Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-183/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, Babayev Qədim Xalid oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi–X1, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apell- yasiya instansiya məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: Əli Məmmədov) xx xxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, Füzuli rayonu Məmmədxanov küçəsi 8-də qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi H.Aslanov küçəsi ev 16-da yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində olan 10 oktyabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 05 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Bakı Apelyasiya Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın çəkilməmiş 5 (beş) ay 17 (on yeddi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 02 (iki) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırki hökmlə ona təyin edilmiş 05 (beş) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hökmlərin məcmusu ilə birləşdirilməklə, cəzanın əvvəlinin 14 fevral 2022-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Ona narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə etməklə daşımış, üzərində saxlamış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdə saat 21:20 radələrində şəxsiyyəti istintaqa məlum olmayan, İran vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına pul köçürməklə satış məqsədi ilə külli miqdarda, ümumi çəkisi 29,710 qram narkotik vasitə heroin və külli miqdarda olan ümumi çəkisi 5,742 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qabaqcadan qoyulması təşkil edilmiş, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 66 ünvanında olan “İrşad Telekom” mağazasının yaxınlığından götürüb əldə etməklə daşıyaraq üzərində saxlamış, onun narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat 21:50 radələrində, Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 05 ünvanında şübhəli şəxs qismində saxlanılaraq 25-ci polis şöbəsinə aparılmış, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd “West silver” markalı siqaret qutusunun içindən bir ədəd şəffaf sellofanda təmiz çəkisi 29,710 qram təşkil edən külli miqdarda qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf sellofanda xalis çəkisi 5,742 qram təşkil edən külli miqdarda ağ rəngli kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmənin hökmündən narazı qalan təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, hökmün ləğv olunması, onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsüf olunmasını və maddənin sanksiyası həddində ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hökmü qanunsuz və əsassız olmaqla, məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallarının araşdırılmaması, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə, məhkəmə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış və məhkəmənin gəldiyi nəticələr tədqiq olunmuş sübutlarla əsaslandırılmamış, şübhələr təqsiıiənldirilən şəxsin əleyhinə qiymətləndirilmiş, məhkəmə yalnız və yalnız ittihamı, öz hökmündə göstərdiyi kimi, mötəbər, bir-birini tamamlayıçı, biri o birinə zidd olmayan heç bir sübut növü ilə yox, Məhkəmə və hakimlər haqqında qanunun müddəalarını rəhbər tutaraq, daxili inamı əsasında təsdiq edərək, şəxsi həmin norma ilə təqsirli hesab etmişdir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanası, istehlakçı ilə əvvəldən razılıq əldə etməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, hazırlanması üçün avadanlıq olması, işin digər halları nəzərə alınmalıdır. Cinayət Məcəlləsində narkotik vasitə və psixotrop maddələri satış məqsədi olmadan qanunsuz təkrar əldə etmə və ya saxlama tövsiledici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə satış məqsədi olmadan qanunsuz narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-in 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tovsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmək CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmır. Qanunun tələblərindən göründüyü kimi, ilk dəfə satış məqsədi olmadan narkotik vasitə əldə etmiş, saxlamış, yenidən satış məqsədi olmadan təkrar əldə etmə, təkrar əldə etdiyindən satış məqsədi daşımağı təsdi qetmir. Məhkəmə hökmdə qeyd edir ki, şəxs ilk dəfə 234.1-ci maddəsi ilə təqsirləndirilib məhkum edildikdən sonra, bundan nəticə çıxarmayaraq, yenə ondan narkotik vasitə aşkar edilmişdir.Onun təkrarən narkotik vasitə əldə etməsi, sübut olunmadığı halda belə, satış məqsədi daşıdığı kimi düşündürür. Halbuki ki, iş materialına sasən məhkəmədə tədqiq olunmuş sübutlarla, şəxsin narkotik vasitəni satış üçün daşımağı barədə sübutların əməliyyat axtarış fəaliyyətini həyata keçirən şəxslərdən tələb edildiyi və bu barədə məlumatın yoxlanıldığı barədə araşdırma aparılsada, hər hansı şəxsə satılaçağı və ya şəxslərə veriləcəyi barədə hər hansı sübut aşkara çıxarılmamışdır. Şəxsin özünün ilk təhqiqat, ibtidai istintaq və məhkəmə istintaqda verdiyi izahat və ifadələri, şahidlərin ifadələri ancaq narkotik vasitənin istehlak məqsədi ilə əldə olunmasını təsbit etmiş, yalnız narkotik vasitənin miqdarı, satış olmasına dəlalət edə bilməz, məhkəmənin qeyd etdiyi iki büküm narkotik vasitə olması, bunun da satış olması fikri qətiyyən əsaslı ola bilməz. Göründüyü kimi, məhkəmənin hökmü məhkəmədə müəyyən hallara deyil, istintaqda verilmiş ittihama əsaslanmışdır. Bu səbəbdən, Təqsirləndirilən şəxs barəsində hökm ləğv edilməli və onun əməli CMnin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397-ci maddəsinin tələblərinə əsasən, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi, cinayət qanunu və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallar apellyasiya məhkəməsi tərəfindən yalnız apellyasiya şikayəti və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsinin cinayət qanunu və bu Məcəllənin normalarına əməl etməsi apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayəti və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası iş materiallarını verilmiş apellyasiya şikayətinin dəlilləri ilə birlikdə əlaqəli şəkildə araşdıraraq, cinayət prosesi iştirakçılarının fikirlərini dinləməklə hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarından və məhkəmə iclaslarının protokollarından göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə özünün qismən etirafedici ifadələri ilə yanaşı; onun tərəfindən cinayəti törədilməsi ibtidai istintaqda verdiyi etirafedici ifadələri və eyni zamanda məhkəmədə verdiyi qismən etirafedici ifadəsi ilə, istintaqda və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə; təqsirləndirilən şəxsin üzərində videogörüntü ilə keçirilmiş şəxsi axtarış və götürmə aparılması barədə protokolla və bir ədəd diskdə videoçəkilişlə; baxış, müayinə, götürmə, digər istintaq hərəkətlərinin protokolları ilə; keçirilmiş məhkəmə-kimyəvi və ambulator məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş çoxsaylı digər mötəbər və təkzibedilməz sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilib ifadəsində bildirmişdir ki, 14 fevral 2022-ci ildə narkotik vasitədən istifadə etdiyindən polis işçiləri tərəfindən saxlanılmış, uzun müddət narkomandır. əsasən qurudulmuş marixuanadan istifadə etmişdir. İttiham aktında göstərilən narkotik vasitələri əldə edərkən onların qurudulmuş marixuana olduğunu zənn edib əldə etmiş, yəni tutulduğu gün 14 fevral 2022-ci ildə axşam vaxtı 50 manata marixuana əldə etmək üçün onlayn qaydada iranlı şəxs kimi sosial şəbəkədən tanıdığı şəxsin bank kartına pul ödəmişdir. İranlı şəxs 50 manatlıq marixuananın yerləşdirildiyi yerin şəklini çəkib ona Vatsap vasitəsilə atmış, həmin gün qızla görüşüb istirahət etmək istəmiş, bu məqsədlə də marixuana alıb qızla istirahətinin daha da yaxşı olmasını istəmişdir. Sonra “Neftçilər” metrosu yaxınlığındakı keçmiş “Çudo Peçkanın” arxasından iranlının göndərdiyi marixuananı götürməyə getmiş, həmin gün narkotik vasitənin yerləşdirildiyi yerə Nilgün adlı qızla birlikdə getmişdir. Onlar taksi ilə getmişlər. Onlar narkotik vasitənin yerləşdirildiyi əraziyə çatdıqda Nilgünə ərazidən bir az aralıda dayanmasını demiş, özü marixuananın yerləşdirildiyi yerə gedib narkotik vasitənin olduğu qutunu götürdükdən sonra qutunun içinə baxmamış, Nilgünün yanına gedib sonuncunu götürərək taksilərin olduğu tərəfə getmiş və taksiyə minib arxada oturmuşlar. taksidə qutunun içinə baxmış, görmüşdür ki, qutunun içində sifariş verdiyi narkotik vasitə marixuana deyil, əksinə böyük çəkidə başqa narkotik vasitə olmuş, bunu gördükdə şok olmuş və ona görə həmin qutunu cibinə qoymuş, iranlıdan marixuana aldığı halda, iranlının başqa narkotik vasitə göndərməsini başa düşməmişdir. Bu vaxt birdən polis əməkdaşları taksini saxladıb onları tutmuşlar. Polislər ondan narkotik vasitəni harada saxladığını soruşduqda, narkotik vasitənin özündə olduğunu demişdir. polislər Nilgünü və onu tutmuşlar. Polislər tərəfindən təziqə məruz qalmamaq, eləcə də Nilgünü polislərin təziqindən qorumaq üçün qutunun içindəki narkotik vasitəni polislərə təqdim etmişdir. Onları Polis şöbəsinə aparmışlar. Polis şöbəsində onların üzərlərinə baxış keçirilmiş, Nilgünün üzərində heç bir narkotik vasitə aşkar edilməmişdir. Onun üzərində videoçəkiliş zamanı narkotik vasitəni cibindən çıxararaq təqdim etmiş və həmin narkotik vasitələrin özünə məxsus olmasını bildirmiş, protokol tərtib edilmiş və həmin protokolu imzalamışdır. Əslində üzərindən aşkar edilmiş narkotik vasitə onun olmamış, İranlı şəxs onu aldatmış, iranlı şəxsdən marixuana almaq istədiyi halda, bilmədiyi səbəbə görə iranlı şəxs ona başqa narkotik vasitə, yəni heroin satmış, özü narkoman olsa da, heç kəsə heç vaxt narkotik vasitə satmamış, marixuana almaq üçün 50 manat ödəmiş, polislər tərəfindən ona qarşı əməliyyat tədbiri qurulduğunu və marixuananın polislər tərəfindən bilərəkdən heroinlə əvəz edildiyini düşünür, yəni həmin heroini yerləşdirildiyi yerdən götürdükdən dərhal sonra saxlanılmış, bunu ibtidai istintaqda təhqiqatçıya da bildirmişdir. Lakin polis əməkdaşları və rəisləri ona demişdir ki, “əgər heroinin sənə məxsus olduğunu qəbul etməsən, onda yanındakı qızı narkotik vasitələrin satışı ilə bağlı həbs edəcəyik”, kişi olduğuna görə bir qızın həyatı ilə oynaya bilməzdir. Ona görə polis şöbəsində bütün məsuliyyəti üzərinə götürüb bütün sənədləri imzalamışdır. İfadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin CCM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, işlədiyi əməliyyat müvəkkili Nizami RPİ-in 25-ci polis şöbəsində 14 fevral 2022-ci ildə saat 18 radələrində xidmətdə olarkən “Sərdar” adlı şəxsin Nizami rayonu Q.Qarayev prospektində üzərində narkotik vasitələr saxlaması, daşıması və başqa şəxslərə yayması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa onunla yanaşı, digər əməliyyat müvəkkili Şahid3 da daxil olmuş, qrupa rəhbərlik Şahid3 həvalə olunmuşdur. Bundan sonra onlar “Sərdar” adlı şəxsin axtarışına başlamışlar. Həmin gün saat 21:50 radələrində onlar Q.Qarayev prospekti 5 ünvanında olduqları vaxt “Sərdar” adlı şəxsin əlamətlərinə oxşar bir nəfərin bir qadınla taksidən düşüb getməsini görmüşlər, dərhal həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxslərə polis əməkdaşları olduqlarını bildirmişlər. Onlardan özlərini təqdim etməsini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs, digəri Şahid1 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadədə şübhəli olduğunu demiş və buna görə də onları 25-ci polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslər razılaşıb polis şöbəsinə getmişlər. Polis şöbəsində Şahid3 raportla rəhbərliyə məruzə etmişdir. Məruzə edildikdən sonra onların və müdafiəçinin iştirakı ilə xidməti otaqların birində videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş maddə və ya əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin cibindən bir ədəd üzərində “West silver” yazılmış siqaret qutusu çıxarıb təqdim edib həmin qutunun içində iki ədəd bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroin və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetaminin olduğunu bildirmiş, sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın yan cibindən bir ədəd “Samsung” markalı telefonu və “İdrak” aparatını çıxarıb masanın üstünə qoymuş, təqdim etdiyi “kakosu” və “şüşəni” öz istifadəsi üçün tanımadığı iranlı şəxsdən onlayn qaydada aldığını və biraz əvvəl “Neftçilər” metrosuna yaxın yerdən gedib götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etsə də, üzərində qanunla qadağan olunmuş başqa maddə və ya predmet aşkar olunmamışdır. Bundan sonra həmin kütlələr zərfə qoyulub möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, digər otaqda Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin Nilgünün üzərindən qadağan olunan maddə və ya əşya aşkar edilməmişdir. Şahid1 üzərinə şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Şahid1 azad olunmuş, lakin Təqsirləndirilən şəxs barəsində isə istintaqa verilərək cinayət işi başlanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək, ifadəsində məhkəmədə dindirilmiş Şahid2 ifadəsində qeyd etdikləri xüsusatları bir daha olduğu kimi öz ifadəsində təsdiq etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, keçirilmiş ekspertizalarının rəylərini; maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul etmişdir. İş materiallarında olan sənədlərə əsasən, cinayət işində olan məhkəmədə tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 14 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və həmin t14 fevral 2022-ci il tarixli 14 fevral 2022-ci il tarixli 14 fevral 2022-ci il tarixli tarixdə şübhəli şəxs qismində tutulmuş və onun barəsində müvafiq olaraq şəxs axtarış və götürmə aparılması barədə qərar qəbul edilmişdir (c-1, i.v. 6-7, 13, 24-25, 30). Məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında 14 fevral 2022-ci il tarixli protokola əsasən, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd üzərində “West silver” yazılmış siqaret qutusunu açıb içindən iki ədəd şəffaf sellofana bükülmüş bükümləri, əynindəki tünd göy rəngli idman şalvarın sol yan cibindən bir ədəd ağ rəngli “Samsung Duos” markalı mobil telefonu və bir ədəd qara rəngli, arxasında “İdrak” yazılmış elektron nəzarət vasitəsinə aid cihazı çıxarıb masa üzərinə qoyaraq qablaşdırılmaqla götürülmüşdür(c-1,i.v.33). Məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında 12 fevral 2022-ci il tarixli protokola əsasən, həmin gün Şahid1 üzərinə şəxsi axtarış aparılarkən, üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir(c-1, i.v.34). Məhkəmədə tədqiq edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 6\928 saylı 15 fevral 2022-ci il tarixli rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçü №165” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən” və s. yazı, imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 5,742 qram təşkil edən ağ rəngli kristallşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 01 ədəd bükümdə təmiz çəkisi 29,710 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (c-1, i.v. 67-70). Məhkəmədə tədqiq edilmiş Ambulator məhkəmə-psixiatrik ekspertizasının 871 nömrəli 09 aprel 2022-ci il tarixli rəyinə əsasən, müayinə zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir və ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilmədiyindən, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacı yoxdur (c-1, i.v. 67-70). Keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının rəyi ilə X3 narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə təyin edilməlidir. İş materiallarında olan sənədlərə əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus “Samsung Duos” markalı mobil telefona və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 01 ədəd diskə baxış keçirilmiş, lakin keçirilmiş baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı yazışma və ya sair telefon danışıqları müəyyən edilməmişdir (c-1, i.v.141-142). Məhkəmədə tədqiq edilmiş “sübutların qiymətləndirilməsi barədə” 28 may 2022-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş itihamın dəyişdirilmədən saxlanılmiş, onun üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,692 qram təşkil edən psixotrop maddə metamfetamin və qalıq çəkisi 29,610 qram təşkil edən narkotik vasitə heroin Bakı şəhəri Nizami rayon polis idarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş; onun üzərində şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materialına əlavə edilmiş; onun barəsində Cinayət Məcəlləsinin 234.4.1 və 206-cı maddələri ilə və Şahid1 barəsində cinayət işlərinin başlanılması rədd edilmişdir (c-1, i.v. 151-155). Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nizami rayon Məhkəməsinin 5(007)-262/2022 saylı 31 may 2022-ci il tarixli qərarına əsasən, Bakı şəhəri Nizami rayon polis ibarəsinin 25-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş 14 fevral 2022-ci il tarixli qərar məhkəmə tərəfindən qanuni və əsaslı hesab edilmişdir (c-1, i.v. 162). Göstərilənlərdən əlavə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş digər çoxsaylı mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs və dindirilmiş şahidlərin ifadələrinə, keçirilmiş məhkəmə ekspertizalarının rəylərinə, cinayət işi üzrə toplanmış digər sübutların məcmusuna əsasən onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə heroini əldə etməsi, saxlaması, daşıması və satması toplanmış mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetaminin və külli miqdarda narkotik vasitə heroinin ayrı-ayrı bükümlərdə və külli miqdarda olması bu maddələrin satış məqsədi ilə əldə edib saxlaması, daşıması və satması qənaətinə gəlməyə əsas verir. Beləliklə də, birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusuna qiymət verməklə hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin cinayət əməlini törətməkdə təqsirli olması tamamilə sübuta yetirilməklə yanaşı, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli olaraq cəzalandırılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr «Narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası 25 iyun 2005-ci il tarixli Qanununun izah və tələbləri baxımından əsaslıdır. Belə ki, həmin Qanunun tələbinə görə, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozub narkotİk vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı bir digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla şəxsin tabeçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitə və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər - narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrinin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlak və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi və tapılmış narkotik vasitənin mənimsənilməsi də başa düşülməlidir. Qeyd olunan Ali Məhkəməsinin Plenumunun qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələrinin və psixotrop maddələrinin saxlanılması, həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olmaq deməkdir. Həmin qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlar və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəldən razılıq əldə edilməsi, çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Qanunu ilə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və 2-ci Siyahısının 67-ci bəndinə əsasən – təmiz halda 02 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 02 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin - külli miqdar təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı toplanmış sübutlar qarşılıqlı şəkildə təhlil edilir və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsi və şahidləri dinləyib iş materialını nəzərdən keçirməklə, əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli törətməkdə təqsirli olması özünün ibtidai istintaqda verdiyi etirafedici ifadələri ilə yanaşı, məhkəmədə verdiyi qismən etirafedici ifadələri ilə; öz ifadələrində hadisənin baş vermə yeri, mexanizmi və vaxtı barədə iş materiaları ilə uzlaşan ifadələri ilə yanaşı; tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ibtidai istintaq dövründə və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə ekspertizalarının rəyləri, üzərində şəxsi axtarış və götürmənin videoçəkilişlə aparılması barədə istintaq hərəkətlərinin protokolları və həmin protokollara əlavə edilmiş bir ədəd videodiskdə olan videogörüntülərlə; məhkəmədə tədqiq edilmiş digər çoxsaylı mötəbər sübutlarla onun təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs özünün yalnız narkotik vasitə qurudulmuş marixuana istifadəçisi olması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması, iran vətəndaşına narkotik vasitə qurudulmuş marixuana sifariş verməklə kartla pul göndərdiyi halda, sonuncunun narkotik vasitə və psixotrop maddə göndərdiyini anlamaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab etmişdir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və öz ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq edilmədiyindən inandırıcı hesab edilmir. Əksinə ondan aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin külli miqdarda olmaqla qat-qat şəxsi istehlak miqdarından artıq olması, onların müxtəlifliyi, narkotik vasitələri və psixotrop maddələri birbaşa dəfələrlə İran vətəndaşından alması barədə özünün ibtidai istintaq zamanı şəxsi axtarış və götürmə aparılması zamanı verdiyi tam etirafedici izahatı və sonradan ilk olaraq şübşəli şəxs qismində və daha sonra təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri ilə; həmçinin yuxarıda şərh edilən digər çoxsaylı sübutları müqayisəli şəkildə təhlil edərək onları məcmu halda qiymətləndirib hesab edir ki, təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməklə daşıyaraq saxlamış və satmışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası Ali Məhkəməsinin Plenumunun qeyd edilən tövsiyyələrini, Narkotik vasitələr, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi barədə» Azərbaycan Respublikası 28 iyun 2005-ci il tarixli Qanunun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu ilə, təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq zamanı və məhkəmədə müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində hadisənin baş vermə yeri və vaxtı barədə cinayət işinin materialı ilə uzlaşan və ondan aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin ondan aşkar olunması; məhkəmədə tədqiq edilmiş CD diskə köçürülən videgörüntülərlə; şəxsi axtarış və götürmə aparılması zamanı tərtib edilmiş protokolun məzmununda həmin halların tam öz əksini tapması kimi obyektiv təsdiq edilən halları və digər sübutları əlaqəli şəkildə tədqiq və təhlil etməklə hesab edir ki, onun cinayəti törətməsinə və polis əməkdaşlarının qanunsuz hərəkətlər etməsinə şübhə yarada biləcək hər hansı əsaslı dəlillər müəyyən edilmədiyindən, onun məhkəmədə verdiyi ifadəsində və bundan sonra müdafiəçisinin verilmiş apellyasiya şikayətində mötəbər sübutlara əsaslanmayan cinayət əməlinin tövsifinə dair irəli sürülmüş dəlillər verilmiş ittihamı təkzib edən sübutlar kimi nəzərə alına və cinayət əməlinin tövsif edilməsi üçün sübut kimi qəbul edilə bilməz. Qeyd edilən sübutlara əsaslanmaqla, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə və istintaq zamanı öz ifadələrinin onun üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etməsi barədə irəli sürdüyü dəlillər özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun olmadığını, əvvəllər cinayət törətdiyinə görə məhkum edildiyini, buna baxmayaraq özü üçün nəticə çıxarmadığını və cinayətə meyilli şəxs olduğunu nəzərə alaraq onun məhkəmədə verdiyi ifadəsində və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürdüyü dəlillər yalnız cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi daşımış və iş üzrə toplanmış çoxsaylı mötəbər sübutlarla tam təkzib edildiyindən, onun əməlinin tövsif edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddələrinin tələblərinə əsasən şübhəli və ya təqsirləndirilən şəxslər ifadə (izahat) vermək, özünə və ya yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ifadə (izahat) verməkdən imtina etmək, təqsirləndirilən şəxs onun haqqında irəli sürülən ittihamla əlaqədar ifadə (izahat) vermək və yaxud ifadə (izahat) verməkdən və sənədləri imzalamaqdan imtina etmək hüququna malikdir. Göstərilən normaların tələbləri isə birbaşa ona dəlalət edir ki, təqsirləndirilən və ya şübhəli şəxs istədiyi kimi özünün müdafiəsini mümkün və zəruri hesab etdiyi bütün vasitələrdən istifadə edərək qurmaqla həyata keçirmək hüququna malikdir. Yəni ifadə vermək və ya ifadə verməkdən imtina etmək, hər hansı bir sənədə imza etmək və ya imza etməkdən imtina etmək onun vəzifəsi deyil, hüququdur və buna görə də məsuliyyət nəzərdə tutulmamışdır. Belə olan halda məhkumun ibtidai istintaq dövründə və məhkəmə baxışında hər hansı sənədi imzalamaqdan imtina etməsinə yalnız onun müdafiə hüququ kimi qəbul olunaraq qiymətləndirməklə nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı irəli sürülən dəlillərə istinad olunmaqla, təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsi üçün əsas kimi qəbul oluna bilməz və bu səbəbdən həmin dəlillər yalnız cinayət məsuliyyətindən yayınma kimi qiymətləndirilib nəzərə alınmalıdır. Beləliklə də, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış mötəbər sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli olması ibtidai istintaq dövründə və məhkəmə baxışında tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə yanaşı, toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin, narkotik vasitə heroin və bununla əlaqədar onun yaşadığı ünvandan aşkar olunaraq digər predmetlərin aşkar olunması məhkəmədə verdiyi ifadəsində onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən bu Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər toplanmış çoxsaylı mötəbər sübutlarla təkzib edildiyi və işin faktiki hallarına uyğun olmadığı nəzərə alınaraq, apellyasiya şikayətində irəli sürülən dəlillərin əməlinin tövsif edilməsinə, hökmün ləğv və yaxud dəyişdirilməsinə əsas hesab edilə bilməz və məsuliyyəti yüngülləşdirmək kimi nəzərə alınmalıdır. Beləliklə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsaslanmış, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, məhkəmənin gəldiyi nəticələr isə işin faktiki hallarına uyğun olmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsi toplanmış və tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla kifayət qədər öz təsdiqini tapdığından, müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda, məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs əməlin Cinaaət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəlləsinin 234.1-ci maddəsinə tövsifinin qeyrimümkün hesab edilməsi barədə xüsusilə birinci instansiya məhkəməsinin gəldiyi və qiymətləndirilməsinə dair xüsusilə aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlamaqla təhlil etmiş və bir-biri ilə müqayisə eiməklə, hər bir sübutu mənsubiyyəti və mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə, bütün sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs kimdən, hansı qiymət, əvəzli və yaxud əvəzsiz, hansı şəraitdə, nə vaxt külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini müəyyən etmək mümkün olmamış, istintaq orqanı qeyd edilən xüsusatlarla bağlı fakti heç bir araşdırma aparmamış, yəni Təqsirləndirilən şəxs kimdən, hansı tarixdə, hansı mənbədən və hansı şəraitdə külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz əldə etməsi müəyyən edilməmişdir. Qeyd edilən məsələlərin ətraflı şəkildə araşdırılması qanunla müəyyən edilmiş qaydada ibtidai istintaqı həyata keçirən səlahiyyətli şəxsin üzərinə qoyulmuş əsas vəzifələrindən birini təşkil edir və ibtidai istintaq orqanı tərəfindən göstərilən halların ətraflı şəkildə araşdırılması ölkədə real narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsində müstəsna rol oynayır. Ən vacib məsələ ondan ibarətdir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham, onun satış məqsədi ilə qanunsuz külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etməsini də ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat vaxtı digər məsələlərlə yanaşı, habelə hadisənin baş vermə vaxtının müəyyən edilməsi ən vacib vəzifələrdən biri kimi təsbit edilmişdir. Bu isə o deməkdir ki, ibtidai istintaq orqanı ona satış məqsədilə qanunsuz külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi ilə bağlı ittiham irəli sürdüyü halda, mütləq satış məqsədi ilə qanunsuz külli narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etməsi vaxtını mötəbər sübutlarla müəyyən etməli olduğu halda, həmin hissədə üzərinə düşən vəzifəsini icra etməyə belə cəhd göstərməmişdir. Bu hissədə, birinci instansiya məhkəməsi ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və bu səbəbdən də aparılmış ibtidai istintaqı natamam və qüsurlu ilkin araşdırma kimi qəbul etmişdir. Buna baxmayaraq, məhkəmə istintaqında Təqsirləndirilən şəxs 14 fevral 2022-ci ildə saat 21:50 radələrində, Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanda şübhəli şəxs qismində saxlanılaraq 25-ci polis şöbəsinə aparılması və orada onun üzərinə şəxsi axtarış keçirilməsi, onun əynində olmuş gödəkçənin cibindən bir ədəd «West silver» markalı siqaret qutusunun aşkarlanması, siqaret qutusunun içərisinə baxış keçirilərkən, qutunun içərisindən bir ədəd bükümdə küllli miqdarda, yəni təmiz çəkisi 29,710 qram narkotik vasitə heroinin və bir ədəd bükümdə külli miqdarda, yəni 5,742 qram psixotrop maddə metamfetaminin götürülməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz əldə edərkən, həmin vasitə və maddələri üzərində saxlayaraq daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, barəsində polis əməkdaşlarına daxil olmuş əməliyyat məlumatının mahiyyətini, onun tutulma şəraitini və tutulmasının səbəbləri, cinayət işinin materiallarında olan sənədlərin ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini və qiymətləndirilməsini vacib hesab etmiş, yəni onun ətrafında keçirilmiş əməliyyat-axtarış tədbiri ilə bağlı barəsində əməliyyat orqanına daxil olmuş əməliyyat məlumatı kifayət qədər ciddi əhəmiyyətə malik olan sübutdur. Məhkəmə istintaqında dindirilmiş və Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyataxtarış tədbirində bilavasitə iştirak etmiş polis əməkdaşları ifadələrində bildirmişlər ki, onlara daxil olmuş əməliyyat məlumatı onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, saxlaması, daşıması və istifadə etməsi ilə bağlı olmuşdur. Onun isə məhkəmədə üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ona məxsus və satışı ilə məşğul olmamasını bildirmişdir. Bundan əlavə məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən tam fərqli məzmunda ifadə verərək bildirmişdir ki, 14 fevral 2022-ci ildə Nilgün adlı qızla görüşüb istirahət etmək istəmiş, istirahətin daha maraqlı və şən olmasına narkotik vasitə marixuana almaq istəmiş və bu məqsədlə internetlə narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan iranlı şəxsə bank hesabı yolu ilə pul göndərməklə, narkotik vasitə qurudulmuş marixuana sifariş etmiş, həmin iranlı şəxs də satılması barədə razılaşdıqları narkotik vasitənin yerləşdirildiyi yerin şəklini çəkib “Votsap” sosial şəbəkəsi ilə ona göndərmiş, Nilgünlə birlikdə həmin əraziyə yaxın yerə getmiş, Nilgünə aralıda dayanmasını deyib iranlı şəxsin yerləşdirdiyi yerdən gedib siqaret qutusunu götürmüş, adam çox olduğundan siqaret qutusuna baxmamış, sonra Nilgünün yanına gedərək sonuncu ilə birlikdə taksiyə minmiş, taksidə siqaret qutusunun içinə baxdıqda marixuana deyil, iranlı siqaret qutusuna başqa narkotik vasitə qoyduğunu görmüş, bir qədər getdikdən sonra onların olduğu taksi avtomobili polis əməkdaşları tərəfindən saxlanılmış və onları tutub polis şöbəsinə aparmışlar, Polis şöbəsində kişi olduğundan Nilgünə ziyan gəlməməsi üçün siqaret qutusu içində psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin onun olduğunu bildirmişdir. Buna baxmayaraq, aşkarlanmış külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ona məxsus olmadığını iddia etmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini təhlil edib nəticəyə gəlmişdir ki, 14 fevral 2022-ci ildə həqiqətən narkotik vasitə almaq niyyətində olmuş və bu məqsədlə narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan şəxsə müraciət edib narkotik vasitə sifariş etmiş, bunun müqabilində həmin şəxsə pul göndərmiş, nəticədə həmin şəxsin dediyi yerə gedərək əvvəlcədən razılaşdırılmış yerdən siqaret qutusunu götürmüş, siqaret qutusunun içində külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin olmuş, polis əməkdaşları tərəfindən tutularkən külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetaminin olduğu siqaret qutusu onda olmuş və polis şöbəsində onun üzərində şəxsi axtarış keçirilərkən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar olunaraq götürülmüşdür. Bu ifadənin təhlilindən açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2022-ci ildə qanunsuz narkotik vasitə almaq niyyətində olmuş, bu istiqamətdə kifayət qədər fəal hərəkətlər etmiş, yəni narkotik vasitə satan şəxs axtarmış, tapdıqdan sonra həmin şəxslə danışıq apararaq müəyyən razılığa gəlmiş, razılıq əldə etdikdən sonra həmin şəxsə pul göndərmiş, bunun nəticəsində həmin şəxs tərəfindən ona istiqamət verilmiş yerə getməkdə oradan siqaret qutusunu götürmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs konkret olaraq kimdən külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə alması məhkəmə istintaqında müəyyən edilməsə də, onun ifadəsində göstərdiyi hərəkətləri qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri almaq niyətində olması nəticəsinə gəlmək üçün kifayətdir. Üzərindən aşkar edilmiş külli miqdar narkotik vasitə və külli miqdarda psixotrop maddə almaq niyyətində olmamasını məhkəmədə iddia etsə də, onun fəal hərəkətləri təsdiq edir ki, qanunsuz şəkildə külli miqdarda qeyd edilən vasitələri və maddələri əldə edib saxlamış, daşımış, polis əməkdaşları tərəfindən tutulduqdan sonra isə həmin vasitə və maddələr məhz onun üzərindən aşkar olunaraq götürülmüşdür. Bu səbəbdən də, onun həmin narkotik vasitə və psixotrop maddələri məhz satış məqsədi ilə əldə etməsi daha inandırıcıdır, yəni təqsirləndirilən şəxsin fəal hərəkətləri Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə tam şəkildə əhatə edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs həmin hissədə, yəni külli miqdar narkotik vasitə heroinin və külli miqdarda psixotrop maddə metamfetaminin ona məxsus olmaması barədə verdiyi ifadəsini inandırıcı hesab etməmin və təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməklə həqiqəti gizlətmək və yalnız cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədini daşımışdır. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi hesab etmişdir ki, istintaq orqanı əsaslı və düzgün olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında isə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz cinayət əməlini törətmiş təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tam tədqiq olunmuş və tam obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlaması və eləcə də üzərində daşıması tam şəkildə öz təsdiqini tapmışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilən Məcəllənin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri təqsmirləndirilən şəxsin xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-cu maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməlində cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən, onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət əməlini törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq və qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda göstərilir ki, cinayətin tövsifi dedikdə-törədilən konkret cinayətin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulmuş tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticəyə səbəb əmələ verilən cinayət hüquqi qiymətdir. Əməlin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti vəzifəli şəxslər tərəfindən keçirilən mühüm məntiqi proses olmuş, yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Birinci instansiya məhkəməsi ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsinə kifayət etməsini nəzərə alaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün əlamətləri mövcud olduğundan və həmin cinayətin həqiqətən onun tərəfindən törədildiyindən, qeyd olunan cinayətin törədilməsində təqsirlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etmiş və əməlini qəsdən törətmiş, onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aid olmaqla, əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından, həmin maddənin sanksiyası həddində ona qanuni, əsaslı və ədalətli cəza təyin edilməlidir. İş materiallarında olan sənədlərə əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, cinayət işi baxılması üçün 14 sentyabr 2021-ci ildə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin böyük icra məmuru tərəfindən tətbiq edilmiş “İdrak” markalı mobil qurğu 20 oktyabr 2021-ci ildə ondan çıxarılaraq təhvil alınmışdır (c-1,i.v.119-132). İş materiallarında olan Bakı şəhəri Probasiya idarəsinin 19 sentyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasından 11 (on bir) gün müddətini çəkmiş, hazırda onun üzərində 05 (beş) ay 17 (on yeddi) gün müddətə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır (c-1, i.v. 229-230). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər - Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və azadlığın məhdudlaşdırılması cəzasının təyin edilsə də hesab etmişdir ki, ona həmin əməl üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən onun əməli cinayətlərin residivi yaratmır. Məhkumluq müddəti ərzində yenidən qəsdən cinayət törətsə də, əvvəlki əmələ görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən, cinayətin residivi olmadığından, Cinayət Məcəlləsinin 61.1.1ci maddəsi ilə cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsini müzakirə edərkən hesab etmişdir ki, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı; cavan olmasını onun cəzasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 05 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Bakı Apelyasiya Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın çəkilməmiş 05 ay 17 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 02 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırki hökmlə ona təyin edilmiş 05 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hökmlərin məcmusu ilə birləşdirilməklə, cəzanın əvvəlinin şübhəli şəxs qismində tutulduğu 14 fevral 2022-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı və eyni ilə ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməlidir. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddini müəyyən edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını; təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab etmişdir ki, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasının aşağı həddində cəzanın ona təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, cəzanın məqsədini təmir edə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-cü maddəsinə görə, satış məqsədi ilə qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə və ya qanunsuz narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə beş ildən on iki ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxsin barəsində tətbiq edilən cəza ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltma məqsədi daşıya bilməz. Başqa sözlə, cəza bir qayda olaraq «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxma və ya qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda, ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməli törətmiş təqsirləndirilən şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası və məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkar şəxsin şəxsiyyəti, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, həmçinin təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «İnsan Hüquqları və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ona cinayət ittihamı irəli sürülərkən qanunla yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddət ərzində işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi ona törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlik dərəcəsini, cəza təyin etmənin ümumi əsaslarını, onun cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə şəxsiyyətini, cəzanın islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla, ona maddənin sanksiyasının orta həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetamin olması, narkotik vasitə heroinin və psixotrop maddəni vermiş şəxsin barəsində dəqiq məlumat verməkdən yayınması və həmin vaxt nəzərə almamışdır ki, psixotrop maddə və narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın bəşəriyyətin ciddi bəlasına çevrilən insan cəmiyyətin mənəvi və əxlaqi dəyərinə böyük zərbə vuran ən ağrılı problemdən biridir. Azərbaycan Respublikasında külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq normalarını hərtərəfli və sistemli şəkildə əks etdirən BMT-nin Konvensiyaları, o cümlədən “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına, “Narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə mübarizə barədə” 1988-ci il tarixli Avropa Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə üzərinə mühüm vəzifə götürmüşdür. Belə olan halda eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayətin motivi və məqsədi, cinayəti törətməkdə rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlı müstəsna hallarının olmaması, cinayətə meyilli şəxs olması, törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halın müəyyən edilməməsi, cinayətin açılmasına köməklik etməməsi onun əməlinin tövsif edilməsi və ya barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiqi istisna edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif olunması barədə müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qeyd olunan hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə maddi sübutlar və digər məsələləri həll edərkən hesab etmişdir ki, maddi sübutlar - Bakı şəhəri Nizami rayon polis idarəsində saxlanılan və ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 29,610 qram təşkil edən narkotik vasitə heroinin və qalıq çəkisi 5,692 qram təşkil edən psixotrop maddə metamfetamin məhkəmənin hökmü qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli; Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini videogörüntüçünü əks etdirən 01 (bir) ədəd DV diskin cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, iş üzrə maddi sübutların tədqiqinə çəkilmiş 110 manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi olan Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər cinayət işi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib edildiyindən və cinayət işinin faktiki hallarına uyğun olmadığından təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalı, eyni zamanda təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunması barədə təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan və işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası, q ə r a r a a l ı r: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayət Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 10 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddət ərzində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər: 1.(sədrlik edən) İlqar Murquzov
2. Qədim Babayev
3. Anar Tanrıverdiyev