Məhkəmə qərarları › İş №1(103)-1803/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1803/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1803/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), Şirinov X2 İbrahim Adil oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X7, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-715/2022 saylı, 06 may 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-715/2022 saylı, 06 may 2022-ci il tarixli hökmü ilə (X12 (sədrlik edən və məruzəçi) X 13 və X14 ) xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27 sentyabr 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1, 271.2.3, 177.3.1, 29,177.3.1, 29,177.3.2, 205.2.1, 205.2.2, 205.2.3, 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 oktyabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci mədəsi ilə təqsirli bilinərək 06 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 04 oktyabr 2021-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması, ondan ekspertiza xərcini təşkil edən 114 (yüz on dörd) manatın alınaraq dövlət büdcəsinə keçirilməsi, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, onun yaşadığı evdən aşkar olunaraq götürülmüş ümumi təmiz qalıq çəkisi 200,632 qram qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, təmiz qalıq çəkisi 1,254 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin, təmiz qalıq çəkisi 16,624 qram tünd qərtanabənzər spesifik iyli, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, ondan götürülmüş 02 ədəd itel L6006 markalı mobil telefonların onun yaxın qohumuna qaytarılması, onun yaşadığı mənzilə baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD diskin, "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 01 ədəd CD diskin və Təqsirləndirilən şəxs itel L6006 markalı mobil telefonununa baxış keçirilən zaman aşkar edilmiş səs yazısının köçürüldüyü 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtlarda şəxsiyyəti istintaqa “Rza” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşından sonuncunun mobil telefon vasitəsilə nömrəsini göndərdiyi elektron kart hesabına pul köçürməklə, satış məqsədi ilə külli miqdarda, ümumi təmiz çəkisi 200,832 qram olan narkotik vasitə heroini, ümumi təmiz çəkisi 1,354 qram olan psixotrop maddə metamfetamini, ümumi təmiz çəkisi 16,774 qram olan narkotik vasitə tiryəki qanunsuz olaraq “Rza” adlı şəxs tərəfindən qabaqcadan qoyulması təşkil edilmiş Bakı şəhərinin müxtəlif yerlərindən götürüb əldə edərək faktiki yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə daşıyaraq orada saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2021-ci il tarixdə saat 21:20 radələrində Nizami RPİnin 23-cü PB-nin əməkdaşları tərəfindən yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı, otaqdakı masanın üzərindən 01 ədəd narıncı rəngli plastik qabın içərisində təmiz çəkisi 198,887 qram, 01 ədəd ağ rəngli plastik qabın içərisində, təmiz çəkisi 1,245 qram, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,297 qram və 0,403 qram, ümumi təmiz çəkisi 200,832 qram, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,972 qram və 0,382 qram, ümumi təmiz çəkisi 1,354 qram olan ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,238 qram, 1,259 qram, 5,277 qram, ümumi təmiz çəkisi 16,774 qram olan tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddələr tərkibindəki komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, iki ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, işgəncəyə, qeyri-insani, qəddar rəftara məruz qalmış, bunun nəticəsində fiziki xəsarətlər almışdır. Belə ki, polis əməkdaşları ona heç bir xəbərdarlıq etmədən, işlədiyi xırda avtomobil təmiri yerində şəxsi minik maşınından düşərkən onu döyməyə başlamışlar. Ona kütləvi surətdə xəsarətlər yetirmişlər. Bu qəddar rəftarda Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları, başda bölmə rəisi Emin olmaqla, əməkdaşlar Rəşad, Namiq, Vüqar iştirak etmişlər. Bu döyülmə prosesi qonşuların gözü qarşısında, saat 16-17 radələrində baş verib. Həmçinin bu qəddar rəftar məhəllədə quraşdırılmış video kamerada da öz əksini tapmışdır. Döyülmə mərhələsindən sonra əlinə qandal vurulub həyətə salınmışdır. Orada da qonşuların gözü qarşısında yenidən döyülmüşdür. Qapını özləri balta ilə sındırmışlar. Özləri içəri girib bir saata yaxın orada axtarış aparıblar. Sonra Rəşad içəridən çıxıb rəisə bildirir ki, hər şey hazırdır. Sonra onu əli qandallı evə gətirib, salırlar içəri. Kameradan görünür ki, qapı açıqdır. O, əli qandallı halda, ittiham aktında yazıldığı kimi, qapının necə aça bilərdi. Qapını onun açmasını göstərəcək heç bir videogörüntü yoxdur. Onu içəri salıb, stolun üstünə qoyulmuş narkotik vasitələrin ona mənsub olmasını məcbur etmişlər. Ona işgəncə verdikləri zaman sol körpücük sümüyünü sındırmışlar. O, bu ağrılara dözə bilməmişdir. Huşsuz vəziyyətdə olmuşdur. O, növbəti işgəncələrdən ehtiyatlanıb, narkotik vasitələrin ona mənsubluğunu təsdiq etmişdir. Halbuki, vasitə bükümlərində, plastmas qablarda, ümumiyyətlə narkotik vasitələrdə onun heç bir əl izi yoxdur və ekspertiza da bu barədə aparılmayıb. Çünki ekspertiza aparılsa idi, bu vasitələrin kənar şxslərə mənsubluğu aşkar olunardı. Axtarış və baxış zamanı heç bir hal şahidi çağırılmayıb, vəkil iştirak etməyib, polis əməkdaşları özbaşına bu əməliyyatı həyata keçirmişlər. Onu axtarış və baxışdan sonra 23-cü Polis Bölməsinə gətirmişlər. Burada da etirazlarına cavab olaraq döyülmüş, ona daha bir neçə sənədə zorla imza etdirmişlər. Sonra onu müvəqqəti saxlama yerinə aparmışlar. O, aldığı işgəncələrdən əzab çəkmişdir. Bədən nahiyyəsindəki xəsarətlər, əzilmələr ona əziyyət vermişdir. Xüsusilə boyun nahiyyəsində kəskin ağrı hiss etmişdir. O, ağrılara dözməyib, həkim müayinəsi tələb etmişdir. Təcili yardımdan həkimlər gəlmişlər. Müayinə zamanı aşkar olunmuşdur ki, körpücük sümüyü sındırılmışdır. İlkin yardım göstərib getmişlər. Sonra onu prokurorluğa aparmışlar. Sanksiya verilmişdir. Orada da buhadisəni prokurora bildirmişdir. X9 buna adi hal kimi baxmış, məhkəməyə göndərilmişdir. Hakim də onun etirazlarına əhəmiyyət verməmişdir. Onu Şüvəlan həbsxanasına aparmışlar. Burada rentgen müayinəsi zamanı körpücük sümüyünün sındırılması öz təsdiqini tapmışdır. Həkimlər ondan bu barədə yazılı izahat almışlar. Onun tələbi əsasında Nizami rayon prokurorluğundan və Tibb Baş idarəsindən travmatoloq cərrah gəlmişdir. Həkim müayinəsi zamanı həqiqətən onun körpücük sümüyünün sınması öz əksini tapmışdır. Həkimin rəyi ilə onu Ədliyyə Nazirliyi PX-nin X4 göndərmişlər. İzahatında da onu polislərin döyməsi nəticəsində körpücük sümüyünün sındırılmasını bildirmişdir. İki ay xəstəxanada müalicə olunmuşdur. Sonra körpücük sümüyü bitişdikdən sonra, yenidən Şüvəlan təcridxanasına qaytarılmışdır. Oradan da Ağır Cinayətlər Məhkəməsinə aparılmışdır. Bütün dəlillərinə, sübutlarına, tibbi sənədlərinə, arayışlara baxmayaraq hakim və prokuror ədalətsiz qərar çıxarıb, ona 9 il azadlıqdan məhrum edilməsinə dair hökm oxunmuşdur. Cinayət təqibi prosesi ciddi hüquq pozuntuları ilə keçirilmişdir. Ondan ifadələr işgəncə yolu ilə alınmışdır. Hüquqi normaların tələblərindən də göründüyü kimi o, qanunsuz olaraq axtarışa məruz qalmış, tutulmuş, həbs edilmiş və işgəncəyə məruz qalmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsində ibtidai istintaqda kobud hüquq pozuntularını ardıcıllıqla göstərmiş, hətta yazılı surətdə verdiyi vəsatətdə də bunları bildirmişdir. Məhkəmə nə çıxışındakı dəlillərinə əhəmiyyət vermiş, nə də vəsatətinə münasibət bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 298.5-ci maddəsinə əsasən, hazırlıq iclası keçirilənədək, hakimlər cinayət prosesinin iştirakçıları tərəfindən verilmiş vəsatətləri öyrənilməli idi. Polislər onu qonşunu döydüyünə görə tutduqlarını zənn etsələr də, polis əməkdaşları döymə faktına görə yox, narkotik vasitələrin satışı ilə məşğul olmağına görə tutulduğunu bildirmişlər. Qonşusu Şahid5 bu barədə 102 xidmətinə şikayət etdiyini bildirmişlər. O, Heyvagülün ona böhtan atdığını, döydüyü şəxsin arvadı olduğunu, ondna bu yolla qisas almaq istədiklərini bildirmişdir. Bu həqiqətlərə əhəmiyyət verilməmiş, döyülmə faktı araşdırılmamışdır. Bu onu göstərir ki, onun həbsi sifarişli olmuşdur. O, həmin evdə yaşamır, orada avto təmirlə məşğul olmuşdur. Hüyvagül yalan məlumat verib ki, o, bura köçüb gəlmişdir. Qonşu kimi onu tanımışdır. Evin sahibinin kimliyi araşdırılmamışdır. Onun bu evdə yaşamağını kimlər təsdiq edib? Niyə qonşular araşdırılmayıb? Heyvagül özü də bilməyərəkdən onun bu ifadəsini təsdiq edib ki, o, həyətdə maşın təmir etidiyindən, məhəllədə maşınlar və çoxlu insanlar olub. Bu adamlar məgər günün günorta vaxtı, narkotik istifadə etmək üçün növbəyə dayanıb gözləyiblər, səs-küy salıblar, narkotik vasitəni açıq-aşkar istifadə ediblər? İttiham aktında göstərilib ki, qonaq otağının damı sınıdırlmışdır. O, demişdir ki, Ramin adlı şəxs buradan damı sındırb qaçıb. O, heç vaxt belə ifadə verməmişdir. Ramin adlı şəxsi də tanımır. Raminin qaçma səbəbi ondan niyə soruşulmayıb. İttiham aktında göstərilir ki, mənzil səliqəsiz olub, əşyalar dağınıq olub. Bu onu göstərir ki, polislər mənzilin qıfılını sındırıb otağa giriblər, otaqda axtarış aparıblar, otaqdakı aşyaları alt-üst ediblər. Əgər bu mənzildə yaşayan idisə, niyə bu mənzil normal vəziyyətdə olmayıb? Məgər insan yaşadığı otaqda dağınıq yataq ləvazimatları üstündə yatar, yoxsa səliqəli otaqda? İttiham aktında göstərilir ki, o, evdə aparılan video çəkilişdə çəkilişin düzgün aparılması ilə razıdır. Əslində bu barədə fikrini təsdiq edən heç bir protokola imza atmamışdır. Heç bir real alıcı olmadan, telefonda birtərəfli, onun cavabıları göstərilmədəngöstərilə də bilməzdi, çünki o, heç kimlə narkotik satışı ilə bağlı telefon əlaqəsi yaratmamışdır. Saxta ittihamla ona narkotik vasitələrin satışını nəzərdə tutan maddə tətbiq etmişlər. İttiham aktında adı çəkilən Ramin, Nicat, Rızanın kimliyi araşdırılmayıb. Əslində bu evdə aparılan axtarışın ona heç bir aidyyatı olmayıb. Belə ki, o, nə həmin evin sahibidir, nə də orada kirayəşindir. Ev başqa şəxsə mənsubdur. O, da qapısını bağlayıb başqa yerdə yaşamışdır. Onun bu barədə heç bir məlumatı yoxdur. Evdə axtarış aparılarkən qanunun tələblərinə cavab verən hal şahidləri olmamışdır. Barəsində şikayət verən Heyvagül məhkəməyə çağırılsa da üzrsüz səbəbdən gəlməmişdir. Vəsatətinə əsasən qonşuların məhkəmədə dindirilməsi də təmin edilməmişdir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı hüquqları kobud şəkildə pozulmuş, prokuror və məhkəmə buna göz yummuşdur. Məhkəməyə təqdim etdiyi sübutlar nəinki tədqiq edilib öyrənilməmiş, hətta onlara biganə yanaşılmışdır. Məhkəmədə verdiyi ifadəsinin məhkəmə iclas protokoluna yazılmasını tələb etsə də, verdiyi əhəmiyyətli məlumatlar protokola yazılmamışdır. Protokol hakimin öz istəyi ilə qərəzli, birərəfli qaydada tərtib edilmişdir. Məhkəmə qanunun, ədalətin haqqın, vicdanın tələbini deyil, bu cinayət işində xüsusi marağı olan şəxslərin mənafeyini, diktəsini tapşırığını rəhbər tutulmuşdur. Elə buna görə də Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 349.3-cü maddəsinin tələbi kobudcasına pozulmuşdur. Bütün bu qanunsuzluqlar ona gətirib çıxarmışdır ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Cinayət qanunu norması düzgün tətbi edilməmişdir. İşin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və ya təkzib edilməsi üçün şəxslər dindirilməmişdir. İrəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar məhkəmənin qərarında mötəbər olmayan, ziddiyyətli, yolverilməz, aid olmayan sübutlarla təsdiq edilmişdir. Apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində çıxardığı hökmünün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən ləğv edib, yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinə qarşı yazılı etirazlar verilməmişdir. İşdə iştirak edən şəxslərin çıxışları: Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə çıxış edib, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə qismən təqsirli bildiyini, narkotik vasitənin istifadəçisi olduğunu, təyin olunan cəzanın ağır olduğunu qeyd edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini, həmin əməlindən peşiman olmasını nəzərə alaraq ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə aşağı həddə cəza təyin edilməsi haqqında qərar qəbul olunmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə çıxış edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini, ona həmin maddə ilə aşağı həddə cəza təyin olunmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında, dövlət ittihamını müdafiə edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru X8 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunduğunu, məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, şəxsiyyəti, törətdiyi cinayətin ictimai təhlükəliliyi və xarakteri, təyin edilmiş cəzanın ailəsinə təsiri, əməlində cinayətlərin təhlükəli residivinin olmasını nəzərə alınmaqla ona ədalətli cəza təyin olunduğunu, məhkəmənin hökmünün apellyasiya şikayətinə əsasən dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək apellyasiya şikayətinin təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-715/2022 saylı, 06 may 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlili Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində çıxardığı 06 may 2022-ci il tarixli hökmünün Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən ləğv edilməsi barədə yeni qərar qəbul edilməsindən ibarətdir. Apellyasiya məhkəməsinin iclasında isə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona təyin olunan cəzanın ağır olduğunu qeyd edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona aşağı həddə cəza təyin edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddə ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilmədi və ifadə verərək göstərdi ki, ona məxsus olmayan obyektə baxışaxtarılış keçirilmişdir. Onu 1 ünvandan götürüblər, aparıblar. Qonşu 102-ə təmirlə bağlı narahat etdiyinə görə müraciət etmişdir. Amma narkotiklə bağlı olduğunu bildirirlər. Həmin şəxs məhkəməyə də çağırılmayıb. Həmçinin, plasmas qablarda onun əl izlərini yoxlamayıblar. Çünki bu istintaqa sərf etmir. O, müalicə müəssisəsində körpücük sümüklərinin sınmasıyla əlaqdar 2 aya yaxın müalicə almışdır. O, tutulanda pulunu, saatını və qolbağını polis əməkdaşları götürüblər. O, baxış-axtarışa 1 yerdən icazə vermiş, başqa izacə verməmişdir. Onu döyüblər, qonşularda bunu görüblər. Ona təyin olunmuş cəza ağırdır, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2022-ci il tarixli, 1(101)-715/2022 saylı hökmünün dəyişdirilməsini, ona daha aşağı həddə cəza təyin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs suallara cavab olaraq göstərdi ki, çəkiliş zamanı o, şokdayda olmuş, həm də moment axtarmışdırki, onların əllərindən canını qurtarıb çıxsın. O, “vosmoy” bazarından işlədiyim yerin məhləsinə gəlmişdir. Hətta kamera görüntülərində də bunu görmək olar. Onu heç kim heç yerə dəvət etməyib. Onu həmin işlədiyiyi yerin məhləsində 12-13 nəfər tutmuşdur. Ona demişlər ki, guya o, polkovniki vurub. Qolunu qandallayarkən buna etiraz etmiş, müqavimət göstərmişdir. Üzünə təpik vurmuşlar. Rəis Emin adlı şəxs də orda olub. O, dəfələrlə müraciət etmişdir ki, vəkil ya da ailəsindən kimləsə əlaqə saxlasin. Amma bunun üçün ona şərait yaratmamışlar. Həmin vaxt döyüb dişlərini də töküblər. Cinayət işinin materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, baxış və götürmə haqqında protokollar, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən tam sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilərkən Şahid1 ifadəsində göstərmişdir ki, o, Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə müvəkkili işləyir. 04 oktyabr 2021-ci il tarixdə bir nəfər şəxsin qonşuluğunda yaşayan Anar adlı şəxsin yaşadığı evdə narkotik vasitə istifadəçilərinin mütəmadi olaraq toplaşmaları, narkotik maddə qəbul etmələri, səs-küy salmaları, sakinləri narahat etmələri barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciəti daxil olmuşdur. Göstərilən xüsusatların aydınlaşdırılması məqsədilə digər polis əməkdaşları Şahid2, Şahid3 ilə birlikdə ünvan 4 ünvanına getmişlər. Təqsirləndirilən şəxs onun barəsində daxil olmuş şikayəti təqdim etmiş, daha sonra özlərini tədqim etmişlər. Daha sonra isə onun öz razılığına əsasən yaşadığı mənzilə təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə olunmaqla baxış keçirilmişdir. Evə baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qablarda təqribən 300 qrama yaxın narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş qeyd olunan narkotik vasitə qablaşdırılmış, möhürlənərək götürülmüşdür, tədbirin nəticəsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxsı döyməmiş, ona təzyiq göstərməmişdir. Təqsirləndirilən şəxs barəsində qonşusu 102 xidməti vasitəsilə onlara məlumat vermişdir. Videoçəkiliş təhqiqatçı tərəfindən həyata keçirilmişdir. O, Təqsirləndirilən şəxs Keşlə qəsəbəsində narkotik vasitə satışı ilə məşğul olduğunu bildirmişdir. Daxil olmuş əməliyyat məlumatlarına əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs internet vasitəsilə narkotik vasitələrin satışı ilə məşğul olur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan, “mənzilə baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2021ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvana xx.xx.2021-ci il tarixdə baxış keçirilmişdir. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək sözü gedən ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı 1 otaqlı evə baxış keçirilərkən, otaqda olan stolun üzərindən 02 ədəd elektron tərəzi, bir ədəd narıncı qabda qəhvəyi rəngdə spesifik iyə malik maddə, bir ədəd duz qabında ağ kristal halında psixotrop maddəyə bənzər kütlə, bir büküm şəffaf sellofan bükümdə psixotrop maddəyə bənzər kütlə, bir büküm qara sellofan bükümdə psixotrop maddəyə bənzər kütlə, bir ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli maddə və bir ədəd gümüşü rəngdə falqada olan büküm aşkar oluanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunan narkotik vasitələr tanışı Raminə məxsusdur. Mənzilə baxış zaman qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Baxış və götürmə “Samsung Galaxy” markalı mobil telefon vasitəsi ilə videoçəkilişdən istifadə olunmaqla həyata keçirilmiş, videogörüntülər əks olunan 01 ədəd DVD Disk cinayət işi materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs ittiham olunaraq təqsirli bilindiyi əməli törətməsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi qismən öz ifadələri, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, “mənzilə baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2021-ci il tarixli protokol və iş üzrə toplanmış digər sübutlarla, o cümlədən xx.xx.2021-ci il tarixli “Video-görüntülərə baxış keçirilməsi haqqında” protokol; Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələri ilə bağlı məlumatlar; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 05 oktaybr 2021-ci il tarixli, 6/4397 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2021-ci il tarixli, 5282 nömrəli nömrəli rəyi ilə tam təsdiq olunur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs ***-***-**-** CSM nömrəsinə daxil olan SMS məlumatlarının mətnlərində aşağıdakı SMS mətnləri əhəmiyyət kəsb etmişdir. Belə ki, xx-xx-2021 tarixdə, saat 21:05-də +**********03 mobil nömrəsindən “Anar gardashim seher gelib deyecemde yaxshi arxain ol alacagim var götürüb gelecem srazu yaniva”, xx-xx-2021 tarixdə, saat 12:37-də +**********03 mobil nömrəsindən +**********09 molbil nömrəsinə “Salam brat Anar gardashimsan veziyet pisdi gedib imkan varsa mene yarim kolada ver men axsham getirib catdiracam pulu polovinu segodna dam polovinu zavt”, 28- 08-2021 tarixdə, saat 13:03-də +**********03 mobil nömrəsindən +**********09 mobil nömrəsinə “Polku koli. Mojew dat mne budet 80 ya tebe vecerom segodna 40 dam i 40 zavtra i zavtra zarplatu dadut otovaryus normalno” xx-xx- 2021 tarixdə, saat 13:04:32 +**********03 mobil nömrəsindən +**********09 molbil nömrəsinə “Guran aggi ne podvedu teba ti mena viruchaew”, xx-xx-2021 tarixdə, saat 13:06-da +**********03 molbil nömrəsindən +**********09 mobil nömrəsinə “Anar salam brat necesen3 brat bugun axsham potolok 8-9 babki budut pobratski esli vozmojnost est polku dayda mne do vecera axsham hamsin bagliyacam veziyetim pisdi gardashimsan” xx-xx- 2021 tarixdə, saat 12:38:37 +**********03 molbil nömrəsindən +**********09 mobil nömrəsinə “65 manat vermeliyem sene imkan var yarı kola 5 sprite vere sen 90 e” xx-xx- 2021 tarixdə, saat 12:38:40 +**********03 mobil nömrəsindən +**********09 mobil nömrəsina “liir bugun calishacam hamsin verim azi 60 manat getirib verecem axs” xx-xx- 2021 tarixdə, saat 12:02-də +**********03 mobil nömrəsindən +**********09 mobil nömrəsinə “Anar gardashim 20 manat indi versem mana bidene gram kola vere bilersen galanida axsham hamsin getirib verecem” xx-xx-2021 tarixdə, saat 11:18-də +**********03 mobil nömrəsindən +**********09 mobil nömrəsinə “Anar gurban olum mne dovecera dayda yari kola 5 sprite veziyetim pisdi axsham azi 60-70 zanesu” xx-xx-2021 tarixdə, saat 18:55-də +**********48 mobil nömrəsindən +**********09 mobil umrəsinə sms gəlmişdir “X10 2 0,5 X14 X16” 09- 09-2021 tarixdə, saat 12:20-də +**********03 mobil nömrəsindən +**********09 mobil nömrəsinə “Anar gurban olum temam dushub tualete draznit olmusham xaiw elirem gelim yarı verde axwamacan Axsham hamsin getirib verecem potolok v 9-10 zanesu” mesajlarının yazılması müəyyəm olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs “itel L6006” markalı mobil telefonuna baxış keçirilmişdir. Baxış zamanı “Whatsapp" proqramının +**********05 mobil nömrəsi ilə yaradılmış profilində sübut əhəmiyyətinə malik sms mətnləri və səs yazıları aşkar olunmuşdur. +98 993 *** **** İran nömrəli profildən “120 cola 30 pati 5 list m40” məzmunlu sms və 23 saniyəlik səs yazısı göndərilmişdir. Həmin səs yazısında kişi səsidir. Səs yazısında “qardaşım sən bunu götürmüsənde elebil, 120 dənə kola götürmüsən, 30 dənə pati, 5 list M40, sonra 200 manat vurdun, 250 manat idi de hesabımız, elə bil 980 vurdun, 1230-dan 250 qaldı, 250 manatdan 200 vurdun qaldı 50 manatın birdeki bu" sözləri qeyd edilmişdir. Həmin səs yazısı və sms 02 oktyabr 2021-ci il tarixdə saat 13:37-de gəlmişdir. Bundan başqa “Whatsapp” proqramının zənglər bölümünə daxil olduqda +98 993 *** **** İran nömrəsi ilə dəfələrlə əlaqə saxlanıldığı müəyyən edilmişdir. Həmçinin məhkəmə kollegiyası tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində 24 oktyabr 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 Xidmətinə hansı məzmunda müraciətin olunmasını müəyyən etmək məqsədi ilə verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası DİN X5 Xidmətinin rəisi Mirəziz Mirəliyev tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan 24 oktyabr 2022-ci il tarixli, 003-18889/222 saylı məktubdan görünür ki, Şahid5 04 oktyabr 2021-ci il tarixdə 102 Xidmətinə zəng edərək, qonşuluqda kirayədə yaşayan Anar adlı şəxsin evində mütəmadi olaraq müxtəlif şəxslərin toplaşaraq narkotik maddə qəbul etmələri və səs-küy yaradaraq sakinləri narahat etməsi barədə məlumat vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs mobil nömrələrinə daxil olmuş və həmin nömrələrdən çıxan SMS mətnləri, onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayətini törətməsi, narkotik vasitələrin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə əldə etmə, saxlama və daşımanı külli miqdarda törətməsi ilə bağlı nəticəyə gəlməyə və məhkəmə kollegiyasında bununla bağlı daxili inamın formalaşmasına əsas verir. Həmçinin məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona istintaq zamanı təzyiqlər edilməsi və döyülməsi barədə apellyasiya şikayətində və ifadəsində göstərilənlərlə bağlı qeyd edir ki, həmin dəlillər əsassızdır. Belə ki, iş materiallarında olan, Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi X1 08 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalmasına dair müraciəti yoxlama zamanı öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan qərarda istinad olunan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Anatomiya birliyi Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 924 saylı, 24 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol körpücük sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı olmuş, qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmiş, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Qeyd olunan xəsarətin şəxsin bildirdiyi müddətdə, xx.xx.2021-ci il tarixdə yaranması öz təsdiqini tapmır. Qeyd olunmalıdır ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. İş materiallarına əsasən Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi X1 08 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən məhkəmə nəzarəti qaydasında mübahisələndirməsi barədə məlumatlar müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməməsi, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməsi barədə apellyasiya şikayətinin dəlillərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini onun cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkum edilmiş şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsindən görünür ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini; bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə isə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 14-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi deyil, bununla yanaşı, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədiylə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən isə şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif olunması üçün əsaslar müəyyən etmir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona istinad olunan CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair daxili inamı rəhbər tutaraq, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin cinayət işi üzrə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara düzgün hüquqi qiymət verməməsi, əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması barədə dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini iş materialları və işin obyektiv halları ilə tam sübut olunmuş hesab etdiyindən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərilən dəlillərə ətraflı cavab verməyə lüzum görmür və apellyasiya şikayətinin Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması hissəsində təmin olunmaması nəticəsinə gəlməsini qeyd edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (19 aprel 1994-cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə kollegiyası eyni zamanda məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi məsələsini müzakirə edərək qeyd edir ki, yuxarıda göstərildiyi kimi birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsüf edilərək ona həmin maddə ilə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59 və 66.3-cü maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən cəzasını yüngülləşdirən halların olmaması, əməlində cinayətlərin təhlükəli residivinin olması kimi cəzasını ağırlaşdıran hal göstərilərək, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə uyğun olaraq təhlükəli residivə görə cəzanın müddətinin törədilmiş cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin, yəni Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş 12 (on iki) ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının üçdə ikisindən az olmayan həddə, 9 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə qanuni və ədalətli cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli cəza təyin edildiyindən, apellyasiya şikayətində göstərdiyi və məhkəmə iclasında qeyd etdiyi dəlillər, onun cəzasının daha aşağı həddə yüngülləşdirilməsi, barəsində təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza növü ilə əvəz edilməsi və cəza çəkməkdən azad olunması üçün əsas ola bilməz. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs sərt cəza təyin edilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışlarını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-715/2022 saylı, 06 may 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-715/2022 saylı, 06 may 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik еdən: Zəki Bаbаyеv Hаkimlər: Ziya Şirinov İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar