Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1804/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-931/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-931/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə (hakimlər X6 (sədrlik edən), X2, X1 ibarət tərkibdə) xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində "həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi, hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Nərimanov rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,892 qram çəkidə narkotik vasitə heroin, 6,272 qram çəkidə psixotrop maddə metamfetamin, 02 ədəd metadon həbləri, 01 ədəd elektron tərəzinin məhv edilməsi, 1 ədəd «Redmi» markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılması, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk və "Azercell” MMC- dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 144 (bir yüz qırx dörd) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hökm edilmişdir. Hökmlə maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı "Fərəməz” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq narkotik maddələrin qoyulacaq ünvanlar barədə İran İslam Respublikası vətəndaşı “Fərəməz” adlı şəxsdən məlumat aldıqdan sonra, 2023-cü ilin iyun ayının sonlarında Abşeron rayonu Masazır qəsəbəsi ərazisində gizlədilmiş yerdən 1,217 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdar olmaqla 6,791 qram çəkidə psixotrop maddə metamfetamini və 03 ədəd tərkibində metadon həbini qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxlamış, 03 iyul 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 96 ünvanının qarşısında həmin narkotik vasitə heroindən 01 ədəd bükümdə 0,185 qram və psixotrop maddə metamfetamindən 01 ədəd bükümdə 0,079 qram çəkidə olan hissəsini Şahid1 20 manat müqabilində satmış, Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən həmin gün saat 14:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 96 ünvanının qarşısında özünü şübhəli apardığı üçün saxlanılıb ünvan 2 ünvanında yerləşən Nərimanov RPİnin 16-cı PB-nə gətirilərək üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan mavi rəngli cins şalvarının sol arxa cibindən üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi, sağ yan cibindən çıxardığı 01 ədəd üzərində "Depakine” yazısı yazılmış ağ rəngli plastik qabın içərisindən külli miqdarda ümumi təmiz çəkisi 4,128 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, çəhrayı rəngli dəmir qutunun içərisindən 07 ədəd şəffaf rəngli polietilen və 01 ədəd kağız bükümdə, ayrı ayrılıqda təmiz çəkiləri 0,290 qram, 0,210 qram, 0,292 qram, 0,305 qram, 0,240 qram, 0,419 qram, 0,412 qram, 0,416 qram, ümumi təmiz çəkisi 2,584 qram olmaqla külli miqdarda öz aralarında və Şahid1 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 ədəd şəffaf rəngli polietilen bükümdə, ayrı ayrılıqda təmiz çəkiləri 0,747 qram və 0,285 qram, ümumi təmiz çəkisi 1,032 qram olmaqla olmaqla öz aralarında və Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olan qəhvəyi rəngli tozşəkilli maddələr şəklində kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində “Methadone” markalanma göstəricisi olan kəsilmiş konvalyutda, “F/M40” yazısı həkk olunmuş, 3 ədəd həbdə təsiredici maddəsinin ümumi miqdarı 0,12 qr təşkil edən qəhvəyi rəngli dairəvi formalı həblər şəklində metadon tərkibli dərman preparatları aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsi və onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərmişdir ki, polis əməkdaşları tərəfindən ona işgəncə verilərək döyülmüş və narkotik vasitələrin, eyni zamanda tərəzinin ona məxsus olduğunu bildirmişdir. Onun fiziki və psixi cəhətdən təzyiq altında izahat verdiyi kimi hallar ətraflı araşdırılmalıdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-931/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünün dəyişdirilərək, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı2 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməsini hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlili onun törətdiyi əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə nəticəyə gələrək onu həmin maddə ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işinin materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı verdiyi öz ifadələri ilə yanaşı şahidlərin ifadələri, baxış və götürmə haqqında protokollar, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzib olunmaz sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası xatırladır ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, o dostu Orxanla çay içmək üçün ünvan 4 ünvanın qarşısında görüşmüşdür. Həmin vaxt mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək onları Nərimanov RPİ-nin 16-cı PB-nə dəvət etmişlər. Daha sonra onu şöbənin otaqlarının birinə aparmışlar və orada üzərinə baxış keçirilmişdir. Həmin vaxt onun üzərindən 01 ədəd bükümdə 0,5 qram narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları həmin otaqda ona 01 ədəd elektron tərəzi, 01 ədəd ağ rəngli və 01 ədəd çəhrayı rəngli qutuları verərək həmin qutuların içərisində narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və "Metadon 40” dərman preparatı olduğunu bildirmişlər. Polis əməkdaşları onun üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilən zaman həmin qutuları çıxarıb təqdim edərək ona məxsus olduğunu bildirməsini demişlər. O buna etiraz etdikdə isə polis əməkdaşları onu döyməyə başlamışlar. O, döyüldükdən sonra polis əməkdaşları ona rezin dəyənək göstərərək hədələmişlər. O da məcbur qalaraq polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Polis əməkdaşları ona "əgər bizə adam versən səni buraxarıq” demiş, o isə polislərlə razılaşmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, əmlak məsələləri üzrə mütəxəssis işləyir. Onu iyul ayının 03-də günorta saat 14-15 radələrində saxlamışlar. O heroin və metamfetamindən 6-7 ay olar ki, istifadə edir. Narkotik vasitəni qiymət fərqinə görə iranlıdan əldə edirmiş. O, Şahid1 tanıyır. Belə ki, Orxan onunla bir yerdə tutulmuş, lakin onun sonrakı taleyi barədə məlumatı olmamışdır. Onun üzərindən çıxan 0,5 qram narkotik vasitəni tutulmamışdan bir gün əvvəl əldə etmiş, lakin istifadə etməmişdir. Orxanla birlikdə bir neçə dəfə narkotik vasitə istifadə etmişlər. Narkotik maddəni bəzən Orxan, bəzən isə özü tapırmış. Onlar hərəsi öz narkotik vasitələrinin pulunu özləri ödəyirmiş. O, heç vaxt heç kəsə, o cümlədən Orxana da narkotik vasitə satmamışdır. Hesab edir ki, Orxana polis əməkdaşları tərəfindən təzyiq və təsir olduğu üçün sonuncu narkotik vasitəni ondan aldığını demişdir. Onun polis əməkdaşları ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Polis əməkdaşları tərəfindən onun üzərinə qoyulan narkotik vasitənin tərkibi Orxanın üzərinə qoyulan narkotik vasitənin tərkibi ilə eyni olmuşdur. Polis əməkdaşları onun üzünə və qoluna xəsarət yetirmiş, eyni zamanda ona qarşı psixoloji təsir də göstərmişlər. O, istintaq təcridxanasına daxil olarkən təcridxanada onun xəsarətlərini yoxlamışlar. Onun xəsarətlərinin yalnız bir hissəsini qeyd etmişlər. Onun sol qolunda, sol ayağının yuxarı baldır hissəsində və üz nahiyəsində xəsarətlər qalmışdır. Polis bölməsinə çatdıqdan yarım saat sonra onun üzərinə baxış keçirilmiş və üzərindən 0,5 qram narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin vaxt vəkil orada olmamışdır. Polis əməkdaşları ona "bizə adam veməlisən” deyərək onu döymüşlər. O bunu qəbul etmədikcə, onu daha çox döymüşlər. Sonda ona qarşı psixi təsir və təzyiqlər etdikləri üçün o, polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Təxminən 3 saat sonra videoçəkiliş zamanı vəkil gəlmişdir. O polis əməkdaşlarına ailəsinə zəng etmək istədiyini bildirmiş, lakin onlar buna imkan verməmişlər. Polis əməkdaşları onu 16-cı polis bölməsinə aparmışlar. Onların evi həmin bölmədən təxminən 10-15 dəqiqə aralı məsafədə yerləşir. Onu iki nəfər polis əməkdaşı saxlayaraq polis bölməsinə aparmışdır. İttiham aktında göstərilən narkotik vasitə və tərəzi ona məxsus deyildir. O polis əməkdaşlarına dəfələrlə ailəsinə məlumat vermələrini bildirmiş, lakin onlar onun ailəsinə heç bir məlumat verməmişlər. Polis əməkdaşları tərəfindən ailəsinə nə üçün məlumat verilmədiyini səbəbini bilmir. Onun üzərinə baxış keçiriləndən sonra bir neçə sənədə o, imza çəkmişdir. O, MSY-nə daxil olarkən onun üzərində hər hansı xəsarətin olub-olmadığını yoxlamışlar. Onun üzərində xəsarətlər olmasına baxmayaraq, heç bir qeydiyyat aparmamışlar. O MSY-nə daxil olarkən orada ailəsinə məlumat verilməsini yenidən tələb etmiş, lakin onun tələbi yenə də təmin olunmamışdır. 01 ədəd elektron tərəzi, 4,128 qram psixotrop maddə metamfetamin, 2,584 qram psixotrop maddə metamfetamin, 1,032 qram heroin, 3 ədəd həb metadon ona məxsus deyil. Onun üzərində yalnız 0,5 qram narkotik vasitə olan heroin olmuşdur. Polis əməkdaşlarının ona qarşı olan qərəzinin səbəbini bilmir. O, əmlak mütəxəssisi kimi əldə etdiyi gəlirlə narkotik vasitə əldə edirmiş. Orxanın şahid qismində verdiyi ifadəsində bildirdiklərindən yalnız onların birlikdə tutulmaları doğrudur. Onlar tutulan zaman Şahid1 qaçmaq istəyərkən polis əməkdaşları onu yıxmışlar. Onu saxlayan polis əməkdaşlarından biri Şahid4 olmuşdur. Polislər onun cibinə narkotik maddələr qoymuşlar və daha sonra videoçəkiliş keçirilmişdir. Həmin vaxt o həmin maddələri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ilkin ifadəsində özünü ona elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmişdir. Eyni zamanda 3 ay olar ki, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olaraq tələbatını ödəmişdir. Narkotik vasitəni qəbul etməyə başlayanda “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı kimi tanıdığı “Fərəməz” adlı şəxslə tanış olmuş və aralarında münasibət yarandığı üçün “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamışlar. Fərəməz ona bildirmişdir ki, narkotik vasitə lazım olanda onun üçün təşkil edə bilər. Buna görə də ona narkotik vasitə və psixotrop maddə lazım olduqda “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamış və Fərəməzin ona verdiyi hesaba pul göndərib çekin şəklini çəkərək sonuncuya atmışdır. Sonra Fərəməz ona narkotik vasitənin qoyulduğu yeri bildirmiş və həmin yerə gedərək narkotik vasitəni və psixotrop maddəni götürüb istifadə etməklə yanaşı satışını da həyata keçirmişdir. 2023-cü ilin iyun ayının sonlarında yenidən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə etmək qərarına gəlmişdir. Buna görə də, “Whatsapp” proqramı vasitəsi ilə “Fərəməz” adlı şəxslə əlaqə saxlayaraq sonuncudan nisyə olaraq narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamin satmasını xahiş etmişdir. Fərəməz də aralarında olan münasibətə görə razılaşmış və Abşeron rayonu, Masazır qəsəbəsində narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin qoyulduğu yeri bildirib, həmin yerin foto şəklini və məkanını ona göndərmişdir. Bundan sonra o, narkotik vasitənin qoyulduğu yerə yəni, Abşeron rayonu, Masazır qəsəbəsində atıldığı yerə gedərək narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini götürmüşdür. Yaşadığı evdə olan zaman əldə etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini xırda bükümlərə bölərək üzərində saxlayaraq gəzdirmişdir ki, müştəri olan zaman sataraq pul əldə edər. Şahid1 onun tanışıdır və sonuncu da narkotik vasitələrdən istifadəçidir. Orxan bir neçə dəfə ondan narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin alaraq istifadə etmişdir. 03 iyul 2022-cü il tarixdə günorta saatlarında Orxan “Whatsapp” proqramı vasitəsi ilə onunla əlaqə saxlayaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetmin istəmişdir. O da 20 manata Orxana 01 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetamin sata biləcəyini demişdir. Orxan da razılaşmış və onun kart hesabına 20 manat pul göndərdikdən sonra Orxanla həmin gün saat 14 radələrində ünvan 5 ünvanın qarşısında görüşmüşlər. Orada Orxana 01 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetamin vermişdir. Orxan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini alaraq əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra tanışı Orxanla birlikdə saat 14:00 radələrində ünvan 6 ünvanın qarşısından keçib gedən zaman mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onları Nərimanov RPİ-nin 16-cı PB-nə dəvət etmişlər. Onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan mavi rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd elektron tərəzini, sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd bank kartını, 03 ədəd ödəniş qəbzlərini, 02 ədəd açarı, 01 ədəd 50 manatlıq, 12 ədəd 1 manatlıq və 01 ədəd 1 ABŞ dolları pul əskinasını, şalvarın sağ arxa cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd "Redmi 9'’ markalı mobil telefonu, şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli və 01 ədəd çəhrayı rəngli qutuları çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra təqdim etdiyi üzərində “Depakine” yazısı yazılmış ağ rəngli qabın içərisindən şəffaf sellofana bükülərək göy və sarı rəngli yapışqan lentlə bağlanmış içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd büküm, çəhrayı rəngli dəmir qutunun içərisindən isə 03 ədəd “Metadon 40” dərman preparatı, içərisində spesifik qoxuya malik, kristal şəkilli, şəffaf rəngli maddə olan şəffaf sellofana bükülmüş 07 ədəd büküm, ödəniş qəbzi kağızına bükülmüş içərisində spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan 01 ədəd büküm, içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olan şəffaf sellofana qoyularaq sarı rəngli yapışqan lentlə bükülmüş 01 ədəd büküm və içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olan şəffaf sellofana bükülmüş 01 ədəd büküm aşkar olunmuşdur. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddələrin nə olduğunu və haradan aldığını soruşanda, o, həmin bükümlərdən 9 ədədinin içərisində psixotrop maddə metamfetamin, 02 ədədinin içərisində narkotik vasitə heroin olmasını, üzərində “M40” yazısı olan dərman həblərinin tərkibində narkotik maddələr olan “Metadon” dərman preparatı olmasını, həmin maddələri bir neçə gün əvvəl İran İslam Respublikasının vətəndaşı Fərəməz adlı şəxsdən nisyə olaraq razılaşıb atıldığı Abşeron rayonu, Masazır qəsəbəsindən əldə etdiyini bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddələr və elektron tərəzi zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə yanaşı şəxsi ehtiyaclarını ödəmək məqsədi ilə satışı ilə də məşğul olmuşdur. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. O, Fərəməzlə əlaqə saxlayıb sonuncudan narkotik vasitə olan heroin və psixotrop maddə istəsə də, Fərəməzin ona bildirdiyi ünvanlara narkotik vasitələrin və psixotrop maddələrin kim tərəfindən qoyulmasını bilməmişdir. Fərəməz sadəcə olaraq sonuncunun bildirdiyi hesaba pul ödədikdən sonra narkotik vasitənin qoyulduğu yeri ona bildirmiş və həmin yerə gedərək götürmüşdür. O, narkotik vasitə almaq üçün Fərəməzlə "Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayıb almışdır. O, 050-632-35¬44 saylı mobil nömrəni işlətmişdir. O, Orxana ancaq narkotik vasitə satmışdır. Orxanla aralarında narkotik vasitələrin satışı ilə əlaqədar heç bir razılıq olmamış və bu barədə heç vaxt danışmamışlar. "Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən ünvan 6 ünvanın qarşısında Şahid1 saxlanılaraq saat 14:20 radələrində şübhəli şəxs qismində 16-cı PB-nə gətirilmişdir. 16-cı PB-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Nərimanov RPİ 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2, polis kapitanı X3, polis leytenantı Şahid3 və 25 saylı vəkil bürosundan dəvət olunmuş vəkil X4 iştirakları ilə Şahid1 üzərində şəxsi axtarış aparılmışdır. Şahid1 əynindəki göy rəngli cins şalvarının sağ arxa cibindən içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 01 ədəd metro kartı, özünə məxsus "Leo” bank kartı, nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə, "Daevoo” markalı 99-SS- 228 d/q/n/-lı avtomaşının qeydiyyat şəhadətnaməsi, 01 ədəd 1 ABŞ dolları və 02 ədəd 1 manatlıq pul əskinazları olan pul kisəsini, şalvarın sağ yan cibindən içərisində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr olan 01 ədəd "Redmi” markalı mobil telefonu və şalvarın sağ yan kiçik cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan siqaretin gümüşü rəngli kağızına bükülməklə şəffaf rəngli sellofana qoyulmuş 01 ədəd bükümü və içərisində şəffaf rəngli, kristal şəkilli maddə olan şəffaf sellofana bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Şübhəli şəxs Şahid1 bildirmişdir ki, təqdim etdiyi bükümün birindəki maddə psixotrop maddə hesab olunan "patı” adı ilə tanınan metamfetamin və digər bükümdə isə "kokos” adı ilə tanınan heroindir. Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni xx.xx.2023-cü il tarixdə tanışı Turqan adlı şəxsdən onun bank kartına 20 manat göndərməklə ünvan 5 ünvanın qarşısında əldə etdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitə və psixotrop maddəı iştirakçıların, həmçinin şübhəli şəxs Şahid1 iştirakları ilə qablaşdırılmış, 218 nömrəli möhürlə möhürlənmişdir. "Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. "Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, 03 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Nərimanov RPİdə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan mavi rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd elektron tərəzi, sol yan cibindən şəxsiyyət vəsiqəsi, 01 ədəd bank kartı, 03 ədəd ödəniş qəbzləri, 02 ədəd açar, 01 ədəd 50 manatlıq, 12 ədəd 1 manatlıq və 01 ədəd 1 ABŞ dolları pul əskinası, şalvarın sağ arxa cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd "Redmi 9” markalı mobil telefon və şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli və 01 ədəd çəhrayı rəngli qutuları təqdim etmişdir. Ağ rəngli "Depakine” yazısı yazılmış qabın içərisindən şəffaf sellofana bükülərək göy və sarı rəngli yapışqan lentlə bağlanmış içərisində spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan 01 ədəd büküm, çəhrayı rəngli dəmir qutunun içərisindən isə 03 ədəd "Metadon 40” dərman preparatı, içərisində spesifik qoxuya malik, kristal şəkilli, şəffaf rəngli maddə olan şəffaf sellofana bükülmüş 07 ədəd büküm, ödəniş qəbzi kağızına bükülmüş içərisində spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan 01 ədəd büküm, içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olan şəffaf sellofana qoyularaq sarı rəngli yapışqan lentlə bükülmüş 01 ədəd büküm və içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olan şəffaf sellofana bükülmüş 01 ədəd büküm aşkar olunaraq götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümlərdən 9 ədəd bükümün içərisindəki psixotrop maddə hesab olunan "patı” adı ilə tanınan metamfetamin, 02 ədəd bükümün içərisindəki maddə narkotik vasitə olan "kokos” adı ilə tanınan heroin və 03 ədəd dərman preparatı olan metadondur. Aşkar olunmuş elektron tərəzini isə müxtəlif şəxslərə narkotik vasitə və psixotrop maddə satarkən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri bir neçə gün əvvəl İİR-nin vətəndaşı Fərəməz adlı şəxsdən nisyə olaraq Abşeron rayonu, Masazır qəsəbəsinə atdırması nəticəsində əldə etdiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitə, psixotrop maddələr və elektron tərəzi iştirakçıların, şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırılmış, 218 nömrəli möhürlə möhürlənmişdir. Keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/3609 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün N218” dairəvi möhür əksi, "şübhəli şəxs: "şübhəli şəxs: Şahid1 (imza)” yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,185 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,079 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamin müxtəlif növ və tərkibli maddələr olduğu üçün onlar arasında müqayisəli tədqiqat aparmaq mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. QEYD: heroin təmiz çəkisi 0,185 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq: 0,135 qram, metamfetamin təmiz çəkisi: 0,079 qram, tədqiqata sərf edildi: 0,04 qram, qalıq: 0,039 qram. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/3608 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün N218” dairəvi möhür əksi, "şübhəli şəxs : (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki, - çəhrayı rəngli dəmir qutuda 7(yeddi) ədəd şəffaf polietilen və 1 (bir) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,290 qram, 0,210 qram, 0,292 qram, 0,305 qram, 0,240 qram, 0,419 qram, 0,412 qram, 0,416 qram, ümumi təmiz çəkisi 2,584 qram ağ rəngli kristalardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 2 (iki) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri0,747 qram və 0,285 qram, ümumi təmiz çəkisi 1,032 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində "Methadone” markalanma göstəricisi olan kəsilmiş konvalyutda 3 (üç) ədəd üzərlərində "F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 3 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,12qr təşkli edir (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04qr metadon olmaqla), -üzərində "Depakine” yazısı olan plastik qabdakı bir ədəd bükümdə təmiz çəkisi 4,128 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, - bir ədəd "gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 6,712 qram təşkil edir və həmin metamfetamin kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eynidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrinin, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri’in İ siyahısına, metadon tərkibli dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vastələri’in İİ siyahısına daxildir. (QEYD: Heroinin ümumi təmiz çəkisi 1,032 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 0,932 qram. Metamfetaminin təmiz çəkiləri 4,128 qram və 2,584 qram, tədqiqata sərf edildi 0,1 qram və ümumi 0,16 qram, qalıq 4,028 qram və ümumi 2,424 qram, 3 ədəd metadon həbdən 1 həb tədqiqata sərf edildi, qalıq -2 həb). "Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 05 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələrinə tövsif edilmişdir. "Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(005)- 1026/2023 saylı qərarından (hakim:G.A.Əsədova) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Əlavə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3733 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin ’’Tədqiqat Obyekti № 59”-li ştamp əksi olan 2 (iki) ədəd paketdəki-Şahid1 aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə narkotik vasitə olan heroin, vət Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 (iki) ədəd bükümdəki heroinlərlə kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eynidir. -Şahid1 aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə psixotrop maddə olan metamfetamin, vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə 9 (doqquz) ədəd bükümdəki metamfetaminlərlə kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eynidir. İlkin tədqiqat zamanı vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin və metamfetaminin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi 04 iyul 2023- cü il tarixli 6/3608 saylı və Şahid1 götürülmüş heroinin və metamfetaminin təmiz çəkiləri 04 iyul 2023-cü il tarixli 6/3609 saylı ekspert rəylərində göstərilmişdir. QEYD: Təqsirləndirilən şəxs - heroinin ümumi təmiz çəkisi: 0,932 qram, tədqiqata sərf edildi: ümumi 0,04 qram, qalıq:0,892 qram, metamfetaminin ümumi təmiz çəkisi: 6,452 qram, tədqiqata sərf edilsi: ümumi 0,18 qram, qalıq 6,272 qram. Şahid1 - heroinin təmiz çəkisi: 0,135 qram, tədqiqata sərf edildi:0,02 qram, qalıq 0,115 qram, metamfetaminin təmiz çəkisi: 0,039 qram, tədqiqata sərf edilsi: 0,02 qram, qalıq:0,019 qram. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5516 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ilkin təmiz çəkisi 1,032 qram olan narkotik vasitə heroin, 09 ədəd bükümdə ilkin təmiz çəkisi 6,712 qram olan psixotrop maddə metamfetamin, 03 ədəd üzərində "Methadone” markalanma göstəricisi olan kəsilmiş konvalyutda, "F/M40” yazısı həkk olunmuş, metadon tərkibli dərman preparatı, 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, qalıq qalmış 0,892 qram çəkidə narkotik vasitə heroin, 6.272 qram çəkidə psixotrop maddə metamfetamin, 02 ədəd metadon həbləri, 01 ədəd elektron tərəzi saxlanış üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 2436 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində psixoaktiv maddələrdən sui istifadə müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal hazırda öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. "CD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan mavi rəngli cins şalvarının sol arxa cibindən üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi, sağ yan cibindən çıxardığı 01 ədəd üzərində "Depakine” yazısı yazılmış ağ rəngli plastik qabın içərisindən küllü miqdarda ümumi təmiz çəkisi 4,128 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, çəhrayı rəngli dəmir qutunun içərisindən 07 ədəd şəffaf rəngli polietilen və 01 ədəd kağız bükümdə, ayrı ayrılıqda təmiz çəkiləri 0,290 qram, 0,210 qram, 0,292 qram, 0,305 qram, 0,240 qram, 0,419 qram, 0,412 qram, 0,416 qram olmaqla, küllü miqdarda ümumi təmiz çəkisi 2,584 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 ədəd şəffaf rəngli polietilen bükümdə, ayrı ayrılıqda təmiz çəkiləri 0,747 qram və 0,285 qram, ümumi təmiz çəkisi 1,032 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində "Methadone” markalanma göstəricisi olan kəsilmiş konvalyutda, "F/M40” yazısı həkk olunmuş, 3 ədəd həbdə təsiredici maddəsinin ümumi miqdarı 0,12 qr təşkil edən qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatının aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. "Baxış keçirilməsi haqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd "Redmi Note 9” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı mobil telefonda olan "Whatsapp” proqramının Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi, "Whatsapp” proqramında ‘Turgan” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəli istifadəçi ilə Şahid1 istifadəsində olan ***-***- **-** saylı mobil nömrənin arasında müxtəlif vaxtlarda narkotik vasitələrin əldə edilməsi barədə yazışma və səs yazıların göndərilməsi aşkar edilmişdir. Bununla bağlı baxışda iştirak edən Şahid1 mobil telefonunda "Turgan” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrənin narkotik vasitəni əldə etdiyi Təqsirləndirilən şəxs olmasını bildirmişdir. "Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd "Redmi” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı iş masasında olan "Qaleriya” bölməsinə daxil olduqda elektron tərəzinin üzərində narkotik vasitələrin çəkilməsinin, narkotik vasitələri qoyulduğu ünvan və yerlərin işarələnmiş fotoşəkillər aşkar edilmişdir. Həmçinin baxış zamanı "Whatsapp” proqramının Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi, "Feremez” adı ilə qeyd edilmiş +98 936 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdən başlayaraq narkotik vasitələrin alqı-satqısı, əldə edilmiş narkotik vasitələrin müxtəlif ünvanlara qoyulması barədə səs yazı və yazışmaların, eləcə də narkotik vasitələrin qoyulduğu yerlərin işarələnmiş fotoşəkil və məkan bildirimlərinin göndərilməsi aşkar edilmişdir. Eyni zamanda baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə "Cavid Nurlan” adı ilə qeyd edilmiş ***-***-**-** saylı, "X13” adı ilə qeyd edilmiş ***-***-**-** saylı, "Həyatımın Bəlası” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrələrin arasında narkotik vasitələrin alqı- satqısı barədə yazışma və səs yazıların olması aşkar edilmişdir. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu, "Feremez” adı ilə qeyd edilmiş +98 936 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrənin narkotik vasitələri əldə etdiyi şəxs olmasını, digər mobil nömrələrlə isə aralarında yalnız birlikdə istifadə etmək üçün narkotik vasitələrin əldə edilməsi barədə yazışmaların olduğunu, narkotik vasitələrdən istifadə etsə də, satışı ilə məşğul olmadığını bildirmişdir. "CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəsinə 01 yanvar 2023-cü il tarixdən 03 iyul 2022-ci il tarixədək daxil olan və çıxan sms-lərin siyahısı "xxxx" MMC tərəfindən 1 ədəd "CD” diskə təqdim olunmuş və həmin diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 məxsus 099- 252-53¬53 saylı mobil nömrə arasında xx.xx.2023-cü il cü il tarixdə 63 saniyə, xx.xx.2023-cü il tarixdə saat 23:05:30-da 43 saniyə, saat 23:36:17-də 22 saniyə, xx.xx.2023-cü il tarixdə saat 00:01:59-da 104 saniyə, saat 00:17:39-da 144 saniyə, saat 23:08:43-də 7 saniyə, xx.xx.2023cü il tarixdə saat 07:03:42-də 122 saniyə, saat 07:14:51-də 179 saniyə, saat 09:07:36-da 64 saniyə, saat 18:27:05-də 97 saniyə, saat 22:54:20-də 68 saniyə, xx.xx.2023-cü il tarixdə saat 11:42:12-də 23 saniyə, xx.xx.2023-cü il tarixdə saat 14:53:29-da 73 saniyə, sat 15:51:24-də 44 saniyə, saat 16:16:47-də 51 saniyə, saat 17:18:39-da 199 saniyə, saat 19:52:35-də 28 saniyə, saat 20:10:50-də 14 saniyə, saat 20:33:58-də 14 saniyə, saat 20:39:00-da 8 saniyə, saat 22:33:44-də 118 saniyə, xx.xx.2023-cü il tarixdə saat 05:13:52-də 74 saniyə, saat 06:15:48-də 99 saniyə, saat 06:55:38-də 46 saniyə, saat 06:59:54-də 29 saniyə, saat 07:47:23-də 30 saniyə, saat 07:54:54-də 6 saniyə, saat 13:03:14-də 15 saniyə, saat 18:51:33-də 19 saniyə, saat 19:53:12-də 84 saniyə, saat 20:22:17-də 53 saniyə, saat 20:57:59-da 21 saniyə, saat 23:35:15-də 18 saniyə, xx.xx.2023-cü il tarixdə saat 22:32:49-da 21 saniyə, xx.xx.2023- cü il tarixdə saat 02:45:07-də 178 saniyə, saat 07:46:24-də 10 saniyə, saat 07:55:07-də 50 saniyə, saat 08:04:33-də 47 saniyə, saat 08:45:47-də 63 saniyə, saat 18:12:35-də 123 saniyə, xx.xx.2023-cü il tarixdə saat 05:29:17-də 77 saniyə, saat 07:03:06-da 182 saniyə, saat 18:11:20-də 18 saniyə, saat 22:55:56-da 328 saniyə, xx.xx.2023-cü il tarixdə saat 18:50:11-də 37 saniyə, saat 19:03:00-da 112 saniyə, saat 19:21:15-də 30 saniyə, saat 19:56:06-da 197 saniyə, xx.xx.2023-cü il tarixdə saat 01:03:08-də 233 saniyə, saat 06:07:49-da 135 saniyə, saat 07:23:14-də 8 saniyə, saat 08:04:23-də 196 saniyə, xx.xx.2023-cü il tarixdə saat 01:57:34də 132 saniyə, xx.xx.2023-cü il tarixdə saat 06:19:33-də 73 saniyə, saat 06:52:27-də 132 saniyə, saat 07:25:06-da 83 saniyə, saat 18:50:32-də 20 saniyə, saat 18:52:40-da 23 saniyə, xx.xx.2023-cü il tarixdə saat 15:54:14-da 28 saniyə, saat 17:15:33-də 43 saniyə, saat 18:08:01də 241 saniyə, saat 18:33:02-də 9 saniyə, xx.xx.2023-cü il tarixdə saat 14:11:10-da 48 saniyə, saat 14:44:05-də 184 saniyə, saat 15:39:01-də 40 saniyə, saat 16:24:16-da 63 saniyə, saat 16:31:03-də 8 saniyə, xx.xx.2023-cü il tarixdə saat 08:24:41-də 57 saniyə, saat 11:38:25-də 81 saniyə, saat 11;51:36-da 38 saniyə,saat 11:55:31-də 28 saniyə, saat 11:57:30-da 35 saniyə, saat 12:21:52-də 27 saniyə, saat 12:24:48-də 15 saniyə, xx.xx.2023-cü il tarixdə saat 07:56:59da 7 saniyə, saat 08:12:57-də 128 saniyə saat 08:59:33-də 33 saniyə, saat 09:04:34-də 17 saniyə, saat 09:10:21-də 7 saniyə,saat 09:23:03-də 71 saniyə, saat 09:33:23-də 18 saniyə,saat 09:38:01-də 22 saniyə, saat 16:19:54-də 18 saniyə, saat 16:35:12-də 20 saniyə, saat 19:31:02-də 118 saniyə, saat 19:52:26-da 16 saniyə, xx.xx.2023-cü il tarixdə saat 12:28:53-də 54 saniyə, saat 12:54:35-də 5 saniyə telefon əlaqəsinin olması müəyyən edilmişdir. Həmçinin diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 08:02:56-da 'Turqan falqa gotur gel bide mawinkani getir gelende deyecem mawinkani getirib”, 055-634-00- 15 saylı mobil nömrədən xx.xx.2023-cü il cü il tarixdə saat 21:03:15-də “QAQA 12 MANAT PULUM VAR MENE NESE VERE BİLERSEN”, 050¬759-42-48 saylı mobil nömrədən xx.xx.2023-cü il cü il tarixdə saat 00:53:03-də “Qaqa teleni ac bir soz dede qadan alim masinda seni gozdeyirem axi hemde isdeyenerim var demisem ,15 DEYQE ALlNİR” saat 01:31:42-də “Qaqa noldu axi qaqa meni valah yalanci cixiram axi lsaat 20deyqedir ki 3NEFER OĞLANİ AĞRİDA GOZDEYİRLE MENİ MENİMDE AGRİYRAM UJE QAQA AXRİNCİ OLANİMİDA SENE VERDİ”, ***-***-**-** saylı mobil nömrədən saat 22:52:25-də “qardawim onda onu hecolmuya 04 ele qurban olaram kolanida yaddan cixarma qurban olaram sene hecolmuya 04 ele qurban olaram kolanida yaddan cixarma qurban olaram sene”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 13:55:43- də “Qaqaş günorta oldu coox pis ağrıdayam”, saat 14:12:05-də “Anavin cani cavab ver çıxım gelim de öldüm axi lomkadan”, xx.xx.2023-cü il tarixdə saat 16:34:02-də “Seherdeyem zeng vur mene hem borcu hemde hemisekinnen”, ***- ***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 23:33:07-də “Qaqa cvb de mene axdarim ya alinir?”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 13;22:54-də “Nerimanov terefdeyem 20m nese duzelir orxan”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023cü il tarixdə saat 04:32:57~də “turqan yeni vezyetim cox pisdi senol caviden 5 6 tusduluk kola al heryerim sinir senol yada bax gor evde divan zad altinda falqada falan atib elememisen nese”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 15:06:43-də “Deyəsən yadından çıxıb 5 manat əlində elvinə yalvardığın günlər. Ha”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023 cü il tarixdə saat 16:10:06-da "20m hemiseki kimi, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 17:04:05-də "Qaqa 5de kola olar? 10 manat verim” sözləri yazılmış mesajların göndərilməsi aşkar edilmişdir. (Cild 2, iş vərəqə 91-93) “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsindən alınmış xx.xx.2023-cü il tarixli 9641 saylı sorğuya cavab məktubundan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən müalicədə olmayıb. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 27 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM- nin 234.1, 234.4.1,234.4.3 və 234.4.4-cü maddələrindən həmin Məcəllənin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq olunan ********* saylı cinayət işindən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddələri, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid1 aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 0,185 qram, psixotrop maddə metamfetaminin çəkisi 0,079 qram hesab edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 1,032 qram, psixotrop maddə metamfetaminin ümumi çəkisi 6,712 qram, üzərində “Methadone” markalanma göstəricisi olan kəsilmiş konvalyutda, “F/M40” yazısı həkk olunmuş, metadon tərkibli dərman preparatının ümumi sayı 03 ədəd hesab edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ilkin təmiz çəkisi 1,032 qram olan narkotik vasitə heroin, 09 ədəd bükümdə ilkin təmiz çəkisi 6,712 qram olan psixotrop maddə metamfetamin, 03 ədəd üzərində “Methadone” markalanma göstəricisi olan kəsilmiş konvalyutda, “F/M40” yazısı həkk olunmuş, metadon tərkibli dərman preparatı, 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, qalıq qalmış 0,892 qram çəkidə narkotik vasitə heroin, 6,272 qram çəkidə psixotrop maddə metamfetamin, 02 ədəd metadon həbləri, 01 ədəd elektron tərəzi saxlanması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Şahid1 aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,185 qram olan narkotik vasitə heroin, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,079 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, qalıq qalmış 0,115 qram çəkidə narkotik vasitə heroin, 0,019 qram çəkidə psixotrop maddə metamfetamin saxlanması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Şahid1 və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 02 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmiş, Şahid1 məxsus 01 ədəd “Redmi Note 9” markalı mobil telefon aparatı maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılması nəzərə alınmış, həmçinin Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon aparatı maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini, narkotik vasitə heroini və metadon həblərini əldə etdiyi mənbəni müəyyən etmək məqsədi ilə cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmiş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə verilməsi və fiziki zorakılığa məruz qalması xüsusatı üzrə araşdırma aparılması və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilməsi nəzərə alınmışdır. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 27 sentyabr 2023-cü il tarixli qəradan görünür ki, ********* nömrəli cinayət işindən Şahid1 barəsində Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata götürülərək istintaq aparılmışdır. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 27 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs külli psixotrop maddə metamfetamini, narkotik vasitə heroini və metadon həblərini əldə etdiyi mənbəni və “Fərəməz” adlı şəxsi müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmiş. "Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona yenidən ittiham elan etmək haqqında” 27 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunaraq təqsirli bilindiyi əməli törətməsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi öz ifadələri, şahidlərin ifadələri, baxış və götürmə haqqında protokollar, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzib olunmaz sübutlarla tam təsdiq olunur. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilməməsi, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə apellyasiya şikayətlərinin dəlillərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini onun cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədiylə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Ali Məhkəməsinin Plenumunun həmin qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitələrin miqdarı ilə yanaşı çəkilib xırda bağlamalara bükülməsi, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s., habelə narkotik vasitələrin və psixotrop maddələrin digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərlə bağlı halların da nəzərə alınması tövsiyə edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona istinad olunan Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair daxili inamı rəhbər tutaraq, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əməlin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması barədə dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini iş materialları və işin obyektiv halları ilə tam sübut olunmuş hesab etdiyindən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinin apellyasiya şikayətində göstərilən dəlillərə ətraflı cavab verməyə lüzum görmür və apellyasiya şikayəinin təmin olunmaması nəticəsinə gəlməsini qeyd edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (19 aprel 1994-cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə, azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, qanuni və ədalətli cəza təyin edilmişdir. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli cəza təyin edildiyindən, apellyasiya şikayətlərində qeyd olunan dəlillər onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsi üçün əsas ola bilməz. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-931/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, qərara aldı: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-931/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-1804/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1804/2024
08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver