Məhkəmə qərarları › İş №1(103)-188/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-188/2020

03.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-188/2020 03.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Azərbaycan Respublikası Baş Prokurorluğu DİMİ-nin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Zərərçəkmiş şəxsin hüquqi varisi X12 və onun nümayəndəsi Müdafiəçi3, Bəraət almış Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1971-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonunun Göyəllik kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq masivi, V.Axundov küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə bəraət verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, xx xxxxxx 2018-ci il tarixdə saat 20 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “Kamaz-53212” yük markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı- Sumqayıt şosesi ilə Xırdalan şəhəri istiqamətində 50-60 km/saat sürətlə hərəkət etdirərkən həmin yolun Binəqədi rayonu ərazisindən keçən 7,5-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş, nəticədə yolu soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs1 avtomaşının qabaq sağ hissəsi ilə vurmuşdur. Təqsirləndirilən şəxs hərəkət təhlükəsizliyi qaydalarını pozaraq ehtiyasızlıqla törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada Zərərçəkmiş şəxs1 başın sağ təpə-ənsə nahiyəsinin yumşaq toxumalarına qansızma, sağ təpə sümüyünün arxa hissəsinin bir nöqtədən çıxan 4 sınıq xətti (3.0sm, 2.0sm,7.0sm və 5,2sm) və sağ təpə-ənsə tikişinin aralanması, baş beyinin sağ təpə payının (7,0x4,5sm) və sol alın payının (3,0x3,5sm) yumşaq qişaları altına və toxunmasına qansızmalar, sağ tərəfdən ll-Vİİİ qabırğaların kürək xətti üzrə sınıqları, sağ ağ ciyərin toxumasına qansızmalar, sol tərəfdən lll-İV qabırğaların fəqərəyəm xətt üzrə sınıqları, V bel fəqərəsinin sağ yan çıxıntısının sınığı, sağ böyrəkətrafı piy toxumasına qansızma, sağ tərəfdən qasıq və oturaq sümüklərinin sınığı, oma sümüyünün sağ kənarının sınığı, qasıq birləşməsinin (simfizin) aralanması, çanaq nahiyəsində iri ölçülü peritonarxası hematoma, periton boşluğuna qan yığılması, sağ sağrının aşağı bayır kvadratının qançırı, sol təpə nahiyəsinin iki ədəd, ənsə qabari nahiyəsinin bir ədəd sıyrıqları, başın sol təpə nahiyəsinin yumşaq toxumalarına qansızma, sol təpə sümüyünün arxa hissəsinin bir nöqtədən çıxan 3 sınıq xətti (1,7sm,2,0sm və 23,5 sm), sınıq xətlərindən ikisi sol təpə sümüyündə qurtaran, 3-cü sınıq xətti isə sol təpə-ənsə tikişinin aralanması ilə davam edərək sol gicgah sümüyü piramidindən keçən və sol orta kəllə çuxurunda başa çatan, baş beyinin sol təpə payının (5,0x4,0sm) və sağ alın payının (10,0x7,0sm) yumşaq qişaları altına və toxumasına qansızmalar, alın nahiyəsinin, sol qaşüstü nahiyənin və sol qaşın tış ucunun, sol gözün iç və tış bucaqlarının, burunun, sol almacıq-yanaq nahiyəsinin, üzün və üst dodağın sol yarısının, ağızın sol bucağının, hər iki əlin və əl barmaqlarının arxa səthlərinin çoxsaylı sıyrıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə 06 fevral 2018-ci ildə KTM xəstəxanasında ölmüş və Zərərçəkmiş şəxs2 məxsus “Kamaz- 53212” yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşının zədələnməsinə səbəb olaraq 50 manat məbləğində ziyan dəymişdir. Törətdiyi yol-nəqliyyat hadisəsindən sonra, Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən zərərçəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, "Təcili tibbi yardım" maşınını çağırmalı, zərərçəkəni həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, hadisə haqqında Azərbaycan Respublikasının Müvafiq İcra Hakimiyyətinin orqanına xəbər verməli olduğu halda bunları etmədən hadisə yerindən qaçmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünə əsasən (sədrlik edən hakim Tağıyev Vüsal Adıgözəl oğlu) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə bəraət verilmişdir. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə bəraət verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsiri bilinərək həmin maddələrin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə hökmdə qeyd etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsi və həmin ifadənin yerində yoxlanılması, hadisə yerinə baxış protokolları ilə hadisənin baş vermə mexanizmi müəyyən edilib müvafiq ekspertiza təyin edilmiş və həmin ekspert rəyi sübut qismində qiymətləndirilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2 və 264cü maddələri ilə ittiham elan edilmişdir. İbtidai istintaq orqanı qeyd edilən hadisənin baş verməsini yalnız yuxarıda göstərilən sübutlarla əsaslandırmış və konkret olaraq Təqsirləndirilən şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsinin mexanizmi yalnız onun özünün ifadəsi əsasında qurulmuşdur. Bununla da, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticəsinin əsassız olması müəyyən olunmuş və hökmdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət ləcəlləsinin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsinin sübuta yetirilməməsi göstərilmişdir. Lakin ibtidai istintaq dövründə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə saat 20 radələrində Bakı- Sumqayıt şossesi istiqamətində yolun sağ tərəfində avtomobili 50-60 km/saat sürətlə idarə edən zaman Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə paralel olan körpüyə çatmamış hiss etmişdir ki, soldan sağa nə isə keçmiş və onun avtomobilinə dəymişdir. Bundan sonra avtomobili təxminən 15 metr aralı məsafədə saxlamış, avtomobildə və ətrafda heç nəyin olmadığını görüb yolunu davam etmişdir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı da ilkin olaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. Lakin xx xxxxxx 2018-ci il tarixdə işə müdafiəçi qismində buraxılmış Müdafiəçi1 vəsatəti əsasında təkrar dindirilərkən yeni məzmunda ifadə vermiş və hadisə vaxtı əvvəlcə yolun sol kənarında qaraltını gördüyünü, təxminən 150-200 metr aralıdan qaraltının insan olduğu ona məlum olmuşdur. Həmin şəxsə çatmağına təxminən 20-30 metr qalmış sonuncunun “güllə” kimi avtomaşının qabağına qaçdığını və bu zaman əyləci basdığını, lakin həmin yerdə yolun eniş hissəsi olduğuna görə avtomobilin 5-10 metr aralıda dayandığını göstərmişdir. Sürücü Təqsirləndirilən şəxs toqquşma baş verməmişdən əvvəl piyada Zərərçəkmiş şəxs1 qabağcadan görməli və hadisənin qarşısını almaq iqtidarında olmuşdur. Bununla da, mötəbər dəlillərlə hadisənin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məhkəmə istintaq zamanı tam olaraq təsdiq edilmişdir. Lakin cinayət işi üzrə əldə edilmiş sübutları qiymətləndirərkən məhkəmə yalnız təqsirləndirilən şəxsin əvvəlki ifadəsindən fərqli olaraq verdiyi mücərrəd, qeyri-müəyyən və mötəbərliyi şübhə doğuran son ifadəsi əsasında keçirilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx xxx 2019-cu il tarixli rəyinə əsaslanaraq Təqsirləndirilən şəxs əməlində yol hərəkəti qaydalarının tələblərində uyğunsuzluq olmadığına əsasən bəraət hökmü çıxarmışdır. Yuxarıdakılara əsasən qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi üçün əsasdır. Hökmdən həmçinin narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünü ləğv edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmü çıxarılmasını və həmin maddələrinin sanksiyası daxilində yuxarı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hökmü qanunsuz və əsassızdır. Belə ki, xx xxxxxx 2018-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan görünür ki, hadisə Bakı-Sumqayıt şosesinin 7,5-ci kilometrliyində baş vermiş, piyada hadisənin baş verdiyi nöqtəyə qədər 9,17 metr hərəkət etmişdir. xx xxxxxx 2018- ci il tarixli məhkəmə-avtotexniki ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, Binəqədi rayon X11 Şöbəsinin müstəntiqi, polis baş leytenantı İbrahim Vəliyev ********* nömrəli cinayət işi üzrə məhkəmə-avtotexniki ekspertizası təyin etmiş, ekspertiza qarşısında “Kamaz" markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əməlində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluğun və sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olub-olmaması” barədə suallar qoymuşdur. Həmçinin həmin məhkəmə-avtotexniki ekspertizası təyin edilməsi haqqında qərarından müəyyən olunur ki, faktla bağlı aparılan araşdırma zamanı hadisə yerində yolun ümumi eni 26 metr olmaqla, yolda avtomobillərin hərəkəti iki tərəflidir, yolun ortasında beton arakəsmə ilə əhatə edilmiş ayırıcı hissə vardır. Yolun səthi asfalt örtüklü, düz və hadisə günü hava şəraiti küləkli olmuş, yoxuşsuzdur, yolun görünüş dairəsi kifayət qədərdir. Yolun eyni istiqamətli hərəkət hissəsinin eni 13 metr, 1-ci və 2-ci hərəkət zolaqlarının eni 3 metr, 3-cü hərəkət zolağının eni 7 metrdir. Hadisə yerində piyadanın vurulma nöqtəsindən sonra 5 metr uzunluğunda tormoz izi müəyyən edilmişdir. Sürücü Təqsirləndirilən şəxs təhlükəli an piyada xx xxxx 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 yolun ortasında olan ayırıcı zolaqdan hərəkət hissəsinə daxil olduğu andan yaranmış və həmin andan vurulma yerinə kimi piyada adi qaçışla 9,17 metr məsafə qət etmişdir. Piyadanın vurulma yeri yolun sağ kənarından sola istiqamətdə 3,83 metrlikdə yerləşir. Piyadanı vuran ana qədər sürücü tormozlama əməliyyatı aparmamışdır. Piyadanın adi qaçışla hərəkət surətinin orta həddi piyadaların hərəkət surətləri cədvəlindən qəbul edilmişdir. Sürücü avtomobili saatda 50-60 km/saat sürətlə hərəkət etdirmişdir. xx xxxxxx 2018-ci il tarixli Məhkəmə Ekspertizası Mərkəzinin 3357 nömrəli rəyindən görünür ki, “Kamaz” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra hadisə yerindən qaçdığından, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. xx xxxx 2019- cu il tarixli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məktubundan görünür ki, Bakı-Sumqayıt şosesinin 7,5 kilometrliyində maillik dərəcəsi 4 % (40%) təşkil edir. Hadisənin baş vermə mexanizmi dəyişdiyindən və ibtidai istintaq orqanı hadisənin baş verdiyi yerin, yəni Bakı-Sumqayıt şosesinin 7,5 kilometrliyində yolun maillik dərəcəsi 4 % (40%) təşkil etməsi nəzərə alınmadığından məhkəmə tərəfindən təkrar komisyon məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası təyin olunmuş və həmin qərar əsasında verilmiş 13 may məhkəmə tərəfindən qərarda göstərildiyi kimi, hadisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə baş verməsi şəraitində “Kamaz-53212” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Sürücü Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra hadisə yerindən qaçdığından onun hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Hadisənin istintaq tərəfindən müəyyən edildiyi mexanizm üzrə baş verməsi şəraitində (yolun enişlik dərəcəsi nəzərə alınmaqla) Kamaz-53212 markal ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50 maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs piyadam vurduqdan sonra hadisə yerindən qaçdığından onun hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Birinci instansiya məhkəməsi işin hər tərəfli araşdırmamış, sübutlara obyektiv hüquqi qiymət verməmiş, hadisənin baş vermə mexanizminin dəyişdirilməsi üçün müdafiə tərəfmə lazımi şərait yaratmış, nəticədə isə Təqsirləndirilən şəxs cinayət əməlini törətməsində guya əsaslı şübhələr varimiş kimi görüntü yaradılmasına imkan yaratmaqla bəraət hökmü vermişdir. Belə ki, işə baxan məhkəmə müdafiə tərəfindən təqdim edilmiş Bakı-Sumqayıt şosesinin 7,5 kilometrliyində maillik dərəcəsi 4 % (40%) təşkil etməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məktubunu əsas götürərək təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 vəsatəti üzrə iş üzrə “əlavə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının təyin olunması haqqında” Qərar qəbul etmişdir. Lakin məhkəmə həmin qərarı qəbul edərkən heç bir sübut təqdim edilməməsinə baxmayaraq qanunsuz olaraq müdafiə tərəfinin hadisənin mexanizminin dəyişdirilməsinə yönəlmiş ifadələri əsasında ekspert qarşısında suallar qoymuş, bununla da Təqsirləndirilən şəxs təqsirliliyini şübhə altına alınmasına əsas verən ekspert rəylərinin əldə edilməsinə nail olmuşdur. Hesab edir ki, məhkəmə Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatətini qismən təmin etməli idi və ekspert qarşısında hadisənin istintaq tərəfindən müəyyən edildiyi mexanizm üzrə baş verməsi şəraitində (yolun enişlik dərəcəsi nəzərə alınmaqla) Kamaz- 53212 markal ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olub olmaması ilə əlaqədar sual qoymalı idi. Onu da qeyd edir ki, göstərdiyi bu sual vəkilinin vəsatəti əsasında məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş və ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50 maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş üzrə keçirilmiş məhkəmə iclaslarında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində təqsirləndirilən şəxs bir neçə məhkəmə iclasında yolun kənarında heç kimi görmədiyini bildirsə də, sonradan müdafiə taktikasını dəyişdirərək öz əməlindən guya səmimi peşman olan biri kimi davranmağa başlayaraq, məhkəmə iclasında 100-150 metr məsafədən yolun kənarında dayanmış bir nəfər gördüyünü, onun 30-35 metr qalmış qaçmağa başladığını və avtomobili hadisə yerindən 10-15 metr kənarda saxladığını bildirmişdir. Zərərçəkmiş şəxsin bədəni üzərindəki xəsarətləri, Kamaz-53212 markal ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri, həmçinin həmin nəqliyyat vasitəsinin hadisə baş verdikdən sonra 10-15 metr kənarda dayanmasını nəzərə alsaq belə nəticə ortaya çıxır ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən göstərməli olduğu diqqəti və ehtiyyatlilığı göstərməmiş və ancaq zərərçəkmiş şəxsi vurduqdan sonra əyləci basmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onların təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apellyasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında bəraət almış şəxs və onun müdafiəçiləri məhkəmə kollegiyasına çıxışlarında apellyasiya şikayəti və apellyasiya protestinin dəlillərini əsassız hesab edərək onların təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını istintaq yolu ilə araşdırıb dindirmələr keçirərək apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini müzakirə edib, bəraət almış şəxsin, onun müdafiəçilərinin, zərərçəkmiş şəxsin hüquqi varisinin, onun nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya instansiyası baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs əvvəllər ibtidai istintaqda verdiyi ifadəsini qəbul etmədiyini və birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərdi ki, xx xxxxxx 2018-ci ildə, saat 20 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “Kamaz” yük markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Sumqayıt şosesi ilə Xırdalan şəhəri istiqamətində 50-60 km\saat sürətlə idarə edirdi. Bu zaman o, yolun sağ hərəkət zolağında hərəkətdə idi. Hadisə vaxtı əvvəlcə yolun sol kənarında qaraltı görmüş, hardasa 150-200 metr məsafə qalanda qaraltının adam olması məlum oldu. Həmin şəxsə çatmağına təxminən 20-30 metr qalmış o, güllə kimi avtomaşının qabağına qaçdı. Bu zaman əyləci basmış, lakin avtomobil həmin yerdə yolun eniş hissəsi olduğuna görə 5-10 metr aralıda dayandı. Düşüb avtomobilin qabaq hissəsinə baxmış və avtomobildə heç nə olmadığını görmüşdür. Arxadan asta-asta gələn avtomobilin iş yoldaşına məxsus olduğunu görmüşdür və ondan nə olduğunu soruşanda iş yoldaşı ona avtomobilində nasazlıq olduğu üçün asta idarə etdiyini bildirmişdir. O, iş yoldaşı Malikə başqa heç nə deməmişdir. Sonra isə avtomobili Xırdalan dairəsində yerləşən dayanacaqda saxlayıb və evinə getmişdir. Apellyasiya instansiyası baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X15 ibtidai istintaqda verdiyi ifadəsini və birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, Zərərçəkmiş şəxs1 onun oğma qardaşı olduğunu qeyd etmişdir. Qardaşı ailəli olsa da, yoldaşı ilə boşanma ərəfəsində idi, lakin rəsmi boşanmamışdılar. Bu səbəbdən o, tez-tez Bakıya gələr, gəldiyi vaxtlarda da onun evində qalardı. Sonuncu dəfə xx xxxxxx 2018-ci il tarixdə telefonla ona zəng edilmiş və qardaşını Bakı-Sumqayıt şossesində avtomaşının vurduğunu və onun Bakı şəhəri KTM xəstəxanasına aparıldığı bildirilmişdir. O, xəstəxanaya çatanda qardaşının vəziyyəti ağır olduğundan onunla danışa bilməmişdir. Qardaşı Zərərçəkmiş şəxs1 xx xxxxxx 2018-ci il tarixində həmin xəstəxanada vəfat etmişdir. Mübarizin meyiti Bakı şəhəri, Binəqədi rayonu, MTE-nin morquna aparılmış və ordada tibbi müayinədən keçirildikdən sonra onu İsmayıllı rayonu, Həftəsyab kənd qəbirsanlığında dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, qardaşını Bakı-Sumqayıt şossesində maşın vurmuş və sürücü hadisə yerindən qaçmışdı. Apellyasiya instansiyası baxışı zamanı dindirilmiş şahid X13 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində sənədlərin çatdırılması üzrə kuryer işləyir. Ailəsi ilə birgə Biləcəridə yaşayır. Hadisə baş verən ərazi onun yaşadığı evə yaxındır. Həmin gün hava almaq üçün piyada gəzəndə təsadüfən oradan keçirmiş. Lakin, hadisə baş verəndən sonra hadisə yerində iştirak etmişdir. Hadisə yerində müstəntiq İbrahim Vəliyev onu çağıraraq hal şahidi qismində istintaq hərəkətində iştirak etməsini xahiş etmişdir. O, idarədə kuryer kimi işlədiyi üçün müstəntiqi əvvəlcədən tanıdığından istintaq hərəkətində iştirak etməyə razılaşdı. Lakin hadisənin detalları barədə ona məlumat verilməmişdi. Hadisə təxmini olaraq gecə yarısı baş vermişdi, çünki hava artıq qaralmıçdı. Lakin havanın necə olması dəqiq yadında deyil. Hadisə yerində olan vaxt ərazidə heç bir maşın görməmişdi, nə minik maşını, nə də kamaz. Digər hal şahidi İlkin də orada iştirak edirdi, lakin İlkini əvvəldən tanımırdı, birinci dəfə orada görmüşdü. İlkin maşınla gəlmişdi. Hadisə yerinə baxış protokoluna isə o, elə həmin ərazidə maşında oturaq vəziyyətdə dizinin üstündə qol çəkmişdir. Protokola qol çəkən zaman hava nisbətən işıqlı idi. O, qol çəkəndə İlkinin imzasını görmüşdü protokolda, amma harada qol çəkməsi yadında deyil. Əvvəllər heç bir işdə hal şahidi kimi iştirak etməmişdir. Apellyasiya instansiyası baxışı zamanı dindirilmiş şahid X10 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt maşınla o ərazidən keçirdi. Hadisə baş verdiyini görüb oraya yaxınlaşmışdır. X2 tanımırdı. Sadəcə olaraq Binəqədi rayon Polis İdarəsində işləyən bəzi müstəntiqlərlə tanışlığı olduğu üçün müstəntiqin ondan hal şahidi olması xahişini qəbul etmişdir. Əvvəllər heç bir işdə hal şahidi qismində də iştirak etməmişdir. Hadisə yerində iştirak edəndə gecə yarısı idi, təxminən 10-11 radələri olardı. Orada ona sonradan bildirdilər ki, yol-nəqliyyat hadisəsi baş verib, o, isə hal şahidi olduğu üçün protokolu imzalamalıdır. Lakin, polis işçilərinin orada nə işlə məşğul olduqlarını bilmədi, ona heç nə demədilər. Həmçinin hər hansısa ərazinin ölçülməsində iştirak etməmişdir. Hadisənin yolun sağında ya solunda baş verdiyini bilməmişdir. Orada olan zaman yolun ölçülməsinin şahidi olmamışdır. Ancaq polislərin kiminləsə danışmaqlarını, nə isə müzakirə etdiklərini görmüşdür. Başqa heç nə görməmişdir. Hava normal idi, yağmurlu deyildi. Amma o, qol çəkəndə yol işıqlı idi. Polis maşının yanında kağızı maşının kopotu üzərində qoyub ayaq üstə qol çəkmişdir protokola. Yol işıqlı idi deyə aydın görürdü imzaladığı kağızı. Cəmi 2 vərəqə qol çəkmişdir. Hər iki vərəqdə kağızın aşağı hissəsində qol çəkmişdi. O biri hal şahidini isə tanımırdı onda, birinci dəfə hadisə yerində görmüşdür onu. Kamilin oraya necə gəldiyini, onun protokola necə, hansı vəziyyətdə qol çəkdiyini görməmişdir. O özü qol çəkəndə protokolda başqasının imzasını görməmişdir. Protokolu qol çəkəndə oxusa da, indi yadında qalan protokolda hadisənin gedişatının yazılması olmuşdur. Lakin orada yazılanlar indi tam dəqiqliklə yadında qalmayıb. Baş vermiş hadisə ilə bağlı heç nə görməmişdir. Həmçinin meyiti, yük maşınını və ölənin qadın ya kişi olduğunu bilməmişdir. Məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq edilmiş birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, “Kamaz” yük markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşını bir il olar tanışı X3 almış və pulunu vermişdir. Lakin sənədləşmə işi aparılmadığı üçün avtomaşın Adil Xıdırovun adında qalmışdır.Həmin avtomaşını etibarnamə ilə Təqsirləndirilən şəxs vermişlər. Eldar da həmin avtomaşınla yük daşımışdır. xx xxxxxx 2018-ci ildə Eldar həmin avtomaşınla Bakı şəhərinə kərpic aparmış və avtomaşını kərpic apardığı yerdə saxlamışdır. xx xxxxxx 2018-ci ildə Eldara avtomaşını gətirməyə bildirmişdir. xx xxxxxx 2018-ci ildə səhər saat 08 radələrində Eldardan telefonla avtomaşını gətirib-gətirmədiyini soruşduqda, Eldar avtomaşını Xırdalanda saxladığını bildirmişdir. Ondan sonra Eldara zəng edərkən onun telefonuna zəng çatmamışdır. Ona görə də o, Eldarın qardaşı İsrafilə zəng etmiş, İsrafil isə Eldarın xx xxxxxx 2018-ci ildə axşam Bakı-Sumqayıt şosesində avtomaşınla adam vurduğu üçün Binəqədi rayon Polis İdarəsində saxlandığını ona bildirmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomaşına ziyan dəymədiyi üçün onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci ildə, saat 21 radələrində özünə məxsus “Land Rover” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Sumqayıt şosesi ilə Xırdalan şəhərində yerləşən evinə gedərkən Beynəlxalq avtovağzalın yanında səkinin qırağında yolun işlək hissəsində bir kişinin uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. O, elə hesab etmişdir ki, həmin şəxs içkili olduğu üçün yolda uzanıqlı vəziyyətdə qalmışdır. Ona görə özünə məxsus mobil telefonla DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi barədə onun heç bir məlumatı olmamış, polis orqanlarına çağırıldıqdan sonra ona məlum olmuşdur ki, həmin şəxsi avtomobil vurmuşdur. İbtidai istintaq zamanı ifadəsi alınmış Şahid1 məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, xx xxxxxx 2018-ci ildə, saat 20 radələrində Bakı-Sumqayıt şosesi ilə Sumqayıt istiqamətində gedərkən idarə etdiyi H013453 dövlət qeydiyyat nişanlı yük avtomaşınında nasazlıq yaranmış və avtomaşını sakit sürətlə hərəkət etdirmişdir. Həmin vaxt kərpic zavodundan tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla onun avtomaşınını ötüb keçərək getmişdir. Beynəlxalq Avtovağzal istiqamətinə çatan zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz” markalı avtomaşının yolun sağ kənarında dayandığını görmüşdür. O, idarə etdiyi avtomaşını “Kamaz” markalı avtomaşının arxasında saxlayan zaman həmin avtomaşından təxminən 15 metr arxada yolun sağ kənarında bir piyada kişinin asfalt üzərinə uzandığını görmüşdür. Həmin şəxsin sərxoş olduğunu fikirləşmişdir. O, avtomaşını saxlayıb Təqsirləndirilən şəxsla görüşmüş və Eldar ondan avtomaşını nə üçün sakit idarə etdiyini soruşduqda o, avtomaşının nasaz olduğunu bildirmişdir. Sonra avtomaşını sürüb getmişdir. Həmin yolda olan şəxs barəsində Eldara deməmişdir. Həmin şəxsin avtomaşınla vurulmasını bilməmişdir. Səhəri gün Eldarın avtomaşınla həmin şəxsi vurduğunu eşitmişdir. İş materiallarında olan, xx xxxxxx 2018-ci il tarixli cinayət işinin başlanılması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ölməsi faktı əsasında Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan, xx xxxxxx 2018-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı-Sumqayıt şosesində Bakı Beynəlxalq Avtovağzalı körpüsünün üstü Sumqayıt istiqamətində olan yola baxış keçirilmiş və hadisənin həmin yerdə olması müəyyən edilmişdir. İş materiallarında olan, xx xxxxxx 2018-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, xx xxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. İş materiallarında olan, xx xxxxxx 2018-ci il tarixli, 2/1535 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqol sərxoşluğu yoxdur. İş materiallarında olan, xx xxxxxx 2018-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan görünür ki, hadisə Bakı-Sumqayıt şosesinin 7,5-ci kilometrliyində baş vermiş, piyada hadisənin baş verdiyi nöqtəyə qədər 9,17 metr hərəkət etmişdir. İş materiallarında olan, xx xxxxxx 2018-ci il tarixli məhkəmə-avtotexniki ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, Binəqədi rayon X11 Şöbəsinin müstəntiqi, polis baş leytenantı İbrahim Vəliyev ********* nömrəli cinayət işi üzrə məhkəmə-avtotexniki ekspertizası təyin etmiş, ekspertiza qarşısında “Kamaz” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əməlində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluğun və sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olub-olmaması” barədə suallar qoymuşdur. Həmçinin həmin məhkəmə- avtotexniki ekspertizası təyin edilməsi haqqında qərarından müəyyən olunur ki, faktla bağlı aparılan araşdırma zamanı hadisə yerində yolun ümumi eni 26 metr olmaqla, yolda avtomobillərin hərəkəti iki tərəflidir, yolun ortasında beton arakəsmə ilə əhatə edilmiş ayırıcı hissə vardır. Yolun səthi asfalt örtüklü, düz və hadisə günü hava şəraiti küləkli olmuş, yoxuşsuzdur, yolun görünüş dairəsi kifayət qədərdir. Yolun eyni istiqamətli hərəkət hissəsinin eni 13 metr, 1-ci və 2-ci hərəkət zolaqlarının eni 3 metr, 3-cü hərəkət zolağının eni 7 metrdir. Hadisə yerində piyadanın vurulma nöqtəsindən sonra 5 metr uzunluğunda tormoz izi müəyyən edilmişdir. Sürücü Təqsirləndirilən şəxs təhlükəli an piyada xx xxxx 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 yolun ortasında olan ayırıcı zolaqdan hərəkət hissəsinə daxil olduğu andan yaranmış və həmin andan vurulma yerinə kimi piyada adi qaçışla 9,17 metr məsafə qət etmişdir. Piyadanın vurulma yeri yolun sağ kənarından sola istiqamətdə 3,83 metrlikdə yerləşir. Piyadanı vuran ana qədər sürücü tormozlama əməliyyatı aparmamışdır. Piyadanın adi qaçışla hərəkət surətinin orta həddi piyadaların hərəkət surətləri cədvəlindən qəbul edilmişdir. Sürücü avtomobili saatda 50-60 km/saat sürətlə hərəkət etdirmişdir. İş materiallarında olan, xx xxxxxx 2018-ci il tarixli Məhkəmə Ekspertizası Mərkəzinin 3357 nömrəli rəyindən görünür ki, “Kamaz” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra hadisə yerindən qaçdığından, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan, xx xxxxxx 2018-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan, xx xxxxxx 2018-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstəmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə saat 20 radələrində Bakı-Sumqayıt şosesi istiqamətində yolun sağ tərəfində avtomobili 50-60 km/saat sürətlə idarə edən zaman Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə paralel olan körpüyə çatmamış hiss etmişdir ki, soldan sağa nə isə keçmiş və onun avtomobilinə dəymişdir. Bundan sonra avtomobili təxminən 15 metr aralı məsafədə saxlamış, avtomobildə və ətrafda heç nəyin olmadığına baxıb yoluna davam etmişdir. İş materiallarında olan, xx xxxxxx 2018-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan, xx xxxxxx 2018-ci il tarixli Məhkəmə Tibbi Ekspertizasının 22 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı başın sağ təpə-ənsə nahiyyəsinin yumuşaq toxumalarına qansızıma,sağ təpə sümüyünün arxa hissəsinin bir nöqtədən çıxan 4 sınıq xətti (3.0sm, 2.0sm,7.0sm və 5,2sm) və sağ təpəənsə tikişinin aralanması, baş beyinin sağ təpə payının (7,0x4,5sm) və sol alın payının (3,0x3,5sm) yumuşaq qişaları altına və toxunmasına qansızmalar,sağ tərəfdən ll-Vİİİ qabırğaların kürək xətti üzrə sınıqları, sağ ağ ciyərin toxumasına qansızmalar, sol tərəfdən İİİ- İV qabırğaların fəqərəyəm xətt üzrə sınıqları, V bel fəqərəsinin sağ yan çıxıntısının sınığı, sağ böyrəkətrafı piy toxumasına qansızma, sağ tərəfdən qasıq və oturaq sümüklərinin sınığı, oma sümüyünün sağ kənarının sınığı,qasıq birləşməsinin (simfizin) aralanması, çanaq nahiyyəsində iri ölçülü peritonarxası hematoma, periton boşluğuna qan yığılması,sağ sağrının aşağı bayır kvadratının qançırı. Sol təpə nahiyyəsinin iki ədəd , ənsə qabari nahiyyəsinin bir ədəd sıyrıqları, başın sol təpə nahiyyəsinin yumuşaq toxumalarına qansızma, sol təpə sümüyünün arxa hissəsinin bir nöqtədən çıxan 3 sınıq xətti (1,7sm,2,0sm və 23,5 sm), sınıq xətlərindən ikisi sol təpə sümüyündə qurtaran, 3-cü sınıq xətti isə sol təpə-ənsə tikişinin aralanması ilə davam edərək sol gicgah sümüyü piramidindən keçən və sol orta kəllə çuxurunda başa çatan, baş beyinin sol təpə payının (5,0x4,0sm) və sağ alın payının (10,0x7,0sm) yumuşaq qişaları altına və toxumasına qansızmalar. Alın nahiyyəsinin, sol qaşüstü nahiyyənin və sol qaşın tış ucunun, sol gözün iç və tış bucaqlarının, burunun, sol almacıq-yanaq nahiyyəsinin, üzün və üst dodağın sol yarsının, ağızın sol bucağının, hər iki əlin və əl barmaqlarının arxa səthlərinin çoxsaylı sıyrıqları aşkar edilmişdir. Həmin xəsarətlər həyatidirlər, xx xxxxxx 2018-ci ildə saat 22.25-də xəstəxanaya gətirilməsindən az əvvəl küt əşyaların təsirindən əmələ gəlmişdirlər. Dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən həmin xəsarətlər onu vaqon tipli nəqliyyat vasitəsinin (avtobus, “Kamaz” markalı avtomaşının və s.) vurulması nəticəsində əmələ gələ bilərdilər.Həmin xəsarətlər hərəkətdə olan avtomaşının hissələri ilə ilkin zərbə Zərərçəkmiş şəxs1 başının və gövdəsinin sağ yarsının arxa səthinə yetirilmiş, bundan sonra Zərərçəkmiş şəxs1 yıxılmış və onu başının sol təpə ənsə nahiyyəsi zərblə yerin (asfaltın) bərk səthinə dəymişdir, daha sonra avtomobilin vurması nəticəsində sürət verilmiş Zərərçəkmiş şəxs1 bədəni sürüşərək yerin (asfaltın) üzərinə sürtünmüşdür. Həmin xəsarətlərin Zərərçəkmiş şəxs1 özü tərəfindən yetirilməsi qeyri mümkündür. Zərərçəkmiş şəxs1 ölümünə səbəb kəllə qapağı və əsası sümüklərinin sınıqları nəticəsində beyin qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar olmuşdur. Zərərçəkmiş şəxs1 ölümü ilə aldığı xəsarətlər arasında birbaşa səbəbli əlaqə vardır. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar edilməmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx xxxxx 2018-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxsəvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN DYPİ-nin RQİB tərəfindən verilmiş AB 123859 nömrəli sürücülük vəsiqəsindən görünür ki, xx xxxx 1971-ci ildə Gədəbəy rayonunda doğulmuş Təqsirləndirilən şəxs xx xxxxxx 2008-ci il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və həmin sürücülük vəsiqəsi xx xxxxxx 2018-ci il tarixədək etibarlıdır. İş materiallarında olan, xx xxxxx 2018-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında protokoldan görünür ki, X4 məxsus “Kamaz 53212” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sürücü Təqsirləndirilən şəxs tərəfindən piyadanın vurulması ilə əlaqədar həmin avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin şinlərinin ölçüləri, şinlərin vəziyyəti, sükan və idarə sisteminin vəziyyəti, tormoz sisteminin vəziyyəti, işıq sisteminin vəziyyəti, hər təkərin şinində havanın təzyiqi normal olmuş, şinlərin proyektorunun kontoru adi, nəqliyyat vasitəsinin yüklülük dərəcəsi isə yüksək olmuşdur. Avtomobildə-qabaqda kobinanın sağ tərəfində əzik, geriyə batıqlar, qabaq buferin sağ tərəfi isə geriyə əyilmişdir. İş materiallarında olan, xx xxx 2018-ci il tarixli Məhkəmə Ekspertizası Mərkəzinin 11749\50\51 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus geyim əşyaları üzərində avtonəqliyyata aid lak-boya sürtünməsi qatı və ya mikrohissəcikləri aşkar olunmamışdır. “Kamaz” yük markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sağ yan hissəsindən tapılmış qara rəngli polyestr liflər Zərərçəkmiş şəxs1 məxsus olması qeyd edilən geyim əşyalarından şalvarının tərkib liflərinə uyğun gəlir. “Kamaz” yük markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərində (bamperində, qabaq detalında, oblisovkada) olan zədələr, izlər öz formasına, morfoloji quruluşuna, xarakterinə və s. əlamətlərinə görə hər hansı sərtliyi bərk olmayan predmetlə kontaktda olması, dəyməsi, o cümlədən piyadanın vurulması nəticəsində yaranmağa xarakterikdir. “Kamaz” yük markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərində zədə olan detallarda təmir işləri aparılmamışdır. Təqdim olunmuş geyim paltarları (gödəkçənin, şalvarın) üzərində olan zədələr, izlər öz formasına, quruluşuna,xarakterinə və s. əlamətlərinə görə hər hansı bərk (küt) predmetlə kontaktda olması, ilişməsi,sürtünməsi, o cümlədən nəqliyyat vasitəsinin vurması, vurub atması nəticəsində yaranması mümkündür.Təqdim olunmuş geyim əşyalarının üzərində nəqliyyat vasitələrinə məxsus təkər şininin protektor naxış izləri aşkar olunmamışdır. İş materiallarında olan, xx xxxx 2018-ci il tarixli Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 206/KEŞ rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi və mütəxəssis-oftalmoloqun müayinələrinə əsasən onda sağ gözdə görmə itiliyi 0,8-0,9, sol gözdə isə 0 (sıfır) olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sol gözündə görmə itiliyinin tam itməsi postravmatik subatrofiya ilə əlaqədar olaraq onun ümumi əmək qabiliyyətinin 35% itirilməsinə səbəb olmuşdur. Bu da sağlamlığa zərərvurmanın dərəcəsinə görə sağlamlığa Ağır zərərvurma kimi qiymətləndirilmişdir. İş materiallarında olan, xx xxxx 2018-ci il tarixli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X5 və İşıqlandırılması” MMC-nin məktubundan görünür ki, xx xxxxxx 2018-ci il tarixdə hava qaralan vaxtdan (təqribən 18:00-dan) başlayaraq səhər hava açılana kimi, eyni zamanda saat 19:00-dan 21:00-a qədər Bakı-Sumqayıt şosesinin 7,5 km-də yol-işıqlandırma sistemi (avtomatik qoşulma-açılma qurğulu) işləmiş, yolun işıqları qoşulu (yanılı) vəziyyətdə olmuşdur. İş materiallarında olan, xx xxxx 2018-ci il tarixli baxış protokolundan və iş materiallarına əlavə edilmiş diskdən X8 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx xxxxxx 2018ci il tarixdə müəyyən danışıqlar aparılması və həmin danışıqların əhatə dairəsinin Xırdalan şəhərində olması müəyyən edilmişdir. İş materiallarında olan, xx xxxx 2019-cu il tarixli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məktubundan görünür ki, Bakı-Sumqayıt şosesinin 7,5 kilometrliyində maillik dərəcəsi 4 % (40%) təşkil edir. Hadisənin baş vermə mexanizmi dəyişdiyindən və ibtidai istintaq orqanı hadisənin baş verdiyi yerin, yəni Bakı-Sumqayıt şosesinin 7,5 kilometrliyində yolun maillik dərəcəsi 4 % (40%) təşkil etməsi nəzərə alınmadığından məhkəmə tərəfindən təkrar komisyon məhkəməyol nəqliyyat hadisələri ekspertizası təyin olunmuş və həmin qərar əsasında verilmiş xx xxx 2019-cu il tarixli Məhkəmə Ekspertizası Mərkəzinin 11624 nömrəli rəyindən görünür ki, məhkəmə tərəfindən qərarda göstərildiyi kimi, hadisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə baş verməsi şəraitində “Kamaz-53212” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Sürücü Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra hadisə yerindən qaçdığından onun hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Hadisənin istintaq tərəfindən müəyyən edildiyi mexanizm üzrə baş verməsi şəraitində (yolun enişlik dərəcəsi nəzərə alınmaqla) Kamaz-53212 markal ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50 maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra hadisə yerindən qaçdığından onun hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 4/862 nömrəli xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 5-ci və 6-cı vərəqələrində olan xx xxxxxx 2018-ci il tarixli baxış keçirilməsi haqqında protokolun 1-ci vərəqinin orta hissəsində “R.Q.Əhədov” yazılarının qarşısında olan imza, 1-ci vərəqin aşağı hissəsində solda 3-cü imza - X13 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 5-ci və 6-cı vərəqələrində olan xx xxxxxx 2018-ci il tarixli baxış keçirilməsi haqqında protokolun 1-ci vərəqinin orta hissəsində “İ.Ç.Babazadə” yazılarının qarşısında olan imza, 1-ci vərəqin aşağı hissəsində soldan sağa 2-ci imza və 2-ci vərəqənin aşağı hissəsində “İ.Ç.Babazadə” yazılarının qarşısında olan imza X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası iş üzrə mövcud olan bütün sübutlara bir-biri ilə müqayisəli şəkildə cəm halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ittiham sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Şəxsi yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqda təqsirli hesab edərkən məhkəmə öz hökmündə təqsirkarın məhz hansı qaydaları pozmuş olduğunu və bu pozuntunun konkret şəkildə nədə ifadə olunduğunu göstərməlidir. Yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu müəyyən olunmalıdır. Yol nəqliyyat hadisəsinin iştirakçısı olub-olmamasından asılı olmayaraq, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmayan, lakin yol nəqliyyat hasdisəsi yerindən qaçıb gedən nəqliyyat vasitəsini idarə edən şəxsin əməlinə Cinayət Məcəlləsinin 264-cü maddəsi şamil olunmur. Həmçinin yol nəqliyyat hadisələri araşdırılarkən sürücü tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulub-pozulmaması hallarına dair suallara cavab tapmaq məqsədi ilə məhkəmə yol-nəqliyyat, avtotexniki və başqa ekspertizalar təyin olunur ki, həmin ekspertizalarla sürücünün hadisənin qarşısını almağa texniki cəhətdən imkanının olub-olmadığı, zərurət olduqda təxmini hərəkət surəti, hərəkət istiqamətini hadisənin mexanizmi ilə bağlı başqa məsələlər, eləcə də konkret nəqliyyat vasitəsinin təchizatı ilə bağlı qüsurların olub-olmadığını müəyyən etmək mümkün olsun. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Həmçinin həmin qərarda göstərilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19-cu bəndində qeyd edilimişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının rəyi əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqqında sualların qoyulması məhkəmələrə tövsiyə edilir. Cinayət Prosessual Məcəllənin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin qərarın 20-ci bəndində qeyd edilimişdir ki, Cinayət Məcəlləsinin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirməsindən sonra verilə bilər. “Məhkəmə hökmü haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarında göstərmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Sözügedən plenum qərarından göründüyü kimi, hər hansı bir sübutun qəbul edilməsi əsaslı şübhə yaratmamalıdır. Əgər sübutlar əsaslı şübhə yaradırsa, bu təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsi və həmin ifadənin yerində yoxlanılması, hadisə yerinə baxış protokolları ilə hadisənin baş vermə mexanizmi müəyyən edilib müvafiq ekspertiza təyin edilmiş və həmin ekspert rəyi sübut qismində qiymətləndirilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə ittiham elan edilmişdir. İbtidai istintaq orqanı qeyd edilən hadisənin baş verməsini yalnız yuxarıda göstərilən sübutlarla əsaslandırmışdır. Lakin ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törətməsi mexanizmini təsdiq edən digər sübutlar toplanılmamış, eləcə də məhkəmə istintaqı zamanı dövlət ittihamçısı tərəfindən ibtidai istintaq orqanının hadisənin baş vermə mexanizmi ilə bağlı gəldiyi nəticəni təsdiq edən sübutlar təqdim edilməmişdir. Bir sözlə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsinin mexanizmi yalnız onun özünün ifadəsi əsasında qurulmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsində araşdırması zamanı Təqsirləndirilən şəxs ifadə verərək ibtidai istintaq zamanı hadisənin baş vermə mexanizmini yanlış bildirdirərək hadisənin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi kimi olmasını bildirmişdir. Bunun əsasında təkrar komisyon məhkəmə-yol nəqliyyat hadisələri eskpertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli rəyindən müəyyən olunmuşdur ki, hadisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə baş verməsi şəraitində “Kamaz-53212” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Habelə hadisənin istintaq tərəfindən müəyyən edildiyi mexanizm üzrə baş verməsi şəraitində (yolun enişlik dərəcəsi nəzərə alınmaqla) “Kamaz-53212” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50 maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini və hadisənin onun ifadəsində göstərdiyi mexanizm üzrə baş verməsini təsdiq edən Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli rəyini məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş iş materiallarında olan sübutlarla təhlil və bir-biri ilə müqayisə edib, əldə olunmuş sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək hesab edir ki, hadisənin baş vermə mexanizmi ilə bağlı yaranmış şübhələri aradan qaldıran sübutlar ibtidai istintaq orqanı tərəfindən toplanılmamış, eləcə də məhkəmə istintaqı zamanı dövlət ittihamçısı tərəfindən ibtidai istintaq orqanının hadisənin baş vermə mexanizmi ilə bağlı gəldiyi nəticəni təsdiq edən sübutlar təqdim edilməmişdir. Bundan başqa apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyindən də göründüyü kimi hadisə yerinə baxış protokolundakı imzalar hal şahidləri tərəfindən icra edilməmişdir. Bu da ki, hadisə yerinə baxış protokolunun prosessual pozuntularla tərtib edildiyindən sübut kimi qəbul edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə isə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 351.2-ci maddəsinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahına əsasən «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». X14 Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərar; De.Cubber Belçikaya qarşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir». Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» xx xxx 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Məhkəmə kollegiyası qeyd olunan normalara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə bəraət verilməsinə dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü isə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara alır: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə bəraət verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü verilmiş apellyasiya protesti və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: Əli Seyfəliyev Rəşad Abdulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar