Məhkəmə qərarları › İş №1(103)-1819/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1819/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1819/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Həsən Hüseyn oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəməsində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru X4; təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2; müdafiəçilər - Bakı şəhəri, 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi6 və Bakı şəhəri 07 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: İradə Həsənzadə) xx xxxxxx 1979-cu il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 5-də qeydiyatda olan və yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinın Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1966-cı ildə Ermənistan SSR-nin Spitak rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs2 barələrində olan 10 iyun 2022-cu il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə; təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1; habelə Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə, həmçinin Təqsirləndirilən şəxs1 tərəfindən öz apellyasiya şikayətinə edilmiş əlavəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144- 1.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzasının əvvəlinin 21 iyun 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə cinayətləri törətməkdə təqsirli bilinib barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzanın əvvəli 18 iyun 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə hökmünə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah məqsədilə zərərçəkmiş şəxsləri aldatma yolu ilə hədə-qorxu məcbur etmə vasitəsilə zəiflik vəziyyətindən sui-istifadə edərək, cinsi istismar edilməsi məqsədilə Azərbaycan Respublikası dövlət sərhədindən keçirməklə cəlb edib qabaqcadan əlbir olan bir qrup şəxs halında iki və daha artıq şəxsin barəsində təkrarən insan alveri cinayət əməllərini törətmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən, Təqsirləndirilən şəxs1 06 fevral 2018-ci ildə Azərbaycan Respublikası dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsin- dən keçməklə Türkiyənin Balıkəsir şəhərinə getmiş, Zərərçəkmiş şəxs2 həmin şəhərdə kirayə yaşadığı mənzilində qaldığı halda ona iş tapacağını vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədilə Azərbaycan Respublikası dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığı bildirdikdə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Balıkəsir şəhərində kirayə yaşadığı mənzildə yerləşdikdən sonra 2018-ci il fevral ayının ortalarından 2018-ci il fevralın 25-dək həmin şəhərdə yerləşən və istintaqa məlum olmayan müxtəlif yerlərdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək, cinsi istismar etməklə insan alveri cinayətini törətmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən, Təqsirləndirilən şəxs1 06 fevral 2018-ci ildə Azərbaycan Respublikası dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçib Türkiyənin Balıkəsir şəhərinə getmiş, Zərərçəkmiş şəxs1 həmin şəhərdə kirayə yaşadığı mənzilində qaldığı halda ona iş tapacağını vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Balıkəsir şəhərində kirayə yaşadığı mənzildə yerləşdikdən sonra 2018-ci il fevral ayının ortalarından 2018-ci il fevralın 25-dək bu şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edib cinsi istismar etməklə təkrar iki şəxs barədə insan alveri cinayətini törətmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən, Təqsirləndirilən şəxs1 06 fevral 2018-ci ildə Azərbaycan Respublikası dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçib Türkiyənin Balıkəsir şəhərinə getmiş, Zərərçəkmiş şəxs4 həmin şəhərdə kirayə yaşadığı mənzilində qaldığı halda ona iş tapacağını vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədilə Azərbaycan Respublikası dövlət sərhədindən keçirilməsinə cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılığını bildirdikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Balıkəsir şəhərin- də kirayə yaşadığı mənzildə yerləşdikdən sonra, 2018-ci il fevral ayının ortalarından 25 fevral 2018-ci il tarixdək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu kişi müştərilərlə pul ödənişi müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edib cinsi istismar etməklə təkrar iki və daha artıq şəxs barəsində insan alveri cinayəti törətmişlər. Bundan əlavə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən, Təqsirləndirilən şəxs1 2018-ci ilin mart ayının ortalarında ünvan 2 ünvanında kirayədə yaşayan Zərərçəkmiş şəxs2 ilə WhatsApp ani mesajlaşma proqramı ilə əlaqə saxlayaraq yaxın qohumlarına fahişəliklə məşğul olacağını deyəcəyi ilə hədələməklə, hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədilə Azərbaycan Respublikası dövlət sərhədin- dən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra, 2018-ci il aprelin 06-da Azərbaycan Respublikası dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Balıkəsir şəhərinə getmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu qarşılayıb kirayə yaşadıqları mənzildə yerləşdirdikdən sonra 08 aprel 2018-ci ildən 29 aprel 2018-ci ilədək şəhərdə məlum olmayan yerlərdə kişi müştərilərlə pul ödənişi müqabildə görüşdürüb cinsi əlaqədə olmasını təşkil edib istismar etməkdə təkrar iki və daha artıq şəxs barədə insan alveri cinayətini törətmişlər. Daha sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən, Təqsirləndirilən şəxs1 2018-ci il mart ayının ortalarında ünvan 3 ünvanında olan Zərərçəkmiş şəxs3 ilə «WhatsApp» ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq Türkiyənin Balıkəsir şəhərində ona iş təşkil edəcəyini vəd edərək aldatma yolu ilə cinsi istismar edilməsi məqsədilə Azərbaycan Respublikası dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra, 06 aprel 2018-ci ildə Azərbaycanın dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçib Türkiyənin Balıkəsir şəhərinə getmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu qarşılayıb kirayədə yaşadıqları mənzildə yerləşdirdikdən sonra 08 aprel 2018-ci ildən 29 aprel 2018-ci il tarixədək şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edib cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişlər. Eyni zamanda, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən, Təqsirləndirilən şəxs1 2018-ci il aprel ayının sonlarında ünvan 4 ünvanında kirayə yaşayan X5 ilə “WhatsApp” ani mesajlaşma proqramı ilə əlaqə saxlayaraq, yaxın qohumlarına fahişəliklə məşğul olacağını deyəcəyi ilə hədələməklə hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədilə Azərbaycan Respublikası dövlət sərhədin- dən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra 07 may 2018-ci ildə Azərbaycanın dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçib Türkiyənin Balıkəsir şəhərinə getmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşılayıb kirayə yaşadıqları mənzildə yerləşdirdikdən sonra, 09 may 2018-ci ildən 5 iyun 2018-ci ilədək şəhərdə istintaqa məlum olmayan yerlərdə kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edib cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikası dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən, Təqsirləndirilən şəxs1 2018-ci il aprel ayının sonlarında Quba şəhəri Dəvədabanı küçəsində nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs3 ilə «WhatsApp» ani mesajlaşma proqramı ilə əlaqə saxlayaraq, nəzarəti altında fahişəliklə məşğul olacağı halda, daha çox gəlir əldə edəcəyini bildirib maddi imkansızlığı ilə bağlı zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycanın dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş və Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra 07 may 2018-ci ildə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Balıkəsir şəhərinə getmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu qarşılayıb kirayədə yaşadıqları mənzildə yerləşdirdikdən sonra, 09 may 2018-ci ildən 5 iyun 2018-ci il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürməklə cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişlər. Eləcə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikası dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən, Təqsirləndirilən şəxs1 2018-ci il iyul ayının sonlarında ünvan 3 ünvanında kirayə yaşayan Zərərçəkmiş şəxs2 ilə “WhatsApp” ani mesajlaşma proqramı ilə əlaqə saxlayaraq yaxın qohumlarına fahişəliklə məşğul olacağını deyəcəyi ilə hədələyərək, hədəqorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədilə Azərbaycanın dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra 04 avqust 2018-ci ildə Azərbaycan dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Balıkəsir şəhərinə getmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu qarşılayıb kirayə yaşadıqları mənzildə yerləşdirdikdən sonra 06 avqust 2018-ci ildən 05 sentyabr 2018-ci ilədək şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edib cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişlər. Habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikası dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən, Təqsirləndirilən şəxs1 2018-ci il iyul ayının sonlarında Bakı şəhəri Yasamal rayonu Fuad İbrahimbəyov küçəsi ev 14-də kirayədə yaşayan Zərərçəkmiş şəxs1 ilə «WhatsApp» ani mesajlaşma proqramı ilə əlaqə saxlayaraq, yaxın qohumlarına fahişəliklə məşğul olacağını deyəcəyi ilə hədələməklə, hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycanın dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra, 04 avqust 2018-ci ildə Azərbaycanın dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Balıkəsir şəhərinə getmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu qarşılayıb kirayə yaşadıqları mənzil- də yerləşdirdikdən sonra 6 avqust 2018-ci ildən 5 sentyabr 2018-ci ilədək şəhərdə istintaqa məlum olmayan yerlərdə kişi müştərilərlə pul ödənişi müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edib cinsi istismar etməklə təkrar iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişlər. Həmçinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə qadını aldatma yolu ilə Azərbaycan Respublikası dövlət sərhədindən keçirib cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən, Təqsirləndirilən şəxs1 2019-cu il mart ayının ortalarında ünvan 3 ünvanında kirayədə yaşayan Zərərçəkmiş şəxs2 ilə “WhatsApp” ani mesajlaşma proqramı ilə əlaqə saxlayaraq, yaxın qohumlarına fahişəliklə məşğul olacağını deyəcəyi ilə hədələyib hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycanın dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş və Zərərçəkmiş şəxs2 razılığını bildirdikdə, 24 mart 2019-cu ildə Azərbaycanın dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Balıkəsir şəhərinə getmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu qarşılayıb kirayədə yaşadıqları mənzildə yerləşdirdikdən sonra, 2019-cu il martın 26-dan 2019-cu il aprelin 21-dək şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edib cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxsin barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə qadını aldatma yolu ilə Azərbaycan Respublikası dövlət sərhədindən keçirib cinsi istismar etmək məqsədi ilə aralarında olan cinayətkar razılaşmaya əsasən, Təqsirləndirilən şəxs1 2019-cu il mart ayının ortalarında Quba şəhəri Dəvədabanı küçəsində nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs3 ilə «WhatsApp» ani mesajlaşma proqramı ilə əlaqə saxlayaraq nəzarəti altında fahişəliklə məşğul olduqda daha çox gəlir əldə edəcəyini bildirib maddi imkansızlığı ilə bağlı zəifliyindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycanın dövlət sərhədindən keçirilməsinə cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdə, 24 mart 2019cu ildə Azərbaycanın dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçib Türkiyənin Balıkəsir şəhərinə getmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu qarşılayıb kirayə yaşadıqları mənzil- də yerləşdirdikdən sonra, 26 mart 2019-cu ildən 21 aprel 2019-cu ilədək şəhərdə istintaqa məlum olmayan yerlərdə kişi müştərilərlə pul ödənişi müqabildə görüşdürüb cinsi əlaqədə olmasını təşkil edib cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barədə insan alveri cinayətini törətmişlər. Məhkəmə hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək, Aygün Fərruxova və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə məhkun olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmünün barələrində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric olunmaqla, hər birinə həmin maddələrin sanksiyası həddində cinayət qanunu normalarına uyğun cəza təyin olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin 10 iyun 2022-ci il tarixli hökmündə təqsirləndirilən şəxslərin verilmiş ittiham üzrə cinayət qanununun müvafiq maddələri ilə təqsirli bilinsə də qanunsuz olaraq onların zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrinin işdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla İlk məhkumluğu, qadın olmaları, ailə vəziyyətləri, Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu yerdə barəsində şikayət daxil olmaması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Halbuki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməsi və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınması isə CM-in 58- ci maddəsində təsbit edilmiş imperativ normadır. CM-nin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, həmçinin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar aşağıdakıları göstərir: cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olaraq onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərləndirən cəhət isə odur ki, bu hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirərək onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-in 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Həmin normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-in 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-in 62.1-ci maddəsi isə əksinə hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini cızır. Lakin, 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və ya onların məcmusu özü-özlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-in 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən, cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, istinadla kifayətlənməməli, həmin halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onarın müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil edilir ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-in 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8 və 58-ci maddələrində sadalanan hallarla birlikdə, eləcə də CM-in 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb edilir, o cümlədən təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədi təmin edilmiş olsun, yəni CM-in 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən hallara həddindən artıq önəm verilib onların CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticə kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. CPM-nin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmiş, yəni məhkəmə qərarında cəzanı yüngülləşdirən müstəsna hallar və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallardan üçü CM-nin 59.1-ci maddəsində birbaşa nəzərdə tutulmuşdur ki, bu onların zərərçəkmiş şəxslərlə barışması və onlara qarşı şikayətin olmamasıdır. Bununla bağlı cinayət qanunun özündə artıq güzəştli cəza təyin edilməsinə dair müddəa nəzərdə tutulmuş, yəniCM-nin 60.1 -ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan əlavə, məhkumların 04 nəfər zərərçəkmişə qarşı 11 epizod üzrə qəsdən və təkrarən cinayət törətmələri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən nəzərə alınmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzala- rının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəməsinin Plenumun qərarına əsasən, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu qərarda məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalı, habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər sırasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-nin 62-ci maddəsinin tətbiqinin istinad edildiyi CM-in 144-1.2.1,144-1.2.2,144-1.2.4-1 və 144-1.2.5-cİ maddələri ilə cinayət əməli böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət deyil, CM-in 15.4-cü maddəsinə görə obyekti şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan ağır cinayətlər çırasına aiddir və birbaşa qəsdlə törədilmişdir. Cinayətin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulan ictimai təhlükəli əməlin törədilməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan edilən insanların sağlamlığının pozulmasına səbəb olur. Beləliklə məhkəmə cinayət qanunun müddəalarını düzgün tətbiq etməyib göstərilən halları heç bir əsaslandırma aparmadan cəzanı yüngülləşdirən müstəsna hallar kimi nəzərə almaqla təqsirləndirilən şəxsin barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə sanksiya həddindən kifayət qədər aşağı cəza təyin etmişdir. Konstitusiyasının 129-cu maddəsinin 3-cü bəndinə əsasən, məhkəmə qərarları qanuna və mötəbər sübutlara əsaslanmalıdır. Məhkəmənin hökmü ilə razılaşmayan Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək hökmdən narazı olduğunu göstərməklə qadın olmasını nəzərə alıb ona həbslə bağlı olmayan cəzanın təyin olunmasını, yəni ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunması barədə barəsində qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin hökmündən narazı qalan təqssirləndirilən şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, məhkəmə hökmündən narazı olduğunu göstərməklə, qadın olmasını nəzərə alaraq ona həbslə bağlı olmayan cəzanın təyin olunmasını, yəni təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunması barədə barəsində qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hökmü ilə razılaşmayan Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, məhkəmənin 10 iyun 2022-ci il tarixli hökmünün əsassız olduğundan ləğv olunması və müdafiə etdiyi şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 1.2.1. 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Verilmiş apellyasiya şikayəti və ona edilmiş əlavə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü əsassız və qanunsuzdur. Belə ki, məhkəmənin 10 iyun 2022-ci il tarixli hökmü qanunsuz və əsassız olduğundan ləğv edilməli və müdafiə etdiyi şəxs barədə ədalətli qərar çıxarılmalıdır. Hökmə görə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Aynurə Seyidəliyeva ilə zəngləşərək Whatsapp sosial şəbəkəsi sistemindən yazışmış, onlara hədə-qorxu gələrək təhdid etmiş və bu səbəbdən Türkiyənin Balıkəsir şəhərinə gətirərib onları cinsi istismara məruz qoymuş, lakin ittiham aktı və hökmdə yazışmaların və zəngləşmələrin hansı formada aparılmasının olub-olmaması barədə hər hansı bir sübut yoxdur, zərərçəkmişlər məhkəmədə onu tanımamışlar. Məhkəmə hökmdə ağır cinayətdə təqsirləndirilən şəxsin işinin kifayət qədər araşdırılmış hesab etdiyi qənaətinə gələrək, ona qarşı ittihamedici hökm çıxarmış, hökmdə sadəcə ittiham aktında olduğu formada WhalsApp tətbiqində yazışmalar olması və zənglərin edilməsi əks etdirilmişdir. Məhkəmənin “sosial ədalətin bərpası kimi belə bir ağır cəza verməyinə səbəb kimi aşağıdakılar göstərilmiş: iş iizrə zərərçəkmiş Aynurə Seyidəliveva ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kirayə yaşadıqları mənzildə qaldığı halda, ış tapacaqları ilə aldadaraq dövlət sərhədindən keçirilməsinə cəlb etmişlər və 2018-ci il fevral ayında dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Balıkəsir şəhərinə getdikdə onu mənzildə yerləşdikdən sonra, 2018-ci il fevral ayının ortalarından 2018-ci il fevralın 25-dək, habelə yaxın qohumlarına fahişəliklə məşğul olduğunu deyəcəyi ilə hədələyib eyni qaydada həmin müddətdə şəhərin müxtəlif yerində kişi müştərilərlə pul ödənişi müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edib cinsi istismar etmişlər. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kirayə yaşadıqları mənzildə qaldığı halda, iş tapacaqları ilə aldadıb dövlət sərhədindən keçirilməsi üçün cəlb etmişlər, 2018-ci il fevralın 05-də dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Balıkəsir şəhərinə getdikdə onu həmin mənzildə yerləşdikdən sonra 2018-ci ilin fevral ayının ortalarından 2018-ci il fevralın 25-dək, habelə vaxın qohumlarına fahişəliklə məşğul olduğunu deyəcəyi ilə hədələyib eyni qaydada 2018-ci il avqustun 06-dan 2018-ci il sentyabrın 05-dək şəhərin müxtəlif yerində kişi müştərilərlə pul ödənişi ilə görüşdürməklə cinsi əlaqədə olmasını təşkil edib cinsi istismar etmişlər. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır. Zərərçəkmişlər - Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 öz ifadələrində eyni ilə və qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2018-ci il ərzində həmin şəhərin müxtəlif yerlərində kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürərək cinsi əlaqədə olmasan təşkil etməklə cinsi istismar etmişlər. Hazırda onlarla barışmışlar. Həmin ifadələrdən aydın olur ki, hökm yalnız zərərçəkmişlərin ifadəsi üzərində qurulmuş, zərərçəkmiş şəxslər özləri sərbəst Türkiyəyə gedib-gəlmiş, hər hansı bir formada onlara maneə olmamış və ya basları üstündə digər formada nəzarətçi olmamış, Təqsirləndirilən şəxs1 Türkiyə vətəndaşı ilə evlidir. İbtidai istintaq və məhkəmədə Aynurə Fərruxova təqsirinin olmaması, özü və ailəsi üçün belə ittihamın ləkə olmasını dəfələrlə bildirmişdir. CPM-in 289.3.3-cü maddəsinə əsasən onun öz müdafiəsinə gəlirdiyi dəlillər yoxlanılmamış, zənglərin olması barədə rabitə müəssisəsinin çıxarışı, yazışmaların olması barədə hər hansı surət işə əlavə edilməmişdir. Hökmdə isə buna lıeç toxunulmamışdır. CPM-nin 349.5 və 349.5.1-ci maddələrinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsalandıqda məhkəmə hökmü əsaslı hesab edilir. CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar hərtərəfli, tam və obyektiv yoxlanılmalıdır. Yoxlama ramanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin möləbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışında təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və məhkəmənin hökmü ilə ona bəraət verilməlidir. Eyni zamanda, məhkəmənin hökmündən təqssirləndirilən Təqsirləndirilən şəxs1 öz apellyasiya şikayətinə əlavə verərək, həmin əlavəsində müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətində irəli sürülən dəlilləri eyni ilə bir daha təsdiq etməklə yanaşı, verdiyi əlavəsində eyni ilə müdafiəçisi kimi ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397-ci maddəsinə əsasən apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi, cinayət qanunu və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallar apellyasiya məhkəməsi tərəfindən yalnız apellyasiya şikayəti və protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsinin cinayət qanunu və bu Məcəllənin normalarına əməl etməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən verilmiş apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası verilmiş apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialı ilə birlikdə əlaqəli şəkildə araşdıraraq və cinayət prosesi iştirakçılarının fikirlərini dinləməklə hesab edir ki, verilmiş apellyasiya protesti təmin edilməli; təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü dəyişdirilməli və onların hər birinin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric olunmaqla, həmin maddələrin sanksiyası həddində cinayət qanunu normalarına uyğun olaraq, hər birinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, habelə Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə etdiyi əlavəni; Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri iş üzrə toplanmış çoxsaylı sübutlarla təkzib edildiyindən və cinayət işinin faktiki hallarına uyğun olmadığından əsassız hesab olunaraq təmin edilməməlidir. Cinayət İşinin materiallarından və məhkəmə iclasının protokollarından göründüyü kimi, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə özlərini həmin cinayətləri törətməkdə təqsirli bilməmələrinə baxmayaraq, hər birinin həmin cinayətlərin törədilməsində istintaq zamanı və məhkəmədə verdikləri ifadələrinin məzmunu ilə yanaşı; ibtidai istintaq zamanı və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin, habelə qeyrilərinin ifadələri ilə yanaşı; cinayət işi üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş aşağıda göstərilən digər mötəbər sübutlarla da kifayət qədər öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 Türkiyənin Balıkəsir şəhərində, Təqsirləndirilən şəxs2 kirayədə yaşadığı evdə qaldığını eşitsə də Aynurə ilə hər hansı münasibəti olmamış, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ilə heç bir əlaqəsi olmamış, sonuncuların Şirinin Balıkəsir şəhərindəki evində yaşadıqları haqqında məlumatı olmuş, əxlaqsız həyat tərzi keçirən qadınlarla ünsiyyət saxlamamışdır. Adı çəkilən qadınların onun barəsində şikayət etmələrinin səbəbi Aynurə ilə aralarındakı mübahisə olmuş, Şirinlə danışarkən ondan Aynurənin içkili vəziyyətdə gecə saatlarında evə qayıtdığını və Şiriningildə qaldığı müddətdə bir neçə dəfə yad kişilərin həmin evə gələrək Aynurəni soruşduqlarını öyrənmiş, Aynurəni evindən çıxarmasını Şirinə bildirsə də, sonuncunun xasiyyəti mülayim olduğundan, onun məsləhətinə qulaq asmamışdır. Aynurə rəfiqələrinə onun haqqında yalan ifadə vermələrini tapşırmışdır. Əminə, Leyla və Cəmilənin Quba-Xaçmaz rayonlarından Aynurənin həmyerliləri olmaqla onun bir çox qonşuluqda yaşayan qadını özü ilə Türkiyəyə apardığını bilmişdir. 2019-cu ilin fevral ayında türk vətəndaşı olan Levent adlı şəxslə rəsmi nikah bağlamışdır. Hazırda zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun Türkiyənin Balıkəsir şəhərində kirayə yaşadığı evdə onunla bərabər 10 gün qalmışdır. Barəsində ifadə verən digər qadınlar, yəni Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ilə onun heç bir əlaqəsi olmamışdır. Göstərilən şəxslər birbiri ilə rəfiqə münasibətində olaraq ona qarşı yalan ifadələr vermişlər. Həmin qadınların hansı işlə məşğul olmalarından məlumatı olmamış, cinsi istismar edilmələrinin ona aidiyyəti yoxdur. Təqsirləndirilən şəxs1 Türkiyədən tanıyır, sonuncu ilə münasibətləri normaldır, Aynurun Türkiyədə hər hansı qadını istismar etməsinin və yaxud fahişəliyə cəlb etməsinin şahidi olmamışdır. Aynurla əlbir olmaqla insan alveri cinayəti törətməmişlər. Aynurə yenidən Türkiyəyə gəldikdə birlikdə qalmasını xahiş etdikdə, Aynurə etiraz edərək, yaşayış sahəsinin sahibinin evə kənar şəxsi buraxmağa icazə verməməsini bildirmişdir. Aynurə bunun acığını ondan çıxır, öz rəfiqələrinə başa salmışdır ki, onun haqqında şikayət etsinlər. Hazırda zərərçəkmiş şəxslərdə barışıq əldə etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kirayədə yaşadıqları mənzildə qaldığı halda ona iş tapa- caqları ilə aldadaraq Azərbaycanın dövlət sərhədindən keçirilməsi üçün cəlb etmişlər və 06 fevral 2018-ci ildə Azərbaycanın dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçib Türkiyənin Balıkəsir şəhərinə getdikdə, həmin mənzildə yerləşdikdən sonra 2018-ci il fevral ayının ortalarından 25 fevral 2018-ci ilədək, habelə yaxın qohumlarına fahişəliklə məşğul olması deyəcəyi ilə hədələyib 2018-ci il aprelin 08-dən 2018-ci il aprelin 29-dək, 2018-ci il mayın 09-dan 2018-ci il iyunun 05- dək, 2018-ci il avqustun 06-dan 2018-ci il sentyabrın 05-dək və 2019-cu il martın 26-dan 2019-cu il aprelin 21-dək şəhərin müxtəlif yerlərində kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürərək cinsi əlaqədə olmasını təşkil edib cinsi istismar etmişlər. Təqsirləndirilən şəxslərlə barışmışdır. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs1 öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kirayədə yaşadıqları mənzildə qaldığı halda, ona iş tapacaqları ilə aldadaraq Azərbaycanın dövlət sərhədindən keçirilməsi üçün cəlb etmişlər və 06 fevral 2018-ci ildə Azərbaycanın dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçərək Türkiyənin Balıkəsir şəhərinə getdikdə, həmin mənzildə yerləşdikdən sonra 2018-ci il fevral ayının ortalarından 2018-ci il fevralın 25-dək, habelə ona yaxın qohumlarına fahişəliklə məşğul olduğunu deyəcəyi ilə hədələməklə 06 avqust 2018-ci ildən 05 sentyabr 2018-ci ilədək bu şəhərin müxtəlif yerlərində kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürməklə, cinsi əlaqədə olmasını təşkil etməklə cinsi istismar etmişlər. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kirayə yaşadıqları mənzildə qaldığı halda, iş tapacaqları ilə onu aldadaraq Azərbaycanın dövlət sərhədindən keçirilməsi üçün cəlb etmişlər, 06 fevral 2018-ci ildə Azərbaycanın dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Balıkəsir şəhərinə getdikdə, onu mənzildə yerləşdikdən sonra 2018-ci il fevral ayının ortalarından 2018-ci il fevralın 25dək şəhərin müxtəlif yerində kişi müştərilərlə pul müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil etməklə cinsi istismar etmişlər. Təqsirləndirilən şəxslərlə barışmışdır. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs3 öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kirayədə yaşadıqları mənzildə qaldığı halda, ona iş tapacaqları ilə aldadaraq Azərbaycanın dövlət sərhədindən keçirilməsi üçün cəlb etmişlər və 06 aprel 2018-ci ildə Azərbaycanın dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçərək Türkiyənin Balıkəsir şəhərinə getdikdə, həmin mənzildə yerləşdikdən sonra, 08 aprel 2018-ci ildən 29 aprel 2018-ci ilədək, habelə onların nəzarəti altında fahişəliklə məşğul olacağı halda, daha çox gəlir əldə edəcəyini bildirib maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə eyni qaydada 09 may 2018-ci ildən 05 iyun 2018-ci ilədək və 26 mart 2019-cu ildən 21 aprel 2019-cu ilədək şəhərin müxtəlif yerlərində kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürərək cinsi əlaqədə olmasını təşkil edib cinsi istismar etmişlər. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq və Təhqiqat idarəsinin 14 iyun 2021-ci il tarixli protokollarına əsasən, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə aralarında üzləşdirmə keçirilərkən, zərərçəkmiş şəxslər öz ifadələrini tam təsdiq etmiş, təqsirləndirilən şəxslər isə onların dediklərini təkzib etməklə, yalan danışdıqlarını bildirmişlər (c-1, i.v. 97-120). İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq və Təhqiqat idarəsinin 17 iyun 2021-ci il tarixli protokoluna əsasən, Azərbaycan Respublikası dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Zərərçəkmiş şəxs2 06 fevral 2018-ci ildə saat 18:46-da C00062840 saylı sənəddən istifadə edib ölkəni tərk edərək, 25 fevral 2018-ci ildə saat 03:22-də ölkəyə daxil olması; 06 aprel 2018-ci ildə saat 17:34-də ölkəni tərk edib 29 aprel 2018-ci ildə saat 00:37-də ölkəyə daxil olması; 07 may 2018-ci ildə saat 19:28-də ölkəni tərk edib 05 iyün 2018-ci ildə saat 21:47-də ölkəyə daxil olması; 04 avqust 2018-ci ildə saat 21:25-də ölkəni tərk edib 05 sentyabr 2018-ci ildə saat 00:34-də ölkəyə daxil olması; 24 mart 2019-cu ildə saat 20:28-də ölkəni tərk edib 21 aprel 2019-cu ildə saat 01:46-da ölkəyə daxil olması; Zərərçəkmiş şəxs3 6 aprel 2018-ci ildə saat 17:35-də C01437109 nömrəli sənəddən istifadə etməklə ölkəni tərk edib 29 aprel 2018-ci ildə saat 00:28-də ölkəyə daxil olması; 07 may 2018-ci ildə saat 19:28-də ölkəni tərk edib 05 iyun 2018-ci ildə ölkəyə daxil olması; 24 mart 2019-cu ildə saat 20:08-də ölkəni tərk etməklə 21 aprel 2019-cu ildə saat 01:58-də ölkəyə daxil olması; Zərərçəkmiş şəxs4 06 fevral 2018-ci ildə saat 18:45-də «C01762298» saylı sənəddən istifadə edərək ölkəni tərk etməklə 25 fevral 2018-ci ildə saat 03:20-də ölkəyə daxil olması; Zərərçəkmiş şəxs1 06 fevral 2018-ci ildə saat 18:45-də «C01376428» nömrəli sənəddən istifadə edib ölkəni tərk edərək 25 fevral 2018-ci ildə saat 03:21-də ölkəyə daxil olması, 04 avqust 2018-ci ildə saat 21:28-də ölkəni tərk edərək 05 sentyabr 2018-ci ildə saat 00:35-də ölkəyə daxil olması; Təqsirləndirilən şəxs1 “Huseynova” soyadı ilə 18 dekabr 2017-ci ildə saat 21:32-də «C00723305» nömrəli sənəddən istifadə edib ölkəni tərk edib 07 sentyabr 2018-ci ildə saat 02:09-da ölkəyə daxil olması, 16 dekabr 2018-ci ildə saat 19:31-də «C01960068» nömrəli sənəddən istifadə etməklə ölkəni tərk edib 21 aprel 2019-cu ildə saat 01:57-də ölkəyə daxil olması; Təqsirləndirilən şəxs2 06 iyun 2017-ci ildə saat 18:27-də «C01467796» nömrəli sənəddən istifadə edərək ölkəni tərk etməklə 30 iyun 2019-cu ildə saat 19:09-da ölkəyə daxil olması müəyyən olunmuşdur (c-1, i.v. 121-123). İş materialında olan “sübutların qiymətləndirilməsi barədə” 24 iyun 2021-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq və Təhqiqat idarəsinin ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və sonuncunun barəsində Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (c-2, i.v. 39-70). Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə cinayətləri törətmələrini və əməllərində cinayət tərkibinin olduğundan, onların hər birinin təqsirliliyi tam sübuta yetirilmiş hesab edilmişdir. Bu səbəbdən, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslərin hər birinin əməli yuxarıda qeyd olunan həmin maddələrlə qanuni və əsalı olaraq tövsif olunmuşdur. Digər tərəfdən, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin əməlinin Cinayət Məcəlləsinin 144-1.2.1, 144- 1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələrinin dispozisiyalarında ehtiva olunmayan tamah niyyəti kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətindədir. Bununla yanaşı, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərində özlərini təqsirli bilməmələrinə dair öz ifadələrində irəli sürdükləri dəlillərə tənqidi yanaşaraq hesab etmişdir ki, hər birinin öz ifadələrində irəli sürdükləri dəlillər toplanmış sübutlarla təkzib edildiyindən və işin faktiki hallarına uyğun olmadığından əsassız hesab olunmalı və onların həmin ifadələri özünümüdafiə xarakteri daşımaqla yalnız cinayət məsuliyyətindən yayınmaq məqsədi kimi nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddələrinin tələblərinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxslər ifadələr (izahat) vermək, özünə və ya yaxın qohumlarına qarşı ifadələr (izahatlar) verməmək və ya ifadələr (izahat) verməkdən imtina etmək, onların barəsində irəli sürülən ittihamlara dair ifadələr (izahatlar) vermək və yaxud ifadələr (izahatlar) verməkdən imtina etmək hüququna malikdirlər. Göstərilən normaların tələbləri isə birbaşa ona dəlalət edir ki, şübhəli şəxs və təqsirləndirilən şəxs istədiyi kimi öz müdafiəsini mümkün və zəruri hesab etdiyi bütün vasitələrdən istifadə etməklə həyata keçirmək hüququna malikdir, yəni ifadə (izahat) vermək və yaxud ifadə (izahat) verməkdən imtina etmək və ya hər hansı bir məzmunda ifadə (izahat) vermək onun vəzifəsi deyil, hüququdur. Belə olan halda, ibtidai istintaq dövründə və ya məhkəmədə onların hər hansı bir məzmunda ifadə (izahat) verməsi yalnız onların müdafiə hüququ kimi qiymətləndirməklə nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ifadələrinin cinayət işi üzrə toplanmış və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, tədqiq edilmiş çoxsaylı digər mötəbər sübutlarla kifayət qədər təkzib edildiyini nəzərə alaraq hesab edir ki, onların hər birinin öz ifadələrində irəli sürdükləri dəlillər onlara elan olunmuş ittihamı təkzib edən sübutlar kimi qəbul edilə bilməz və heç bir sübuta əsaslanmadan irəli sürdükləri dəlillərə istinad etməklə müdafiələri törədilmiş cinayətləri istisna etmədiyindən, yalnız cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Göründüyü kimi, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə cinayət əməlləri törətmələri özlərinin ifadələrinin məzmunu ilə yanaşı; ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı dindirilmiş çoxsaylı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə; baxış, götürmə, müayinə, üzləşmə və digər istintaq hərəkətlərinin protokolları ilə; cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində elan olunaraq tədqiq edilmiş digər çoxsaylı mötəbər və təkzibedilməz sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılması barədə onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətində və onun tərəfindən verilmiş apellyasiya şikayətinə edilmiş əlavədə, eləcə də təqsirləndirilən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi öz çıxışlarında verilmiş apellyasiya şikayətləri və apellyasiya şikayətlərinə edilmiş əlavə cinayət işi üzrə toplanmış çoxsaylı mötəbər sübutlarla təkzib edildiyindən və cinayət işinin faktiki hallarına uyğun olmadığından verilmiş apellyasiya şikayətlərində, edilmiş əlavədə, habelə çıxışlarda irəli sürülən dəlillərlə razılaşmır və bu səbəbdən təmin olunması üçün əsas tapmır. İş materiallarında olan sənədlərə əsasən, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (c-1, i.v. 95-96). İş materiallarındakı sənədlərə əsasən, ünvan 5 ünvanında qeydiyyatda olan təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində yaşadığı həmin ünvan üzrə heç bir şikayət MKİS-yə daxil olmamışdır. Notariat qaydada təsdiq olunan 2019-cu il 07 fevral tarixli S01 seriyalı 266782 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, 07 fevral 2019-cu ildə Türkiyə vətəndaşı Levent Hıracı ilə nikaha daxil olmuşdur (c-2, i.v. 36-37). İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanda qeydiyyatda olub-olmaması barədə MKİS-də heç bir məlumat müəyyən edilməmişdir (c-2, i.v. 38). İş materiallarında olan notariat qaydasında təsdiq edilmiş 10 noyabr və 15 noyabr 2021-ci il tarixli ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər – X6, Zərərçəkmiş şəxs4, Seydəliyeva X2 Əminə Xanməd qızı təqsirləndirilən şəxslərlə barışmaqla, sonunculara qarşı heç bir şikayətləri, tələbləri və iddiaları yoxdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq cəza məsələsini müzakirə edərkən, hər birinin cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı; təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini, ilk məhkumluqlarını, qadın olmalarını, ailə vəziyyətlərini; Təqsirləndirilən şəxs1 barəsində qeydiyyatda olduğu yer üzrə heç bir şikayətin daxil olmamasını–onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə almış və hesab etmişdir ki, cəzalarını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirilməklə, hər birinin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək təqsirli bilindikləri Cinayət Məcəlləsinin 144-1.2.1,144-1.2.2,144-1.2.4-1 və 144-1.2.5-ci maddələrinin sanksiyasının aşağı həddindən də az cəzanın təyin edilməsi əsaslı, qanuni və ədalətli hesab olunmaqla cəzanın məqsədini təmin edir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, hər biri cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onların, yəni təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 21 iyun 2021-ci ildən, təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəzasının əvvəl isə 18 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza məsələsini müzakirə edərkən göstərmişdir ki, Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8 və 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulan bütün hallar olduqda və cəzanı ağırlaşdıran hallar yoxdursa, cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsi haqqında» 02 aprel 2012-ci il tarixli Qərarının 3-cü bəndi Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində» müddəası həmin maddələrdə nəzərdə tutulan halların məcmu, təqsirin formasından, cinayətin xarakterindən asılı müstəqil tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlı müstəsna hallar, cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, habelə iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Birinci instansiya məhkəməsi cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar hesab edərək təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərkən, təqsirləndirilən şəxslərin hər birinin barəsində həmin Məcəllənin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələrinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin olunmaqla, onların islah edilməsini və sosial ədalətin bərpasına nail olunmasını mümkün saymışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin hər birinin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən çoxsaylı epizodlardan ibarət iki və daha çox şəxs barəsində, təkrarən insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə, insan alveri məqsədi ilə zərərçəkmiş şəxslərin sənədləri ilə qanunsuz hərəkətlər etmə; zərərçəkmiş şəxslərin təqsirkar şəxslərdən asılı olmasından, aldatma yolu ilə hədə-qorxu ilə məcbur etmə vasitəsilə zəiflik zərərçəkmiş şəxslərin vəziyyətindən sui-istifadə edib cinsi istismar edilməsi məqsədilə Azərbaycan Respublikası dövlət sərhədindən keçirməklə cəlb etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında iki və daha artıq şəxsin barəsində təkrarən insan alveri cinayət əməllərini, yəni Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair Cinayət Məcəlləsinin 144-1.2.1,144-1.2.2,144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə törədilmiş cinayətlərin cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına aid olmaqla, həmin maddələrin sanksiyasında 08 ildən 12 ilədək müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasının mümkünlüyünü nəzərə alaraq, Dövlət ittihamçısının verdiyi apellyasiya protestinin dəlilləri ilə razılaşır və həmin dəlilləri əsaslı hesab edir. Belə ki,birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2,144- 1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təqsirli bilməsinə baxmayaraq, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini, ilk məhkumluqlarını, qadın olmalarını, ailə vəziyyətlərini cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alaraq, cinayətlərin törədilməsi zamanı və bundan sonra təqsirləndirilən şəxslərin hər birinin davranışını müstəsna hallar hesab etməklə, onların hər birinin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə, qeyd olunan həmin Məcəllənin 8.1, 41.2, 58 və digər maddələrinin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və sonra davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, iştirakçılıqla törədilmiş əməlin iştirakçısı cinayətin açılmasına fəal kömək etdikdə Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər və ya təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, törədilmiş cinayət əməllərinin xarakterinə və şəraitinə, təqsirkar şəxsin şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Cinayət əməlini törətmiş şəxsə məhkəmənin hökmü ilə təyin edilmiş cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, eyni zamanda həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin olunarkən, cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, təyin ediləcək cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslərin barəsində çoxsaylı epizodlardan ibarət cinayət işi üzrə Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə heç bir əsas olmadığı halda, birinci instansiya məhkəməsi tətbiq etmişdir. Lakin, Cinayət Məcəlləsinin 62.1 və 62.2-ci maddələrinin mənasına əsasən cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və ya onların məcmusu özü-özlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan əsas kimi çıxış etdikdə, şəxs barəsində bu Məcəllənin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi məsələsini həll edərkən, yüngülləşdirən hallara və ya bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinad etməklə kifayətlənməməli, həmin halların törədilmiş cinayətlə əlaqəsini, ictimai təhlükəliliyinə təsirini və təsirin kifayət etdiyini, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, cəzanı yüngülləşdirən halların törədilmiş əməlin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, əməlin törədilməsi vaxtı və sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olmasını əsaslandırmalı, yəni cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün, formal olaraq Cinayət Məcəlləsinin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların həmin Məcəllənin 8 və 58-ci maddələrində sadalanan hallarla birlikdə, eləcə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb edilir, o cümlədən təqsirkarların şəxsiyyətləri və cəzalarını yüngülləşdirən hallar elə nəzərə alınmalıdır ki, təyin olunacaq cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi və törədilmə halları arasında uyğunsuzluq yaranmamalı və cəzanın məqsədləri təmin edilmiş olmalı, habelə məhkəmə qərarlarında cəzanı yüngülləşdirən müstəsna hallar və ağırlaşdırıcı hallar barədə nəticələr sübutlar vasitəsi ilə əsaslandırılmalı və əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə qarşı ifadələr vermiş zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını onların cəzasını yüngülləşdirən və Cinayət Məcəlləsinin 62ci maddəsinin tətbiqinə əsas verən müstəsna hal kimi nəzərə almışdır. Lakin, məhkəmənin bu hökmündən və cinayət işinin materialından göründüyü kimi, ibtidai istintaq zamanı və məhkəmədə ifadə vermiş zərərçəkmiş şəxslərin hər biri ifadəsində təqsirləndirilən şəxslərin iş tapacağını vəd edib aldatma yolu ilə onları cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikası dövlət sərhədindən keçirilməsi üçün cəlb edib Türkiyənin Balıkəsir şəhərində kirayə yaşadıqları mənzildə yerləşdikdən sonra, həmin şəhərdə yerləşən və istintaqa məlum olmayan müxtəlif yerlərdə onları kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürməklə, cinsi əlaqədə olmalarını təşkil edərək, cinsi istismar etməklə insan alveri əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmişlər. Bundan əlavə, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları ibtidai istintaq dövründə və məhkəmədə tam sübuta yetirilməsinə baxmayaraq, hər biri törətdiyi əməlləri etiraf etməmiş və peşman olmasını bildirməmişlər. Eyni zamanda, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinin istinad olunduğu həmin Məcəllənin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə cinayətlərin, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, obyekti həm insanın şəxsi azadlığını və həm də həyatı və sağlamlığını, şərəf və ləyaqətini təmin edən ictimai münasibətlər olan ağır cinayətlər sırasına aiddir və birbaşa qəsdlə törədilmişdir. Cinayətin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş ictimai təhlükəli əməlin törədilməsi beynəlxalq-hüquqi aktlarla və Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan edilən qul əməyinin, qul ticarətin və insanın şəxsi azadlığına qəsd edən sair qanunsuz əməllərin yayılması, insanın alqı-satqı obyekti olmasını pisləyən ictimaimənəvi normaların pozulmasına səbəb olur. Onlar tərəfindən cinayətlərin törədilməsi nəticəsində 11 nəfər zərərçəkmiş şəxsləri kişi müştərilərlə pul ödənişləri müqabilində görüşdürməklə, cinsi əlaqədə olmalarını təşkil etməklə, cinsi istismara məruz qoymaqla, hər birinin barəsində insan alveri əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməklə, törətdikləri cinayətlərin ictimai təhlükəliliyini artıran hallar kimi nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 34.8-ci maddəsinə görə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və yaxud cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər həmin Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq, daha ciddi cəzaların təyin edilməsinə səbəb olmalıdır. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar aşağıdakıları göstərir: cinayətin məqsədi və motivi, təqsirkar şəxsin cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olaraq onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərləndirən cəhət isə odur ki, cinayətlərin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirərək onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-in 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Həmin normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-in 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-in 62.1-ci maddəsi isə əksinə hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini cızır. Lakin, 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və ya onların məcmusu özü-özlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə şəxsin barəsində 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən, cəzanı yüngülləşdirən hala və ya bu cür halların məcmusuna əsaslandıqda, istinadla kifayətlənməməli, bu halların törədilmiş cinayətlə əlaqəsini, ictimai təhlükəliliyinə təsirini və təsirinin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdığını, cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi vaxtı və bundan sonra davranışı ilə bağlıdırsa, onarın müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Bununla yanaşı qeyd edilməlidir ki, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halların üçü Cinayət Məcəlləsinin 59.1-ci maddəsində birbaşa nəzərdə tutulmuş və həmin yüngülləşdirən hallar təqsirləndirilən şəxslərin zərərçəkmişlərlə barışması və onlara qarşı şikayətin olmamasıdır. Bununla bağlı cinayət qanunun özündə artıq güzəştli cəza təyin edilməsinə dair müddəa nəzərdə tutulmuş, yəni Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan əlavə, məhkumların 04 nəfər zərərçəkmiş şəxsə qarşı 11 epizod üzrə qəsdən və təkrarən cinayət törətmələri cəza təyin edilərkən nəzərə alınmamışdır. Cinayət işi üzrə təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinin istinad edildiyi Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə cinayət əməli böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət deyil, həmin Məcəllənin 15.4-cü maddəsinə görə obyekti şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan ağır cinayətlər sırasına aiddir və birbaşa qəsdlə törədilmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət qanunun müddəalarını düzgün tətbiq etmədən və heç bir əsaslandırma aparmadan, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları müstəsna hallar kimi qiymətləndirməklə və onların barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə, hər birinə kifayət qədər aşağı həddə və ədalətsiz cəza təyin etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun qərarına əsasən, məhkəmələr tərəfindən təqsirləndirilən şəxslərə cəzalar təyin edərkən, həm yüngüllük və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqları və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı ittiham irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə, insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda, ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, əməli törətmiş şəxsə əsaslandırılmış, qanuni və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılmada vacib vasitə olaraq lazımi cəzalandırma tədbirini təmin edir, şəxsin islah və tərbiyə olunmasına köməklik göstərir, onun və başqa şəxslərin yeni cinayətin törədilməsinin qarşısını alır. Qanuni və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəza- nın məqsədinə, yəni ədalətin bərpasına və şəxsin islah olunmasına nail olmaqda mühüm vasitədir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilməli və hər birinə təqsirli bilindikləri həmin Məcəllənin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmaqla, məhkəmənin hökmü dəyişdirilməlidir. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qadın olmaları nəzərə alınmaqla, onların hər birinə həbslə əlaqədar olmayan cəzanın təyin olunmasını, yəni hər birinə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmasına dair qərar qəbul edilməsi barədə onlar tərəfindən verilmiş apellyasiya şikayətlərində irəli sürülən dəlillər cinayət işi üzrə toplanmış çoxsaylı mötəbər və təkzibedilməz sübutlarla təkzib edildiyindən və işin faktiki hallarına uyğun olmadığından, əsassız hesab olunmaqla, hər biri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-cu il tarixli hökmü təqsirləndirilən şəxslərin barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən, şəxsə təyin edilmiş cəza cinayətin ağırlığına və ya məhkum olunmuş şəxsin şəxsiyyətinə uyğun olmadıqda, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin hökmünün və ya digər qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunan Məcəllənin 405.1.4-cü maddəsinə əsasən, hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun cinayət əməlinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya digər yekun qərarını dəyişdirir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1; habelə təqsirləndirilən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri, həmçinin Təqsirləndirilən şəxs1 tərəfindən öz apellyasiya şikayətinə etdiyi əlavə əsassız olduğundan təmin olunmamalı, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti isə əsaslı olduğundan təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-cu il tarixli hökmü dəyişdirilməli, təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə hər birinin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilməli, həmin maddələrlə hər birinə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına artırılmalı; cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, Təqsirləndirilən şəxs2 cəzasının əvvəlinin 18 iyun 2021-ci ildən və Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 21 iyun 2021-ci il tarixdən hesablanmalı, qalan hissədə isə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-ci maddəsinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası qəraraalır: Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1; habelə Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri; həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs1 tərəfindən apellyasiya şikayətinə edilmiş əlavə təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində 10 iyun 2022-cu il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 təqsrli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilsin. Ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına artırılsın. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilsin. Ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına artırılsın. Məhkəmənin hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddət ərzində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər:

1. (sədrlik edən) İlqar Murquzov

2. Həsən Əhmədov

3. Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar