Məhkəmə qərarları › İş №1(103)-182/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-182/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-182/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.2, 178.2.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 1(101)-691/2022 saylı hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Rahib Salmanov, hakimlər- Siyavuş Hacıyev və Mahmud Ağalarov) 04 avqust 2022-ci il tarixli, 1(101)-691/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrum etmə, CM-nin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 26 avqust 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə xərcləri məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “beton zavod” ünvanından 2 (iki) sot torpağın alınması Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata salınması və Reyestrindən çıxarış alınması adı ilə xx.xx.2019-cu il tarixdə saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 6-cı dogə ünvanında olan ev-alqı satqı ofisində yalan vəd verib aldatmaqla 1800 manat pulunu, xx.xx.2019-cu il tarixdə saat 13 radələrində həmin ünvanda 1800 manat pulunu, xx.xx.2019-cu il tarixdə saat 22 radələrində Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 364 saylı evin qarşısında 300 manat pulunu, xx.xx.2020-ci il tarixdə saat 15 radələrində həmin ünvanda 2400 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək vermiş olduğu vədə əməl etməyib vəd etdiyi işin müqabilində heç bir iş görməyib Zərərçəkmiş şəxs1 qızma ümumilikdə 6.300 manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “beton zavod” ünvanından 4 (dörd) sot torpağın alınması Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata salınması və Reyestrindən çıxarış alınması adı ilə xx.xx.2019-cu il tarixdə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 6-cı dögə ünvanında olan ev-alqı satqı ofisində yalan vəd verib aldatmaqla 1500 manat pulunu, xx.xx.2019-cu il tarixdə saat 16 radələrində həmin ünvanda 4000 manat pulunu, xx.xx.2019-cu il tarixdə saat 16:30- də həmin ünvanda 2500 manat pulunu, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində həmin ünvanda 500 manat pulunu, xx.xx.2019-cu il tarixdə saat 18:30-də həmin ünvanda 1000 manat pulunu, xx.xx.2019-cu il tarixdə saat 17 radələrində həmin ünvanda 2500 manat pulunu, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində həmin ünvanda 780 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək vermiş olduğu vədə əməl etməyib vəd etdiyi işin müqabilində heç bir iş görməyib Zərərçəkmiş şəxs2 ümumilikdə 12.780 manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan, naməlum mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 6,108 qram çəkidə narkotik vasitə heroini əldə edərək həmin heroini 13 ədəd bükümlərə bölüb üzərində saxlamaqla qanunsuz olaraq ünvan 6 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 26 avqust 2021-ci il tarixdə saat 20:40-da həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada həmin tarixdə saat 22:32-dən keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd plastiq qutunun içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 13 ədəd bükümdə ayrılıqda çəkiləri 0,698 qram, 0,331 qram, 0,370 qram, 0,265 qram, 0,750 qram, 0,317 qram, 0,368 qram, 0,352 qram, 0,450 qram, 0,511 qram, 0,403 qram, 0,382 qram və 0,911 qram olmaqla ümumilikdə külli miqdarda - 6,108 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib məhkəmənin hökmü ilə təyin edilmiş cəzadan narazı olduğunu bildirməklə himayəsində iki azyaşlı övladı və 70 yaşlı xəstə anasının olduğunu, anasının iki dəfə əməliyyat olunduğunu, məhkəmənin bu xüsusatları nəzər almadığını qeyd edib ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı təqsirləndirilən edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya şikayətini müdafiə edərək hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs daha az müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X4 məhkəmə kollegiyasından təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması və Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2022-ci il tarixli hökmünü dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəza hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi, təqsirləndirilən edilmiş şəxs tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifi mübahisələndirilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilib, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, dələduzluq etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini CM-nin 178.2.2, 178.2.4 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ona cəza təyin edərkən cəzanı yüngülləşdirən hal kimi CM-nin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını və cəzasını ağırlaşdıran halın olmamasını əsas göstərərək CM-nin 66.3-cü maddəsinin tələblərini nəzərə almaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Lakin birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində olan digər yüngülləşdirici halları nəzərə almamış və nəticədə ona təyin edilmiş cəzanın həddini ədalətli müəyyən etməmişdir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Təqsirləndirilən şəxs barəsində “qohumluq məlumatları” bölməsinə sorğu verilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladları vardır - xx.xx.2007ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6. CM-nin 178.2.2 və 178.2.4 maddəsinin sanksiyasında azadlıqda məhrum etmə cəzasının müddəti 02 ildən 05 ilədək, həmin Məcəllənin 234.4.3-cü maddəsinin sanksiyasında isə azadlıqda məhrum etmə cəzasının müddəti 05 ildən 12 ilədək müəyyən olunmuşdur. Qanunverici tərəfindən maddənin sanksiyasında cəzanın yuxarı və aşağı həddinin müəyyən edilməsində məqsəd törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti və işin digər hallarının bütöv şəkildə nəzərə alınmaqla ədalətli cəza təyin edilməsinin təmin edilməsidir. Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək zərər çəkmiş şəxslərə maddi ziyan vurması və satış məqsədi ilə qanunsuz olaraq əldə edilmiş narkotik vasitənin külli miqdarda olması nəzərə alındıqda belə, yuxarıda sadalanan yüngülləşdirici halların fonunda təqsirləndirilən şəxsə CM-in 66.3-cü maddəsi nəzərə alınmaqla yekun olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərinə zidd kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli, 04 nömrəli qərarında da qeyd edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Odur ki, məhkəmə kollegiyası yuxarıda sadalananları hazırki iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirici hallar kimi ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində yetkinlik yaşına çatmayan iki övladının olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.4 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə düzgün olsa da, sonuncunun hökmlə müəyyən edilmiş həddən daha az müddətə azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah olunması mümkündür. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə CM-nin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini yekun olaraq 07 il 06 ay müəyyən etməklə də həmin cəzanı cəzanın məqsədlərini təmin etmək baxımından yetərli hesab edir. CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair 04 avqust 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməli, həmin hökmlə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 178.2.2 və 178.2.4-ci maddələri ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrum etmə, həmçinin CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 07 (yeddi) il azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməklə CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və CPM-nin 193, 397.1, 397.2, 398.1.4, 399.1.5 və 405.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 1(101)- 691/2022 saylı hökmü dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 178.2.2 və 178.2.4-ci maddələri ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasının müddəti 03 (üç) il 03 (üç) aya, CM-nin 234.4.3-cü maddəsi ilə təyin 07 (yeddi) il azadlıqdan məhrum etmə cəzasının müddəti 06 il (altı) il 09 (doqquz) aya endirilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X3 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar