Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1893/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbrahimli İbrahim Adil oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs iştirakları ilə, 05 avqust 1978-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 1(001)- 330/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə, CMnin 69.3-cü maddəsi tətbiq edilib qəti olaraq 02 (iki) il 05 (beş) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Astara rayonu, Siyatürk kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi UmBakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 1(101)-1776/2024 nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azad Məcidov (sədrlik edən), Səbinə Məmmədzadə və Əli Məmmədov) 10 iyul 2024-cü il tarixli, 1(101)-1776/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 1(001)-330/2023 nömrəli hökmünə əsasən 02 (iki) il 05 (beş) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş tam hissəsi azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 01 (bir) il 02 (iki) ay 23 (iyirmi üç) gün müddət CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 04 may 2023-cü il tarixdən 06 may 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət nəzərə alınıb ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla qəti olaraq 07 (yeddi) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 iyun 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etməklə və aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə şərab, araq və s. çeşidli spirtli içkilərin topdan satışını həyata keçirən "xxxx" MMC-nin direktoru Nümayəndə1 2021-ci ilin aprel aynda bir neçə dəfə nağdsız qaydada spirtli içkilər götürüb pulunu qaytarmaqla özünə qarşı inam və etibar formalaşdırmağa nail olduqdan sonra, sonuncudan topdan satışını həyata keçirdiyi spirtli içkiləri ondan nisyə olaraq istəyib, qısa müddətdə həmin spirtli içkiləri satıb pulunu ödəyəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 04 may 2021-ci ildən 02 sentyabr 2021-ci il tarixinədək olan müddət ərzində 96.000 manat dəyərində «Miraj arağı» və «Mədrəsə şərabı» əmtəə nişanlı spirtli içkiləri nağdsız qaydada almaqla, müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə əldə etdiyi qiymətdən daha ucuz qiymətə satıb, vahid niyyətlə əhatə olunan qəsdlə Nümayəndə1 ümumilikdə 96.000 (doxsan altı min) manat əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə külli miqdarda ziyan vurmaqla dələduzluq elmişdir. Bundan başqa o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə skoç, streç və s. məmulatların topdan satışını həyata keçirən Zərərçəkmiş şəxs2 MMC-nin direktoru Nümayəndə2 2022-ci ilin iyul ayında bir neçə dəfə nağdsız qaydada skoç və streç məmulatlarını götürüb pulunu qaytarmaqla özünə qarşı inam və etibar formalaşdırmağa nail olduqdan sonra, sonuncudan topdan satışını həyata keçiridiyi skoç və streçləri ondan nisyə olaraq istəyib, qısa müddətdə həmin skoç və streçləri satıb pulunu ödəyəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla Nümayəndə2 2022-ci ilin avqust ayında nağdsız qaydada götürdüyü 19.000 manat dəyərində skoç və streçləri icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən anbara yerləşdirilməsini təmin etdikdən sonra, həmin skoç və sireçləri müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə əldə etdiyi qiymətdən daha ucuz qiymətə satıb, Nümayəndə2 ümumilikdə 19.000 (on doqquz min) manat əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, zərərçəkmiş hüquqi şəxs Nümayəndə2 xeyli miqdarda, yəni ümumilikdə 19.000 (on doqquz min) manat ziyan vurmaqla, təkrarən dələduzluq etmişdir. Bundan başqa o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə rezin əlcək, karton stəkan və s. məmulatların topdan satışını həyata keçirən Zərərçəkmiş şəxs3 MMC-nin direktoru Nümayəndə3 biznes fəaliyyəti ilə məşğul olmaqla geniş imkanlara malik iş adamı olmasını bildirib, Nümayəndə3lə aralarındakı işgüzar münasibətlərə istinad edib, özünə qarşı inam və etibar formalaşdırmağa nail olduqdan sonra, sonuncudan topdan satışını həyata keçirdiyi məmulatları ondan nisyə olaraq istəyib, qısa müddətdə həmin məmulatları satıb pulunu ödəyəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 20 oktyabr 2022-ci il tarixdə 6300 manat dəyərində «ƏLCƏK LATEX PUDRALİ L» əmtəə nişanlı, 6300 manat dəyərində «ƏLCƏK LATEX PUDRALİ M» əmtəə nişanlı, 6300 manat dəyərində «ƏLCƏK LATEX PUDRALİ S» əmtəə nişanlı, 3350 manat deyərində «ƏLCƏK LATEX PUDRASİZ L» əmtəə nişanlı, 3350 manat dəyərində «ƏLCƏK LATEX PUDRASİZ M» əmtəə nişanlı, 3350 manat dəyərində «ƏLCƏK LATEX PUDRASİZ S» əmtəə nişanlı, 500 manat dəyərində «ƏLCƏK VİNİL ŞƏFFAF L» əmtəə nişanlı, 500 manat dəyərində «ƏLCƏK VİNİL ŞƏFFAF M» əmtəə nişanlı, 275 manat dəyərində «ƏLCƏK VİNİL ŞƏFFAF S» markalı rezin əlcəkləri, 20 oktyabr 2022-ci il tarixdə 70 manat dəyərində « KARTON 8 ÖZ KRAFT DOUBLE» əmtəə nişanlı, 80 manat dəyərində «12 ÖZ KRAFT DOUBLE» əmtəə nişanlı, 76 manat dəyərində «KARTON 7 ÖZ RENGLİ» əmtəə nişanlı, 88 manat dəyərində «KARTON 16 ÖZ DOUBLE KRAFT» əmtəə nişanlı karton stəkanları, 8375 manat dəyərində «ƏLCƏK LATEX PUDRASİZ M», 5025 manat dəyərində «ƏLCƏK PUDRASİZ S» əmtəə nişanlı, 6300 manat dəyərində «ƏLCƏK LATEX PUDRALİ M» əmtəə nişanlı, 900 manat dəyərində «ƏLCƏK QARA NİTRİL- L», 1800 manat dəyərində «ƏLCƏK QARA NİTRİL-M» əmtəə nişanlı, 900 manat dəyərində «ƏLCƏK QARA NİTRİL- S» əmtəə nişanlı rezin əlcəklərini icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən anbara yerləşdirilməsini təmin etdikdən sonra, həmin rezin əlcək və karton stəkanları müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə əldə etdiyi qiymətdən daha ucuz qiymətə satıb, vahid niyyətlə əhatə olunan qəsdlə Nümayəndə3 ümumilikdə 53839 (əlli üç min səkkiz yüz otuz doqquz) manat əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-yə külli miqdarda, yəni ümumilikdə 53839 (əlli üç min səkkiz yüz otuz doqquz) manat ziyan vurmaqla, təkrarən dələduzluq etmişdir. Bundan başqa o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tibbi əlcəklərin satışını həyata keçirən Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib 2023-cü ilin may ayının 20-də sonuncunun yük maşını ilə Bakı şəhəri, Novxanı qəsəbəsindəki bağ evindən göndərdiyi 15.500 manat dəyərində həmin məmulatları həmin tarixdə Abşeron rayonu, Gənclər Şəhərciyi Yaşayış Kompleksi 22 ünvanında qəbul edib digər yük avtomobilinə yükləməklə ələ keçirib nağdsız qaydada alaraq satdıqdan sonra pulunu verəcəyini yalandan vəd verib aldadaraq həmin tibbi əlcəklərin hamısını bazarda dəyərindən ucuz qiymətə satıb pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs4 xeyli miqdarda, yəni ümumilikdə 15.500 manat (on beş min beş yüz) manat ziyan vurmaqla, təkrarən dələduzluq etmişdir. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2024-cü il tarixli hökmündən narazı olduğunu, işinə yenidən baxılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, təqsirləndirilən şəxsin dələduzluq etmək niyyəti olmamış, belə ki, onunla zərərçəkmiş şəxslər arasında işgüzar münasibətlər olmuş, təqsirləndirilən şəxslər malların alqı-satqısını həyata keçirmiş, lakin tutulduğundan borcları ödəyə bilməmişdir. Tərəflər arasındakı münasibətlərin mülki xarakterli olmasını nəzərə alaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2024-cü il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxsə CM-in 178.3.2-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin fikri ilə razı olduğunu qeyd edib verilmiş apellyasiya şikayətinin təmin edilməsini, dövlət ittihamçısı təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 1(101)-1776/2024 nömrəli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs apellyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini CM-nin 178.3.2-ci maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs4 oğunun 11 avqust 2023-cü il tarixli Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 15.500 manat dəyərində tibbi əlcəklər verilmiş, lakin, sonuncu pulu qaytarmamışdır. Nümayəndə2 18 iyul 2023-cü il tarixli Binəqədi Rayon Polis İdarəsinə ünvanladığı ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, Təqsirləndirilən şəxs ondan 19.000 manata skoç və streç məmulatları almış, daha sonra bazarda həmin məmulatları aşağı qiymətə sataraq, ona qarşı dələduzluq edib pulunu ödəməmişdir. Malların təhvil-qəbul aktları və elektron qaimələrin kserosurətlərindən görünür ki, həmin sənədlərdə skoç və streç məmulatlarını qəbul edən qrafada «Verdiyev.N» yazıldığı və adın qarşısında imza olması öz əksini tapmışdır Nümayəndə3 09 dekabr 2022-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, Təqsirləndirilən şəxs ondan 53.813 manat dəyərində tibbi əlcəklər almış, daha sonra pulunu ödəməmişdir. Malların satışı qəbzlərinin və alqı-satqı müqaviləsinin kserosurətlərindən görünür ki, 20 oktyabr 2022-ci il tarfixli müqavilə üzrə Satıcı qismində Nümayəndə3 şəxsində təmsil olunan "xxxx" MMC, Alıcı qismində isə Təqsirləndirilən şəxs şəxsində təmsil olunan "xxxx" MMC-dir. Müqavilənin şərtlərinə görə müqavilə üzrə ödənişlər Satıcının təqdim etdiyi elektron qaimə və hesab fakturaya əsasən, 7 iş günü ərzində ödənilir. Malların satış qəbzlərindən görünür ki, ilk dəfə 23.614 manatlıq, daha sonra 30.225 manatlıq mallar üzrə qaiəmələr tərtib edilmişdir. X5 20 may 2023-cü il tarixli Binəqədi Rayon Polis İdarəsinə ünvanladığı ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, Təqsirləndirilən şəxs onun etibarını qazanaraq, ona qarşı 96.000 manat məbləğində dələduzluq etmişdir. 05 aprel 2021-ci il tarixli müqavilədən və elektron qaimələrin kserosurətlərindən görünür ki, istehsalıçı qismində "xxxx" MMC-nin baş direktoru H.Ə.Allahverdiyev, Sifarişçi qismində Təqsirləndirilən şəxs çıxış edir. Müqaviləyə əsasən Sifarişçi elektron qaimə fakturaların Aksiz və ƏDV borclarını hər ayın 20-ci gününə qədər ödəməyi öhdəsinə götürür. Müqavilənin sonunda Təqsirləndirilən şəxs adının qarşısında imza qeyd edilmişdir. Elektron qaimələrə əsasən, ümumi malların dəyəri 96.906 manat olmuşdur. 20 noyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs4 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs göndərdiyi tibbi əlcəkləri göndərmə yerini əyani şəkildə göstərmişdir. 07 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs4 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq edərək bildirmişdir ki, 15.500 manat dəyərində tibbi əlcəkləri Təqsirləndirilən şəxs vermiş, lakin sonuncu pulunu ödəməmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs də zərərçəkmiş şəxsin dediklərini təsdiq edərək, həqiqətən pulu ödəmədiyini və buna görə telefonunu söndürdüyünü bildirmişdir. Abşeron RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X2 01 aprel 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şahid4, Şahid1 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin qismən etirafedici, zərər çəkmiş şəxslərin və şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, maddi sübutlar, müvafiq ekspert rəyləri və toplanmış digər sübutlara öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək müxtəlif epizodlarda bir-birini təkzib edən ifadələr versə də, bu ifadələr həm ayrı-ayrılıqda, həm də zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edilərkən nəticə etibarı ilə cəm şəkildə bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırıb, təqsirləndirilən şəxsin ifadələrinin özünü müdafiə xarakteri daşımasına dəlalət edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin apellyasiya şikayətində barəsində bəraət hökmü çıxarılması ilə bağlı göstərilənlərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində mövcud olmaması və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxsyə cəza təyin edərkən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza təqsirləndrilən şəxsin şəxsiyyətinə, törətdiyi cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasının daha da yüngülləşdirilməsi və ağırlaşdırılması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən ibtidai istintaq və məhkəmə baxışı zamanı iş üzrə bütün hallarının araşdırılmasına və mahiyyətcə düzgün və əsaslı olan yekun nəticəyə gəlinməsinə təsir edə biləcək, nə ibtidai istintaq orqanı tərəfindən, nə də ki birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 1(101)-1776/2024 nömrəli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair 10 iyul 2024-cü il tarixli, 1(101)-1776/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X3 (sədrlik edən), İbrahim İbrahimli, Habil Məmmədov.
Məhkəmə qərarları › İş №1(103)-1893/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1893/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver