Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1833/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X9, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs1 və müdafiəçisi "Yusifbəyli və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi – "Yusifbəyli və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxxxx 1995-ci ildə Siyəzən rayonunun Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxx 1991-ci ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 avqust 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Z.Q.Ağayev, hakimlər A.Ə.Məcidov və S.S.Hüseynovdan ibarət tərkibdə) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 29,317-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.317-1.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkməsinin əvvəli 20 noyabr 2021-ci il tarixdən hesablanmış; Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 29,317-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkməsinin əvvəli 24 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq üstündə saxlamış və qadağan olunmuş əşyanı yoxlamadan gizlətməklə istintaq təcridxanasında saxlanılan şəxsə ötürməyə cəhd etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs2 məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni dörd ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,843 qram, 0,293 qram, 0,425 qram, 0,668 qram olmaqla ümumi təmiz çəkisi 2,229 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və külli miqdarda, yəni doqquz ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,927 qram, 0,420 qram, 0,636 qram, 1,152 qram, 0,930 qram, 0,879 qram, 0,435 qram, 0,872 qram, 0,754 qram olmaqla təmiz çəkisi 7,005 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxladığı, qeyd edilən narkotik vasitə və psixotrop maddəni cinayət edilən vaxt Siyəzən Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan X3na yoxlamadan gizlətməklə ötürmək niyyəti ilə məlum olmayan vaxtda və yerdə qara rəngli gödəkçənin astarına yerləşdirib tikərək göy rəngli şəffaf polietilen torbaya bir dəst kişi idman geyimi ilə bir yerdə qoyaraq qadağan olunmuş əşyanı sovqat qismində Azər Adıgözəlova ötürəcəyinə dair sövdələşdikdən sonra Təqsirləndirilən şəxs2 həmin sovqatı məlum olmayan vaxtda və yerdə ona vermiş, Təqsirləndirilən şəxs1 öz növbəsində içərisində dörd ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,843 qram, 0,293 qram, 0,425 qram, 0,668 qram olmaqla ümumi təmiz çəkisi 2,229 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və külli miqdarda, yəni doqquz ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,927 qram, 0,420 qram, 0,636 qram, 1,152 qram, 0,930 qram, 0,879 qram, 0,435 qram, 0,872 qram, 0,754 qram olmaqla təmiz çəkisi 7,005 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan sovqatı qanunsuz olaraq əldə edib daşıyaraq 20 noyabr 2021-ci il tarixdə, saat 12:20 radələrində ünvan 4 ünvanında yerləşən 3 saylı İstintaq Təcridxanasına qadağan olunmuş əşyanı yoxlamadan keçirmək istəyərkən müəssisənin nəzarətçiləri tərəfindən sovqata baxış keçirilmiş, bu zaman yuxarıda qeyd olunan çəkidə psixotrop maddə metafetamin və narkotik vasitə heroin qara rəngli gödəkçənin astarından aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq üstündə saxlamış, habelə İstintaq təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyanın ötürülməsinə cəhd etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni dörd ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,843 qram, 0,293 qram, 0,425 qram, 0,668 qram olmaqla ümumi təmiz çəkisi 2,229 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və külli miqdarda, yəni doqquz ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,927 qram, 0,420 qram, 0,636 qram, 1,152 qram, 0,930 qram, 0,879 qram, 0,435 qram, 0,872 qram, 0,754 qram olmaqla təmiz çəkisi 7,005 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, qeyd edilən narkotik vasitə və psixotrop maddəni cinayət edilən vaxt Siyəzən Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan X3na yoxlamadan gizlətməklə ötürmək niyyəti ilə qara rəngli gödəkçənin astarına yerləşdirib tikərək göy rəngli şəffaf polietilen torbaya bir dəst kişi idman geyimi ilə bir yerdə qoyaraq qadağan olunmuş əşyanı sovqat qismində əri Azər Adıgözəlovun tanışı Təqsirləndirilən şəxs1 məlum olmayan vaxtda və yerdə vermiş, Təqsirləndirilən şəxs1 öz növbəsində içərisində dörd ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,843 qram, 0,293 qram, 0,425 qram, 0,668 qram olmaqla ümumi təmiz çəkisi 2,229 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və külli miqdarda, yəni doqquz ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,927 qram, 0,420 qram, 0,636 qram, 1,152 qram, 0,930 qram, 0,879 qram, 0,435 qram, 0,872 qram, 0,754 qram olmaqla təmiz çəkisi 7,005 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan sovqatı qanunsuz olaraq əldə edib daşıyaraq 20 noyabr 2021-ci il tarixdə, saat 12:20 radələrində ünvan 4 ünvanında yerləşən 3 saylı İstintaq Təcridxanasına qadağan olunmuş əşyanı yoxlamadan keçirmək istəyərkən müəssisənin nəzarətçiləri tərəfindən sovqata baxış keçirilmiş, bu zaman yuxarıda qeyd olunan çəkidə psixotrop maddə metafetamin və narkotik vasitə heroin qara rəngli gödəkçənin astarından aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, şikayətində onun narkotik vasitənin satışı ilə məşğul olmasına dair heç bir sübut olmadığını, məhkəmənin bu halları nəzərə almadığını, külli miqdarda narkotik vasitənin saxlanmasını əhatə edən CM-nin 234.1-1-ci maddəsinin sanksiyasının 3-8 ili əhatə etdiyini göstərib, onun ilk dəfə cinayət törətməsini, səmimi peşimançılığını, anasının onkoloji xəstə olmasını nəzərə alaraq əməlinin CM-nin 234.1-1-ci maddəsinə tövsif olunması və cəzasının cərimə cəzası ilə əvəz edilməsini xahiş etmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, şikayətində barəsində çıxarılmış hökmün və cəzasının ədalətsiz olduğunu göstərib ədalətli qərar qəbul eidlməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətini müdafiə edərək özünü qismən təqsirli bildiyini göstərib təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək özünü təqsirli bilmədiyini göstərib, qərarın ləğv edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı hökmün dəyişdirilmədən, apellyasiya şikayətlərinin təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 avqust 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq, hökmün qanuniliyini apellyasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında ifadəsində birinci instansiya məhkəməsinin ittiham hökmünü mübahisələndirərək, özünü təqsirli bilmədiyini, narkotik vasitədən heç bir xəbəri olmadığını, işdə heç bir sübut olmadığını iddia etmiş, həmçinin məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bildiyini, narkotik vasitənin satışı ilə məşğul olmasına dair heç bir sübut olmadığın iddia etmiş və bununla bağlı bir sıra dəlillərə istinad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 və A.Y.Tağıyevin apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası vurgulayır ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq üstündə saxlaması, habelə İstintaq təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyanın ötürülməsinə cəhd etməsi işdə olan müvafiq məlumatlarla sübuta yetirilmiş və birinci instansiya məhkəməsi qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və məhkəmədə tədqiq edilmiş sübutlara düzgün qiymət vermiş, həmin sübutlar yoxlanılarkan Azərbaycan Respublikası CPM-nin 143-146cı maddələrinə riayət olunmuşdur. Məhkəmənin həmin məsələlər üzrə mövqeyinin, gəldiyi nəyicənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur, apellyasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların analizi belə qənaətə gəlməyə tam əsas verir və həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək qeyd edir ki, onlar məhkum ediliş şəxslərin təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Apellyasiya şikayətində A.Y.Tağıyev tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışının təsdiq edilmədiyi iddia olunsa da, elə bir dəlilə istinad edilməmişdir ki, müdafiə tərəfinin həmin iddiasını əsaslandırmış olsun. Sübutları şikayətin həmin iddiası baxımından bir daha təhlil edən məhkəmə kollegiyası qeyd edir ki, bu sübutlara əsaslanaraq müəyyən olunmuş hallar narkotik vasitənin və psixotrop maddənin məhz satış məqsədi ilə əldə olunması qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixi 2 №-li qərarının 9-cü bəndindəki izahları da nəzərə alır. Həmin bənddə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir neçə növ olmaqla narkotik vasitə heroini və psixotrop maddə metamfetamini (dörd ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,843 qram, 0,293 qram, 0,425 qram, 0,668 qram olmaqla ümumi təmiz çəkisi 2,229 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və külli miqdarda, yəni doqquz ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,927 qram, 0,420 qram, 0,636 qram, 1,152 qram, 0,930 qram, 0,879 qram, 0,435 qram, 0,872 qram, 0,754 qram olmaqla təmiz çəkisi 7,005 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin) əldə edib xırda bağlamalarda qablaşdırmaları halları onların həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamalarına və daşımalarına dəlalət edir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 29, 317- 1.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayının 19-da yaşadığı Siyəzən rayonundan Bakı şəhərinə işləmək üçün gəlmiş, həmin gecə bacısı Gülnar Zəkiyevanın yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qalmışdır. X1 2021-ci ilin sentyabr ayında Siyəzən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılırmış. Bakıya gəldiyi gün, yəni 19 noyabr 2021-ci il tarixdə Azər Adıgözəlovun arvadı Təqsirləndirilən şəxs2 onun istifadəsində olan 077 602 09 05 mobil telefon nömrəsinə 070 819 33 32 mobil nömrədən bir neçə dəfə zəng edərək əri Azərə sovqat göndərmək istədiyini deyib, həmin sovqatı Azərə çatdırmağı xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ilə razılaşmasına əsasən səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə, saat 09 radələrində Abşeron rayonunun Güzdək qəsəbəsində yolun qırağında görüşmüşlər. Həmin vaxt Siyəzən rayonunda yaşayan dostu Nizam da onun yanında olmuşdur. Təqsirləndirilən şəxs2 ona göy rəngli şəffaf polietilen torba verib, torbanın içərisində idman paltarı dəsti və bir ədəd qış gödəkçəsi olduğunu, torbanı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinə aparıb Azər Adıgözəlova çatdırmağı demiş, ona yol pulu olaraq 20 (iyirmi) manat pul vermişdir. Polietilen torba şəffaf olduğundan torbanın içərisində geyim paltarları olduğunu görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 ayrılıb sonuncunun onun üçün sifariş verdiyi taksi ilə 3 saylı İstintaq Təcridxanasına yollanmışdır. X6 Məntəqəsində sovqatı yoxlayan zaman sovqatın içərisində olan qara rəngli qış gödəkçəsinin astarında narkotik vasitəyə bənzər, sellofan bükümlərdə olan kütlə aşkarlanmışdır. Belə ki, o, təcridxananın əməkdaşları tərəfindən içəri çağırılmış və ona gətirdiyi sovqatın içərisində olan qış gödəkçəsinin astarında narkotik vasitə olduğu bildirilmiş, o isə bu barədə məlumatı olmadığını demişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, ancaq narkotik vasitəni tanımadığı şəxsdən alıb öz istifadəsi üçün saxlamışdır. X3 halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdədir. 19 noyabr 2021-ci il tarixdə günorta saatlarında Azər Adıgözəlovun dostu Təqsirləndirilən şəxs1 istifadəsində olan 077 602 09 05 mobil telefon nömrəsinə istifadəsində olan 070 819 33 32 nömrəli mobil telefon vasitəsilə zəng edib, harada olduğunu soruşmuş, Rəsul da Bakıda olduğunu demişdir. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 Azər Adıgözəlova sovqat aparmaqda kömək etməyi xahiş etmiş və bu məqsədlə Abşeron rayonunun Güzdək qəsəbəsində görüşməyə razılaşmışlar. Daha sonra o, Güzdək qəsəbəsində əmisi qızı Natəvanın evində olduğu vaxt gecə göy rəngli şəffaf polietilen torbaya bir dəst kişi idman geyimi və astarına narkotik vasitə heroin, psixotrop maddə metafetamin yerləşdirərək tikdiyi qara rəngli gödəkçəni qoyub, səhəri gün, yəni 20 noyabr 2021-ci il tarixdə, saat 09 radələrində Təqsirləndirilən şəxs1lə görüşmüşdür. Təqsirləndirilən şəxs1 tək olmamış, yanında əvvəllər tanıdığı, keçmiş məhəllə uşağı olan Nizam da olmuşdur. Həmin vaxt o, gecə hazırladığı göy rəngli şəffaf polietilen torbanı Rəsula vermişdir ki, 3 saylı İstintaq Təcridxanasına aparıb sovqat kimi Azər Adıgözəlova versin. Hətta Təqsirləndirilən şəxs1 üçün *0404 taksi xidməti vasitəsilə taksi sifariş vermiş, taksinin gediş haqqını da ödəmişdir. Təqsirləndirilən şəxs1lə Nizam birlikdə yola düşmüşlər. Əvvəllər özü də təcridxanaya əri üçün sovqat aparmışdır. Təqsirləndirilən şəxs1 Azər Adıgözəlova göndərdiyi sovqatın içində narkotik vasitə olduğunu deməmiş, ona sovqatı aparması qarşılığında nəsə təklif etməmiş, yalnız taksi pulunu vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai araşdırma orqanına verdiyi ilkin ifadəsi məhkəmədə elan edilmişdir. O, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29.317-1.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, X11 ilə 2017-ci ildən ailə həyatı qurmuşdur. Azərlə rəsmi nikaha daxil olsa da adına olan şəxsiyyət vəsiqəsini dəyişmədiyinə görə həmin vaxtdan adına olan şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay olaraq göstərilib. Əri Azər 2021-ci ilin sentyabr ayında Siyəzən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılır. 19 noyabr 2021-ci il tarixdə günorta saatlarında Azərin dostu Təqsirləndirilən şəxs1 istifadəsində olan 077 602 09 05 nömrəli mobil telefona istifadəsində olan 070 819 33 32 nömrəli mobil telefon vasitəsilə zəng eləmiş, telefon danışığı zamanı Rəsula bildirmişdir ki, Azərə sovqat aparmaq üçün ona kömək eləsin. Telefonda Rəsulla razılaşmışlar ki, Abşeron rayonunun Güzdək qəsəbəsində görüşsünlər. 19 noyabr 2021-ci il tarixdə, saat 23 radələrində Siyəzən rayonundan Abşeron rayonu, Güzdək qəsəbəsinə gəlib çatmışdır. Güzdək qəsəbəsinə çatdıqdan sonra Rəsula zəng edərək ona Güzdək qəsəbəsində əmisi qızı Natəvanın evində olduğunu demiş və yanına gəlməsini xahiş etmişdir. Rəsula Natəvanın yaşadığı ünvanı təqribi olaraq başa salmışdır. Bundan təqribən yarım saat sonra Rəsul gəlmiş, onu qarşılayaraq Natəvanın yaşadığı evə aparmışdır. Rəsul tək deyilmiş, onun yanında əvvəllər tanıdığı, keçmiş məhəllə uşağı olan Nizam da olmuşdur. Onlar, yəni özü, Rəsul və Nizam səhərə kimi yatmamışlar. Rəsula demişdir ki, «Azərə içəriyə mal keçirmək istəyirəm, əgər malı (narkotik vasitəni) içəri keçirib Azərə çatdıra bilsən, sənə bir qram «kakos» (heroin) verəcəyəm». Rəsul onunla razılaşmışdır. Rəsula başa salmışdır ki, «narkotik vasitəni qara rəngli gödəkçənin astarına yerləşdirib tikəcəyəm». Bundan sonra Rəsula iki büküm heroin vermişdir ki, istehlak eləsin. Rəsul Nizam ilə birlikdə heroini özləri üçün birlikdə istehlak etmişlər, o isə səhərə kimi qara rəngli gödəkçənin astarına narkotik vasitə heroin və psixotrop maddə metafetamini yerləşdirərək səliqə ilə tikmişdir. Ertəsi gün, yəni 20 noyabr 2021-ci il tarixdə, saat 09 radələrində göy rəngli şəffaf polietilen torbaya bir dəst kişi idman geyimi və astarına narkotik vasitə heroin və psixotrop maddə metafetamin yerləşdirərək tikdiyi qara rəngli gödəkçəni qoyaraq Rəsula vermişdir ki, 3 saylı İstintaq Təcridxanasına aparıb sovqat kimi Azərə versin. Bundan sonra Rəsul üçün *0404 taksi xidməti vasitəsilə taksi sifariş vermişdir, taksinin gediş haqqını ödəyib Rəsulu 3 saylı İstintaq Təcridxanasına yola salmışdır. Həmin vaxt Nizam da onun yanında imiş və onlar birlikdə yola düşmüşlər. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini narkotik vasitənin təsiri altında verdiyini, həmin ifadəni təsdiq etmədiyini, məhkəmə istintaqında verdiyi ifadənin doğru olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, ibtidai istintaqın sonlarında ifadəsini dəyişərək düzgün ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının böyük nəzarətçisi, ədliyyə baş giziri Şahid1 ifadəsində göstərmişdir ki,2008-ci ildən ədliyyə orqanlarına daxil olmuşdur, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında xidmət edir. 20 noyabr 2021-ci il tarixdə, saat 12:20 radələrində 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan X5 yanına sovqat gətirmiş tanışı 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 gətirdiyi sovqat onun iştirakı ilə tərəflərindən yoxlanılarkən sovqatın içərisində olan qara rəngli gödəkçənin astarında xüsusi üsulla gizlədilmiş on üç ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş maddələr hal şahidlərinin və vətəndaş Təqsirləndirilən şəxs1 iştirakı ilə zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, sonuncu və iştirakçılar tərəfindən imza edilməklə təsdiqlənmişdir. Birinci instansiya məhkəməsində şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının böyük nəzarətçisi, ədliyyə baş giziri Şahid2 ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid X12 ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. 20 noyabr 2021-ci il tarixdə, saat təxminən 12:20-də 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan X5 yanına sovqat gətirmiş tanışı 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 gətirdiyi sovqat onun iştirakı ilə nəzarətçilər tərəfindən yoxlanılarkən hal şahidi qismində iştirak etməsini xahiş etmişlər və o, etiraz etməmişdir. Onun və digər hal şahidinin iştirakı ilə sovqatın içərisində olan qara rəngli gödəkçənin astarında xüsusi üsulla gizlədilmiş on üç ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş maddələr hal şahidi və vətəndaş Təqsirləndirilən şəxs1 iştirakı ilə zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, iştirakçılar və Təqsirləndirilən şəxs1 imza edib təsdiqləmişlər. Birinci instansiya məhkəməsində ifadəsi elan olunmuş Şahid4 ifadəsindən görünür ki, o, şahid Ramid Qafarovla eyni məzmunlu ifadə vermişdir Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı X7 Bölməsinin xx.xx.2021-ci il tarixli protokolundan görünür ki, xx.xx.2021-ci il tarixdə təcridxanaya qəbul olunmuş İV rejim korpusunun 103 saylı kamerasında saxlanılan xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən həbsdə saxlanılan şəxs X8 xx.xx.2021-ci il tarixdə, təxminən saat 12:20-də tanışı Təqsirləndirilən şəxs1 gətirdiyi sovqata əvvəlcədən alınmış əməliyyat məlumatı əsasında baxış keçirilərkən sovqatda olan qara rəngli gödəkçənin astarında xüsusi üsulla gizlədilmiş on üç ədəd sellofan bükülüdə narkotik vasitəyə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/5136 nömrəli xx.xx.2021-ci il tarixli ekspert arayışından görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı X10 üçün» dairəvi möhür əksi olan, vətəndaş Təqsirləndirilən şəxs1 gətirdiyi sovqatdan aşkar olunaraq götürülmüş…» sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə doqquz ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,927 qram, 0,420 qram, 0,636 qram, 1,152 qram, 0,930 qram, 0,879 qram, 0,435 qram, 0,872 qram, 0,754 qram ümumi təmiz çəkisi 7,005 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,843 qram, 0,293 qram, 0,425 qram, 0,668 qram ümumi təmiz çəkisi 2,229 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına; heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına daxildir; spektral cədvəl və müvafiq aktın surəti protokola əlavə edilmişdir; aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 ümumiyyətlə təqsiri olmaması və Təqsirləndirilən şəxs2 narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsinin təsdiq olunmadığına dair şikayətlərin dəlilləri əsaslı hesab oluna bilməz. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 şikayətində və ifadəsində bildirdiyi kimi şəxsin onun narkotik vasitənin satışı ilə bağlı heç bir sübut olmaması, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 yalnız narkotik vasitədən istifadə etməsi, satışı ilə məşğul olmaması barədə apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar iş üzrə sübutlarda olan məlumatları bir daha təhlil edərək vurgulayır ki, şikayətlərin yuxarıda göstərilən iddiaları təsdiq olunmur, bunlarla əlaqədar dəlillər hökmün qanuniliyini şübhə altına almağa əsas vermir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/155 nömrəli xx.xx.2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Tədqiqat Obyekti № 65» yazı və imzalar olan paketdə üzərində «vətəndaş Təqsirləndirilən şəxs1 gətirdiyi sovqatdan aşkar olunaraq götürülmüş… » sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə doqquz ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,827 qram, 0,390 qram, 0,606 qram, 1,122 qram, 0,9 qram, 0,849 qram, 0,405 qram, 0,842 qram, 0,724 qram olmaqla ümumi təmiz çəkisi 6,735 qram olan heroinlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir və dörd ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,803 qr., 0,253 qr., 0,385 qr. və 0,628 qr. olmaqla ümumi çəkisi 0,069 qram olan metafetamin öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin», metafetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına daxildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsin Ambulator X2 xx.xx.2021-ci il tarixli 5186 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsin Ambulator X2 xx.xx.2021-ci il tarixli 5185 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı opioidlərin qəbulu nəticəsində asılılıq sindromu- narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilinməsi və əməlinin tövsifi məsələləri üzrə gəldiyi nəticəni hökmdə ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri də birinci instansiya məhkəməsinin həmin mövqeyinin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə məhkum Təqsirləndirilən şəxs1 münasibətdə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə baxışının nəticəsinə dair yekun məhkəmə qərarının çıxarılması zamanı müşavirə otağında müzakirə edilən məsələlərdən biri də “təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmadığının” qiymətləndirilməsidir. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qanunun mənasına görə şəxs barəsində ittiham hökmü yalnız onun təqsirliliyinə şübhə olmadıqda qəti və birmənalı sübut edilmə olduqda çıxarıla bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Qərarda həmçinin qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmənin ittiham hökmü ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi, məhkəmə istintaqı zamanı tədqiq edilmiş və biri-digərinə uyğun gələn mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 8.1, 41.2 və 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyəsində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən, habelə ağırlaşdıran hallar olmaması qeyd edərək Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinin tələbləri nəzərə alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, cinayət qanunvericiliyində təsbit olunmuş tələblərə riayət edilmiş, Cinayət Məcəlləsinin 59, 61 və 67-ci maddələrinin tələbləri nəzərə alınmışdır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 399-cu maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyil, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, birinci instansiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri isə təmin edilməməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və partnyorları" Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiəsi ilə əlaqədar Müdafiəçi3 və Müdafiəçi2 hər birinə ayrı-ayrılıqda 96 manat (16x6) məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədikləri “Yusifbəyli və partnyorları" Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 1(101)-897/2022 saylı hökmü məhkum edilmiş şəxslərin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqi yardım göstərdiklərinə görə vəkillər Müdafiəçi3 və Müdafiəçi2 hər birinə ayrı-ayrılıqda dövlət büdcəsinin vəsaiti hesabına 96 (doxsan altı) manat məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi “Yusifbəyli və partnyorları" Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Mizəli Abbasov Hakimlər: Ramin Qaraqurbanlı Vaqif Mursaqulov
Məhkəmə qərarları › İş №1(103)-1833/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1833/2022
07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver