Məhkəmə qərarları › İş №1(103)-1793/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1793/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1793/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, X9 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1, müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi11, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2, müdafiəçisi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3, Bakı şəhəri “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi8, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs4, Bakı şəhəri “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi9, iştirakı ilə, xx xxxxxxxx 1989-cu ildə Astara rayonu, Seləkəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işsiz, Astara rayonu, Seləkəran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri ünvan 6-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 145.2.4, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə, xx xxxx 1992-ci ildə İsmayıllı rayonu, Mican kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, İsmayıllı rayonu, İsmayıllı şəhəri, Mican kəndində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 6-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 145.2.4, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə, 7 may 2000-ci ildə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi, ev 15, mənzil 4-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 145.2.4, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə, xx xxxxxx 1999-cu ildə Füzuli rayonu, Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işsiz, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi, ev 3-də yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 145.2.4, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)- 59/2024 saylı hökmündən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-59/2024 saylı hökmü ilə aşağıdakılar hökm edilmişdir: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 145.2.4, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 133.2.3 və 133.2.6-cı maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 145.2.4-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 181.2.1-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona bəraət verilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilən cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 145.2.4, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 133.2.3 və 133.2.6-cı maddələri ilə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 145.2.4-cü maddəsi ilə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 181.2.1-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona bəraət verilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.4 və 66.5-ci maddəsinə əsasən Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 2 il (iki) müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilən cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 2 il (iki) müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 145.2.4, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 133.2.3 və 133.2.6-cı maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 145.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 181.2.1-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona bəraət verilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 145.2.4, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 133.2.3 və 133.2.6-cı maddələri ilə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 145.2.4-cü maddəsi ilə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 181.2.1-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona bəraət verilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra məhkumluğu qanunla ödənilmədiyi və götürülmədiyi halda qəsdən qanunsuz azadlıqdan məhrum etmə, əzab vermə, quldurluq etmə və təkrarən hədə-qorxu ilə tələb etmə cinayətlərinin törədilməsi barədə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Bəhruz» adlı şəxs, şəxsiyyəti istintaqa məlum olmayan «Cəlal» adlı şəxs və qeyrilərı ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq cinayətkar qrupun üzvü «Bəhruz» adlı şəxs Zərərçəkmiş şəxs psixotrop maddə metamfetamin vermək adı ilə 20 fevral 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Su sonası» şadlıq sarayının qarşısına çağırmış, sonuncu həmin ünvana gəldikdən sonra qrupun digər üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qarşılayaraq onu yaşadıqları ünvan 3 ünvanına dəvət etmiş, həmin ünvana gəldikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tamah məqsədi ilə Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılığın təbiq ediləcəyi hədəsi ilə basqın etməklə onun üzərində olmuş dəyəri 100 manat olan 01 ədəd «Samsung J2» markalı mobil telefonu, dəyəri 700 manat olan 01 ədəd qızıl qolbağı, dəyəri 20 manat olan 01 ədəd saatı və 160 manat nağd pulu ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 980 (doqquz yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmiş, həmçinin Zərərçəkmiş şəxs əl-qolunu bağlayıb mənzilin qapısını kilidləyərək sonuncunu 22 fevral 2021-ci il tarixdə saat 09:46-dək yuxarıda qeyd edilən ünvanda qanunsuz azadlıqdan məhrum etmiş, Zərərçəkmiş şəxs qanunsuz azadlıqdan məhrum edildiyi dövr ərzində qrup üzvü Təqsirləndirilən şəxs3 siqaretin yanan hissəsi ilə Zərərçəkmiş şəxs üzünün sol qulaq önü nahiyəsini yandırmaqla, qrup üzvləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs qadın paltarı geyindirib onun fotoşəklini və videogörüntüsünü çəkib onun ünvanına nalayiq ifadələr işlətməklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 mütəmadi olaraq Zərərçəkmiş şəxs döyüb və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablara məruz qoymaqla işgəncə edərək əzab vermiş, həmçinin təkrarən tamah məqsədi ilə Zərərçəkmiş şəxs zor tətbiq etməklə qadın paltarında çəkdikləri şəkil və videogörüntülərinin əks edildiyi rüsvayedici məlumatları yayma hədəsi ilə sərbəst buraxılması müqabilində ondan 500 (beş yüz) manat pulu hədə-qorxu ilə tələb etmiş, nəticədə Zərərçəkmiş şəxs üzünün sol qulaq önü nahiyəsinin birinci dərəcəli yanıq yarası, sol gözaltı nahiyənin qançırı və hər iki bilək nahiyəsinin zolaq şəkilli qançırları ilə müşayiət edilən dərəcəsi təyin edilməyən, həmçinin sağ gözün ağlı qişasının bayır bucağında üçbucaq şəkilli qansızma və gözün üst qapağının qançırı ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetirmişlər. Təqsirləndirilən şəxs2 qanunsuz azadlıqdan məhrum etmə, əzab vermə, quldurluq etmə və təkrarən hədə-qorxu ilə tələb etmə cinayətlərinin törədilməsi barədə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Bəhruz» adlı şəxs, şəxsiyyəti istintaqa məlum olmayan «Cəlal» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq cinayətkar qrupun üzvü «Bəhruz» adlı şəxs Zərərçəkmiş şəxs psixotrop maddə metamfetamin vermək adı ilə 20 fevral 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Su sonası» şadlıq sarayının qarşısına çağırmış, sonuncu həmin ünvana gəldikdən sonra qrupun digər üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qarşılayaraq onu yaşadıqları ünvan 3 ünvanına dəvət etmiş, həmin ünvana gəldikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tamah məqsədi ilə Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılığın təbiq ediləcəyi hədəsi ilə basqın etməklə onun üzərində olmuş dəyəri 100 manat olan 01 ədəd «Samsung J2» markalı mobil telefonu, dəyəri 700 manat olan 01 ədəd qızıl qolbağı, dəyəri 20 manat olan 01 ədəd saatı və 160 manat nağd pulu ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 980 (doqquz yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmiş, həmçinin Zərərçəkmiş şəxs əl-qolunu bağlayıb mənzilin qapısını kilidləyərək sonuncunu 22 fevral 2021-ci il tarixdə saat 09:46-dək yuxarıda qeyd edilən ünvanda qanunsuz azadlıqdan məhrum etmiş, Zərərçəkmiş şəxs qanunsuz azadlıqdan məhrum edildiyi dövr ərzində qrup üzvü Təqsirləndirilən şəxs3 siqaretin yanan hissəsi ilə Zərərçəkmiş şəxs üzünün sol qulaq önü nahiyəsini yandırmaqla, qrup üzvləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs qadın paltarı geyindirib onun fotoşəklini və videogörüntüsünü çəkib onun ünvanına nalayiq ifadələr işlətməklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 mütəmadi olaraq Zərərçəkmiş şəxs döyüb və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablara məruz qoymaqla işgəncə edərək əzab vermiş, həmçinin təkrarən tamah məqsədi ilə Zərərçəkmiş şəxs zor tətbiq etməklə qadın paltarında çəkdikləri şəkil və videogörüntülərinin əks edildiyi rüsvayedici məlumatları yayma hədəsi ilə sərbəst buraxılması müqabilində ondan 500 (beş yüz) manat pulu hədə-qorxu ilə tələb etmiş, nəticədə Zərərçəkmiş şəxs üzünün sol qulaq önü nahiyəsinin birinci dərəcəli yanıq yarası, sol gözaltı nahiyənin qançırı və hər iki bilək nahiyəsinin zolaq şəkilli qançırları ilə müşayiət edilən dərəcəsi təyin edilməyən, həmçinin sağ gözün ağlı qişasının bayır bucağında üçbucaq şəkilli qansızma və gözün üst qapağının qançırı ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetirmişlər. Təqsirləndirilən şəxs3 qanunsuz azadlıqdan məhrum etmə, əzab vermə, quldurluq etmə və təkrarən hədə-qorxu ilə tələb etmə cinayətlərinin törədilməsi barədə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Bəhruz» adlı şəxs, şəxsiyyəti istintaqa məlum olmayan «Cəlal» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq cinayətkar qrupun üzvü «Bəhruz» adlı şəxs Zərərçəkmiş şəxs psixotrop maddə metamfetamin vermək adı ilə 20 fevral 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Su sonası» şadlıq sarayının qarşısına çağırmış, sonuncu həmin ünvana gəldikdən sonra qrupun digər üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qarşılayaraq onu yaşadıqları ünvan 3 ünvanına dəvət etmiş, həmin ünvana gəldikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tamah məqsədi ilə Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılığın tətbiq ediləcəyi hədəsi ilə basqın etməklə onun üzərində olmuş dəyəri 100 manat olan 01 ədəd «Samsung J2» markalı mobil telefonu, dəyəri 700 manat olan 01 ədəd qızıl qolbağı, dəyəri 20 manat olan 01 ədəd saatı və 160 manat nağd pulu ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 980 (doqquz yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmiş, həmçinin Zərərçəkmiş şəxs əl-qolunu bağlayıb mənzilin qapısını kilidləyərək sonuncunu 22 fevral 2021-ci il tarixdə saat 09:46-dək yuxarıda qeyd edilən ünvanda qanunsuz azadlıqdan məhrum etmiş, Zərərçəkmiş şəxs qanunsuz azadlıqdan məhrum edildiyi dövr ərzində qrup üzvü Təqsirləndirilən şəxs3 siqaretin yanan hissəsi ilə Zərərçəkmiş şəxs üzünün sol qulaq önü nahiyəsini yandırmaqla, qrup üzvləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs qadın paltarı geyindirib onun fotoşəklini və videogörüntüsünü çəkib onun ünvanına nalayiq ifadələr işlətməklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 mütəmadi olaraq Zərərçəkmiş şəxs döyüb və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablara məruz qoymaqla işgəncə edərək əzab vermiş, həmçinin təkrarən tamah məqsədi ilə Zərərçəkmiş şəxs zor tətbiq etməklə qadın paltarında çəkdikləri şəkil və videogörüntülərinin əks edildiyi rüsvayedici məlumatları yayma hədəsi ilə sərbəst buraxılması müqabilində ondan 500 (beş yüz) manat pulu hədə-qorxu ilə tələb etmiş, nəticədə Zərərçəkmiş şəxs üzünün sol qulaq önü nahiyəsinin birinci dərəcəli yanıq yarası, sol gözaltı nahiyənin qançırı və hər iki bilək nahiyəsinin zolaq şəkilli qançırları ilə müşayiət edilən dərəcəsi təyin edilməyən, həmçinin sağ gözün ağlı qişasının bayır bucağında üçbucaq şəkilli qansızma və gözün üst qapağının qançırı ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetirmişlər. Təqsirləndirilən şəxs4 qanunsuz azadlıqdan məhrum etmə, əzab vermə, quldurluq etmə və təkrarən hədə-qorxu ilə tələb etmə cinayətlərinin törədilməsi barədə tanışları Təqsirləndirilən şəxs2 oglu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Bəhruz» adlı şəxs, şəxsiyyəti İstintaqa məlum olmayan «Cəlal» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq cinayətkar qrupun üzvü «Bəhruz» adlı şəxs Zərərçəkmiş şəxs psixotrop maddə metamfetamin vermək adı ilə 20 fevral 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Su sonası» şadlıq sarayının qarşısına çağırmış, sonuncu həmin ünvana gəldikdən sonra qrupun digər üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qarşılayaraq onu yaşadıqları Bakı şəhəri ünvan 4 ünvana gəldikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tamah məqsədi ilə Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılığın təbiq ediləcəyi hədəsi ilə basqın etməklə onun üzərində olmuş dəyəri 100 manat olan 01 ədəd «Samsung J2» markalı mobil telefonu, dəyəri 700 manat olan 01 ədəd qızıl qolbağı, dəyəri 20 manat olan 01 ədəd saatı və 160 manat nağd pulu ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 980 (doqquz yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmiş, həmçinin Zərərçəkmiş şəxs əl-qolunu bağlayıb mənzilin qapısını kilidləyərək sonuncunu 22 fevral 2021-ci il tarixdə saat 09:46-dək yuxarıda qeyd edilən ünvanda qanunsuz azadlıqdan məhrum etmiş, Zərərçəkmiş şəxs qanunsuz azadlıqdan məhrum edildiyi dövr ərzində qrup üzvü Təqsirləndirilən şəxs3 siqaretin yanan hissəsi ilə Zərərçəkmiş şəxs üzünün sol qulaq önü nahiyəsini yandırmaqla, qrup üzvləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs qadın paltarı geyindirib onun fotoşəklini və videogörüntüsünü çəkib onun ünvanına nalayiq ifadələr işlətməklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 mütəmadi olaraq Zərərçəkmiş şəxs döyüb və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablara məruz qoymaqla işgəncə edərək əzab vermiş, həmçinin təkrarən tamah məqsədi ilə Zərərçəkmiş şəxs zor tətbiq etməklə qadın paltarında çəkdikləri şəkil və videogörüntülərinin əks edildiyi rüsvayedici məlumatları yayma hədəsi ilə sərbəst buraxılması müqabilində ondan 500 (beş yüz) manat pulu hədə-qorxu ilə tələb etmiş, nəticədə Zərərçəkmiş şəxs üzünün sol qulaq önü nahiyəsinin birinci dərəcəli yanıq yarası, sol gözaltı nahiyənin qançırı və hər iki bilək nahiyəsinin zolaq şəkilli qançırları ilə müşayiət edilən dərəcəsi təyin edilməyən, həmçinin sağ gözün ağlı qişasının bayır bucağında üçbucaq şəkilli qansızma və gözün üst qapağının qançırı ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetirmişlər. Apellyasiya şikayətlərinin dəlilləri: Hökmdən narazı qalan məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)- 59/2024 saylı hökmünün ləğv edilməsini, məhkəmə baxışının istintaqla aparılmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə ona bəraət verilməsini xahiş etmişdir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)- 59/2024 saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3cü maddələri ilə verilmiş ittiham üzrə bəraət verilməsi və CM-nin 145.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə ədalətli cəza təyin edərək bu iş üzrə həbsdə saxlanıldığı müddət də nəzərə alınmaqla onun həbsdən azad edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı verilmiş ittiham üzrə özünü qismən, yəni yalnız Azərbaycan Respublikası CM-nin 145.2.4-cü maddəsi ilə təqsirli bilmişdir. Hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.6, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut cinayət işinin məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir, ümumiyyətlə onun əməlində qeyd edilən cinayətlərin tərkibi yoxdur və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ədalətsiz və əsassız olduğundan ləğv edilməli, Təqsirləndirilən şəxs2 barəsində həmin maddələr üzrə bəraət hökmü çıxarılmalı, ona Azərbaycan Respublikası CM-nin 145.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə cəzasını yüngülləşdirən hallar nəzərə alınmaqla ədalətli cəza təyin edilməlidir. Belə ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 məhkəmə araşdırması zamanı verdiyi ifadəni iş üzrə digər təqsirləndirilən şəxslər də ifadələrində təsdiq etmişdirlər. Bundan başqa məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, onun Təqsirləndirilən şəxs1la aralarında olan anlaşılmazlığa görə onlarla görüşmüş, görüş zamanı mübahisəni aydınlaşdırmaq üçün onlarla birlikdə onların yaşadığı mənzilə getmiş, onların mənzilində olduğu zaman ərzində Təqsirləndirilən şəxs2 tərəfindən ona qarşı heç bir fiziki və psixi təzyiq olmamış, ona əzab verilməmiş, Təqsirləndirilən şəxs2 ondan bu və ya digər səbəbdən hər hansı məbləğdə pul tələb etməmişdir. İş üzrə məhkəmədə bilavasitə araşdırılmış sübutlara və cinayət işinin materiallarında olan sübutlara əsasən qeyd etdiyim işin faktiki halları müdafiəçisi olduğu Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.6, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri verilmiş ittihamı şübhə altına alır və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs3 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-59/2024 saylı hökmünün ləğv edilməsini, məhkəmə baxışının istintaqla aparılmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə ona bəraət verilməsini xahiş etmişdir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs4 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-59/2024 saylı hökmünün ləğv edilməsini, məhkəmə baxışının istintaqla aparılmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə ona bəraət verilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə bəraət verilməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, ilk olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə bəraət verilməsini, daha sonra isə Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 145.2.4, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə bəraət verilməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. İşin hüquqi məsələləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-59/2024 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.6, 145.2.4, 181.2.1, 182.2.2, 182.2.3. 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən, yəni CM-nin yalnız 145.2.4-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 onun doğma bacısı oğludur. Təqsirləndirilən şəxs3 isə Cavada görə tanımışdır. Təqsirləndirilən şəxs2 da uzun müddətdir ki, tanıyır. Onların hər biri ilə münasibətləri normal olmuşdur. Tutulmamışdan təxminən iki ay əvvəl Nərimanov rayonu Ə.Dəmirçizadə küçəsində yerləşən 15 saylı binanın 95-ci mənzilini aylıq 500 manata kirayə götürmüş və orada Təqsirləndirilən şəxs2 qalmağa başlamışdır. Zərərçəkmiş şəxs telefon vasitəsi ilə tanımışdır. Şahin onun istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə zəng edərək barəsində nalayiq ifadələr işlətmişdir. Şahinə cavab vermək istədikdə isə o, telefonu söndürmüş və nömrəni blok etmişdir. Bundan sonra müxtəlif nömrələrdən ona zənglər etmiş, Şahin hər dəfə onu və ailə üzvlərini təhqir edib telefonu söndürmüş və zəng etdiyi nömrələri blok etmişdir. Bir müddət müxtəlif nömrələrdən Şahinə zəng etmiş, hər dəfə də eyni qaydada söyüşlərinə davam etmiş və zəng etdiyi nömrələri blok etmişdir. 20 fevral 2021-ci il tarixdə yenidən Şahinə məxsus ***-***-**-** mobil nömrəsinə zəng etmiş və o, telefona cavab vermişdir. Özünü təqdim edib yenidən nə səbəbə onu və ailə üzlərini söydüyünü soruşmuşdur. Şahin bu dəfə də onun ünvanına təhqiramiz ifadələr işlətmişdir. Odur ki, Şahinə görüşüb məsələyə aydınlıq gətirməsini təklif etdikdə, sonuncu ondan hazırda harada olduğunu soruşmuşdur. Şahinə «Su Sonası» restoranının yaxınlığında olduğunu bildirmişdir. Şahin gələcəyini demişdir. Həmin gün saat 22 radələrində danışdıqları yerdə Şahinlə görüşmüşdür. Ondan nə üçün ünvanına nalayiq ifadələr işlətdiyini soruşduqda, sonuncu başqa bir yerdə oturub söhbət etməyi təklif etmişdir. Şahinə yaxınlıqda qaldığını bildirib onu evə dəvət etmişdir. Birlikdə yaşadığı Nərimanov rayonu Ə.Dəmirçizadə küçəsində yerləşən 15 saylı binanın 95 saylı mənzilə qalxmışlar. Az sonra Tural evə gəlmişdir. Həmin vaxt mənzildə başqa kənar şəxs olmamışdır. Evdə yenidən Şahindən nə üçün onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyini soruşmuşdur. Şahin istifadəsində olan ***-***-**-** mobil nömrəsini qohumu Rəvan adlı şəxslə ortaq işlətdiyini və onu Rəvanın söydüyünü bildirmişdir. Odur ki, Şahindən Rəvanı mənzilə dəvət etməsini istəmişdir. Şahin aşağıda küçədə «Mersedes» markalı avtomobildə dostlarının olduğunu və onların Rəvanı tapıb gətirə biləcəklərini demişdir. Odur ki, razılaşıb birlikdə aşağı düşmüşlər. Şahin bir qədər «Su sonası» restoranının yaxınlığında gəzişdikdən sonra yanına gəlib, maşını tapa bilmədiyini bildirmişdir. Bundan sonra Şahin telefonla kiməsə zəng edib, ondan harada olduğunu soruşmuş, həmin şəxs isə artıq getdiklərini bildirmişdir. Bundan sonra birlikdə yenidən yaşadığı mənzilə qayıtmışlar. Evdə Şahini sifət nahiyyəsində sillə ilə vurub düz danışmağını və etdikləri hər şeyi etiraf etməsini tələb etmişdir. Şahin təkidlə onu qohumu Rəvanın söydüyünü və həmin söyüşlərin ona aidiyyətinin olmadığını bildirmişdir. Bundan sonra Şahinə onun göndərdiyi səsyazılarını dinlətdikdə, sonuncu bir daha həmin səsyazısının ona məxsus olmadığını söyləmişdir. Şahin Rəvanın yaşadığı ünvana gedib onunla görüşəndən sonra məsələyə aydınlıq gətirə biləcəyini demişdir. Şahin artıq gec olduğunu bildirib, gecəni onlarda qalmaq istədiyini demiş və o, razılaşmışdır. Növbəti gün Şahin Rəvanın istifadə etdiyi mobil nömrəyə zəng etmiş, lakin, ona zəng çatmamışdır. Daha sonra Şahin kiməsə zəng edib Rəvanın harada olmasını soruşmuş, həmin şəxs X8 Respublikasında olduğunu, iki-üç günə qayıdacağını bildirmişdir. Şahin ondan Rəvan gələnə qədər onunla birlikdə yaşadığı mənzildə qalmaq istədiyini, Rəvan gəldikdən sonra görüşüb məsələni aydınlaşdırmaq istədiyini demiş və o, razılaşmışdır. 21 fevral 2021-ci il tarixdə səhər saatlarında şəxsli işləri ilə əlaqədar evdə getmiş və saat təxminən 21 radələrində evə qayıtmışdır. Həmin vaxt Şahin evdə Turalla qalmışdır. Evə gəldikdən sonra ona göndərilən səsyazıları tanışlarına atmış və sonuncular həmin səsyazısının Şahinə məxsus olduğunu bildirmişdir. Bundan sonra Rəvanın da səsyazısını tapmış və ona göndərilən səsyazısının Rəvana məxsus olmadığına inanmışdır. Şahinə yaxınlaşıb yalan danışdığına görə onu əvvəlcə sifət nahiyyəsindən sillə ilə vurmuş, daha sonra bir-iki yumuruq zərbəsiendirmişdir. Şahir yenidən həmin səsyazısının ona məxsus olmadığını bildirmişdir. Rəvanın səsyazısına Şahinə qulaq asdırdıqdan sonra, onu yenidən vurmuşdur. Az sonra Təqsirləndirilən şəxs4 zəng edib, ondan paltarlarını gətirməsini xahiş etmişdir. Cavad tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə yaşadığı ünvana gəlmişdir. Evdə Şahini görüb maraqlandıqda, Cavada Şahinin onu telefonda söyən şəxs olduğunu demişdir. Cavad bunu biləndən sonra Şahini bir neçə dəfə sillə ilə vurmuşdur. Cavada Şahinlə işinin olmamasını demişdir. Bundan bir qədər sonra dəhlizdə dinvanda əyləşən zaman Şahinin qadın paltarında içəri keçdiyini görmüşdür. Nə baş verdiyini soruşduqda, Natiq həmin geyimi Şahinə özü tərəfindən geyindirdiyini və qadın paltarında onu videoya çəkdiyini bildirmişdir. Şahinin ustunə qışqırıb, əynindəki qadın paltarını çıxarıb, öz paltarlarının geyinməsin tələb etmişdir. Bundan sonra Natiqə iradını bildirib, nə səbəbə belə hərəkət etdiyini soruşmuş, lakin, sonuncu ona heç nə deyə bilməmişdir. Bundan sonra hamılıqla yatmışlar. Növbəti gün, yəni 22 fevral 2021-ci il tarixdə səhər mənzilin qapısı döyülmüşdür. Oyanıb qapını açdıqda mülki geyimdə bir neçə nəfər polis əməkdaşı daxil olmuş və onlar saxlanılmışlar. Bundan sonra o və Tural Nərimanov Rayon Polis İdarəsinə, Cavadla Natiq isə Nəsimi Rayon Polis idarəsinə aparılmışdır. İdarəyə gətirildikdən sonra Şahinin onun istifadəsində olan telefonundan «102» zəng xidmətinə zəng etdiyi, onun güya girov götürdüyü və işgəncəyə məruz qaldığını bildirdiyi ona məlum olmuşdur. İdarədə sorğu zamanı belə bir halın baş vermədiyini, Şahinin evdə öz istəyi ilə qaldığını bildirib, baş verənləri danışmışdır. Təxminən üç saat orada qalmışdır. Həmin vaxt ərzində idarədə polis əməkdaşları tərəfində döyülmüşdür. Daha sonra onlar BMCMİ-yə gətirilmişdir. Oraya gəldikdən sonra Cavadla Natiqin də BMCMİ-yə gətirildiyi ona məlum olmuşdur. BMCMİ-yə gətirildikdən sonra üzərinə qoyduqları narkotik vasitənin etiraf edilməsindən ötrü adlarını bilmədiyi polis əməkdaşları tərəfindən döyülmüşdür. Polis əməkdaşlarına belə bir şeyin olmadığını və birbaşa Nərimanov RPİ-dən BMCMİ-yə gətirdiklərini, üzərində narkotik vasitə olsaydı, bunu polis idarəsində aşkar edə biləcəklərini söyləmişdir. BMCMİ-də Zərərçəkmiş şəxs döydüyünü etiraf etmiş və törətdiyi əmələ görə məsuliyyət daşımağa hazır olduğunu bildirmişdir. Onun bu cavabı polis əməkdaşlarının qane etməmiş və bu səbəbdən onu yenidən döyməyə başlamışlar. Sonda edilən təzyiqlərə dözməyib, onların istəyi ilə razılaşıb, verdiyi narkotik vasitəni cibinə qoymuşdur. Daha sonra Natiq, Cavad və Turalın da eyni qaydada döyülməklə narkotik vasitəni boyunlarına almalarını bilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş və onların hər biri üzərlərinə qoyulmuş olan narkotik vasitələri çıxarıb təqdim etmişdir. Həqiqətdə onların heç birinin üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşlarının işgəncələrinə dözməyib, guya üzərlərində narkotik vasitə olduğunu etiraf etməyə məcbur edilmişdir. Sonradan izahatı alınarkən və istintaqa ifadə verərkən yenidən döyüləcəyindən qorxub protokollara oxumadan imza etmişdir. Həmin ifadələri təsdiq etmir. İbtidai istintaq zamanı müqavilə əsasında hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi3 iştirakı ilə 19 may 2021-ci il tarixdə verdiyi ifadəsini təsdiq edir. Heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, bu məqsədlə heç kimlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməmişdir. Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün döymüş, onun əmlakını quldurluq yolu ilə ələ keçirməmiş, hədə-qorxu yolu ilə ondan heç bir məbləğdə pul tələb etməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.6, 145.2.4, 181.2.1, 182.2.2, 182.2.3. 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən, yəni CM-nin yalnız 145.2.4-cü maddəsi ilə təqsili bilərək ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs1 bir nəfər şəxsin səhvən ona sms yazdığını və bundan sonra onu söyüb təhqir etdiyini bildirmişdir. Raid həmin şəxsi tapıb söydüyü söyüşlərə görə onu döyəcəyini bildirmişdir. 20 fevral 2021-ci il tarixdə yaşadıqları Bakı şəhəri Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsində yerləşən 15 saylı evin 95-ci mənzilində olarkən Raid ona adının Şahin olduğunu öyrəndiyi şəxslə bir azdan «Su Sonası» restoranının qarşısında görüşəcəyi demişdir. Raidi tək buraxmaq istəməmiş və bu səbəbdən birlikdə həmin yerə getmişlər. Təxminən saat 20 radələrində restoranın yanındakı dayanacaqda Zərərçəkmiş şəxslə görüşmüşlər. Söhbət zamanı Şahin söyüş söyən şəxsin o olmadığını və bunun sübuta yetirə biləcəyini dediyindən, onu yaşadıqları mənzilə dəvət etmişlər. Aparılan danışıqlar zamanı söyüş söyənin elə Şahinin özü olduğu məlum olmuşdur. Odur ki, onlar dördü də Şahini döymüş, onun üzünə, başına zərbələr enbirmişlər. Bundan sonra Raid Şahindən pulu nə səbəbə ödəmədiyini soruşmuşdur. O, söhbətin hansı puldan getdiyini bilməmişdir. Şahinlə Raidin arasında gedən söhbətdən başa düşmüşdür ki, Şahinin kiməsə 4000 manat borcu var və Raid Şahindən həmin məbləğdə pulu tələb etdiyinə görə Şahin onu söyüb təhqir etmişdir. Həmin zaman Raid Şahinə demişdir ki, tanışları ilə danışıb. 4000 manat pulu ona çatdırandan sonra onu sərbəst buraxacaqdır. Həmin gecə Şahin onların yanında qalıb yataq otağında yerdə yatmışdır. Raid qapını bağlayıb açarı özündə saxlamışdır. Qapının dəstəyi qırıq olduğundan açar olmadan qapını açmaq mümkün deyildir. X13 öz evlərinə getmişlər və səhər yenidən qayıtmışlar. Həmin gün də Şahinə pul tapması üçün şərait yaratsalar da, sonuncu yenə də kimlərləsə danışmış, lakin, heç bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən də Şahini yenidən döyüb yataq otağında olan yataq mebelinin altına uzandırmışlar. Şahin təxminən 2-3 saat orada qalmışdır. Şahinə iki litirlik «Cococola» butulkasında su vermişlər. Həmin gün Raidgil Şahini döyə-döyə ona evdə olan qadın donunu ona geyindirmişlər. Uşaqlardan kimsə Şahinin şəklini və videosunu çəkmişdir. Bu dəqiq kimi etdiyini hazırda xatırlamır. Natiqin siqaretin kötüyünü Şahinin bədəninə basdığı ona sonradan məlum olmuşdur. Həmin halın birbaşa şahidi olmamışdır. Bundan sonra gec olduğundan uzanıb yatmışdır. Səhərisi gün mənzilin qapısı döyülmüş, qapı açıldıqda evə mülki geyimdə bir neçə nəfər polis əməkdaşı daxil olmuşdur. X12 RPİə, Cavadla Natiq isə Nəsimi RPİ-nə aparılmışdır. Bundan sonra ona məlum olmuşdur ki, Şahin Raidin mobil telefonundan «102» xidmətinə zəng vurub onun girov götürüldüyünü və işgəncəyə məruz qaldığı barədə məlumat verilmişdir. Sorğu zamanı Şahinin qeyd edilən mənzildə öz istəyi ilə qaldığını və belə bir halın baş vermədiyini bildirmişdir. Polis idarəsində saxlanıldığı müddət ərzində polis əməkdaşları tərəfindən döyülmüşdür. Onu döyən polis əməkdaşlarının ad və soyadlarını bilmir. Daha sonra onları BMCMİ-nə aparmışlar. Oraya gətirildikdən sonra üzərinə qoyacaqları narkotik vasitəni etiraf edilməsindən ötrü polis əməkdaşları tərəfindən yenidən döyülmüşdür. Sonunculara onları birbaşa Nərimanov RPİ-dən BMCMİ-yə gətirdiklərini, üzərində narkotik vasitə olsaydı, bunu RPİ-də aşkar edə biləcəklərini söyləmişdir. Polis əməkdaşlarına Zərərçəkmiş şəxs döydüklərini, lakin, ona işgəncə vermədiyini bildirmişdir. Onun bu cavabından sonra yenidən döyülmüşdür. Ona edilən təzyiqlərə dözməyib, polislərin tələbi ilə razılaşıb, verdiyi narkotik vasitəni cibinə qoymuşdur. Raid, Cavad və Natiqin də eyni qaydada döyüldüyü, narkotik vasitəni boyunlarına almalarını sonradan bilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş və onların hər biri üzərlərinə qoyulmuş narkotik vasitələri çıxarıb təqdim etmişdir. Əslində onların heç birinin üzərində narkotik vasitə olmamışdır. Təzyiq altında güya üzərində narkotik vasitə olduğu barədə etirafedici ifadə vermiş, yenidən döyüləcəyindən qorxub protokollara oxumadan imza etmişdir. Həmin ifadələri təsdiq etmir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə heç vaxt məşğul olmamış, bu məqsədlə heç kimlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməmişdir. Zərərçəkmiş şəxs Raidin və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün döymüşdür. Onun əmlakını quldurluq yolu ilə ələ keçirməmiş, hədə-qorxu yolu ilə ondan pul tələb etməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.6, 145.2.4, 181.2.1, 182.2.2, 182.2.3. 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən, yəni CM-nin yalnız 145.2.4-cü maddəsi ilə təqsili bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayının 20-də Təqsirləndirilən şəxs4la birlikdə sonuncunun dayısı Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri Nərmanov rayonu, Ə.Dəmirçizadə küçəsində yerləşən 15 saylı binanın 95 nömrəli mənzildə olmuşdur. Raid onlara bir nəfər şəxsin onu söyüb nalayiq ifadələrlə təhqir etdiyi, həmin şəxslə danışdığı, bir azdan həmin şəxslə «Su Sonası» restoranının qarşısında görüşəcəyini bildirmişdir. Raidlə birlikdə həmin yerə getmiş və saat 20 radələrində sonradan adını bildiyi Zərərçəkmiş şəxslə görüşmüşlər. Söhbət zamanı Şahin söyüş söyən şəxsin o olmadığını və bunu sübut edə biləcəyini bildirdiyindən, söhbəti davam etdirmək üçün onu evə dəvət etmişlər. Sonuncu razılaşıb birlikdə mənzilə gəlmişlər. Evdə bir qədər söhbət etdikdən sonra söyüş söyənin elə Şahinin özü olduğu məlum olmuşdur. Buna görə də onların dördü də Şahini döyməyə başlamış, onun bədəninin müxtəlif yerlərinə, üzünə, başına vururmuş və Şahinin gözünün altı göyərmişdir. Bu səbəbdən Şahin evə gedə bilməyəcəyini deyib, onlarla birlikdə qalmaq istəmiş və Raid ona onlarla bir yerdə qalmasına icazə vermişdir. Bir qədər sonra, yəni elə həmin axşam Təqsirləndirilən şəxs4la birlikdə yaşadıqları Bakıxanov qəsəbəsinə qayıtmışlar. Növbəti gün saat 20 radələrində onlar yenidən Cavadla həmin mənzilə gəlmişlər. Həmin vaxt evdə Şahin, Raid və Tural olmuşdur. Az sonra Şahinin mobil nömrəsinə zəng gəlmişdir. Danışıq zamanı kiminsə Şahindən pul tələb etdiyini eşitmişdir. Soruşduqda məlum olmuşdur ki, Şahinin kiməsə borcu vardır. Şahindən tələb etmişlər ki, camaatın pulunu ödəsin. Buna görə Şahini bir iki dəfə yumruqla vurmuşdur. Şahinin konkret olaraq kimə və nə qədər borcu olduğunu bilməmişdir. Az sonra Şahini döyə-döyə evdə olan qadın donunu geyindirib onun şəklini və videosunu çəkmiş, çəkdiyi siqaretin kötüyünü Şahinin sağ qoluna basıb söndürmüşdür. Bundan sonra gec olduğundan onu yuxu tutmuş və yatmışdır. Səhərisi gün mənzilin qapısı döyülmüşdür. Raid qapını açmış və bu zaman mülki geyimdə bir neçə nəfər polis əməkdaşı içəri daxil olmuşdur. Onunla Təqsirləndirilən şəxs4 Nəsimi RPİ-nə, Raidlə Tural isə Nərimanov RPİ-ə aparılmışdır. Bundan sonra ona məlum olmuşdur ki, Şahin Raidin mobil telefonundan «102» zəng xidmətinə zəng vurmuş, onun girov götürüldüyü və işgəncə verildiyi barədə məlumat verilmişdir. İdarədə belə bir halın baş vermədiyi, Şahinin qeyd edilən mənzildə öz istəyi ilə qaldığını bildirmişdir. Bir neçə saat polis idarəsində qalmış və saxlanıldığı müddətdə adlarını bilmədiyi polis əməkdaşları tərəfindən döyülmüşdür. Daha sonra onlar BMCMİnə aparılmışdır. BMCMİ-nə gətirildikdən sonra üzərinə qoyduqları narkotik vasitənin etiraf edilməsindən ötrü polis əməkdaşları tərəfindən yenidən döyülmüşdür. Sonunculara belə bir şeyin olmadığını, birbaşa Nəsimi RPİ-dən BMCMİ-yə gətirdiklərini, üzərində narkotik vasitə olsaydı, bunu Nəsimi Rayon Polis idarəsində aşkar edə biləcəklərini söyləmişdir. Orada Zərərçəkmiş şəxs döydüyünü, lakin, ona işgəncə vermədiyini demişdir. Onun bu sözləri polis əməkdaşlarının xoşuna gəlməmiş və bu səbəbdən onu yenidən döyməyə başlamışlar. Sonda təzyiqlərə dözməyib, onların tələbi ilə razılaşıb, verdiyi narkotik vasitəni cibinə qoymuşdur. Raid, Cavad və Turalın da eyni qaydada döyüldüyü, narkotik vasitəni boyunlarına almalarını sonradan bilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş və onların hər biri üzərlərinə qoyulmuş olan narkotik vasitələri çıxarıb təqdim etmişdir. Həqiqətdə onların heç birinin üzərində narkotik vasitə olmamışdır. Fiziki təzyiq altında guya üzərində narkotik vasitə olduğu barədə etirafedici ifadə vermiş, yenidən döyüləcəyindən qorxub protokollara oxumadan imza etmişdir. Həmin ifadələri təsdiq etmir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə heç vaxt məşğul olmamış, bu məqsədlə heç kimlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməmişdir. Zərərçəkmiş şəxs Raidin və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün döymüşdür. Onun əmlakını quldurluq yolu ilə ələ keçirməmiş, hədə-qorxu yolu ilə ondan heç bir məbləğdə pul tələb etməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.6, 145.2.4, 181.2.1, 182.2.2, 182.2.3. 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən, yəni CM-nin yalnız 145.2.4-cü maddəsi ilə təqsili bilərək ifadəsində göstərmişdi ki, Təqsirləndirilən şəxs3 ilə birlikdə yük daşımada fəhlə işləmişdir. Təqsirləndirilən şəxs1 onun dayısıdır. Raidin bir nəfər şəxslə aralarında problem olmasından məlumatı olmuşdur. Bildiyinə görə Şahin adında bir nəfər dayısına məxsus mobil telefonuna zəng edib, nalayiq ifadələr işlətmiş, dayısı ona cavab vermək istədikdə isə, telefonu söndürmüş və dayısının nömrəsini blok etmişdir. Raiq başqa nömrələrdən ona zəng edib, nə səbəbə ünvanına nalayiq ifadələr işlətdiyini soruşduqda, o, yenə də Raiqi söyüb, nömrələrini blok etmişdir. 21 fevral 2021-ci il tarixdə saat 22 radələrində Raid ona zəng edib, paltarlarını gətirməsini xahiş etmişdir. Odur ki, tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə dayısının paltarlarını götürüb, taksi ilə onun yaşadığı Nərimanov rayonu Dəmirçizadə küçəsində yerləşən 15 saylı binanın 95ci mənzilinə gəlmişdir. İçəri daxil olanda mənzildə tanımadığı bir nəfərin də olduğunu görüb, kimliyi ilə maraqlanmışdır. Rail həmin şəxsin onu telefonda söyüb təhqir edən şəxs Şahin olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 də evdə olmuşdur. Şahin görüb tanıyandan sonra etdiyi hərəkətlərinə görə ona bir-iki şillə vurmuşdur. Bu zaman dayısı Raid ona Şahinə toxunmamağı tövsiyyə etmişdir. Odur ki, kənara çəkilib, Şahinə dəyməmişdir. Raidlə dəhlizdə oturan zaman Şahinin qadın paltarında içəri daxil olduğunu görmüşdür. Raid bunun görüb nə baş verdiyini soruşduqda, Natiq həmin geyimi ona özünün geyindirdiyini və videoya çəkdiyini bildirmişdir. Raid Şahinin üstünə qışqırıb qadın donunu çıxarıb öz paltarını geyinməsini tələb etmişdir. Raid Natiqdən niyə belə etdiyini soruşduqda, sonuncu cavab verə bilməmişdir. Bundan sonra hamılıqla yatmış və səhərisi gün mənzilin qapısı döyülmüşdür. Raid qapını açmış və bu zaman mülki geyimdə bir neçə nəfər polis əməkdaşı içəri daxil olmuşlar. X18 RPİ-nə, Raidlə Tural isə Nərimanov RPİ-ə aparılmışdır. İdarəyə gətirildikdən sonra ona məlum olmuşdur ki, Şahin Raidin mobil telefonundan «102» zəng xidmətinə zəng vurub, onun güya girov götürüldüyü və ona işgəngə verildiyi barədə məlumat verilmişdir. İdarədə belə bir halın baş vermədiyi, Şahinin qeyd edilən mənzildə öz istəyi ilə qaldığını bildirmişdir. Təxminən 3 saata yaxın orada polis idarəsində qalmışdır. Orada saxlanıldığı müddətdə adlarını bilmədiyi polis əməkdaşları tərəfindən döyülmüşdür. Daha sonra onlar BMCMİ-nə aparılmışdır. Oraya gətirildikdən sonra üzərinə qoyduqları narkotik vasitənin etiraf edilməsindən ötrü adlarını bilmədiyi polis əməkdaşları tərəfindən döyülmüşdür. Polis əməkdaşlarına belə bir şeyin olmadığını, birbaşa Nəsimi RPİ-dən BMCMİ-yə gətirdiklərini, üzərində narkotik vasitə olsaydı, bunu Nəsimi polis idarəsində aşkar edə biləcəklərini söyləmişdir. BMCMİ-də Zərərçəkmiş şəxs döydüyünü, lakin, ona işgəncə vermədiyini deyib, törətdiyi əmələ görə məsuliyyət daşımağa hazır olduğunu bildirmişdir. Onun bu cavabı polis əməkdaşlarının xoşuna gəlməmiş və bu səbəbdən onu yenidən döyməyə başlamışlar. Axırda təzyiqlərə dözməyib, onların istəyi ilə razılaşıb, verdiyi narkotik vasitəni cibinə qoymuşdur. Daha sonra Raid, Natiq və Turalın da eyni qaydada döyülməklə narkotik vasitəni boyunlarına almalarını bilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş və onların hər biri üzərlərinə qoyulmuş olan narkotik vasitələri çıxarıb təqdim etmişdir. Həqiqətdə onların heç birinin üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşlarının işgəncələrinə dözməyib, güya üzərlərində narkotik vasitə olduğunu etiraf etməyə məcbur edilmişdir. Sonradan izahatı alınarkən və istintaqa ifadə verərkən yenidən döyüləcəyindən qorxub protokollara oxumadan imza etmişdir. Həmin ifadələri təsdiq etmir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə heç vaxt məşğul olmamış, bu məqsədlə heç kimlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməmişdir. Zərərçəkmiş şəxs dayısı Raidin və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün döymüşdür. Onun əmlakını quldurluq yolu ilə ələ keçirməmiş, hədə-qorxu yolu ilə ondan heç bir məbləğdə pul tələb etməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ***-***-**-** nömrə ilə mobil telefondan istifadə etmişdir. «İnstaqram» sosial şəbəkəsində Bəhruz adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Bir müddət sonra Bəhruz onun psixotrop maddə istifadəçisi olduğunu bilib, istəyəcəyi təqdirdə ona sata biləcəyini demiş və o, razılaşmışdır. Bəhruzun deməsindən ona məlum olmuşdur ki, onun adamı malı müəyyən bir yerlərə yerləşdirir, kartına pul vurulduqdan sonra malın yeri sifarişçiyə bildirilir. Bu yolla Bəhruzdan bir neçə dəfə psixotrop maddə metamfetamin alıb istifadə etmişdir. Axırıncı dəfə dəqiq yadında qalmayan tarixdə Bəhruz ona 250-300 manatlıq psixotrop maddə metamfetamin göndərmişdir. Sonuncuya hazırda pulu olmadığını, qısa müddətdə pulu ödəyəcəyini demiş və Bəhruz razılaşmışdır. Həmin ərəfələrdə Bəhruz ona bir nəfərin ondan narkotik vasitə istəməsi ilə bağlı səs yazısını göndərib, həmin şəxsi tanıyıb-tanımadığını soruşmuşdur. Səsə qulaq asandan sonra Bəhruza həmin şəxsi tanımadığını, lakin, həmin şəxsin dürüst adama oxşamadığını bildirmişdir. Bundan bir müddət sonra onun mobil telefonuna Raid zəng edib, tanımadığı halda nə səbəbə onun barəsində xoşagəlməz ifadələr işlətdiyini soruşmuşdur. Buna görə telefonda mübahisə etmiş və bir-birini söymüşlər. Bundan sonra Rail bir neçə dəfə ona zəng etsə də, zənglərinə cavab verməmişdir. 19 fevral 2021-ci il tarixdə Bəhruz ona zəng edib, metamfetamin istəyib-istəmədiyini soruşmuşdur. Sonuncuya göndərməsini, hər ikisinin pulunu qısa müddətdə ödəyəcəyini bildirmişdir. Növbəti gün Bəhruz ona şəkil ataraq Nərimanov rayonu Təbriz küçəsində yerləşən «Su Sonası» restoranının qarşısında malı qoyduğunu bildirmişdir. 20 fevral 2021-ci il tarixdə axşam saat 22 radələrində «Su Sonası» restoranının qarşısına malı götürmək üçün gələn zaman iki nəfər şəxs ona yaxınlaşıb biri özünü Raid, digəri isə Tural kimi təqdim etmişdir. Raid ilk öncə ondan nəyə görə ona söyüş söydüyünü soruşmuşdur. Sonuncuya ona söyüş söymədiyini, həmin şəxsin o, olmadığını bildirmişdir. Bundan sonra Raid ona məsələni aydınlaşdırmaq lazım olduğunu demiş, harada istəsə, söhbət edə biləcəyini bildirmişdir. Sonuncular ona yaxınlıqda yaşadıqlarını bildirib gedib evdə söhbət etməyi təklif etmiş və o, razılaşmışdır. Bu zaman iki nəfər şəxsin təxminən 5-6 metr kənarda dayanıb onlara baxdığını görmüşdür. Binanın həyətinə keçən zaman kənarda dayanan iki nəfər də onlara yaxınlaşmış və birlikdə Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsindəki «Grand Narimanoff» yaşayış kompleksində yerləşən 15 saylı binanın binanın 13-cü mərtəbəsində yerləşən mənzilə qalxmışlar. Mənzilə öz iradəsi ilə qalxmışdır. Buna onu heç kim məcbur etməmişdir. Mənzilə daxil olub əyilib ayaqqabısını çıxaran zaman Raid arxadan onu yumruqla vurmuşdur. Bundan sonra həmin şəxslərin dördü də onu zorla qonaq otağına salıb, başına və bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmiş, söyə-söyə ondan pulu nə səbəbə vermədiyini soruşmuşlar. Həmin vaxt adlarını sonradan bildiyi Natiq və Cavad onun ciblərini axtarmış və mobil telefonunu üzərindən götürmüşlər. Sonunculara söyüş söyən şəxsin özü olmadığını desə də, ona inanmamışlar. Bundan sonra Raid ona Bəhruza verəcəyi pulun ona çatmalı olduğunu demişdir. Raidə bunun Bəhruzla onun arasında olan məsələ olduğunu bildirdikdə, Raid Bəhruzla əlaqə saxlamışdır. Bəhruz da həmin pulu Raidə verməyini tapşırmışdır. Bundan sonra Raid ondan həmin pulu tələb etməyə başlamışdır. Onun Bəhruza təxminən 250-300 manat borcu olmuşdur. Ondan tələb etmişlər ki, tanışlarına zəng etsin, pulu onların dediyi kart nömrəsinə göndərdikdən sonra onu sərbəst buraxacaqlar. Onlara heç kimin onun yerinə pul verməyəcəyini bildirdikdə, onu yenidən döyməyə başlamış və pulu verməyənədək onu heç yerə buraxmayacaqlarını bildirmişlər. Əlacsız qalıb tanışı «Bəy» və «Rauf» adlı şəxslərə zəng edib, təcili pul lazım olduğunu bildirib, onlardan borca pul istəmiş, həmçinin üstü örtülü şəkildə probleminin olduğunu demişdir. «Bəy» onu başa düşərək pul verə biləcəyini, lakin, pulu gəlib evdən götürməyini istəmişdir. Ona gələ bilmədiyini, pulu karta göndərməsini dedikdə, sonuncu onunla razılaşmamışdır. Bundan sonra sonunculara puldan ötrü heç kimə zəng edə bilməyəciyini bildirmişdir. Həmin zaman Natiq qadın donu verib onu məcbur etmişdir ki, həmin paltarı geyinsin. Buna etiraz etdikdə onu yenidən döyməyə başlamışlar. Odur ki, məcbur qalıb paltarı geyinmişdir. Bundan sonra onun şəklini və videosunu çəkməyə başlamışlar. Videoçəkiliş gedə-gedə onu təhqir etmiş və pulu nə zaman ödəyəcəyini soruşurmuşlar. Təqsirləndirilən şəxs3 çəkdiyi siqaretin kötüyünü onun sol üz nahiyəsinə, qulaq seyvanının qarşısına basaraq orada söndürmüşdür. Həmin hissədə dərisi yanmışdır. Səhər açılanda hamının yatdığını görüb mənzilin açarını axtarmış, lakin, tapa bilməmişdir. Raidə məxsus mobil telefonun yataq otağında rəfin üstündə olduğunu görmüşdür. Telefonu götürüb eyvana çıxmış və girov saxlanıldığı barədə DİNin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra mənzilin balkonuna çıxıb hadisə yerinə gələn polis əməkdaşlarına saxlanıldığı mənzilin yerini nişan vermişdir. Polis əməkdaşları mənzilin yerini öyrənəndən sonra binanın 13-cü mərtəbəsinə qalxıb, mənzilin qapısını döymüşlər. Natiqi yuxudan oyadıb ona qapının döyüldüyünü demişdir. Sonuncu da bu barədə Raidə demiş, Raid durub qapını açmış və onların hamısı polislər tərəfindən saxlanılaraq əvvəlcə Nərimanov RPİ-nə, daha sonra BMCMİ-nə aparılmışdır. Saxlanıldığı mənzildə Raidgil tərəfindən narkotik vasitələrdən istifadə etməsinin şahidi olmamışdır. Özü narkotik vasitə istifadəçisidir. Belə hal baş vermiş olsaydı, özüdə narkotik vasitələrdən istifadə edərdi. Təqsirləndirilən şəxslər mənzildə qaldığı müddətdə onun qollarını bağlamamış və mənzildə sərbəst hərəkət etmişdir. Mənzildən çıxıb getməsinə hər hansı bir məhdudiyyət olmamışdır. Üzərində 160 manat deyil, cəmi 30-40 manat pul olub. Həmin pulu da mənzildə qaldığı müddətdə yeyibiçməyinə xərcləmişdir. Qolunda saatı olmamışdır. Qolbağı isə gümüşdən olmuşdur. Təqsirləndirilən şəxslərlə barışmışdır. Onların heç birinə qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə cəza təyin edilməməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş ifadələrindən görünür ki, Raid, Tural, Natiq və Cavad onun üzərindən 100 manat dəyərində mobil telefonunu, sağ qolundan 700 manat dəyərində qızıl qolbağını, sol qolunda olan 20 manat dəyərində saatını və cibində olan 160 manat pulu götürdükdən sonra onun əllərini paltar asmaq üçün istifadə olunan üzəri rezin və içərisindən polad məftil keçən iplə bağlamışlar. Həmin axşam onların evinə iki nəfər orta yaşlı oğlan da gəlmiş, onlardan birinin adı Cəlal olmuşdur. Söhbətin nədən getdiyini biləndən sonra, onlar da onu vurmağa başlamışlar. Sonuncular həmin günü onu yataq otağında yerləşən yataq mebelinin altına salmış və gecəni orada qalacağını bildirmişlər. Ayın 20sindən 21-nə keçən bütün gecəni orada keçirtmişdir. Səhərisi yenidən onu yatağın altından çıxartmış, əllərini açıb su vermiş və pul təşkil etməyini bildirmişlər. O, heç kimə zəng edə bilməyəciyini demişdir. Bundan sonra onlar onu soyunduraraq qadın donu verib məcbur etmişlər ki, həmin paltarı geyinsin. O, etiraz etdikdə yenidən döyməyə başlamışlar. Odur ki, məcbur qalıb paltarı geyinmişdir. Bundan sonra onun şəklini və videosunu çəkməyə başlamışlar. Video çəkə-çəkə onu təhqir etməyə və pulu nə zaman ödəyəcəyini soruşurmuşlar. 21 fevral 2021-ci il tarixdə bütün günü əli-qolu bağlı orada olmuşdur. Bütün günü yatağın altında saxlanılmışdır. Sadəcə ona iki litrlik «Coco-cola» butulkasında su vermiş və həmin butulka da yatağın altında qalmışdır. Fevral ayının 21 axşam yenidən onu döymüşlər. Təqsirləndirilən şəxs3 çəkdiyi siqaretin kötüyünü onun sol üz nahiyəsinə, qulaq seyvanının qarşısına (bakenbordumun üstünə) basaraq orada söndürmüşdür. Həmin hissədə dərisi yanmışdır. Axşam saatlarında onlar onu baş nahiyyəsindən vurmuş, onun başı dumanlanmış və özündən getmişdir. Bundan sonra onlar başına bir iş gələcəyindən qorxaraq onun əllərini açmış və ona su vermişlər. Bununla belə o, yenə də özünə gələ bilməmiş və yataq otağında yerdə qalmışdır. Bir də özünə gələndə görmüşdür ki, səhər açılıb, hamısı yatıb və onun əlləri açıqdır. İlk əvvəl mənzilin açarını axtarsa da, tapa bilməmişdir. Raidə məxsus mobil telefonun yataq otağında rəfin üstündə olduğunu görmüşdür. Telefonu götürüb eyvana çıxmış və girov saxlanıldığı barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra mənzilin balkonuna çıxıb hadisə yerinə gələn polis əməkdaşlarına saxlanıldığı mənzilin mərtəbəsini nişan vermişdir. Polis əməkdaşları mənzilin yerini öyrənəndən sonra binanın 13-cü mərtəbəsinə qalxıb, mənzilin qapısını döymüşlər. Raidi yuxudan oyadıb ona qapının döyüldüyü demişdir. Sonuncu durub qapını açmış və onların hamısı polislər tərəfindən saxlanılmışdır (cild 2. i.v. 68-72, 196-198). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 22 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra həmin şəxslərin barələrində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında işlədiyi Baş İdarənin və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid5 və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin əməliyyat müvəkkilləri Şahid11 Mirqafar oğlu, Şahid3, Şahid7 oglu və Şahid4 daxil edilmişlər. 22 fevral 2021-ci il tarixdə saat 13 radələrində qeyd edilən şəxslərin Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsi, ev 15 ünvanının qarşısında olmaları müəyyən edilmiş və həmin yerə getmişlər. Həmin gün saat 13:20-də həmin yerdə qeyd edilən şəxslər saxlanılmışlar. Bundan sonra həmin şəxslərə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib barələrində qəbul edilmiş qərarla onları tanış edib, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Baş İdarəyə gəlmişlər. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçilərin iştirakı ilə onlara hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı Mirata Seyidov tərəfindən həmin şəxslərin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə həmin şəxslərə təklif edilmişdir ki, üzərilərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsinlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan gödəkçəsinin cibində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli dəri gödəkçəsindən iki ədəd şəffaf sellofan bükümü, əynində olan cins şalvarından pulunu, «Nokia» markalı mobil telefonunu və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi iki ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş iki ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bir ədəd «Nokia» markalı mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs2 əynində olan gödəkçəsinin cibində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin cibindən iki ədəd şəffaf sellofan bükümü və 01 ədəd «KGTEL» markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini və pulu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi iki ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş iki ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs2 özünə qaytarılmışdır. Aşkar edilmiş bir ədəd «KGTEL» markalı mobil telefon və özünə məxsus şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs4 barəsində şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs4 əynində olan qara rəngli cins şalvarın cibindən iki ədəd şəffaf sellofan bükümü, bir ədəd «Xiaomi Redmi» markalı mobil telefonu və pulu çıxardıb təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs4 təqdim etdiyi iki ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs4 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs4 üzərindən aşkar olunmuş iki ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs4 özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs4 üzərindən aşkar edilmiş bir ədəd «Xiaomi Redmi» markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sonda Təqsirləndirilən şəxs3 barəsində şəxsi axtarış və götürmə keçirildi. Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli gödəkçəsinin cibindən iki ədəd şəffaf sellofan bükümü, əynində olan şalvarının cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və pulu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi iki ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs3 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş iki ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış, zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs3 özünə qaytarılmış, şəxsiyyət vəsiqəsi isə götürülmüşdür. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və protokol düzgün tərtib edildiyindən iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1, Şahid5, Şahid11 Mirqafar oğlu, Şahid3, Şahid7, Şahid4 Şahid6 ifadəsinə oxşar ifadə vermişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Nərimanov RPİ 18-ci PB baş təhqiqatçısı vəzifəsində işləyir. 55-515-67-77 saylı mobil telefon nömrəsi uzun müddətdir onun istifadəsindədir. Hadisə baş verən gün 22 fevral 2021-ci il tarixində xidmət üzrə növbədə olmuşdur. BMCMİ ilə üzbəüz yeni tikilmiş hündürmərtəbəli binaların birində bir nəfər şəxsin əvvəllər tanıdığı şəxslər tərəfindən mənzildə girov saxlanıldığı və həmin şəxslərin yatmasından istifadə edərək onların mobil telefonundan DİN-in 102 qaynar xətt sisteminə zəng edərək məlumat verməsi barədə məlumat daxil olmuşdur. Zərərçəkmiş şəxs 55-312-05-88 mobil telefon nömrəsi vasitəsilə əlaqə saxlamışdır. O, qeyd edilən əməliyyatda iştirak etmiş, onlarla birlikdə Nərimanov RPİ-nin əməkdaşları da həmin tədbirdə iştirak etmişlər. Bir müddət sonra məlumat verən şəxslə əlaqə saxlaya bilmədik, ona geri zəng edərkən cavab vermədi, telefonu məşğula atdı, daha sonra özü sms vasitəsilə əlaqə saxlamışdır. Daha sonra özü mənzilin eyvanından mənzilin binanın hansı hissəsində olmasını polislərə göstərmişdir. Şəxsin göstərdiyi ünvan Dəmirçizadə küçəsinə baxırdı. Onlar mənzilin mərtəbəsini, ünvanı müəyyən etdikdən sonra əməliyyat qrupunun, cinayət-axtarış şöbəsinin və digər polis əməkdaşlarının iştirakı ilə ünvan 6 ünvanına gedib qapını döymüşlər, lakin xeyli müddət qapını açan olmamışdır. Müəyyən profilaktik söhbətlər etdikdən sonra qapı açılmış və evdə zərəçəkmişlə birlikdə beş nəfər şəxsin olduğu məlum olmuşdur. Qapını açan şəxslərdən birinin əlində zərərçəkmişi vurduğuna görə xəsarətlər yaranmışdır. Daha sonra həmin şəxslər tərəflərindən saxlanılmışdır. İlkin materiallar toplandıqdan sonra qısa müddət ərzində onlar bölməyə aparılmadan BMCMİ-nə təhvil verilmişdir. Hadisənin üstündən xeyli vaxt keçdiyinə görə həmin şəxsləri hazırda xatırlamır. Onların əsas işi girov götürülmüş zərərçəkmiş şəxsin olduğu mənzili müəyyən edib, onu azad etmək olmuşdur. Zərərçəkmiş şəxs mənzildə onu girov saxlayan şəxslərin gecədən səhərə qədər narkotik vasitələrdən istifadə edərək yatdığını, onun özünü isə çarpayının altında saxladıqlarını bildirmiş, lakin həmin vaxt mənzildə və şəxslərin üzərində axtarış aparılmamışdır. Birinci instansiya məhkəməsində əvvəlki məhkəmə tərkibinin iştirakı ilə dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid9 ifadəsindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin Mərkəzi məhkəmə-tibbi ekspertiza şöbəsinin rəisi vəzifəsində çalışır. 30 ildən çox iş təcrübəsi vardır. Zərərçəkmiş şəxs aldığı xəsarətlərlə bağlı 4 mart 2021-ci il tarixli ekspert rəyini o, tərtib etmişdir. Rəy verməzdən əvvəl zərərçəkmiş şəxslə görüşmüşdür. Sonuncunu hadisədən 5 gün sonra müayinə etmişdir. Müayinə zamanı zərərçəkmiş şəxsin üz nahiyəsi və göz ətrafında xəsarətlər olmuşdur. Məhkəmə tibbi meyarlara əsasən əmələ gəlmə mexanizmi, törənmə müddəti və zərərvurma dərəcəsi müəyyən olunmuşdur. Canlı şəxs müraciət etdikdə ilk öncə şəxsiyyətini təsdiq edən sənəd əsasında, sənədi olmadıqda isə şəxsi ekpertizaya təqdim edən hüquq-mühafizə orqanının sənədi əsasında həmin şəxsin şəxsiyyəti müəyyən edilir, sonradan analizləri toplanır, ona suallar verilir, cavablar alınır, daha sonra onun antropometrik göstəricilərinə fiziki göstərişləri qeyd olunur, şəxsin başından digər nahiyələrinə qədər hadisəyə uyğun xəsarətlər olub-olmadığı müəyyən edilir. Həmin xəsarətlər bir-bir yoxlanılır, ekspert rəyinin təsviri hissəsində əks edilir və sonda rəyin nəticə hissəsi formalaşdırılır. Rəy tərtib edildikdən sonra qeydiyyat otağının göndərişi ilə müstəntiqə göndərilir. Daxili zədələrinin olub-olmadığı müraciət edən şəxsin şikayəti əsasında yoxlanılır. Pasiyentin hər bir davranışına fikir verilir, onda genoloji hər hansı əlamət olarsa, digər metodlar vasitəsilə müayinə edilməsi üçün pasient göndərilir. Bu halda zərərçəkmiş şəxsin digər şikayəti olmadığı üçün onun daxili orqanlarını müayinə etməmişdir. Foto-vizual müayinədən yalnız meyitlərin müayinəsi zamanı istifadə olunur. Canlı şəxslərdə çəkilişin sxematik forması yoxdur. Xəsarətin hansı xarakterdə olması, küt və ya iti əşya ilə yetirilməsi, yaranın yanıq və ya əzilmiş, kəsilmiş-deşilmiş olmasını müəyyən etmək məsələləri onun səlahiyyətinə aiddir. Rəydə göstərilən metodlarla xəsarətin müəyyən edilməsi onun seçimidir. Yumşaq toxumaya yetirilmiş gözlə görünən xəsarətin müəyyən edilməsi üçün rentgenə ehtiyac olmur. Əgər şəxsin sümük sistemində hər hansı sınıq və ya çıxığın olması ehtimal edilərsə, bu zaman rentgen vasitəsilə həmin xəsarət aşkar oluna bilər. Üz nahiyəsində sümüklərin travmatik zədələnməsinə şübhə olmadığı hallarda rentgenoloji müayinəyə təqdim edilmir. Zərərçəkmiş şəxs hüquq mühafizə orqanı tərəfindən təqdim edilmişdir. Onun şəxsiyyətini müstəntiq Ceyhun Məmmədov tərəfindən təsdiq etmişdir. Zərərçəkmiş şəxs müayinəsindən sonra, onun heç müayinə edilmədiyini bildirə bilər. Zərərçəkmiş şəxsin onun ekspert müayinəsindən keçmədiyi barədə göstərdiklərini təsdiq etmir. Birinci instansiya məhkəməsində əvvəlki məhkəmə tərkibinin iştirakı ilə dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid8 ifadəsindən görünür ki, Azərbaycan Kikboksinq Federasiyasında hakim və məşqçi işləyir. Zərərçəkmiş şəxs onunla bir məhəllədə yaşayır, sonuncunun məşqçisi olmuşdur. 21 fevral 2021-ci il tarixdə Şahin ona zəng edib, həyəcanlı formada danışıb, ondan təcili 400 manat pul təşkil etməsini xahiş etmişdir. Şahin probleminin olduğunu, təcili pul lazım olduğunu bildirmişdir. O, fikirləşmişdir ki, yəqin Şahinin kiməsə borcu vardır və həmin şəxs ondan borcunu istəyir və hazırda onun yanındadır. Buna görə də qəsdən pulu ancaq Şahinin özünə verə biləcəyini, sonuncuya gəlib məhlədən pulu götürə biləcəyini demişdir. Şahin ondan pulu karta köçürməsini istəmiş, o, razılaşmadıqdan sonra Şahin ona pulu kimləsə göndərməsini təklif etmişdir. O, yenə də razılaşmamışdır. Şahindən hər şeyin qaydasında olub-olmadığını soruşduqda Şahin problem olmadığını bildirsə də, səsi narahat gəlmişdir. Bundan sonra Şahin onunla əlaqə saxlamamışdır. Həmin gün axşam onun mobil nömrəsinə Mehdiabad qəsəbəsində yaşayan Cəlal adlı şəxs zəng etmişdir. Sonuncu ilə tanışlığı olsa da çox da yaxın münasibəti olmamışdır. Cəlal Mehdiabad qəsəbəsində maşın təmiri sexində işləyir. Cəlal gəlib ondan pulu götürmək istədiyini bildirmiş, sonuncudan hansı pul barəsində soruşduqda ona Şahinin istədiyi 400 manatı nəzərdə tutduğunu demişdir. O da Cəlala pulu ancaq Şahinin özünə verə biləcəyini demişdir. Cəlaldan məsələ barəsində soruşduqda o, Şahinin onun Raid adlı dostuna verəcəyi olduğunu bildirmişdir. X15 birlikdə olduğunu və hər şeyin qaydasında olduğunu bildirmişdir. Cəlal Şahinin öz istəyi ilə orada qaldığını bildirmişdir. Növbəti gün isə Şahinin kiməsə borcu olduğunu və Raid adlı şəxsin bir neçə tanışı ilə birlikdə Şahini evə aparıb, orada iki gün girov saxladıqlarını, həmin zaman Şahini döyüb işgəncələr verdiklərini öyrənmişdir. İşin 1-ci cildinin 112-117-ci vərəqindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/785 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 6» dairəvi möhür əksi olan dörd ədəd kağız paketin içərisində olan, üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...» sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,330 qram, 1,785 qram ümumi təmiz çəkisi 5,115 qram olan qəhvəyi rəngli maddələr, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində «Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş...» sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,452 qram, 3,428 qram ümumi təmiz çəkisi 6,880 qram olan qəhvəyi rəngli maddələr, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində «Təqsirləndirilən şəxs4 üzərindən aşkar olunmuş...» sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd kağız paketin iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,820 qram, 3,750 qram ümumi təmiz çəkisi 6,570 qram olan qəhvəyi rəngii maddələr, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində «Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş...» sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd kağız paketin iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,159 qram, 3,511 qram ümumi təmiz çəkisi 6,670 qram olan qəhvəyi rəngli maddələr, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 25,235 qram, tədqiqata sərf edildi - 0,32 qram, qalıq - 24,915 qram. İşin 3-cü cildinin 119-120-ci vərəqindəki «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyi» X10 məhkəmətibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 139/MEŞ nömrəli rəyindən görünür ki, «Zərərçəkmiş şəxs aşağıdakı xəsarətlər aşkar edildi: üzünün sol qulaq önü nahiyəsinin İ dərəcəli yanıq yarası; - sol gözaltı nahiyənin qançırı, sağ gözün ağlı qişasının bayır bucağında üçbucaq şəkilli qansızma və gözun üst qapağının qançırı; - hər iki bilək nahiyəsinin zolaq şəkilli qançırları. Qeyd olunan yanıq yarası yandırıcı əşyanın termiki təsirindən, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri müayinədən 4-5 gün əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən tarixlərdə və şəraitdə yarana bilərdilər, dərəcəsinə görə, sağ gözün ağlı qişasının bayır bucağında üçbucaq şəkilli qansızma və gözun üst qapağının qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs hər iki bilək nahiyəsində qeyd olunan zolaq şəkilli qançırların lokalizasiyasını və xarakterini nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitdə, o cümlədən rezin iplə sıxılaraq bağlanması nəticəsində yetirilməsi inkar edilmir. İşin 1-ci cildinin 80-85-ci vərəqindəki şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 fevral 2021-ci il tarixdə saat 13:20-də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsi, ev 15 ünvanının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əyində olan dəri gödəkçəsinin sağ yan cibindən iki ədəd bükümdə 3,330 qram və 1,785 qram olmaqla ümumilikdə külli miqdarda 5,115 qram çəkidə, Təqsirləndirilən şəxs2 əyində olan qara rəngli gödəkçəsinin sol yan cibindən iki ədəd bükümdə 3,452 qram və 3,428 qram olmaqla ümumilikdə külli miqdarda 6,88 qram çəkidə, Təqsirləndirilən şəxs4 əyində olan qara rəngli cins şalvarının arxa sol cibindən iki ədəd bükümdə 2,820 qram və 3,750 qram olmaqla ümumilikdə külli miqdarda 6,57 qram təmiz çəkidə və Təqsirləndirilən şəxs3 əyində olan qara rəngli gödəkçəsinin sol yan cibindən iki ədəd bükümdə 3,159 qram və 3,511 qram olmaqla ümumilikdə külli miqdarda 6,67 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin 2-ci cildinin 17-28-ci vərəqlərindəki «Evə baxış keçirilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokola əsasən iş üzrə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və X11 tərəfindən zorla saxlanıldığı ünvan 7 ünvanına baxış keçirilmiş və baxış zamanı bir ədəd rulon falqa, bir ədəd paltar asmaq üçün istifadə edilən ip və bir ədəd qadın paltarı hesab edilən don aşkar edilərək götürülmüşdür. İşdəki Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, iş üzrə təqsirləndirilən şəxslər xx.xx.2021-ci il tarixdə təcridxanaya yerləşdirilmiş, Təqsirləndirilən şəxs1 sol üst göz qapağında tünd bənövşəyi rəngli qançır müşahidə olunmuş, digərlərində xəsarət aşkar edilməmişdir. İşin 2-ci cildinin 97-109-cu vərəqlərindəki protokoldan görünür ki, cinayət işinin istintaqı zamanı həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs4 götürülmüş Redmi 6A markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, telefonda quraşdırılmış «Whatsapp» mobil tətbiqində «Ruhid Dayday» adı altında qeyd edilmiş ***-***-**-** mobil nömrəsinə həmin mobil tətbiq vasitəsi ilə 21 fevral 2021-ci il tarixdə saat 23:46-da 05 ədəd şəkil və 02 ədəd video fayl göndərilmişdir. Həmin şəkillərə baxış zamanı şəkillərdə qadın geyimində, orta yaşlı, saqqallı, sağ gözünün alt hissəsi qaralmış, iş üzrə Zərərçəkmiş şəxs oxşar bir nəfər şəxsin olduğu müəyyən olunmuşdur. Video fayllara baxış zamanı şəkillərdə olan şəxsin hərəkətsiz dayanması və kişi səsli bir nəfər şəxsin ona «düz deyir, qandon» deməsi müəyyən olunmuşdur. Digər videoda da şəkillərdə olan şəxsin yenə də hərəkətsiz dayanması və kişi səsli bir nəfər şəxsin ona «Bax, qəhbə, sinəni zadı qırxmısan, göt. Görürsən, gijdıllaq öz sinəni qırxmısan bax qəhbə» deməsi müəyyən olunmuşdur. Həmin ifadələr işlədilən zaman arxadan başqa bir kişi səsli şəxs «paltar yaraşdıyee» deməsi, həmçinin videodakı qadın geyimli, Zərərçəkmiş şəxs oxşar şəxsin də «Sən Allah eləmə də» ifadəsini işlətməsi müəyyən edilmişdir. Bundan əlavə baxış zamanı Təqsirləndirilən şəxs4 məxsus mobil nömrədən «Ruhid Dayday» adı altında qeyd edilmiş 077- ***-**-** mobil nömrəsinə «Whatsapp» mobil tətbiq vasitəsi ilə qırmızı oxla işarə edilmiş müxtəlif ünvanların şəkillərinin göndərilməsi aşkar edilmişdir. İşin 4-cü cildinin 46-96-cı vərəqlərindəki Sübutların qiymələndirilməsi haqqında qərardan görünür ki, ünvan 8 ünvanına keçirilən baxış zamanı aşkar edilərək götürülmüş bir ədəd rulon falqa, bir ədəd paltar asmaq üçün istifadə edilən ip və bir ədəd qadın paltarı hesab edilən don 21 sentyabr 2021-ci il tarixli qərarla maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Həmin qərarla Təqsirləndirilən şəxs4 aşkar edilmiş 01 ədəd «Redmi 6A» markalı mobil telefon cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Həmin qərarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş qalıq çəkisi 24,915 qram olan narkotik vasitə heroin 21 sentyabr 2021-ci il tarixli qərarla maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş üzrə şahid Nərimanov RPİ-nin 18-ci PB-nin təhqiqatçısı Şahid10 özünə məxsus +**********77 saylı mobil telefon vasitəsilə +**********88 saylı mobil telefonla olan SMS yazışmasının fotoşəkillərini məhkəməyə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş həmin fotoşəkillərdən görünür ki, 22 fevral 2021-ci il tarixdə saat 10:37-də ona məxsus mobil telefondan qeyd edilən nömrəyə «Sen qapini aca bilersen» mesajı göndərilmiş, saat 10:38-də həmin nömrədən «Yox acar yoxdu» məzmunlu sms daxil olmuşdur. Saat 10:39-da Şahid10 məxsus mobil telefondan +**********88 saylı mobil telefona «Biz qapinin arxasindayiq sen qlazokdan bizi gorursen», 10:41-də isə «Burda qapi coxdu sen bize qaini isare ver qapini dpyub icaeri girek» məzmunlu sms-lər göndərilmişdir. Qeyd edilən məlumatları yoxlanılması üçün müvafiq qərar qəbul edilərək Bakcell MMC-nə sorğu verilmişdir. Bakcell MMC-dən daxil olmuş ***-***-**-** və 055-312-05- 88 saylı mobil nömrələrə daxil olan və çıxan SMS-lərin siyahısı və həmin SMS-lərin mətnlərinin olduğu bir ədəd diskə keçirilmiş baxış zamanı 22 fevral 2021-ci il tarixdə saat 10:37-də +**********77 saylı telefon nömrəsindən +**********88 saylı mobil telefon nömrəsinə «Sen qapini aca bilersen» sms göndərilmiş, +**********88 saylı mobil nömrəsindən +**********77 saylı telefon nömrəsinə «Yox acar yoxdu» məzmunlu sms daxil olmuşdur. Saat 10:39-da +**********77 saylı telefon nömrəsindən +**********88 saylı mobil telefon nömrəsinə «Biz qapinin arxasindayiq sen qlazokdan bizi gorursen», 10:41-də isə «Burda qapi coxdu sen bize qaini isare ver qapini dpyub icaeri girek» məzmunlu sms-lər göndərildiyi öz təsdiqini tapmışdır. İşin 1-ci cildinin 19, 35, 52, 69-cu vərəqlərindəki protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İşin 1-ci cildinin 158-160, 173-175, 188-190, 203-205, 270-271-ci vərəqlərindəki qərarlardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin tərəfindən xx.xx.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. İşdəki Zərərçəkmiş şəxs təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 qarşı şikayəti və tələbi yoxdur, onlarla barışmışdır. Təqsirləndirilən şəxslərə cəza təyin edilməməsini xahiş edir. İşin 2-ci cildinin 114-116-cı vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa işdəki hökmdən görünür ki, o, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 117-119 və 216-245-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsi və hökmün surətindən görünür ki, Məmmədli X2 Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Nərimanov rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəzaya Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə təyin edilmiş 3.000 manat cərimə cəzası tam birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3.000 manat cərimə cəzası təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə CM-nin 177.2.4-cü maddəsi hökmdən xaric edilmiş və cəzası 4 il müddətə azadlıqdan məhrum etmə cəzası və 3.000 manat cərimə cəzasına azaldılmışdır. xx.xx.2018-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2019-cu il tarixdə İsmayıllı rayon məhkəməsinin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 3000 manat cərimə cəzası və cinayət məsuliyyətindən azad edilmiş, bu əməl üzrə məhkumluğu olmayan hesab edilmişdir. Bundan başqa o, Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 2-ci cildinin 123-124-cü vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İşin 2-ci cildinin 120-122, 185-187-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsi və qərardan görünür ki, Təqsirləndirilən şəxs4 Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 181.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib 5 il müddətə azadlıdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 9 sentyabr 2019-cu il tarixli qərarı ilə hökm dəyişdirilmiş, CM-nin 181.2.1-ci maddəsi CM-nin 180.2.1, 180.2.4-cü maddələrinə tövsif edilərək cəzası 3 il 3 aya endirilmişdir. xx.xx.2020-ci il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə 9 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtardığına görə şöbənin qeydiyyatından çıxarılmışdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihama dair hökmdə qeyd etmişdir ki, təqsirləndirilən şəxslər 22 fevral 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nərimanov rayonu, Dəmirçizadə küçəsi, ev 15 ünvanında Nərimanov RPİ və 18-ci PBnin əməkdaşları tərəfindən saxlanılmış və həmin vaxt onların üzərində heç bir narkotik vasitə heroin aşkar edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmiş cinayəti törətmələrində təqsirlilikləri sübuta yetirilmədiyindən onlara həmin maddələrlə bəraət verilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.6, 145.2.4, 181.2.1, 182.2.1 və 182.2.2, 182.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 145.2.4, 181.2.1, 182.2.1 və 182.2.2, 182.2.3-cü maddələri ilə tövsif edilməli, onlar həmin maddələrlə təqsirli bilinməli və onlara həmin maddələrlə cəza təyin edilməlidir. Birinci instansiya məhkəməsi zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin təhlükəli residivinin olmasını, Təqsirləndirilən şəxs4 əməlində cinayətlərin residivinin olmasını onların cəzasını ağırlaşdıran hal kimi nəzərə almış, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxslərin CM-nin 133.2.3, 133.2.6, 145.2.4, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə təqsirlərini təkzib edə biləcək hal müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsindən təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.6, 145.2.4, 181.2.1, 182.2.1 və 182.2.2, 182.2.3cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özlərini qismən təqsirli bilsələr də, onların qeyd edilən cinayətləri törətməkdə təqsirli olmaları ibtidai istintaq zamanı verdikləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş etirafedici ifadələri, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi və şahidlər Şahid10, Şahid9 və Şahid8 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, protokollar və işin digər faktiki halları ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göründüyü kimi təqsirləndirilən şəxslər irəli sürülən ittiham üzrə özlərini tam təqsirli bilməsələr də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onların Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 145.2.4, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs1 özünü Cinayət Məcəlləsinin 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü, Təqsirləndirilən şəxs2 özünü Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü, Təqsirləndirilən şəxs3 özünü Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü, Təqsirləndirilən şəxs4 özünü Cinayət Məcəlləsinin 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə təqsirli olmadıqlarını bildirsələr də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxslərin gətirdiyi bu dəlillər zərərçəkmişin ibtidai istintaq zamanı verdiyi ifadəsi, Şahid10 birinci instansiya məhkəməsində verdiyi ifadəsi, xx.xx.2021-ci il tarixli ekspertiza rəyi, habelə digər toplanmış istintaq materialları ilə təkzib edilmiş və onların qeyd edilən cinayət əməlləri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 145.2.4, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətmələrini məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə sübuta yetirilməsi, əməllərində cinayət tərkibinin olması, bununla da onların təqsirliliyinin tam sübuta yetirilmiş hesab edilməsi, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsasların olmaması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3cü, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü, Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 145.2.4, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə bəraət verilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 145.2.4, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(101)-59/2024 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 145.2.4, 181.2.1, 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-59/2024 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 50 (əlli) iş saat hüquqi xidmətə görə Müdafiəçi8 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri “Güvən” Vəkil Bürosunun hesabına; Təqsirləndirilən şəxs4 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 50 (əlli) iş saat hüquqi xidmətə görə Müdafiəçi9 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına; Təqsirləndirilən şəxs4 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 50 (əlli) iş saat hüquqi xidmətə görə Müdafiəçi10 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri “Güvən” Vəkil Bürosunun hesabına; Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 50 (əlli) iş saat hüquqi xidmətə görə Müdafiəçi7 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar