Məhkəmə qərarları › İş №1(103)-188/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-188/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-188/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Əhmədovun sədrliyi və məruzəsi ilə, X5 Şirinovdan və İbrahim Adil oğlu İbrahimlidən ibarət tərkibdə, Altay Eldəniz oğlu Səfərəliyevin katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya Məhkəmələrində X6 Şöbəsinin prokuroru X4, Zərər çəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs3 nümaynədəsi-müdafiəçisi Müdafiəçi1, Məhkum Təqsirləndirilən şəxs2, müdafiəçiləri X7 və X11 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 1976-cı il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan və iki yetkinlik yaşına çatmış uşağı olan, orta təhsilli, lombard fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış,ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş,hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə, xx xxxxxxx 1994-cü il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3vanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmalarına dair 10 oktyabr 2022-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 21 may 2021-ci il il tarixdən hesab edilməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 29 iyul 2022-ci il tarixdən hesab edilməsi, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması,iş üzrə maddi sübut Təqsirləndirilən şəxs2 təqdim etdiyi səs yazısına dair bir ədəd CD diskin, telefon danışıqlarına dair "xxxx" və "xxxx" MMC-dən alınmış iki ədəd CD diskin, Zərərçəkmiş şəxs1 təqdim etdiyi səs yazısına dair bir ədəd CD diskin, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd qızılların siyahısının cinayət işinin materiallarında saxlanılması, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 360 (üç yüz altmış) manat məbləğində vəsaitin, Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilməsi,həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi3 ödənilməsinin Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilməsi,mülki iddianın təmin edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada 25000 manat məbləğində maddi ziyanın və 165 manat məbləğində dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs3 ödənilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsi məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib müdiri olduğu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 29 ünvanında yerləşən lombardda Şahid4 məxsus külli miqdarda qızılın olması, həmin qızılların lombarddan çıxarılması üçün tərəfindən ödənişlər olduğu halda Nailə Xanmmədovanın iştirakı ilə qızılları ona verəcəyinə dair yalan vəd verib aldadaraq bir neçə dəfə qeyd edilən üsulla pul alıb qızılın lombarddan girovdan çıxarmasını təmin edib özünə inam yaradaraq özünü etibarlı tərəfdaş kimi göstərməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan yalan vəd verib işlədiyi Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti, 29 ünvanında yerləşən lombardda Şahid4 məxsus olan qızıllara dair ödəniş cədvəlini təqdim edib qeyd edilən cədvəl üzrə həmin lombardda olan qızılın girovdan çıxarılması üçün Zərərçəkmiş şəxs1 2018-ci ilin avqust ayının ilk on günlüyündə işlədiyi lombardda Şahid4 vasitəsi ilə 2000 manat, 2018-ci ilin avqust ayının ortalarında lombardda olan qızıllara dair ödəniş cədvəlini təqdim edib qeyd edilən cədvəl üzrə həmin lombardda olan qızılın çıxarılması üçün Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 7 ünvanında yerləşən “Yaşıl bazarda” 11600 manat, 2018-ci ilin avqust ayının ortalarında sonra ödənişi olub lombarddan çıxarılmalı olan qızılı təqdim etdiyi cədvəl üzrə daha dəyərli qızılla əvəzləşdirməsi adı ilə “Yaşıl bazarda” 6500 manat, 2018-ci ilin avqust ayının sonlarında işlədiyi lombardda 1800 manat, 2018-ci ilin avqust ayının sonlarında həmin qızılların girovdan çıxarılması üçün tələb olunan həmin vaxtadək ödənməmiş faiz borcları adı ilə işlədiyi lombardda 1700 manat, 2019-cu ilin yanvar ayının əvvəllərində işlədiyi lombarda eyni adla 5000 manat pul alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə 28600 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs2 məxsus guya 6800 manat dəyərində qızıl-zinət əşyalarının ona məxsus lombardda girovda olmasına dair həqiqətə uyğun olmayan məlumatlar daxil etməklə 26 noyabr 2020-ci il tarixdə girov bileti tərtib edərək sonuncuya vermişdir. Qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 qeyd olunan tarixdə həmin girov biletini ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Qarant” lombardın müdürü Şahid1 təqdim edərək yalandan özünə məxsus qızılların Təqsirləndirilən şəxs1 aid lombardda girovda olmasını, faizi yüksək olduğuna görə həmin qızılları girovdan çıxarıb “Qarant” lombardda girov qoymaqla aylıq ödənişləri verməyi vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Şahid1 işçisi, cinayətə aidiyyəti olmayan Şahid2 vasitəsilə göndərdiyi 6800 manat pulu Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti, 29 ünvanında yerləşən lombardın qarşısında Təqsirləndirilən şəxs2 vasitəsilə qəbul edib sonuncu ilə öz aralarında bölüb ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs2 bacısı, cinayətə heç bir aidiyyəti olmayan X10 aid guya 10200 manat dəyərində qızıl-zinət əşyalarının ona məxsus lombardda girovda olmasına dair həqiqətə uyğun olmayan məlumatlar daxil etməklə 02 dekabr 2020-ci il tarixdə girov bileti tərtib edərək Təqsirləndirilən şəxs2 vermişdir. Qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 qeyd olunan tarixdə həmin girov biletini ünvan 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Qarant” lombardın müdürü Şahid1 təqdim edərək yalandan özünə məxsus qızılların Təqsirləndirilən şəxs1 aid lombardda girovda olmasını, faizi yüksək olduğuna görə həmin qızılları girovdan çıxarıb “Qarant” lombardda girov qoymaqla aylıq ödənişləri verməyi vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Şahid1 Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin tarixdə Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti, 29 ünvanında yerləşən lombarda olan zaman öz növbəsində yalandan Təqsirləndirilən şəxs2 məxsus 10200 manat dəyərində qızılların ona məxsus lombardda girovda olmasını, 10200 manat pul ödənildiyi təqdirdə həmin qiymətdə qızılların, həmçinin bundan əvvəl ona ödənilmiş 6800 manat pulun müqabilində qızılların bir gün sonra verəcəyini Şahid1 bildirməklə sonuncunu aldadaraq özünə inandırdıqdan sonra Şahid1 10200 manat pulu alıb Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs2 məxsus 8000 manat dəyərində qızıl-zinət əşyalarının ona məxsus lombardda girovda olmasına dair həqiqətə uyğun olmayan məlumatlar daxil etməklə girov bileti tərtib edərək Təqsirləndirilən şəxs2 vermişdir.Qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 2020-ci ilin dekabr ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda həmin girov biletini "xxxx" ASC-nin ünvan 9 ünvanında yerləşən filialın müdürü Zərərçəkmiş şəxs4 təqdim edərək yalandan özünə məxsus qızılların Təqsirləndirilən şəxs1 aid lombardda girovda olmasını, faizi yüksək olduğuna görə həmin qızılları girovdan çıxarıb "xxxx" ASC-nin Bakıxanov filialında girov qoymaqla aylıq ödənişləri verməyi vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra onunla vahid niyyətlə hərəkət edən Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs4 8000 manat pulu alıb ələ keçirməklə sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs2 məxsus guya 25700 manat dəyərində qızıl-zinət əşyalarının ona məxsus lombardda girovda olmasına dair həqiqətə uyğun olmayan məlumatlar daxil etməklə 17 dekabr 2020-ci il tarixdə iki ədəd girov bileti tərtib edərək sonuncuya vermişdir. Qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 qeyd olunan tarixdə həmin girov biletlərini ünvan 10 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus “Lombardcini” adlı lombardın müdürü X8 təqdim edərək yalandan özünə məxsus qızılların Təqsirləndirilən şəxs1 aid lombardda girovda olmasını, faizi yüksək olduğuna görə həmin qızılları girovdan çıxarıb “Lombardcini” lombardında girov qoymaqla aylıq ödənişləri verməyi vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra X20 İsmayılzadənin tapşırığı ilə onunla birlikdə Təqsirləndirilən şəxs1 məxsus ünvan 11 ünvanında yerləşən lombarda getmiş, Təqsirləndirilən şəxs1 da öz növbəsində girov biletlərində göstərilən dəyərdə qızılların ona məxsus lombardda girovda olmasını yalandan təsdiqlədikdən sonra Fəzayıl Nəbiyevdən 25000 manat pulu alıb Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb ələ keçirməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü ilə iki il altı ay müddətinə məhkum edildiyini, lakin bu cəza ilə razı olmadığını, məhkəmə ona cəza təyin edərkən səhhətini, şəxsiyyətini və ilk dəfə cinayət törətməsini nəzərə almamışdır.Ona görə də apellyasiya şikayətinin təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edərək, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan digər cəza növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs2, müdafiəçiləri X13 və X18 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkum Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməklə əməlindən səmimi peşmançılıq hissi keçirməsini, islah yoluna qədəm qoymasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ağır ailə vəziyyətini, ailəsinin yeganə qazanc gətirən üzvü olmasını, qadın olmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 dəymiş ziyanın tam şəkildə ödənilməsini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təyin edilmiş cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmalarına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunaraq, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli,1(003)-36/2022 saylı hökmünün əsassız və qanunsuz olduğundan məhkum Təqsirləndirilən şəxs2 münasibətdə ləğv edilərək, Təqsirləndirilən şəxs2 cəzasının yüngülləşdirilməsi barədə ədalətli və humanist qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında zərər çəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs3 nümayəndəsi-müdafiəçisi Müdafiəçi1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmalarına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi və iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli,1(003)- 36/2022 saylı hökmünün məhkum Təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya Məhkəmələrində X6 Şöbəsinin prokuroru X9 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməsi özünün ifadəsi, zərər çəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir.Ona görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmalarına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi və iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli,1(003)-36/2022 saylı hökmünün məhkum Təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb tərəflərin hər birinin ayrı-ayrılıqda çıxışlarını dinləyərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 1(003)-36/2022 saylı hökmü məhkum Təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilmədən saxlanılmalı, məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan səs yazılarına baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 sonuncuya məxsus qızıl-zinət əşyalarının guya ona məxsus lombardda olmasına dair həqiqətə uyğun olmayan girov biletləri verir, bu girov biletlərini əvvəlcədən razılaşdıqları kimi Sevda “Lombardcini” adlı lombardın işçilərinə göstərməklə qızıllarının Elçinin lombarddında girovda olması barədə yalnış məlumat verir və “Lombardicini” lombardı Sevdanın qızıllarının girovdan çıxarmaq üçün Elçinə pul verir. Elçin də, pulu Sevda ilə bölüşdürür. “Lombardcini” lombardın müdüriyyəti Sevda və Elçin barəsində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdikdən sonra sonuncuları həmin baş idarəyə dəvət olunurlar. Sevda da, baş idarəyə getməmişdən əvvəl Elçinlə necə izahat verməyi barədə məsləhətləşir. Sevda Elçindən soruşur ki, “ əgər müstəntiq məndən soruşsa ki, qızılları Elçindən götürmüşdünsə bəs niyə lombardciniyə təhvil vermədin”. Elçin də, ona deyir ki, deyərsən ki, qızılları götürdükdən sonra avtobusda oğurladılar və ya itirdin. Birinci instansiya məhkəməsi toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmış Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında olan SMS mətnləri, səs yazısı olan CD disk və iş materiallarına əsasən özünü müdafiə və cazadan boyun qaçırması kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini qismən etiraf etməsini, ilk dəfə az ağır cinayət törətməsini, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəməsini, ziyanı ödənilmiş zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmadığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 21 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 2 ay 13 gün müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 21 may 2021-ci il tarixdən hesab olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 29 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 29 iyul 2022-ci il tarixdə Xətai rayonu ərazisində saxlanaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 03 avqust 2022-ci il tarixli məktubundan görünür ki, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 29 iyul 2022-ci il tarixdə Xəzər RPİnin əməkdaşları tərəfindən tutularaq 30 iyul 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 29 iyul 2022-ci il tarixdən hesab olunmalıdır.Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4- cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə mütəxəssis rəyi alınması qərara alınaraq mütəxəssis qarşısında - xx xxxxxxx 1994-cü ildə Tərtər rayonunda anadan olmuş, ünvan 12 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 hal-hazırda hamilədir ya yox, hamilədirsə neçə həftəlik hamilədir, onun və dölün vəziyyətinin necə olması sualı qoyulmuş və mütəxəssis rəyinin verilməsi Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 12 ünvanı üzrə qadın məsləhətxanasına həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntqi Toğrul Hüseynovun 30 oktyabr 2021-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi səs yazısına dair bir ədəd CD disk, telefon danışıqlarına dair "xxxx" və "xxxx" MMC-dən alınmış iki ədəd CD disk, Zərərçəkmiş şəxs1 təqdim etdiyi səs yazısına dair bir ədəd CD disk, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd qızılların siyahısı maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs2 təqdim etdiyi səs yazısına dair bir ədəd CD disk, telefon danışıqlarına dair "xxxx" və "xxxx" MMCdən alınmış iki ədəd CD disk, Zərərçəkmiş şəxs1 təqdim etdiyi səs yazısına dair bir ədəd CD disk, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd qızılların siyahısı cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışlar. Eyni zamanda zərərçəkmiş şəxslər məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişlər. Azərbaycan Respublikasının Cinayət Prosessal Məcəllsinin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada onun xeyrinə 25000 manat məbləğində maddi ziyanın və 165 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərarı ilə mülki iddia ərizəsi icraata götürülmüş, Zərərçəkmiş şəxs3 mülki iddiaçı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mülki cavabdeh qismində tanınmışlar. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Zərərçəkmiş şəxs3 25000 manat məbləğində maddi ziyan dəyməsi iş materialları əsasında sübuta yetirilir, bu səbəbdən də mülki iddia təmin olunaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada 25000 manat məbləğində maddi ziyan və 165 manat məbləğində dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs3 ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 İdarəsi tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, xx xxxxxx 1976-cı ildə Abşeron rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 İdarəsi tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxxx 1994-cü ildə Tərtər rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasınn Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə mütəxəssis rəyi alınması qərara alınaraq mütəxəssis qarşısında - xx xxxxxxx 1994-cü ildə Tərtər rayonunda anadan olmuş, ünvan 12 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 hal-hazırda hamilədir ya yox, hamilədirsə neçə həftəlik hamilədir, onun və dölün vəziyyətinin necə olması sualı qoyulmuş və mütəxəssis rəyinin verilməsi Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 12 ünvanı üzrə qadın məsləhətxanasına həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri idarəetmə birliyi” Publik hüquqi şəxsi “Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxsi “10 nömrəli qadın məsləhətxanasının” 23 iyun 2022-ci il tarixli, 67 nömrəli məktubundan görünür ki, ünvan 12 ünvanı yoxdur. Təqsirləndirilən şəxs2 barəsində 24 may 2022-ci il tarixində 7 saylı X23 Stansiyası tərəfindən məlumat verilmiş və sahə həkimi S.Məmmədova tərəfindən yaşadığı ünvan 13 ünvanına aktiv patronaj olunub. Aktiv patronaj zamanı mənzilin qapısı bağlı olub və mobil telefonuna zəng çatmayıbdır. Qonşulardan məlumat toplanan zaman məlum olub ki, göstərilən ünvanda yaşayış yoxdur.Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilən mobil nömrə ilə Vətəndaş Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlanılmış və o, bildirib ki, hal-hazırda Tər-Tər rayonu, Şamil Həsənov küçəsi ev 15 ünvanında yaşayır. Dərhal tərəflərindən Tər-Tər rayon Mərkəzi xəstəxanasının doğum şöbəsinə və X3 Təqsirləndirilən şəxs2 barədə məlumat verilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs2 izahatının surəti qoşma şəklində göndərilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs2 tərəfindən 10 saylı qadın məsləhətxanasının baş həkimi Gülnarə Həsənovaya ünvanlanmış 23 iyun 2022-ci il tarixli izahatdan görünür ki, o, hamiləlik zamanı Xəzər klinikasında müayinə olunmuş və qadın məsləhətxanasında hamiləliklə bağlı durmağına ehtiyac bilməmişdir. Sahə maması ünvan 15 ünvanda tapmamasının səbəbi onun hal-hazırda Tər-Tər rayonu, Şamil Həsənov küçəsi ev 15 ünvanında olmağıdır. Hamiləlik müddəti 8 aylıqdır və o, hamiləlik qeydiyyatına durmaqdan imtina edir və məsuliyyəti öz üzərinə götürür. Birinci instansiya məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 21 may 2021-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, Zərərçəkmiş şəxs4 dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı Qərarının 2-ci bəndində qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarının 3-cü bəndində qeyd edilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmamaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarının 36-cı bəndinin 3-cü abzasında qeyd edilir ki, rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. X16 36-cı bəndinin 7-ci abzasında qeyd edilir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. 11 iyun 2015-ci il tarixli “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki: Məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir.» “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 20 mart 1952ci il tarixli 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə də, adı çəkilən Konvensiyaların tələbinə görə zərərçəkmiş şəxsin öz mülkiyyətində olan pul vəsaitindən maneəsiz olaraq istifadə etmək hüququ olduğundan, həmin vəsaitin onun tərəfindən kiməsə borc verilməsinə cinayət hüquqi aspektdən yanaşılması yolverilməzdir. Yesoers Belçikaya qarşı (27DR61) məhkəmə işində Komissiya qərara alır ki, 6-cı məddənin 3b bəndi ilə birlikdə götürülmüş tərəflərin bərabərliyi prinsipi məhkəmə, prokurorluq və istintaq orqanlarının üzərinə belə bir vəzifə qoyur ki, onların ixtiyarında olan və ya onlar üçün əlçatan olan, təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmasına və ya ittiham hökmünün yumşaldılmasına kömək edə bilən istənilən material əldə edilsin. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsəllələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, subutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X19rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bədində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Cinayət qanunvericiliyinə əsasən, “aldatma” dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması (aktiv aldatma), həm də həqiqət haqqında susma (passiv aldatma) başa düşülür. Aldatmanın məzmununu çox hallarda yalan vədlər təşkil edir. Həmin vədlərin köməyi ilə dələduzluq edən şəxs əmlakı ələ keçirmək məqsədi ilə zərərçəkmişi öz həqiqi niyyətləri barədə aldadır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-cl il tarixli qərarına əsasən dələduzluq cinayətlərinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə isə əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Birinci instansiya məhkəməsi, iddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı halları araşdırarkən, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 8-ci və 10-cu bəndlərində gösərilən tövsiyyələri də nəzərə alır. Həmin qərarla təsbit edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddialar o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması, zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi müəyyən edilmiş olsun. Eyni zamanda mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bu halda da mülki qanunvericiliyin müddəasına əsasən, keçirdikləri sarsıntı və iztirabları sübut etmək vəzifəsi məhz iddiaçıların üzərinə düşür. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərildiyi kimi, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır, belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarına əsasən mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxila bilər. Qərarın 5-ci maddəsində qeyd edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqlarını əldə edərkən, hər hansı öhdəliyini yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqları əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.178.2. Eyni əməllər:178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;178.2.2. təkrar törədildikdə;178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.178.3. Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:178.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.178.4.Bu Məcəllənin 178.1-178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə-on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-ci maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 25.1-ci maddəsinə əsasən, birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.15.2.Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.15.3.Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.15.4.Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.15.5.Bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının, 23-cü bəndinə görə, məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Yalnız müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası CM-nin Xüsusi hissəsinin maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulmuşdursa, onun əlavə cəza qismində tətbiqinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsada onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun şəraitdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır.Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəlləsinin 145.3-cü maddəsinin tələblərinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Həmin Məcəllənini 397.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri buna əsas verərsə, haqlarında apellyasiya verilməyən şəxslərin xeyrinə yekun qərar qəbul etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları özlərinin ifadələri, zərər çəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri və işin araşdırılmış digər obyektiv halları ilə sübuta yetirildiyindən, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs2 hərəkətlərinin düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməsi qənaətinə gəlinmişdir, eləcə də məhkum Təqsirləndirilən şəxs2 şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar, o cümlədən ona təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, Zərərçəkmiş şəxs4 dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi, məhkum Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmışdır, apellyasiya şikayətində qanunun normasının düzgün tətbiq edilməməsi göstərilməsinə baxmayaraq,birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən məhkum Təqsirləndirilən şəxs2 şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar nəzərə alınmışdır,apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi üçün əsas ola bilməz, ona görə də məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı,iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsini rəhbər tutaraq q ə r a r a a l ı r: Məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən hakim Həsən Əhmədov Hakimlər Ziya Şirinov İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar