəmə iclas zalından azad edilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20% pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablanması hökm edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20% pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına, Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə qazancından dövlət nəfinə 20% pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq Təqsirləndirilən şəxs3 qazancından dövlət nəfinə 20% pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək, yəni 02 (iki) ay həbsdə olma müddətinin 1 (bir) günü 3 (üç) gün islah işlərinə bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablanması hökm edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20% pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına, Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə qazancından dövlət nəfinə 20% pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq Təqsirləndirilən şəxs4 qazancından dövlət nəfinə 20% pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablanması hökm edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qanuni qüvvəyə minmiş məhkəmə hökmü əsasında Təqsirləndirilən şəxs1 barəsində verilmiş məhkəmə göstərişi üzrə Bakı şəhəri Nərimanov rayon icra şöbəsi tərəfindən iş üzrə icraat başlanılmış və xx.xx.2015-ci il tarixində təyin edilmiş cəza çəkilib qurtardığından Təqsirləndirilən şəxs1 qeydiyyatdan çıxarılmışdır. xx.xx.2022-ci il tarixində Təqsirləndirilən şəxs1 müdafiəçisi apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası və apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının səbəbləri üzü3 rlü hesab edilərək buraxılmış müddət bərpa edilmişdir. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2014-cü il tarixdə saat 12:00 radələrində atası Bayram Qorçiyevin baş həkimi işlədiyi “X9” kilinikasında həkimrentgenoloq işləyən Təqsirləndirilən şəxs4 ilə mübahisə etdiyini bildikdən sonra sonuncu ilə mobil telefonla əlaqə saxlayaraq nəyə görə atası ilə mübahisə edib söyməsini irad bildirirərək bunu cuzi səbəb kimi gətirib olduğu yeri dəqiqləşdirdikdən sonra tanışları Təqsirləndirilən şəxs2, X2 və şəxsiyyəti istintaqa məlum olmayan Abbas adlı şəxslə bir qrup şəxs halında həmin gün saat 16:00 radələrində Təqsirləndirilən şəxs4 olduğu ünvan 2 ünvanında yerləşən bilyard klubunun yanına gəlmiş, orada sonuncu ilə görüşərək avtomobil yolunun kənarında, insanların gur olduğu ictimai yerdə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Təqsirləndirilən şəxs4 ünvanına ucadan söyüşlər söyməklə fiziki zor tətbiq edərək öz gücünü nümayiş etdirmək məqsədilə sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi vuraraq ona sol almacıq və sağ saidin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurulması ilə müşayiət edilən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərkətləri etmişdir. İttham ilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4da təqsirləndirilmişdir. Həmin hökmdən narazı qalan Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünün ləğv edərək Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs1 hadisə zamanı aldığı xəsarətlər nəticəsində öz iradə ifadəsini düzgün bildirməmiş və əsassız yerə sonuncu tərəfindən verilmiş qismən etirafedici ifadələrə məhkəmə və istintaq orqanı düzgün hüquqi qiymət verməmişdir. İşə baxan məhkəmə əməlin töfsifində səhv etmiş və Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 cinayətin törədilməsindəki rolunu müəyyən etməmişdir. Bundan əlavə hadisə zamanı həmin ərazidə olan və iş üzrə hər hansı marağı olmayan şahidlər dindirilməmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi oğlu apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X3 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə bəraət verilməsi barədə söylədikləri, apellyasiya şikayətinin dəlilləri, eləcə də bu barədə onun və müdafiəçisinin məhkəmə çıxışlarında göstərdiklərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş qismən etirafedici ifadələri ilə yanaşı, iş üzrə şahid və zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində iş materialları ilə, eləcə də hazırda məhkəmə kollegiyasının iclasında bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, X1 elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə bəraət verilə bilməz. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası CPM-nin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan əməllərin Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsini iş materialları və işin obyektiv halları ilə tam sübut olunmuş hesab etdiyindən apellyasiya şikayətində göstərilən dəlillərini əsassız hesab edir və apellyasiya şikayətinin təmin olunmaması nəticəsinə gəlməsini qeyd edir. Məhkəmə kollegiyası müdafiəçinin apellyasiya şikayətinin dəlillərini müdafiə mövqeyinə söykənən subyektiv mülahizə, törədilmiş cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza məsələsinə münasibət bildirərək qeyd edir ki, iş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkəmə hökmü əsasında təyin edilmiş cəza ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 ci və 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Ramin Qaraqurbanlı Hakimlər Mirzəli Abbasov Vaqif Mursaqulov
Məhkəmə qərarları › İş №1(103)-1788/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1788/2022
29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver