Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1889/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, X1, Müdafiəçi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxxx 1982-ci ildə Gürcüstan Respublikası Qurcani rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Qax rayonu, Qaxinqiloy kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və qeyrisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinmələrinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 1(001)-97/2024 nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Aynurə Sadıqova) 28 iyun 2024-cü il tarixli, 1(001)-97/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətə, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 05 (beş) ay 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 28 (iyirmi səkkiz) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 24 avqust 2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Məhkəmənin hökmünə əsasən X6 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Ramil Bairamovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətkar planına uyğun olaraq Ramil Bairamov ona, Tamasha Bairamovaya məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 105, mənzil 12 saylı evin giriş qapısının kildinin açarının nüsxəsini verdikdən sonra o, əvvəlcədən aralarında olan razılaşmaya əsasən həmin açarını qrupun digər üzvü Təqsirləndirilən şəxs2 vermiş və sonuncu ilə birlikdə həmin açardan istifadə edib 19 aprel 2022-ci il tarixdə saat 10 radələrində yaşayış sahəsinə qanunsuz olaraq, mənzilin yataq otağındakı paltar dolabında olan dəyəri 20 manat təşkil edən, taxta materialdan hazırlanmış daxılı-içində olan dəyəri 300 manat təşkil edən, təxminən 6 çəkidə bir cüt qızıl sırqa, dəyəri 150 manat təşkil edən, tünd qırmızı rəngli «qranat» erialdan qaşı olan, təxminən 5 qram çəkidə bir ədəd gümüş üzük, dəyəri 100 manat edən, təxminən 5 qram çəkidə bir ədəd gümüş boyunbağı, dəyəri 100 manat təşkil təxminən 5 qram çəkidə ayağa taxılan bir ədəd gümüş bilərzik, dəyəri 50 manat edən, boyunbağı, iki cüt sırqa, bilərzik, iki ədəd üzükdən ibarət, adi dəmir materialdan hazıranmış «bujiteriya» komplekti, dəyəri 75 manat təşkil edən 01 ədəd qırmızı flakonda Fransa istehsallı, 50 mllik, istifadə olunmuş «X9» markalı qadın ətirini, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 6 manat təşkil edən, 02 ədəd «Soel Parfum» markalı 50 ml-lik kişi ətirini, dəyəri 10 manat təşkil edən 01 ədəd «X11 Seathalasso» markalı, 100 ml-lik qadın ətirini, həmin yataq otağındakı paltar dolabının gözlüyündə olan 01 ədəd 100 manat dəyərində SSRİ-istehsalı olan «Zenit» markalı, TTL model helios-44 mm-lik fotoparatı və 01 ədəd 120 manat dəyərində SSRİ istehsallı, «Tento» markalı, 10x50 ölçülü binoklu, mənzilin digər yataq otağındakı dolabın gözlüyündən dəri materialdan hazırlanmış, Türkiyə istehsallı, dəyəri 70 mannat təşkil edən 01 ədəd pul qabını içindəki 12 ədəd 1 ABŞ dollarlıq əskinaslardan ibarət 12 ABŞ dolları, 03 ədəd 100 ABŞ dollarlıq əskinaslardan ibarət 300 ABŞ dollarını, ümumilikdə 312 ABŞ dollarını-milli pul vahidi ilə 530 manat 40 qəpik nağd pulu gizli olaraq talayaraq, zərər çəkmiş Tamasha Bairamovaya ümumilikdə 1.631 manat 40 qəpik (bir min ıt yüz otuz bir manat qırx qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 22 aprel 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, «Sutikinti xəstəxana»sının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan «Elvin» adlı şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,644 qram çəkidə narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış, 23 aprel 2022-ci il tarixdə saat 00:15-də Binəqədi RPİnin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 15-də yerləşən «Omid tikinti materialları satışı mağazası»nın yaxınlığında saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki ağqara rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 0,644 qram qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib məhkəmənin işin hallarını araşdırmadan qanunsuz hökm qəbul etdiyini qeyd edib barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində dəqiqləşdirmə edərək barəsində CM-in 234.1-1-ci maddəsinə münasibətdə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi verilmiş apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini, təqsirləndirilən şəxsin barəsində CM-in 234.1-1-ci maddəsinə münasibətdə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini, dövlət ittihamçısı isə apellyasiya şikayətini təmin etmədən, birinci instansiya məhkəməsinin hazırki iş üzrə hökmünü dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 1(001)-97/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək barəsində CM-in 234.1-1-ci maddəsinə münasibətdə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadələrində əməlini etiraf edərək, hadisələrin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun səmimi ifadələr verərək, müdafiəçisinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü ona qarşı elan olunmuş ittihamda ümumiyyətlə təqsirli bilməmişdir. Halbuki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq mərhələsində vermiş olduğu ifadələrində törətdiyi cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadələr cinayət işinin materiallarında olan sübutlarla (şahidlərin ifadələri, ekspert rəyləri ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadəsini işdə toplanmış digər sübutlarla - ekspert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, zərər çəkmiş şəxs və şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, maddi sübutlar, müvafiq ekspert rəyləri və toplanmış digər sübutlara öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməlləri törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş, onun əməlini CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək barəsində CM-in 234.1-ci maddəsinə münasibətdə bəraət hökmünün çıxarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin hökmündən göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1nə cəza təyin edərkən onun cəzasını yüngülləşdirən hal kimi CM-in 59.1.13-cü maddəsinə əsasən zərər çəkmiş şəxs dəymiş ziyanın ödənilməsini, 59.2-ci maddəsinə əsasən evli, himayəsində övladlarının olmasını, cəzasını ağırlaşdıran hal kimi isə əməlində cinayətin residivinin olduğunu qeyd etməklə, sonuncuya təqsirli bilindiyi CMnin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə CM-in 65.2 və 66.2-ci maddələrinin tələblərini nəzərə alaraq azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, əvvəla bu məsələlər üzrə məhkəmə qənaəti CM-nin 59 və 61-ci maddələrinin müddəaları ilə uzlaşsın, ikincisi də CM-nin 58.3-cü maddəsində göstərilən digər məsələlər nəzərdən qaçırılmasın, yəni təyin olunan cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını əsas götürərək Təqsirləndirilən şəxs1 həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 1(001)-97/2024 nömrəli hökmü təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin, hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinməsinə dair 28 iyun 2024-cü il tarixli, 1(001)- 97/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 30 (otuz) saat üçün cəmi 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X4 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov.
Məhkəmə qərarları › İş №1(103)-1889/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1889/2024
18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver