Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1795/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, X10 və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X12 qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 qızının, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi- Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 1(101)-1539/2024 saylı hökmü ilə (sədrlik edən S.İ.Əliyev, F.Ə.Qəniyev və M.M.Ağalarov ibarət tərkibdə) 19 avqust 1998-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.2 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 29 noyabr 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməsi və onun məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd kofta və 01 ədəd məişət bıçağının hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, 28 noyabr 2023-cü il tarixdə saat 15 radələrində ünvan 3 ünvanda yerləşən “Az-Granata" firma mağazasında siqaret alarkən tanıdığı satıcı X4 ona işləməməsi və özünə iş yeri tapmaması ilə bağlı irad bildirməsindən sonra həmin gün saat 19:45-də yüngül dərəcəli sərxoş vəziyyətdə həmin mağazaya gəlib Fərid Süleymanlının bir nеçə saat əvvəl ona irad tutmasına etirazını bildirərək bu səbəbdən aralarında yaranmış mübahisədən sonra yaşadığı ünvan 4 ünvanının mətbəxindən götürdüyü dəstəyi qara rəngli ebonit materiallardan hazırlanmış lövhələrdən ibarət 90 mm uzunluqda və tiyəsi gümüşü rəngli metal materialdan olan 116 mm uzunluqda zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Fərid Süleymanlını vurmaq istədiyi zaman mağazadakı digər satıcı Zərərçəkmiş şəxs buna mane olmaq istədikdə o, ictimai qaydalara laqeyd münasibət bəsləməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub bu cüzi səbəbi bəhanə edərək xuliqanlıq niyyəti ilə bıçaqla ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs sinə nahiyəsindən bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş yarası, sol tərəfin hemotoraksı ilə müşaiyət olunan həyat üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 1(101)-1539/2024 saylı hökmü ləğv edilməklə, ona təyin edilmiş cəzanın şərti cəza ilə əvəz edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qeyd olunan hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Aşağıda göstərdiyi səbəblərə görə hesab edir ki, həmin hökm ləğv edilməli və ona şərti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, hökmdə olan ifadəsində Zərərçəkmiş şəxs hadisənin təsadüfən baş verdiyini, ona xəsarət yetirmək fikrimin olmadığını, sadəcə onunla iş üzrə Şahid arasında mübahisə olacağını zənn edərək onun qolundan tutmaq istəyərkən ehtiyatsızlıq üzündən əlində olan bıçaqla ona xəsarət yetirdiyini qeyd etmişdir. Ona görə də zərərçəkmiş şəxs hadisənin ehtiyatsızlıq üzündən baş verdiyini, eləcə də əvvəllər dost olmaqlarını nəzərə alaraq izahatında ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə cəza verərkən cinayətin ondan asılı olmayan səbəbdən baş verməsinə fikir verməmişdir. Belə ki, o, 2-ci Qarabağ Müharibəsində iştirak etmiş, əsəblərində gərginlik yaranmış, bunun da nəticəsində n daima stress və psixoloji gərginlik içində yaşamışdır. Həmin stresslər nəticəsində əsəbləri pozulmuşdur. Dəfələrlə Şamaxı şəhər poliklinikasında həkim müayinəsində olaraq, ona əsəbi gərginliyə qarşı bir çox dərman müalicəsi təyin olunmuşdur. Hadisənin baş verdiyi an Psixi xəstəliyi ilə əlaqədar əsəbi gərginlik vəziyyətində olmuşdur. Yalnız zərərçəkmiş şəxsə özündən asılı olmayaraq ehtiyatsızlıq üzündən yetirdiyi xəsarətdən sonra hadisənin baş verdiyini anlayaraq könüllü olaraq polisə gedib bu barədə məlumat vermişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə almır. Məhkəmə tərəfindən cəza verilərkən, iş materialında onun əsəb xəstəliyindən əziyyət çəkməyi barədə tibbi rəyə, müharibə veteranı olmağına, eləcə də vətən qarşısındakı xidmətlərinə əhəmiyyət verilməmişdir. Belə ki, Respublika Psixiatriya Xəstəxanasının Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli, 5173 saylı Rəyində onun "Uzun gedişli Postravmatik stress pozuntusu F 43.1" diaqnozu ilə əziyyət çəkməyi təsdiqlənmiş və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən onun həmin diaqnozla müalicə olunmaqdan ötrü xx.xx.2024-cü il tarixli tibbi xidmətə göndəriş vərəqəsi verilmişdir. Məhkəmə həmin rəyə hüquqi qiymət verməmiş, onun müharibədən sonra psixi xəstəlikdən əziyyət çəkməyini nəzərə almamış, hadisənin əsəbi gərginlik vəziyyətinə, yəni psixi xəstəliyi ilə əlaqədar törədilməsinə fikir verməmişdir. Belə ki, həkim rəyinə əsasən ona qoyulmuş həmin diaqnoz tibbdə müharibə zamanı stressdən baş verən xəstəlik hesab edilir. Məhkəmə mənə cəza təyin edərkən cəzanı yüngülləşdirən halları tam nəzərə almamışdır. Belə ki, CM-in 59.1-ci maddəsinə əsasən cinayətin ağır həyat şəraiti nəticəsində törədilməsi, cinayətin fiziki və ya psixi məcburiyyət təsiri altında və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi, cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 70.1 və 70.3-cü maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 383.1.1-ci maddəsinə əsasən "Məhkum edilmiş şəxsin mənafeyinə aid hissədə məhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi hökmdən apellyasiya şikayəti verə bilər". Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən "Təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır".Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən "Cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da sərtliyinə, həm də açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir". Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Anası yaşlı və xəstədir, anası onun himayəsindədir. O, ailənin yeganə qazanc gətirənidir. Onun əhkum olmağı anasının tək və köməksiz qalmasına gətirib çıxarmışdır. Apelyasiya icraatında təqsirləndirilən şəxs və müdafiəçi Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 1(101)-1539/2024 saylı hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 126.2.2 və 126.2.4-cü maddələrindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Apelyasiya icraatında zərərçəkmiş şəxs apelyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Apelyasiya icraatında dövlət ittihamçısı apelyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 1(101)-1539/2024 saylı hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmadığından hökmün apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini və Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinin tələblərinə əsasən bu dəlillərdən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının tələblərinə əməl edilməsini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 1(101)-1539/2024 saylı hökmünün ləğv edilməsi və təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 126.2.2 və 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı təqsirləndirilən şəxsin müdafiəçisinin apelyasiya icraatında qeyd etdiklərinə münasibətdə bildirir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara qiymət verərək, hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.2 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 126.2.2 və 126.2.4-cü maddələri ilə tövsif edilmişdir. Həmçinin birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlində xuliqanlıq olmaması barədə verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı sayılmaması və onun ifadəsinin özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilməsi ilə bağlı mövqeyi də əsaslı hesab edilir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə həmin tarixdə ünvan 3 ünvanında yerləşən “Az-Granata” firma mağazasının içərisində baş vermiş, fotolar çəkilərək protokola əlavə edilmiş, həmçinin hadisə yerindən hadisənin törədilməsində istifadə olunan bir ədəd tiyəsi qırıq bıçaq və mağazada olan təhlükəsizlik kamerasından videogörüntü götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 29 noyabr 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, İş üzrə hadisənin baş verdiyi “Az-Granata” firma mağazasının təhlükəsizlik kamerasında götürülmüş video görüntülərin köçürüldüyü 01 ədəd dvd diskə baxış keçirilmişdir. xx.xx.2023-cü il tarixdə saat 19:45-də mağazanın giriş qapısından üzərində qara rəngli dəri gödəkçə və tünd rəngli cins şalvar olan şəxs içəri daxil olmuş, həmin şəxsin sağ əlində bıçağa bənzər əşya vardır. Təqsirləndirilən şəxs videogörüntüyə baxaraq içəriyə daxil olan şəxsin özü olmasını və sağ əlində bıçaq olmasını demişdir. Təqsirləndirilən şəxs içəri daxil olan kimi mağazanın giriş qapısın yanında olan şəxsiyyəti istintaqa məlum olmayan lakin videogörüntüdə başa düşüldüyü kimi mağazada müştəri qismində olan şəxsə deyil, bir qədər içəri tərəfdə dayanmış Fərid Sülyemanovun üzərinə qaçımış, Şahid dərhal mağazanın ortasında olan üzərində içkilər qoyulmuş piştaxtanın arxa tərəfinə doğru qaçmış, bu zaman Təqsirləndirilən şəxs anidən mağazada olan digər satıcı, yəni videogörüntüdən göründüyü kimi üzərində qara rəngli geyimləri olan Zərərçəkmiş şəxs tutub saxlamış, lakin Təqsirləndirilən şəxs bununla kifayətlənməyib qəsdən onu sakitləşdirməyə çalışan Zərərçəkmiş şəxs sağ əlində olan bıçaqla bir dəfə zərbə endirmiş, bundan sonra mağazaya daxil olan kənar şəxslər Firudini tutub saxlamış və onu mağazanın içərisindən küçəyə çıxarmışlar. Hadisə 19:46 dəqiqədə yekunlaşmış, Təqsirləndirilən şəxs videgörüntüdə bıçaqla bir dəfə zərbə endirdiyi şəxsin əvvəllər tanıdığı, həmin mağazada satıcı olaraq işləyən Cümşüd adlı şəxs olmasını, ona xəsarət yetirmək istəmədiyini, törətdiyi əmələ görə peşman olmasını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 28 noyabr 2023-cü il tarixli 2/48743 nömrəli protokoldan müəyyən olunur ki, X5 həmin tarixdə saat 22:03-də müayinədən keçirilmiş və o, hadisə zamanı yüngül dərəcəli sərxoş olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsindən alınmış xx.xx.2023-cü il tarixli, 1388 nömrəli rəydən görünür ki: Vət.Zərərçəkmiş şəxs sol pnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət iti uca və kənara malik əşyanın təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən bıçaqla törənə bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, aiddir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olması, müharibədə aldığı travmalar nəticəsində onun nevroloji problemlərinin olması, ona posttravmatik stress pozuntusu diqanozunun qoyulması, bütün bunlar nəticəsində cüzi deyilən bir məsələni böyüdə bilməsi halları ilə bağlı onun əməlində xuliqanlıq niyyətinin olmamasına dair müdafiəçinin apelyasiya icraatındakı çıxışına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. X9 arasında mübahisə olmuşdur. Onun bu söhbətdən xəbəri olmamışdır. Mağazanın içərisində müştəri yola salırmış. Söhbətdən sonra Fərid mağazaya girmiş və biraz keçdikdən sonra Firudin də əlində bıçaqla içəri girmişdir. O da Firudini saxlamağa çalışırmış. Bu zaman bıçaq ona dəymişdir. Firudin də çıxıb getmişdir. Sonradan da gedib polisə təslim olmuşdur. Təqsirləndirilən şəxsi əvvəldən tanımışdır. Mağazada işlədiyi dövrdən müştəri kimi tanıyırmış. Gəldiyi zamanlar aralarında mübahisə olmamış, ancaq xoş münasibətləri olmuşdur. Fəridlə Firudin arasındakı mübahisə zamanı orada olmuşdur. Fərid Firudinə pis niyyətlə heç nə deməmişdir. Firudin sözlü mübahisə zamanı Fəridə iradını da bildirməmişdir. Firudin geri qaytdıqda o orada olmamışdır. O Firudin mağazaya əlində bıçaqla gələn zaman onu görmüşdür. O Firudinin hər iki qolundan tutmaq istəyirmiş. Bıçaq onun sol döş qəfəsinə dəymişdir. Bıçaq Firudinin sağ əlində olmuşdur. Onun Firudinə qarşı heç bir şikayət və tələbi yoxdur. Barışıq əldə etmişlər. Səhhətində problem var, ancaq o problem uşaq vaxtı yaranmışdır. Təqsirləndirilən şəxsin vurduğu zədədən xəsarət qalmamışdır. Bıçağın ona necə dəydiyini bilməmişdir. O Firudini saxlamağa çalışan zaman Firudin onu bıçaqla vurmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Cümşüdü və Firudini tanıyır. Cümşüdlə neçə ildir ki, eyni məhəllədə qalırmışlar. Firudini isə müştəri kimi tanıyırmış. 28 noyabr 2023-cü il günorta saatlarında İşlədiyi “Azgranad” adlı mağazaya yemək qabını götürmək üçün qayıtmışdır. Bu zaman Firudin orada olmuşdur. Ona işləməsi ilə bağlı bəzi məsləhətlər vermişdir. O sonra bibisigilə qayıtmışdır. Sonradan avtobusun yanında Firudini içkili vəziyyətdə görmüşdür. Ona bildirmişdir ki, günorta dediyi sözlər ona təsir edib. Biraz sonra mağazada avtobus gözləyən zaman Firudinin əlində bıçaqla mağazaya doğru gəldiyini görmüşdür. Cümşüd adlı şəxs də onu aralamaq istəyən zaman Firudin ona bıçaqla xəsarət yetirmişdir. O Firudinə heç bir ağır söz deməmişdir. Firudin üstünə bıçaqla gələn zaman Cümşüd qabağa keçmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsindən alınmış xx.xx.2023-ci il tarixli, 3570 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Məhkəmə psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental- psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırılır:- Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Ünsiyyətçilik, inadkarlıq, özünəməxsus mövqe və prinsipə malik olmaq və.s kimi xarakterik xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar olunmadı. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. İşin faktiki hallarından göründüyü kimi Təqsirləndirilən şəxs hadisə baş verən gün- 28 noyabr 2023-cü il 15 radələrində Şahid ona irad bildirməsindən sonra həmin gün saat 19:45-də təxminən dörd saatdan sonra evinin mətbəxindən götürdüyü bıçaqla Fərid Süleymanlını vurmaq istədiyi zaman mağazadakı digər satıcı Zərərçəkmiş şəxs buna mane olmaq istədikdə o, ictimai qaydalara laqeyd münasibət bəsləməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub bu cüzi səbəbi bəhanə edərək xuliqanlıq niyyəti ilə bıçaqla ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs sinə nahiyəsindən bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna nüfuz edən bir ədəd kəsilmişdeşilmiş yarası, sol tərəfin hemotoraksı ilə müşaiyət olunan həyat üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Göründüyü kimi müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin psixoloji vəziyyətinə istinad edilməklə cinayət əməlində xuliqanlıq niyyətinin olmaması qeyd edilsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsindən alınmış xx.xx.2023-ci il tarixli, 3570 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs hərəkətlərinin Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşməməsi, Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmaması öz təsdiqini tapmış, eyni zamanda Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 126.2.2 və 126.2.4-cü maddələrinin tərkib əlamətlərinin olması təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzib olunmaz sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 126.2.2 və 126.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmamışdır. Məhkəmə kollegiyası xatırladır ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri CM-nin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir. Bununla yanaşı təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, Vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməyərək onun törətdiyi cinayət əməlinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 126.2.2 və 126.2.4-cü maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində və ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə-altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə- 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Vurğulamaq zəruridir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndinin ikinci hissəsində məhkəmələrə izah edilir ki, cinayət qanununun ədalət prinsiplərindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinin beşinci hissəsində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən normanın cəza hüdudları daxilində kifayət qədər ədalətli cəza təyin edilmiş, cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət etməsi düzgün dəyərləndirilmiş və təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Eyni zamanda qeyd edilir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edib, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alaraq onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olan ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya insitansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2024cü il tarixli, 1(101)-1539/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli hökmü apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Posessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Emin Əliyev Emin Mehdiyev
Məhkəmə qərarları › İş №1(103)-1795/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1795/2024
27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver