Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1874/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsi ilə, Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X3, Məhkum - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 32.4,312.2 və 320.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli hökmü ilə (Sədrlik edən X6, hakimlər Mahmud Muradxan oğlu və X2 ibarət tərkibdə) xx xxxxxxx 1959-cu il tarixdə Ermənistanın Əzizbəyov rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, hazırda işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, əvvəllər məhkum olunmamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 32.4,312.2 və 320.2-ci maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 29,178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-nin 32.4, 312.2-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilərək 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs təyin olunmuş əsas, azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunmuşdur. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cəza təyin edilməmişdir. İş üzrə ibtidai istintaq zamanı maddi ziyanın aradan qaldırılması üçün Təqsirləndirilən şəxs tərəfindən istintaq orqanına təqdim edilməklə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş cəmi 55806,20 (əlli beş min səkkiz yüz altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti dövlətin nəfinə keçirilməsi qət edilmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etməklə özgə əmlakını külli miqdarda ziyan vuraraq təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa və dolayı yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təkrarən təhrik etmiş, biləbilə saxta rəsmi sənəddən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2008-ci il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinin Pensiya təyinatı sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyərkən qulluq mövqeyinə görə ona olan inam və etibardan sui-istifadə etməklə özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə 8 aprel 2015-ci il tarixdə işlədiyi həmin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə yaşa görə pensiyaya çıxmaqla bağlı müraciət etmiş və şöbənin pensiya təyin edən komissiyasının 21.04.2015-ci il tarixli, 534 nömrəli qərarına əsasən 63 yaşının tamam olduğu 12.03.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş Şahid1 sənədlərini qəbul edərkən onun 06.03.1978-ci il tarixdən 13.01.1998-ci il tarixədək keçmiş Ümumittifaq Geofizika və Elmi-Tədqiqat İstitutunda müxtəlif vəzifələrdə, o cümlədən, böyük mühəndis, dəstə rəisi, baş mühəndis, laboratoriya rəisi vəzifələrində işləməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1-ci bölməsinin 1.3-cü bəndinə uyğun olaraq onun güzəştli pensiya almaq hüququnun olmasını bildiyi halda, Şahid1 belə bir hüququnun olmasına dair qanunvericilik aktlarından xəbərsiz olmasından istifadə edərək, həmin şərtlərlə pensiya təyin etməyin mümkün ola biləcəyini sonuncuya bildirib, Şahid1 bununla bağlı ondan kömək istəməsinə nail olmaqla, güzəştli şərtlərlə pensiya təyinatı məsələsinə baxılması üçün onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə yazmasının zəruriliyini deyib, Nazirlik tərəfindən bundan imtina olunandan sonra məhkəmədə iddia qaldırılmaqla həmin məsələnin həll olunacağını bildirmişdir. Şahid1 özünə güzəştli şərtlərlə pensiya təyin edilməsi məsələsinə yenidən baxılması üçün 14 sentyabr 2015-ci il tarixdə Fondun Yasamal rayon şöbəsinə ərizə ilə müraciət etdikdən və həmin şöbə tərəfindən 01.12.2016-cı il tarixli, 12/8405 nömrəli məktubla güzəştli iş stajı barədə aydınlaşdırıcı arayış təqdim etdiyi halda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna baxılacağına dair ona cavab verildikdən sonra, 2016-cı ilin sonlarında Bakı şəhəri ərazisində istintaqla dəqiq müəyyən edilməyən yerdə görüşləri zamanı Şahid1 özünün onun barəsində güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasını təşkil etməsi, müvafiq sənədlərin düzəldilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun özünün yaxın münasibətdə olduğu vəzifəli şəxslərinə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəkləri hərəkətə görə həmin vəzifəli şəxslər üçün özü vasitəsilə birbaşa yolla maddi nemət olan 3500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini bildirərək, Şahid1 razılığını alıb onunla sövdələşməklə, sonuncunun ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, Yasamal rayon şöbəsinə həvalə edilməsi tələbi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsinə nail olub, həmin Məhkəmənin 2-1(81)-1047/17 saylı iş üzrə 10 yanvar 2017-ci il tarixli qərarı ilə Şahid1 eyni əsaslarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 12.03.2009-cu il tarixdən təyin edilməsi, ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, Yasamal rayon şöbəsinə həvalə edilməsindən və həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qeyd olunan qərarının qüvvədə saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 26 aprel 2017-ci il tarixli qərarının qəbul olunmasından sonra, Şahid1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun özünün yaxın münasibətdə olduğu vəzifəli şəxsinə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid1 xeyrinə etdiyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla rüşvət qismində verəcəyi adı ilə 2017-ci il ərzində istintaqla dəqiq müəyyən edilməyən tarixlərdə iki dəfə 1000 manat, bir dəfə isə 1500 manat olmaqla, vahid niyyətlə cəmi 3500 (üç min beş yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda Şahid1 alıb şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya məxsus qeyd edilən pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası iləəlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin Nazirlik üzrə 17 oktyabr 2017-ci il tarixli, **********1 nömrəli əmrlə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin Pensiya sektorunun məsləhətçisi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyinə görə özünə olan inam və etibardan istifadə edərək özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Şahid1 ilə 2017-ci ilin oktyabr ayının ortalarından dekabr ayının ortalarınadək olan müddətdə istintaqla müəyyən edilməyən yerdə görüşləri zamanı sonuncunun barəsində Fondun Yasamal rayon şöbəsində təyin edilmiş pensiya üzrə müvafiq işi özü nəzarətində saxlamasa, guya pensiyanın təyinatında problemlərin yaranacağını və pensiya ödənişlərinin həyata keçirilməyəcəyini aldatmaqla ona bildirib, buna görə də pensiya işinin Fondun Abşeron rayon şöbəsinə keçirilməsinin zəruriliyini və bunun üçün bütün sənədləşdirməyə özünün nəzarət edəcəyini bildirib, sadəcə bildirəcəyi tarixdə diqtə edəcəyi məzmunda ərizə yazmasının vacib olmasını Şahid1 deyib, sonuncunun müvafiq pensiya işi və məhkəmə qərarlarının məzmunundan məlumatsız olmasından istifadə edib, Şahid1 ünvan 3 ünvanda qeydiyyatda olmaqla ünvan 4ktiki yaşamasına baxmayaraq, qeyd edilən müddət ərzində istintaq zamanı müəyyən edilməmiş şəxs tərəfindən istintaqla müəyyən edilməmiş şəraitdə istifadə etmək məqsədilə qanunsuz olaraq hazırlanmış, məzmununda Şahid1 guya Abşeron rayonu Ceyranbatan qəsəbəsi, yeni məhəllə 68 saylı evdə yaşaması barədə yalan məlumatlar olan Abşeron rayonu, Ceyranbatan Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Sahəsinin möhürü ilə təsdiq edilən hüquq verən rəsmi sənədin, - 26.12.2017-ci il tarixli, 1811 nömrəli arayışın saxta olduğunu bilə-bilə tamah niyyətilə həmin arayışı 2017-ci ilin dekabr ayında əldə edib Şahid1 istintaqla müəyyən edilməyən digər sənədlərlə birgə verərək həmin saxta rəsmi sənəddən tamah niyyəti ilə istifadə edib, sonuncuya pensiya işinin Fondun Abşeron rayon şöbəsinə keçirilməsi xahişinə dair 28.12.2017-ci il tarixli ərizə yazdırmaqla pensiya işinin 1 yanvar 2018-ci il tarixdə Fondun Abşeron rayon şöbəsinə keçirilməsinə nail olmuşdur. Həmin şöbənin 04.01.2018-ci il tarixli, 425 nömrəli qərarı ilə Şahid1 pensiyasının aylıq məbləğinin 337,34 manat məbləğində ödənilməsi qərarı veriləndən sonra isə pensiya təyin olunmasına dair məhkəmə qərarları və digər sənədlərin məzmunundan Şahid1 məlumatsız olmasından istifadə edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 12.03.2009-cu il tarixdən təyin edilməsini sonuncuya deməyib, ondan gizlətməklə məhkəmə qərarında yalnız əvvəlki illərə görə ödənilməmiş pensiya məbləğinin ödənilməsi nəzərdə tutulsa da, həmin ödənilməmiş məbləği Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və digər səlahiyyəti qurumların vəzifəli şəxslərinə özü vasitəsilə dolayı yolla verəcəyi təqdirdə həmin vəzifəli şəxslər tərəfindən məhkəmə qərarının onun xeyrinə icraya yönəldəcəyini aldatmaqla Şahid1 deyib, onun razılığını almaqla sövdələşmişdir. Bundan sonra həmin şöbə üzrə 05.01.2018-ci il tarixli sərəncamla məhkəmə qərarlarına əsasən 12.03.2009-cu ildən pensiya məbləğinin yenidən hesablanmasına əsasən, 18.01.2018-ci il tarixdən hesablanmaqla 19.01.2018-ci il tarixdə Şahid1 "xxxx" ASC-də olan 676867***7791 nömrəli hesabına köçürülmüş 5995 manat məbləğində pul vəsaitini 23.01.2018-ci il tarixdə, 14.02.2018-ci il tarixdə hesablanmaqla 15.02.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 4069,28 manat məbləğində pul vəsaitini 21.02.2018-ci il tarixdə, 13.03.2018-ci il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 4000 manat məbləğində pul vəsaitini 27.03.2018ci il tarixdə, 09.04.2018-ci il tarixdə hesablanmaqla 10.04.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 5690 manat məbləğində pul vəsaitini 12.04.2018-ci il tarixdə Abşeron rayonunun Xırdalan şəhəri ərazisində, 07.05.2018-ci il tarixdə hesablanmaqla 08.05.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 1200 manat məbləğində pul vəsaitini, 08.06.2018-ci il tarixdə hesablanmaqla 11.06.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 1200 manat məbləğində pul vəsaitini, 10.07.2018-ci il tarixdə hesablanmaqla 11.07.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 1663 manat məbləğində pul vəsaitini, 08.08.2018-ci il tarixdə hesablanmaqla 09.08.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 1069,71 manat məbləğində pul vəsaitini, 09.08.2018-ci il tarixdə hesablanmaqla 13.08.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 587,58 manat məbləğində pul vəsaitini, 08.09,2018-ci il tarixdə hesablanmaqla 10.09.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, 08.10.2018-ci il tarixdə hesablanmaqla 09.10.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsatini, 07.11.2018-ci il tarixdə hesablanmaqla 08.11.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, 10.12.2018ci il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, 16.01.2019-cu il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, 15.02.2019-cu il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 1707,88 manat məbləğində pul vəsaitini, 12.03.2019-cu il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, 09.04.2019-cu il tarixdə hesablanmaqla 10.04.2019-cu il tarixdə Şahid1 hesabına köçürülmüş 1921,69 manat məbləğində pul vəsaitini, 08.05.2019-cu il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, 10.06.2019-cu il tarixdə hesablanmaqla 11.06.2019-cu il tarixdə Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, 08.07.2019-cu il tarixdə hesablanmaqla 09.07.2019-cu il tarixdə Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, 07.08.2019-cu il tarixdə hesablanmaqla 08.08.2019-cu il tarixdə Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, 10.09.2019-cu il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, 10.10.2019-cu il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, 08.11.2019-cu il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, 05.12.2019-cu il tarixdə hesablanmaqla 06.12.2019-cu il tarixdə Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini isə 08.05.2018-ci il tarixdən 16.12.2019-cu il tarixədək olan müddətdə, Şahid1 bankomatlar vasitəsilə hesabdan çıxarmasından sonra, Bakı şəhəri 3-cü və 4-cü mikrorayonların ərazisində, o cümlədən ünvan 5 ünvanda yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığında Şahid1 alıb şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya məxsus ümumilikdə 52306,2 manat (əlli iki min üç yüz altı manat, iyirmi qəpik) məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətləələ keçirərək Şahid1 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə dolayı yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Daha sonra, 12 mart 2009-cu il tarixdən ödənilməmiş pensiya məbləğinin yerdə qalan 89493,66 (səksən doqquz min dörd yüz doxsan üç manat, altmış altı qəpik) manat hissəsi 30 dekabr 2019-cu il tarixdə bir dəfəyə Şahid1 hesabına ödənildikdən sonra isə, 6 yanvar 2020-ci il tarixdə ünvan 6 ünvanda yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığındakı parkda Şahid1la görüşüb həmin məbləği də hesabdan çıxarıb aidiyyəti vəzifəli şəxslərə çatdırması üçün özünə verməsini bildirib, əks halda pensiyasının kəsiləcəyini yalandan deməsinə baxmayaraq, Şahid1 aldadıldığını başa düşərək həmin pul vəsaitini verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Şahid1 məxsus pul vəsaitini ələ keçirməyə nail olmayaraq, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus cəmi 142069,86 manat (bir yüz qırx iki min altmış doqquz manat səksən altı qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 32.4,312.2 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə bəraət hökmü çıxarılmasını və ya məhkəmə onun əməlində cinayət tərkibi olmasını hesab etdiyi halda onda Təqsirləndirilən şəxs vurulmuş ziyanın ödənilməsi məqsədi istintaq orqanına könüllü olaraq təqdim edilməklə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş cəmi 55806,20 (əlli beş min səkkiz yüz altı manat iyirmi qəpik) manat məbləğində pulun onun özünə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 32.4,312.2 və 320.2-ci maddələri ilə tövsif edilməsi tamamilə qanunsuz və əsassızdır. İbtidai istintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmiş və birinci instansiya məhkəməsi iş üzrə mötəbər, təkzib olunmaz sübutlar olmadan onu yuxarıda qeyd olunan maddələrlə təqsirli bilinərək ona şərti olsa belə ağır cəza təyin etmişdir. Həmçinin birinci instansiya məhkəməsi iş üzrə ibtidai istintaq zamanı maddi ziyanın aradan qaldırılması üçün Təqsirləndirilən şəxs tərəfindən istintaq orqanına könüllü təqdim edilməklə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş cəmi 55806,20 (əlli beş min səkkiz yüz altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaitinin dövlətin nəfmə keçirilməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. İbtidai istintaq dövründə toplanmış və məhkəmə baxışı zamanı tədqiq olunmuş subutlar iş üzrə mötəbər sübut kimi qəbul oluna bilməz və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 32.4,312.2 və 320.2-ci maddələri ilə məhkum edilməsi üçün kifayət hesab etmək olmaz. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid3 və Şahid2, həmçinin məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X7 və Şahid4 ifadələrindən görünür ki, həmin şəxslər Təqsirləndirilən şəxs verilmiş ittihamdan tamamilə xəbərsizdilər. Şahid1 güzəştli şərtlərlə pensiya qanuni əsaslarla, daha konkret məhkəmənin qərarına əsasına təyin olunmuş və o, həmin məhkəmə qərarlarından özünün tutduğu vəkilinin vasitəsi ilə tam məlumatlı olmuşdur. Göstərilən xüsusatlar da Şahid1 ifadəsində göstərdiklərini təkzib edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 32.4,312.2 və 320.2-ci maddələri ilə irəli sürmüş ittihamın əsasını yalnız iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsi və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 12 avqust 2020-ci il tarixli 4/474 nömrəli məhkəməfonoskopik ekspertizasının rəyi olmuşdur. Eyni sübutlar da məhkəmənin hökmünün əsasını təşkil etmişdir. Cinayət işinin materiallarından, o cümlədən ittiham aktından göründüyü kimi, cinayət işi üzrə ibtidai istintaqını aparan müstəntiq Asim Yusifov Təqsirləndirilən şəxs təqdim etdiyi 55806,20 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən dələduzluq cinayət əməli nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, eyni zamanda iş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlakın olmadığını qeyd etmişdir. Bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi iş üzrə ibtidai istintaq zamanı maddi ziyanın aradan qaldırılması üçün Təqsirləndirilən şəxs tərəfindən istintaq orqanına könüllü təqdim edilməklə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş cəmi 55806,20 manat məbləğində pul vəsaitinin dövlətin nəfinə keçirilməsi qərarına gəlinmiş və hüquqi əsası kimi Azərbaycan Respublikası CPM-nin 132.0.4-cü maddəsinə istinad etmişdir. Məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən məhz pul vəsaiti cinayət yolu ilə əldə edildiyi müəyyən olunduğuna görə, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş cəmi 55806,20 manat məbləğində pul vəsaiti dövlətin nəfinə keçirilməlidir. Baxılan cinayət işində zərərçəkmiş şəxs Şahid1 olduğu məlumdur. CM-nin 312-ci maddəsinin qeydinə görə o, şahid kimi tanınsa da nəticə etibarı ilə Şahid1 cinayət nəticəsində dəymiş ziyanla bağlı o cümlədən mülki mühakimə icraat qaydasında məhkəməyə müraciət edərək pulu tələb edə bilər. Məhz bu səbəbdən Təqsirləndirilən şəxs artıq ziyanın ödənilməsi ilə bağlı depozitə könüllü olaraq qoymuş pulu gözləmədən Şahid1 ittihamda göstərilən məbləğdə pulu verərək ondan ziyanın ödənilməsi, şikayət və tələbinin olmaması ilə bağlı notarial qaydada təsdiq edilmiş ərizə almaqla məhkəmə təqdim edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs bir işdə ziyanı iki dəfə ödəyir. Göstərilənlər bır tərəfdən, digər tərəfdən - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli Qərarında maddi sübut qismində tanınmış cinayətin predmetinin dövlət nəfinə alınması xüsusi müsadirə adlandırılmış, CPM-nin 132.0, 132.0.1 və 132.0.4-cü maddələri isə cinayətin predmeti olan pulun və qiymətli əşyaların dövlət nəfinə keçirilməsini nəzərdə tutmuşdur. Lakin qanunun həmin normalarını tətbiq etməklə Təqsirləndirilən şəxs tərəfindən istintaq orqanına könüllü təqdim edilməklə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş cəmi 55806,20 (əlli beş min səkkiz yüz altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməsi onun məcburi qaydada xüsusi mülkiyyətindən məhrum edilməsi deməkdir. Belə olduğu təqdirdə hesab edirəm ki, fiziki şəxsin əldə edilmə mənbəyi mübahisələndirilməyən öz xüsusi mülkiyyətindən məcburi qaydada məhrum edilməsi məsələsi həll olunduğundan, bu cür məhrumetmənin cinayət-hüquqi anlamda cinayət cəzası kimi və ya cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada xüsusi müsadirə kimi tətbiq edilməsinin elə də böyük əhəmiyyəti yoxdur Hökmdən cinayət-prossesual qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir Məhkəmə kollegiyası apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkumun apellyasiya şikayətində Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təqsirliliyi Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 32.4,312.2 və 320.2-ci maddələri ilə sübuta yetirilməməsinə dair göstərdiyi dəlilini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam aydınlaşdırılmış, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin törədilməsi məhkumun özünün etiraf etməməsinə baxmayaraq, şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin digər obyektiv halları ilə təsdiq olunmuş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli qiymət vermiş, məhkumun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 32.4,312.2 və 320.2-ci maddələri ilə düzgün tövsif etmiş, onunəməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, o cümlədən bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui- istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda həmçinin göstərilmişdir ki,rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4, 312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. İş materiallarında olan sübutlardan göründüyü kimi Təqsirləndirilən şəxs Şahid1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun özünün yaxın münasibətdə olduğu vəzifəli şəxsinə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid1 xeyrinə etdiyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla rüşvət qismində verəcəyi adı ilə 2017-ci il ərzində istintaqla dəqiq müəyyən edilməyən tarixlərdə iki dəfə 1000 manat, bir dəfə isə 1500 manat olmaqla, vahid niyyətlə cəmi 3500 (üç min beş yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda Şahid1 alıb şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya məxsus qeyd edilən pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası iləəlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etməsi, 6 yanvar 2020-ci il tarixdə ünvan 6 ünvanda yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığındakı parkda Şahid1la görüşüb həmin məbləği də hesabdan çıxarıb aidiyyəti vəzifəli şəxslərə çatdırması üçün özünə verməsini bildirib, əks halda pensiyasının kəsiləcəyini yalandan deməsinə baxmayaraq, Şahid1 aldadıldığını başa düşərək həmin pul vəsaitini verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Şahid1 məxsus pul vəsaitini ələ keçirməyə nail olmayaraq, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus cəmi 142069,86 manat (bir yüz qırx iki min altmış doqquz manat səksən altı qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsi iş materialları, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarına baxış keçirilməsinə dair 20-21 may 2020-ci il tarixli protokol və həmin protokollara əlavə edilmiş çıxarışlar, ödəniş kartı üzrə çıxarışlar, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsindən daxil olmuş 29 iyul 2020-ci il tarixli və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 12 avqust 2020-ci il tarixli 4/474 nömrəli məhkəməfonoskopik ekspertizasının rəyləri ilə bir daha təsdiq olunur. İş materiallarından görünür ki, iş üzrə ibtidai istintaq zamanı maddi ziyanın aradan qaldırılması üçün Təqsirləndirilən şəxs tərəfindən 15 sentyabr 2020-ci il tarixdə 30000 (otuz min) manat və 21 sentyabr 2020-ci il tarixdə isə 25806,2 manat (iyirmi beş min səkkiz yüz altı manat iyirmi qəpik) təqdim edildiyi və müvafiq qərarlarla cəmi 55806,20 (əlli beş min səkkiz yüz altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulması təmin edilmişdir. Məhkumun müdafiəçisinin apellyasiya şikayətində Təqsirləndirilən şəxs vurulmuş ziyanın ödənilməsi məqsədi istintaq orqanına könüllü olaraq təqdim edilməklə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş cəmi 55806,20 (əlli beş min səkkiz yüz altı manat iyirmi qəpik) manat məbləğində pulun onun özünə qaytarılmasına dair göstərdiyi dəlilini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraqöz hökmündə bu məsələnin həlli zamanı həmin iş üzrə Təqsirləndirilən şəxs təqsiri sübuta yetirildiyi üçün törətmiş olduğu cinayət əməlləri nəticəsində cəmi 55806,20 (əlli beş min səkkiz yüz altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaitini əldə etmiş olduğu, həmin məbləğdə pul vəsaitini isğtintaq orqanına könüllü olaraq təqdim etməklə həmin vəsaitin Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulması təmin edildiyini nəzərə alaraq, belə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən məhz həmin məbləğdə pul vəsaiti cinayət yolu ilə əldə əldə edildiyi müəyyən olunduğuna görə, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş cəmi 55806,20 (əlli beş min səkkiz yüz altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti dövlətin nəfinə keçirilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 132.0.4-cü maddəsinə görə cinayət yolu ilə əldə edilmiş və ya cinayətin predmeti olan pul və qiymətli əşyalar məhkəmənin hökmü ilə cinayət nətiçəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilir, zərər çəkmiş şəxs məlum olmadıqda isə dövlətin nəfinə keçirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1, 99-1.1.2, 99-1.2-maddələrinin müddəalarına əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri həmin maddədə göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. O cümlədən,- şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 32.4,312.2 və 320.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməmsinin 27 avqust 2021-ci il tarixli hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq məhkəmə kollegiyası hesab edir ki, hökm çıxarılarkən hər hansı maddi və prosessual pozuntuya yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilmədən, hökm qanuni və əsaslı olduğundan məhkumun müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1; 397.2; 398.1.1 və 407-409-cu maddələrini rəhbər tutaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 32.4,312.2 və 320.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli hökmündən iş üzrə məhkumun müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Yekun qərar qəbul edildiyi andan qüvvəyə minir. Yekun qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-1874/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1874/2021
14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver